Amlo-Denk 10 mq N50 tablet
| Təsiredici maddə | AMLODIPINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Kalsium kanallarının blokatoru. Kalsium kanallarının başlıca olaraq damar effektlərinə malik selektiv blokatorları |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,88 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. Əgər Sizdə əlavə suallar yaranarsa, lütfən, həkiminizdən və ya əczaçıdan soruşun. Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu başqalarına verməyin, belə ki, onların xəstəlik əlamətləri Sizinki ilə eyni olsa belə, bu dərman preparatı onlar üçün zərərli ola bilər Əgər bu dərmandan istifadə müddətində bu çlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin (bax: “Əlavə təsirləri”). AMLO-DENK 10 örtüklü tabletlər AMLO-DENK 10 Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 12,79 mq amlodipin mezilat monohidrat vardır (10 mq amlodipinə ekvivalent). Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, natrium nişasta qlikol- yatı, maqnezium stearat.
Təsviri
Ağ və ya ağımtıl rəngli, dairəvi, ikitərəfli qabarıq, bir tərəfində xətti olan tabletlərdir. Tabletləri iki bərabər hissəyə bölmək olar.
Farmakoterapevtik qrupu
Kalsium kanallarının blokatoru. Kalsium kanallarının başlıca olaraq damar effektlərinə malik selektiv blokatorları. ATC kodu: C08CA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Amlodipin kalsium ionları axınının inhibitoru olub, dihidropiridin qrupuna daxildir («ləng» kalsium kanallarının blokatoru). O, kalsium ionlarının hüceyrə membranları vasitəsilə ürəyin və damarların saya əzələsinə axınını inhibə edir. Amlodipinin antihipertenziv təsir mexanizmi onun damarların saya əzələsinə birbaşa relaksa- siyaedici (tonusu aşağı salıcı) təsir göstərməsi ilə bağlıdır. Yüksək qan təzyiqi olan xəstələrdə bu dərman qan damarlarının tonusunu azaldaraq (qan damar- larını boşaldaraq) qanın damardan keçməsini asanlaşdırır. Stenokardiyalı pasiyentlərdə Amlo- Denk 10 ürək əzələsinin qan təchizatını yaxşılaşdırmaqla ürək əzələsini daha çox oksigenlə təmin edir və nəticədə sinə ağrısının qarşısı alınır. Bu dərman stenokardiya nəticəsində sinədə yaranan ağrının dərhal aradan qaldırılmasını təmin etmir. Farmakokinetikası Absorbsiyası/paylanması/plazma zülalları ilə birləşməsi Müalicəvi dozalarda daxilə qəbul edildikdən sonra amlodipin yaxşı absorbsiya olunur və qanda pik səviyyəsi dozanın qəbulundan sonra 6-12 saat ərzində yaranır. Mütləq biomənimsənilməsi 64-80% təşkil edir. Paylanma həcmi təxminən 21 litr/kq təşkil edir. In vitro tədqiqatlar göstərir ki, dövr edən amlodipinin təxminən 97,5%-i plazma zülalları ilə birləşir. Qida qəbulu amlodipinin biomənimsənilməsinə təsir göstərmir. Metabolizmi /xaric olunması Amlodipinin plazmadan terminal (son) yarımxaricolma dövrü 35-50 saat təşkil edir və birdəfəlik gündəlik dozaya uyğun gəlir. Amlodipin qaraciyərdə qeyri-aktiv metabolitlərə qədər geniş metabolizmə məruz qalır, bu zaman başlanğıc maddənin 10 %-i, metabolitlərin 60 %-i sidiklə xaric olunur.
İstifadəsinə göstərişlər
Amlo-Denk 10 yüksək qan təzyiqinin (hipertoniya) və ya nadir forması Prinsmetal stenokardiyası (və ya variant stenokardiyası) olan stenokardiyanın müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Amlodipinə və ya preparatın digər komponentlərindən (bax: “Tərkibi”) hər hansı birinə və ya kalsium kanallarının digər blokatorlarına qarşı allergiya (yüksək həssaslıq). Allergiyanın əlamətlərinə qaşınma, dərinin qızarması və ya tənəffüsün çətinləşməsi daxil ola bilər. Ağır aşağı qan təzyiqi (hipotenziya). ürəyin aorta klapanının daralması (aortanın stenozu) və ya kardiogen şok (ürəyin orqanizmi kifayət qədər qanla təmin edə bilmədiyi bir vəziyyət) . Ürək tutmasından sonra ürək çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda Amlo-Denk 10 qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər aşağıdakı hallardan hər hansı biri Sizdə olarsa, bu barədə həkiminizə məlumat verməlisiniz: Yaxın zamanlarda ürək tutması keçirmisinizsə Ürək çatışmazlığı Qan təzyiqinin kəskin yüksəlməsi (Hipertonik kriz) Qaraciyər xəstəliyi Siz yaşlısınız və Sizin dozanız yüksəldilməlidir
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda hər hansı digər dərman qəbul/istifadə edirsinizsə və ya yaxın zamanlarda qəbul/istifadə etmisinizsə və ya qəbul/istifadə edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Amlo-Denk 10 digər dərmanlara və ya digər dərmanlar, o cümlədən aşağıda qeyd olunanlar Amlo-Denk 10 preparatına təsir edə bilər: ketokonazol, itrakonazol (göbələkəleyhinə dərmanlar) ritonavir, indinavir, nelfinavir (İİV-in müalicəsi üçün istifadə olunan və proteazanın inhibitorları adlanan dərmanlar) rifampisin, eritromisin, klaritromisin (antibiotiklər) dazıotu (hypericum perforatum) verapamil, diltiazem (ürək dərmanları) dantrolen (bədən temperaturunun kəskin pozğunluğuna qarşı infuziya) takrolimus (immun sistemin işini dəyişdirmək üçün istifadə olunan dərman) simvastatin (qanda xolesterinin yüksəlmiş səviyyəsini azaltmaq üçün istifadə olunur) siklosporin (immunodepressant). Yüksək qan təzyiqini müalicə etmək üçün digər dərmanlar qəbul edirsinizsə, Amlo-Denk 10 qan təzyiqini daha da aşağı sala bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik İnsanların hamiləliyi zamanı amlodipinin təhlükəsizliyi müəyyən edilməmişdir. Hamilə olduğunuzu düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, Amlo-Denk 10 qəbul etməzdən əvvəl həkiminizə bu barədə məlumat verməlisiniz. Laktasiya dövrü Amlodipinin ana südünə keçib-keçmədiyi məlum deyil. Əgər südəmər uşağınızı əmizdirirsinizsə və ya əmizdirməyə hazırlaşırsınızsa, Amlo-Denk 10 qəbul etməzdən əvvəl həkiminizə bu barədə məlumat verməlisiniz. Hər hansı dərman preparatını istifadə etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Uşaqlar və yeniyetmələrdə istifadəsi Amlodipin 6 yaşa qədər uşaqlarda tədqiq edilməmişdir. Amlodipin yalnız 6 yaşdan 17 yaşa qədər uşaqlarda və yeniyetmələrdə hipertenziyanın müalicəsi üçün istifadə oluna bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Amlo-Denk 10 nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Əgər tabletlər sizdə ürəkbulanma, başgicəllənmə, yorğunluq hissi yaradırsa və ya baş ağrısı verirsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin və həkiminizlə əlaqə yaradın.
İstifadə qaydası və dozası
Bu dərmanı həmişə həkiminizin göstərişlərinə dəqiq əməl etməklə qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Adi başlanğıc dozası gündə bir dəfə 5 mq amlodipin təşkil edir. Doza gündə bir dəfə 10 mq amlodipinə qədər artırıla bilər. Bu dərman qida qəbulundan və içkilərdən əvvəl və ya sonra istifadə edilə bilər. Bu dərmanı hər gün eyni vaxtda su ilə qəbul etməlisiniz . Amlo-Denk 10 preparatını qreypfrut şirəsi ilə qəbul etməyin. Uşaq və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetmələr üçün (6 – 17 yaş) tövsiyə olunan adi başlanğıc doza gündə 2,5 mq təşkil edir. Maksimum tövsiyə olunan doza gündə 5 mq-dır. Amlo-Denk10 tabletləri ilə 2,5 mq doza əldə edilə bilməz, çünki bu tabletlər dörd bərabər hissəyə bölmək üçün istehsal edilmir. Tabletləri qəbul etməyi davam etdirmək vacibdir. Həkiminizə müraciət etməzdən əvvəl tabletlərinizin qurtarmasını gözləməyin. Amlo-Denk 10-un qida və içkilərlə qəbulu Qreypfrut şirəsi və qreypfrut Amlo-Denk 10 preparatını qəbul edən insanlar tərəfindən istifadə edilməməlidir, çünki qreypfrut və qreypfrut şirəsi qanda təsiredici maddə amlodipinin səviyyəsinin artmasına səbəb ola bilər və bu da Amlo-Denk 10 preparatının qan təzyiqini azaldıcı təsirinin gözlənilməz dərəcədə artmasına səbəb ola bilər. Əgər Amlo-Denk 10 tabletlərinin qəbulunu unutmusunuzsa Əgər Amlo-Denk 10 preparatının bir tabletinin qəbulunu unutmusunuzsa, narahat olmayın. Növbəti dozanı adi vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Amlo-Denk 10 tabletlərinin qəbulunu dayandırırsınızsa Həkiminiz Sizə bu dərmanı nə qədər müddət ərzində qəbul etməli olduğunuzu deyəcəkdir. Əgər Siz bu dərmanın qəbulunu həkiminizin tövsiyə etdiyi müddətdən tez dayandırsanız, Sizin vəziyyətinin yenidən əvvəlki hala qayıda bilər. Əgər bu dərmanın qəbulu ilə bağlı əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün digər dərmanlar kimi, bu dərman preparatı da, hamıda olmasa da əlavə təsirlər törədə bilər. Əgər bu dərman preparatının qəbulundan sonra aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, dərhal həkiminizə müraciət edin: • Qəfil nəfəs təngiməsi (astma tutması) , sinə ağrısı, təngnəfəslik və ya nəfəs almaqda çətinlik • Göz qapaqlarının, üzün və ya dodaqların şişməsi • Dil və boğazın nəfəs almaqda çətinlik yaradan şişkinliyi • İntensiv dəri səpgisi, övrə, bütün bədəndə dərinin qızarması, şiddətli qaşınma, qabarların yaranması, dərinin soyulması və şişməsi, selikli qişaların iltihabı (Stivens-Conson sindromu) və ya digər allergik reaksiyalar daxil olmaqla, ağır dəri reaksiyaları. • Ürək tutması, anormal ürək döyüntüsü • Mədəaltı vəzinin çox halsızlıq hissi ilə müşayiət olunan güclü qarın və bel ağrısına səbəb ola bilən iltihabı. Aşağıdakı çox tez-tez baş verən əlavə təsirlər barədə məlumatlar verilmişdir. Əgər bu hallardan hər hansı biri Sizin üçün problem olarsa və ya onlar bir həftədən artıq davam edərsə, Siz həkiminizlə əlaqə saxlamalısınız. Çox tez-tez: 10 pasiyentdən 1-dən çoxunda meydana çıxır Topuğun şişməsi (ödem) Aşağıdakı tez-tez baş verən əlavə təsirlər barədə məlumatlar verilmişdir. Əgər bu hallardan hər hansı biri Sizin üçün problem olarsa və ya onlar bir həftədən artıq davam edərsə, Siz həkiminizlə əlaqə saxlamalısınız. Tez-tez: 100 pasiyentdən 1-dən 10-a qədərində meydana çıxır Baş ağrısı, başgicəllənmə, yuxululuq (xüsusilə müalicənin əvvəlində) Palpitasiya (ürəkdöyünmənin hiss edilməsi), qızartı (qandolma) Qarın ağrısı, ürəkbulanma Bağırsaqda funksional dəyişiklik, diareya, qəbizlik, həzmin pozulması Yorğunluq, zəiflik Görmə pozğunluğu, ikili görmə Əzələ spazmları. Haqqında məlumat verilən digər əlavə təsirlərə aşağıdakı siyahı daxildir. Bunlardan hər hansı biri ciddi xarakter alarsa və ya bu vərəqədə göstərilməyən əlavə təsirlər meydana çıxarsa, həkiminizə və ya əczaçınıza müraciət edin. Bəzən: 1000 pasiyentdən 1-dən 10-a qədərində meydana çıxır Əhvalın dəyişməsi, narahatlıq, depressiya, yuxusuzluq Titrəmə, dadbilmənin pozulması, huşun itməsi Ətraflarda keyləşmə və ya iynəbatma hissi, ağrı hissinin itməsi Qulaqlarda cingilti Qan təzyiqinin aşağı düşməsi Burunun selikli qişasının iltihabı nəticəsində yaranan asqırma/burun axması (rinit) Öskürək Ağızda quruluq, qusma (ürəkbulanma) Saç tökülməsi, tər ifrazının artması, dəridə qaşınma, dəridə qırmızı ləkələrin yaranması, dərinin rəngsizləşməsi Sidiyə getmədə pozğunluq, gecə sidiyə getmə ehtiyacının artması, sidiyəgetmə sayının artması Ereksiyanın mümkün olmaması; kişilərdə narahatlıq və ya sinənin böyüməsi Ağrı, özünü pis hiss etmə Oynaq və ya əzələ ağrısı, bel ağrısı Bədən kütləsinin artması və ya azalması Nadir: 10 000 pasiyentdən 1-dən 10-a qədərində meydana çıxır Çaşqınlıq Çox nadir: 10 000 pasiyentdən 1-dən azında meydana çıxır Ağ qan hüceyrələrinin sayının azalması, qanda trombositlərin sayının qeyri-adi qansızma və ya qanaxma ilə nəticələnə biləcək azalması (qırmızı qan hüceyrələrinin zədələnməsi) Qanda şəkərin miqdarının həddindən artıq olması (hiperqlikemiya) Zəifliyə, iynəbatma hissinə və ya uyuşmaya səbəb ola bilən sinir pozğunluğu Diş ətinin şişməsi Qarının köpməsi (qastrit) Qaraciyər funksiyasının pozulması, qaraciyərin iltihabı (hepatit), dərinin saralması (sarılıq), qaraciyər fermentlərinin səviyyəsinin bəzi tibbi testlərə təsir edə biləcək artması Əzələ tonusunun artması Qan damarlarının çox halda dəri səpgisi ilə müşayiət olunan iltihabı İşığa həssaslıq Sərtlik (rigidlik), titrəmə və/və ya hərəki pozğunluqların kombinasiyasından ibarət pozğunluqlar Əlavə təsirlər haqqında məlumatın verilməsi Əgər bu dərman preparatından istifadə zamanı bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə müalicə həkiminə və ya əczaçıya məlumat verin. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Lazım olduğundan artıq tabletin qəbulu qan təzyiqinizin aşağı düşməsinə və ya hətta təhlükəli dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Siz, başgicəllənmə, yelbeyinlik, bayılma və ya zəiflik hiss edə bilərsiniz. Qan təzyiqinin düşməsi kifayət qədər ağır olarsa, şok yarana bilər. Dərinizdə soyuqluq və yapışqanlılıq hiss edə bilər və huşunuzu itirə bilərsiniz. Əgər həddindən artıq Amlo- Denk 10 tableti qəbul etmisinizsə, dərhal tibbi yardıma müraciət edin.
Buraxılış forması
10 tablet, PVX/PE/ PVDX-Al blisterdə. 5 blister (50 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hər hansı dərman preparatını çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın. Artıq istifadə etmədiyiniz dərmanı hara atmaq lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qablaşdırmanın üzərində qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Denk Pharma GmbH & Co. KG”. Ünvan Prinzregentenstr. 79. 81675 Münhen Germany (Almaniya).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.