Amlo-Denk 5 mq N50 tablet

Təsiredici maddə: AMLODIPINE
Təsiredici maddəAMLODIPINE
Dərman formasıTablet
Farmakoloji təsirKalsium kanallarının blokatorları, kalsium kanallarının əsasən damar təsiri olan selektiv blokatorları. Dihidropiridin törəmələri
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkim və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. AMLO-DENK 5 tabletlər AMLO-DENK 5 Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq amlodipinə ekvivalent 6,395 mq amlodipin mezilat. 1H O vardır.2 Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, natrium nişasta- qlikolyatı, maqnezium stearat.

Təsviri

Ağ rəngli, dairəvi, iki tərəfi qabarıq tabletlərdir.

Farmakoterapevtik qrupu

Kalsium kanallarının blokatorları, kalsium kanallarının əsasən damar təsiri olan selektiv blokatorları. Dihidropiridin törəmələri. ATC kodu: C08CA01.

Farmakoloji xüsusiyyətləri

Amlo-Denk 5 preparatının təsiredici maddəsi kalsium kanallarının blokatorları qrupuna aid olan amlodipindir. Farmakodinamikası Amlodipin, dihidropiridin qrupunun kalsium ionlarının axınının inhibitorudur (ləng kalsium kanallarının blokatoru və ya kalsium ionlarının antaqonisti) və hüceyrə membranından kalsium ionlarının ürək və damar saya əzələlərinə ötürülməsini inhibə edir. Amlodipinin hipotenziv təsir mexanizmi onun damarların saya əzələlərinə birbaşa boşaldıcı təsir göstərməsi ilə əlaqədardır. Farmakokinetikası Absorbsiyası, paylanması və plazma zülalları ilə birləşməsi Müalicəvi dozalarda daxilə qəbul zamanı amlodipin yaxşı sorulur, qanda maksimal konsentrasiyası 6-12 saat ərzində yaranır. Mütləq biomənimsənilməsi 64-80%-dir. Paylanma həcmi təqribən 21 l/kq təşkil edir. In vitro tədqiqatlarda göstərilmişdir ki, amlodipinin təqribən 97,5%-i plazma zülalları ilə birləşir. Qida qəbulu amlodipinin sorulmasına təsir göstərmir. Metabolizmi və xaric olması Terminal yarımxaricolma dövrü təqribən 35-50 saat təşkil edir və birdəfəlik gündəlik dozaya uyğundur. Amlodipinin ekstensiv şəkildə qaraciyərdə qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizmə uğrayır; 10%-i dəyişilməmiş halda, 60%-i metabolitlər şəklində sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər

Amlo-Denk 5, yüksək təzyiq (hipertenziya) və ya stenokardiya adlanan müəyyən sinə ağrısının və onun nadir forması olan Prinsmetal stenokardiyasının (variant stenokardiyası) müalicəsində istifadə olunur. Yüksək qan təzyiqi olan pasiyentlərdə, preparat qan damarlarını boşaldaraq təsir edir və qanın daha asan keçməsini təmin edir. Stenokardiya olan pasiyentlərində Amlo-Denk 5 preparatı ürək əzələsinə qan axınını yaxşılaşdırır, bu səbəbdən ürək əzələsi daha çox oksigen alır və nəticədə sinə ağrısının qarşısı alınır. Bu preparat stenokardiya zamanı yaranan sinə ağrısını dərhal aradan qaldırmır.

Əks göstərişlər

˗ Amlodipinə və ya bu dərmanın digər maddələrinə (“Tərkibi” bölməsinə baxın) və ya digər kalsium antaqonistlərinə qarşı allergiya. Bu qaşınma, dərinin qızarması və ya nəfəs almaqda çətinlik ola bilər. ˗ Ağır dərəcəli aşağı qan təzyiqi (hipotenziya). ˗ Aorta ürək qapağının daralması (aortal stenoz) və ya kardiogen şok (ürəyin bədənə kifayət qədər qan verə bilmədiyi bir vəziyyət). ˗ Miokard infarktından sonra yaranan ürək çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Amlo-Denk 5 preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Aşağıdakı hallar anamnezdə və ya hal-hazırda olduqda, həkimə bu barədə məlumat verin: ˗ son vaxtlar keçirilmiş miokard infarktı, ˗ ürək çatışmazlığı, ˗ qan təzyiqinin kəskin şəkildə artması (hipertonik kriz), ˗ qaraciyər xəstəliyi, ˗ yaşlı pasiyentlərdə dozanın artırılmasının ehtiyacı olan hallar. Uşaqlar və yeniyetmələr 6 yaşından aşağı uşaqlarda Amlodipinin təsiri öyrənilməmişdir. Amlodipin yalnız 6-17 yaşında uşaqlarda və yeniyetmələrdə hipertenziyanın müalicəsində istifadə olunmalıdır (“İstifadə qaydası və dozası” bölməsinə baxın). Daha ətraflı məlumat üçün həkimlə məsləhətləşin. Amlo-Denk 5 qida və içkilərlə. Amlo-Denk preparatı ilə müalicə olunan pasiyentlər, qreypfrut şirəsi və qreypfrut qəbul etməməlidirlər. Qreypfrut və qreypfrut şirəsi, təsiredici maddə amlodipinin qanda səviyyəsini artıra bilər və bu səbəbdən Amlo-Denk 5 preparatının qan təzyiqini salan təsiri gözlənilməz dərəcədə arta bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin. Amlo-Denk 5 preparatı və aşağıdakı dərman vasitələri bir birinə qarşılıqlı təsir edə bilər: ˗ ketokonazol, itrakonazol (antifunqal dərman vasitələri); ˗ ritonavir, indinavir, nelfinavir (İİV müalicəsində istifadə olunan proteaza inhibitorları); ˗ rifampisin, eritromisin, klaritromisin (antibiotiklər); ˗ dazı otu bitkisi (Hypericum perforatum); ˗ verapamil, diltiazem (ürək preparatları); ˗ dantrolen (bədən temperaturunun ağır dəyişikliklərində istifadə olunan infuziya); ˗ takrolimus (immun sisteminin aktivliyini dəyişdirən dərman vasitəsi); ˗ simvastatin (qanda yüksək xolesterinin səviyyəsini azaltmaq üçün istifadə olunur); ˗ siklosporin (immunosupressant). Amlo-Denk 5 preparatı, yüksək təzyiqin müalicəsində istifadə olunan dərman vasitələri ilə qəbul edildikdə, təzyiqi daha da aşağı sala bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilələrdə amlodipinin təhlükəsizliyi müəyyən edilməmişdir. Hamilə ola biləcəyinizi düşündükdə və ya hamilə qalmağı planlaşdırdıqda, Amlo-Denk 5 preparatını qəbul etməzdən əvvəl həkimə bu barədə məlumat verin. Laktasiya Amlodipinin ana südünə az miqdarda keçir. Körpəni südlə qidalandırdıqda, Amlo-Denk 5 preparatını qəbul etməzdən əvvəl həkimə bu barədə məlumat verin. Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Amlodipin nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər. Müalicə zamanı başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma müşahidə olunduqda, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin və dərhal həkimlə əlaqə saxlayın.

İstifadə qaydası və dozası

Preparatı həmişə həkimin dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Preparatın adi başlanğıc dozası gündə bir dəfə 5 mq-dır. Doza gündə bir dəfə 10 mq amlodipinə qədər artırıla bilər. Preparat qida və içkilərdən əvvəl və ya sonra istifadə edilə bilər. Amlo-Denk 5 preparatı hər gün eyni vaxtda su ilə qəbul edilməlidir. Amlo-Denk 5 preparatı qreypfrut şirəsi ilə qəbul edilməməlidir. Uşaqlar və yeniyetmələr Uşaqlar və yeniyetmələr (6 – 17 yaş) üçün məsləhət görülən adi başlanğıc doza gündə 2,5 mq təşkil edir. Məsləhət görülən maksimal doza gündə 5 mq-dır. Amlo-Denk 5 tableti, iki bərabər hissəyə bölünmək üçün istehsal olunmayıb, bu səbəbdən 2.5 mq- lıq doza əldə edilə bilməz. Preparatın qəbulunu davam etmək vacibdir. Həkimlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmayın. Amlo-Denk 5 preparatının istifadəsi unudularsa Tabletin qəbulu unudulduqda, həmin dozanı qəbul etməyin. Növbəti dozanı öz vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir Amlo-Denk 5preparatı ilə müalicə dayandırılarsa Həkimlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz. Preparatın qəbulu məsləhət görüldüyündən tez dayandırıldıqda, xəstəlik ağırlaşa bilər. Bu dərman preparatının istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə məsləhətləşin.

Əlavə təsirləri

Müalicə zamanı ən çox bildirilən mənfi reaksiyalar yuxululuq, başgicəllənmə, baş ağrısı, palpitasiya, qızartı, qarın nahiyəsində ağrı, ürəkbulanma, ayaq biləyinin (topuq) şişkinliyi, ödem və yorğunluqdur. Bu preparatı qəbul etdikdən sonra aşağıdakı əlavə təsirlər yarandıqda dərhal həkimlə əlaqə saxlayın. ˗ Qəfil təngnəfəslik, sinədə ağrı, nəfəs darlığı və ya nəfəsalma çətinliyi. ˗ Göz qapaqlarının, üzün və ya dodaqların şişkinliyi. ˗ Nəfəsalma çətinliyi yaradan dil və boğazın şişkinliyi. ˗ Güclü dəri səpgisi, övrə, bütün bədəndə dərinin qızarması, ağır qaşınma, suluqlar, dərinin soyulması və şişkinliyi, selikli qişaların iltihabı (Stivens Conson Sindromu, toksik epidermal nekroliz) və ya digər allergik reaksiyalar daxil olmaqla ağır dəri reaksiyaları. ˗ Ürək tutması, anormal ürək döyüntüləri. ˗ Halsızlıqla müşayiət olunan və ağır qarın və bel ağrısına səbəb ola bilən mədəaltı vəzinin iltihabı. Aşağıdakı əlavə təsirlər çox tez-tez baş verir. Bunlardan hər hansı biri yarandıqda və ya bir həftədən çox davam etdikdə, həkimlə əlaqə saxlayın. Çox tez-tez: 10 pasiyentdən ən azı 1-də baş verir Topuq şişkinliyi (ödem) Aşağıdakı əlavə təsirlər tez-tez baş verir. Bunlardan hər hansı biri yarandıqda və ya bir həftədən çox davam etdikdə, həkimlə əlaqə saxlayın. Tez-tez: 100 pasiyentdən 1-10-da baş verir ˗ Baş ağrısı, başgicəllənmə, yuxululuq (xüsusilə müalicənin əvvəlində). ˗ Palpitasiya (ürək döyüntüləri). ˗ Abdominal ağrı, ürəkbulanma. ˗ Bağırsaq problemləri, diareya, qəbizlik, dispepsiya. ˗ Yorğunluq, zəiflik. ˗ Görmə pozğunluğu, diplopiya. ˗ Əzələ spazmları. Digər əlavə təsirlər aşağıda göstərilib. Bunlardan hər hansı biri ciddi olduqda və ya bu içlik vərəqədə göstərilməyən əlavə təsirlər yarandıqda, həkim və ya əczaçıya müraciət edin. Bəzən: 1000 pasiyentdən ən azı 1-də baş verir ˗ Əhvalın dəyişməsi, narahatlıq, depressiya, yuxusuzluq. ˗ Tremor, dad dəyişiklikləri, bayılma. ˗ Ətraflarda keyləmə və paresteziya, ağrı hissiyatının itkisi. ˗ Tinnitus. ˗ Aşağı qan təzyiqi. ˗ Burunun selikli qişasının iltihabı nəticəsində yaranan asqırma / rinit. ˗ Öskürək. ˗ Ağızda quruluq, qusma. ˗ Saçın tökülməsi, tərləmə, qaşınma, dəridə qırmızı ləkələr, dərinin rəngsizləşməsi. ˗ Sidik ifrazında pozğunluq, gecə sidiyəgetmənin artması, sidik ifrazının artması. ˗ Ereksiya pozğunluğu, ginekomastiya. ˗ Ağrı, halsızlıq hissi. ˗ Oynaq və ya əzələ ağrısı, bel ağrısı. ˗ Çəkinin artması və ya azalması. Nadir: 10 000 pasiyentdən 1-10-da baş verir ˗ Konfuziya. Çox nadir: 10 000 pasiyentdən 1-dən azında baş verir ˗ Ağ qan hüceyrələrinin sayının azalması, qeyri-adi qanaxmalar və ya asan qanaxma ilə nəticələnə biləcək qan trombositlərinin azalması (qırmızı qan hüceyrələrinin zədələnməsi). ˗ Qanda şəkərin səviyyəsinin həddindən artıq olması (hiperqlikemiya). ˗ Zəiflik, paresteziya və keyləməyə səbəb olan əsəb pozğunluğu. ˗ Damaqların şişkinliyi. ˗ Abdominal köp (qastrit). ˗ Qaraciyər funksiyasının pozğunluğu, qaraciyərin iltihabı (hepatit), dərinin saralması (sarılıq), bəzi tibbi testlərin nəticələrinə təsir edən qaraciyər fermentlərinin artması. ˗ Artan əzələ gərginliyi. ˗ Dəri səpgisi ilə müşayiət olunan damarlarının iltihabı. ˗ Fotohəssaslıq. ˗ Gərginlik, tremor və / və ya hərəkət pozğunluqlarını birləşdirən pozğunluqlar. Əlavə təsirlə barədə məlumatın verilməsi Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə, və ya əczaçıya tibb məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07- 12). Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı qan təzyiqi təhlükəli dərəcədə aşağı düşə bilər. Başgicəllənmə, konfuziya, halsızlıq və ya zəiflik hissi yarana bilər. Qan təzyiqi ağır dərəcədə aşağı düşdükdə, şok baş verə bilər. Dəri yapışqan və soyuq ola bilər və huşun itməsi baş verə bilər. Amlo-Denk 5 preparatını məsləhət görülən dozadan artıq qəbul etdikdə, dərhal tibbi yardıma müraciət edin.

Buraxılış forması

10 tablet, PVX/PE/ PVDX alüminium blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə və orijinal qablaşmada saxlamaq lazımdır. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanlar çirkab suları və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti qeyd edilən ayın sonuncu gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Seriya istehsalı Denk Pharma GmbH & Co. KG Göllstr. 1 84529 Tittmoning Germany.

Qeydiyyat vəsiqəsinin sahibi

Denk Pharma GmbH & Co. KG Prinzregentenstr. 79 81675 München Germany. Qablaşdırıcı Aesica Pharmaceuticals GmbH Mittelstraße 15 40789 Monheim am Rhein Germany.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Amlo-Denk 5 mq N50 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar