Bifekt N30 tablet

Təsiredici maddə: AMLODIPINE + LISINOPRIL
Təsiredici maddəAMLODIPINE + LISINOPRIL
Dərman formasıTablet
Farmakoloji təsirKombinəolunmuş hipotenziv dərman vasitəsi (angiotenzinçevirici fermentin inhibitoru + “ləng” kalsium kanallarının blokatoru)
İstehsal ölkəsiHindistan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,74 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BİFEKT tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Lisinopril

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq amlodipinə ekvivalent miqdarda amlodipin bezilat, 10 mq susuz lizinoprilə ekvivalent miqdarda lizinopril dihidrat vardır. Köməkçi maddələr: susuz kalsium fosfat, mikrokristallik sellüloza, qarğıdalı nişastası, mannitol, nişasta (quru şəkildə), təmizlənmiş talk, susuz kolloidal silisium dioksid, maqnezium stearat.

Farmakoterapevtik qrupu

Kombinəolunmuş hipotenziv dərman vasitəsi (angiotenzinçevirici fermentin inhibitoru + “ləng” kalsium kanallarının blokatoru). ATC kodu: C09BB03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Amlodipin Amlodipin dihidropiridin törəməli kalsium antaqonisti (kalsium ionlarının antaqonisti və ya ləng kalsium kanallarının blokatoru) olub, kalsium ionlarının membranlardan damarların saya əzələlərinə və ürək əzələsinə keçməsini tormozlayır. Eksperimental məlumatlar göstərir ki, amlodipin hər iki tərəfə – dihidropiridin və qeyri- dihidropiridin tərəfə birləşir. Amlodipin periferik arterial vazodilatatordur (damargenişləndirici), birbaşa damarın saya əzələsinə təsir göstərərək periferik damar müqavimətini aşağı salır və qan təzyiqini azaldır. Lizinopril Lizinopril insanlarda və heyvanlarda angiotenzinçevirici fermentin (AÇF) inhibitorudur. AÇF peptidil dipeptidazadır və angiotenzin-I-in angiotenzin-II-yə çevrilməsinin katalizatorudur. Angiotenzin-II isə özlüyündə böyrəküstü vəzinin qabıq maddəsi tərəfindən aldosteronun ifraz olunmasını stimullaşdırır. Hipertenziya və ürək çatışmazlığı zamanı lizinoprilin müalicəvi təsiri renin-angiotezin-aldosteron sisteminin fəaliyyətini tormozlamaqdan ibarətdir. AÇF-in inhibə olunması plazmada Angiotenzin-II-nin səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da vazopressor aktivliyin və aldosteron ifrazının azalmasına gətirib çıxarır. Farmakokinetikası Amlodipin Müalicəvi dozada oral qəbuldan sonra amlodipinin pik konsentrasiyası 6-12 saat ərzində yaranır. Mütləq biomənimsənilməsi 64-90% təşkil edir. Amlodipinin biomənimsənilməsi qida qəbulundan asılı deyildir. Amlodipin geniş surətdə (90%) qaraciyər metabolizmi vasitəsilə qeyri-aktiv metabolitlərə çevrilir, başlanğıc maddənin 10%-i və metabolitlərin 60%-i sidiklə xaric olur. Plazmadan xaric olması iki fazalıdır və son yarımxaricolma dövrü 30-50 saata yaxındır. Amlodipinin stabil plazma səviyyəsi ardıcıl olaraq 7-8 gün istifadə edildikdən sonra yaranmışdır. Böyrək çatışmazlığı amlodipinin farmakokinetikasına əhəmiyyətli təsir göstərmir. Lizinopril Böyük pasiyentlər: Lizinoprilin oral qəbulundan sonra onun pik plazma konsentrasiyası 7 saata yaxın vaxt ərzində yaranır. Lizinoprilin digər zərdab proteinləri ilə birləşməsi aşkar edilməmişdir. Lizinopril metabolizmə məruz qalmır və dəyişilməmiş şəkildə tamamilə sidiklə xaric olur. Lizinoprilin təqribən 25%-i absorbsiya olunur ki, o da sınaqların keçirildiyi bütün dozalarda (5- 80 mq) fərqdən asılı olaraq geniş miqyasda dəyişir (6-60%). Mədə-bağırsaq sistemində olan qida lizinoprilin absorbsiyasına təsir göstərmir. Lizinoprilin mütləq biomənimsənilməsi NYHA üzrə II- IV sinif stabil durğun ürək çatışmazlığı olan pasiyentlərdə 16%-ə qədər azalmışdır və paylanma həcmi normal pasiyentlərdə olduğundan bir qədər az olmuşdur. Çoxdəfəli dozalarda lizinopril 12 saatlıq effektiv yarımtoplanma dövrünə malik olmuşdur. Böyrəklərin funksional çatışmazlığı lizinoprilin xaric olmasını aşağı salır, hansı ki, əsasən böyrəklər vasitəsilə xaric olur. Lakin bu azalma o zaman əhəmiyyət daşıyır ki, yumaqcıq filtrasiyasının sürəti 30 ml/dəq-dən az olsun. Yumaqcıq filtrasiyası bu sürətdən yuxarı olduqda yarımxaricolma dövrü az dəyişmişdir. Pediatrik pasiyentlər: Lizinoprilin farmakokinetikası yumaqcıq filtrasiyasının sürəti >30 ml/dəq/1,73 m olan 6 yaşdan 16 yaşa qədər 29 pediatrik pasiyent üzərində öyrənilmişdir. 0,1- 0,2 mq/kq dozadan sonra lizinoprilin plazmada sabit pik konsentrasiyası 6 saata yaxın müddətdə yaranmış və absorbsiya dərəcəsi 28%-ə yaxın olmuşdur. Klinikayaqədər təhlükəsizliyi Siçovullar üzərində aparılan tədqiqatlarda lizinoprilin hematoensefalik baryerdən pis keçdiyi müəyyən olunmuşdur. Siçovullar üzərində çoxdəfəli dozalarda istifadəsi lizinoprilin hər hansı toxumada toplanmasına səbəb olmamışdır.

İstifadəsinə göstərişlər

BİFEKT hipertenziyanın və essensial hipertenziyanın (kombinəolunmuş terapiyaya göstəriş olan xəstələrdə) müalicəsi üçün təyin olunur.

Əks göstərişlər

Amlodipinə və Lizinoprilə qarşı məlum yüksək həssaslığı olan pasiyentlərə, həmçinin əvvəllər angiotenzinçevirici fermentlərlə müalicə nəticəsində angioödem əmələ gələn pasiyentlərə və irsi və idiopatik angioödemi olan pasiyentlərə Amlodipin-Lizinopril kombinasiyasının təyin olunması əks göstərişdir. Hamiləlik, laktasiya, kəskin hipotoniya, ürək infarktından sonrakı ürək çatışmazlığı (ilk 28 gün), hemodinamik əhəmiyyətli aorta və ya mitral klapanın stenozu, kardiogen şok, miokard infarktı, qeyri-stabil stenokardiya (Prinsmetal stenokardiya istitna olmaqla).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Amlodipin Amlodipinin damargenişləndirici təsiri tədricən meydana çıxdığından oral istifadə zamanı hipotenziyanın yaranması barədə nadir hallarda məlumat verilmişdir. Bununla belə, digər periferik vazodilatatorlarda (damargenişləndirici) olduğu kimi, xüsusilə aortanın ağır stenozu olan pasiyentlərdə Amlodipin ehtiyatla istifadə olunmalıdır. Durğun ürək çatışmazlığı olan pasiyentlərdə istifadəsi: ümumiyyətlə, kalsium kanallarının blokatorları ürək çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. β-Blokatorların ləğv edilməsi: Amlodipin β-blokator deyildir, ona görə də β-blokatorların qəflətən ləğv edilməsi nəticəsində yaranan təhlükəyə qarşı təsir göstərmir; bu cür ləğvetmə β-blokatorun dozasını tədricən azaltmaqla həyata keçirilməlidir. Qaraciyər çatışmazlığı olan pasiyentlər: Amlodipin geniş şəkildə qaraciyərdə metabolizmə məruz qaldığından və qaraciyərin funksional çatışmazlığı olan pasiyentlərdə plazmadan xaricolma müddəti (t ) 56 saat olduğundan, qaraciyərin ağır zədələnməsi olan pasiyentlərdə Amlodipindən½ istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Lizinopril Aortanın stenozu/hipertrofik kardiomiopatiya: bütün vazodilatatorlarda olduğu kimi, Amlodipin sol mədəciyin damar keçiriciliyində daralma olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Böyrəklərin funksional çatışmazlığı: renin-angiotezin-aldosteron sistemi inhibə edildiyindən həssas şəxslərdə böyrəklərin funksional vəziyyətində dəyişikliklər baş verə bilər. Ağır durğun ürək çatışmazlığı olan və bununla əlaqədar olaraq, böyrəklərin funksiyaları renin- angiotenzin-aldosteron sisteminin aktivliyindən asılı ola bilən pasiyentlərdə Lizinopril də daxil olmaqla, angiotenzinçevirici fermentin inhibitorları ilə müalicə oliquriya və/və ya inkişaf edən azotemiya ilə və nadir hallarda kəskin böyrək çatışmazlığı ilə və/və ya ölümlə nəticələnə bilər. Birtərəfli və ya ikitərəfli böyrək arteriyalarının stenozu olan hipertenziyalı pasiyentlərdə qanda sidik cövhəri azotunun və zərdab kreatininin səviyyəsinin artması baş verə bilər. Hipertenziyası, ürək çatışmazlığı və ya miokard infarktı olan pasiyentlərin qiymətləndirilməsi həmişə özündə böyrək funksiyasının müəyyən edilməsini ehtiva edir. Hiperkaliemiya: klinik sınaqlar zamanı hipertenziyalı pasiyentlərin təqribən 2,2%-də və ürək çatışmazlığı olan pasiyentlərin 4,8%-də hipokaliemiya (zərdabda kaliumun səviyyəsi 5,7 mEQ/L- dən çox) baş vermişdir. Hiperkaliemiyanın inkişafının risk faktorlarına böyrək çatışmazlığı, şəkərli diabet və kaliumtutucu diuretiklərin, kalium əlavələrinin və/və ya kalium tərkibli duzların eyni zamanda istifadəsi aiddir ki, bunlar birlikdə, xüsusilə Lizinoprillə birlikdə ehtiyatla istifadə olunmalıdır. Hematoloji toksiklik: çox nadir hallarda neytropeniya, aqranulositoz, trombositopeniya, anemiya inkişaf edə bilər. Lizonorm kollagen damar xəstəliyi, immunosupressiv terapiya, allopurinol və prokainamidlə müalicə alan xəstələrdə olduqca ehtiyatla istifadə edilməlidir. Bu xəstələrdən bəzilərində antibiotikoterapiyaya cavab verməyən ciddi infeksiya halları inkişaf edə bilər. Öskürək: endogen bradikininin deqradasiyasının inhibə olunması hesabına AÇF-in bütün inhibitorları ilə əlaqədar yaranan və həmişə müalicə dayandırıldıqdan sonra aradan qalxan davamlı quru öskürək barədə məlumat verilmişdir. AÇF-in inhibitorları tərəfindən törədilən öskürək öskürəyin differensial diaqnozu zamanı nəzərə alınmalıdır. Cərrahiyyə/anesteziya: böyük cərrahi əməliyyata məruz qalmış pasiyentlərdə və hipotenziya törədən dərman vasitələri ilə aparılan anesteziya dövründə, Lizinopril reninin kompensator azad olması üçün angiotenzin-II-nin ikincili formalaşmasını blokada edə bilər. Yaşlı xəstələrdə böyrək funksiyalarının pisləşməsi müşahidə olunarsa Lizinopril təyinində diqqətli olmaq lazımdır. Karsinogenlik, mutagenlik, fertilliyin pisləşməsi Amlodipin və Lizinopril kombinasiyasına dair belə məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Amlodipin İn vitro əldə edilmiş məlumatlar göstərir ki, Amlodipin insanın diqoksinlə, fenitoinlə, varfarinlə və indometasinlə birləşmiş plazma proteinlərinə heç bir təsir göstərmir. Digər dərman vasitələrinin Amlodipinə təsiri Simetidin: Amlodipinlə birlikdə istifadəsi Amlodipinin farmakokinetikasını dəyişdirmir. Qreypfrut şirəsi: 240 ml qreypfrut şirəsi ilə Amlodipinin 10 mq birdəfəlik oral dozasının 20 könüllü sağlam insanlar üzərində istifadəsi zamanı qreypfrut şirəsinin Amlodipinin farmakokinetikasına heç bir əhəmiyyətli təsiri aşkar edilməmişdir. Sildenafil: Sildenafilin 100 mq birdəfəlik dozası essensial hipertenziyası olan şəxslərdə Amlodipinin farmakokinetik parametrlərinə heç bir təsir göstərməmişdir. Amlodipinin digər dərman vasitələrinə təsiri Atorvastatin: Amlodipinin 10 mq çoxdəfəli dozası ilə 80 mq atorvastatinin birlikdə istifadəsi zamanı atorvastatinin farmakokinetik parametrlərində heç bir əhəmiyyətli dəyişiklik müşahidə olunmamışdır. Diqoksin: Normal könüllülərdə Amlodipinlə diqoksinin birlikdə istifadəsi zamanı diqoksinin zərdabda səviyyəsi və ya böyrək klirensi dəyişilməmişdir. Varfarin: Amlodipinlə varfarinin birlikdə istifadəsi zamanı varfarinin protrombin vaxtı dəyişməmişdir. Lizinopril Diuretiklərlə müalicə olunan hipotenziv pasiyentlər: diuretiklərlə müalicə olunan və xüsusilə diuretiklə müalicəsi yaxın günlərdə başlamış pasiyentlərdə lizinoprillə müalicəyə başladıqdan sonra nadir hallarda qan təzyiqinin həddindən çox aşağı düşməsinə səbəb ola bilər. Lizinoprillə diuretiklərin birlikdə istifadəsi zamanı lizinoprilin hipotenziv təsirini diuretikin istifadəsini dayandırmaqla və ya lizinoprillə müalicəyə başlamazdan əvvəl duz qəbulunu artırmaqla minimuma endirmək olar. Lizinoprillə müalicə olunan pasiyentlərin müalicəsinə diuretik əlavə olunduqda adətən antihipertenziv təsirin toplanması müşahidə edilmişdir. AÇF inhibitorlarının diuretiklərlə kombinasiyasının tədqiqi zamanı müəyyən edilmişdir ki, diuretiklə birlikdə istifadə olunduqda AÇF inhibitorunun dozası azaldıla bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar: böyrək funksiyalarının riskə məruz qaldığı bəzi pasiyentlərdə qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicədə eyni zamanda lizinoprilin istifadəsi gələcəkdə böyrəklərin funksional vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Bu təsirlər, adətən keçicidir. Digər preparatlar: Lizinopril paralel olaraq nitratlarla və/və ya diqoksinlə birlikdə istifadə olunduqda klinik əhəmiyyət daşıyan əlavə təsirlər müşahidə edilmir. Lizinoprilin propranolla və ya hidroxlorotiazidlə paralel istifadəsi zamanı heç bir klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir aşkar edilməmişdir. Qida qəbulu lizinoprilin biomənimsənilməsini dəyişdirmir. Zərdabda kaliumun səviyyəsini artıran preparatlar: lizinopril tiazid qrupu diuretiklərinin səbəb olduğu kalium itkisini zəiflədir.Lizinoprilin kaliumqoruyucu diuretiklərlə (məs., spironolakton, triamteren və ya amilorid), kalium əlavələri ilə və ya tərkibində kalium olan duz əvəzediciləri ilə birlikdə istifadə edilməsi zərdabda kaliumun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Ona görə də əgər bu komponentlərin eyni zamanda istifadəsi lazım gələrsə hipokaliemiya riskinə görə, bu, ehtiyatla və zərdabda kaliumun səviyyəsinin tez-tez monitorinqini keçirməklə həyata keçirilməlidir. Litium: natriumun eliminasiyasına səbəb olan dərman vasitələri, o cümlədən AÇF-in inhibitorları ilə birlikdə istifadə olunduqda litiumun toksik təsir göstərməsi barədə məlumat vardır. Litiumun toksik təsiri adətən keçici olmuş, litiumla və AÇF-in inhibitoru ilə müalicənin dayandırılmasından sonra aradan qalxmışdır. Antidepresantlar, neyroleptiklər, narkotik preparatlar və anestetiklərin AÇF inhibitorları ilə birlikdə istifadəsi qan təzyiqinin kəskin enməsinə səbəb ola bilər. Allopurinol, sitostatiklər, immun supressorlar (sistemik kortikosteroidlər) Lisinopril ilə birlikdə təyin olunan zaman leykopeniya riskini artıra bilər. Alkohol qəbulu: hipotenziv effektin güclənməsinə səbəb ola bilər. Antasid preparatlar: AÇF inhibitorlarının sorulmasını azalda bilər. Antidiabetik preparatların AÇF inhibitorları ilə birlikdə istifadəsi müalicənin ilk həftələrində böyrək funksiyalarının pisləşməsi olan xəstələrdə kəskin hipoqlikemiyaya səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası C-dir: Bu kombinasiyanın hamilə qadınlar üzərində adekvat və yaxşı nəzarət olunan tədqiqi aparılmamışdır. Odur ki hamiləliyin ilk 3 ayında Bifekt qəbulu tövsiyə olunmur, ikinci 3 ayında isə əks-göstərişdir. Döldə kəllə sümüklərinin ossifikasiyasının ləngiməsinə, böyrək fəaliyyətinin pisləşməsinə, dölyanı mayenin azalmadsına səbəb ola bilər. Amlodipinin və ya Lizinoprilin ana südünə nüfüz etməsi məlum deyildir. Bu barədə məlumat olmadığından laktasiya dövründə preparatın istifadəsi lazım gələrsə, o zaman ana südü ilə qidalandırmanın dayandırılması tövsiyə olunur. Pediatriyada istifadəsi Amlodipin-Lizinopril kombinasiyasının 18 yaşa qədər uşaqlara təsiri məlum deyildir. Ahıl yaşlı pasiyentlərdə istifadəsi Ümumiyyətlə, ahıl yaşlı pasiyentlərə doza ehtiyatla seçilməlidir, adətən, qaraciyərin, böyrəklərin və ya ürəyin funksiyalarının azalması tezliyinə və paralel mövcud olan xəstəliyə və ya digər dərman müalicəsinə uyğun olaraq, preparatla müalicə doza diapazonunun ən aşağı dozası ilə başlanılır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Amlodipin-Lizinopril kombinasiyası müalicənin başlanğıcında nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

İstifadə qaydası və dozası

Amlodipinin adi antihipertenziv oral dozası gündə 1 dəfə 5 mq, maksimal dozası gündə 1 dəfə 10 mq təşkil edir. Xroniki stabil və ya vazospastik stenokardiya zamanı tövsiyə olunan dozası 5- 10 mq-dır, ahıl yaşlı və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın azaldılması tövsiyə olunur. Ürək çatışmazlığı və kəskin miokard infаrktı zamanı lizinoprilin adi effektiv dozası günaşırı gündə 1 dəfə istifadə etməklə 5 mq-dan 20 mq-a qədərdir. Beləliklə, BIFEKT gündə 1 tablet istifadə oluna bilər.

Əlavə təsirləri

Kombinəolunmuş preparat tərəfindən törədilmiş əlavə effektlərin tezliyi hər komponentin ayrı-ayrı istifadəsi zamanı əmələ gələn əlavə təsirlərin tezliyi ilə eynidir. Daha tez-tez qeyd olunan əlavə təsirlər baş ağrısı (8%), quru öskürək (5%) və başgicəllənmədir (3%). Meydana çıxa bilən əlavə təsirlər: zəiflik, diareya, ürəkbulanma, qusma, ortostatik hipotenziya, dəri qaşınması, dəri səpgiləri, topuqların ödemi, üz nahiyəsində dərinin qızarması, döş qəfəsində ağrılar, artralgiya (1- 3%). Digər əlavə təsirlərin tezliyi 1%-dən azdır. Yüksək həssaslıq reaksiyaları baş verə bilər: üz nahiyəsində, ətraflarda, dodaqlarda, dildə, qırtlaqüstü və qırtlaqda angionevrotik ödem (0,1%). Belə hallarda müalicə dərhal dayandırılmalı və xəstə bütün simptomların ləğv olunmasına qədər nəzarətdə olmalıdır. Laborator göstəriciləri tərəfindən: hiperkaliemiya, kreatinin, sidik cövhəri azotunun səviyyəsnin, “qaraciyər” fermentlərin aktivliyinin və qanın bilirubininin yüksəlməsi baş verə bilər, xüsusən böyrək xəstəlikləri, şəkərli diabeti və renovaskulyar hipertenziya zamanı. Qanyaradıcı orqanlara: leykopeniya, neytropeniya, aqranulositoz (AÇF inhibitorlarının təsiri), trombositopeniya, eritrositopeniya; uzunmüddətli müalicə zamanı hemoqlobin və hematokrit konsentrasiyalarının cüzi azalması mümkündür. Ürək-damar sisteminə: aritmiyalar, ürək döyüntülərinin güclənməsi, taxikardiya, ortostatik hipotenziya, vaskulit, ürək çatışmazlığının əmələ gəlməsi və ya ağırlaşması. Həzm traktına: bağırsaq funksiyasının pozulması, ağızda quruluq, qarında ağrılar, pankreatit, hepatosellülyar və ya xolestatik sarılıq, hepatit, yumşaq damağın hiperplaziyası, iştahanın pozulması, ürəkbulanma, qusma, qəbizlik, meteorizm, dispepsiya, diareya, anoreksiya, qastrit, yanğı. Dəri örtüklərinə: övrə, yüksək tərlilik, alopesiya. Sidik-cinsiyyət sisteminə: böyrək funksiyasının pozulması, tez-tez sidik ifrazı, ağrılı sidik ifrazı, nikturiya, dizuriya, poliuriya, oliquriya, anuriya, kəskin böyrək çatışmazlığı, uremiya, proteinuriya, impotensiya. İmmun sistemə: antinuklear anticisimlərin əmələ gəlməsi ilə, eritrositlərin çökmə sürətinin artması ilə (EÇS) və artralgiya ilə qurdeşənəyinəbənzər sindromu; mialgiya; çoxformalı eritema; qızdırma. Mərkəzi və periferik sinir sisteminə: yuxuyameyillilik, ətrafların və dodaqların əzələ fassikulyasiyası, asteniya, əhvali-ruhiyyənin dəyişməsi, şüurun dumanlanması, üz nahiyəsində istilik və qanın axımı hissi, yüksək yorğunluq, baş ağrısı, bayılma, hiperesteziya, paresteziya, periferik nevropatiya, yuxusuzluq, qeyri-adi yuxular, əsəbilik, depressiya, həyəcan, qıcolmalar, apatiya, ajitasiya, ataksiya, amneziya. Sümük-əzələ sisteminə: əzələlərin qıcolması, mialgiya, bel nahiyəsində ağrı, artroz, miasteniya. Tənəffüs sisteminə: təngnəfəslik, rinit. Digər: qulaqlarda küy, ginekomastiya, bədən kütləsinin azalması/artması, görmənin pozulması, diplopiya, akkomodasiyanın pozulması, kseroftalmiya, konyunktivit, gözlərdə ağrı, dadbilmə hissinin pozulması, titrəmə, burun qanaxmaları, dermatit, parosmiya, kserodermiya, dəri piqmentasiyasının pozulması.

Doza həddinin aşılması

Amlodipin Doza həddinin aşılması periferik damarların həddindən artıq genişlənməsinə, nəticədə hipotenziyanın və taxikardiyanın əmələ gəlməsinə səbəb ola bilər. İnsanlarda Amlodipinin dozasının qəsdən aşılması təcrübəsi məhduddur. Əgər doza həddinin əhəmiyyətli dərəcədə aşması baş verərsə ürək və tənəffüs fəaliyyətinin monitorinqini keçirmək lazımdır. Qan təzyiqinin tez-tez ölçülməsi vacibdir. Amlodipin yavaş sorulduğundan mədənin yuyulması faydalı ola bilər. Əgər hipotenziya baş verərsə, orqanizmə çoxlu miqdarda və məqsədyönlü şəkildə maye yeridilməsi də daxil olmaqla, ürək, qan-damar sisteminin fəaliyyəti dəstəklənməlidir. Əgər hipotenziya bu konservativ tədbirlərə cavabsız qalarsa, dövr edən mayenin və xaric olan sidiyin həcminə diqqət etməklə damardaraldıcı dərman vasitələrindən istifadə edilməsi tövsiyə olunur. Lizinopril Doza həddi aşılmasının ən çox ehtimal olunan təzahürü hipotenziyadır, hansı ki, aradan qaldırmaq üçün normal duz məhlulunun venadaxili infuziyasından istifadə edilir. Lizinopril hemodializ vasitəsilə asanlıqla xaric edilə bilər, amlodipin isə zülallarla davamlı birləşmələr əmələ gətirdiyindən hemodializ vasitəsilə kənarlaşdırıla bilmir.

Buraxılış forması

10 tablet, blisterlərdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Macleods Pharmaceuticals Ltd. Ünvan Plot No.25-27, Survey No.366, Premier Industrial Estate, Kachigam, Daman–396210, Hindistan.

Qeydiyyat vəsiqəsinin sahibi

Macleods Pharmaceuticals Ltd. Ünvan Atlanta Arcade, Marol Church Road, Near Leela Hotel, Andheri (East), Mumbai–400 059, Hindistan

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bifekt N30 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar