Amlokard 10 mq N30 tablet

Təsiredici maddə: AMLODIPINE
Təsiredici maddəAMLODIPINE
Dərman formasıTablet
Farmakoloji təsirKalsium kanallarının blokatoru

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,61 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AMLOKARD-SANOVEL 10 mq tabletlər

AMLOKARD-SANOVEL

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq amplodipinə ekvivalent miqdarda amplodipin bezilat vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz dikalsium fosfat, natrium nişastaqlikolyatı, maqnezium stearat.

Təsviri

Ağ rəngli və üzərində bölmə xətti olan (tek tərəfində) dairəvi tabletlərdir.

Farmakoterapevtik qrupu

Kalsium kanallarının blokatoru.
ATC kodu: С08СA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Amplodipin — dihidropiridinin törəməsidir. Dihidropiridin reseptorları ilə birləşərək, kalsium kanallarını blokadaya alır, damarların və kardiomiositlərin saya əzələlərinin toxumaları daxilində kalsiumun transmembran keçməsini ləngidir (kardiomiositlərdən çox – damarların saya əzələli toxumalarının). Hipotenziv və antianginal təsir göstərir. Amlodipinin hipotenziv təsir mexanizmi damarların saya əzələlərinə birbaşa boşaldıcı təsirilə bağlıdır. Amlodipin miokardın işemiyasını aşağıdakı iki yolla azaldır:
1. Periferik arteriolları genişləndirir və beləliklə, PDÜM (periferik damarların ümümi müqaviməti) (postyüklənmə) aşağı salır, bu halda ÜYT (ürək yığılmalarının tezliyi) praktik olaraq dəyişmir ki, bu da miokardın enerji sərfinin və oksigenə tələbatının azalmasına səbəb olur.
2. Tac və periferik arteriyaları və arteriolları miokardın həm normal, həm də işemiyalaşmış zonalarında genişləndirir ki, bu da vazospastik stenokardiyası olan (Prinsmetal stenokardiyası) xəstələrdə oksigenin miokarda daxil olmasını artırır və siqaret çəkmə səbəbindən yaranan tac-damar spazmının inkişafının qarşısını alır.
Arterial hipertoniyalı xəstələrdə amlodipinin birdəfəlik gündəlik dozası 24 saat müddətində AT-nin azalmasını təmin edir (həm uzanıqlı, həm ayaqüstü vəziyyətdə). Təsirin tədricən başlanması sayəsində, amlodipin AT-nin kəskin düşməsinə səbəb olmur.
Stenokardiyalı xəstələrdə preparatın birdəfəlik gündəlik dozası fiziki yüklənmənin yerinə yetirilmə zamanı artır, stenokardiyanın növbəti tutmasının inkişafını və fiziki yüklənmə fonunda ST (1 millimetrdə) seqmentinin depressiyasının qarşısını alır, stenokardiya tutmasının tezliyini və nitroqliserinə tələbatı azaldır.
Ürəyin işemik xəstəliyi olan xəstələrdə istifadəsi: ürək-damar xəstəlikləri olan (bir damarın zədələnməsi ilə tac-damar aterosklerozu və 3 və daha çox arteriya və yuxu arteriyalarının stenozu və aterosklerozu daxil olmaqla), miokard infarktı keçirmiş, tac arteriyalarının dəri vasitəsilə translüminal anqioplastikasını (TLP) keçirən və ya stenokardiyadan əziyyət çəkən xəstələrdə, amlodipinin istifadəsi yuxu arteriyalarının intima-medialarının qalınlaşmasının inkişafının qarşısını alır, ürək-damar, miokard infarktı, insult, TLP, aorto-tac şuntlama səbəblərindən ölüm sayını əhəmiyyətli dərəcədə azaldır, qeyri-stabil stenokardiya və xronik ürək çatışmazlığının inkişaf etməsinə görə xəstəxanaya yerləşdirmə sayının azalmasına səbəb olur, tac-damar qan dövranının bərpasına yönəldilmiş müdaxilələrin tezliyini azaldır.
Ürək çatışmazlığı olan xəstələrdə istifadəsi: amlodipin diqoksin, diuretiklər və AÇF-in inhibitorları ilə terapiya (NYHA üzrə) fonunda III–IV funksional sinifdən xronik ürək çatışmazlığı olan xəstələrdə ölüm faizi və ya ağırlaşmaların inkişafı və ölümcül nəticələr riskini artırmır. NYHA üzrə qeyri-işemik etiologiyalı III–IV funksional sinifdən xronik ürək çatışmazlığı olan xəstələrdə amlodipindən istifadə zamanı ağciyərin ödemi ehtimalı mövcuddur. Amlodipin maddələr mübadiləsinə və qan plazmasının lipidlərinin konsentrasiyasına hər hansı mənfi təsir göstərmir.

Farmakokinetikası

Sorulması: terapevtik dozalarda amlodipinin qəbulundan sonra preparat yaxşı absorbsiya olunaraq qəbuldan 6-12 saat sonra qanda öz maksimal konsentrasiyasına çatır. Mütləq biomənimsənilməsi 64–80% qalır. Qida qəbulu amlodipinin sorulmasına təsir etmir.
Paylanması: paylanma həcmi təxminən 21 l/kq-a bərabərdir, amlodipinin təqribən 97,5%-i plazma zülalları ilə birləşir.
Xaric olması: plazmada sabit CSS amlodipinin daimi qəbulundan 7-8 gün sonra yaranır, o qaraciyərdə qeyri-aktiv metabolitlərin yaranması ilə metabolizə olunur; təsiredici maddənin 10%-i və metabolitlərin 60%-i sidiklə xaric olur. Ana südü ilə xaric olması məlum deyil. Plazmadan son yarımxaricolma dövrü (T1/2) təqribən 35-50 saat təşkil edir ki, bu da preparatın gündə bir dəfə təyininə imkan verir.

Xüsusi klinik hallarda farmakokinetikası

Yaşlı insanlarda istifadəsi.
Yaşlı insanlarda amlodipinin Tmax və Cmax daha gənc insanlardakından praktik olaraq fərqlənmir. Xronik ürək çatışmazlığından əziyyət çəkən yaşlı şəxslərdə amlodipinin klirensinin azalmasına meyillilik qeyd edilmişdir ki, bu da AUC və T1/2 65 saata qədər artmasına səbəb olur.
Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi.
Böyrək çatışmazlığı olan xəstələrdə qan plazmasından T1/2 60 günə qədər artır. Plazmada amlodipinin konsentrasiyasının dəyişməsi böyrəklərin funksiyasının pozulması dərəcəsiylə korrelyasiya edilmir.

İstifadəsinə göstərişlər

• Arterial hipertoniya (həm monoterapiya şəklində, həm də başqa antihipertenziv vasitələrlə birgə);
• Ürəyin işemik xəstəliyi:
— xroniki sabit stenikardiyanın simptomatik müalicəsi (monoterapiya qismində olduğu kimi, eləcədə, antianginal vasitələrlə birlikdə).
— sabit stenokardiya və angiospastik stenokardiya (Prinsmetal stenokardiyası) (həm monoterapiya şəklində, həm də digər antihipertenziv vasitələrlə birgə).

Əks göstərişlər

— Ağır arterial hipotenziya;
— preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
— dihidropiridinin digər törəmələrinə qarşı yüksək həssaslıq;
— sol mədəcik traktının çıxışının obstruksiyası (ağır aortal stenoz daxil olmaqla);
— şok, o cümlədən, kardiogen;
— miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ümumi

Amlodipinin damargenişləndirici təsiri tədricən meydana çıxır. Bununla əlaqəli, amlodipinin istifadəsindən sonra, nadir hallarda kəskin hipotenziya tutmalarının baş verməsi mümkündür. Aortal stenozdan əziyyət çəkən pasiyentlər amlodipini xüsusi ehtiyatla istifadə etməlidirlər.

Beta-blokatorlarla müalicənin dayandırılması

Amlodipin beta-blokator deyildir. Bu səbəbdən, beta-blokatorların istifadəsi qəflətən dayandırıldıqda, göstərilən preparat orqanizmin istənilən müdafiəsini təmin etmir. Oxşar hallarda, beta-blokatorların istifadəsi ilə müalicəni tədricən aparmaq lazımdır.

Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər

Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsi aparıldıqda, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Digər kalsium kanallarının blokatorlarının (KKB) istifadəsi zamanı olduğu kimi, SDZS-dən (sinus düyününün zəifliyi sindromundan), mitral stenozdan, hipertrofik obstruktiv kardiomiopatiyadan, arterial hipotenziyadan əziyyət çəkən pasiyentlərə amlodipini təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək vacibdir.

Qaraciyər funksiyalarının pozulması

Qaraciyər funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə, bütün kalsium kanallarının blokatorlarında olduğu kimi, amlodipinin T1/2 (yarımxaricolma dövrü) göstəricisinin uzanmasına baxmayaraq, göstərilən kateqoriyadan olan pasiyentlərdə adətən, preparatın dozalanmasında hər hansı dəyişiklik etmək tələb olunmur. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır.

Yaşlı pasiyentlər

Yaşlı pasiyentlərdə dozaların dəyişdirilməsi tələb olunmur, lakin, göstərilən kateqoriyadan olan pasiyentlərin hərtərəfli müşahidəsini təmin etmək vacibdir.

Böyrək funksiyalarının pozulması

Göstərilən kateqoriyadan olan pasiyentlərdə dozaların korreksiyası tələb olunmur. Plazma amlodipininin miqdarında müşahidə olunan dəyişikliklər böyrək çatışmazlığının dərəcəsindən asılı deyildir. Amlodipin dializ vasitəsi ilə xaric olunmur.
Aşağı bədən kütləsinə malik pasiyentlərdə, kiçik boylu pasiyentlərdə və qaraciyər funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın dozasının aşağı salınması tələb oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

CYP3A4 izofermentin inhibitorları: 180 mq dozada diltiazemi və 5 mq dozada amlodipini eyni zamanda istifadə etdikdə, arterial hipertenziyadan əziyyət çəkən yaşlı pasiyentlərdə (69 yaşdan 87 yaşa qədər), amlodipinin sistem ekspozisiyasının 57 % artması qeyd olunur. Amlodipinin və eritromisinin eyni zamanda istifadəsi, sağlam könüllülərdə (18 yaşdan 43 yaşa qədər) amlodipinin ekspozisiyasının əhəmiyyətli dəyişikliklərinə (AUC göstəricisinin 22 % artması) gətirib çıxarmır. Göstərilən effektlərin klinik əhəmiyyətinin tam aydın olmamasına baxmayaraq, yaşlı pasiyentlərdə onların təzahürləri daha aşkar meydana çıxa bilər. Diltiazemlə müqayisədə, CYP3A4 izofermentin güclü inhibitorları (məsələn, ketokonazol, itrakonazol) qan plazmasında amlodipinin konsentrasiyasının daha əhəmiyyətli yüksəlməsinə gətirib çıxara bilər. Amlodipini və CYP3A4 izofermentin inhibitorlarını eyni zamanda ehtiyatla istifadə etmək lazımdır.
CYP3A4 izofermentin induktorları: CYP3A4 izofermentin induktorlarının amlodipinin farmakokinetikasına təsiri barədə heç bir məlumat yoxdur. Amlodipini və CYP3A4 izofermentin induktorlarını eyni zamanda istifadə etdikdə, AT-ə diqqətlə nəzarət etmək lazımdır.
Qreypfrut şirəsi: 240 mq qreypfrut şirəsinin və 10 mq dozada amlodipinin eyni zamanda birdəfəlik qəbulu, amlodipinin farmakokinetikasında əhəmiyyətli dəyişikliklərlə müşayiət olunmur. Buna baxmayaraq, qreypfrut şirəsini və amlodipini eyni zamanda istifadə etmək tövsiyə olunmur, çünki, CYP3A4 izofermentin genetik polimorfizmi ilə əlaqəli amlodipinin biomənimsənilməsinin yüksəlməsi baş verə bilər və bunun nəticəsində, hipotenziv effekt güclənə bilər.
Tiazid və ilgək diuretikləri ilə, verapamillə, AÇF inhibitorları ilə, β-adrenoblokatorlarla və nitratlarla eyni zamanda istifadə edildikdə dihidropiridin sırasından olan KKB-in antianginal və hipotenziv təsirlərinin güclənməsi qeyd oluna bilər, eləcədə, α1-adrenoblokatorlarla, neyroleptiklərlə birlikdə istifadə edildikdə, onların hipotenziv təsiri güclənə bilər.

Amlodipinin digər dərman preparatlarına təsiri:

Digər antihipertenziv preparatlarla eyni zamanda istifadə edildikdə, amlodipinin hipotenziv təsiri, həmin preparatların hipotenziv effektinin güclənməsinə səbəb olur. Aparılan klinik tədqiqatlara əsasən, amlodipin atorvastatinin, diqoksinin və varfarinin farmakokinetikasını dəyişmir.
Virus əleyhinə vasitələr (ritonavir): LKKB-ların, o cümlədən amlodipinin plazma konsentrasiyalarını artırır.
Neyroleptiklər və izofluran: dihidropiridin törəmələrinin hipotenziv təsirinin güclənməsi.
Kalsium preparatları LKKB-ların effektini azalda bilər.
LKKB-ların litium preparatları ilə (amlodipin üçün məlumatlar mövcud deyil) eyni vaxtda istifadəsi zamanı, onların neyrotoksikliyinin təzahürlərinin güclənməsi (ürəkbulanma, qusma, diareya, ataksiya, tremor, qulaqlarda küy) mümkündür.
Sağlam könüllülərdə və böyrək köçürülməsindən sonra pasiyentlər istisna olmaqla bütün pasiyent qruplarında amlodipinin və siklosporinin eyni vaxtda istifadəsinin tədqiqatı aparılmamışdır. Böyrək köçürülməsindən sonra pasiyentlərdə amlodipinin siklosporinlə qarşılıqlı təsirinin müxtəlif tədqiqatları göstərir ki, bu cür kombinasiyanın istifadəsi ya hər hansı bir təsirə gətirib çıxara bilməz, ya da müxtəlif dərəcələrdə siklosporinin minimal konsentrasiyasını 40%-dək yüksəldə bilər. Bu pasiyentlər qrupunda siklosporin və amlodipinin eyni vaxtda istifadəsi zamanı bu məlumatları nəzərə almaq və siklosporinin konsentrasiyasına nəzarət etmək lazımdır.
Klaritromisin: CYP3A4 izofermentinin inhibitorudur. Klaritromisini amlopidin ilə eyni zamanda qəbul edən pasiyentlərdə AT-nin aşağı düşmə riski yüksəkdir. Bu preparatları eyni zamanda qəbul edən pasiyentlər ciddi həkim nəzarətində olmalıdırlar.
CYP3A4 izofermentinin induktorları: CYP3A4 izofermentinin induktorlarının amlodipinin farmakokinetikasına təsiri barədə məlumatlar yoxdur. Amlodipin və CYP3A4 izofermentinin induktorlarının eyni vaxtda istifadəsi zamanı AT-ni ciddi şəkildə nəzarət altında saxlamaq lazımdır.
Takrolimus: amlodipin ilə eyni zamanda istifadə edildikdə, takrolimusun qan plazmasında konsentrasiyasının artmasının riski yüksəkdir. Amlodipin ilə eyni zamanda istifadə edildikdə takrolimusun toksikliyinin qarşısını almaq üçün takrolimusun pasiyentlərin qan plazmasında konsentrasiyasını nəzarət altında saxlamaq və ehtiyac olduqda takrolimusun dozasını tənzimləmək lazımdır.
Simvastatin: eyni zamanda 10 mq dozada amlodipinin və 80 mq dozada simvastatinin dəfələrlə təkrar istifadəsi, simvastatinin ekspozisiyasının 77 % artmasına gətirib çıxarır. Belə hallarda, simvastatinin dozasını 20 mq-a qədər məhdudlaşdırmaq lazımdır.

Xüsusi pasiyent qrupları:

Qaraciyər/böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlər: qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmamışdır.
Uşaqlar: qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin kateqoriyası C

Hamiləlik zamanı və laktasiya dövründə amlodipinin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir, buna görə də hamiləlik dövründə istifadəsi yalnız o halda mümkündür ki, ana üçün fayda döl və yenidoğulmuş üçün riskdən üstün olsun.
Amlodipinin ana südü ilə xaric olması barədə məlumat yoxdur, buna görə də laktasiya dövründə preparatın qəbulunu və ya ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Amlodipinin istifadəsi fonunda, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə istənilən mənfi təsir müşahidə olunmamışdır, lakin, AT-in (arterial təzyiqin) həddindən artıq aşağı düşməsi, başgicəllənmənin, yuxuya meylliliyin və digər əlavə təsirlərin inkişaf etməsi ehtimalını nəzərə alaraq, xüsusilə müalicənin əvvəlində və dozalanma rejimi dəyişdirildiyi hallarda, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, preparatın fərdi təsirlərinə diqqətlə yanaşmaq lazımdır.

İstifadə qaydası və dozası

Arterial hipertenziya və stenokardiya zamanı preparatın orta başlanğıc dozası sutkada 1 dəfə 5 mq təşkil edir, pasiyentin fərdi reaksiyasından asılı olaraq, həmin dozanı 10 mq maksimal dozaya qədər artırmaq olar.
Tabletləri sutkada 1 dəfə, kifayət qədər su ilə birlikdə daxilə qəbul etmək lazımdır.
Tiazid diuretiklərlə, beta-adrenoblokatorlarla və ya AÇF inhibitorları ilə eyni zamanda istifadə edildikdə, amlodipinin dozalanma rejiminin dəyişdirilməsi tələb olunmur.

Xüsusi pasiyent qrupları

Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər

Qaraciyər funksiyalarının yüngül və orta pozğunluqları qeyd olunan pasiyentlər üçün preparatın xüsusi dozaları müəyyən edilməmişdir və bu səbəbdən, həmin pasiyentlərin müalicəsini ehtiyat tədbirlərinə riayət edərək, ən aşağı dozadan başlamaq və gələcəkdə dozanı tədricən titrləmək lazımdır. Qaraciyər funksiyalarının ağır pozğunluqları zamanı amlodipinin farmakokinetikası öyrənilməmişdir. Qaraciyər funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə amlodipinlə müalicəni ən aşağı dozadan başlamaq və gələcəkdə dozanı tədricən titrləmək lazımdır.

Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər

Böyrək çatışmazlığı zamanı amlodipini adi dozalarda istifadə etmək tövsiyə olunur, lakin bu zaman, T1/2 göstəricisinin əhəmiyyətsiz yüksəlməsi ehtimalını nəzərə almaq vacibdir. Amlodipin dializ vasitəsi ilə xaric olunmur.

Uşaqlar

6 yaşdan 17 yaşa qədər uşaqlarda tövsiyə olunan sutkalıq doza sutkada 1 dəfə 2,5-5 mq təşkil edir. Uşaqlarda daha yüksək dozaların istifadəsi ilə tədqiqatlar aparılmamışdır. Preparatın 2,5 mq dozalanmasını əldə etmək üçün, 5 mq dozalı tableti yarıya bölmək lazımdır. Preparatın 5,0 mq dozalanmasını əldə etmək üçün, 10 mq dozalı tableti yarıya bölmək lazımdır.
Yaşı 6-dan aşağı olan uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq edilməmişdir.
Yaşlı pasiyentlər üçün preparatı orta terapevtik dozalarda istifadə etmək tövsiyə olunur, dozaların dəyişdirilməsi tələb olunmur.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil).
Qanyaradıcı sistemə: bəzən – trombositopenik qızartı, leykopeniya, trombositopeniya.
İmmun sistemə: çox nadir hallarda – allergik reaksiyalar.
Endokrin sistemə: bəzən – qinekomastiya
Maddələr mübadiləsinə: bəzən — hiperqlikemiya.
MSS və periferik sinir sisteminə: tez-tez istilik və üz dərisinə qan axını hissi, tez yorulma, başgicəllənmə, baş ağrı, yuxuculluq; bəzən – naxoşluq, yüksək tərləmə, huşunu itirmə, asteniya, hipesteziyalar, paresteziyalar, periferik nevropatiyası, tremor, yuxusuzluq, əhval-ruhiyyənin qeyri-stabilliyi, qeyri-adi yuxular, əsəbilik, depressiya, həyəcan; nadir hallarda – qıcolmalar, apatiya, həyəcan; çox nadir hallarda – ataksiya, amneziya.
Görmə orqanlarına: bəzən – görmə qabiliyyətinin pozulması, dumanlı görmə
Eşitmə orqanlarına: bəzən – qulaqlarda səs.
Ürək-damar sisteminə: tez-tez – periferik ödemlər (topuqlar və pəncələr), ürəkdöyünmə; bəzən – AT-ın həddən artıq azalması, ortostatik hipotenziya, vaskulit; nadir hallarda ürək çatışmazlığının inkişafı və ya gərginləşməsi ; çox nadir hallarda – ürək ritminin pozulmaları (bradikardiya, mədəcik taxikardiyası və ürək qulaqcıqlarının titrəməsi daxil olmaqla), miokard infarktı, döş qəfəsində ağrılar, miqren.
Tənəffüs sisteminə: bəzən – təngnəfəslik, rinit; çox nadir hallarda — öskürək.
Həzm sisteminə: tez-tez – qarın boşluğunda ağrı, ürəkbulanma; bəzən – qusma, qəbizlik, meteorizm, dispepsiya, ishal, anoreksiya, ağızda quruluq, susuzluq; nadir hallarda – diş ətinin hiperplaziyası, iştahanın artması; çox nadir hallarda – qastrit, pankreatit, hiperbilirubinemiya, sarılıq (adətən xolestatik), qaraciyər transaminazalarının fəallığının artması, hepatit.
Allergik reaksiyalar: bəzən – dərinin qaşınması, səpgi, övrə; çox nadir hallarda – angionevrotik ödem, multiformalı eritema.
Sümük-əzələ sisteminə: bəzən – artalgiya, əzələ qıcolmaları, mialqiya, bel ağrısı, artroz; nadir hallarda – miasteniya.
Sidik ifrazat sisteminə: bəzən – tez-tez ağrılı sidik ifrazı, nikturiya, impotensiya, dizuriya, poliuriya.
Digər: bəzən – alopesiya, purpura, qulaqlarda səs, ginekomastiya, bədən çəkisinin artması/azalması, görmə qabiliyyətinin pozulması, diplopiya, akkomodasiyanın pozulması, kseroftalmiya, konyunktivit, gözlərdə ağrı, dad hiss etmə pozğunluğu, hərarət, burundan qanaxma; nadir hallarda dermatit; çox nadir hallarda – parosmiya, kserodermiya, soyuq tər, dəri piqmentasiyasının pozulması, eksfoliativ dermatit, Stivens-Conson sindromu, fotohəssaslıq.
GÖZLƏNİLMƏZ EFFEKTLƏRİN YARANMASI ZAMANI HƏKİMƏ MÜRACİƏT EDİN.

Doza həddinin aşılması

Simptomları: reflektor taxikardiya və həddən artıq periferik vazodilatasiyanın mümkün inkişafı ilə AT-nin ifadə edilmiş azalması (həmçinin şok və ölümcül nəticənin inkişafı ilə ifadə edilmiş və davamlı arterial hipotenziyanın yaranması ehtimalı mövcuddur)
Müalicəsi: aktivləşdirilmiş kömürün (xüsusilə də doza həddinin aşılmasından sonra ilk 2 saat ərzində) təyin edilməsi, mədənin (bəzi hallarda) yuyulması, ayaqların yuxarı qaldırılması, ürək-damar sisteminin funksiyasının fəal saxlanması, ürəyin və ağciyərlərin iş göstəricilərinin monitorinqi, dövr edən qanın həcminə və diurezə nəzarət. Əgər əks göstəriş yoxdursa, damarların tonusunun və AT-nin bərpası üçün, damardaraldıcı preparatların istifadəsi mümkündür. Kalsium qlükonatı v/d istifadə edirlər. Amlodipin qan zərdabının zülalları ilə əhəmiyyətli dərəcədə birləşdiyindən, hemodializ effektiv deyil.

Buraxılış forması

10 tablet blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Digər buraxılış formaları

Amlokard-sanovel 5mq, 30 tablet.

Saxlanma şəraiti

25°С-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı/Qeydiyyat şəhadətnaməsinin sahibi

SANOVEL İLAÇ SAN ve TİC.A.Ş.
Silivri İlcesi, Balaban Mahallesi, Cihaner sokağı, No:10, 34580, ISTANBUL/TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Amlokard 10 mq N30 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar