Kardilopin 5 mq N30 tablet Egis

Təsiredici maddə: AMLODIPINE
Təsiredici maddəAMLODIPINE
Dərman formasıTablet
Farmakoloji təsirKalsium kanallarının inhibitorları, əsasən qan damarlarına təsir edən kalsium kanallarının selektiv inhibitorları, dihidropiridin törəmələri
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,54 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KARDİLOPİN 2,5 mq; 5 mq; 10 mq tabletlər CARDILOPIN Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine

Tərkibi

Kardilopin 2,5 mq Təsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq amlodipinə müvafiq 3,475 mq amlodipin besilat vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, natrium nişasta qlikolyat (tip A), maqnezium stearat, kolloidal susuz silisium. Kardilopin 5 mq Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq amlodipinə müvafiq 6,95 mq amlodipin besilat vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, natrium nişasta qlikolyat (tip A), maqnezium stearat, kolloidal susuz silisium. Kardilopin 10 mq Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq amlodipinə müvafiq 13,90 mq amlodipin besilat vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, natrium nişasta qlikolyat (tip A), maqnezium stearat, kolloidal susuz silisium.

Təsviri

Kardilopin 2,5 mq Yastı, dairəvi, iti tərəfli, bir tərəfində üslublaşdırılmış E hərfi oyması, digər tərəfində “251” nömrəsi olan, iysiz və ya demək olar ki iysiz, ağ, demək olar ki ağ və ya sarımtıl ağ rəngli tabletlərdir. Kardilopin 5 mq Yastı, dairəvi, iti tərəfli, bir tərəfində üslublaşdırılmış E hərfi oyması, digər tərəfində “252” nömrəsi olan, iysiz və ya demək olar ki iysiz, ağ, demək olar ki, ağ və ya sarımtıl ağ rəngli tabletlərdir. Kardilopin 10 mq Yastı, dairəvi, iti tərəfli, bir tərəfində üslublaşdırılmış E hərfi oyması, digər tərəfində “253” nömrəsi olan, iysiz və ya demək olar ki iysiz, ağ, demək olar ki ağ və ya sarımtıl ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Kalsium kanallarının inhibitorları, əsasən qan damarlarına təsir edən kalsium kanallarının selektiv inhibitorları, dihidropiridin törəmələri. ATC kodu: C08CA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamik xüsusiyyətləri Təsir mexanizmi Amlodipin ləng kalsium kanallarının blokatoru və ya dihidropiridin qrupunun kalsium antaqonistidir, kalsium ionlarının kardiomiositlərə və damarların saya əzələlərinin hüceyrələrinə transmembran keçidini inhibə edir. Amlodipinin antihipertenziv təsir mexanizmi damarların saya əzələlərinin hüceyrələrinə birbaşa boşaldıcı təsiri və nəticədə ümumi periferik müqavimətin azalması ilə əlaqədardır. Antianginal təsir mexanizmi tam öyrənilməmişdir, lakin aşağıdakı iki təsirlə əlaqəli olduğu ehtimal olunur: 1. Periferik arteriolların genişlənməsi və ümumi periferik damar müqavimətinin azalması (yəni postyüklənmə). Amlodipin reflektor taxikardiyaya səbəb olmadığından, bu, miokardın enerji və oksigen ehtiyacının azalmasına səbəb olur. 2. Həm normal, həm də işemik nahiyələrdə iri koronar arteriyaların və koronar arteriolların genişlənməsi, bu da miokardın normal və işemik nahiyələrinin oksigenlə təminatını yaxşılaşdırır. Bu təsirlər sayəsində koronar spazm (variant stenokardiya və ya Prinsmetal stenokardiyası) zamanı da miokarda oksigenin çatdırılması yaxşılaşır. Farmakodinamikası Arterial hipertenziyası olan pasiyentlərdə preparatın gündə bir dəfə qəbulu 24 saat ərzində qan təzyiqinin (uzanıq və ayaq üstə vəziyyətdə) klinik əhəmiyyətli azalmasına gətirib çıxarır. Təsirinin yavaş başlaması səbəbindən amlodipin qəfil arterial hipotenziyaya səbəb olmur. Stenokardiyası olan pasiyentlərdə preparatın birdəfəlik sutkalıq dozası fiziki fəaliyyət müddətini uzadır, növbəti stenokardiya tutmasının və ST seqmentinin əhəmiyyətli depressiyasının (1 mm) inkişafını ləngidir, stenokardiya tutmalarının tezliyini və nitroqliserin tabletlərinin qəbuluna ehtiyacı azaldır. Amlodipinin maddələr mübadiləsinə və ya plazmada lipidlərin miqdarına, qanda şəkərin səviyyəsinə və zərdabda sidik turşusu səviyyəsinə heç bir mənfi təsiri bildirilməmişdir, bu səbəbdən amlodipin astma, diabet və podaqra olan pasiyentlərdə təhlükəsiz şəkildə istifadə edilə bilər. Klinik effektivliyi və təhlükəsizliyi Koronar damarların xəstəlikləri olan pasiyentlərdə amlodipinin istifadəsi Amlodipinin klinik hadisələrin qarşısının alınmasında effektivliyi müstəqil, çoxmərkəzli, randomizə edilmiş, plasebo nəzarətli, ikiqat kor tədqiqatda iştirak edən koronar arteriyaların xəstəliyi olan 1997 pasiyentdə öyrənilmişdir (CAMELOT – Comparison of Amlodipine vs. Enalapril to Limit Occurrences of Thrombosis). 2 il ərzində 663 pasiyent 5-10 mq amlodipin, 673 pasiyent 10-20 mq enalapril və 655 pasiyent statinlər, beta-blokatorlar, diuretiklər və aspirin ilə standart terapiyaya əlavə olaraq plasebo qəbul etmişdir. Əsas effektivlik nəticələri Cədvəl 1-də təqdim edilmişdir. Amlodipinlə müalicə olunan koronar arteriyaların xəstəliyi olan pasiyentlər qrupunda stenokardiya və revaskulyarizasiya ilə bağlı xəstəxanaya yerləşdirmələr daha az qeyd olunmuşdur. Cədvəl 1. CAMELOT tədqiqatında klinik cəhətdən əhəmiyyətli nəticələrin tezliyi Ürək-damar hadisələrin tezliyi, No. (%) Amlodipin vs. plasebo Nəticələr Amlodipin Plasebo Enalapril Nisbi risk P dəyəri NR(95% Eİ) Birincili son nöqtə Ürək 110 (16.6) 151 (23.1) 136 (20.2) 0.69 (0.54– 0.003 pozğunluqları 0.88) Fərdi komponentlər Koronar 78 (11.8) 103 (15.7) 95 (14.1) 0.73 0.03 damarların (0.54–0.98) revaskulyarizasiya sı Stenokardiya 51 (7.7) 84 (12.8) 86 (12.8) 0.58 0.002 səbəbindən (0.41–0.82) xəstəxanaya yerləşdirmə Ölümlə 14 (2.1) 19 (2.9) 11 (1.6) 0.73 0.37 nəticələnməyən (0.37–1.46) miokard infarktı İnsult və ya beyin 6 (0.9) 12 (1.8) 8 (1.2) 0.50 0.15 qan dövranın (0.19–1.32) tranzitor pozğunluqları Ürək-damar 5 (0.8) 2 (0.3) 5 (0.7) 2.46 0.27 səbəblərindən (0.48–12.7) ölüm Xroniki ürək 3 (0.5) 5 (0.8) 4 (0.6) 0.59 0.46 çatışmazlığı (0.14–2.47) səbəbindən xəstəxanaya yerləşdirmə Reanimasiya ilə 0 4 (0.6) 1 (0.1) tətbiq edilmir 0.04 ürək dayanması Periferik 5 (0.8) 2 (0.3) 8 (1.2) 2.6 0.24 damarların yenidən (0.50–13.4) yaranan xəstəlikləri Ürək çatışmazlığı olan pasiyentlərdə amlodipinin istifadəsi Hemodinamik tədqiqatlar və fiziki yüklənmədən istifadə etməklə nəzarət olunan klinik tədqiqatlar amlodipinin NYHA təsnifatına görə II-IV funksional siniflər ürək çatışmazlığı olan pasiyentlərin vəziyyətinin pisləşməsinə gətirib çıxarmadığını göstərdi ki, bu da fiziki yüklənməyə qarşı dözümlülük, sol mədəciyin atım fraksiyası və klinik simptomatika ilə sübut olunur. Diqoksin, diuretiklər və AÇF inhibitorları qəbul edən NYHA təsnifatına görə III-IV funksional sinfinə aid ürək çatışmazlığı olan pasiyentləri qiymətləndirmək məqsədi ilə hazırlanmış plasebo ilə nəzarət olunan PRAISE tədqiqatı amlodipinin qəbulu ürək çatışmazlığı olan pasiyentlərdə ölüm riskinin və ya ümumi xəstələnmə riskinin və ölüm halının kombinasiyasının artırmasına gətirib cıxarmadığını göstərmişdir. AÇF inhibitorları, ürək qlikozidləri və diuretikləri sabit dozalarda eyni vaxtda qəbul edən, işemik ürək xəstəliyinin klinik və ya obyektiv əlamətləri olmayan, NYHA təsnifatına görə III və IV funksional sinfinə aid ürək çatışmazlığı olan pasiyentlərin iştirakı ilə aparılan əlavə uzunmüddətli plasebo ilə nəzarət olunan PRAISE-2 tədqiqatında amlodipinin qəbulu ümumi və ürək-damar ölümünə təsir etməmişdir. Həmin pasiyentlər populyasiyasında amlodipinin istifadəsi zamanı daha çox ağciyərlərin ödemi barədə məlumat verilmişdir. ALHAT tədqiqatı (Antihypertensive and Lipid-Lowering Treatment to prevent heart attack trial) Bu randomizə olunmuş, ikiqat kor xəstələnmə və ölüm hallarının öyrənilməsinin tədqiqatında daha yeni farmakoterapiya üsulları müqayisə edilmişdir: sutkada 2,5-10 mq dozada amlodipin (kalsium kanallarının antaqonisti) və ya sutkada 10-40 mq dozada lizinopril (AÇF inhibitoru), 12,5-25 mq dozada qəbul edilən tiazid diuretiki xlortalidon ilə birinci sıra preparatları qismində. Bu tədqiqatda ortalama 4,9 il ərzində izlənən, yaşı 55 və daha çox olan, arterial hipertenziyası olan 33357 pasiyent iştirak etmişdir. Tədqiqat iştirakçılarında miokard infarktı və ya insult (tədqiqata yazılmamışdan 6 ay əvvəl) və/və ya digər təsdiqlənmiş aterosklerotik genezli ürək-damar xəstəliyi (ümumilikdə 51,5%), 2-ci tip şəkərli diabet (36,1%), YSLP < 35 mq/100 ml (11,6%), EKQ və ya exokardioqrafiya ilə diaqnozu qoyulmuş sol mədəciyin hipertrofiyası (20,9%) və siqaret çəkmə (21,9%) daxil olmaqla, ürəyin işemik xəstəliyinin ən azı bir əlavə risk faktoru var idi. Birincili son nöqtə ölümlə nəticələnən ÜİX və ölümlə nəticələnməyən miokard infarktının kombinasiyası olmuşdur. Amlodipin terapiyası ilə xlortalidon terapiyası arasında birincili son nöqtəyə görə statistik olaraq nəzərəçarpan fərq aşkar olunmamışdır (NR 0,98; 95% Eİ [0,9-1,07]; p = 0,65). İkincili son nöqtələr arasında ürək çatışmamazlığının inkişaf tezliyi (kombinəedilmiş ürək- damar son nöqtəsini təşkil edən) xlortalidon qrupu ilə müqayisədə amlodipin qrupunda həqiqi dərəcədə yüksək idi (10,2% və 7,7%; NR 1,38; 95 % Eİ [1,25-1,52]; p < 0,001). Lakin, amlodipin terapiyası ilə xlortalidon terapiyası arasında bütün səbəblərdən ölüm halında əhəmiyyətli fərq aşkar olunmamışdır (NR 0,96; 95% Eİ [0,89-1,02]; p = 0,20). 6 yaş və daha yuxarı uşaqlarda və yeniyetmələrdə istifadəsi Əsasən ikincili arterial hipertenziyası olan 6-17 yaş arası 268 uşaq amlodipinin 2,5 mq və 5 mq dozada tətbiqinin effektivliyinin müqayisəsi tədqiqatında iştirak etmişdir. Preparatın hər iki dozasının plasebo ilə müqayisədə sistolik arterial təzyiqi daha nəzərəçarpacaq dərəcədə aşağı saldığını göstərmişdir, lakin bu iki dozanın arasındakı fərq statistik baxımdan əhəmiyyətli deyildi. Preparatın uzunmüddətli tətbiqinin boy, cinsi yetişkənlik və uşaqların ümumi inkişafına təsirinin tədqiqi aparılmamışdır. Uşaq yaşlarında amlodipinin uzunmüddətli tətbiqinin yetkin yaşda ürək- damar xəstəliklərindən xəstələnmə və ölüm hallarının azalmasına təsiri də məlum deyil. Farmakokinetikası Sorulması Amlodipinin terapevtik dozaların peroral qəbulundan sonra yaxşı sorulur. Plazmada maksimal konsentrasiyaya 6-12 saatdan sonra çatır.Qida qəbulu amlodipinin sorulmasına təsir göstərmir. Mütləq biomənimsənilməsi 64-80% arasında dəyişir. Paylanması Zahiri paylanma həcmi 21 l/kq təşkil edir. İn vitro tədqiqatların nəticələrinə görə dövr edən amlodipinin 93-98%-i (orta hesabla 97,5%) plazma zülallarına bağlanır. Biotransformasiyası və xaric olması Amlodipin qaraciyərdə aktiv olmayan metabolitlərin əmələ gəlməsi ilə metabolizmə uğrayır. Qəbul olunan dozanın təxminən 10%-i dəyişməmiş şəkildə, təxminən 60%-i isə qeyri-aktiv metabolitlər şəklində böyrəklər tərəfindən xaric olunur. Terminal yarımxaricolma dövrü 35-50 saat təşkil edir, bu isə onun sutkada bir dəfə qəbulunun mümkün olduğunu göstərir. Xüsusi pasiyentlər qrupları Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə amlodipinin istifadəsi ilə bağlı yalnız məhdud məlumatlar vardır. Bu pasiyentlərdə amlodipinin klirensi azalır, bu da yarımxaricolma dövrünün uzanması və AUC-nin təxminən 40-60% artması ilə nəticələnir. Yaşlı pasiyentlər Yaşlı və gənc pasiyentlərdə T dəyərləri oxşardır. Yaşlı pasiyentlərdə amlodipinin klirensi azalır,max bu da AUC-ın artmasına və yarımxaricolma dövrünün uzanmasına səbəb olur. Durğunluq ürək çatışmazlığı olan pasiyentlərdə AUC-un artması və yarımxaricolma dövrünün uzanması yaş qrupları üçün gözlənilən dəyərlərə uyğundur. 6 yaşdan yuxarı uşaqlar və yeniyetmələr Bir və ya iki qəbula gündə 1,25-20 mq dozada amlodipin təyin edilmiş hipertenziyalı 74 uşaqda (6- 12 yaşlı 34 iştirakçı və 13-18 yaşlı 28 iştirakçı) populyasiyanın farmakokinetik tədqiqatı aparılmışdır. Hər iki yaş qrupundakı pasiyentlərdə tipik ümumi klirens (CL/F) oğlanlarda müvafiq olaraq 22,5 və 27,4 l/saat, qızlarda isə 16,4 və 21,3 l/saat təşkil etmişdir. Plazmada preparatın konsentrasiyalarında əhəmiyyətli fərdlərarası fərqlər müşahidə edilmişdir. 6 yaşdan kiçik uşaqlarda amlodipinin farmakokinetikası ilə bağlı yalnız məhdud məlumatlar mövcuddur. Klinikaya qədər təhlükəsizlik tədqiqatları Reproduktiv toksikologiya Siçanlar və siçovullar üzərində aparılan reproduktiv tədqiqatlar insan üçün tövsiyə olunan maksimal dozadan (mq/kq bədən çəkisi əsasında) təxminən 50 dəfə çox olan dozalarda doğuşun gecikməsi, daha uzunmüddətlı doğuş və nəsilin sağ qalma müddətinin azalmasını göstərmişdir. Fertillik pozğunluqları Amlodipini gündə 10 mq/kq-a qədər dozada qəbul edən siçovulların (erkəklər – 64 gün, dişilər cütləşmədən 14 gün əvvəl) fertilliyinə təsiri qeyd olunmamışdır ki, bu da insanlarda tövsiyə olunan maksimal dozadan 8 dəfə* artıq dozanı təşkil edir (mq/m –a hesablanmış 10 mq/kq-a uyğundur). Başqa bir tədqiqatda erkək siçovullar mq/kq-a hesablanmış insan dozası ilə müqayisə edilə bilən dozada 30 gün ərzində amlodipin besilat qəbul etmişdir; follikulstimullaşdırıcı hormon və testosteron səviyyələrində azalma, həmçinin spermatozoidlərin sıxlığının və yetkin spermatidlərin və Sertoli hüceyrələrinin sayının azalması müşahidə edilmişdir. Kanserogenlik, mutagenlik 0,5, 1,25 və 2,5 mq/kq/sutka dozalarına uyğun konsentrasiyalarda 2 il ərzində qida ilə birlikdə amlodipini qəbul edən siçovul və siçanlar üzərində aparılan tədqiqatlar bu preparatın kanserogenliyini göstərməmişdir. Siçanlarda, lakin siçovullarda deyil, maksimal doza (siçanlarda oxşar, lakin siçovullarda mq/m -a hesablanmış 10 mq/kq maksimal tövsiyə olunan dozadan iki dəfə artıq) maksimal dözülən dozaya yaxınlaşmışdır. Mutagenlik testi gen və ya xromosom səviyyəsində amlodipinlə əlaqəli heç bir təsir aşkar etməmişdir. *50 kq pasiyent çəkisinə əsaslanaraq.

İstifadəsinə göstərişlər

˗ Arterial hipertenziyanın müalicəsi, ˗ stabil xronik stenokardiya, ˗ vazospastik stenokardiya (Prinsmetal).

Əks göstərişlər

Amlodipinin istifadəsi aşağıdakı hallarda əks göstərişdir: ˗ amlodipinə, dihidropiridinlərə və/və ya “Tərkibi” bölməsində sadalanan hər hansı köməkçi maddəyə qarşı məlum hiperhəssaslıq; ˗ ağır hipotenziya; ˗ şok (kardiogen şok daxil olmaqla); ˗ sol mədəcikdən qanın atılmasına maneə (klinik əhəmiyyətli aorta stenozu); ˗ miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-sabit ürək çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hipertonik kriz zamanı amlodipinin effektivliyi və təhlükəsizliyi məlum deyil. Ürək çatışmazlığı olan pasiyentlər Ürək çatışmazlığı olan pasiyentlərdə müalicə ehtiyatla aparılmalıdır. Ağır ürək çatışmazlığı (NYHA III və IV sinif) olan pasyentlərin uzunmüddətli, plasebo nəzarətli tədqiqatında plasebo ilə müqayisədə amlodipin qəbul edən qrupda ağciyər ödemi tezliyi daha yüksək olmuşdur (“Farmakodinamik xüsusiyyətləri” bölməsinə baxın). Kalsium kanallarının blokatorları, o cümlədən amlodipin, durğunluq ürək çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir, çünki bu preparatlar sonrakı ürək-damar hadisələrini və ölüm riskini artıra bilər. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə amlodipinin yarımxaricolma dövrü və AUC dəyərləri artır; bu pasiyentlər üçün dozalanma rejimi üzrə tövsiyələr yoxdur. Belə pasiyentlərdə amlodipinlə müalicəyə ən aşağı dozalarla başlamaq lazımdır, həm müalicənin başlanğıcında, həm də dozanın titrlənməsi zamanı ehtiyatlı olmaq lazımdır. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın daha yavaş titrlənməsini və ciddi tibbi nəzarət tələb olunur. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın artırılması zamanı ehtiyatlı olmaq lazımdır (“İstifadə qaydası və dozası” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın). Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Belə pasiyentlərdə amlodipin adətən tövsiyə olunan dozalarda təyin oluna bilər. Amlodipinin plazma konsentrasiyasındakı dəyişikliklər böyrək funksiyasının pozğunluq dərəcəsi ilə əlaqələndirilmir. Amlodipin hemodializ zamanı xaric olunmur. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatın hər tabletində 1 mmol-dan (23 mq) az natrium vardır, yəni demək olar ki, tərkibində natrium yoxdur. Uyuşmazlıq Məlum deyil.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatların amlodipinə təsiri CYP3A4 sitoxromunun inhibitorları Amlodipinin CYP3A4 sitoxromunun güclü inhibitorları (məsələn, proteaza inhibitorları, azol göbələk əleyhinə preparatlar, eritromisin və ya klaritromisin kimi makrolidlər və ya verapamil və diltiazem) ilə eyni vaxtda istifadəsi amlodipinin sistem təsirinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər ki, bu da hipotenziya riskini artıra bilər. Yaşlı pasiyentlərdə bu farmakokinetik dəyişikliklər daha nəzərəçarpan ola bilər. Bu səbəbdən onlarda klinik müşahidə və dozanın tənzimlənməsi tələb olunur. Klaritromisin CYP3A4 sitoxromunun inhibitorudur. Amlodipini klaritromisinlə eyni vaxtda qəbul edən pasiyentlərdə hipotenziya inkişaf riski yüksəlir. Belə pasiyentlər diqqətli tibbi nəzarət tələb edir. CYP3A4 sitoxromunun induktorları CYP3A4 sitoxromunun məlum induktorları ilə eyni vaxtda qəbul edildikdə, amlodipinin plazma konsentrasiyası dəyişə bilər. Bu səbəbdən, kombinəolunmuş qəbulu zamanı və sonra qan təzyiqinə nəzarət etmək və xüsusilə güclü CYP3A4 induktorları (məsələn, rifampisin, dazı otu bitkisi) ilə birlikdə istifadə edildikdə, dozanın tənzimlənməsinə ehtiyacı ölçmək lazımdır. Amlodipinin qreypfrut və ya qreypfrut şirəsi ilə istifadəsi tövsiyə edilmir, çünki onun biomənimsənilməsi bəzi pasiyentlərdə arta bilər, bu da qan təzyiqinin daha nəzərəçarpan dərəcədə azalmasına səbəb ola bilər. Dantrolen (infuziya) Verapamilin dantrolen infuziyası ilə eyni vaxtda istifadəsi zamanı heyvanlarda hiperkaliemiya nəticəsində mədəciklərin fibrilasiyası və ölümlə nəticələnən ürək-damar kollapsı müşahidə edilmişdir. Hiperkaliemiyanın inkişaf riski ilə əlaqədar olaraq, bədxassəli hipertermiyaya meylli pasiyentlərdə və bədxassəli hipertermiyanın müalicəsində dantrolenin kalsium kanallarının blokatorları ilə birgə istifadəsindən çəkinmək lazımdır. Amlodipinin digər preparatlara təsiri Amlodipinin hipotenziv təsiri qan təzyiqini aşağı sala bilən digər preparatların antihipertenziv təsirini gücləndirə bilər. Takrolimus Amlodipinlə eyni vaxtda istifadə edildikdə, qan plazmasında takrolimusun səviyyəsinin artması riski artır, lakin bu qarşılıqlı təsirin farmakokinetik mexanizmi tam öyrənilməmişdir. Takrolimusun səbəb olduğu toksikliyin inkişafının qarşısını almaq üçün takrolimus qəbul edən pasiyentlərə amlodipinin təyini zamanı, zəruri hallarda takrolimusun dozasının müvafiq tənzimlənməsi ilə qanda takrolimusun səviyyəsinə nəzarət etmək lazımdır. Məməlilərin hüceyrələrində rapamisinin mexaniki hədəfinin inhibitorları mTOR (mammalian Target of Rapamicin) Temsirolimus, sirolimus və everolimus kimi mTOR inhibitorları CYP3A4 izoenziminin substratlarıdır. Amlodipin CYP3A4 izoenziminin zəif inhibitorudur. mTOR inhibitorları ilə eyni vaxtda istifadə edildikdə, amlodipin onların sistem təsirini artıra bilər. Siklosporin Böyrək transplantasiyasını keçirmiş pasiyentlər istisna olmaqla, siklosporin və amlodipin arasında dərman qarşılıqlı təsiri sağlam şəxslərdə və ya digər pasiyent populyasiyalarında öyrənilməmişdir. Böyrək transplantasiyasını keçirmiş pasiyentlərdə siklosporinin minimal konsentrasiyasında artım müşahidə edilmişdir (orta hesabla 0%-40%). Amlodipin qəbul edən böyrək transplantasiyasını keçirmiş pasiyentlərdə qanda siklosporinin səviyyəsinə nəzarət etmək zərurəti, lazım gəldikdə, siklosporinin dozasının müvafiq olaraq azaldılması nəzərə alınmalıdır. Simvastatin 10 mq amlodipinin təkrar dozalarının 80 mq simvastatin ilə eyni vaxtda qəbulu zamanı, simvastatinin tək istifadəsi ilə müqayisədə simvastatinin ekspozisiyası 77% artmışdır. Amlodipin qəbul edən pasiyentlərdə simvastatinin dozası 20 mq/gün ilə məhdudlaşdırılmalıdır. Dərman qarşılıqlı təsirini öyrənən klinik tədqiqatlarda amlodipin atorvastatinin, diqoksinin və ya varfarinin farmakokinetikasına təsir göstərməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik İnsanlarda hamiləlik zamanı amlodipinin təhlükəsizliyi müəyyən edilməmişdir. Amlodipinin yüksək dozalarda istifadəsi zamanı (“Klinikaya qədər təhlükəsizlik tədqiqatları” bölməsinə baxın) heyvanlarda reproduktiv toksiklik müşahidə edilmişdir. Amlodipin, hamilə qadınlara yalnız müalicə tamamilə zəruri olduqda və daha təhlükəsiz alternativ preparat olmadıqda və ya həm ana, həm də döl üçün risk müalicə riskindən üstün olduqda təyin edilə bilər. Laktasiya Amlodipin insanlarda ana südünə keçir. Uşağın orqanizmində ananın qəbul etdiyi dozanın maksimum 15%-i müəyyən edilir (interkvartil interval 3-7%). Amlodipinin körpənin orqanizminə təsiri məlum deyil. Ana südü ilə qidalandırmanın davam etdirilməsi/dayandırılması və amlodipinlə müalicənin davam etdirilməsi/dayandırılması qərarı ana südü ilə qidalandırmanın uşaq üçün faydalarının və ana üçün amlodipin terapiyasının faydalarının təhlilinə əsaslanmalıdır. Fertillik Kalsium kanallarının blokatorlarını qəbul ədən bəzi pasiyentlərdə spermatozoidlərin başlarında geridönən biokimyəvi dəyişikliklər müşahidə edilmişdir. Amlodipinin reproduktiv qabiliyyətə mümkün təsirini qiymətləndirmək üçün klinik məlumatlar kifayət deyil. Bir eksperimental tədqiqatda amlodipinin erkək siçovulların fertilliyinə təsiri qeyd olunmuşdur (“Klinikaya qədər təhlükəsizlik tədqiqatları” bölməsinə baxın). Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Amlodipin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir göstərə bilər; bu təsir adətən cüzi və ya orta dərəcəlidir. Amlodipin qəbul edən pasiyentdə başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma yaranadıqda, onların reaksiya qabiliyyəti pisləşə bilər. Xüsusilə müalicənin başlanğıcında ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər Hipertoniya və stenokardiya zamanı, adətən, tövsiyə olunan başlanğıc doza gündə 5 mq təşkil edir, məsləhətdir ki doza günün eyni vaxtında qəbul olunsun. Klinik cavabdan asılı olaraq, doza gündə 10 mq-a qədər artırıla bilər. Arterial hipertenziyası olan pasiyentlərdə Kardilopin preparatı tiazid diuretikləri, β-blokatorlar və angiotenzin çevirici fermentinin inhibitorları (AÇF inhibitorları) ilə eyni vaxtda istifadə edilir. Stenokardiya zamanı Kardilopin preparatı monoterapiya şəklində və ya nitratlarla və ya adekvat dozada beta-blokatorlarla müalicəyə cavab verməyən pasiyentlərdə digər antianginal preparatlarla kombinasiyada istifadə edilə bilər. Amlodipin tiazid diuretiklər, beta blokatorlar və AÇF inhibitorları ilə birlikdə istifadə edildikdə, dozanın tənzimlənməsi tələb olunmur. Xüsusi pasiyentlər qrupları Yaşlı pasiyentlər Eyni dozalarda təyin olunan Kardilopin preparatı həm yaşlı, həm də gənc pasiyentlər tərəfindən yaxşı qəbul edilmişdir. Yaşlı pasiyentlərə adi dozalanma rejimi tövsiyə olunur, lakin dozaları artırarkən ehtiyatlı olmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın). Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyasının yüngül və ya orta dərəcəli pozğunluğu olan pasiyentlər üçün dozalanma üzrə tövsiyələr yoxdur. Beləliklə, doza seçimində ehtiyatlı olmaq lazımdır. Müalicənin başlanqıcında ən aşağı doza təyin edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın). Qaraciyər funksiyasının ağır pozğunluğu olan pasiyentlərdə amlodipinin farmakokinetikası öyrənilməmişdir. Qaraciyər funksiyasının ağır pozğunluğu olan pasiyentlərdə sonradan dozanın yavaş titrələnməsi ilə amlodipinlə müalicəyə ən aşağı dozalardan başlanmalıdır. Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Amlodipinin plazma konsentrasiyasındakı dəyişikliklər böyrək funksiyasının pozğunluğunun dərəcəsi ilə əlaqəli deyil, bu səbəbdən adi dozalanma rejimi tövsiyə olunur. Amlodipin hemodializ zamanı xaric olunmur. 18 yaşdan kiçik uşaqlar və yeniyetmələr Arterial hipertenziyası olan 6 yaşdan 18 yaşa qədər uşaqlar və yeniyetmələr 6 yaşdan 18 yaşa qədər uşaqlarda tövsiyə olunan ilkin antihipertenziv doza gündə bir dəfə 2,5 mq təşkil edir. 4 həftəlik müalicədən sonra hədəf qan təzyiqinə nail olunmadıqda, doza gündə bir dəfə 5 mq-a qədər artırıla bilər. Uşaqlarda gündə 5 mq-dan çox olan dozalar öyrənilməmişdir (“Farmakodinamik xüsusiyyətləri” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın). 6 yaşa qədər uşaqlar Məlumat yoxdur. İstifadə qaydası Tabletlər daxilə qəbul üçün nəzərdə tutulub. Tabletlər qida qəbulundan asılı olmayaraq günün eyni vaxtında bir stəkan su ilə qəbul edilməlidir. Kardilopin preparatı qreypfrut şirəsi ilə qəbul edilməməlidir.

Əlavə təsirləri

Təhlükəsizlik profilinin xülasəsi Müalicə zamanı ən çox rast gəlinən əlavə təsirlər: yuxululuq, başgicəllənmə, baş ağrısı, ürək döyüntüsü hissi, qanaxını, abdominal ağrı, ürəkbulanma, topuqların ödemi, ödemlər və yorğunluq. Cədvəldə əlavə təsirlər orqan sistemlərinə və onların baş vermə tezliyinə görə verilmişdir. Amlodipinlə müalicə zamanı əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Sistem-orqan sinifləri Tezlik Əlavə təsirlər Qan və limfa sisteminin çox nadir leykopeniya, trombositopeniya pozğunluqları hallarda çox nadir İmmun sisteminin pozğunluqları allergik reyaksiyalar hallarda Maddələr mübadiləsi və çox nadir hiperqlikemiya qidalanma pozğunluqları hallarda depressiya, əhvalın dəyişməsi (həyacan bəzən Psixikanın pozğunluğu vəziyyətləri daxil olmaqla), yuxusuzlu nadir hallarda şüurun qarışıqlığı yuxululuq, başgicəllənmə, baş ağrısı tez-tez (xüsusilə müalicənin əvvəlində) tremor, dad hissiyyatının pozğunluğu, bəzən (disgevziya), sinkope, hipesteziya, Sinir sisteminin pozğunluqları paresteziya çox nadir əzələ tonusunun artması, periferik hallarda neyropatiya məlum deyil ekstrapiramid pozğunluqlar. Görmə orqanın pozğunluqları görmə pozğunluqları (diplopiya daxil tez-tez olmaqla) Eşitmə və tarazlıq orqanlarının bəzən tinnitus pozğunluqları tez-tez ürək döyüntüsü hissi aritmiya (bradikardiya, ventrikulyar bəzən taxikardiya və qulaqcıqların fibrilasiyası Ürək pozğunluqları daxil olmaqla) çox nadir miokard infarktı hallarda tez-tez qanaxını bəzən hipotenziya Damarların pozğunluqları çox nadir vaskulit hallarda Tənəffüs sistemi, döş qəfəsi və tez-tez təngənəfəslik divararalığı orqanlarının bəzən öskürək, rinit pozğunluqları Mədə-bağırsaq traktının tez-tez abdominal ağrı, ürəkbulanma, pozğunluqları dispepsiya, bağırsaq funksiyasının dəyişikliyi (diareya və qəbizlik daxil olmaqla) bəzən qusma, ağızda quruluq çox nadir pankreatit, qastrit, diş ətinin hallarda hiperplaziyası Qaraciyər və öd yollarının çox nadir hepatit, sarılıq, qaraciyər fermentlərinin pozğunluqları hallarda aktivliyinin artması* alopesiya, purpura, dəri rənginin bəzən dəyişməsi, həddindən artıq tərləmə, qaşınma, səpgi, ekzantema, övrə Dəri və dərialtı toxumaların angionevrotik ödem, multiformalı pozğunluqları çox nadir eritema, eksfoliativ dermatit, Stivens- hallarda Conson sindromu, fotohəssaslıq məlum deyil TEN (toksik epidermal nekroliz) aşıq-baldır oynağının ödemi, əzələƏzələ-skelet sistemi və tez-tez spazmlarıbirləşdirici toxumanın pozğunluqları bəzən artralgiya, miyalgiya, bel ağrısı. Böyrək və sidik yollarının sidik ifrazının pozğunluqları, nikturiya, bəzən pozğunluqları sidik ifrazının tezliyinin artması Reproduktiv orqanlar və süd bəzən impotensiya, ginekomastiya vəzilərinin pozğunluqları çox tez-tez ödemlər Ümumi və yeridilmə nahiyəsində tez-tez yorğunluq, asteniya pozğunluqlar bəzən sinədə ağrı, ağrı, halsızlıq Laborator və instrumental bədən çəkisinin artması, bədən çəkisinin bəzən tədqiqatların nəticələrinə təsiri azalması *Əksər hallarda xolestazla birlikdə. Əlavə təsirlərin bildirilməsi Şübhəli əlavə təsirlər haqqında məlumatların bildirilməsi preparatın fayda/risk nisbətinin davamlı monitorinqini təmin etmək üçün çox vacibdir. Səhiyyə işçilərinə hər hansı şübhəli əlavə təsirlər haqqında məlumatı təlimatın sonunda sadalanan əlaqə məlumatları vasitəsilə və həmçinin milli hesabat sistemi vasitəsilə təqdim etmək tövsiyə olunur.

Doza həddinin aşılması

İnsanlarda amlodipinin doza həddinin qəsdən aşılması ilə bağlı təcrübə çox məhduddur. Doza həddinin aşılmasının simptomları Mövcud məlumatlara əsasən, doza həddinin aşılması mümkün reflektor taxikardiya ilə həddindən artıq periferik vazodilatasiyaya səbəb olacağı gözlənilir. Ölümlə nəticələnən şok daxil olmaqla ağır və uzunmüddətli hipotenziya barədə məlumatlar bildirilmişdir. Amlodipin ilə doza həddinin aşılması nəticəsində nadir hallarda qeyri-kardiogen ağciyər ödemi halları barədə bildirilmişdir, bu, gecikmiş başlanğıc ilə təzahür edə bilər (qəbuldan 24-48 saat sonra) və mexaniki ventilyasiya tələb edə bilər. Qeyri-kardiogen ağciyər ödeminin inkişafına səbəb olan faktorlara perfuziya və ürək çıxışının dəstəklənməsi üçün erkən reanimasiya tədbirləri (maye ilə yüklənmə daxil olmaqla) aid ola bilər. Doza həddinin aşılmasının müalicəsi Amlodipin ilə doza həddinin aşılmasının nəticəsində yaranan klinik əhəmiyyətli arterial hipotenziya halında, ürək-damar sisteminin funksiyalarının aktiv dəstəklənməsi, ürək və ağciyər fəaliyyətinin monitorinqi, ətrafların yuxarı vəziyyətdə saxlanılması, dövr edən qan həcminə və diurezə nəzarət son dərəcədə vacibdir. Konservativ müalicəyə baxmayaraq hipotenziya davam etdikdə, damarların tonusunu və qan təzyiqini bərpa etmək üçün damardaraldıcı preparatlarının istifadəsi onların istifadəsinə əks göstəriş olmadıqda faydalı ola bilər. Bəzi hallarda mədənin yuyulması faydalı ola bilər. Sağlam könüllülərdə amlodipinin qəbulundan sonra 2 saat ərzində aktivləşdirilmiş kömürün istifadəsi onun sorulmasını azaltmışdır. Amlodipin plazma zülallarına yüksək dərəcədə bağlanır, bu səbəbdən hemodializ effektiv deyil.

Buraxılış forması

10 tablet blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaq məqsədi ilə orijinal qabıaşmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadəyə dair ehtiyat tədbirləri Xüsusi tələblər yoxdur. Hər hansı istifadə olunmamış preparat və ya tullantıların utilizasiyası yerli qaydalara uyğun aparılmalıdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Egis Pharmaceuticals PLC, Hungary. 1165 Budapest, Bökenyföldi ut 118-120, Hungary.

Qeydiyyat vəsiqəsinin sahibi

Egis Pharmaceuticals PLC, Hungary. 1106 Budapest, Kereszturi ut 30-38, Hungary.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kardilopin 5 mq N30 tablet Egis” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar