Amseril 5 mq / 5 mq N30 tablet

Təsiredici maddə: AMLODIPINE + LISINOPRIL
Təsiredici maddəAMLODIPINE + LISINOPRIL
Dərman formasıTablet
Farmakoloji təsirÜrək-damar sisteminə təsir göstərən vasitələr. Renin-angiotenzin-aldosteron sisteminə (RAAS) təsir göstərən vasitələr. Angiotenzinçevirici ferment inhibitorların (AÇF) kombinəolunmuş preparatları. AÇF inhibitorları kalsium kanallarının blokatorları (KKB) ilə kombinasiyada
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,10 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

AMSERİL örtüklü tabletlər AMSERIL Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Lisinopril

Tərkibi

Amseril 5/5 mq Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq amlodipin (amlodipin bezilat şəklində), 5 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat. Örtük: qırmızı opadri II 85F250057 (hissəvi hidroliz olunmuş polivinil spirti, makroqol, titan dioksid, talk, ponceur 4 R, günəş qürubu sarısı FCF, tartrazin, qara dəmir oksidi). Amseril 5/10 mq Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq amlodipin (amlodipin bezilat şəklində), 10 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat. Örtük: Opadri II 85F18422 ağ (hissəvi hidroliz olunmuş polivinil spirti, titan dioksid, makroqol, talk). Amseril 10/10 mq Təsiredici maddələr: 1 tabletin tərkibində 10 mq amlodipin (amlodipin bezilat şəklində), 10 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat. Örtük: Opadri II 85F250057 qırmızı (hissəvi hidroliz olunmuş polivinil spirti, makroqol, titan dioksid, talk, ponso 4 R, günəş qürubu sarısıi FCF, tartrazin, qara dəmir oksidi). Amseril 10/20 mq Təsiredici maddələr: 1 tabletin tərkibində 10 mq amlodipin (amlodipin bezilat şəklində), 20 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat. Örtük: Opadri II 85F18422 ağ (hissəvi hidroliz olunmuş polivinil spirti, makroqol, titan dioksid, talk).

Təsviri

Amseril 5/5 mq Qırmızı rəngdən kərpici-qırmızı rəngə qədər, yumru, ikitərəfli qabarıq, örtüklü tabletlərdir. Amseril 5/10 mq Ağ rəngli yumru, ikitərəfli qabarıq, örtüklü tabletlərdir. Amseril 10/10 mq Qırmızı rəngdən kərpici-qırmızı rəngə qədər, yumru, ikitərəfli qabarıq, bir üzündə bölmə xətti olan, örtüklü tabletlərdir. Amseril 10/20 mq Ağ rəngli yumru, ikitərəfli qabarıq, bir üzündə bölmə xətti olan, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Ürək-damar sisteminə təsir göstərən vasitələr. Renin-angiotenzin-aldosteron sisteminə (RAAS) təsir göstərən vasitələr. Angiotenzinçevirici ferment inhibitorların (AÇF) kombinəolunmuş preparatları. AÇF inhibitorları kalsium kanallarının blokatorları (KKB) ilə kombinasiyada. ATC kodu: С09ВВ03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Amseril iki təsiredici maddə: lizinopril və amlodipinin təsbit edilmiş (fiksə edilmiş) dozaları ilə kombinəolunmuş preparat hesab olunur. Lizinopril Lizinopril peptidildipeptidazanın inhibitorudur. O, angiotenzin I-in angiotenzin II-yə çevrilməsini təmin edən AÇF-i inhibə edir. Angiotenzin II damardaraldıcı təsirə malikdir, həmçinin böyrəküstü vəzin qabıq maddəsində aldosteronun sekresiyasını stimulə edir. AÇF inhibə olunması qan plazmasında angiotenzin II-nin konsentrasiyasının azalmasına gətirib çıxarır ki, nəticədə onun vazokonstriktor təsiri azalır və aldosteron sekresiyası zəifləyir. Aldosteron səviyyəsinin azalması zamanı qan plazmasında kaliumun konsentrasiyası yüksəlir. Baxmayaraq ki, lizinoprilin antihipertenziv təsirinin əsas mexanizmi RAAS blokadası hesab olunur, o həmçinin renin aktivliyinin səviyyəsi aşağı kimi qeyd olunan arterial hipertenziyalı pasiyentlərdə arterial təzyiqi (AT) azaltma qabiliyyətinə malikdir. AÇF bradikinini parçalayan kininaza II fermentinə identikdir. Bradikinin ifadəli vazodilatasiyaedici təsiri olan peptid hesab olunur. Bradikinin səviyyəsinin yüksəlməsinin lizinoprilin terapevtik effektinə müəyyən təsir göstərib göstərməməsi sualı hələ də öyrənilməyib. Amlodipin Amlodipin dihidropiridin törəmələri qrupundan olan ləng kalsium kanallarının blokatoru hesab olunur (kalsium ionlarının antaqonsitidir), o qan damarlarının saya əzələ hüceyrələrinə və kardiomiositlərə kalsium ionlarının transmembran ötürülməsini inhibə edir. Amlodipinin antihipertenziv təsir mexanizmini onun qan damarların saya əzələ tonusunun azaltması hesabına birbaşa vazodilatasiyaedici təsiri ilə izah etmək olar. Farmakokinetika Lizinopril Lizinopril peroral istifadə üçün AÇF inhibitoru hesab olunur, o tərkibində sulfhidril qrupu olmayan, aktiv təsiredici maddə hesab olunur. Sorulması Lizinoprilin daxilə qəbulu zamanı qan plazmasında maksimal konsentrasiyaları (C ) təxminənmax 7 saat sonra qeyd olunmuşdur, kəskin miokard infarktı olan pasiyentlərdə C əldə olunmasımax üçün tələb olunan zamanın artmasına bir qədər meyillik var idi. Müəyyən olunmuşdur ki, 5 mq- dan 80 mq-a qədər doza diapazonunda lizinoprilin mədə-bağırsaq traktında sorulması dərəcəsinin orta göstəricisi 25%-ə yaxın təşkil edir, bu zaman pasiyentlərdə sorulma dərəcəsi 6%-dən 60%-ə qədər hüdudlarda dəyişə bilir. Ürək çatışmazlığı olan pasiyentlərdə mütləq biomənimsənilmə təxminən 16%-ə qədər azalmışdır. Lizinoprilin sorulması qida qəbulundan asılı deyildir. Paylanması Lizinopril qan lazmasının zülalları ilə birləşmir, dövr edən AÇF istisna olmaqla. Siçovullar üzərində aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki, lizinopril yalnız cüzi dərəcədə hematoensefalik baryerdən keçir. Xaricolması Lizinopril orqanizmdə biotransformasiyaya məruz qalmır və sidiklə dəyişilməmiş şəkildə xaric olunur. Onun çoxsaylı qəbulu zamanı effektiv yarımxaricolma dövrü 12,6 saat təşkil edir. Sağlam könüllülərdə lizinoprilin klirensi təxminən 50 ml/dəq təşkil edir. Qan plazmasında lizinopril konsentrasiyasının azalması prosesi uzunmüddətli terminal fazanın olması ilə xarakterizə olunur ki, bununla belə dərman vasitəsinin orqanizmdə toplanması baş vermir. Terminal fazanın olması ehtimal edilir ki, lizinoprilin AÇF ilə birləşməsi proseslərinin zəngin olması ilə şərtlənir, onun davametmə müddəti dərman vasitəsinin dozasından asılı deyildir. Xüsusi qrup pasiyentlər Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlər Qaraciyər sirrozu olan pasiyentlərdə lizinoprilin sorulması dərəcəsi azalır (təxminən 30%), lakin klirensin azalmasına görə dərman vasitəsinin qan plazmasında konsentrasiyası sağlam könüllülərlə müqayisədə artır (təxminən 50%). Böyrəklərin funksional pozulmaları olan pasiyentlər Böyrəklərin funksional pozulmaları zamanı lizinoprilin orqanizmdən eliminasiyası sürəti azalır. Yalnız yumaqcıq filtrasiyası sürəti (YFS) 30 ml/dəq-dən az təşkil etdikdə bu klinik əhəmiyyət kəsb edir. Zəif və ya orta ifadəli böyrək çatışmazlığı zamanı (kreatinin klirensi (KK) 30-80 ml/dəq təşkil etdikdə) konsentrasiya-zaman əyrisi altında sahə (AUC) orta göstəriciləri yalnız 13% artır, ağır böyrək çatışmazlığı zamanı (KK 5-30 ml/dəq təşkil etdikdə) AUC göstəriciləri 4,5 dəfə artır. Lizinopril orqanizmdən dializ vasitəsilə xaric olunur. 4-saatlıq hemodializ prosedurundan sonra qan pazmasında lizinoprilin konsentrasiyası orta hesabla 60% azalır, bu zaman klirens 40-55 ml/dəq təşkil edir. Xroniki ürək çatışmazlığı olan pasiyentlər Xroniki ürək çatışmazlığı olan pasiyentlərdə lizinoprilin sorulması təxminən 16% azalır, onun qan plazmasında konsentrasiyası isə sağlam könüllülərlə müqayisədə artır (AUC göstəriciləri orta hesabla 125% yüksəlir). Uşaqlar Lizinoprilin farmakokinetik parametrləri arterial hipertenziyadan əziyyət çəkən, YFS 30 ml/dəq/1,73 m -dən çox olan ,6 yaşdan 16 yaşa qədər uşaqlarda (29 pasiyentdə) öyrənilmişdir. 0,1-0,2 mq/kq dozalarda istifadəsi zamanı C 6 saat ərzində əldə olunmuşdur, sorulmamax dərəcəsitəxminən 28% təşkil etmişdir, bu məlumatlar böyüklərdə qeyd olunan məlumatlar ilə müqayisə olunmuşdur. Bu tədqiqatda uşaqlarda AUC və C göstəriciləri həmçinin əvvəllərmax böyüklərdə əldə olunmuş analoji göstəricilərə uyğun olmuşdur. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə qan plazmasında lizinoprilin daha yüksək konsentrasiyaları qeyd olunmuşdur, həmçinin daha sağlam cavan pasiyentlərlə müqayisədə AUC əhəmiyyətli dərəcədə artımı (təxminən 60%) müşahidə olunmuşdur. Amlodipin Sorulma, paylanma və qan plazması zülalları ilə birləşməsi Terapevtik dozalarda peroral qəbulundan sonra amlodipin mədə-bağırsaq traktında yaxşı sorulur. Qan plazmasında C qəbulundan sonra 6-12 saat ərzində qeydə alınır. Amlodipininmax mütləq biomənimsənilməsi 64%-80%, paylanma həcmi 21 l/kq bədən kütləsi təşkil edir. İn vitro tədqiqatlarda müəyyən olunmuşdur ki, amlodipinin qan plazması zülalları ilə birləşmə dərəcəsi 97,5% təşkil edir. Amlodipinin biomənimsənilməsi qida qəbulundan asılı deyildir. Biotransformasiya/xaricolma Amlodipinin son yarımxaricolma dövrü gündə bir dəfə qəbulu zamanı 35-50 saata yaxın təşkil edir. O əhəmiyyətli dərəcədə qaraciyərdə metabolizə olunur ki, bunun nəticəsində qeyri-fəal metabolitlər əmələ gəlir. Amlodipinin qəbul edilən dozasının 60%-ə qədəri böyrəklərlə metabolitlər şəklində, 10%-i isə- dəyişilməmiş şəkildə xaric olunur. Xüsusi qrup pasiyentlər Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlər Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə amlodipinin istifadəsinə dair olduqca məhdud klinik məlumatlar mövcuddur. Belə pasiyentlərdə amlodipinin klirensi azalır ki, bu isə yarımxaricolma dövrünün uzanmasına və AUC göstəriiclərinin təxminən 40-60% yüksəlməsinə gətirib çıxarır. Yaşlı pasiyentlər C əldə olunması üçün lazım olan zaman göstəricisi yaşlı və daha cavan pasiyentlərdə eynimax olmuşdur. Yaşlı pasiyentlərdə amlodipin klirensinin azalmağa meyilliyi qeyd olunur ki, bu isə AUC və yarımxaricolma dövrünün artmasına gətirib çıxarır. AUC və yarımxaricolma dövrü göstəricilərinin yüksəlməsi durğun ürək çatışmazlığı olan pasiyentlərdə bu yaş qrupu üçün ehtimal olunan göstəricilərə uyğun olmuşdur. Uşaqlar Amlodipinin farmakokinetik parametrləri arterial hipertenziyadan əziyyət çəkən 1 yaşdan 17 yaşa qədər 74 uşağın iştirakı ilə aparılan tədqiqatda öyrənilmişdir (6-12 yaş 34 pasiyent, 13-17 yaş 28 pasiyent), onlar amlodipini 1,25 – 20 mq dozada gündə bir və ya iki dəfə qəbul etmişdir. 6-12 yaş uşaqlarda və 13-17 yaş yeniyetmələrdə dərman vasitəsinin peroral istifadəsi zamanı klirensi oğlanlar üçün müvafiq olaraq, 22,5 və 27,4 l/saat, qızlar üçün – müvafiq olaraq 16,4 və 21,3 l/saat təşkil etmişdir. Amlodipinin qan plazmasında konsentrasiyalarının əhəmiyyətli dərəcədə fərdi dəyişkənliyi müşahidə olunmuşdur. 6 yaşa qədər uşaqlarda amlodipinin farmakokinetik parametrləri barədə məlumatlar məhduddur.

İstifadəsinə göstərişlər

Böyüklərdə essensial arterial hipertenziyanın müalicəsi. Amseril böyüklərdə arterial təzyiqin adekvat kontrolunu təmin edən dozalarda amlodipin və lizinoprilin eyni vaxtda qəbuluna alternativ qismində göstərişdir.

Əks göstərişlər

Lizinopril ilə əlaqəli – lizinoprilə və ya hər-hansı digər AÇF inhibitoruna qarşı hiperhəssaslıq; – anamnezdə AÇF inhibitorların qəbulu fonunda angionevrotik ödem; – irsi və ya idiopatik angionevrotik ödem; – şəkərli diabeti və ya böyrək çatışmazlığı olan pasiyentlərdə (YFS < 60 ml/dəq/1,73m ) AÇF inhibitorların aliskiren tərkibli dərman preparatları ilə eyni vaxtda istifadəsi. Amlodipin ilə əlaqəli: – amlodipinə və ya digər dihidropiridin törəmələrinə qarşı hiperhəssaslıq; – ağır arterial hipotenziya; – şok (o cümlədən, kardiogen); – sol mədəciyin çıxış traktının obstruksiyası (məsələn, ağır dərəcəli aortal stenoz); – kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı. Amseril ilə əlaqəli: – ayrı-ayrı komponentlərin istifadəsi ilə əlaqəli yuxarıda qeyd olunan bütün əks göstərişlər həmçinin Amserilə aid edilir; – köməkçi maddələrdə hər-hansı birinə qarşı hiperhəssaslıq; – hamiləliyin planlaşdırılması, hamiləlik və laktasiya dövrləri.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda qeyd olunan, ayrı-ayrı komponentlərin istifadəsilə əlaqəli xəbərdarlıqlar həmçinin Amserilə aid edilir. Lizinopril ilə əlaqəli Simptomatik arterial hipotenziya Simptomatik arterial hipotenziya nadir halda ağırlaşmamış arterial hipertenziyalı pasiyentlərdə müşahidə olunur. AT əhəmiyyətli dərəcədə azalması dövr edən qanın həcmi (DQH) azalan pasiyentlərdə, məsələn, diuretiklərin qəbulu, az duz tərkibli pəhriz, dializ proseduru, qusma, diareya və ya ağır renin-asılı arterial hipertenziya nəticəsində müşahidə oluna bilər. Ürək çatışmazlığı olan pasiyentlərdə, böyrək çatışmazlığı ilə müşayiət olunduqda və ya olunmadığı halda simptomatik arterial hipotenziyanın inkişaf etməsi mümkündür. Bu zaman daha ağır formalı ürək çatışmazlığı olan pasiyentlərdə bu risk böyükdür, bunu yüksək dozada ilgək diuretiklərin istifadə olunması, hiponatriemiya və ya böyrəklərin funksiyasının pozulmaları sübut edir. Arterial hipotenziyanın inkişaf etməsi riski yüksəlmiş olan pasiyentlər müalicənin başlanğıcında, həmçinin dərman vasitəsinin dozası korreksiya olunduqda diqqətli nəzarət altında olmalıdırlar. Bu həmçinin ürəyin işemik xəstəliyi və ya serebrovaskulyar xəstəlikləri olan, AT həddən artıq enməsi miokard infarktına və ya beyin qandövranı pozğunluğuna gətirib çıxara bilən pasiyentlərə aid edilir. Arterial hipotenziya yarandıqda pasiyentə arxası üstə üfüqi vəziyyət vermək və ehtiyac olduqda, venadaxili fizioloji məhlul yeritmək lazımdır. Tranzitor hipotenziv reaksiya dərman vasitəsinin növbəti istifadəsinə əks göstəriş hesab olunmur, onu DQH bərpa olunduqdan sonra AT yüksəlməsi zamanı adətən istifadə etmək olar. AT normal və ya aşağı olan ürək çatışmazlığı olan bəzi pasiyentlərdə lizinoprilin istifadəsi zamanı sistem AT-in daha sonrakı azalması müşahidə oluna bilər. Bu effekt gözlənilən hesab olunur və adətən müalicənin dayandırılmasını tələb etmir. Əgər arterial hipotenziya klinik simptomatikanın inkişaf etməsilə müşayiət olunursa, dozanın azaldılması və ya dərman vasitəsi qəbulunun dayandırılması tələb oluna bilər. Kəskin miokard infarktı zamanı arterial hipotenziya Vazodilatatorlar ilə müalicədən sonra hemodinamikanın gələcəkdə daha çox pisləşməsi riski olan, kəskin miokard infarktı olan pasiyentlərdə lizinopril ilə müalicəyə başlamaq olmaz. Bu pasiyentərə aiddir sistolik arterial təzyiqi (SAT) 100 mm.c.süt.və daha aşağı, həmçinin kardiogen şok inkişaf etmiş pasiyentlər. Miokard infarktından sonra ilk 3 gün ərzində əgər SAT 120 mm.c.süt.və daha aşağı olarsa lizinoprilin dozasını azaltmaq lazımdır. Əgər SAT 100 mm.c.süt.və daha aşağı təşkil edirsə, dəstəkləyici dozanı 5 mq-a qədər və ya müvəqqəti olaraq 2,5 mq-a qədər azaltmaq lazımdır. Arterial hipotenziya 1 saatdan artıq müddətdə qeydə alındığı halda (SAT 90 mm.c.süt.-dan az) lizinoprilin qəbulunu kəsmək lazımdır. Aortal qapağın stenozu, mitral qapağın stenozu/hipertrofik kardiomiopatiya Digər AÇF inhibitorları kimi, lizinopril mitral qapağın stenozu və sol mədəciyin çıxış traktının obstruksiyası (aortal stenoz və ya hipertrofik kardiomiopatiya) olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Böyrəklərin funksiyasının pozulması Böyrəklərin funksiyası pozulduğu halda (KK < 80 ml/dəq) lizinoprilin dozasını ilkin olaraq pasiyentin KK-dən asılı olaraq (bax.cədvəl), daha sonra müalicəyə cavabına görə seçmək lazımdır. Terapiyanın aparılması zamanı qan plazmasında kaliumun və kreatininin konsentrasiyalarını müntəzəm yoxlamaq lazımdır. Cədvəl. Böyrək çatışmazlığı zamanı lizinoprilin dozasının korreksiyası Kreatinin klirensi (ml/dəq) Başlanğıc doza (mq/gün) 10-dan az (dializdə olan pasiyentlər daxil 2,5* olmaqla) 10-30 2,5-5 31-80 5-10 *Doza və/və ya qəbul sayı AT-in səviyyəsi əsasında korreksiya olunmalıdır. Ürək çatışmazlığı olan pasiyentlərdə AÇF inhibitorları ilə müalicənin başlanğıc mərhələsində arterial hipotenziya böyrəklərin funksiyasının gələcəkdə pisləşməsinə gətirib çıxara bilər. Belə pasiyentlərdə kəskin böyrək çatışmazlığının inkişaf etməsi barədə məlumat verilmişdir ki, bu isə bir qayda olaraq, geridönən xarakter daşımışdır. Bəzən AÇF inhibitorları qəbul edən, böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək olduğu halda böyrək arteriyasının stenozu olan pasiyentlərdə bir qayda olaraq müalicənin kəsilməsi zamanı geridönən xarakterli qan plazmasında sidik cövhərinin və kreatinin konsentrasiyaların yüksəlməsi müşahidə olunmuşdur, bu zaman böyrək çatışmazlığı olan pasiyentlərdə risk daha böyük olur. Renovaskulyar arterial hipertenziya olduğu halda ağır arterial hipotenziyanın və böyrək çatışmazlığının inkişaf etməsi riskləri yüksəlir. Belə pasiyentlərin müalicəsi ciddi tibbi nəzarət altında aparılmalıdır. Terapiyanı lizinoprilin aşağı dozalarından başlamaq və daha sonra onu ehtiyatla korreksiya etmək lazımdır. Lizinopril ilə terapiyanın ilk həftələri ərzində diuretiklərin qəbulunu dayandırmaq lazımdır, belə ki, onların istifadəsi yuxarıda qeyd olunan vəziyyətlərin yaranmasına səbəb ola bilər, həmçinin böyrəklərin funksiyasını nəzarət etmək lazımdır. Renovaskulyar xəstəliklər olmadığı təqdirdə arterial hipertenziyası olan pasiyentlərin qan plazmasında sidik cövhəri və kreatinin konsentrasiyalarının artması qeyd olunmuşdur, xüsusən lizinoprilin diuretiklər ilə kombinasiyada istifadə olunduğu hallarda. Adətən qeyd olunan dəyişikliklər cüzi olmuş və tranzitor xarakter daşımışdır. Bu zaman böyrəklərin funksional pozğunluqları olan pasiyentlərdə onların yaranması riski daha yüksəkdir. Belə vəziyyətlərdə dozanın azaldılması və/və ya diuretikin və/və ya lizinoprilin qəbulunun dayandırılması tələb oluna bilər. Kəskin miokard infarktı olan və böyrək çatışmazlığı əlamətləri olan pasiyentlərin qan plazmasında kreatinin konsentrasiyası 177 mkmol/l və/və ya proteinuriya gündə 500 mq-dan çox olduqda lizinopril ilə müalicəni başlamaq olmaz. Əgər lizinopril ilə terapiya zamanı böyrəklərin funksiyası pozulursa (qan plazmasında kreatinin konsentrasiyası 265 mkmol/l-dən çox və ya müalicəyə başlamadan əvvəl qeyd olunan müvafiq göstəricidən 2 dəfə artıq olarsa), dərman vasitəsi qəbulunun dayandırılması məsələsi nəzərdən keçirilməlidir. Hiperhəssaslıq/angionevrotik ödem Lizinopril daxil olmaqla, AÇF inhibitorları qəbul edən pasiyentlərdə nadir hallarda üzün, ətrafların, dodaqların, dilin, səs yarığının və/və ya qırtlağın angionevrotik ödemi hadisələri qeyd olunmuşdur ki, bunlar müalicənin istənilən dövründə baş verə bilər. Bu vəziyyətdə dərman vasitəsinin qəbulunu dərhal dayandırmaq, pasiyentə qarşı diqqətli tibbi müşahidə təmin etmək və pasiyent evə yazılana qədər simptomlar tam keçənə qədər müvafiq terapiyanı aparmaq lazımdır. Hətta yalnız dilin ödemi inkişaf etdikdə və tənəffüs çatışmazlığı olmadıqda belə, pasiyentə qarşı uzunmüddətli müşahidə tələb oluna bilər, belə ki, antihistamin preparatlar və kortikosteroidlər ilə müalicə kifayət etməyə bilər. Qırtlaq və ya dilin ödemi ilə müşayiət olunan angionevrotik ödem çox nadir hallarda letal nəticə vermişdir. Dilin, səs yarığının və ya qırtlağın ödemi olan pasiyentlərdə tənəffüs yollarının obstruksiyası inkişaf edə bilər, xüsusən, anamnezində tənəffüs yollarının əməliyyatı olan şəxslərdə. Belə vəziyyətlərdə təcili olaraq təxirəsalınmaz terapiya aparmaq lazımdır, o cümlədən yuxarı tənəffüs yollarının keçiriciliyi bərpa olunmalı və adrenalin yeridilməsi. Pasiyent simptomlar tam itənə qədər ciddi şəkildə tibbi müşahidə altında olmalıdır. AÇF inhibitorları digər irqdən olan pasiyentlərlə müqayisədə neqroid irqinə mənsub pasiyentlərdə daha tez-tez angionevrotik ödem yaradır. AÇF inhibitorların qəbulu ilə əlaqəli olmayan, anamnezində angionevrotik ödem hadisələri qeyd olunan pasiyentlərdə AÇF inhibitorların istifadəsi zamanı angionevrotik ödemin baş verməsi riski yüksək ola bilər. Lizinoprili rapamisin törəmələri ilə (mTORkinaza fermentin inhibitorları (məməlilərin hüceyrələrində rapamisinin hədəfi), məsələn, sirolimus, everolimus, temsirolimus) birgə qəbul edən pasiyentlərdə angionevrotik ödemin inkişaf etməsi riski daha yüksək ola bilər (məsələn, tənəffüs yollarının və ya dilin ödemi tənəffüs çatışmazlığının inkişaf etməsilə və ya onsuz). Hemodializdə olan pasientlərdə anafilaktoid reaksiyalar Yüksəkaxarlı dializ membranlarından (məsələn, AN69) istifadə olunması ilə hemodializdə olan pasiyentlərdə lizinoprilin qəbulu zamanı anafilaktoid reaksiyalar hadisələri qeydə alınmışdır. Belə pasiyentlərdə məsləhət görülür ki, ya digər tipli dializ membranından, yaxud digər farmakoterapevtik qrupdan olan hipotenziv preparatdan istifadə olunması məsələsi nəzərdən keçirilsin. Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) aferezi prosedurunun aparılması zamanı pasiyentlərdə anafilaktoid reaksiyalar Nadir hallarda AÇF inhibitorları qəbul edən pasiyentlərdə dekstran sulfatın istifadəsilə ASLP aferezi prosedurunun aparılması zamanı həyati təhlükəli anafilaktoid reaksiyalar inkişaf etmişdir. Hər bir aferez seansından əvvəl AÇF inhibitorların qəbulunu müvəqqəti dayandırmaqla bu reaksiyaların qarşısını almaq olar. Desensibilizasiya Desensibilizəedici müalicə zamanı (məsələn, təbilqanadlıların zəhəri ilə) AÇF inhibitorları qəbul edən pasiyentlərdə anafilaktoid reaksiyalar qeyd olunmuşdur. Desensibilizasiya prosedurunun aparılmasından əvvəl AÇF inhibitorların qəbulunu müvəqqəti dayandırmaqla bu pasiyentlərdə belə reaksiyaların qarşısını almaq olar, lakin dərman vasitəsinin təsadüfi qəbulu zamanı onlar yenidən baş vermişdir. Qaraciyər çatışmazlığı Nadir hallarda AÇF inhibitorların qəbulu xolestatik sarılıq ilə başlayan sindrom ilə müşayiət olunmuş, qaraciyərin fulminant nekrozunun inkişafına qədər proqressivləşmiş və (bəzən) ölümə gətirib çıxarmışdır. Bu sindromun yaranması mexanizmi aydın deyildir. Sarılıq inkişaf etdikdə və ya qan plazmasında qaraciyər fermentlərin səviyyələri əhəmiyyətli dərəcədə yüksəldikdə dərman vasitəsinin qəbulunu dayandırmaq və pasiyentin vəziyyətinə diqqətli tibbi nəzarəti təmin etmək lazımdır. Neytropeniya/aqranulositoz AÇF inhibitorların istifadəsi zamanı neytropeniya/aqranulositoz, trombositopeniya və anemiya hadisələrinin baş verməsi qeydə alınmışdır. Böyrəklərin funksiyası normal olan və digər ağırlaşdırıcı faktorlar olmayan pasiyentlərdə neytropeniya nadir rast gəlir. Neytropeniya və aqranulositoz geridönən olur və AÇF inhibitorların qəbulu dayandırıldıqda keçib gedir. Lizinopril birləşdirici toxumanın sistem xəstəlikləri olan pasiyentlərdə, immunosupressiv terapiyanın aparılması zamanı, allopurinol və ya prokainamidlə müalicə zamanı, həmçinin bu ağırlaşdırıcı faktorlarin birgə olduğu hallarda, xüsusən böyrəklərin funksional pozulmaları olduqda xüsusi ehtiyatla istifadə olunmalıdır. Bəzi hallarda belə pasiyentlərdə ağır infeksion xəstəliklər inkişaf etmişdir ki, bunlar isə bir sıra hallarda antibiotiklər ilə müalicəyə tabe olmamışdır. Yuxarıda qeyd olunan pasiyentlərdə lizinopril ilə müalicə zamanı qanda leykositlərin sayını mütəmadi olaraq yoxlamaq məsləhət görülür. Pasiyentləri məlumatlandırmaq lazımdır ki, infeksion xəstəliyin ilk əlamətləri yaranan zaman bunu həkimə məlumat vermək lazımdır. İkili RAAS blokadası AÇF inhibitorların, angiotenzin II reseptor antaqonistlərin (BRA II) və ya aliskirenin eyni vaxtda qəbulu zamanı RAAS ikili blokadası hesabına arterial hipotenziyanın, hiperkaliemiyanın baş verməsi və böyrəklərin funksiyasının zəifləməsi (kəskin böyrək çatışmazlığı daxil olmaqla) riski yüksəlir. Bu səbəbdən, AÇF inhibitorların, BRA II və aliskirenin birgə istifadəsi tövsiyə olunmur. RAAS ikili blokadası mütləq vacib hesab edildiyi hallarda pasiyentə qarşı müvafiq müşahidəni təmin etmək və böyrəklərin funksiyasının, su-elektrolit balansı və AT diqqətli monitorinqini aparmaq lazımdır. Diabetik nefropatiyası olan pasiyentlərdə AÇF inhibitorları və BRA II eyni vaxtda istifadə etmək olmaz. İrqi mənsubiyyət Neqroid irqindən olan pasiyentlərdə AÇF inhibitorların istifadəsi zamanı angionevrotik ödem digər irqdən olan pasiyentlərə nisbətən daha tez-tez baş verir. Digər AÇF inhibitorları kimi, lizinopril digər irqdən olan pasiyentlərlə müqayisədə neqroid irqli pasiyentlərdə daha az effektiv AT azalda bilər, bu isə çox guman ki, neqroid irqli pasiyentlərin populyasiyasında renin səviyyəsi aşağı olan arterial hipertenziyalı nümayəndələrin üstün olması ilə şərtlənir. Öskürək Aşkar olunmuşdur ki, AÇF inhibitorların qəbulu öskürəklə müşayiət oluna bilər, bu isə bir qayda olaraq qeyri-produktiv, davamlı olur və dərman preparatının qəbulu dayandırıldıqdan sonra itir. Öskürəyin differensial diaqnostikası zamanı AÇF inhibitorların istifadəsilə şərtlənən öskürəyi nəzərə almaq lazımdır. Cərrahi müdaxilə/ümumi anesteziya Cərrahi müdaxilələrin və ya hipotenziv preparatların istifadəsilə ümumi anesteziyanın aparılması zamanı lizinopril reninin kompensator ifrazı ilə əlaqəli angiotenzin II əmələ gəlməsini blokada edə bilir. Bu halda, əgər arterial hipotenziya inkişaf edirsə, DQH artırılması yolu ilə onu korreksiya etmək olar. Hiperkaliemiya AÇF inhibitorları, o cümlədən lizinopril qəbul edən bəzi pasiyentlərdə qan plazmasında kalium səviyyəsinin yüksəlməsi müşahidə olunmuşdur. Hiperkaliemiyanın inkişaf etməsi üzrə risk qrupunu böyrək çatışmazlığı və şəkərli diabeti olan pasiyentlər təşkil edir. Buraya həmçinin AÇF inhibitorlarını kaliumsaxlayıcı diuretiklər ilə (məsələn, spironolakton, triamteren və amilorid), kalium tərkibli preparatlar, kalium tərkibli duz əvəzediciləri və ya qan plazmasında kaliumun səviyyəsinin yüksəlməsinə gətirib çıxaran hər-hansı digər dərman vasitələrini (məsələn, heparin, ko-trimoksazol (trimetoprimin sulfametoksazol ilə kombinasiyası)) eyni vaxtda qəbul edən pasiyentlər aid edilir. AÇF inhibitorların yuxarıda qeyd olunan preparatlar ilə eyni vaxtda istifadəsinə ehtiyac olduqda qan plazmasında kaliumun konsentrasiyasını müntəzəm olaraq yoxlamaq lazımdır. Şəkərli diabeti olan pasiyentlər Peroral hipoqlikemik preparatlar və ya insulin ilə terapiya qəbul edən, şəkərli diabeti olan pasiyentlərdə AÇF inhibitorları ilə müalicənin birinci ayı ərzində qan plazmasında qlükozanın səviyyəsinə diqqətlə nəzarət etmək lazımdır. Litium tərkibli preparatlar Bir qayda olaraq, lizinoprilin və litium tərkibli preparatların birgə istifadəsi tövsiyə olunmur. Hamiləlik dövrü Hamiləlik dövründə AÇF inhibitorları ilə müalicəyə başlamaq olmaz. Əgər AÇF inhibitorları ilə müalicənin davam etdirilməsi vacib hesab olunmursa hamiləliyi planlaşdıran pasiyentləri, hamiləlik zamanı istifadə olunduqda təhlükəsizlik profili məlum olan digər farmakoloji siniflərdən olan antihipertenziv vasitələrlə terapiyaya keçirmək lazımdır. Hamiləlik diaqnozu qoyulduğu halda AÇF inhibitorların qəbulunu dərhal dayandırmaq və ehtiyac olduqda, alternativ antihipertenziv terapiyaya başlamaq lazımdır. Amlodipin ilə əlaqəli Hipertonik krizi olan pasiyentlərdə amlodipin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Ürək çatışmazlığı olan pasiyentlər Ürək çatışmazlığı olan pasiyentlərdə amlodipini ehtiyatla istifadə etmək lazımdır. Uzunmüddətli plasebo-nəzarətli tədqiqatda ağır ürək çatışmazlığı olan pasiyentlərdə (Nyu-York kardioloji assosasiyanın (NYHA) təsnifatına görə III və IV sinif) amlodipin qəbul edən qrupda ağciyərlərin ödemi hadisəsinin tezliyi daha yüksək olmuşdur, nəinki plasebo qrupunda. KKB, o cümlədən amlodipin durğunluq ürək çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır, belə ki, onlar ürək-damar ağırlaşmaları və ölüm riskini yüksəldə bilirlər. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipin üçün yarımxaricolma dövrünün uzanması və AUC göstəricilərin yüksəlməsi qeyd olunur, lakin onun dozalanma rejiminə görə müvafiq tövsiyələr mövcud deyil. Amlodipinin qəbulunu minimal dozadan başlamaq lazımdır. Müalicənin başlanğıcında və dozanın artırılması zamanı ehtiyatlı olmaq məsləhət görülür. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tədricən artırılması və diqqətli tibbi müşahidə tələb oluna bilər. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlərdə amlodipini tövsiyə olunan dozalarda istifadə etmək olar. Qan plazmasında amlodipin konsentrasiyasının dəyişməsi böyrəklərin funksiyasının pozulma dərəcəsindən asılı olmur. Amlodipin dializ yolu ilə xaric olunmur. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın artırılması zamanı ehtiyatlı olmaq lazımdır. Köməkçi maddələr Amseril tərkibində laktoza vardır, bu səbəbdən, fruktozaya, qalaktozaya qarşı dözümsüzlüyü və digər, məsələn, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası ilə xarakterizə olunan nadir irsi xəstəlikləri olan pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidir. Amseril 5/5 mq və 10/10 mq tərkibində sarı sanset lakı, ponso 4R və tartrazin boyaq maddələri vardır ki, bunların hər biri allergik reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Lizinopril Antihipertenziv vasitələr Digər hipotenziv vasitələrlə (məsələn, nitroqliserin və ya digər nitratlar, digər vazodilatatorlar) eyni vaxtda qəbulu zamanı lizinopril onların antihipertenziv effektini gücləndirə bilir. Klinik tədqiqatlardan alınan məlumatlar göstərir ki, AÇF inhibitorları, BRA II və aliskirenin birgə istifadəsi zamanı RAAS ikili blokadası daha yüksək tezliklə əlavə təsirlərin yaranmasına səbəb olur, bunların arasında arterial hipotenziya, hiperkaliemiya və böyrək çatışmazlığı da var (o cümlədən, böyrək çatışmazlığı), RAAS təsir göstərən preparatlarla monoterapiya ilə müqayisədə. Angionevrotik ödemin inkişaf etməsi riskini artıra bilən dərman vasitələri AÇF inhibitorların rapamisin törəmələri ilə (məsələn, sirolimus, everolimus, temsirolimus), neytral endopeptidaza inhibitorları (məsələn, rasekadotril) və ya plazminogenin toxuma aktivatorları ilə eyni vaxtda istifadəsi zamanı angionevrotik ödemin inkişaf etməsi riski yüksələ bilər. Diuretiklər Lizinopril qəbul edən pasiyentlərdə onun antihipertenziv effekti bir qayda olaraq, müalicə sxeminə diuretik əlavə olunduğu zaman güclənir. Diuretiklər ilə artıq terapiya qəbul edən pasiyentlərdə bəzən və əsasən, onları yaxın zamanda istifadə edənlərdə, müalicə sxeminə lizinopril əlavə olunduqda AT-in kəskin enməsi müşahidə oluna bilər. Əgər lizinopril ilə müalicəyə başlamadan əvvəl diuretiklərin qəbulu dayandırılarsa, simptomatik hipotenziya riskini minimuma endirmək olar. Kaliumtərkibli preparatlar, kaliumsaxlayıcı diuretiklər, kaliumtərkibli duz əvəzediciləri və qan plazmasında kaliumun səviyyəsini yüksəldə bilən digər dərman vasitələri Baxmayaraq ki, klinik tədqiqatlar zamanı pasiyentlərdə qan plazmasında kaliumun konsentrasiyası adətən normal göstəricilərdən kənara çıxmamışdır, bəzən hiperkaliemiya hadisələri qeyd olunmuşdur. Lizinopril ilə birgə kaliumtərkibli preparatlar, kaliumsaxlayıcı diuretiklər, kaliumtərkibli duz əvəzediciləri və qan plazmasında kaliumun səviyyəsini yüksəldə bilən digər dərman vasitələrinin istifadəsi qan plazmasında kalium konsentrasiyalarının əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxara bilər, xüsusən böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə. Belə vəziyyətlərdə qan plazmasında kaliumun səviyyəsini nəzarət etmək lazımdır. Diuretiklərin qəbulu zamanı inkişaf edən hipokaliemiya lizinoprilin istifadəsi zamanı korreksiya oluna bilər. Litium tərkibli preparatlar AÇF inhibitorların litium tərkbili preparatlar ilə eyni vaxtda istifadəsi zamanı qan plazmasında litium konsentrasiyasının geridönən yüksəlməsi hadisələri və onun toksikliyi əlamətləri barədə məlumat verilmişdir. Litiumun toksiki təsiri riski tiazid diuretiklər ilə birgə istifadəsi zamanı yüksələ bilər ki, bu isə AÇF inhibitorların qəbulu nəticəsində yaranan litium intoksikasiyasının dərinləşməsinə gətirib çıxara bilər. Lizinopril və litium preparatların kombinəolunmuş istifadəsi tövsiyə olunmur, lakin belə kombinasiyanın istifadəsinə ehtiyac yaranarsa, qan plazmasında litiumun səviyyəsinə diqqətlə nəzarət etmək lazımdır. Qeyri-steroid iltihabəleyhinə vasitələr (QSİƏP), o cümlədən gündə 3 q-dan artıq dozalarda asetilsalisil turşusu QSİƏP istifadəsi zamanı (məsələn, iltihabəleyhinə təsir göstərən dozalarda asetilsalisil turşusu, siklooksigenaza inhibitorları 2 tip (SOG-2), qeyri-selektiv QSİƏP) AÇF inhibitorların antihipertenziv effekti azala bilər. QSİƏP və AÇF inhibitorların birgə qəbulu böyrəklərin funksional pozğunluqların yaranması riskini yüksəldə bilər, o cümlədən kəskin böyrək çatışmazlığının yaranması, həmçinin qan plazmasında kaliumun konsentrasiyasının artmasına gətirib çıxarır, xüsusən böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə. Sadalanan effektlər adətən geridönən xarakter daşıyır. Belə kombinasiyaları ehtiyatla istifadə etmək lazımdır, xüsusən yaşlılarda. Onları qəbul edən pasiyentlərdə kombinəolunmuş terapiyanın başlanğıc mərhələsində və sonra müalicə prosesində böyrəklərin funksiyasını nəzarət etmək lazımdır, həmçinin onlar bol miqdarda maye qəbul etməlidirlər. Qızıl preparatları Qızıl preparatların inyeksion formalarının (məsələn, urotiomalat natrium) istifadəsi nəticəsində inkişaf edən vazodilatasiya simptomları əhəmiyyətli dərəcədə ifadəli ola bilər, o cümlədən, qandolmalar, ürəkbulanma, başhərlənmə və arterial hipotenziya daxil olmaqla, daha tez-tez AÇF inhibitorları qəbul edən pasiyentlərdə qeyd olunur. Trisiklik antidepressantlar/antipsixotik vasitələr/ümumi anesteziya üçün vasitələr Bəzi ümumi anestetiklər, trisiklik antidepressantlar və antipsixotik vasitələr AÇF inhibitorların hipotenziv təsirini gücləndirə bilir. Simpatomimetiklər Simpatomimetiklər AÇF inhibitorların antihipertenziv effektini azalda bilirlər. Hipoqlikemik vasitələr AÇF inhibitorları ilə eyni vaxtda istifadəsi zamanı hipoqlikemik preparatların (insulin və peroral hipoqlikemik vasitələrin) effektləri güclənə bilir və hipoqlikemiyanın inkişaf etməsi riski yüksəlir, bu isə daha çox kombinəolunmuş müalicənin birinci həftəsinə və böyrəklərin funksiyaları pozulmuş pasiyentlərə xarakterdir. Ko-trimoksazol (trimetoprim və sulfametoksazolun kombinasiyası) Ko-trimoksazolun AÇF inhibitorları ilə eyni vaxtda qəbulu zamanı hiperkaliemiyanın inkişaf etməsi riski yüksələ bilər. Asetilsalisil turşusu, trombolitiklər, beta-adrenoblokatorlar, nitratlar Lizinoprili antiaqreqant effekti təmin edən dozalarda asetilsalisil turşusu ilə, trombolitiklər, beta-adrenoblokatorlar və/və ya nitratlar ilə eyni vaxtda istifadə etmək olar. Etanol Etanol AÇF inhibitorların antihipertenziv effektini gücləndirir. Allopurinol, prokainamid, sitostatiklər və ya immunodepressantlar (sistem qlükokortikosteroidlər) Allopurinol, prokainamid, sitostatiklərin və ya immunodepressantların AÇF inhibitorları ilə eyni vaxtda istifadəsi zamanı leykopeniyanın inkişaf etməsi riski yüksələ bilər. Antasidlər və kolestiramin Antasidlər və kolestiramin AÇF inhibitorların biomənimsənilməsini azaldır. Amlodipin Digər dərman vasitələrinin amlodipinə təsiri CYP3A4 inhibitorları Güclü və ya zəif CYP3A4 inhibitorları ilə (proteaza inhibitorları, azol qrupundan olan göbələkəleyhinə preparatlar, makrolidlər qrupundan olan antibiotiklər, məs. eritromisin və ya klaritromisin, verapamil və ya diltiazem) birgə istifadəsi zamanı amlodipinin effektləri əhəmiyyətli dərəcədə güclənə bilər ki, bunun nəticəsində arterial hipotenziyanın inkişaf etməsi riski yüksəlir, bu daha çox yaşlı pasiyentlər üçün xarakterdir. Pasiyentlərin monitorinqinə və amlodipinin dozasının korreksiya edilməsinə ehtiyac yarana bilər. CYP3A4 induktorları CYP3A4 induktorları ilə eyni vaxtda istifadəsi zamanı qan plazmasında amlodipinin konsentrasiyası dəyişə bilər. Bu səbəbdən, AT nəzarət etmək və ehtiyac olduqda, amlodipinin dozasını həm kombinəolunmuş müalicə zamanı, həm də müalicədən sonra korreksiya etmək lazımdır, xüsusən CYP3A4 güclü induktorların (məsələn, rifampisin və dazıotu (Hypericum perforatum) tərkibli preparatlar) istifadəsi zamanı Qreypfrut və qreypfrut şirəsi ilə qəbulu məsləhət görülmür, belə ki, bəzi pasiyentlərdə bu amlodipinin biomənimsənilməsinin artmasına və onun antihipertenziv effektinin güclənməsinə gətirib çıxara bilər. Dantrolen (infuziya) Heyvanlar üzərində aparılan tədqiqatlarda aşkar olunmuşdur ki, verapamil və dantrolenin (venadaxili infuziya) yeridilməsi zamanı hiperkaliemiya ilə müşayiət olunan mədəciklərin fibrilyasiyası və ürək-damar kollapsı və ardınca letal nəticə inkişaf edir. Hiperkaliemiya riski olduğu üçün bədxassəli hipertermiyanın inkişaf etməsinə meyilli pasiyentlərdə, həmçinin bədxassəli hipertermiyanın bilavasitə müalicəsi zamanı dantrolenin KKB, məsələn, amlodipin ilə eyni vaxtda istifadəsindən qaçmaq tövsiyə olunur. Amlodipinin digər dərman vasitələrinə təsiri Amlodipin digər antihipertenziv dərman vasitələrinin hipotenziv təsirini gücləndirir. Takrolimus Amlodipin ilə eyni vaxtda istifadəsi zamanı qan plazmasında takrolimusun konsentrasiyasının yüksəlməsi riski mövcuddur, bu farmakokinetik qarşılıqlı təsirin mexanizmi sonuna qədər öyrənilməyib. Amlodipin ilə birgə istifadəsinə ehtiyac olduğu halda takrolimusun toksiki təsirinin yaranmasının qarşısını almaq məqsədilə onun qan plazmasında konsentrasiyasını nəzarət etmək və ehtiyac olduqda dozanı korreksiya etmək lazımdır. Rapamisin törəmələri Rapamisin törəmələri, məsələn sirolimus, temsirolimus və everolimus CYP3A substratları hesab olunurlar. Amlodipin zəif CYP3A inhibitoru olmaqla rapamisin törəmələri ilə eyni vaxtda istifadəsi zamanı onların effektlərini gücləndirə bilir. Siklosporin Sağlam könüllülərdə və ya əhalinin digər qruplarında amlodipin və siklosporinin qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmayıb. Yalnız böyrəklərin transplantasiyası olan pasiyentlər müstəsna hesab olunur. Onlarda qan plazmasında siklosporinin konsentrasiyasının artması qeyd olunmuşdur (orta hesabla 0%-40%). Amlodipin ilə birgə istifadəsi zamanı böyrəklərin transplantasiyası aparılmış pasiyentlərin qan plazmasında siklospronin konsentrasiyasının monitorinqini aparmaq, həmçinin ehtiyac olduqda onun dozasını azaltmaq lazımdır. Simvastatin Amlodipinin 10 mq dozada 80 mq dozada simvastatin ilə birgə çoxsaylı qəbulu zamanı sonuncunun konsentrasiyası monoterapiya ilə müqayisədə 77% artmışdır. Amlodipin qəbul edən pasiyentlərdə simvastatinin dozasını gündə 20 mq-a qədər məhdudlaşdırmaq lazımdır. Amlodipin atorvastatinin, diqoksinin və varfarinin farmakokinetik parametrlərinə təsir göstərmir. Fertillik, hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləlik Hamiləliyi planlaşdırma dövründə və hamiləlik zamanı Amseril qəbul etmək olmaz. Adekvat nəzarətli klinik tədqiqatlar çərçivəsində hamilə qadınlarda Amserilin istifadəsinə dair məlumatlar mövcud deyildir. Hamiləlik təsdiq olunduğu zaman preparatın qəbulunu dərhal dayandırmaq və ehtiyac olduqda alternativ müalicəyə başlamaq lazımdır. Hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik zamanı təhlükəsizlik profili məlum olan alternativ hipotenziv vasitələrə keçirtmək lazımdır. Laktasiya Amserili ana südü ilə qidalandırma dövründə istifadə etmək olmaz (məlumatlar yoxdur). Əgər preparatın laktasiya dövründə istifadəsinə ehtiyac yaranarsa, məlum təhlükəsizlik profili olan alternativ hipotenziv vasitələr təyin etmək lazımdır (xüsusən yenidoğulmuşların və yarımçıqdoğulmuş uşaqların ana südü ilə qidalandırma dövründə). Fertillik Amserilin fertilliyə təsirinə dair adekvat nəzarətli klinik tədqiqatlardan alınan məlumatlar yoxdur. Lizinopril Hamiləlik AÇF inhibitorların I trimestrdə istifadəsi məsləhət görülmür və hamiləliyin II və III trimestrlərində əks göstərişdir. Epidemioloji tədqiqatlardan alınan nəticələrin əsasında hamiləliyin I trimestri zamanı AÇF inhibitorların qəbulu ilə şərtlənən teratogen effektlərin baş verməsi riskinə dair dəqiq nəticələr çıxarmaq mümkün deyildir, lakin riskin bir qədər yüksəlməsi istisna olunmur. Əgər AÇF inhibitorları ilə müalicənin davam etdirilməsi vacib hesab olunmursa, hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik zamanı istifadəsinin məlum təhlükəsizlik profili olan digər farmakoloji siniflərdən olan hipotenziv vasitələrlə alternativ terapiyaya keçirtmək lazımdır. Əgər hamiləlik diaqnozu qoyulubsa, AÇF inhibitorları ilə müalicəni dərhal dayandırmaq lazımdır və ehtiyac olduqda alternativ dərman vasitələrindən istifadə etmək lazımdır. Müəyyən olunmuşdur ki, AÇF inhibitorları qadınlarda hamiləliyin II və III trimestrlərində istifadə olunduğu zaman dölə toksiki təsir göstərir (böyrəklərin funksiyasının pozulması, suyun az olması, kəllə sümüklərin və yenidoğulmuşun ossifikasiyasının ləngiməsi (böyrək çatışmazlığı, arterial hipotenziya, hiperkaliemiya). AÇF inhibitorların hamiləliyin II trimestrdə istifadəsi zamanı döldə böyrəklərin və kəllənin ultrasəs müayinəsini aparmaq tövsiyə olunur. Anaları AÇF inhibitorları qəbul etmiş yenidoğulmuşlarda arterial hipotenziyanın aşkar olunması predmetinə görə diqqətli müşahidə aparmaq məsləhət görülür. Laktasiya Lizinoprilin istifadəsi tövsiyə olunmur, belə ki, onun ana südü ilə qidalandırma dövründə istifadəsinə dair heç bir məlumat yoxdur. Ana südü ilə qidalandırma zamanı, xüsusən yenidoğulmuşlarda və ya yarımçıq doğulmuş uşaqlarda təhlükəsizlik profili məlum olan alternativ dərman vasitələrindən istifadəyə üstünlük verilməlidir. Amlodipin Hamiləlik İnsanlarda hamiləlik zamanı amlodipinin istifadəsinin təhlükəsizliyi müəyyən olunmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki, amlodipin yüksək dozalarda reproduktiv toksikliyə malikdir. Hamiləlik zamanı amlodipinin istifadəsi yalnız o halda tövsiyə olunur ki, daha da təhlükəsiz alternativ müalicə olmasın, həmçinin xəstəliyin özü ananın və uşağın sağlamlığı üçün böyük risk hesab olunsun. Laktasiya Amlodipin ana südü ilə ifraz olunur. Ananın qəbul etdiyi dozaya görə ana südü ilə qidalanan körpənin qəbul etdiyi dərman vasitəsinin miqdarının qiymətləndirilməsi zamanı müəyyən olunmuşdur ki, interkvartil interval 3-7% təşkil edir, maksimum – 15%. Amlodipinin yenidoğulmuşlara necə təsir göstərməsi məlum deyildir. Ana südü ilə qidalandırmanın davam etdirilməsi/dayandırılması və ya amlodipin ilə terapiyanın davam etdirilməsi/dayandırılması məsələsində qərar qəbul etdikdə dərman vasitəsinin istifadəsinin ana üçün faydasını və ana südü ilə qidalandırmanın uşaq üçün üstünlüyünü qiymətləndirmək lazımdır. Fertillik KKB istifadəsi zamanı bəzi pasiyentlərdə spermatozoidlərin başlığında geridönən biokimyəvi dəyişikliklər barədə məlumat verilmişdir. Amlodipinin fertilliyə mümkün olan təsirinin qiymətləndirilməsi üçün klinik məlumatlar kifayət qədər deyildir. Siçovullarda aparılan tədqiqatlarda aşkar olunmuşdur ki, o erkəklərin fertilliyinə mənfi təsir göstərir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Lizinopril ilə əlaqəli Nəqliyyat vasitələri və mexanizmləri idarəetmə zamanı lizinoprilin qəbulu zamanı başhərlənmə və ya yorğunluğun yaranması ehtimalını nəzərə almaq lazımdır. Amlodipin ilə əlaqəli Amlodipin nəqliyyat vasitəsi və mexanizmləri idarəetmə qabiliyyətinə zəif və ya orta ifadəli mənfi təsir göstərə bilər. Başhərlənmə, başağrısı, yorğunluq və ürəkbulanmanın yaranması ehtimal olunduğu üçün reaksiya sürəti zəifləyə bilər. Xüsusən amlodipin ilə müalicənin başlanğıcında nəqliyyat vasitələri və mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq məsləhət görülür.

İstifadə qaydası və dozası

Tabletlər qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir, tövsiyə olunan doza- bir tablet gündə bir dəfə, maksimal gündəlik doza – bir tabletdir. Bir qayda olaraq, təsbit dozalarda dərman vasitələrinin kombinasiyasından ibarət preparatlar xəstəliklərin başlanğıc terapiyası qismində göstəriş hesab olunur. Pasiyentlər üçün ayrıca dərman vasitəsinin tərkibinə daxil olan hər bir komponentin effektiv dozası müəyyən olunmalıdır. Kombinasiyanın komponentlərindən hər0hansı birinin dozasının dəyişdirilməsinə ehtiyac olduqda dəstəkləyici terapiya zamanı kombinasiyanın müvafiq dozalanmasını seçmək və ya dərman vasitələrinin ayrı-ayrı qəbuluna keçmək məsləhət görülür. Əgər pasiyent Amseril tabletini qəbul etməyi unudubsa, buraxılan dozanın bərpası üçün ikiqat dozanı qəbul etmək olmaz. Böyrəklərin funksiyası pozulmuş pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlərdə Amserilin optimal başlanğıc və dəstəkləyici dozasını təyin etmək üçün amlodipin və lizinoprilin dozalarını ayrıca seçmək lazımdır. Amseril ilə müalicə zamanı böyrəklərin funksiyasını, qan plazmasında kalium və natriumun səviyyələrini nəzarətdə saxlamaq lazımdır. Böyrəklərin funksiyası ağırlaşdığı halda dərman vasitəsinin qəbulunu dayandırmaq, və düzgün seçilmiş dozalarda amlodipin və lizinopril ilə terapiyanı davam etmək lazımdır. Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlər Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə amlodipinin xaric olması ləngiyə bilər. Yüngül və orta ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə Amserilin dozalanma rejiminə dair dəqiq tövsiyələr yoxdur, bu səbəbdən, preparatı ehtiyatla qəbul etmək və müalicənin başlanğıc mərhələlərində minimal məsləhət görülən dozadan istifadə etmək lazımdır. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə Amserilin optimal başlanğıc və dəstəkləyici dozasını müəyyən etmək üçün amlodipin və lizinoprilin dozalarını ayrıca seçmək lazımdır. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipinin farmakokinetik parametrləri öyrənilməyib. Belə pasiyentlərə amlodipini minimal dozadan qəbuluna başlamaq və onu optimal dozaya qədər yavaş-yavaş artırmaq lazımdır. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Yaşlı pasiyentlər Amserili ehtiyatla istifadə etməlidirlər. Klinik tədqiqatlarda amlodipin və lizinoprilin effektivlik profillərində yaşla əlaqəli dəyişikliklər aşkar olunmamışdır. Amserilin optimal dəstəkləyici dozasını müəyyən etmək üçün amlodipin və lizinoprilin dozalarını ayrıca seçmək lazımdır. Uşaqlar 18 yaşa qədər uşaqlarda Amserilin təhlükəsizliyi və effektivliyi təsdiq olunmayıb.

Əlavə təsirləri

Əlavə təsirlər aşağıda MedDRA üzrə struktur-orqanlar siniflərinə müvafiq olaraq sadalanmışdır. Hər bir kateqoriya daxilində əlavə təsirlər rastgəlmə tezliyinə görə təsnif olunmuşdur və onun azalması sırası ilə təqdim olunmuşdur. Hər bir tezlik qrupu daxilində əlavə təsirlər onların ağırlığının azalması sırası ilə təqdim olunmuşdur. Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı kimi müəyyən olunmuşdur: çox tez-tez (≥1/10); tez- tez (≥1/100, lakin <1/10); az-az (≥1/1000, lakin <1/100); nadir (≥1/10000, lakin <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirmək mümkün olmur). Lizinopril Qan və limfatik sistemə: nadir – qan plazmasında hemoqlobin səviyyəsinin azalması, hemotokritin azalması; çox nadir- sümük iliyinin ləngiməsi, anemiya, trombositopeniya, leykopeniya, neytropeniya, aqranulositoz, hemolitik anemiya, limfadenopatiya, autoimmun xəstəliklər. İmmun sistemə: tezliyi məlum deyil – anafilaktik/ anafilaktoid reaksiyalar. Endokrin sistemə: nadir – antidiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu. Maddələr mübadiləsinə və qidalanmaya: çox nadir – hipoqlikemiya. Psixiki pozğunluqlar: az-az – əhvalın dəyişməsi, yuxunun pozulması, hallüsinasiyalar; nadir – huşun dolaşması; tezliyi məlum deyil – depressiya. Sinir sisteminə: tez-tez – başhərlənmə, başağrısı; az-az – paresteziya, vertiqo, dadbilmənin pozulması; nadir – iybilmənin pozulması; tezliyi məlum deyil – bayılma. Ürəyə: az-az – tezləşmiş ürəkdöyüntü, taxikardiya, miokard infarktı, yüksək riskli pasiyentlərdə ifadəli arterial hipotenziya nəticəsi olaraq ehtimal olunur. Damarlara: tez-tez – ortostatik effektlər (arterial hipotenziya daxil olmaqla); az-az- Reyno sindromu, beyin qandövranı pozğunluqları, yüksək riskli pasiyentlərdə ifadəli arterial hipotenziya nəticəsi olaraq ehtimal olunur. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına: tez-tez – öskürək; az-az – rinit; çox nadir – bronxospazm, sinusit, allergik alveolit/eozinofil pnevmoniya. Mədə-bağırsaq traktına: tez-tez – diareya, qusma; az-az- ürəkbulanma, qarında ağrı və dispepsiya; nadir – ağızda quruluq; çox nadir – pankreatit, intestinal angionevrotik ödem. Qaraciyərə və ödçıxarıcı yollara: çox nadir – hepatit, həm hepatosellülyar, həm də xolestatik, sarılıq və qaraciyər çatışmazlığı. Dəriyə və dərialtı toxumalara: az-az – səpgi, qaşınma; nadir- övrə, alopesiya, psoriaz, hiperhəssaslıq/angionevrotik ödem: üzün, ətrafların, dodaqların, dilin, səs yarığının və/və ya qırtlağın angionevrotik ödemi; çox nadir – tərləmənin artması, övrə, toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema, dəri psevdolimfoması. Aşağıda sadalanan simptomlardan bir və ya bir neçəsi daxil olan simptomokompleksin inkişaf etməsi hadisələri qeydə alınmışdır: bədən temperaturunun yüksəlməsi, vaskulit, mialgiya, artralgiya/artrit, antinuklear antitellərə qarşı sınaqların müsbət nəticələri, eritrositlərin çökmə sürətinin artması, eozinofiliya və leykositoz, səpgi, fotohəssaslıq və dəri tərəfindən digər dəyişikliklər. Böyrəklərə və sidikçıxarıcı yollara: tez-tez – böyrəklərin funksiyasının pozulmaları; nadir – uremiya, kəskin böyrək çatışmazlığı; çox nadir – oliquriya/anuriya. Cinsiyyət orqanlarına və süd vəzilərinə: az-az – impotensiya; nadir – ginekomastiya. Ümumi pozğunluqlar və istifadə qaydası ilə şərtlənən dəyişikliklər: az-az – yorğunluq, asteniya. Laborator və instrumental müayinələrin nəticələrinə təsiri: az-az – qan plazmasında sidik cövhəri səviyyəsinin yüksəlməsi, qan plazmasında kreatinin səviyyəsinin artması, qan plazmasında qaraciyər fermentlərin səviyyəsinin yüksəlməsi, hiperkaliemiya; nadir – qan plazmasında bilirubin səviyyəsinin yüksəlməsi, hiponatriemiya. Klinik tədiqatların nəticəsində alınan təhlükəsizlik üzrə məlumatlar göstərir ki, lizinopril adətən arterial hipertenziyadan əziyyət çəkən uşaqlar tərəfindən yaxşı keçirilir. Bu yaş qrupunda təhlükəsizlik profili böyüklərdə olduğu kimidir. Amlodipin Amlodipin ilə müalicə zamanı daha çox tezliklə rast gəlinən əlavə təsirlər yuxululuq, başhərlənmə, başağrısı, tezləşmiş ürək döyüntüsü, qandolmalar, qarında ağrı, ürəkbulanma, topuqlarda şişkinlik, ödemlər və yorğunluq olmuşdur. Qan və limfatik sistem tərəfindən: çox nadir – leykopeniya, trombositopeniya. İmmun sistem tərəfindən: çox nadir – allergik reaksiyalar. Maddələr mübadiləsi və qidalanma tərəfindən: çox nadir – hipoqlikemiya. Psixiki pozğunluqlar: az-az – depressiya, əhvalın dəyişməsi (o cümlədən, həyəcan), yuxusuzluq; nadir – huşun dolaşması. Sinir sistemi tərəfindən: tez-tez – yuxululuq, başhərlənmə, başağrısı (xüsusən, müalicənin başlanğıcında); az-az- tremor, disgevziya, bayılma, hipesteziya, paresteziya; çox nadir – arterial hipertenziya, periferik neyropatiya. Görmə orqanı tərəfindən: tez-tez – görmənin pozulması (o cümlədən, diplopiya). Eşitmə orqanı tərəfindən və labirint pozğunluqları: az-az – qulaqlarda cingilti. Ürək tərəfindən: tez-tez – tezləşmiş ürəkdöyüntü; az-az – aritmiya (o cümlədən bradikardiya, mədəcik taxikardiyası və qulaqcıqların fibrilyasiyası); çox nadir – miokard infarktı. Damarlar tərəfindən: tez-tez – qandolmalar; az-az – arterial hipotenziya; çox nadir- vaskulit. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanları tərəfindən: tez-tez – dispnoe; az-az – öskürək, rinit. Mədə-bağırsaq traktı tərəfindən: tez-tez – qarında ağrı, ürəkbulanma, dispepsiya, bağırsaq peristaltikasının pozulmaları (o cümlədən, diareya və qəbizlik); az-az – qusma, ağızda quruluq; çox nadir- pankreatit, qastrit, diş ətinin hiperplaziyası. Qaraciyər və ödçıxarıcı yollar tərəfindən: çox nadir – hepatit, sarılıq, qan plazmasında qaraciyər fermentlərin səviyyəsinin yüksəlməsi (əsasən xolestaz ilə əlaqəli). Dəri və dərialtı toxumalar tərəfindən: az-az – alopesiya, purpura, dəri rənginin dəyişməsi, tərləmənin artması, qaşınma, dəri səpgisi, ekzantema, övrə; çox nadir – angionevrotik ödem, multiformalı eritema, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotohəssaslıq; tezliyi məlum deyil – toksik epidermal nekroliz. Skelet-əzələ və birləşdirici toxuma tərəfindən: tez-tez – topuqlarda şişkinlik, əzələ spazmları, az-az- artralgiya, mialgiya, beldə ağrı. Böyrəklər və sidikçıxarıcı yollar tərəfindən: az-az – sidikburaxmanın pozulması, nikturiya, sidikburaxma tezliyinin artması. Cinsi orqanlar və süd vəziləri tərəfindən: az-az – impotensiya, ginekomastiya. Ümumi pozğunluqlar və istifadə qaydası ilə şərtlənən dəyişikliklər: çox tez-tez – ödemlər; tez- tez – yorğunluq, asteniya; az-az- döşdə ağrı, ağrı, halsızlıq. Laborator və instrumental müayinələrin nəticələrinə təsiri: az-az – bədən kütləsinin artması, bədən kütləsinin azalması. Tək-tək hallarda ekstrapiramid pozğunluqlar hadisəsi qeydə alınmışdır. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi çox vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər aşkar olunduqda və ya bu bənddə təsvir olunmayan yeni əlavə təsir yarandıqda Milli farmakonəzarət sisteminə müvafiq şəkildə məlumatın verilməsi xahiş olunur.

Doza həddinin aşılması

Amseril ilə doza həddinin aşılmasına dair məlumat yoxdur. Lizinopril Simptomları İnsanlarda doza həddinin aşılmasına aid məhdud məlumatlar var. AÇF inhibitorları ilə doza həddinin aşılmasının simptomlarına aiddir: arterial hipotenziya, sirkulyator şok, elektrolit balansının pozulmaları, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, ürəkdöyüntünün tezləşməsi, bradikardiya, başhərlənmə, həyəcan və öskürək. Müalicəsi Doza həddinin aşılması zamanı natrium xloridin fizioloji məhlulunun venadaxili yeridilməsi tövsiyə olunur. Arterial hipotenziyanın inkişaf etməsi zamanı pasiyentlə üfüqi vəziyyət vermək ayaqları bir qədər qaldırmaq lazımdır. İmkan olduğu təqdirdə, angiotenzin II -nin infuziya şəklində və/və ya katexolaminləri venadaxili yeridilməsi barədə məsələni müzakirə etmək lazımdır. Dərman vasitəsini yaxın keçmişdə qəbul edildiyi halda, orqanizmdən tezliklə çıxarılması istiqamətinə yönəlmiş tədbirlər görmək lazımdır (süni yaradılmış qusma, mədənin yuyulması, absorbsiyaedici maddələrin və natrium sulfatın istifadəsi). Lizinopril sistem qan axınından hemodializ vasitəsilə xaric olunur. Medikamentoz terapiyaya qarşı davamlı bradikardiya inkişaf etdiyi zaman kardiostimulyatorun quraşdırılması göstərişdir. Mütəmadi olaraq həyati vacib orqan və sistemlərin işini, su-elektrolit balansı və qan plazmasında kreatininin konsentrasiyasını yoxlamaq lazımdır. Amlodipin İnsanlarda qəsdən doza həddinin aşılmasına dair məhdud məlumatlar mövcuddur. Simptomları Ağır doza həddinin aşılması zamanı reflektor taxikardiyanın inkişaf etməsilə həddən artıq periferik vazodilatasiya baş verə bilər. İfadəolunmuş davamlı arterial hipotenziya hadisələri, o cümlədən, şokun baş verməsi və letal nəticə barədə məlumat verilmişdir. Müalicəsi Amlodipinlə doza həddinin aşılamsı ilə əlaqəli klinik əhəmiyyətli arterial hipotenziya zamanı ürək-damar sisteminin funksiyasının saxlanmasını təmin etmək, ayaqları bir qədər qaldırılaraq pasiyentə üfüqi vəziyyət vermək, DQH və diurezə nəzarət etmək lazımdır. Damarların tonusunu və AT artırmaq üçün, istifadəsinə dair əks göstərişlər olmadığı halda damardaraldıcı vasitələr istifadə olunmalıdır. Venadaxili yeridilməsi zamanı kalsium qlükonat kalsium kanallarının blokadası nəticəsində yaranan effektlərin geriyə inkişaf etməsinə səbəb ola bilər. Bəzi hallarda mədənin yuyulması effektiv ola bilər. Aşkar olunmuşdur ki, 10 mq amlodipinin qəbulundan sonra iki saat ərzində aktivləşdirilmiş kömürün istifadəsi zamanı sağlam könüllülərdə sonuncunun sorulması sürəti azalmışdır. Amlodipin qanın plazma zülalları ilə yüksək dərəcədə birləşməyə qadir olduğu üçün, ehtimal olunur ki, dializ effektiv olmayacaq.

Buraxılış forması

Örtüklü tabletlər. 10 tablet, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsal olunub «Vörld Medisin İlaç San. ve Tic. A.Ş.», Türkiyə. Ticarət nişanı və qeydiyyat vəsiqəsinin sahibi “DR SERTUS İLAÇ SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ”, TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Amseril 5 mq / 5 mq N30 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar