Panangin N50 tablet

Təsiredici maddə: MAGNESIUM ASPARTATE + POTASSIUM ASPARTATE
Təsiredici maddəMAGNESIUM ASPARTATE + POTASSIUM ASPARTATE
Dərman formasıTablet
Farmakoloji təsirMineral əlavələr. Maqnezium aspartat, kombinasiyaları
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,65 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun. Bu dərman vasitəsi aptekdən reseptsiz buraxılır. Lakin preparatı istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. – Bu içlik vərəqəni saxlayın. Ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin. – Əlavə suallar yarandıqda həkiminizə və ya əczaçıya müraciət edin. – Xəstəliyin əlamətləri 3 gün ərzində azalmadıqda və ya gücləndikdə dərhal həkiminizə müraciət edin. – Ciddi əlavə təsirlər yarandıqda, eləcə də bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər meydana çıxdıqda, bu barədə həkiminizə və ya əczaçıya xəbər verin. PANANGİN örtüklü tabletlər

Tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində 158 mq kalium asparaginat (kalium asparginat • ½ H О şəklində), 140 mq maqnezium asparaginat (maqnezium asparaginat •2 4 H О şəklində) vardır.2 Köməkçi maddələr: kolloidal susuz silisium dioksid, kartof nişastası, povidon, maqnezium stearat, talk, qarğıdalı nişastası. Örtük: makroqol 6000, titan dioksid (E171), euhidrat E 100, talk.

Təsviri

Ağ və ya demək olar ki, ağ rəngli, disk formalı, hər iki tərəfi qabarıq, cüzi parıldıyan əhəmiyyətsiz dərəcədə düz olmayan səthə malik, demək olar ki, qoxusuz örtüklü tabletlər.

Farmakoterapevtik qrupu

Mineral əlavələr. Maqnezium aspartat, kombinasiyaları. ATCkodu: A12CC55.

Farmakoloji xüsusiyyətləri

Panangin preparatının təsiredici maddəsi müxtəlif mübadilə proseslərində, eləcə də sinir, əzələ və ürək-damar sisteminin fəaliyyətində vacib rol oynayır.

İstifadəsinə göstərişlər

Preparat müəyyən xroniki ürək xəstəliklərində (ürək çatışmazlığı, miokard infarktından sonra), ürək ritminin bəzi pozulmalarında əlavə müalicə kimi göstərişdir. Panangin, eləcə də maqnezium və kaliumun əlavə mənbəyi kimi istifadə edilir.

Əks göstərişlər

– Kəskin və ya xronik böyrək çatışmazlığı; – Addison xəstəliyi (böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı) olduqda; – ürəyin keçirici sisteminin müəyyən pozulmaları; – ürəyin yığılma qabiliyyətinin çatışmazlığı ilə törədilən arterial təzyiqin ifadəolunmuş enməsi (kardiogen şok); – preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qanda kaliumun yüksək səviyyəsi ilə müşayiət edilən xəstəliklərdə Panangin preparatı ilə müalicə həkimin nəzarəti altında keçirilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

İstifadə edilən və ya yaxın günlərdə istifadə olunmuş reseptsiz buraxılan dərman vasitələr daxil olmaqla, digər preparatlar barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Daxilə qəbul edilən tetrasiklinlər, tərkibində dəmir duzları, natrium flüorid olan preparatlar preparatın mədə-bağırsaq traktından sorulmasını tormozlayır. Yuxarıda göstərilən dərman vasitələrilə preparatın eyni vaxtda istifadəsi zaman qəbularası fasilə 3 saatdan az olmamalıdır. Preparatın kaliumqoruyucu diuretiklərlə və/və ya AÇF inhibitorları ilə (antihipertenziv preparatlar) eyni vaxtda istifadəsi hiperkaliemiyaya səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı bir dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hazırkı dövrə qədər bu kateqoriyalı pasiyentlərdə preparatın hər hansı mənfi qarşılı təsiri barədə məlumat verilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Panangin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Həkim tərəfindən digər göstəriş olmadıqda, adi doza sutkada 3 dəfə 1-2 tablet təşkil edir. Sutkalıq doza sutkada 3 dəfə 3 tabletə qədər artırıla bilər. Mədə şirəsi preparatın effektivliyini azalda bilər, bu səbəbə görə tabletləri yeməkdən sonra qəbul etmək məsləhət görülür.

Əlavə təsirləri

Bütün preparatlar kimi Panangin tabletləri də əlavə təsirlərə səbəb ola bilər., lakin bu əlavə təsirlər preparatı qəbul edən hər kəsdə yaranmır. Preparatı böyük dozalarla istifadə etdikdə nəcis ifrazının tezləşməsi müşahidə oluna bilər. Ciddi əlavə reaksiyalar yarandıqda və ya bu içlik vərəqədə qeyd edilməyən digər əlavə təsirlər baş verdikdə, bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Doza həddini aşılması Hazırkı dövrə qədər doza həddinin aşılması halları qeyd edilməyib. Doza həddinin aşılması zamanı qanda kaliumun və maqneziumun miqdarı artır ki, nəticədə əlavə təsirlər yarana bilər. Doza həddinin aşılması zamanı preparatın qəbulunu dayandırmaq vacibdir.

Buraxılış forması

50 tablet polietilendən qarmonabənzər ara qat ilə təmin olunmuş zəmanət-bağlayıcı qapaqlı poliprolpilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Gedeon Rixter” ASC. H-1103 Budapeşt, Dyömröyi k., 19-21, Macarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Panangin N50 tablet” üçün ilk rəyi siz yazın.