Vitamin D, orqanizmin sümük sağlamlığı üçün həyati əhəmiyyət daşıyan yağda həll olan vitamindir. O, kalsium və fosforun bağırsaqlarda sovrulmasını tənzimləyir və immun sisteminin normal işləməsinə kömək edir. Vitamin D əsasən günəş işığı vasitəsilə dəri tərəfindən sintez olunur.
Çatışmazlıq nəyə görə yaranır?
Vitamin D çatışmazlığı müxtəlif səbəblərdən baş verə bilər:
Günəş işığına kifayət qədər çıxmamaq (xüsusilə qapalı şəraitdə çalışan və ya örtülü geyim geyinənlərdə)
Düzgün qidalanmamaq (balıq, yumurta, süd məhsulları az istifadə edildikdə)
Qaraciyər və böyrək funksiyalarının pozulması (çünki bu orqanlar vitamin D-nin aktiv formasına çevrilməsində iştirak edir)
Hamiləlik və südvermə dövrü
Əlamətləri nələrdir?
Vitamin D çatışmazlığı uzun müddət nəzərə çarpmaya bilər, lakin bəzi ümumi əlamətlər bunlardır:
Sümük və əzələ ağrıları
Xroniki yorğunluq
Tez-tez soyuqdəymə və infeksiyalar
Əhval dəyişikliyi, depressiyaya meyllilik
Uşaqlarda raxit (sümük əyilmələri)
Qarşısını necə almaq olar?
Vitamin D çatışmazlığının qarşısını almaq üçün aşağıdakı tədbirlər tövsiyə olunur:
Günəş işığına çıxın – Həftədə 3–4 dəfə 15–20 dəqiqə üz, qol və əllərin günəşə məruz qalması kifayət edə bilər.
Qidalanmaya diqqət edin – Balıq (xüsusilə somon, skumbriya), yumurta sarısı, süd və onun məhsulları, D vitamini ilə zənginləşdirilmiş taxıl məhsulları.
Həkim təyinatı ilə əlavə preparatlar – Özbaşına vitamin D preparatları qəbul edilməməlidir. Həddindən artıq qəbul toksik təsir göstərə bilər.
Nə zaman həkimə müraciət etməli?
Əgər yuxarıdakı əlamətlər sizdə varsa və ya risk qrupuna daxilsinizsə (məsələn, yaşlı, hamilə, D vitaminli qidaları az qəbul edən biri), həkimə müraciət edərək qan analizi ilə səviyyə yoxlanmalıdır.