Amlipin 5 mq / 5 mq N30 tablet
| Təsiredici maddə | AMLODIPINE BESYLATE + LISINOPRIL DIHYDRATE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Ürək-damar sisteminə təsir göstərən vasitələr. Renin-angiotenzin-aldosteron sisteminə (RAAS) təsir göstə.��rən vasitələr. Angiotenzinçevirici ferment (AÇF) inhibitorların kombinəolunmuş preparatları. AÇF inhibitorları kalsium kanalı blokatorları (KKB) ilə kombinasiyada |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,26 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AMLİPİN örtüklü tabletlər
AMLIPIN
Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Lisinopril
Tərkibi
Amlipin 5/5 mq
Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq amlodipin (amlodipin bezilat şəklində), 5 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır.
Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat.
Örtük: Opadri® II 85F250057 qırmızı (hissəvi hidroliz olunmuş polivinil spirti, makroqol, titan dioksid, talk, ponso 4R, günəş qürubu sarısı FCF, tartrazin, qara dəmir oksidi).
Amlipin 5/10 mq
Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq amlodipin (amlodipin bezilat şəklində), 10 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır.
Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat.
Örtük: Opadri® II 85F18422 ağ (hissəvi hidroliz olunmuş polivinil spirti, titan dioksid, makroqol, talk).
Amlipin 10/10 mq
Təsiredici maddələr: 1 tabletin tərkibində 10 mq amlodipin (amlodipin besilat şəklində), 10 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır.
Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat.
Örtük: Opadri® II 85F250057 qırmızı (hissəvi hidroliz olunmuş polivinil spirti, makroqol, titan dioksid, talk, ponso 4R, sarı sanset FCF, tartrazin, qara dəmir oksidi).
Amlipin 10/20 mq
Təsiredici maddələr: 1 tabletin tərkibində 10 mq, amlodipin (amlodipin bezilat şəklində) 20 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır.
Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat.
Örtük: Opadri® II 85F18422 ağ (hissəvi hidroliz olunmuş polivinil spirti, titan dioksid, makroqol, talk).
Təsviri
Amlipin 5/5 mq
Qırmızı rəngdən kərpici-qırmızı rəngə qədər, yumru ikitərəfli qabarıq, örtüklü tabletlərdir.
Amlipin 5/10 mq
Ağ rəngli, yumru ikitərəfli qabarıq, örtüklü tabletlərdir.
Amlipin 10/10 mq
Qırmızı rəngdən kərpici-qırmızı rəngə qədər, yumru ikitərəfli qabarıq, bir üzündə bölünmə xətti
olan örtüklü tabletlərdir.
Amlipin 10/20 mq
Ağ rəngli, yumru ikitərəfli qabarıq, bir üzündə bölünmə xətti olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Ürək-damar sisteminə təsir göstərən vasitələr. Renin-angiotenzin-aldosteron sisteminə (RAAS)
təsir göstə.��rən vasitələr. Angiotenzinçevirici ferment (AÇF) inhibitorların kombinəolunmuş
preparatları. AÇF inhibitorları kalsium kanalı blokatorları (KKB) ilə kombinasiyada.
ATC kodu: С09ВВ03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Amlipin iki təsiredici maddənin: lizinopril və amlodipinin təsbit olunmuş dozalarından ibarət
kombinəolunmuş preparatdır.
Lizinopril
Lizinopril peptidildipeptidaza inhibitoru hesab olunur. O angiotenzin I -in angiotenzin II-yə
çevrilməsini kataliz edən AÇF-i inhibə edir. Angiotenzin II damardaraldıcı təsirə malikdir,
həmçinin böyrəküstü vəzin qabıq maddəsində aldosteronun sekresiyasını stimulə edir. AÇF-in
inhibə olunması qan plazmasında angiotenzin II konsentrasiyasının azalmasına gətirib çıxarır ki,
bunun nəticəsində onun vazokonstriktor təsiri zəifləyir və aldosteronun sekresiyası azalır.
Aldosteronun səviyyəsi azaldığı zaman qan plazmasında kaliumun konsentrasiyası yüksələ bilər.
Baxmayaraq ki, lizinoprilin əsas antihipertenziv təsir mexanizmi RAAS blokadası hesab olunur, o
həmçinin reninin aktivlik səviyyəsi aşağı olan, arterial hipertenziyalı pasiyentlərdə arterial təzyiqi
(AT) aşağı sala bilir.
AÇF bradikinini parçalayan kininaza II fermentinə oxşardır. Bradikinin ifadəli vazodilatasiyaedici
təsiri olan peptid hesab olunur. Bradikinin səviyyəsinin artmasının lizinoprilin terapevtik effektinə
müəyyən təsirinin olub olmaması məsələsi hələ öyrənilməyib.
Amlodipin
Amlodipin dihidropiridin törəmələri qrupundan olan yavaş kalsium kanallarının (kalsium
ionlarının antaqonisti) blokatoru hesab olunur, o qan damarlarının saya əzələ hüceyrələrinə və
kardiomiositlərə kalsium ionlarının transmembran ötürücülüyünü inhibə edir.
Amlodipinin antihipertenziv təsir mexanizmini onun qan damarlarının saya əzələ hüceyrələrinin
tonusunu azaltması hesabına birbaşa damargenişləndirici təsiri ilə izah etmək olar.
Farmakokinetikası
Lizinopril
Lizinopril peroral istifadə üçün AÇF inhibitoru olub, tərkibində sulfhidril qrupu olmayan aktiv
təsiredici maddə hesab olunur.
Sorulması
Lizinoprilin daxilə qəbulu zamanı qan plazmasında maksimal konsentrasiyaları (Cmax) tə.��xminən 7
saat sonra qeyd olunmuşdur, kəskin miokard infarktı olan pasiyentlərdə Cmax əldə olunması üçün
tələb olunan zamanın artmasına bir qədər meyillik qeyd olunmuşdur.
Müəyyən olunmuşdur ki, 5 mq-dan 80 mq-a qədər doza diapazonunda lizinoprilin mədə-bağırsaq
traktında sorulması dərəcəsinin orta göstəricisi 25%-ə yaxın təşkil edir, bu zaman pasiyentlərdə
sorulma dərəcəsi 6%-dən 60%-ə qədər həddlərdə dəyişə bilir. Ürək çatışmazlığı olan pasiyentlərdə
mütləq biomənimsənilmə təxminən 16%-ə qədər azalmış olur. Lizinoprilin sorulması qida
qəbulundan asılı deyildir.
Paylanması
Lizinopril qan plazması zülalları ilə birləşmir, dövr edən AÇF istisna olmaqla. Siçovullar üzərində
aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki, lizinopril yalnız cüzi dərəcədə hematoensefalik
baryerdən keçir.
Xaric olması
Lizinopril orqanizmdə biotransformasiyaya məruz qalmır və sidiklə dəyişilməmiş şəkildə xaric
olunur. Çox saylı qəbulu zamanı onun effektiv yarımxxaricolma dövrü 12,6 saat təşkil edir.
Sağlam könüllülərdə lizinoprilin klirensi təxminən 50 ml/dəq -dir. Qan plazmasında lizinoprilin
konsentrasiyasının azalması prosesi uzun terminal fazanın olması ilə xarakterizə olunur, bu zaman
orqanizmdə dərman vasitəsinin toplanması baş vermir. Terminal fazanın olması ehtimal olunur ki,
lizinoprilin AÇF-lə birləşməsi prosesləri ilə şərtlənir, onun davametmə müddəti dərman
vasitəsinin dozasından asılı deyildir.
Xüsusi qrup pasiyentlər
Qaraciyər funksiyasının pozulması olan pasiyentlər
Qaraciyər sirrozu olan pasiyentlərdə lizinoprilin sorulması dərəcəsi azalır (təxminən 30%), lakin
klirensi azalması səbəbindən qan plazmasında dərman vasitəsinin konsentrasiyası sağlam
könüllülərlə müqayisədə artır (təxminən 50%).
Böyrəklərin funksiyasının pozulması olan pasiyentlər
Bpyrəklərin funksiyası pozulduğu zaman lizinoprilin orqanizmdən eliminasiyası sürəti azalır. Bu
yalnız o halda klinik əhəmiyyət daşıyır ki, yumaqcıq filtrasiyasının sürəti (YFS) 30 ml/dəq-dən az
təşkil etsin. Zəif və ya orta ifadəli böyrək çatışmazlığı zamanı (kreatinin klirensi (KK) 30-80
ml/dəq təşkil edir) konsentrasiya-zaman əyrisi altında sahənin (AUC) orta göstəriciləri yaln�.��z 13%
artır, ağır böyrək çatışmazlığı zamanı (kreatinin klirensi 5-30 ml/dəq təşkil edir) AUC göstəriciləri
4,5 dəfə yüksəlir.
Lizinopril orqanizmdən dializ vasitəsilə xaric olunur. 4-saatlıq hemodializ prosedurundan sonra
qan plazmasında lizinoprilin konsentrasiyası orta hesabla 60% azalır, bu zaman klirens 40-55
ml/dəq təşkil edir.
Xroniki ürək çatışmazlığı olan pasiyentlər
Xroniki ürək çatışmazlığı olan pasiyentlərdə lizinoprilin sorulması təxminən 16% azalır, qan
plazmasında onun konsentrasiyası isə (AUC göstəriciləri orta hesabla 125% yüksəlir) sağlam
könüllülərlə müqayisədə artır.
Uşaqlar
Lizinoprilin farmakokinetik parametrləri arterial hipertenziyadan əziyyət çəkən, YFS 30
ml/dəq/1,73m2
-dən çox təşkil edən 6 yaşdan 16 yaşa qədər uşaqlarda (29 pasiyentdə)
öyrənilmişdir. 0,1-0,2 mq/kq-a qədər dozalarda istifadəsi zamanı Cmax 6 saat ərzində əldə
olunmuşdur, sorulma dərəcəsi təxminən 28% təşkil etmişdir, bu məlumatlar böyüklərdə qeydə
alınan göstəricilər ilə eyni olmuşdur. Bu tədqiqatda uşaqlarda AUC və Cmax göstəriciləri həmçinin
böyüklərdə əvvəl əldə olunan analoji göstəricilərə müvafiq olmuşdur.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə qan plazmasında lizinoprilin daha yüksək konsentrasiyaları qeyd olunur,
həmçinin daha cavan yaşlı pasiyentlərlə müqayisədə AUC-un əhəmiyyətli artması (təxminən 60%)
müşahidə olunur.
Amlodipin
Sorulma, paylanma və qan plazmasının zülalları ilə birləşməsi
Terapevtik dozalarda peroral qəbulundan sonra amlodipin mədə-bağırsaq traktında yaxşı sorulur.
Qan plazmasında Cmax preparatın qəbulundan sonra 6-12 saat ərzində qeydə alınır. Amlodipinin
mütləq biomənimsənilməsi 64%-80%, paylanma həcmi 21 l/kq bədən kütləsinə təşkil edir. İn vitro
tədqiqatlarda müəyyən olunmuşdur ki, amlodipinin qanın plazma zülalları ilə birləşməsi 97,5%
təşkil edir. Amlodipinin biomənimsənilməsi qida qəbulundan asılı deyildir.
Biotransformasiya/xaricolma
Amlodipinin son yarımxaricolma dövrü gündə bir dəfə qəbulu zamanı 35-50 saata yaxın təşkil
edir. O əhəmiyyətli dərəcədə qaraciyərdə metabolizə ol.��unur, bunun nəticəsində qeyri-fəal
metabolitlər əmələ gəlir. Amlodipinin qəbul edilən dozasının 60%-ə qədəri böyrəklərlə
metabolitlər şəklində, daha 10%-i -dəyişilməmiş şəkildə xaric olunur.
Xüsusi qrup pasiyentlər
Qaraciyər funksiyasının pozulması olan pasiyentlər
Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə amlodipinin istifadəsinə dair çox məhdud
klinik məlumatlar mövcuddur. Belə pasiyentlərdə amlodipinin klirensi azalır, bu isə
yarımxaricolma dövrünün artmasına və AUC göstəricilərinin 40-60% artmasına gətirib çıxarır.
Yaşlı pasiyentlər
Cmax əldə olunması üçün tələb olunan zaman göstəricisi yaşlılarda və daha cavan pasiyentlərdə
eynidir. Yaşlı pasiyentlərdə amlodipinin klirensinin azalması tendensiyası qeyd olunur ki, bu isə
AUC və yarımxaricolma dövrünün artmasına gətirib çıxarır. Durğunluq ürək çatışmazlığı oln
pasiyentlərdə AUC və yarımxaricolma dövrü göstəricilərinin artması bu yaş qrupu üçün ehtimal
olunan göstəricilərə uyğun olmuşdur.
Uşaqlar
Amlodipinin farmakokinetik parametrləri 1 yaşdan 17 yaşa qədər, arterial hipertenziyadan əziyyət
çəkən 74 uşağın iştirak etdiyi (6-12 yaş 34 pasiyent, 13-17 yaş 28 pasiyent) tədqiqatda
öyrənilmişdir, onlar amlodipini 1,25-20 mq dozada gündə bir və ya iki dəfə qəbul etmişdir. 6-12
yaş uşaqlarda və 13-17 yaş yeniyetmələrdə peroral qəbulu zamanı dərman vasitəsinin klirensi
oğlanlar üçün müvafiq olaraq 22,5 və 27,4 l/saat, qızlar üçün müvafiq olaraq – 16,4 və 21,3 l/saat
təşkil etmişdir. Qan plazmasında amlodipin konsentrasiyalarının ifadəli fərdi dəyişkənliyi
müşahidə olunmuşdur. 6 yaşa qədər uşaqlarda amlodipinin farmakokinetik parametrlərinə dair
məlumatlar məhduddur.
İstifadəsinə göstərişlər
Böyüklərdə essensial arterial hipertenziyanın müalicəsi.
Amlipin böyüklərdə arterial təzyiqin adekvat nəzarətini təmin edən dozalarda amlodipin və
lizinoprilin eyni vaxtda qəbuluna alternativ olaraq göstəriş hesab olunur.
Əks göstərişlər
Lizinopril ilə əlaqəli:
– lizinoprilə və ya hər-hansı digər AÇF inhibitoruna qarşı hiperhəssaslıq;
– anamnezində AÇF inhibitorlarının qəbulu fonunda angionevrotik ödem;
– irsi və ya idiopatik angionevrotik ödem;
– şəkərli diabtei və ya böyrək çatışmazlığı olan pasiyentlərdə (YFS< 60 ml/dəq/1,73 m2
) AÇF
inhibitorlarının aliskiren tərkibli dərman preparatları ilə eyni vaxtda qəbulu.
Amlodipin ilə əlaqəli:
– amlodipinə və ya digər dihidropiridin törəmələrinə qarşı hiperhəssaslıq;
– ağır arterial hipotenziya;
– şok (o cüm., kardiogen);
– sol mədəciyin çıxış traktının obstruksiyası (məs., ağır dərəcəli aortal stenoz);
– kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı.
Amlipin ilə əlaqəli:
– ayrı-ayrı komponentlərin istifadəsilə əlaqəli, yuxarıda qeyd olunan bütün əks göstərişlər
həmçinin Amlipinə də aid edilir;
– köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq;
– hamiləliyin planlaşdırılması, hamiləlik və laktasiya dövrləri;
– 18 yaşa qədər uşaqlar və yeniyetmələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda ayrı-ayrı komponentlərin istifadəsilə əlaqədar qeyd olunan xəbərdarlıqlar həmçinin
Amlipinə aid edilir.
Lizinopril ilə əlaqəli
Simptomatik arterial hipotenziya
Ağırlaşmamış arterial hipertenziyalı pasiyentlərdə nadir halda simptomatik arterial hipotenziya
müşahidə olunur. Pasiyentdə dövr edən qanın həcmi (DQH) azaldıqda, məsələn, diuretiklərin
qəbulu, az duz tərkibli pəhriz, dializ proseduru, qusma, diareya və ya ağır renin-asılı arterial
hipertenziya nəticəsində, AT əhəmiyyətli dərəcədə azalması müşahidə oluna bilər.
Ürək çatışmazlığı olan pasiyentlərdə, böyrək çatışmazlığı ilə və ya onsuz, simptomatik arterial
hipotenziyanın inkişaf etməsi mümkündür. Bu zaman ürək çatışmazlığının daha ağır formaları
olan pasiyentlərdə bu risk daha yüksək olur ki, ilgək diuretinklərin yüksək dozalarının istifadə
edilməsi, hiponatriemiya və ya böyrəklərin funksiyasının pozulmaları bunu sübut etmişdir.
Arterial hipotenziyanın inkişaf etməsi riski yüksək olan pasiyentlər müalicənin başlanğıcında,
həmçinin dərman vasitəsinin dozasının korreksiyası zamanı diqqətli nəzarət altında olmalıdırlar.
enməsi miokard infarktına və ya beyin qan dövranın pozulmasına gətirib çıxara bilən
pasiyentlərə aid edilir.
Arterial hipotenziya inkişaf etdikdə pasiyentə arxasıüstə üfüqi vəziyyət verilməlidir və ehtiyac
olduqda venadaxili fizioloji məhlul yeridilməlidir. Tranzitor hipotenziv reaksiya dərman
vasitəsinin sonradan istifadə olunmasına əks göstəriş hesab edilmir, DQH bərpa olunduqdan sonra
AT yüksəldiyi zaman adətən istifadə oluna bilər.
Normal və ya aşağı AT olan ürək çatışmazlığı olan bəzi pasiyentlərdə lizinoprilin istifadəsi zamanı
sistem AT daha sonra azalması müşahidə oluna bilər.
Bu effekt ehtimal olunandır və adətən müalicənin dayandırılmasını tələb etmir. Əgər arterial
hipotenziya klinik simptomatikanın inkişaf etməsilə müşayiət olunursa, dozanın azaldılması və ya
dərman vasitəsinin qəbulunun dayandırılması tələb oluna bilər.
Kəskin miokard infarktı zamanı arterial hipotenziya
Vazodilatatorlar ilə müalicədən sonra hemodinamikanın gələcəkdə əhəmiyyətli dərəcədə
pisləşməsi riski olan, kəskin miokard infarktlı pasiyentlərdə lizinopril ilə müalicəyə başlamaq
olmaz. Onlara sistolik arterial təzyiqi (SAT) 100 mm c.süt. və aşağı olan, həmçinin kardiogen şok
inkişaf etmiş pasiyentlər aid edilir. Miokard infarktından sonra, əgər SAT 120 mm.c.süt. və daha
aşağı olarsa ilk 3 gün ərzində lizinoprilin dozasını azaltmaq lazımdır. Əgər SAT 100 mm.c.süt. və
daha aşağı təşkil edirsə, dəstəkləyici dozanı 5 mq-a qədər və ya müvəqqəti olaraq 2,5 mq-a qədər
azaltmaq lazımdır. Arterial hipotenziya 1 saatdan artıq müddət ərzində qeydə alınarsa (SAT 90
mm.c.süt.-dan az) lizinoprilin qəbulunu ləğv etmək lazımdır.
Aortal qapağın stenozu, mitral qapağın stenozu/hipertrofik kardiomiopatiya
Digər AÇF inhibitorları kimi, mitral qapağın stenozu və sol mədəciyin çıxış traktının obstruksiyası
(aortal stenoz və ya hipertrofik kardiomiopatiya) olan pasiyentlərdə lizinoprili ehtiyatla istifadə
etmək lazımdır.
Böyrəklərin funksiyasının pozulmaları
Böyrəklərin funksiyasının pozulmaları zamanı (KK < 80 ml/dəq) lizinoprilin dozasını ilkin olaraq
pasiyentdə KK asılı olaraq seçmək lazımdır (bax. Cədvəl), daha sonra isə müalicəyə qarşı cavaba
əsasən bunu etmək. Terapiya aparılan zaman qan plazmasında kaliumun və kreatininin
konsentrasiyalarını müntəzəm olaraq yoxlamaq lazımdır.
Cədvəl. Böyrək çatışmazlığı zamanı lizinoprilin dozasının korreksiyası
Kreatinin klirensi (ml/dəq) Başlanğıc doza
(mq/gün)
<10 (dializdə olan pasiyentlər daxil
olmaqla)
2,5*
10-30 2,5-5
31-80 5-10
*Doza və/və ya qəbul sayı AT səviyyəsi əsasında korreksiya olunmalıdır.
Ürək çatışmazlığı olan pasiyentlərdə AÇF inhibitorları ilə müalicənin başlanğıc mərhələsində
arterial hipotenziya böyrəklərin funksiyasının gələcəkdə pisləşməsinə gətirib çıxara bilər. Belə
pasiyentlərdə kəskin böyrək çatışmazlığının inkişaf etməsi barədə məlumat verilmişdir ki, bu isə
bir qayda olaraq, geridönən xarakter daşımışdır.
Bəzən AÇF inhibitorları qəbul edən böyrək arteriyaların ikitərəfli stenozu və ya tək böyrək olduğu
halda böyrək arteriyasının stenozu olan pasiyentlərdə qan plazmasında sidik cövhərinin və
kreatinin konsentrasiyalarının bir qayda olaraq müalicənin dayandırılması zamanı geridönən olan
yüksəlməsi müşahidə olunmuşdur, bu zaman böyrək çatışmazlığı olan pasiyentlərdə bu risk daha
yüksəkdir. Renovaskulyar arterial hipertenziya olduğu halda ağır arterial hipotenziya və böyrək
çatışmazlığının inkişaf etməsi riskləri əhəmiyyətli dərəcədə yüksəlir. Belə pasiyentlərin müalicəsi
ciddi tibbi nəzarət altında aparılmalıdır. Terapiyanı lizinoprilin aşağı dozaları ilə başlamaq və daha
sonra onları ehtiyatla korreksiya etmək lazımdır. Lizinopril ilə terapiyanın ilk həftələrində
diuretiklərin qəbulunu dayandırmaq lazımdır, belə ki, onların istifadəsi yuxarıda qeyd olunan
vəziyyətlərin yaranmasına səbəb ola bilər, həmçinin böyrəklərin funksiyasına nəzarət etmək
lazımdır.
Arterial hipertenziyalı pasiyentlərdə renovaskulyar xəstəliklər olmadığı halda bəzən qan
plazmasında sidik cövhəri və kreatinin konsentrasiyalarının artması qeyd olunmuşdur, xüsusən
lizinopril diuretiklər ilə kombinasiyada istifadə olunduğu hallarda. Adətən göstərilən dəyişikliklər
dəyərsiz olmuş və tranzitor xarakter daşımışdır. Bununla belə böyrəkl�.���rin funksiyası pozulmuş
pasiyentlərdə onların yaranması riski daha yüksəkdir. Belə vəziyyətlərdə dozanın azaldılması
və/və ya diuretikin və/və ya lizinoprilin dozasının azaldılması tələb oluna bilər.
Kəskin miokard infarktı olan pasiyentlərdə və böyrək çatışmazlığı əlamətləri olan pasiyentlərdə
qan plazmasında kreatinin konsentrasiyası 177 mkmol/l-dən yüksək olduqda və/və ya proteinuriya
gündə 500 mq-dan çox olduqda lizinopril ilə müalicəyə başlamaq olmaz. Əgər lizinopril ilə
terapiya zamanı böyrəklərin funksiyası pozulursa (qan plazmasında kreatinin konsentrasiyası 265
mkmol/l-dən çox və ya müalicəyə başlamadan əvvəl müvafiq göstricidən 2 dəfə yüksək olduqda)
dərman vasitəsinin qəbulunun dayandırılması məsələsi müzakirə olunmalıdır.
Hiperhəssaslıq/angionevrotik ödem
Lizinopril daxil olmaqla, AÇF inhibitorları qəbul edən pasiyentlərdə nadir halda üzün, ətrafların,
dodaqların, dilin, səs yarığı və/və ya qırtlağın angionevrotik ödemi hadisələri qeydə alınmışdır,
bunlar isə müalicənin istənilən dövründə yarana bilirdi. Bu vəziyyətdə dərman vasitəsinin
qəbulunu dərhal dayandırmaq, pasiyentə qarşı diqqətli tibbi müşahidəni təmin etmək və pasiyent
evə yazılana qədər, simptomlar tam itənə qədər onların müvafiq terapiyasını aparmaq lazımdır.
Hətta yalnız dilin şişkinliyi inkişaf etdiyi zaman və tənəffüs çatışmazlığı olmadığı halda xəstəyə
qarşı uzunmüddətli müşahidə tələb oluna bilər, belə ki, antihistamin preparatlarla və
kortikosteroidlər ilə müalicə kifayət etməyə bilər.
Qırtlağın və ya dilin ödemi ilə müşayiət olunan angionevrotik ödem çox nadir hallarda letal
sonluğa gətirib çıxarmışdır. Dilin, səs yarığının və ya qırtlağın ödemi olan pasiyentlərdə, xüsusən,
anamnezində tənəffüs yollarının əməliyyatları olan şəxslərdə tənəffüs yollarının obstruksiyası
inkişaf edə bilər. Belə vəziyyətlərdə təcili olaraq təxirəsalınmaz terapiya aparılmalıdır, yuxarı
tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi və adrenalin yeridilməsi daxil olmaqla. Pasiyent
simptomların tam itməsinə qədər ciddi tibbi müşahidə altında olmalıdır.
AÇF inhibitorları digər irqlərə mənsub pasiyentlərlə müqayisədə, daha çox neqroid irqindən olan
pasiyentlərdə angionevrotik ödemə səbəb olurlar.
Anamnezində AÇF inhibitorların qəbulu ilə əlaqəli olmayan angion.��evrotik ödem hadisələri qeyd
olunmuş pasiyentlərdə AÇF inhibitorlarının istifadəsi zamanı angionevrotik ödemin baş verməsi
riski yüksəkdir.
Lizinoprili rapamisin törəmələri ilə (mTORkinaza fermentin (məməlilərin hüceyrələrində
rapamisin hədəfi) inhibitorları, məsələn, sirolimus, everolimus, temsirolimus) birgə qəbul edən
pasiyentlərdə angionevrotik ödemin (məsələn, tənəffüs çatışmazlığının inkişaf etməsi ilə və ya
onsuz tənəffüs yollarının və ya dilin ödemi) inkişaf etməsi riski daha yüksək ola bilər.
Hemodializdə olan pasiyentlərdə anafilaktoid reaksiyalar
Yüksəkaxarlı dializ membranlarından (məsələn, AN69) istifadə etməklə hemodializdə olan
pasiyentlərdə lizinoprilin qəbulu zamanı anafilaktoid reaksiyaların baş verməsi hadisələri qeydə
alınmışdır. Belə pasiyentlərdə ya digər tipli dializ membranlarından, yaxud digər
farmakoterapevtik qrupdan olan hipotenziv preparatdan istifadə edilməsi məsələsi müzakirə
olunmalıdır.
Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) aferezi prosedurunun aparılması zamanı pasiyentlərdə
anafilaktoid reaksiyalar
Dekstran sulfatdan istifadə olunmaqla ASLP aferezi prosedurunun aparılması zamanı AÇF
inhibitorları qəbul edən pasiyentlərdə nadir hallarda həyati təhlükəli anafilaktoid reaksiyalar
inkişaf etmişdir. Hər bir aferez seansından əvvəl AÇF inhibitorun qəbulunu müvəqqəti
dayandırmaqla bu reaksiyaların qarşısını almaq olar.
Desensibilizasiya
Desensibilizəedici müalicə zamanı (məsələn, təbilqanadlı zəhərlə) AÇF inhibitorları qəbul edən
pasiyentlərdə anafilaktoid reaksiyalar qeyd olunmuşdur. Desensibilizasiya prosedurunun
aparılmasından öncə AÇF inhibitorların istifadəsini müvəqqəti dayandırmaqla həmin
pasiyentlərdə belə reaksiyaların qarşısını almaq olar, lakin dərman vasitəsinin təsadüfən qəbulu
zamanı onlar yenidən baş vermişdir.
Qaraciyər çatışmazlığı
Nadir hallarda AÇF inhibitorların qəbulu xolestatik sarılıqla başlayan, fulminant qaraciyər
nekrozuna qədər proqressivləşən sindromla müşayiət olunmuşdur və (bəzən) ölümə səbəb
olmuşdur. Bu sindromun yaranması mexanizmi aydın deyildir. Sarılıq yarandıqda və ya qan
plazmasında qaraciyər fermentlərinin səviyyələri əhəmiyyətli dərəcədə yüksəldikd.��ə dərman
vasitəsinin qəbulunu dayandırmaq və pasiyentlərin vəziyyətinə diqqətli tibbi nəzarəti təmin etmək
lazımdır.
Neytropeniya/aqranulositoz
AÇF inhibitorların istifadəsi zamanı neytropeniya/aqranulositoz, trombositopeniya və anemiyanın
baş verməsi hadisələri qeydə alınmışdır. Böyrəklərin funksiyası normal olan pasiyentlərdə və
digər ağırlaşdırıcı faktorlar olmadığı halda neytropeniya nadir halda rast gəlinir. Neytropeniya və
aqranulositoz geridönən olub və AÇF inhibitorların qəbulu dayandırıldıqda itib gedir. Birləşdirici
toxumanın sistem xəstəlikləri olan pasiyentlərdə, immunosupressiv terapiyanın aparılması zamanı,
allopurinol və ya prokainamid ilə müalicə zamanı, həmçinin bu ağırlaşdırıcı faktorların birgə rast
gəlindiyi zaman, xüsusən böyrəklərin funksiyası pozulduqda lizinorpili ehtiyatla qəbul etmək
lazımdır. Bəzi hallarda belə pasiyentlərdə ağır infeksion xəstəliklər inkişaf etmişdir ki, hansılar ki,
bir sıra hallarda antibiotiklərlə müalicəyə tabe olmamışdır. Yuxarıda qeyd olunan pasiyentlərdə
lizinopril ilə müalicə zamanı qanda leykositlərin sayını mütəmadi yoxlamaq məsləhət görülür.
Pasiyentlərə məlumat verilməlidir ki, infeksion xəstəliyin ilk əlamətləri yaranan zaman bunu
həkimə bildirmək lazımdır.
RAAS ikili blokadası
Əldə olan məlumatlara əsasən, AÇF inhibitorların, angiotenzin II reseptor antaqonistlərinin
(BRAII) və ya aliskirenin eyni vaxtda qəbulu zamanı RAAS ikili blokadası hesabına arterial
hipotenziya, hiperkaliemiya və böyrəklərin funksiyasının zəifləməsi riski yüksəlir (kəskin böyrək
çatışmazlığı daxil olmaqla). Bu səbəbdən, AÇF inhibitorları, BRA II və ya aliskirenin birgə
istifadəsi məsləhət görülmür.
RAAS ikili blokadası mütləq vacib hesab olunduğu halda pasiyentə qarşı müvafiq müşahidəni
təmin etmək və mütəmadi olaraq böyrəklərin funksiyasını, su-elektrolit balansı və AT diqqətli
monitorinqini aparmaq lazımdır.
Diabetik nefropatiyası olan pasiyentlərdə AÇF inhibitorları və BRA II eyni vaxtda istifadə etmək
olmaz.
İrqi mənsubiyyət
Neqroid irqindən olan pasiyentlərdə AÇF inhibitorların istifadəsi zamanı digər irqlərə nisbətən
angionevrotik ödem daha tez-tez baş verir.
Digər AÇF inhibitorları kimi, digər irqdən olan pasiyentlərlə müqayisədə neqroid irqindən olan
pasiyentlərdə lizinopril daha az effektiv AT-i aşağı salır. Bu isə çox guman ki, neqroid irqli
arterial hipertenziyalı pasiyent populyasiyasında reninin səviyyəsi aşağı olan nümayəndələrin
üstün olması ilə şərtlənir.
Öskürək
Aşkar olunmuşdur ki, AÇF inhibitorların qəbulu öskürək ilə müşayiət oluna bilər ki, bu isə bir
qayda olaraq, qeyri-produktiv, davamlı olur və dərman vasitəsinin qəbulu dayandırıldıqdan sonra
itib gedir. Öskürəyin differensial diaqnostikası zamanı AÇF inhibitorların qəbulu ilə şərtlənən
öskürəyi nəzərə almaq lazımdır.
Cərrahi müdaxilə/ümumi anesteziya
Cərrahi müdaxilələr və ya hipotenziv preparatların istifadəsi ilə ümumi anesteziya aparılan zaman
lizinopril reninin kompensator azad olunması ilə şərtlənən angiotenzin II yaranmasını blokada edə
bilər. Bu halda, əgər arterial hipotenziya inkişaf edirsə, onu ÜDQ artırılması yolu ilə korreksiya
etmək olar.
Hiperkaliemiya
AÇF inhibitorları, o cümlədən lizinopril qəbul edən bəzi pasiyentlərdə qan plazmasında kalium
səviyyəsinin yüksəlməsi müşahidə olunmuşdur. Hiperkaliemiyanın inkişaf etməsində risk qrupunu
böyrək çatışmazlığı və şəkərli diabeti olan pasiyentlər təşkil edir. Bura həmçinin, AÇF
inhibitorlarını kaliumqoruyucu diuretiklər ilə (məsələn, spironolakton, triamteren və amilorid),
kalium tərkibli preparatlar, kaliumtərkibli əvəzedici duzlar və ya qan plazmasında kaliumun
səviyyəsini yüksəldən hər-hansı digər dərman vasitələrini (məsələn, heparin, ko-trimoksazol
(trimetoprimin sulfametoksazol ilə kombinasiyası)) eyni vaxtda qəbul edən pasiyentlər aid edilir.
AÇF inhibitorların yuxarıda qeyd olunan preparatlar ilə eyni vaxtda istifadəsinə ehtiyac olduqda
qan plazmasında kaliumun konsentrasiyasını müntəzəm yoxlamaq lazımdır.
Şəkərli diabeti olan pasiyentlər
Peroral hipoqlikemik preparatlar və ya insulin ilə terapiya qəbul edən, şəkərli diabetli
pasiyentlərdə AÇF inhibitoru ilə müalicənin birinci ayı ərzində qan plazmasında qlükozanın
səviyyəsini diqqətlə yoxlamaq lazımdır.
Litium tərkibli preparatlar
Bir qayda olaraq, lizinoprilin litium tərk.��ibli preparatlar ilə birgə istifadə edilməsi məsləhət
görülmür.
Hamiləlik dövrü
Hamiləlik dövründə AÇF inhibitorları ilə müalicəyə başlamaq olmaz.
Əgər AÇF inhibitorları ilə müalicənin davam etdirilməsi vacib hesab olunmursa, hamiləliyi
planlaşdıran pasiyentləri hamiləlik dövründə istifadəsinin təhlükəsizlik profili məlum olan digər
farmakoloji siniflərdən olan antihipertenziv vasitələrlə terapiyaya keçirtmək lazımdır. Əgər
hamiləlik diaqnozlaşdırılarsa, AÇF inhibitorların qəbulunu dərhal dayandırmaq və ehtiyac
olduqda, alternativ antihipertenziv terapiyaya başlamaq lazımdır.
Amlodipin ilə əlaqəli
Hipertonik krizi olan pasiyentlərdə amlodipinin istifadəsinin təhlükəsizliyi və effektivliyi
müəyyən olunmayıb.
Ürək çatışmazlığı olan pasiyentlər
Ürək çatışmazlığı olan pasiyentlərdə amlodipini ehtiyatla istifadə etmək lazımdır. Ağır ürək
çatışmazlığı (Nyu-York kardioloji assosasiyanın (NYHA) təsnifatı üzrə III və IV sinif) olan
pasiyentlərdə uzunmüddətli plasebo-nəzarətli tədqiqatda plasebo qrupuna nisbətən amlodipin
qəbul edən qrupda ağciyərlərin ödemi hadisələrin tezliyi daha çox olmuşdur. Durğunluq ürək
çatışmazlığı olan pasiyentlər KKB, o cümlədən amlodipini ehtiyatla qəbul etməlidirlər, belə ki,
onlar ürək-damar ağırlaşmaları və ölüm riskini yüksəldə bilərlər.
Qaraciyər çatışmazlığı olan pasiyentlər
Qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipin üçün yarımxaricolma dövrünün uzanması və
AUC göstəricilərin yüksəlməsi qeyd olunur, lakin onun dozalanma rejiminə görə müvafiq
tövsiyyələr mövcud deyildir. Amlodipini minimal dozadan qəbuluna başlamaq lazımdır.
Müalicənin başlanğıcında və dozanın artırılması zamanı ehtiyatlı olmaq məsləhət görülür. Ağır
qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanı yavaş-yavaş artırmaq və diqqətli tibbi
müşahidənin aparılması tələb oluna bilər.
Böyrək çatışmazlığı olan pasiyentlər
Böyrək çatışmazlığı olan pasiyentlərdə amlodipini tövsiyyə edilən dozalarda istifadə etmək olar.
Qan plazmasında amlodipinin konsentrasiyasının dəyişməsi böyrəklərin funksiyasının pozulması
dərəcəsindən asılı olmur. Amlodipin dializ vasitəsilə xaric olunmur.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə dozanın artırılması zamanı ehtiyatlı olmaq lazımdır.
Köməkçi maddələr
Amlipinin təribində laktoza var. Bu səbəbdən, fruktozaya, qalaktozaya qarşı dözümsüzlüklə
xarakterizə olunan nadir irsi xəstəlikləri və digər, məs., laktaza çatışmazlığı və ya qlükozaqalaktoza malabsorbsiyası olan pasiyentlərə bu dərman vasitəsini qəbul etmək olmaz.
Amlipin 5/5 mq və 10/10 mq tərkibində sanset sarı lak, ponso 4R və tartrazin rəngləyici maddələri
var ki, onların hər biri allergik reaksiyalar yarada bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Lizinopril
Antihipertenziv vasitələr
Lizinopril digər hipotenziv vasitələrlə (nitroqliserin və ya digər nitratlar, digər vazodilatatorlar)
eyni vaxtda qəbul edildikdə onların antihipertenziv effektini gücləndirə bilir.
Klinik tədqiqatlardan alınan məlumatlar göstərir ki, AÇF inhibitorları, BRA II və aliskirenin birgə
istifadəsi zamanı ikili RAAS blokadası, RAAS-ə təsir edən preparatlarla monoterapiya ilə
müqayisədə daha yüksək tezliklə əlavə təsirlərə gətirib çıxarır ki, bunların arasında arterial
hipotenziya, hiperkaliemiya və böyrək çatışmazlığı (həmçinin, kəskin böyrək çatışmazlığı) var.
Angionevrotik ödemin inkişaf etməsi riskini artıra bilən dərman vasitələri
AÇF inhibitorlarının rapamisin törəmələri ilə (məs., sirolimus, everolimus, temsirolimus), neytral
endopeptidaza inhibitorları (məs., rasekadotril) və ya plazminogenin toxuma aktivatorları ilə eyni
vaxtda istifadəsi zamanı angionevrotik ödemin inkişaf etməsi riski yüksəlir.
Diuretiklər
Lizinopril qəbul edən pasiyentlərdə müalicə sxeminə diuretik daxil edildikdə bir qayda olaraq
onun antihipertenziv effekti güclənir.
Diuretiklər ilə terapiya qəbul edən pasiyentlərdə, və əsasən, onu təzəlikdə qəbul edənlərdə,
müalicə sxeminə lizinopril əlavə olunduğu zaman AT-in kəskin enməsi müşahidə oluna bilər.
Lizinopril ilə müalicəyə başlamadan əvvəl diuretiklərin qəbulunu dayandırmaqla simptomatik
hipotenziya riskini minimuma endirmək olar.
Kalium tərkibli preparatlar, kaliumqoruyucu diuretiklər, kaliumtərkibli duz əvəzediciləri və qan
plazmasında kaliumun səviyyəsini yüksəldə bilən digər dərman vasitələri
Baxmayaraq ki, klinik tədqiqatlarda pasiyentlərdə qan plazmasında kaliumun konsentrasiyaları
normal göstəricilərdən kənara çıxmamışdır, bəzən hiperkaliemiya hadisələri qeyd olunmuşdur.
Lizinopril ilə birlikdə kalium tərkibli preparatlar, kaliumqoruyucu diuretiklər, kalium tərkibli duz
əvəzediciləri və qan plazmasında kaliumun səviyyəsini yüksəldə bilən digər dərman vasitələri
istifadə olunduqda qan plazmasında kaliumun konsentrasiyasının əhəmiyyətli dərəcədə
yüksəlməsinə gətirib çıxara bilər, xüsusən böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə. Belə
vəziyyətlərdə qan plazmasında kaliumun səviyyəsini nəzarət etmək lazımdır. Diuretiklərin qəbulu
zamanı inkişaf edən hipokaliemiya lizinoprilin istifadəsi zamanı korreksiya oluna bilər.
Litium tərkibli preparatlar
AÇF inhibitorların litium tərkibli preparatlar ilə eyni vaxtda istifadəsi zamanı qan plazmasında
litiumun konsentrasiyasının geridönən yüksəlməsi və onun toksikliyinin üzə çıxması hadisələri
barədə məlumat verilmişdir. Tiazid diuretiklər ilə birgə istifadəsi zamanı litiumun toksiki təsiri
riski yüksələ bilər ki, bu isə AÇF inhibitorların qəbulu nəticəsində inkişaf edən, litiumla
intoksikasiyanın ağırlaşmasına gətirə bilər. Lizinopril və litium preparatlarının kombinəolunmuş
istifadəsi tövsiyyə olunmur, lakin belə kombinasiyanın istifadəsinə ehtiyac yarandıqda qan
plazmasında litiumun səviyyəsini diqqətlə nəzarət etmək lazımdır.
Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), gündə 3 q-dan artıq dozalarda asetilsalisil
turşusu daxil olmaqla
QSİƏP istifadəsi zamanı (məsələn, iltihabəleyhinə təsir göstərən dozalarda asetilsalisil turşusu,
siklooksigenaza 2 tip inhibitorları (SOG-2), qeyri-selektiv QSİƏP) AÇF inhibitorların
antihipertenziv effekti azala bilər. QSİƏP və AÇF inhibitorların birgə qəbulu böyrəklərin
funksiyasının pozulmasına, o cümlədən kəskin böyrək çatışmazlığı riskinin yüksəlməsinə, xüsusən
böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə həmçinin qan palzmasına kaliumun
konsentrasiyasının artmasına səbəb ola bilər. Sadalanan effektlər adətən geridönər xarakter
daşıyır. Belə kombinasiyaları ehtiyatla istifadə etmək lazımdır, xüsusən yaşlılarda. Onları qəbul
edən pasiyentlərdə kombinəolunmuş terapiyanın başlanğıc mərhələlərində və müalicənin sonrakı
pr.��oseslərində böyrəklərin funksiyasını nəzarət etmək lazımdır, həmçinin bu pasiyentlər kifayət
miqdarda maye qəbul etməlidirlər.
Qızıl preparatları
Qızıl preparatlarının inyeksion formalarının (məsələn, natrium aurotiomalat) istifadəsi nəticəsində
inkişaf edən vazodilatasiya simptomları əhəmiyyətli dərəcədə ifadəli, o cüm. qandolma,
ürəkbulanma, başhərlənmə və arterial hipotenziya ola bilər, daha çox AÇF inhibitorları qəbul edən
pasiyentlərdə qeyd olunur.
Trisiklik antidepressantlar/antipsixotik vasitələr/ümumi anesteziya üçün vasitələr
Bəzi ümumi anestetiklər, trisiklik antidepressantlar və antipsixotik vasitələr AÇF inhibitorların
hipotenziv təsirini gücləndirə bilir.
Simpatomimetiklər
Simpatomimetiklər AÇF inhibitorların antihipertenziv effektini azalda bilir.
Hipoqlikemik preparatlar
AÇF inhibitorları ilə eyni vaxtda istifadəsi zamanı hipoqlikemik preparatların (insulin və peroral
hipoqlikemik vasitələrin) effektləri güclənə bilir və hipoqlikemiyanın inkişaf etməsi riski yüksəlir
ki, bu daha çox kombinəolunmuş müalicənin birinci həftəsi üçün və böyrəklərin funksiyası
pozulmuş pasiyentlər üçün xarakterdir.
Ko-trimoksazol (trimetoprim və sulfametoksazol kombinasiyası), heparin
Ko-trimoksazolun və heparinin AÇF inhibitorları ilə eyni vaxtda qəbulu zamanı hiperkaliemiyanın
inkişaf etməsi riski yüksələ bilər.
Asetilsalisil turşusu, trombolitiklər, beta-adrenoblokatorlar, nitratlar
Lizinoprili antiaqreqant effektini təmin edən dozalarda asetilsalisil turşusu ilə, trombolitiklərlə,
beta-adrenoblokatorlar və/və ya nitratlar ilə eyni vaxtda istifadə etmək olar.
Etanol
Etanol AÇF inhibitorların antihipertenziv effektini gücləndirir.
Allopurinol, prokainamid, sitostatiklər və ya immunodepressantlar (sistem qlükokortikosteroidlər)
Allopurinol, prokainamid, sitostatiklər və ya immunodepressantların AÇF inhibitorları ilə eyni
vaxtda istifadəsi zamanı leykopeniyanın inkişaf etməsi riski yüksələ bilir.
Antasidlər və kolestiramin
Antasidlər və kolestiramin AÇF inhibitorların biomənimsənilməsini azaldır.
Amlodipin
Digər dərman vasitələrinin amlodipinə təsiri
CYP3A4 inhibitorları
Güclü və ya zəif CYP3A4 inhibitorları ilə (proteaza inhibitorları, azol qrupundan olan
göbələkəleyhinə preparatlar, makrolidlər qrupundan olan antibiotiklər, məs. eritromisin və ya
klaritromisin, verapamil və ya diltiazem) birgə istifadəsi zamanı amlodipinin effektləri
əhəmiyyətli şəkildə güclənə bilir ki, bunun nəticəsində arterial hipotenziyanın inkişaf etməsi riski
yüksəlir, bu daha çox yaşlı pasiyentlərə xasdır. Pasiyentlərin monitorinqinə və amlodipinin
dozasının korreksiya edilməsinə ehtiyac yarana bilər.
CYP3A4 induktorları
CYP3A4 induktorları ilə eyni vaxtda istifadəsi zamanı amlodipinin qan plazmasında
konsentrasiyası dəyişə bilər. Bu səbəbdən, həm kombinəolunmuş müalicə zamanı, xüsusən
CYP3A4 güclü induktorların (məsələn, rifampisin və dazıotu (Hypericum perforatum) tərkibli
preparatlar) istifadəsi zamanı həm də ondan sonra AT-i nəzarət etmək, və ehtiyac olduqda
amlodipinin dozasını korreksiya etmək lazımdır.
Qreypfrut və qreyprut şirəsi ilə qəbul edilməsi məsləhət görülmür, belə ki, bəzi pasiyentlərdə bu
amlodipinin biomənimsənilməsinin artmasına və onun antihipertenziv effektinin güclənməsinə
gətirib çıxara bilər.
Dantrolen (infuziya)
Heyvanlar üzərində aparılan tədqiqatlarda, verapamil və dantrolenin (venadaxili infuziya)
yeridilməsi zamanı hiperkaliemiya ilə müşayiət olunan mədəciklərin fibrilyasiyası və ürək-damar
kollapsı və daha sonra letal nəticə inkişaf edə bilər. Bədxassəli hipertermiyanın inkişaf etməsinə
meyilli pasiyentlərdə, həmçinin bilavasitə bədxassəli hipertermiyanın müalicəsi zamanı
hiperkaliemiya riskinə görə dantrolenin KKB ilə, məs. amlodipin ilə eyni vaxtda istifadəsindən
qaçmaq məsləhət görülür.
Amlodipinin digər dərman vasitələrinə təsiri
Amlodipin digər antihipertenziv dərman vasitələrinin hipotenziv təsirini gücləndirir.
Takrolimus
Amlodipin ilə eyni vaxtda istifadəsi zamanı qan plazmasında takrolimusun konsentrasiyasının
artması riski mövcuddur, bu farmakokinetik qarşılıqlı təsirin mexanizmi axıra qədər öyrənilməyib.
Amlodipin ilə birgə istifadəsinə ehtiyac yarandığı halda takrolimusun toskiki təsirinin
yaranmasının qarşısını almaq məqsədilə onun q.�an plazmasında konsentrasiyasını nəzarət etmək və
ehtiyac olduqda dozanı korreksiya etmək lazımdır.
Rapamisin törəmələri
Rapamisin törəmələri, məs. sirolimus, temsirolimus və everolimus CYP3A substratları hesab
olunurlar. Amlodipin zəif CYP3A inhibitoru olmaqla, rapamisin törəmələri ilə eyni vaxtda
istifadəsi zamanı onların effektini gücləndirə bilir.
Siklosporin
Sağlam könüllülərdə və ya digər əhali qruplarında amlodipinin və siklosporinin qarşılıqlı təsirinə
aid tədqiqatlar aparılmayıb. Böyrəklərin transplantasiyası aparılmış pasiyentlər istisnalıq təşkil
edir. Onlarda qan plazmasında siklosporinin konsentrasiyasının artması qeyd olunmuşdur (orta
hesabla 0%-dən 40%-ə qədər). Amlodipin ilə birgə istifadəsi zamanı böyrəklərin transplantasiyası
aparılmış pasiyentlərdə qan plazmasında siklosporinin konsentrasiyasının monitorinqi
aparılmalıdır, həmçinin ehtiyac olduqda, onun dozası azaldılmalıdır.
Simvastatin
10 mq dozada amlodipinin 80 mq dozada simvastatin ilə birdəfəlik çox saylı qəbulu zamanı
sonuncunun konsentrasiyası monoterapiya ilə müqayisədə 77% artmışdır. Amlodipin qəbul edən
pasiyentlərdə simvastatinin dozasını gündə 20 mq-a qədər məhdudlaşdırmaq lazımdır.
Amlodipin atorvastatinin, diqoksinin və varfarinin farmakokinetik parametrlərinə təsir göstərmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamiləliyin planlaşdırılması dövründə və hamiləlik zamanı Amlipini istifadə etmək olmaz.
Adekvat nəzarətli klinik tədqiqatlar çərçivəsində hamilə qadınlarda Amlipinin istifadəsinə dair
məlumatlar yoxdur. Hamiləlik təsdiq olunduğu halda preparatın qəbulunu dərhal dayandırmaq və
ehtiyac olduğu zaman alternativ müalicəyə başlamaq lazımdır. Hamiləliyi planlaşdıran
pasiyentləri hamiləlik zamanı məlum təhlükəsizlik profili olan alternativ hipotenziv vasitələrə
keçirtmək lazımdır.
Laktasiya
Ana südü ilə qidalandırma dövründə Amlipini istifadə etmək olmaz (məlumatlar mövcud deyil).
Əgər laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olarsa, məlum təhlükəsizlik profili olan
alternativ hipotenziv vasitələr təyin olunmalıdır (xüsusən yenidoğulmuş və yarımçıqdoğulmuş
uşaqları.�n ana südü ilə qidalandırılması dövründə).
Fertillik
Amlipinin fertilliyə təsiri barədə adekvat nəzarətli klinik tədqiqatlardan alınan məlumatlar
mövcud deyildir.
Lizinopril
Hamiləlik
AÇF inhibitorların istifadəsi hamiləliyin I trimestrində tövsiyyə olunmur və II və III
trimestrlərində əks göstəriş hesab olunur.
Epidemioloji tədqiqatların nəticələrinə əsasən hamiləliyin I trimestri zamanı AÇF inhibitorların
qəbulu ilə şərtlənən teratogen effektlərin yaranması riski barədə dəqiq çıxarışlar etmək olmur,
lakin riskin əhəmiyyətsiz dərəcədə yüksəlməsi istisna olunmur. Əgər AÇF inhibitorları ilə
müalicənin davam etdirilməsi vacib hesab olunarsa, hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik
zamanı istifadəsinə aid məlum təhlükəsizlik profilli digər farmakoloji siniflərdən olan hipotenziv
vasitələrlə alternativ terapiyaya keçirtmək lazımdır. Əgər hamiləlik diaqnozlaşdırılarsa, AÇF
inhibitorları ilə terapiyanı dərhal dayandırmaq, və ehtiyac olduqda alternativ dərman
vasitələrindən istifadə etmək lazımdır.
Müəyyən olunmuşdur ki, hamiləliyin II və III trimestrləri zamanı AÇF inhibitorların qadınlarda
istifadəsi dölə (böyrəklərin funksiyasının pozulması, dölyanı mayenin azalması, kəllə
sümüklərinin ossifikasiyasının ləngiməsi) və yenidoğulmuşa (böyrək çatışmazlığı, arterial
hipotenziya, hiperkaliemiya) toksiki təsir göstərə bilər.
AÇF inhibitorları hamiləliyin II trimestri zamanı istifadə olunduğu halda döldə böyrəklərin və
kəllənin ultrasəs müayinəsini aparmaq məsləhət görülür.
Anası AÇF inhibitorları qəbul etmiş yenidoğulmuşlarda arteril hipotenziyanın aşkar edilməsinə
görə onlara qarşı diqqətli müşahidənin aparılması tövsiyyə olunur.
Laktasiya
Ana südü ilə qidalandırma zamanı lizinoprilin istifadəsinə dair hər-hansı məlumatlar olmadığı
üçün, laktasiya zamanı onun istifadəsi tövsiyyə olunmur. Ana südü ilə qidalandırma zamanı ,
xüsusən yenidoğulmuşlarda və ya yarımçıqdoğulmuş uşaqlarda məlum təhlükəsizlik profili olan
alternativ dərman vasitələrindən istifadə edilməsinə üstünlük verilməlidir.
Amlodipin
Hamiləlik
aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki, amlodipin yüksək dozalarda reproduktiv toksikliyə
malikdir. Hamiləlik zamanı amlodipinin istifadəsi yalnız o halda tövsiyyə olunur ki, daha
təhlükəsiz alternativ müalicə olmasın, həmçinin xəstəliyin özü ananın və uşağın sağlamlığı üçün
böyük risk yaratdığı zaman.
Laktasiya
Amlodipin ana südü ilə ifraz olunur. Anada olan dozaya görə ana südü ilə qidalanan uşağın qəbul
etdiyi dərman vasitəsinin miqdarı qiymətləndirilən zaman müəyyən olunmuşdur ki, interkvartil
interval 3-7%, maksimum – 15% təşkil edir. Amlodipinin yenidoğulmuşa hansı təsir göstərməyi
məlum deyil. Ana südü ilə qidalandırmanın davam etdirilməsi/dayandırılması və ya amlodipin ilə
müalicənin davam etdirilməsi/dayandırılması məsələsinin həllinə dair qərar verildikdə dərman
vasitəsinin istifadəsinin ana üçün faydası və uşaq üçün ana südü ilə qidalandırmanın üstünlüyü
qiymətləndirilməlidir.
Fertillik
KKB istifadəsi zamanı bəzi pasiyentlərdə spermatozoidlərin başcığında geridönən biokimyəvi
dəyişikliklər barədə məlumat verilmişdir. Amlodipinin fertilliyə mümkün olan təsirini
qiymətləndirmək üçün kifayət qədər klinik məlumatlar yoxdur. Siçovullarda aparılan
tədqiqatlarda aşkar olunmuşdur ki, o erkəklərin fertilliyinə mənfi təsir göstərir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Lizinopril ilə əlaqəli
Nəqliyyat vasitələrini və ya mexanizmləri idarəetmə zamanı lizinopril qəbulu ilə əlaqəli
başgicəllənmə və ya yorğunluğun inkişaf etməsinin mümkünlüyü nəzərə alınmalıdır.
Amlodipin ilə əlaqəli
Amlodipin nəqliyyat vasitələrini və ya mexanizmləri idarəetmə qabiliyyətinə zəif və ya orta
dərəcədə mənfi təsir göstərə bilər. Başhərlənmə, başağrısı, yorğunluq və ürəkbulanmanın
yaranması ehtimalı ilə əlaqədar reaksiya sürəti zəifləyə bilər. Nəqliyyat vasitəsi və mexanizmləri
idarəetmə zamanı, xüsusən amlodipin ilə müalicənin başlanğıcında ehtiyatlı olmaq məsləhət
görülür.
İstifadə qaydası və dozası
Tabletləri qida qəbulundan asılı olmayaraq daxilə qəbul edirlər, tövsiyyə edilən doza- bir tablet
gündə bir dəfə, maksimal gündəlik doza – bir tabletdir.
Bir qayda olaraq, təsbit dozalarda dərman vasitələrinin kombinasiyasından ibarət preparatlar
xəstəliklərin başlanğıc müalicəsi qismində göstəriş deyildir. Pasiyentlər üçün dərman vasitəsinin
tərkibinə daxil olan hər bir komponent üçün effektiv dozalar ayrıca müəyyən olunmalıdır.
Dəstəkləyici terapiya zamanı kombinasiyanın hər-hansı komponentinin dozasının dəyişməyə
ehtiyac olduqda, kombinasiyanın uyğun dozasını seçmək və ya dərman vasitələrinin ayrı-ayrılıqda
qəbuluna keçmək məsləhət görülür.
Əgər pasiyent Amlipin tabletinin qəbulunu unudubsa, buraxılan dozanı bərpa etmək üçün ikiqat
doza qəbul etmək olmaz.
Böyrəklərin funksiyasının pozulması olan pasiyentlər
Böyrək çatışmazlığı olan pasiyentlərdə Amlipinin optimal başlanğıc və dəstəkləyici dozanı
müəyyən etmək üçün amlodipinin və lizinoprilin dozasını ayrı-ayrılıqda seçmək lazımdır. Amlipin
ilə müalicə zamanı böyrəklərin funksiyasını, qan plazmasında kaliumun və natriumun
səviyyələrini nəzarət etmək lazımdır. Böyrəklərin funksiyası pisləşdiyi halda dərman vasitəsinin
qəbulunu dayandırmaq və amlodipin və lizinopril ilə terapiyanı ayrı-ayrılıqda düzgün seçilmiş
dozalarda davam etdirmək lazımdır.
Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlər
Amlodipinin xaric olması qaraciyər funksiyasının pozulamları olan pasiyentlərdə zəifləmiş ola
bilər. Yüngül və orta ifadəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə Amlipinin dozalanma
rejiminə görə dəqiq tövsiyyələr yoxdur, bu səbəbdən müalicənin başlanğıc mərhələlərində
preparatı minimal tövsiyyə olunan dozalarda ehtiyatla qəbul etmək lazımdır. Qaraciyər
çatışmazlığı olan pasiyentlərdə Amlipinin optimal başlanğıc və dəstəkləyici dozasını müəyyən
etmək üçün amlodipinin və lizinoprilin dozalarını ayrıca seçmək lazımdır.
Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipinin farmakokinetik parametrləri
öyrənilməmişdir. Belə pasiyentlərdə amlodipini minimal dozalarda qəbuluna başlamaq və onu
yavaş-yavaş optimal dozaya qədər artırmaq lazımdır.
Yaşlı pasiyentlər (65 yaşdan yuxarı)
Yaşlı pasiyentlər Amlipini ehtiyatla istifadə etməlidir. Klinik tədqiqatlarda amlodipin və
lizinoprilin effektivlik və təhlükəsizlik profillərində yaşla əlaqəli dəyişikliklər aşkar olunmamışdır.
Amlipinin optimal dəstəkləyici dozasını təyin etmək üçün amlodipin və lizinoprilin dozalarını
ayrı-ayrılıqda seçmək lazımdır.
Uşaqlar
18 yaşa qədər uşaqlarda Amlipinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmamışdır.
Əlavə təsirləri
Əlavə təsirlər aşağıda MedDRA üzrə struktur-orqan sinifərinə müvafiq olaraq sadalanmışdır. Hər
bir kateqoriya daxilində əlavə təsirlər rastgəlmə tezliyinə görə təsnif olunmuşdur və onların
azalması sırası ilə təqdim edilmişdir. Hər bir tezlik qrupu daxilində əlavə təsirlər onların
ağırlığının azalması sırası ilə təqdim olunmuşdur.
Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı kimi müəyyən olunmuşdur: çox tez-tez (≥1/10); teztez (≥1/100, lakin <1/10); bəzən (≥1/1000, lakin <1/100); nadir (≥1/10000, lakin <1/1000); çox
nadir (<1/10000); tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirmək mümkün
olmur).
Lizinopril
Qana və limfa sisteminə: nadir- qan palzmasında hemoqlobin səviyyəsinin azalması, hematokritin
azalması; çox nadir- sümük iliyinin ləngiməsi, anemiya, trombositopeniya, leykopeniya,
neytropeniya, aqranulositoz, hemolitik anemiya, limfadenopatiya, autoimmun xəstəliklər.
İmmun sistemə: çox nadir – anafilaktik/anafilaktoid reaksiyalar.
Endokrin sistemə: nadir- antidiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu.
Maddələr mübadiləsinə və qidalanmaya: çox nadir – hipoqlikemiya.
Psixiki pozğunluqlar: bəzən – əhvalın dəyişməsi, yuxunun pozulmaları, hallüsinasiyalar; nadir –
huşun dolaşması; tezliyi məlum deyil – depressiya.
Sinir sisteminə: tez-tez- başhərlənmə, başağrısı; bəzən- paresteziya, vertiqo, dadbilmənin
pozulması; nadir – iybilmənin pozulmaları; tezliyi məlum deyil- bayılma.
Ürəyə: bəzən- ürəkdöyüntünün tezləşməsi, taxikardiya, miokard infarktı, yüksək riskli
pasiyentlərdə ifadəli arterial hipotenziya nəticəsində olması ehtimal olunur.
Damarlara: tez-tez- ortostatik effektlər (arterial hipotenziya daxil olmaqla); bəzən- Reyno
sindromu, beyin qan dövranının pozulmaları, yüks�.��k riskli pasiyentlərdə ifadəli arterial
hipotenziya nəticəsində olması ehtimal olunur.
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına: tez-tez – öskürək; bəzən- rinit; çox nadir
– bronxospazm, sinusit, allergik alveolit/eozinofil pnevmoniya.
Mədə-bağırsaq sisteminə: tez-tez- diareya, qusma; bəzən- ürəkbulanma, qarında ağrı və
dispepsiya; nadir – ağızda quruluq; çox nadir – pankreatit, interstisial angionevrotik ödem.
Qaraciyərvə ödçıxarıcı yollara: çox nadir- hepatit, həm hepatosellülyar, həm də xolestatik, sarılıq
və qaraciyər çatışmazlığı.
Dəriyə və dərialtı toxumalara: bəzən- səpgi, qaşınma; nadir- övrə, alopesiya, psoriaz,
hiperhəssaslıq/angionevrotik ödem: üzün, ətrafların, dodaqların, dilin, səs yarığının və/və ya
qırtlağın; çox nadir- tərləmənin artması, övrə, toksik epidermal nekroliz, Stivens-Conson
sindromu, multiformalı eritema, dəri psevdolimfoması.
Aşağıda sadalanan simptomlardan biri və ya daha çoxu daxil olmaqla simptomokompleksin
inkişaf etməsi hadisələri qeydə alınmışdır: bədən temperaturunun yüksəlməsi, vaskulit, mialgiya,
artralgiya/artrit, antinuklear antitelə qarşı sınaqların müsbət nəticələri, eritrositlərin çökmə
sürətinin yüksəlməsi, eozinofiliya və leykositoz, səpgi, fotosensibilizasiya və dəri tərəfindən digər
dəyişikliklər.
Böyrəklərə və sidikçıxarıcı yollara: tez-tez- böyrəklərin funksiyasının pozulmaları; nadiruremiya, kəskin böyrək çatışmazlığı; çox nadir – oliquriya/anuriya.
Cinsi orqanlarına və süd vəzilərinə: bəzən- impotensiya; nadir- ginekomastiya.
Ümumi pozğunluqlar və istifadə qaydası ilə əlaqəli pozulmalar: bəzən- yorğunluq, asteniya.
Laborator və instrumental müayinələrin nəticələrinə təsiri: bəzən- qan plazmasında sidik
cövhərinin artması, qan plazmasında kreatinin səviyyəsinin artması, qan plazmasında qaraciyər
fermentlərin səviyyəsinin artması, hiperkaliemiya; nadir- qan plazmasında bilirubin səviyyəsinin
artması, hiponatriemiya, hemoqlobinin və hematokritin azalması.
Təhlükəsizlik üzrə klinik müayinələrin nəticəsində alınan məlumatlar göstərir ki, lizinopril
arterial hipertenziyadan əziyyət çəkən uşaqlarda adətən yaxşı mənimsənilir. Bu yaş qrupunda
təhlükəsizlik profili böyüklərdəki ilə oxşardır.
Amlodipin
başağrısı, tez-tez ürəkdöyüntü, qan dolğunluğu, qarında ağrı, ürəkbulanma, topuqlarda şişkinlik,
ödem və yorğunluq olmuşdur.
Qana və limfa sisteminə: çox nadir- leykopeniya, trombositopeniya.
İmmun sistemə: çox nadir- allergik reaksiyalar.
Maddələr mübadiləsinə və qidalanmaya: çox nadir- hiperqlikemiya.
Psixiki pozulmalar: bəzən- depressiya, əhvalın dəyişməsi (həyəcan daxil olmaqla), yuxusuzluq;
nadir- huşun dolaşması.
Sinir sisteminə: tez-tez- yuxululuq, başhərlənmə, başağrısı (xüsusən, müalicənin başlanğıcında);
bəzən- tremor, disgevziya, bayılma, hipesteziya, paresteziya; çox nadir- arterial hipertenziya,
periferik neyropatiya.
Görmə orqanına: tez-tez- görmənin pozulması (diplopiya daxil olmaqla).
Eşitmə orqanına və labirintə: bəzən- qulaqlarda cingilti.
Ürəyə: tez-tez- ürəkdöyüntünün tezləşməsi; bəzən- aritmiya (bradikardiya, mədəcik taxikardiyası
və qulaqcıqların fibrilyasiyası daxil olmaqla); çox nadir – miokard infarktı.
Damarlara: tez-tez- qan dolğunluğu; bəzən- arterial hipotenziya; çox nadir- vaskulit.
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına: tez-tez- dispnoe; bəzən- öskürək, rinit.
Mədə-bağırsaq sisteminə: tez-tez – qarında ağrı, ürəkbulanma, dispepsiya, bağırsaq
peristaltikasının pozulmaları (diareya və qəbizlik daxil olmaqla); bəzən- qusma, ağızda quruluq;
çox nadir- pankreatit, qastrit, diş ətinin hiperplaziyası.
Qaraciyərə və ödçıxarıcı yollara: çox nadir – hepatit, sarılıq, qan plazmasında qaraciyər
fermentlərin səviyyəsinin yüksəlməsi (əsasən, xolestaz ilə əlaqədar).
Dəriyə və dərialtı toxumalara: bəzən- alopesiya, purpura, dəri rənginin dəyişməsi, tərləmənin
artması, qaşınma, dəri səpgisi, ekzantema, övrə; çox nadir- angionevrotik ödem, multiformalı
eritema, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotosensibilizasiya; tezliyi
məlum deyil- toksiki epidermal nekroliz.
Skelet-əzələyə və birləşdirici toxumaya: tez-tez- topuqlarda şişkinlik, əzələ spazmları, bəzənartralgiya, mialgiya, beldə ağrı.
Böyrəklərə və sidikçıxarıcı yollara: bəzən – sidikburaxmanın pozulması, nikturiya,
sidikburaxmanın tezliyinin çoxalması.
Cinsi orqanlarına və süd vəzilərinə: bəzən- impotensiya, ginekomastiya.
Ümumi pozğunluqlar və istifadə qaydası ilə əlaqəli pozulmalar: çox tez-tez- ödemlər; tez-tezyorğunluq, asteniya; bəzən- sinədə ağrı, ağrı, halsızlıq.
Laborator və instrumental müayinələrin nəticələrinə təsiri: bəzən- bədən kütləsinin artması, bədən
kütləsinin azalması; çox nadir-qaraciyər fermentlərinin səviyyəsinin artması.
Tək-tək hallarda ekstrapiramid pozğunluqlar qeydə alınmışdır.
Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə təsirlər barədə məlumatın
verilməsi çox vacib hesab olunur. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir aşkar
olunduqda və ya bu bənddə təvir olunmayan yeni əlavə təsir yarandıqda, Milli farmakonəzarət
sisteminə müvafiq şəkildə məlumatın çatdırılması xahiş olunur.
Doza həddinin aşılması
Amlodipinin doza həddinin aşılmasına dair məlumatlar mövcud deyil.
Lizinopril
Simptomları
İnsanlarda doza həddinin aşılmasına dair məhdud məlumatlar mövcuddur. AÇF inhibitorları ilə
doza həddinin aşılması ilə əlaqəli simptomlara aiddir: arterial hipotenziya, sirkulyator şok,
elektrolit balansının pozulmaları, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya,
ürəkdöyüntünün tezləşməsi, bradikardiya, başhərlənmə, həyəcan və öskürək.
Müalicəsi
Doza həddinin aşılması zamanı natrium xloridin fizioloji məhlulunun venadaxili yeridilməsi
tövsiyyə olunur. Arterial hipotenziya inkişaf etdikdə pasiyentə üfüqi vəziyyət verməklə ayaqlarını
bir qədər qaldırmaq lazımdır.
Mümkün olduğu halda infuziya şəklində angiotenzin II və/və ya venadaxili yeridilən
katexolaminlərin istifadəsi məsələsi müzakirə olunmalıdır. Dərman vasitəsi yaxın zamanda qəbul
edildiyi halda, onun orqanizmdən tezliklə xaric edilməsi istiqamətində tədbirlər görmək lazımdır
(məs., süni yaradılan qusma, mədənin yuyulması, absorbsiyaedici maddələrin və natrium sulfatın
istifadəsi kimi). Lizinopril sistem qan axınından hemodializ vasitəsilə xaric olunur. Medikamentoz
terapiyaya davamlı bradikardiya inkişaf etdiyi zaman kardiostimulyatorun quraşdırılması göstəriş
hesab olunur. Mütəmadi olaraq həyati vacib orqan və sistemlərin işinə, su-elektrolit balansına və
qan plazmasında kreatininin konsentrasiyasına nəzarət etmək lazımdır.
Amlodipin
İnsanlarda məqsədyönlü doza həddinin aşılması barədə məhdud məlumatlar mövcuddur.
Simptomları
Ağır doza həddinin aşılması zamanı reflektor taxikardiyanın yaranması ilə həddən artıq periferik
vazodilatasiya inkişaf edə bilər. İfadəli davamlı arterial hipotenziya, o cümlədən, şok və letal
nəticə verən hadisələr barədə məlumat verilmişdir.
Müalicəsi
Amlodipinin doza həddinin aşılması ilə əlaqəli klinik dəyərli arterial hipotenziya zamanı ürəkdamar sistemin funksiyasının saxlanmasını təmin etmək, davamlı ürək-damar və tənəffüs
sistemlərin funksiyasının monitorinqini aparmaq, pasiyentə üfüqi vəziyyət verməklə ayaqlarını bir
qədər qaldırmaq, ÜDQ və diurezə nəzarət etmək lazımdır.
Damarların tonusunu və AT-i yüksəltmək üçün istifadəsinə əks göstərişlər olmadığı hald
damardaraldıcı vasitələr istifadə oluna bilər. Kalsium qlükonatın venadaxili yeridilməsi zamanı,
bu kalsium kanallarının blokadası səbəbindən yaranan effektlərin geriyə inkişaf etməsinə səbəb
ola bilər.
Bəzi hallarda mədənin yuyulması effektiv ola bilər. Aşkar olunmuşdur ki, sağlam könüllülərdə 10
mq amlodipinin qəbulundan sonra 2 saat keçdiyi müddət ərzində aktivləşdirilmiş kömürün
istifadəsi zamanı sonuncunun sorulması sürəti azalmışdır.
Amlodipin qanın plazma zülalları ilə yüksək dərəcədə birləşdiyi üçün ehtimal olunur ki, dializ
qeyri-effektiv olacaq.
Buraxılış forması
Örtüklü tabletlər
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
«Vörld Medisin İlaç San. Ve Tic. A.Ş.», Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.