Norvasc 10 mq N30 tablet
| Təsiredici maddə | AMLODIPINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Kalsium kanallarının blokatorları. Üstünlüklə damarlara təsir göstərən kalsium kanallarının selektiv blokatorları |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,38 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NORVASK 5 mq; 10 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine
Tərkibi
5 mq-lıq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq amlodipin (6,944 mq amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, natrium nişastaqlikolyatı (tip A), maqnezium stearat. 10 mq-lıq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq amlodipin (13,889 mq amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, natrium nişastaqlikolyatı (tip A), maqnezium stearat.
Təsviri
5 mq tabletlər – ağ və ya ağımtıl, zümrüd formalı (qeyri-hamar tərəfli səkkizbucaqlı) bir tərəfində “Pfizer”, digər tərəfində isə “AML-5” həkk olunan tabletlərdir. 10 mq tabletlər – ağ və ya ağımtıl, zümrüd formalı (qeyri-hamar tərəfli səkkizbucaqlı) bir tərəfində “Pfizer”, digər tərəfində isə “AML-10” həkk olunan tabletlərdir.
Farmakoterapevtik qrupu
Kalsium kanallarının blokatorları. Üstünlüklə damarlara təsir göstərən kalsium kanallarının selektiv blokatorları. ATC kodu: C08CA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Amlodipin – dihidropiridin sırasından olan kalsium kanallarının blokatorudur (ləng kalsium kanallarının blokatoru və ya kalsium kanallarının blokatoru); kalsium ionlarının kardiomiositlərə və damarların saya əzələ hüceyrələrinə transmembran girişini inhibə edir. Amlodipinin hipotenziv təsirinin əsasını damarların saya əzələlərinə miorelaksant təsiri təşkil edir. Stenokardiya zamanı amlodipinin dəqiq təsir mexanizmi tam müəyyən edilməyib, lakin amlodipin aşağıdakı iki üsulla işemiyanı azaldır: 1. Amlodipin periferik arteriolları genişləndirir və bununla da, aradan qaldırılması üçün ürəyin işi sərf olunan ümumi periferik müqaviməti (yükləmə sonu) aşağı salır. Ürək döyüntülərinin tezliyi sabit qaldığından ürəyə olan yükün azaltması enerji sərfiyyatı və miokardın oksigen tələbatının azalmasına gətirib çıxarır. 2. Miokardın həm dəyişilməmiş, həm də işemizə olunmuş zonalarında koronar arteriya və arteriolların genişlənməsi amlodipinin təsir mexanizmində də rol oynaya bilər. Bu genişlənmə koronar arteriya spazmı olan pasiyentlərdə oksigenin miokarda daxil olmasını artırır (Prinzmetal stenokardiyada və ya vazospastik stenokardiyada). Arterial hipertenziyası olan pasiyentlərdə amlodipinin sutkada bir dəfə tətbiqi 24 saat ərzində həm üfüqi, həm də ayaq üstə olan vəziyyətdə arterial təzyiqin klinik baxımdan əhəmiyyətli dərəcədə azalmasını təmin edir. Amlodipinin yavaş başlayan təsiri olduğundan arterial təzyiqin kəskin enməsi qeyd edilmir. Stabil stenokardiyası olan pasiyentlərdə amlodipinin birdəfəlik sutkalıq dozası fiziki gərginliyə qarşı davamlılığı artırır, stenokardiya tutmasının və 1 mm-də ST seqmentinin depressiyasının yaranmasına qədər olan vaxtı artırır, stenokardiya tutmalarının tezliyini azaldır və nitratların tətbiqinə olan tələbatı azaldır. Amlodipin hər hansı azuolunmaz metabolik təsirlərə və ya qan plazmasında lipid səviyyələrinin dəyişməsinə səbəb olmamışdır, bu səbəbdən bronxial astma, şəkərli diabet və podaqrası olan pasiyentlərdə tətbiq edilə bilər. Ürəyin işemik xəstəliyi (ÜİX) olan pasiyentlərdə istifadəsi Ürəyin işemik xəstəliyi (ÜİX) olan pasiyentlərdə klinik halların qarşısının alınmasında amlodipinin effektivliyi 1 997 pasiyentin iştirak etdiyi müstəqil, çoxmərkəzli, randomizə olunmuş, ikiqat kortəbii, plasebo ilə idarə olunan CAMELOT (Comparison of Amlodipine vs Enalapril to Limit Occurrences of Thrombosis, Trombozun yaranmasının məhdudlaşdırılmasında amlodipin və enalaprilin imkanlarının müqayisəsi) tədqiqatında qiymətləndirildi. 2 illik dövr ərzində bu pasiyentlərin 663-ü 5-10 mq dozada amlodipin, 673 pasiyent 10-20 mq dozada enalapril və 655 pasiyent statinlər, beta-adrenoblokatorlar, diuretiklər və ya aspirinlə standart terapiyaya əlavə olaraq plasebo qəbul etdi. Effektivlik üzrə əsas nəticələr Cədvəl 1-də göstərilib. Alınan nəticələr ÜİX olan pasiyentlərdə amlodipin qəbulunun stenokardiya və revaskulyarizasiya prosedurları ilə bağlı daha az xəstəxanaya yerləşdirilmə ilə xarakterizə olunduğunu göstərir. Cədvəl 1. CAMELOT tədqiqatında mühüm klinik nəticələrin tezliyi Ürək-damar hadisələri Amlodipin və plasebo Sayı (%) Nəticələr Аmlodipin Plasebo Enalapril Risk nisbəti 95% Eİ r-qiyməti İlkin son nöqtə Arzuolunmaz ürək-damar 151 136 0,69 hadisələri 0,003110 (16,6) (23,1) (20,2) (0,54-dən 0,88 qədər) Ayrı-ayrı komponentlər Koronar arteriyanın 103 0,73 78 (11,8) 95 (14,1) 0,03 revaskulyarizasiyası (15,7) (0,54-dən 0,98 qədər) Stenokardiya ilə bağlı 0,58 0,002xəstəxanaya 51 (7,7) 84 (12,8) 86 (12,8) (0,41-dən 0,82 qədər) yerləşdirilmə Qeyri-fatal miokard 0,73 14 (2,1) 19 (2,9) 11 (1,6) 0,37 infarktı (0,37-dən 1,46 qədər) İnsult və ya tranzitor 0,50 6 (0,9) 12 (1,8) 8 (1,2) 0,15 işemik həmlə (0,19-dan 1,32 qədər) Ürək-damar ölümü 2,46 5 (0,8) 2 (0,3) 5 (0,7) 0,27 (0,48-dən 12,7 qədər) Ürək çatışmamazlığı ilə 0,59 0,46bağlı xəstəxanaya 3 (0,5) 5 (0,8) 4 (0,6) (0,14-dən 2,47 qədər) yerləşdirilmə Sonrakı reanimasiya ilə 0 4 (0,6) 1 (0,1) Məlumat yoxdur 0,04 ürək dayanması Yeni aşkar olunmuş 2,6 periferik damar 5 (0,8) 2 (0,3) 8 (1,2) 0,24 (0,50-dən 13,4 qədər) xəstəlikləri Ürək çatışmamazlığı olan pasiyentlərdə istifadəsi Hemodinamik tədqiqatlar və fiziki yüklənmədən istifadə etməklə idarə olunan klinik tədqiqatlar Norvask preparatının ürək çatışmazlığı olan pasiyentlərin (NYHA təsnifatına görə II-IV funksional siniflər) vəziyyətinin pisləşməsinə gətirib çıxarmadığını göstərdi ki, bu da fiziki yüklənməyə qarşı dözümlülük, sol mədəciyin atım fraksiyası və klinik simptomatika ilə sübut olunur. Diqoksin, diuretiklər və AÇF inhibitorları qəbul edən NYHA təsnifatına görə III-IV funksional sinfinə aid ürək çatışmazlığı olan pasiyentləri qiymətləndirmək məqsədi ilə hazırlanmış plasebo ilə idarə olunan PRAISE tədqiqatı Norvask preparatının qəbulu ürək çatışmazlığı olan pasiyentlərdə ölüm riskinin və ya ümumi xəstələnmə riskinin/ölüm halının artırmasına gətirib cıxarmadığını göstərdi. AÇF inhibitorları, ürək qlikozidləri və diuretikləri daimi dozalarda eyni vaxtda qəbul edən, işemik ürək xəstəliyinin klinik və ya obyektiv əlamətləri olmayan, NYHA təsnifatına görə III və IV funksional sinfinə aid ürək çatışmazlığı olan pasiyentlərin iştirakı ilə aparılan əlavə uzunmüddətli plasebo ilə idarə olunan PRAISE-2 tədqiqatında Norvask preparatı ümumi və ürək-damar ölümə təsir etmədi. Həmin pasiyentlərdə Norvask preparatının tətbiqi ağciyərlərin ödemi hallarının sayının artması ilə müşayiət olurdu. Miokard infarktının profilaktikasında fərqli müalicə növlərinin qiymətləndirilməsinin tədqiqatı (ALLHAT) Xəstələnmə və ölüm hallarının öyrənilməsinin randomizə edilmiş, ikiqat kortəbii ALLHAT tədqiqatı (Antihypertensive and Lipid-Lowering Treatment to Prevent Heart Attack Trial, Miokard infarktının profilaktikasında antihipertenziv və hipolipidemik terapiyanın tədqiqi) yumşaq və mülayim arterial hipertenziyanın müalicəsində daha yeni preparatların müqayisəsi üçün aparılmışdır – sutkada 2,5-10 mq dozada amlodipin (kalsium kanallarının blokatoru) və ya sutkada 10-dan 40 mq-a qədər dozada lizinopril (AÇF inhibitoru), 12,5-dən 25 mq-a qədər dozada qəbul edilən tiazid diuretiki xlortalidon ilə birinci sıra preparatları qismində. Bu tədqiqatda ortalama 4,9 il ərzində izlənən, yaşı 55 və daha çox olan, arterial hipertenziyası olan 33 357 pasiyent iştirak etmişdir. Tədqiqat iştirakçılarında miokard infarktı və ya insult (tədqiqata yazılmamışdan 6 ay əvvəl) və/və ya digər təsdiqlənmiş aterosklerotik qenezli ürək-damar xəstəliyi (ümumilikdə 51,5%), 2-ci tip şəkərli diabet (36,1%), Xs-YSLP < 35 mq/dL (11,6%), EKQ və ya exokardioqrafiya ilə diaqnozu qoyulmuş sol mədəciyin hipertrofiyası (20,9%) və siqaret çəkmə (21,9%) daxil olmaqla, ürəyin işemik xəstəliyinin ən azı bir əlavə risk faktoru var idi. Birincili son nöqtə fatal ÜİX və qeyri-fatal miokard infarktının kombinasiyası təmsil edirdi. Amlodipin terapiyası ilə xlortalidon terapiyası arasında birincili son nöqtəyə görə statistik olaraq nəzərəçarpacaq fərq aşkar olunmamışdır (RN 0,98; 95% Eİ [0,90-1,07]; r = 0,65). İkincili son nöqtələr arasında ürək çatışmamazlığının inkişaf tezliyi (kombinə edilmiş ürək-damar son nöqtəsini təşkil edən) xlortalidon qrupu ilə müqayisədə amlodipin qrupunda həqiqi dərəcədə yüksək idi (10,2% və 7,7%; RN 1,38; 95 % Eİ [1,25-1,52]; r < 0,001). Lakin, amlodipin terapiyası ilə xlortalidon terapiyası arasında bütün səbəblərdən ölüm halında əhəmiyyətli fərq aşkar olunmamışdır (RN 0,96; 95% Eİ [0,89-1,02]; r = 0,20). Uşaqlarda istifadəsi (6 yaş və daha böyük) Əsasən ikincili arterial hipertenziyası olan 6-17 yaş arası 268 uşağın daxil olduğu tədqiqatda amlodipinin 2,5 mq və 5 mq dozada tətbiqinin effektivliyinin müqayisəsi, preparatın hər iki dozasının plasebo ilə müqayisədə sistolik arterial təzyiqi daha nəzərəçarpacaq dərəcədə aşağı saldığını göstərdi. Preparatın bu iki dozası arasındakı fərq statistik baxımdan əhəmiyyətli deyildi. Preparatın uzun müddətli tətbiqinin boy, cinsi yetişkənlik və ümumi inkişafa təsirinin tədqiqi aparılmamışdır. Uşaq yaşlarında amlodipinin uzun müddətli tətbiqinin yetkin yaşda ürək-damar xəstəliklərindən xəstələnmə və ölüm hallarının azalmasına təsiri də məlum deyil. Farmakokinetikası Sorulması, paylanması və qan zülalları ilə birləşməsi Amlodipin terapevtik dozalarda daxilə qəbul edildikdən sonra yaxşı sorulur. Qanda maksimal konsentrasiya preparatı qəbul etdikdən 6-12 saat sonra əldə olunur. Preparatın insanda mütləq biomənimsənilməsi 64%-dən 80% qədər təşkil edir. Paylanma həcmi təqribən 21 l/kq-ma bərabərdir. In vitro tədqiqatlarda amlodipinin qan plazması zülalları ilə birləşməsinin təxminən 97,5% olduğu göstərilmişdir. Amlodipinin biomənimsənilməsi qida qəbulundan asılı deyil. Metabolizmi/xaricolması Qan plazmasından preparatın yarımxaricolunma üzrə terminal dövrü 35-50 saat təşkil edir, bu isə onun sutkada bir dəfə qəbulunun mümkün olduğunu göstərir. Amlodipin əsasən qaraciyərdə aktiv olmayan metabolitlərin əmələ gəlməsi ilə metabolizə olunur; dəyişməyən şəkildə preparatın 10%-i və onun metabolitlərinin 60%-i sidiklə xaric olunur. Qaraciyər funksiyasının pozulması Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə amlodipinin tətbiqi ilə bağlı məlumat çox məhduddur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipinin klirensi aşagıdır, bu da yarımxaricolma dövrünün artmasına və AUC dəyərlərinin təxminən 40-60% yüksəlməsinə gətirib çıxarır. Ahıl yaşlı pasiyentlər Ahıl yaşlı şəxslər və cavan pasiyentlərdə qan plazmasında preparatın maksimum konsentrasiyaya çatma vaxtı eynidir. Ahıl yaşlı pasiyentlərdə amlodipinin klirensinin azalması və müvafiq olaraq AUC dəyərlərinin yüksəlməsi və preparatın yarımxaricolma dövrünün artması tendensiyası var. Ürək çatışmazlığı olan pasiyentlərin AUC dəyərinin yüksəlməsi və preparatın yarımxaricolma dövrünün artması, üzərində tədqiqat aparılan pasiyentlərin yaş qrupunun yaş xüsusiyyətlərinə uyğun idi. Uşaqlar Populyasion farmakokinetikanın tədqiqatı sutkada bir və ya iki dəfə 1,25 və 20 mq dozada amlodipin qəbul etmiş 1 yaşdan 17 yaşa qədər olan arterial hipertenziyalı 74 uşağın (6-dan 12 yaşa qədər olan 34 pasiyent və 13-dən 17 yaşa qədər olan 28 pasiyent) iştirakı ilə aparılmışdır. 6-dan 12 yaşa qədər olan uşaqlarda və 13-dən 17 yaşa qədər olan yeniyetmələrdə preparatı peroral qəbul edən zaman ortalama klirens dəyəri (CL/F) 22,5-27,4 l/s oğlanlarda və 16,4-21,3 l/s qızlarda təşkil edirdi. Təsirin nəzərəçarpacaq dərəcədə fərdi dəyişkənliyi müşahidə olunurdu. 6 yaşadək uşaqlarla bağlı yalnız məhdud məlumatlar mövcuddur.
İstifadəsinə göstərişlər
– Arterial hipertenziya (həm monoterapiya, həm də digər hipotenziv vasitələrlə birlikdə). – Xroniki stabil stenokardiya. – Vazospastik stenokardiya (Prinsmetal stenokardiyası və ya variant stenokardiyası) həm monoterapiya, həm də digər antianginal vasitələrlə birlikdə.
Əks göstərişlər
Norvask preparatını aşağıdakı halları olan pasiyentlərdə tətbiq etmək olmaz: – Dihidropiridin törəmələrinə, amlodipinə və ya bu dərman vasitəsinin tərkibinə daxil olan hər hansı digər komponentə qarşı hiperhəssaslıq; – Ağır arterial hipotenziya; – Şok (o cümlədən kardiogen); – Sol mədəciyin xaricedici traktının obstruksiyası (məsələn, ağır aortal stenoz); – Kəskin miokard infarktından sonra hemodinamik olaraq qeyri-stabil ürək çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hipertonik kriz zamanı amlodipinin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Preparatın ürək çatışmazlığı olan pasiyentlərdə istifadəsi Ürək çatışmazlığı olan pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Plasebo ilə idarə olunan davamlı tədqiqatda ağır dərəcəli ürək çatışmazlığı olan pasiyentlərdə (NYHA təsnifatına görə III və IV funksional sinif) amlodipinin istifadəsi zamanı plasebo ilə müqayisədə ağciyərlərin ödeminin inkişaf tezliyi daha yüksək idi. Durğun ürək çatışmazlığı olan pasiyentlərdə amlodipin daxil olmaqla, kalsium kanalları blokatorlarını ehtiyatla istifadə etmək lazımdır, çünki onlar ürək- damar sistemində ağırlaşma və gələcəkdə ölüm riskini artıra bilər. Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə istifadəsi Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə amlodipinin yarımxaricolma dövrü və AUC dəyəri çoxdur. Bu kateqoriyaya aid pasiyentlərdə dozalanma ilə bağlı tövsiyələr işlənilib hazırlanmayıb. Bununla əlaqədar bu kateqoriyadan olan pasiyentlərdə amlodipinin istifadəsinə minimal dozadan başlamaq lazımdır, həm preparatdan istifadənin başlanğıcında, həm də dozanı artırarkən ehtiyatlı olmaq lazımdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə doza təyininin yavaş aparılması və onların vəziyyətinin nəzarətdə saxlanılması tələb oluna bilər. Ahıl yaşlı pasiyentlər Ahıl yaşlı pasiyentlərdə preparatın dozası ehtiyatla artırılmalıdır. Böyrək funksiyasının pozulması olan pasiyentlər Bu kateqoriyaya aid pasiyentlərdə amlodipinin adi dozaları istifadə olunmalıdır. Böyrək çatışmazlığının dərəcəsi ilə qanda amlodipinin konsentrasiyasındakı dəyişikliklər arasında korrelyasiya mövcud deyil. Amlodipin hemodializ vasitəsilə xaric olunmur. Bu dərman preparatının hər tabletin tərkibində 1 mmol-dan az natrium (23 mq) vardır, yəni praktik olaraq natrium ehtiva etmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrinin amlodipinə təsiri CYP3A4 inhibitorları Amlodipinin güclü və ya mülayim təsirli CYP3A4 inhibitorları ilə (proteaz inhibitorları, azol qrupundan göbələkəleyhinə preparatlar, eritromisin və ya klaritromisin kimi makrolidlər, verapamil və ya diltiazem) eyni vaxtda istifadəsi amlodipinin ekspozisiyasının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara və bu da öz növbəsində hipotenziyanın inkişaf riskinin artmasına səbəb ola bilər. Farmakokinetikanın bu cür dəyişikliklərinin klinik əhəmiyyəti ahıl yaşlı pasiyentlərdə daha aydın təzahür oluna bilər. Bu baxımdan pasiyentin vəziyyətini klinik baxımdan müşahidə etmək və preparat dozasının tənzimlənməsi tələb oluna bilər. CYP3A4 induktorları CYP3A4 izofermentinin məlum olan induktorları ilə eyni vaxtda istifadə olunduqda amlodipinin plazma konsentrasiyası dəyişə bilər. Bununla əlaqədar arterial təzyiq nəzarət altında saxlanılmalıdır və həm kombinə olunmuş müalicə zamanı, həm də müalicədən sonra dozanın tənzimlənməsinə baxılmalıdır, xüsusən də güclü CYP3A4 induktorları (məsələn, rifapmisin, adi dazıotu preparatları (Hypericum perforatum)) ilə birlikdə qəbul edildikdə. Amlodipin ilə eyni vaxtda qreypfrut və ya qreypfrut şirəsinin istifadəsi tövsiyə olunmur, çünki, bəzi pasiyentlərdə amlodipinin biomənimsənilməsinin artmasına bu isə öz növbəsində onun hipotenziv effektinin güclənməsinə gətirib çıxara bilər. Dantrolen (venadaxili yeridilmə) Verapamil və dantrolenin venaya yeridilməsindən sonra heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda letal nəticə ilə mədəcik fibrilasiyası və hiperkaliemiya ilə əlaqəli ürək-damar kollapsı halları müşahidə edildi. Hiperkaliemiyanın inkişafı riskini nəzərə alaraq, bədxassəli hipertermiya xəstəliyinə meyilli və ya bədxassəli hipertermiya müalicəsi alan pasiyentlərdə kalsium kanalları blokatorlarının (amlodipin kimi) eyni vaxtda istifadəsindən qaçmaq lazımdır. Amlodipinin digər dərman vasitələrinə təsiri Amlodipinin hipotenziv effekti digər dərman vasitələrinin hipotenziv effektini gücləndirir. Takrolimus Amlodipini takrolimus ilə eyni vaxtda qəbul etdikdə, takrolimusun təsirindən arterial təzyiqin qalxması riski müşahidə olunur, lakin dərmanların bu cür qarşılıqlı təsirinin farmakokinetik mexanizmi lazımınca tədqiq olunmayıb. Ona görə də takrolimus ilə müalicə alan pasiyentlərdə amlodipini təyin edən zaman takrolimusun toksikliyini azaltmaq üçün qanda takrolimusun konsentrasiyasını nəzarət altında saxlamaq, ehtiyac olduqda takrolimusun dozasını dəyişmək lazımdır. Rapamisinin mexaniki hədəfinin inhibitorları (mTOR) Sirolimus, temsirolimus və everolimus kimi mTOR inhibitorları CYP3A izofermentinin substratlarıdır. Amlodipin CYP3A izofermentinin zəif inhibitorudur. mTOR inhibitorları ilə eyni zamanda istifadə etdikdə amlodipin onların ekspozisiyasını artıra bilər. Siklosporin Siklosporin və amlodipinin qarşılıqlı dərman təsirinin tədqiqatı yalnız böyrək köçürülməsi olan pasiyentlər populyasiyası üzərində aparılmışdır. Bu halda siklosporinin olduqca dəyişkən qalıq konsentrasiyasının artımı qeyd olunmuşdu (orta hesabla 0%-40%). Beləliklə amlodipinlə müalicə olunan, böyrək köçürülməsi olan pasiyentlərdə siklosporin səviyyələrini nəzarətdə saxlamaq, zərurət yarandıqda isə siklosporinin dozası azaldılması tövsiyə edilir. Simvastatin Amlodipinin 10 mq dozada və simvastatinin 80 mq dozada çoxdəfəli eyni zamanda istifadəsi tək simvastatinlə müalicə ilə müqayisədə simvastatinin ekspozisiyasının 77% artmasına gətirib çıxarırdı. Amlodipin qəbul edən pasiyentlərdə simvastatinin dozasını 20 mq/sut-dək məhdudlaşdırmaq lazımdır. Açlodipin qarşılıqlı təsirin klinik tədqiqatlarında atorvastatin, diqoksin və varfarinin farmakokinetikasına təsir etməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik İndiki zamanda hamiləlik zamanı amlodipinin tətbiqinin təhlükəsizliyi təyin olunmayıb. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda reproduktiv toksiklik preparatın yüksək dozada istifadəsi zamanı müşahidə edilmişdir. Beləliklə, amlodipinin hamiləlik zamanı istifadəsi yalnız daha təhlükəsiz alternativ olmadıqda, xəstəliklə bağlı risk isə ana və döl üçün mümkün ziyandan üstün olduqda tövsiyə olunur. Ana südü ilə qidalandırma Amlodipin ana südü ilə nüfuz olunur. Körpəyin qəbul etdiyi ana südündə preparatın payı interkvartil diapazonda 3-7%-dən, maksimum isə 15% kimi qiymətləndirilir. Amlodipinin körpələrə təsiri məlum deyil. Ana südü ilə qidalandırmanı davam etdirmək/dayandırmaq və ya amlodipin terapiyasını davam etdirmək/ləğv etmək barədə qərar qəbul etdikdə, uşaq üçün ana südü ilə qidaladırmanın faydası və ana üçün amlodipinin tətbiqindən olan fayda nəzərə alınmalıdır. Fertillik Bəzi pasiyentlərdə kalsium kanallarının blokatorlarının tətbiqi zamanı, spermatozoidin başlığ nahiyəsində geridönən biokimyəvi dəyişikliklər müşahidə edildi. Amlodipinin fertilliyə potensial təsiri barədə məlumatlar kifayət qədər deyil. Siçovullar üzərində aparılan tədqiqatlar zamanı preparatın erkək siçovulların reproduktiv funksiyasına təsir göstərdiyi müəyyən edilmişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Amlodipin nəqliyyat vasitələrini idarəetmə və mexaniki avadanlığa texniki qulluq göstərmə qabiliyyətinə cüzi və ya mülayim təsir göstərə bilər. Amlodipin qəbul edən pasiyentlərdə başgicəllənmə, baş ağrısı, artmış yorğunluq və ya ürəkbulanma yarandıqda reaksiyanın sürəti azala bilər. Belə halda, xüsusən də müalicənin başlanğıcında ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Dozalanma rejimi Böyük pasiyentlər Arterial hipertenziya və stenokardiya zamanı preparatın adi dozası sutkada bir dəfə 5 mq təşkil edir. Pasiyentin terapiyaya fərdi reaksiyasından asılı olaraq preparatın dozası 10 mq təşkil edən maksimal dozaya qədər artırıla bilər. Arterial hipertenziyası olan pasiyentlərdə Norvask tiazid diuretiklər, α-adrenoblokatorlar, β- adrenoblokatorlar və ya AÇF inhibitorları ilə kombinasiyada tətbiq edilmişdir. Stenokardiyası olan pasiyentlərdə Norvaskı həm monoterapiya kimi, həm də müvafiq dozalarda nitratlara və/və ya β- adrenoblokatorlara qarşı rezistentlik zamanı digər antianginal dərman vasitələri ilə kombinasiyada tətbiq etmək olar. Tiazid diuretiklərin, β-adrenoblokatorlar və ya AÇF inhibitorları ilə eyni vaxtda tətbiq olunduqda amlodipinin dozasının tənzimlənməsi tələb olunmur. Pasiyentlərin ayrı-ayrı kateqoriyaları Yaşlı pasiyentlərdə istifadəsi Norvask preparatının eyni dozalarına həm gənc, həm də yaşlı pasiyentlər yaxşı tab gətirmişlər. Bununla əlaqədar olaraq, yaşlı pasiyentlərdə amlodipinin adi dozalarını tətbiq etmək tövsiyə olunur, lakin preparatın dozasının artırılması ehtiyatla olunmalıdır. Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə istifadəsi Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə üçün preparatın dozaları təyin olunmamışdır; bununla əlaqədar olaraq doza seçimi ehtiyatla edilməli və müalicəyə aşağı dozada başlanılmalıdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı amlodipinin farmakokinetikasının tədqiqi aparılmamışdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə müalicə amlodipinin minimal dozası ilə başlanılmalı və doza yavaş-yavaş artırılmalıdır. Böyrək funksiyasının pozulması olan pasiyentlərdə istifadəsi Böyrək çatışmazlığının kəskinlik dərəcəsi ilə qan plazmasında amlodipinin konsentrasiyasındakı dəyişikliklər arasında korrelyasiy mövcud deyil, buna görə böyrək funksiyasının pozulması olan pasiyentlərdə preparatı adi dozalarda tətbiq etmək tövsiyə olunur. Amlodipin hemodializ vasitəsilə xaric olunmur. Uşaqlar Arterial hipertenziyası olan 6 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr 6 yaşdan 17 yaşa qədər olan pasiyentlərdə arterial hipertenziyanın müalicəsi üçün preparatın tövsiyə olunan başlanğıc dozası sutkada bir dəfə daxilə 2,5 mq təşkil edir. Preparat tətbiqinin 4 həftəsi ərzində arterial qan təzyiqinin hədəf olan səviyyəsinə çatmaq mümkün olmadıqda, preparatın dozası sutkada bir dəfə 5 mq-yə qədər artırıla bilər. Pasiyentlərin bu kateqoriyasında preparatın 5 mq/sut-dan yüksək olan dozada istifadəsinin tədqiqatları aparılmamışdır. 6 yaşınadək olan uşaqlar Məlumat mövcud deyil. İstifadə qaydası Daxilə qəbul üçün tabletlər.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xülasəsi Amlodipinin tətbiqi zamanı ən çox bunlar kimi arzuolunmaz reaksiyalar qeydiyyata alınmışdır: yuxululuq, başgicəllənmə, baş ağrısı, ürək döyüntüsü, üz dərisinə qanın “dolması”, qarın ağrısı, ürəkbulanma, aşıq-baldır oynağının ödemi, ödem və yorğunluq. Arzuolunmaz reaksiyaların cədvəli Aşağıda qeyd olunan arzuolunmaz reaksiyalar amlodipinlə müalicə zamanı aşağıdakı tezliklərlə qeydə alınıb: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 və <1/10), bəzən (≥1/1 000 və <1/100), nadir (≥1/10 000 və <1/1 000), çox nadir (<1/10 000), tezliyi məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirmək mümkün deyil). Hər qrupda, baş vermə tezliyindən asılı olaraq ayrılmış arzuolunmaz reaksiyalar kəskinlik dərəcəsinin azalması sırası ilə təqdim olunub. Orqan sistemləri sinfi Tezlik Arzuolunmaz reaksiyalar Qan və limfa sisteminə Çox nadir Leykopeniya, trombositopeniya İmmun sistemə Çox nadir Allergik reaksiyalar Maddələr mübadiləsinə və Çox nadir Hiperqlikemiya qidalanmaya Psixikaya Bəzən Depressiya, əhval-ruhiyənin dəyişməsi (vahimə daxil olmaqla), yuxusuzluq Nadir Şüurun dumanlanması Sinir sisteminə Tez-tez Yuxululuq, başgicəllənmə, baş ağrısı (xüsusən müalicənin başlanğıcında) Bəzən Tremor, dad qavrayışının pozulması, bayılma, hipesteziyalar, paresteziyalar Çox nadir Əzələ tonusunun artması, periferik neyropatiya Orqan sistemləri sinfi Tezlik Arzuolunmaz reaksiyalar Tezliyi məlum deyil Ekstrapiramid pozğunluqlar Görmə orqanına Tez-tez Görmə qabiliyyətinin pozulması (o cümlədən diplopiya) Eşitmə orqanına Bəzən Qulaqlarda küy Ürəyə Tez-tez Ürək döyüntüsünün hiss edilməsi Bəzən Аritmiya (o cümlədən bradikardiya, mədəcik taxikardiyası və qulaqcıq fibrilyasiyası) Çox nadir Miokard infarktı Damarlara Tez-tez Üz dərisinə qanın “dolması” Bəzən Arterial hipotenziya Çox nadir Vaskulit Tənəffüs sisteminə, döş qəfəsi və Tez-tez Təngnəfəslik mediastinal orqanlarına Bəzən Öskürək, rinit Mədə-bağırsaq sisteminə Tez-tez Qarında ağrı, ürəkbulanma, dispepsiya, bağırsağın fəaliyyətinin pozulması (o cümlədən diareya və qəbizlik) Bəzən Qusma, ağızda quruluq Çox nadir Pankretit, qastrit, diş ətinin hiperplaziyası Qaraciyərə və öd çıxarıcı yollara Çox nadir Hepatit, sarılıq, qaraciyər fermentlərinin aktivliyinin artması* Dəriyə və dərialtı toxumalara Bəzən Alopesiya, hemorragik səpgi, dəri rənginin dəyişməsi, yüksək tər ifrazının, qaşınma, səpgi, ekzantema, övrə Çox nadir Angionevrotik ödem, çox formalı eksudativ eritema, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotosensibilizasiya Tezliyi məlum deyil Toksik epidermal nekroliz Sümük-əzələ sisteminə və Tez-tez Topuqda ödem, əzələ qıcolmaları birləşdirici toxumalara Bəzən Аrtralgiya, mialgiya, kürəkdə ağrı Böyrəklərə və sidik çıxarıcı Bəzən Sidiyə getmənin pozulmaları, nikturiya, yollara pollakiuriya Cinsiyyət orqanlarına və süd Bəzən İmpotensiya, ginekomastiya vəzilərinə Ümumi pozğunluqlar və Çox tez-tez Ödemlər yeridilmə nahiyəsində Tez-tez Artmış yorğunluq, asteniya pozulmalar Bəzən Döş qəfəsində ağrı, ağrı, əzginlik Laboratoriya və instrumental Bəzən Bədən kütləsinin artması, bədən kütləsinin tədqiqatların nəticələrinə təsir azalması * Bir qayda olaraq xolestazla əlaqəli idi. Şübhəli arzuolunmaz reaksiyalarla bağlı məlumatın verilməsi Dərman vasitəsi qeydiyyata alındıqdan sonra şübhəli arzuolunmaz reaksiyalar barədə məlumatların verilməsi böyük əhəmiyyət kəsb edir. Bu, dərman vasitəsinin tətbiqi zamanı fayda və risk arasındakı nisbətə monitorinqin davam etdirilməsinə imkan verir. Səhiyyə işçilərindən arzuolunmaz reaksiyaların qeydiyyatı üzrə milli sistemdən istifadə edərək hər hansı bir şübhəli arzuolunmaz reaksiyalar barədə məlumat vermələri xahiş olunur.
Doza həddinin aşılması
İnsanda preparatın doza həddinin bilərəkdən aşılması təcrübəsi məhduddur. Simptomları Əldə olunan məlumatlar preparatın doza həddinin xeyli aşılmasının periferik vazodilatasiyaya və ehtimal ki reflektor taxikardiyaya gətirib çıxardığını sübut edir. Nəzərəçarpan və davamlı sistemli arterial hipotenziyanın baş verməsi haqqında məlumat verilmişdir, hətta şok və letal nəticənin inkişafına qədər. Müalicəsi Amlodipinin doza həddinin aşılması səbəbindən meydana gələn klinik əhəmiyyətli arterial hipotenziya ürək-damar sisteminin aktiv dəstəyini, o cümlədən ürək və tənəffüs funksiyalarının diqqətli monitorinqi, ətrafların qaldırılması, sirkulyasiya edən mayenin və sidik ifrazının həcminin monitorinqini tələb edir. Damarların tonusunun və arterial təzyiqin bərpası üçün damardaraldıcı dərman vasitələrindən istifadə (onların istifadəsinə əks göstərişlər olmadıqda) etmək olar. Kalsium kanallarının blokadasının nəticələrinin aradan qaldırılması üçün kalsium-qlükonatın venadaxili yeridilməsi faydalı ola bilər. Bəzi hallarda mədənin yuyulması faydalı ola bilər. Sağlam pasiyentlərdə amlodipinin 10 mq dozada qəbulundan sonra ilk iki saat ərzində aktivləşdirilmiş kömürün tətbiqi amlodipinin sorulma səviyyəsini azaldırdı. Amlodipin əhəmiyyətli dərəcədə qan plazmasının zülalları ilə birləşdiyindən hemodializin aparılması effektiv deyil.
Buraxılış forması
5 mq və 10 mq tabletlər. 10 tablet, PVX/Al folqadan hazırlanmış blisterlərdə. 3 blister, içlik vərəqə ilə birlikdə üz tərəfində ilk açılışa nəzarət məqsədilə perforasiya xətti olan karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Pfizer Pharmaceuticals LLC, Puerto Riko. Road 689. Km. 1.9, Vega Baja, Puerto Riko. Pfizer Manufacturing Deutschland GmbH, Almaniya. Mooswaldallee 1, 79090 Freiburg, Almaniya. Qeydiyyat şəhadətnaməsinin sahibi “Upjohn US1 LLC”, ABŞ. 1209 Orange Street, Wilmington DE 19801, ABŞ.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.