Amlessa 4 mq / 10 mq N30 tablet

Təsiredici maddə: AMLODIPINE + PERINDOPRIL ERBUMINE
Təsiredici maddəAMLODIPINE + PERINDOPRIL ERBUMINE
Dərman formasıTablet
Farmakoloji təsirAÇF inhibitorları kalsium kanallarının blokatorları ilə kombinasiyada
İstehsal ölkəsiSloveniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AMLESSA® tabletlər

AMLESSA®
Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril / amlodipine

Tərkibi

Таbletlər 4 mq/5 mq: hər bir tabletin tərkibində 4 mq perindopril erbumin (tert-butilamin) və 5 mq amlodipin (bezilat şəklində) var.
Таbletlər 4 mq/10 mq: hər bir tabletin tərkibində 4 mq perindopril erbumin (tert-butilamin) və 10 mq amlodipin (bezilat şəklində) var.
Таbletlər 8 mq/5 mq: hər bir tabletin tərkibində 8 mq perindopril erbumin (tert-butilamin) və 5 mq amlodipin (bezilat şəklində) var.
Таbletlər 8 mq/10 mq: hər bir tabletin tərkibində 8 mq perindopril erbumin (tert-butilamin) və 10 mq amlodipin (bezilat şəklində) var.
Köməkçi maddələr: mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, natrium nişasta qlikolyatı, kalsium xlorid heksahidrat, natrium hidrokarbonat, kolloidal susuz silisium, maqnezium stearat.

Təsviri

Таbletlər 4 mq/5 mq: girdə, ağ, demək olar ki ağ rəngdə, ikitərəfdən azacıq qabarıq, çəp kənarlı tabletlərdir.
Таbletlər 4 mq/10 mq: kapsulaşəkilli, ağ, demək olar ki ağ rəngdə, bir tərəfində bölgü xətti olan tabletlərdir.
Таbletlər 8 mq/5 mq: girdə, ağ, demək olar ki ağ rəngdə, ikitərəfdən qabarıq, çəp kənarlı tabletlərdir.
Таbletlər 8 mq/10 mq: girdə, ağ, demək olar ki ağ rəngdə, ikitərəfdən qabarıq, çəp kənarlı və bir tərəfində bölgü xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

AÇF inhibitorları kalsium kanallarının blokatorları ilə kombinasiyada
АТC kodu: C09BB04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Perindopril

Perindopril – angiotenzin I-i angiotenzin II-yə çevirən fermentin (angiotenzinçevirici fermentin, AÇF) inhibitorudur. AÇF-in inaktivləşməsi angiotenzin II-nin səviyyəsinin azalmasına və plazmada reninin aktivliyinin yüksəlməsinə, aldosteronun sekresiyasının zəifləməsinə, həmçinin sirkulyasiya edən və yerli kallikrein-kinin sisteminin aktivliyinin artmasına və prostaqlandin sisteminin fəallaşmasına səbəb olur. Perindopril özünün aktiv metaboliti – perindoprilat vasitəsilə təsir göstərir. Digər metabolitlər in vitro AÇF-ə münasibətdə inhibəedici təsir göstərmir.

Hipertenziya

Perindopril arterial hipertenziyanın istənilən mərhələsində (yüngül, orta, ağır) aktivdir.
Sistolik və diastolik arterial təzyiqlərin həm uzanmış vəziyyətdə, həm də ayaqüstü vəziyyətdə azalması qeyd olunur.
Preparat periferik damar müqavimətini azaldır ki, bu da arterial təzyiqin düşməsinə səbəb olur, nəticədə isə ürək yığılmalarının tezliyi dəyişilmədən periferik qan dövranı güclənir.
Böyrək qan dövranı artır, bununla bərabər yumaqcıq filtrasiyasının sürəti (YFS) dəyişilməmiş qalır.
Antihipertenziv təsir öz maksimum səviyyəsinə perindoprilin birdəfəlik qəbulundan 4-6 saatdan sonra çatır və 24 saat ərzində davam edir: qalıq təsir maksimum təsirin 87-100%-ini təşkil edir. Arterial təzyiqin azalması tez inkişaf edir. Müalicəyə qarşı həssas olan xəstələrdə təzyiqin normallaşmasına 1 ay ərzində nail olunur və taxifilaksiya inkişaf etmədən davam edir. Terapiyanın dayandırılması kəsilmə təsirinin inkişafına səbəb olmur.
Perindopril sol mədəciyin hipertrofiyasını azaldır. Onun insanlarda damargenişləndirici xüsusiyyətləri sübut olunub. Preparat iri arteriyaların elastikliyini yaxşılaşdırır və divarının qalınlığının kiçik damarların mənfəzinə olan nisbətini azaldır.

Ürəyin stabil işemik xəstəliyindən əziyyət çəkən xəstələr

4-illik, çoxmərkəzli, beynəlxalq, randomizasiya olunmuş, plasebo-nəzarət olunan EUROPA kliniki tədqiqatı aparılıb. Öyrənilən populyasiyada ürək çatışmazlığının kliniki əlamətləri baş vermədən koronar arteriyaların xəstəliyi müəyyən olunub. Ümumiyyətlə, xəstələrin 90%-i əvvəllər miokard infarktı və/və ya koronar arteriyaların revaskulyarizasiyasını keçirmişlər.
Onların əksəriyyəti öyrənilən preparatı trombositlərin inhibitorları, hipolipidemik preparatlar və beta-blokatorlar daxil edilən və ənənəvi qəbul edilən terapiyaya əlavə olaraq qəbul etmişlər.
Təsirliliyin əsas meyarı hadisələrin məcmuyundan ibarət olub (ürək-damar ilə bağlı ölüm halları, qeyri-fatal miokard infarkı və/və ya uğurlu reanimasiya ilə birlikdə ürəyin dayanması).
Gündə 1 dəfə 8 mq üçlü-butilamin perindoprilin qəbul edilməsi birincili son nöqtələrin 1,9% əhəmiyyətli dərəcədə mütləq azalmasına səbəb olub (nisbi riskin 20% azalması).
Anamnezində miokard infarktı və/və ya revaskulyarizasiya olan xəstələrdə birincili son nöqtələrin 2,2% mütləq azalması müşahidə edilib ki, bu da plasebo ilə müqayisədə nisbi riskin 22,4% azalmasına müvafiq gəlir.

Amlodipin

Amlodipin – kalsium ionlarının antaqonisti olub, onların miokardın və damarların əzələ hüceyrələrinə daxil olmasını blokadaya alır. Antihipertenziv təsirin mexanizmi damarların saya əzələlərinə birbaşa relaksasiyaedici təsirlə bağlıdır. Stenokardiya zamanı amlodipinin dəqiq təsir mexanizmi sona kimi öyrənilməyib, lakin aşağıdakı iki yol məlumdur:
1. Amlodipin periferik arteriolları genişləndirir və ümumi periferik damar müqavimətini azaldır ki, bu da miokard vasitəsilə enerjinin mənimsənilməsinin və onun oksigenə qarşı tələbatının azalmasına səbəb olur.
2. Amlodipinin təsir mexanizmi iri koronar arteriyaların və arteriolların genişlənməsi ilə də bağlı ola bilər ki, bu da vazospastik stenokardiyalı (Prinsmetal stenokardiyası) xəstələrdə oksigenin miokarda daxil olmasının artmasına səbəb olur.
Hipertenziyalı xəstələrdə amlodipinin gündə 1 dəfə qəbul edilməsi 24 saat ərzində fiziki işin yerinə yetirilməsinin ümumi vaxtını uzadır (həm uzanmış vəziyyətdə, həm də ayaq üstündə).
Stenokardiyalı xəstələrdə amlodipinin birdəfəlik gündəlik qəbulu fiziki işin yerinə yetirilməsinin ümumi vaxtını uzadır, stenokardiya tutmasının baş verməsini ləngidir və ST seqmentində depressiyanın əmələ gəlməsinə qədər müddədi 1 mm artırır, həmçinin stenokardiya tutmalarının tezliyini və nitroqliserin tabletlərinə tələbatı azaldır.
Amlodipin arzuolunmaz metabolik təsirlərə və ya qan plazmasında lipidlərin səviyyəsinin dəyişilməsinə səbəb olmur, buna görə də şəkərli diabetdən və podaqradan əziyyət çəkən bronxial astmalı xəstələrdə istifadə edilə bilər.

Farmakokinetikası

Perindoprilin və amlodipinin həm monopreparatlar şəklində, həm də Amlessa preparatının tərkibində sorulma sürəti və dərəcəsi əhəmiyyətli dərəcədə fərqlənmir.

Perindopril

Daxilə qəbul edildikdən sonra perindopril sürətlə sorulur və 1 saat ərzində maksimum qatılığa çatır; plazmada yarımparçalanma dövrü 1 saatdır.
Perindopril prodərmandır – qəbul edilən dozanın 27%-i qan cərəyanına aktiv metabolitperindoprilat şəklində daxil olur. Plazmada perindoprilatın maksimum qatılığına 3-4 saatdan sonra nail olunur.
Qida qəbulu perindoprilin perindoprilata çevrilməsini azaldır, başqa sözlə, onun biomənimsənilməsini zəiflədir. Deməli, perindoprili peroral, gündə 1 dəfə, səhərlər, yeməkdən əvvəl qəbul etmək lazımdır.
Perindoprilin dozası ilə onun plazmadakı ekspozisiyası arasında xətti asılılığın olması sübut olunub.
Birləşməmiş perindoprilatın paylanma həcmi təxminən 0,2 l/kq təşkil edir. Perindoprilatın plazma zülalları ilə, əsasən angiotenzin-çevirici fermentlə birləşməsi 20%-dir və preparatın qatılığından asılı olur.
Perindoprilat sidiklə xaric olunur, birləşməmiş fraksiyanın yarımxaric olmasının terminal dövrü təxminən 17 saat təşkil edir ki, bu da 4 gün ərzində stasionar vəziyyətə nail olmağa imkan verir.
Yaşlı xəstələrdə və ürək və ya böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdə perindoprilatın xaric olunması zə.v�ifləyir. Buna görə də bu cür xəstələr üzərində tibbi müşahidəyə kreatininin və kaliumun səviyyələrinin tez-tez monitorinqi daxil edilməlidir.
Dializ zamanı perindoprilatın klirensi 70 ml/dəq təşkil edir.
Qaraciyər sirrozundan əziyyət çəkən xəstələrdə perindoprilin kinetikası dəyişilir: başlanğıc molekulun qaraciyər klirensi 2 dəfə azalır. Lakin əmələ gələn perindoprilatın miqdarı azalmır, buna görə də xəstələrin bu kateqoriyası üçün dozaların seçilməsi tələb olunmur.

Amlodipin

Amlodipin terapevtik dozalarda peroral qəbul edildikdə yaxşı sorulur və plazmada maksimum qatılığa qəbul edildikdən 6-12 saat sonra çatır. Hesablamalara görə mütləq biomənimsənilmə 64-80% təşkil edir. Paylanma həcmi təxminən 21 l/kq-a bərabərdir. Qida qəbulu biomənimsənilməyə təsir göstərmir. In vitro tədqiqatlar göstərib ki, sirkulyasiya edən amlodipinin təxminən 97,5%-i plazma zülalları ilə birləşib.
Plazmadan terminal yarımxaricolma dövrü 35-50 saat təşkil edir və preparatı gündə 1 dəfə qəbul etdikdə sabit olur.
Amlodipin qaraciyərdə qeyri-aktiv metabolitlər əmələ gətirməklə əhəmiyyətli dərəcədə metabolizmə uğrayır. Qəbul edilmiş dozanın təxminən 60%-i sidiklə, 10%-i dəyişilməmiş amlodipin şəklində xaric olunur.
Plazmada amlodipinin maksimum qatılığa çatma müddəti gənc və yaşlı xəstələrdə eynidir.
Sonuncularda amlodipinin klirensinin azalmasına doğru meyllilik qeyd olunub ki, bu da
AUC göstəricisinin və yarımxaricolma dövrünün uzanmasına səbəb olur. Onlar üçün tövsiyə olunan doza rejimi gənclər üçün olduğu kimidir, bununla belə, dozaları ehtiyatla artırmaq lazımdır. Bütün kalsium antaqonistləri üçün olduğu kimi, amlodipinin yarımxaricolma dövrü qaraciyər funksiyaları pozulmuş şəxslərdə artır.

İstifadəsinə göstərişlər

Amlessa perindopril və amlodipinlə müalicə tələb olunan essensial hipertenziyadan və/və ya koronar arteriyaların stabil xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün göstərişlidir.

Əks göstərişlər

Perindoprillə bağlı olan

• Perindoprilə və ya AÇF inhibitorlarına qarşı hiperhəssaslıq.
• Anamnezdə AÇF inhibitorları ilə əvvəlki terapiya ilə bağlı olan angionevrotik ödem.
• İrsi və ya idiopatik angionevrotik ödem.
• Hamiləliyin ikinci və üçüncü üçaylıqları.
• Şəkərli diabeti və ya böyrək funksiyası pozulmuş (YFS < 60 ml/dəq/1,73 m2
) olan xəstələrdə Amlessa preparatının aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi (bax: bölmə “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).
• Tərkibində sakubitril və valsartan olan kombinəolunmuş dərman preparatları ilə
birlikdə qəbul. Perindoprillə müalicəni tərkibində sakubitril və valsartan olan kombinəolunmuş dərman preparatının son dozasının qəbulundan ən az 36 saat sonra başlamaq lazımdır (həmçinin, „Xüsusi göstərişlər və ehtiyat tədbirləri“ və „Digər dərman vasitələri ilə qaşılıqlı təsiri“ bölmələrinə baxın.)

Amlodipinlə bağlı olan

• Güclü hipotenziya.
• Amlodipinə və ya digər dihidropiridinlərə qarşı həssaslıq.
• Şok, o cümlədən kardiogen şok.
• Sol mədəciyin çıxarıcı yolunun obstruksiyası (məsələn, ağır aortal stenoz zamanı).
• Kəskin miokard infarktından sonra ürək çatışmazlığı (ilk 28 gün ərzində).

Amlessaya aid olan

Komponentlərdən hər biri ilə ayrı-ayrılıqda bağlı olan yuxarıda sadalanan bütün əks göstərişlər perindopril/amlodipinin fiksasiya olunmuş kombinasiyasına da aiddir.
• Preparatın köməkçi maddələrinə qarşı həssaslığın artması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hər bir komponentlə ayrı-ayrılıqda bağlı olan bütün göstərişlər Amlessanın fiksasiya olunmuş kombinasiyalarına da aiddir.

Perindoprillə bağlı olan

Xüsusi göstərişlər

Yüksək həssaslıq/ angionevrotik ödem

Nadir hallarda AÇF inhibitorları ilə müalicə almış xəstələrdə üzün, ətrafların, dodaqların, selikli qişaların, dilin, udlağın və/və ya qırtlağın angionevrotik ödemi haqqında məlumat verilir. Bu vəziyyət terapiyanın istənilən vaxtı inkişaf edə bilər. Bu cür hallarda preparatın qəbulunu dayandırmaq və simptomların tamamilə aradan qalxmasını təsdiq edənə qədər xəstənin vəziyyətinə müvafiq nəzarət həyata keçirmək lazımdır. Ödem yalnız üzü və ya dodaqları əhatə etdiyi hallarda onun təzahürləri adətən xüsusi müalicə aparılmadan keçib gedir, lakin simptomları yüngülləşdirmək üçün antihistamin preparatlar qəbul etmək olar.
Qırtlağın ödemi ilə müşayiət olunan angionevrotik ödem letal nəticəyə səbəb ola bilər. Dilin, səs yarığının və ya qırtlağın ödemi tənəffüs yollarının obstruksiyasına səbəb ola bilər. Bu halda dərhal adrenalinin təyin edilməsi və/və ya tənəffüs yollarının keçiriciliyini təmin edən tədbirlərdən ibarət ola bilən təcili terapiya təyin edilməlidir. Simptomlar tamamilə aradan qalxana qədər xəstə hərtərəfli tibbi müşahidə altında olmalıdır.
Anamnezində AÇF inhibitorları ilə terapiya ilə bağlı olmayan angionevrotik ödem qeyd olunan xəstələrdə bu qrupdan olan preparatların qəbulu zamanı angionevrotik ödemin inkişaf riski yüksələ bilər.
AÇF inhibitorları ilə terapiya fonunda bağırsaqda damar ödeminin inkişafının nadir halları məlumdur. Qarın nahiyəsində ağrılar qeyd olunan və AÇF inhibitorları qəbul edən xəstələrin diferensial diaqnostikasının həyata keçirilməsi zamanı bu halları nəzərə almaq lazımdır.
AÇF inhibitorlarının tərkibində sakubitril + valsartan kombinasiyası olan dərman preparatları ilə birlikdə qəbulu angionevrotik ödemin inkişaf riskinin yüksək olması səbəbi ilə əks göstərişdir. Sakubitril + valsartan kombinəolunmuş dərman preparatının qəbulunu perindoprilin son qəbulundan ən az 36 saat başlamaq lazımdır. Perindoprilin qəbulunu sakubitril və valsartan tərkibli kombinəolunmuş preparatın son dozasının qəbulundan ən az 36 saat başlamaq lazımdır. (bax: bölmələr „Xüsusi göstərişlər və ehtiyat tədbirləri“ və „Digər dərman vasitələri ilə qaşılıqlı təsiri“.)
AÇF inhibitorlarının rasekadotril, mTOR inhibitorları (məsələn, sirolimus, everolimus, temsirolimus) və ya vildaqliptinlə birlikdə qəbulu angionevrotik ödemin inkişaf riskini artıra bilər (bax: bölmə „Digər dərman vasitələri ilə qaşılıqlı təsiri“). Artıq AÇF inhibitorlarını qəbul edən xəstələrdə rasekadotril, mTOR inhibitorları (məsələn, sirolimus, everolimus, temsirolimus) və ya vildaqliptinlə müalicəyə başlayarkən ehtiyatlı olmaq lazımdır.

ASLP-aferez zamanı anafilaktoid reaksiyalar

AÇF inhibitorları qəbul etmiş xəstələrdə dekstran sulfatdan istifadə etməklə ASLP-aferezin həyata keçirilməsi zamanı nadir hallarda həyat üçün təhlükəli olan anafilaktoid reaksiyaların inkişafı qeyd olunub. Aferezin hər bir prosedurasından əvvəl AÇF inhibitorlarının qəbulunu müvəqqəti olaraq dayandırmaqla bu cür reaksiyaların qarşısını almaq olar.

Desensibilizasiyanın aparılması zamanı anafilaktoid reaksiyalar

Desensibilizasiyaedici terapiya zamanı (məsələn, zərqanadlı həşəratların zəhəri ilə) AÇF inhibitorları qəbul edən xəstələrdə nadir hallarda həyat üçün təhlükəli anafilaktoid reaksiyalar baş verib. Bu xəstələrdə göstərilən reaksiyaların baş verməsinin qarşısı desensibilizasiyanın hər bir prosedurasından əvvəl AÇF inhibitorlarının qəbulunu müvəqqəti olaraq dayandırmaqla alınıb, lakin preparatın təkrarən ehtiyatsız qəbulu zamanı bu cür hallar yenidən baş verib.

Neytropeniya/aqranulositoz/trombositopeniya/anemiya

AÇF inhibitorları qəbul edən xəstələrdə neytropeniya/aqranulositoz, trombositopeniya və anemiyanın inkişaf etməsi mümkündür. Böyrək funksiyaları normal olan xəstələrdə digər ağırlaşmaların olmaması halında neytropeniyaya nadir hallarda rast gəlinir. İmmunsupressiv müalicə, allopurinolla və ya prokainamidlə müalicə alan kollagenozlu xəstələrə, xüsusilə də böyrək funksiyaları artıq mövcud olan xəstələrdə perindopril çox ehtiyatla təyin edilməlidir.
Bu cür xəstələrdə bəzi hallarda intensiv antibiotikoterapiyaya cavab verməyən ciddi infeksiyalar inkişaf edə bilər. Perindopril təyin edildikdə leykositlərin sayını müntəzəm olaraq yoxlamaq tövsiyə olunur; xəstələrə infeksion xəstəliyin hər hansı əlamətləri meydana çıxdıqda (boğazda ağrılar, qızdırma) təcili olaraq həkimə müraciət etməyin lazım olduğu izah edilməlidir.

Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadası

AÇF inhibitorlarının və angiotenzin II reseptorlarının blokatorlarının və ya aliskirenin birlikdə istifadəsi zamanı arterial hipotenziyanın, hiperkaliemiyanın yaranma və böyrək funksiyasının zəifləmə (o cümlədən kəskin böyrək çatışmazlığı) riskininin artması barədə məlumatlar mövcuddur. Bu səbəbdən də AÇF inhibitorlarının və angiotenzin II reseptorlarının blokatorlarının və ya aliskirenin kombinə olunmuş istifadəsi yolu ilə RAAS-ın ikiqat blokadası tövsiyə olunmur (bax: bölmə “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).v�.
İkiqat blokada yolu ilə terapiyanın aparılması zəruri olduqda, o, yalnız mütəxəssis müşahidəsi altında və böyrək funksiyasına, arterial təzyiqə və elektrolitlərin qatılığına ciddi nəzarət ilə aparılmalıdır.
Diabetik nefropatiyası olan xəstələrdə AÇF inhibitorları və angiotenzin II reseptorlarının blokatorları eyni zamanda istifadə edilməməlidir.

Ehtiyat tədbirləri

Hipotenziya

AÇF inhibitorları arterial təzyiqin azalmasına səbəb ola bilər. Simptomatik hipotenziya nadir hallarda ağırlaşmamış hipertenziyalı xəstələrdə və çox ehtimalla SQH azalmış şəxslərdə, məsələn, diuretiklərin qəbulu, dializ, ishal və ya qusma nəticəsində, duzların qəbulu məhdudlaşdırılan pəhrizdə olan xəstələrdə və ya ağır renin-asılı hipertenziyadan əziyyət çəkən xəstələrdə əmələ gələ bilər. Risk qrupundan olan xəstələr Amlessa qəbulu etdikdə arterial təzyiqi, böyrək funksiyalarını və zərdabda kaliumun səviyyəsini yoxlamaq lazımdır. Həmin ehtiyat tədbirlər arterial təzyiqin kəskin azalması miokard infarktına və ya beyin qan dövranının pozulmasına səbəb ola bilən ürəyin işemiya xəstəliyindən və ya serebrovaskulyar xəstəlikdən əziyyət çəkən xəstələrə aiddir. Hipotenziya inkişaf etdikdə xəstəyə “ayaqlar bir az qaldırılmaqla arxası üstə uzanma” vəziyyəti vermək və lazım gəldikdə venadaxilinə 9 mq/ml (0,9%) natrium xlorid məhlulu yeritmək lazımdır. Müvəqqəti hipotenziya sonrakı terapiya üçün əks göstəriş deyil və o, SQH artması nəticəində arterial təzyiqin bərpa olunmasından sonra davam etdirilə bilər.

Aortanın və mitral klapanın stenozu/hipertrofik kardiomiopatiya

Digər AÇF inhibitorları kimi perindoprili mitral klapanın stenozu və sol mədəciyin çıxarıcı yolunun obstruksiyası olan xəstələrə, məsələn, aortanın stenozu və ya hipertrofik kardiomiopatiya zamanı ehtiyatla təyin etmək lazımdır.

Böyrək çatışmazlığı

Böyrək funksiyalarının pozulması zamanı (kreatinin klirensi < 60 ml/dəq) komponentlərdən hər birinin dozasının ayrı-ayrılıqda fərdi şəkildə seçilməsi tövsiyə olunur. Bu cür xəstələrin adi tibbi müayinəsinə zərdabda kaliumun və kreatininin səviyyələrinin müntəzəm şəkildə yoxlanması daxildir.
AÇF inhibitorları qəbul edən böyrək arteriyalarının ikitərəfli stenozu və ya yeganə böyrəyin böyrək arteriyasının stenozu olan bəzi xəstələrdə preparatın qəbulunu dayandırdıqdan sonra geridönən sidik cövhərinin və kreatininin zərdab qatılıqlarının yüksəlməsi qeyd olunub. Bu cür dəyişikliklərin baş vermə ehtimalı böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdə daha yüksəkdir.
Renovaskulyar hipertenziya zamanı da ağır hipertenziya və böyrək çatışmazlığının yüksək riski mövcud olur.
Böyrəklərin damar zədələnmələrinin aşkar əlamətləri olmayan hipertenziyadan əziyyət çəkən bəzi xəstələrdə, xüsuilə də perindoprili diuretiklə birlikdə qəbul etdikdə, zərdabda sidik cövhərinin və kreatininin səviyyələrinin az dərəcədə və müvəqqəti olaraq yüksəlməsi qeyd olunub. Bu dəyişikliklər daha tez-tez artıq böyrək çatışmazlığı olan xəstələrdə inkişaf edir.

Qaraciyər funksiyalarının pozulması

Nadir hallarda AÇF inhibitorları ilə terapiya xolestatik sarılıqla başlayan, qaraciyərin fulminant nekrozuna qədər proqressivləşən və (bəzən) letal sonluqla nəticələnən sindromla müşayiət olunub. Bu sindromun mexanizmi məlum deyil. AÇF inhibitorları qəbul etdikdə sarılıq inkişaf edən və ya qaraciyər fermentlərinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələn xəstələr AÇF inhibitorlarının qəbulunu dayandırmalı və hərtərəfli tibbi müayinədən keçməlidirlər.

Etnik xüsusiyyətlər

AÇF inhibitorları ilə terapiya zamanı angionevrotik ödemlər çox zaman qaradərili xəstələrdə əmələ gəlir. AÇF-nin digər inhibitorları kimi, perindopril neqroid irqindən olan insanlarda daha az təsirlidir, yəqin ki, xəstələrin bu populyasiyasında hipertenziya çox zaman reninin miqdarının aşağı olması fonunda davam edir.

Öskürək

AÇF inhibitorları ilə terapiya zamanı preparatın qəbulunu dayandırdıqdan sonra keçib gedən bəlğəmsiz, uzunmüddətli öskürək inkişaf edir. Diferensial diaqnostika zamanı AÇF inhibitorlarının qəbulu nəticəsində əmələ gələn öskürəyi nəzərə almaq lazımdır.

Cərrahi müdaxilə/anesteziya

Cərrahi müdaxilə zamanı və ya hipotenziya əmələ gətirən preparatlarla anesteziyanın həyata keçir.v�ilməsi zamanı Amlessa reninin kompensator azad olması nəticəsində angiotenzin II-nin əmələ gəlməsini blokada edə bilər. Əməliyyata bir gün qalmış müalicəni dayandırmaq lazımdır. Bu mexanizmlə inkişaf etməsi ehtimal edilən hipotenziya zamanı SQH-ni artırmaq lazımdır.

Hiperkaliemiya

AÇF inhibitorları, o cümlədən perindoprillə müalicə alan bəzi xəstələrdə qan zərdabında kaliumun miqdarının yüksəlməsi halları qeyd olunub. Hiperkaliemiyanın risk amillərinə böyrək çatışmazlığı, yaşın 70-dən çox olması, şəkərli diabet, bəzi yanaşı gedən vəziyyətlər (dehidratasiya, dekompensasiya mərhələsində olan kəskin ürək çatışmazlığı, metabolik asidoz), eyni vaxtda kaliumqoruyucu diuretiklərin (məsələn, spironolakton, eplerenon, triamteren və ya amilorid), həmçinin kalium preparatlarının və ya duzun kaliumtərkibli əvəzedicilərinin qəbul edilməsi daxildir. Risk qruplarına həmçinin qan zərdabında kaliumun miqdarının yüksəlməsinə şərait yaradan digər preparatlar (məsələn, heparin) qəbul edən xəstələr də aiddir. Kalium preparatlarının, kaliumqoruyucu diuretiklərin və ya kalium əsasında olan duz əvəzedicilərinin təyin edilməsi böyrək funksiyaları pozulmuş şəxslərin qan zərdabında kaliumun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə və bunun nəticəsi kimi ürək ritminin ciddi pozğunluqlarına (bəzən letal nəticə ilə) səbəb ola bilər. Əgər yuxarıda qeyd edilən vasitələrin yanaşı olaraq təyin edilməsi vacib hesab olunarsa, onların qəbulu qan zərdabında kaliumun səviyyəsini müntəzəm şəkildə yoxlamaqla həyata keçirilməlidir.

Şəkərli diabetli xəstələr

AÇF inhibitorlarının peroral hipoqlikemik vasitələr və ya insulin qəbul edən şəkərli diabetli xəstələrə təyin edilməsi zamanı terapiyanın birinci ayı ərzində qanda qlükozanın qatılığını müntəzəm şəkildə yoxlamaq lazımdır.

Amlodipinlə bağlı olan

Xüsusi göstərişlər

Qaraciyər funksiyalarının pozulması

Qaraciyər funksiyaları pozulmuş xəstələrdə amlodipinin yarımxaricolma dövrü, bütün digər kalsium antaqonistlərində olduğu kimi artib. Bu cür hallarda preparatı qaraciyər fermentlərinin diqqətlə aparılan monitorinqi zamanı ehtiyatla qəbul etmək lazımdır.
Ürək çatışmazlı�.vğı
Ürək çatışmazlığından əziyyət çəkən xəstələrdə müalicəni ehtiyatla həyata keçirmək lazımdır.
Qeyri-işemik etiologiyalı ürək çatışmazlığından (NYHA-ya görə III və IV funksional siniflər) əziyyət çəkən xəstələrin iştirakı ilə həyata keçirilən uzunmüddətli, plasebo-nəzarət olunan tədqiqat zamanı amlodipinin qəbulu plasebo ilə müqayisədə ürək çatışmazlığının pisləşməsi hallarının sayında əhəmiyyətli dərəcədə fərqlərin olmamasına baxmayaraq, ağciyər ödemi hallarının tezliyinin artması ilə müşayiət olunub.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Perindoprillə bağlı olan

Klinik tədqiqatlardan əldə olunan məlumatlara görə AÇF inhibitorlarının, angiotenzin II reseptorlarının blokatorlarının və ya aliskirenin kombinə olunmuş istifadəsi yolu ilə reninangiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadası arterial hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının zəifləməsi (o cümlədən kəskin böyrək çatışmazlığı) kimi arzuolunmaz halların yaranma tezliyinin RAAS-a təsir göstərən preparatla monoterapiya ilə müqayisədə daha yüksək olması ilə əlaqəli olub (bax: bölmə “Əks göstərişlər” və “Xüsusi göstərişlər”).

Eyni vaxtda qəbul edilməsi tövsiyə olunmur

Kaliumqoruyucu diuretiklər və kalium preparatları
Zərdabda kaliumun miqdarı adətən norma daxilində qalsa da, perindopril qəbul edən bəzi xəstələrdə hiperkaliemiya müşahidə edilə bilər. Kaliumqoruyucu diuretiklər (məsələn, spironolakton, triamteren və ya amilorid), kalium preparatları və ya kaliumtərkibli duz əvəzediciləri zərdabda kaliumun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər, buna görə də onların AÇF inhibitorları ilə eyni vaxtda istifadə edilməsi tövsiyə olunmur. Əgər təsdiq olunmuş hipokaliemiya ilə əlaqədar olaraq birlikdə qəbul etmə göstərişlidirsə, onda ehtiyatlı olmaq və qan zərdabında kaliumun miqdarını tez-tez yoxlamaq lazımdır.

Angionevrotik ödemin inkişaf riskini artıran preparatlar

AÇF inhibitorlarının tərkibində sakubitril və valsartan kombinasiyası olan dərman preparatları ilə birlikdə qəbulu angionevrotik ödemin inkişaf riskinin yüksək olması səbəbi ilə əks göstərişdir (bax: bölmə “Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).
AÇF inhibitorlarının rasekadotril, mTOR inhibitorları (məsələn, sirolimus, everolimus, temsirolimus) və ya vildaqliptinlə birikdə qəbulu angionevrotik ödemin inkişaf riskini artıra bilər (bax: bölmə“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).

Litium

Litiumla AÇF inhibitorlarının eyni vaxtda qəbul edilməsi zamanı zərdabda litiumun qatılığının geridönən artması və onun toksikliyinin (ağır neyrotoksik təsirlərlə birlikdə) güclənməsi halları qeydə alınib. Qeyd olunan preparatların eyni vaxtda qəbul edilməsi tövsiyə olunmur. Bu cür kombinə olunmuş terapiyanın aparılması vacib olduqda qan zərdabında litiumun miqdarını müntəzəm şəkildə yoxlamaq lazımdır.

Estramustin

Əlavə təsirlərin, məsələn, angionevrotik ödemin (angioödemin) güclənməsi riski mövcud olur.

Xüsusi ehtiyatlılıq tələb edən kombinasiyalar

Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), o cümlədən asetilsalisil turşusu ≥ 3 q/gün
AÇF inhibitorlarının qeyri-steroid iltihab əleyhinə preparatlarla eyni vaxtda qəbul edilməsi (iltihab əleyhinə təsir göstərən dozalarda asetilsalisil turşusu, SOG-2 inhibitorları və qeyriseçici QSİƏP) AÇF inhibitorlarının hipotenziv təsirinin azalmasına səbəb ola bilər. Göstərilən preparatların eyni vaxtda qəbul edilməsi, xüsusilə də böyrək funksiyaları artıq pozulmuş xəstələrdə kəskin böyrək çatışmazlığının inkişafına və qan zərdabında kaliumun miqdarının artmasına qədər böyrək funksiyalarının pozulma riskini də artırır. Bu cür kombinasiyanı, xüsusilə də yaşlı xəstələrə, ehtiyatla təyin etmək lazımdır. Xəstələr kifayət qədər miqdarda maye qəbul etməli, həmçinin müalicəyə başlamazdan əvvəl və sonra böyrək funksiyalarını yoxlamaq tövsiyə olunur.
Diabet əleyhinə preparatlar (insulin, hipoqlikemik sulfanilamidlər)
AÇF inhibitorlarının qəbulu insulin və ya sulfanil-sidik cövhəri törəmələri qəbul edən şəkərli diabetli xəstələrdə hipoqlikemik təsiri gücləndirə bilər. Hipoqlikemiyanın baş vermə hallarına çox nadir hallarda rast gəlinir (qlükozaya qarşı tolerantlığın yaxşılaşması insulinə qarşı tələbatın azalmasına səbəb olur).

Eyni vaxtda qəbul etdikdə nəzərə almaq lazımdır

Kaliumqoruyucu diuretiklər, tərkibində kalium və ya kalium tərkibli duz əvəzl�.vƙyiciləri olan əlavələr
Qan plazmasında kaliumun tərkibinin adətən norma çərçivəsində qalmasına baxmayaraq, perindopril qəbul edən bəzi xəstələrdə hiperkalemiya inkişaf edə bilər. Kaliumqoruyucu diuretiklər (məsələn, spironolakton, triamteren və ya amilorid), kalium əlavələri və ya xörək duzunun kalium tərkibli əvəzedicilərinin qəbulu qan zərdabında kaliumun tərkibinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Eyni zamanda, perindoprilin qan zərdabında kaliumun tərkibini artırmaq qabiliyyətinə malik trimetoprim və kortimoksazol (trimetoprim + sulfametoksazol) kimi digər preparatlarla birlikdə təyini zamanı ehtiyatlı olmaq lazımdır, çünki trimetoprimin amilorid kimi kaliumqoruyucu diuretik kimi təsir göstərdiyi məlumdur.
Buna görə də, perindoprilin yuxarıda qeyd olunan preparatlarla birlikdə qəbulu tövsiyə olunmur. Bununla belə, əgər birgə qəbul göstərişdirsə, ehtiyat tədbirləri görmək və qan zərdabında kaliumun tərkibinə mütəmadi nəzarət etmək lazımdır.

Siklosporin

AÇF inhibitorlarının siklosporinlə birlikdə qəbulu zamanı hiperkalemiya əmələ gələ bilər.
Qan zərdabında kaliumun tərkibinə nəzarət etmək lazımdır.
Heparin
AÇF inhibitorlarının heparinlə birlikdə qəbulu zamanı hiperkalemiya əmələ gələ bilər. Qan zərdabında kaliumun tərkibinə nəzarət etmək lazımdır.
Diuretiklər
Diuretiklər qəbul edən xəstələrdə, xüsusilə də hipovolemiyalı və/və ya duzların defisiti olan xəstələrdə AÇF inhibitorlarının qəbulunun əvvəlində arterial təzyiqin artıq dərəcədə azalması baş verə bilər. Diuretikdən istifadəni dayandırmaqla, müalicəyə başlamazdan əvvəl mayelərin və ya duzların qəbulunu artırmaqla, həmçinin perindoprilin kiçik başlanğıc dozalarını təyin etməklə və sonradan onları tədricən artırmaqla hipotenziya riskini azaltmaq olar.
Simpatomimetiklər
Simpatomimetiklər AÇF inhibitorlarının antihipertenziv təsirini zəiflədə bilər.
Qızıl preparatları
Qızılın inyeksion preparatlarını (aurotiomalat natrium) və AÇF inhibitorlarını, o cümlədən perindopril qəbul edən xəstələrdə nadir hallarda nitritoid reaksiyalar qeyd olunub (simptomları: üzün hiperemiyası, ürəkbulanma, qusma və.v� hipotenziya).

Amlodipinlə bağlı olan

Eyni vaxtda qəbul tövsiyə olunmur

Dantrolen (infuziya)
Heyvanlarda verapamilin və dantrolenin v/d yeridilməsi zamanı letal sonluğa səbəb olan mədəciklərin fibrilyasiyası müşahidə edilir. Amlodipin və dantrolenin kombinasiyalı şəkildə qəbul edilməsi tövsiyə olunmur.
Xüsusi ehtiyatlılıq tələb olunan kombinasiyalar

CYP3A4 inhibitorları

Yanaşı olaraq CYP3A4 sitoxromunun güclü inhibitorlarının (ketokonazol, itrakonazol, ritonavir) qəbul edilməsinin amlodipinin plazma qatılığının artmasına səbəb olması istisna edilmir, buna görə də göstərilən preparatların kombinasiyası zamanı ehtiyatlı olmaq lazımdır.

CYP3A4 induktorları (rifampisin, dəlikli dazıotu (Hypericum perforatum), epilepsiya əleyhinə preparatlar, karbamazepin, fenobarbital, fenitoin, fosfenitoin, primidon).

Məlum CYP3A4 induktorları ilə birlikdə istifadə zamanı amlodipinin plazma qatılığı dəyişə bilər. Bu səbəbdən də, xüsusilə güclü CYP3A4 induktorları (məsələn, rifampisin, dəlikli dazıotu) ilə yanaşı müalicə zamanı, eləcə də müalicədən sonra arterial təzyiqə nəzarət etmək və dozanı tənzimləmək lazımdır.

Eyni vaxtda qəbul zamanı nəzərə almaq lazımdır

Ürək çatışmazlığı zamanı təyin edilən beta-blokatorlar (bisoprolol, karvedilol, metoprolol)
Latent və ya nəzarət olunmayan ürək çatışmazlığından əziyyət çəkən xəstələrdə hipotenziya, ürək fəaliyyətinin zəifləməsi riski mövcud olur (mənfi inotrop təsirin güclənməsi). Bundan başqa, beta-blokatorlar artıq hemodinamiki reperkussiya zamanı simpatik refleksi zəiflədə bilərlər.

Takrolimus

Amlodipin ilə birlikdə istifadə zamanı qanda takrolimusun səviyyəsinin artma riski mövcuddur, lakin bu qarşılıqlı təsirin farmakokinetik mexanizmi məlum deyil. Takrolimus ilə müalicə alan xəstələrdə amlodipinin istifadəsi zamanı takrolimusun toksikliyindən qaçınmaq üçün qanda takrolimusun səviyyəsinə ciddi nəzarət etmək və lazım gələrsə takrolimusun dozasını korreksiya etmək tələb olunur.

Klaritromisin

Klaritromisin CYP3A4 inhibitorudur. Klaritromisin və amlodipin ilə müalicə alan xəstələrdə hipotenziya riski yüksəkdir. Amlodipinin klaritromisin ilə birlikdə istifadəsi zamanı xəstələrin ciddi müşahidə altında saxlanılması tövsiyə olunur.

Rapamisinin mexanik nişanının inhibitorları (mTOR)

mTOR inhibitorları (məsələn, sirolimus, temsirolimus və everolimus) CYP3A substratlarıdır.
Ampodipin CYP3A izofermentinin zəif inhibitorudur. mTOR inhibitorları ilə birlikdə qəbul zamanı amlodipin onların ekspozisiyasını artıra bilər.

Siklosporin

Siklosporin və amlodipinin qarşılıqlı təsiri üzrə tədqiqatlar yalnız böyrək transplantasiyası keçirmiş xəstələrdə aparılib. Bu zaman siklosporinin dəyişkən qalıq qatılığının artması (orta hesabla 0% – 40%) qeydə alınıb. Bu səbəbdən də amlodipin ilə müalicə alan böyrək transplantasiyası keçirmiş xəstələrdə siklosporinin səviyyələrinə nəzarət etmək, lazım gəldikdə isə siklosporinin dozasını azaltmaq tövsiyə olunur.

Digər kombinasiyalar

Qarşılıqlı təsir üzrə klinik tədqiqatlarda amlodipin atorvastatin, diqoksin və ya varfarinin farmakokinetik xüsusiyyətlərinə təsir göstərməyib.
Amlodipinin qreypfrut və qreypfrut şirəsi ilə birgə qəbulu tövsiyə olunmur, belə ki, bəzi xəstələrdə biomənimsənilmə arta bilər, bu isə öz növbəsində hipotenziv təsirin artmasına səbəb olur.
Bəzi preparatlarla aparılan xüsusi tədqiqatlar zamanı amlodipinə təsirin olduğu aşkar edilməyib:
• Amlodipinin və simetidinin eyni vaxtda qəbul edilməsi amlodipinin
farmakokinetikasını dəyişməyib.
• Sildenafilin və amlodipinin kombinasiyası zamanı hər bir preparat məxsusi, müstəqil
hipotenziv təsir göstərib.
Bundan başqa, bəzi preparatlarla aparılan xüsusi tədqiqatlar zamanı amlodipinin onların farmakokinetik parametrlərinə təsiri aşkar edilməyib:
• Atorvastatin: eyni vaxtda 10 mq amlodipinin və 80 mq atorvastatinin çoxdəfəli
dozalarının qəbul edilməsi tarazlıq qatılıqları əldə edildikdən sonra sonuncunun farmakokinetik parametrlərinin əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb olmayıb.
• Diqoksin: sağlam könüllü şəxslərin amlodipini və diqoksini eyni vaxtda qəbul etməsi
sonuncunun zərdab qatılıqlarının və ya böyrək klirensinin dəyişiklikl.v�əri ilə müşayiət olunmayıb.
• Varfarin: amlodipinin və varfarinin eyni vaxtda qəbul edilməsi protrombin indeksinə
təsir göstərmir.

Xüsusi ehtiyatlılıq tələb olunan eyni vaxtda qəbul

Baklofen: antihipertenziv təsirin gücləndirilməsi. Arterial təzyiqi və böyrək funksiyalarını yoxlamaq, həmçinin antihipertenziv preparatın dozasında düzəlişlər etmək lazımdır.

Nəzərə alınması vacib olan kombinasiyalar

• Antihipertenziv preparatlar (məsələn, beta-blokatorlar) və vazodilatatorlar: bu
vasitələrlə eyni vaxtda qəbul etmə perindoprilin və amlodipinin hipotenziv təsirinin güclənməsinə səbəb ola bilər.
• Nitroqliserinlə, digər nitratlarla və ya vazodilatatorlarla kombinasiyalı qəbul arterial
təzyiqin əlavə olaraq azalmasına səbəb ola bilər, buna görə də ehtiyatlı olmaq lazımdır.
• Kortikosteroidlər, tetrakozaktid: antihipertenziv təsiri azaldır (kortikosteroidlərin
təsirindən duzların və suyun ləngiməsi).
• Alfa-blokatorlar (prazozin, alfuzozin, doksazozin, tamsulozin, terazozin):
antihipertenziv təsirin güclənməsi və ortostatik hipotenziyanın inkişaf riskinin artması.
• Amifostin: amlodipinin antihipertenziv təsirini gücləndirə bilər.
• Trisiklik antidepressantlar/antipsixotik preparatlar/anesteziyaedici preparatlar:
antihipertenziv təsirin güclənməsi və ortostatik hipotenziyanın inkişaf riskinin artması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin birinci üçaylığında qəbul etmək tövsiyə olunmur. Hamiləliyin ikinci və üçüncü üçaylığında preparat əks göstərişlidir.
Laktasiya dövründə preparatdan istifadə etmək tövsiyə olunmur. Ya ana südü ilə qidalandırmanı, ya da göstərilən terapiyanın ana üçün vacibliyini nəzərə alaraq müalicənin müvəqqəti dayandırılması haqqında qərar qəbul etmək lazımdır.

Hamiləlik

Perindopril

Hamiləliyin birinci üçaylığında AÇF inhibitorlarının qəbul edilməsi tövsiyə olunmur.
Hamiləliyin ikinci və üçüncü üçaylıqlarında AÇF inhibitorlarının qəbul edilməsi əks göstərişlidir. Hamiləliyin birinci üçaylığında AÇF inhibitorlarının qəbul edilməsi zamanı imkan vermir, lakin riskin bir qədər artması istisna edilə bilməz. AÇF inhibitorlarını digər alternativ terapiya ilə əvəz etmək mümkün olmadığı hallarda hamiləliyi planlaşdıran qadınlar təhlükəsizlik profili hamilə qadınlar üçün yaxşı öyrənilmiş dərman vasitələrilə terapiyaya keçirilə bilər. Hamiləlik baş verdikdə AÇF inhibitorlarının qəbulu dərhal dayandırılmalı və lazım gəldikdə digər terapiya təyin edilməlidir. Hamiləliyin ikinci və üçüncü üçaylıqlarında
AÇF inhibitorlarının qəbul edilməsi zamanı fetotoksik təsirin (böyrək funksiyalarının pozulması, oliqohidroamnioz, kəllə sümüklərinin sümükləşməsinin ləngiməsi) və neonatal toksikliyin (böyrək çatışmazlığı, hipotenziya, hiperkaliemiya) meydana çıxması müəyyən edilib. AÇF inhibitorları hamiləliyin ikinci üçaylığında qəbul edildikdə böyrək funksiyalarının və kəllə sümüklərinin USM-ni həyata keçirmək tövsiyə olunur. Anaları AÇF inhibitorları qəbul etmiş yenidoğulmuşlar hipotenziyanın inkişaf ehtimalının qarşısını almaq məqsədilə diqqətlə müşahidə altına alınmalıdır.

Amlodipin

Hamiləlik zamanı qadınlarda amlodipindən istifadənin təhlükəsizliyi müəyyən olunmayıb.
Heyvanlar üzərində aparılan tədqiqatlarda yüksək dozaların qəbul edilməsi zamanı reproduktiv toksiklik müəyyən olunub.
Hamiləlik zamanı o hallarda istifadə etmək tövsiyə oluna bilər ki, daha təhlükəsiz alternativ preparat olmasın, xəstəliyin özü isə ana və döl üçün böyük risk yaratsın.

Laktasiya dövrü

Perindopril

Laktasiya dövründə perindoprildən istifadə edilməsi haqqında məlumat yoxdur. Preparat xəstələrin bu kateqoriyası üçün tövsiyə olunmur. Döşlə uşaq əmizdirmə dövründə, xüsusilə də yenidoğumuşları və ya vaxtından əvvəl doğulmuş uşaqları əmizdirən zaman təhlükəsizlik profili müəyyən olunmuş alternativ preparat təyin etmək tövsiyə olunur.

Amlodipin

Amlodipin ana südünə nüfuz edir. Ananın qəbul etdiyi dozanın uşağa təsir göstərən payı 3-7% civarında, maksimum 15% olaraq qiymətləndirilib. Amlodipinin uşağa təsiri məlum deyil.
Dihidropiridin qrupundan olan kalsium kanalları blokatorlarının südə ekskresiya olunması müəyyən olunub. Ana südü ilə qidalandırmanı davam etdirmək/dayandırmaq və ya amlodipinlə terapiyanı davam etdirmək/dayandırmaq haqqında qərar uşaq üçün ana südü ilə qidalanmanın faydası və ana üçün terapiyanın vacibliyi nəzərə alınmaqla qəbul edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın avtomobilləri idarəetmə və ya texnika ilə işləmə qabiliyyətinə təsirinə həsr olunmuş tədqiqatlar aparılmayıb. Nəqliyyat vasitələrini idarəetmə və ya texniki qurğularla işləmə zamanı başgicəllənmənin və ya yorğunluğun inkişaf ehtimalını nəzərə almaq lazımdır.

İstifadə qaydası və dozası

Peroral qəbul edilir.
Gündə 1 dəfə 1 tablet, yaxşı olar ki, səhər yeməkdən əvvəl qəbul edilsin.
Fiksasiya olunmuş dozaların kombinasiyası antihipertenziv terapiyanın başlanğıcı üçün nəzərdə tutulmayıb. Dozaların dəyişdirilməsi lazım gəldikdə preparatın ayrı-ayrı komponentlərinin fərdi qaydada seçilməsi tövsiyə olunur.

Böyrək funksiyaları pozulmuş xəstələr və yaşlı xəstələr

Xəstələrin bu kateqoriyasında perindoprilin xaric olması ləngidiyindən, adi tibbi müşahidəyə kreatininin və kaliumun səviyyələrinin tez-tez yoxlanılması daxil edilməlidir. Amlessa preparatı kreatinin klirensi ≥ 60 ml/dəq olduqda təyin edilə bilər və kreatinin klirensi < 60 ml/dəq olduqda uyğun gəlmir. Bu cür xəstələrə komponentlərdən hər birinin ayrı-ayrılıqda dozalarının fərdi qaydada seçilməsi tövsiyə olunur.
Plazmada amlodipinin qatılığının dəyişilməsinin böyrəklərin funksiyalarının pozulma dərəcəsi ilə asılılığı yoxdur.

Qaraciyər funksiyaları pozulmuş xəstələr

Xəstələrin bu kateqoriyası üçün doza rejimi müəyyən edilməyib, göstərilən kombinasiyanı təyin edən zaman ehtiyatlı olmaq lazımdır.

Uşaqlar və yeniyetmələr

İstifadə edilmir, çünki xəstələrin bu kateqoriyasında monoterapiya zamanı və kombinasiya şəklində perindoprilin və amlodipinin təhlükəsizliyi, təsirliliyi və dözümlülük öyrənilməyib.

Əlavə təsirləri

Aşağıda sadalanan əlavə təsirlər perindoprillə və ya amlodipinlə monoterapiya zamanı qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına uyğun olaraq əlavə təsirlərin inkişaf tezliyi aşağıdakı kimi təsnif edilir:
• çox tez-tez (1/10);
• tez-tez (1/100 –dən <1/10-ə qədər);
• bəzən (1/1000 –dən <1/100-ə qədər);
• nadir hallarda (1/10000 –dən <1/1000-ə qədər);
• çox nadir hallarda (<1/10000),
• tezliyi məlum deyil (mövcud məlumatlara görə qiymətləndirmək mümkün deyil).

Orqanlar sistemi Əlavə təsirlər Tezlik
sinfi Amlodipin Perindopril
Qanda və limfa sistemində pozğunluqlar
Leykopeniya / neytropeniya Çox nadir hallarda
Çox nadir hallarda
Aqranulositoz və ya pansitopeniya Çox nadir hallarda
Trombositopeniya Çox nadir hallarda
Çox nadir hallarda
Anadangəlmə G-6PDH çatışmazlığı olan xəstələrdə hemolitik anemiya – Çox nadir hallarda
Hemoqlobinin və hematokritin azalması – Çox nadir hallarda
İmmun sistemdə pozğunluqlar
Allergik reaksiyalar: övrə Çox nadir hallarda
Bəzən
Metabolizm və qidalanma pozğunluqları
Hiperqlikemiya Çox nadir hallarda
–
Hipoqlikemiya – Tezlik məlum deyil
Psixi pozğunluqlar Yuxusuzluq Bəzən –
Əhval-ruhiyyənin dəyişilməsi Bəzən Bəzən
Depressiya Bəzən –
Yuxu pozğunluğu – Bəzən
Sinir sistemində pozğunluq
Yuxululuq Tez-tez –
Başgicəllənmə Tez-tez Tez-tez
Baş ağrısı (xüsusilə müalicənin əvvəlində)
Tez-tez Tez-tez
Tremor Bəzən –
Hiposteziya,
Paresteziya
Bəzən –
Bəzən Tez-tez
Hipertonus Çox nadir hallarda
–
Periferik neyropatiya Çox nadir hallarda
–
Vertiqo – Tez-tez
Huşun dumanlanması Nadir hallarda Çox nadir hallarda
Ekstrapiramid pozğunluqlar Tezliyi məlum deyil
–
Görmə orqanında pozğunluq
Görmə pozğunluğu Tez-tez Tez-tez
Eşitmə orqanında pozğunluq
Qulaqlarda küy Bəzən Tez-tez
Ürəkdə pozğunluqlar
Ürək döyüntülərinin tezləşməsi Tez-tez –
Sinkope Bəzən –
Stenokardiya ağrısı Nadir hallarda –
Stenokardiya – Çox nadir hallarda
Miokard infarktı, yüksək risk qrupundan olan xəstələrdə arterial təzyiqin həddən artıq düşməsi nəticəsində baş verə bilər
Çox nadir hallarda
Çox nadir hallarda
Aritmiya (o cümlədən, bradikardiya, mədəcik taxikardiyası və qulaqcıqların fibrilyasiyası)
Bəzən Çox nadir hallarda
Damar pozğunluqları
Hiperemiya Tez-tez –
Hipotenziya (və hipotenziya ilə bağlı olan təsirlər)
Bəzən Tez-tez
İnsult, yüksək risk qrupundan olan xəstələrdə arterial təzyiqin həddən artıq düşməsi nəticəsində baş verə bilər – Çox nadir hallarda
Vaskulit Çox nadir hallarda
Tezlik məlum deyil
Reyno fenomeni – Tezlik məlum deyil
Tənəffüs orqanlarında, döş qəfəsində və orta divarda pozğunluqlar
Təngnəfəslik Tez-tez Tez-tez
Rinit Bəzən Çox nadir hallarda
Öskürək Bəzən Tez-tez
Bronxospazm – Bəzən
Eozinofil pnevmoniyası – Çox nadir hallarda
Mədə-bağırsaq traktında pozğunluqlar
Diş ətinin hiperplaziyası Çox nadir hallarda
–
Qarında ağrılar, ürəkbulanma Tez-tez Tez-tez
Qarında ağrılar, ürəkbulanma, dispepsiya, defekasiya ritminin dəyişməsi (o cümlədən ishal və qəbizlik)
Tez-tez Tez-tez
Qusma Bəzən Tez-tez
Ağızda quruluq Bəzən Bəzən
Disgevziya Bəzən Tez-tez
Pankreatit Çox nadir hallarda
Çox nadir hallarda
Qastrit Çox nadir hallarda
–
Hepatobiliar pozğunluqlar
Hepatit, xolestatik sarılı.v�q Çox nadir hallarda
–
Sitolitik və ya xolestatik sarılıq – Çox nadir hallarda
Dəridə və dərialtı toxumada pozğunluqlar
Kvinke ödemi Çox nadir hallarda
–
Üz, ətraflar, dodaqlar, selikli qişalar, dil, udlaq və/ və ya qırtlağın angionevrotik ödemi – Bəzən
Multiformalı eritema Çox nadir hallarda
Çox nadir hallarda
Alopesiya Bəzən –
Purpura Bəzən –
Dərinin rənginin dəyişilməsi Bəzən –
Tər ifrazının güclənməsi Bəzən Bəzən
Eksfoliativ dermatit Çox nadir hallarda
–
Qaşınma Bəzən Tez-tez
Ekzantema, övrə Bəzən –
İşığa qarşı həssaslıq Çox nadir hallarda
–
Səpgi Bəzən Tez-tez
Stivens-Conson sindromu Çox nadir hallarda
–
Psoriazın kəskinləşməsi – Nadir hallarda
Toksik epidermal nekroliz Tezliyi məlum deyil
–
Dayaq-hərəkət aparatında və birləşdirici toxumada pozğunluqlar
Artralgiya Bəzən –
Mialgiya Bəzən Bəzən
Əzələ qıcolmaları, topuqda ödem Tez-tez Tez-tez
Beldə ağrılar Bəzən –
Böyrəkdə və sidik ifrazat yollarında pozğunluqlar
Sidik ifrazının pozulması, nikturiya,
Bəzən –
Böyrək funksiyasının pozulması – Bəzən
Kəskin böyrək çatışmazlığı – Çox nadir hallarda
Reproduktiv sistemdə və süd vəzilərində pozğunluqlar
İmpotensiya Bəzən Bəzən
Ginekomastiya Bəzən
Ümumi xarakterli ağırlaşmalar və yeridilmə yerində reaksiyalar
Ödem, periferik ödem Çox tez-tez –
Yorğunluq Tez-tez –
Döş qəfəsində ağrılar Bəzən –
Аsteniya Tez-tez Tez-tez
Ağrı Bəzən –
Halsızlıq Bəzən –
Laborator göstəricilər
Qaraciyər fermentlərinin (ALT, AST) aktivliklərinin artması (adətən xolestaza müvafiq gəlir)
Çox nadir hallarda
–
Zərdabda bilirubinin səviyyəsinin və qaraciyər fermentlərinin aktivliklərinin artması – Nadir hallarda
Sidik cövhərinin və kreatininin zərdab qatılıqlarının artması, hiperkaliemiya – Tezliyi məlum deyil
Bənə çəkisinin artması Bəzən –
Bədən çəkisinin azalması Bəzən –

Amlodipinlə bağlı olan əlavə məlumat

Kalsium kanalları blokatorlarının qəbulu zamanı tək-tək hallarda (istisna hallarda) ekstrapiramidal sindromun baş verməsi məlumdur.

Doza həddinin aşılması

İnsanlarda Amlessa preparatının doza həddinin aşılması haqqında məlumat yoxdur.
AÇF inhibitorlarının doza həddinin aşılmasının simptomlarına hipotenziya, sirkultyator şok, elektrolit balansının pozulması, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, ürək döyünmələrinin tezləşməsi, bradikardiya, başgicəllənmə, həyəcan və öskürək aid ola bilər.
Müalicəsi. İzotonik duz məhlulunun venadaxilinə infuziyası tövsiyə olunur. Hipotenziya inkişaf etdikdə xəstəyə “ayaqlar bir az yuxarıya qaldırılmaqla arxası üstə uzanmış” vəziyyət vermək lazımdır. İmkan olduqda infuziya şəklində angiotenzin II və / və ya venadaxilinə katexolaminlər yeridilir. Perindopril sistem qan cərəyanından hemodializ yolu ilə xaric edilə bilər. Dərman terapiyasına tabe olmayan bradikardiya zamanı ritm tənzimləyicisinin (peysmeyker) qoyulması göstərişlidir. Həyati əhəmiyyətli göstəricilərə, həmçinin zərdabda kreatininin və elektrolitlərin qatılığına daim nəzarət etmək lazımdır.
Simptomlar. Mövcud məlumatlara görə amlodipinin doza həddinin xeyli dərəcədə aşılması periferik vazodilatasiyaya və sonradan güclü və yəqin ki, uzunmüddətli sistem hipotenziyasına səbəb ola bilər.
Müalicəsi. Amlodipinin doza həddinin aşılması nəticəsində əmələ gələn hipotenziya xəstə üzərində kardioloji intensiv terapiya şöbəsində müşahidə apamaq tələb olunur.
Damardaraldıcılar, onlardan istifadə əks göstərişli olmadığı şəraitdə, damarların tonusunu və arterial təzyiqi bərpa etməyə kömək edə bilər. Kalsium kanallarının blokadasını aradan qaldırmaq üçün kalsium qlükonatın venadaxilinə yeridilməsi təsirli ola bilər. Amlodipin dializ zamanı xaric edilmir.

Buraxılış forması

10 tablet, blisterdə. 3 blister (30 tableer) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30 оС-dən aşağı temperaturda, nəmdən və işıqdan qorumaq üçün orijinal qablaşdırmada saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

KRKA, d.d., Novo mesto, Sloveniya.

Azərbaycandakı Nümayəndəlik

Xocalı prospekti 55, AGA Biznes Mərkəzi.
Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Amlessa 4 mq / 10 mq N30 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar