Ottofloks 0,3 % 10 ml qulaq damcısı

Təsiredici maddə: OFLOXACIN
Təsiredici maddəOFLOXACIN
Dərman formasıDamcı
Farmakoloji təsirMikrobəleyhinə vasitə, flüorxinolon
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. • İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumağınız lazım gələ bilər; • əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin; • bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. • əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. OTTOFLOKS 3 mq/ml qulaq damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Ofloxacin

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq ofloksasin vardır. Köməkçi maddələr: mononatrium fosfat, dinatrium fosfat dodekahidrat, natrium xlorid, benzalkonium xlorid (konservant kimi), inyeksiya üçün su, pH-ı tənzimləmək məqsədilə tərkibində xlorid turşusu və ya natrium hidroksid ola bilər.

Təsviri

Rəngsiz, şəffaf və ya azacıq sarımtıl rəngli mayedir.

Farmakoterapevtik qrupu

Mikrobəleyhinə vasitə, flüorxinolon. ATC kodu: S01AX11.

Farmakoloji xüsusiyyətləri

Ottofloks qulaq damcısıdır. Preparatın əsas tərkib hissəsi ofloksasindir ki, bu da flüorxinolon qrupu antibiotikidir. Ofloksasin, ona həssas olan bakteriyaların yaratdığı infeksiyaların müalicəsində istifadə edilir.

İstifadəsinə göstərişlər

Ofloksasin, ona həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyaların müalicəsində təyin edilir: − böyüklərdə və 6 aylıqdan yuxarı uşaqlarda daxili otit; − qulaq təbilinin perforasiyası olan 12 yaşdan yuxarı şəxslərdə xroniki irinli orta otit; − timpanostomik borusu olan 1 yaşdan yuxarı pasiyentlərdə aktiv orta otit.

Əks göstərişlər

Preparatın komponentlərinə və digər xinolonlara (siprofloksasin, levofloksasin, norfloksasin) qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda Ottofloks preparatını istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır: − preparatın istifadəsindən 10 gün sonra infeksiyanın simptomları aradan qalxmadıqda; − müalicə bitdikdən sonra otoreya (qulaqdan maye axması) simptomları saxlandıqda; − müalicə bitdikdən 6 ay sonra otoreyanın iki və ya daha artıq əlaməti olduqda. Preparat inyeksiya üçün nəzərdə tutulmayıb. Ottofloks preparatının tərkibində benzalkonium xlorid 0,1 mq vardır. O, qıcıqlandırıcı təsirə malikdir və dəri reaksiyalarının yaranmasına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Digər dərman vasitələri – qulaq damcıları ilə istifadəsi məsləhət görülmür. Əgər bir neçə preparat təyin edilibsə, onları ayrı istifadə etməyə tövsiyə edilir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Hamiləlik Preparatı hamiləlik dövründə istifadə etmək olmaz, belə ki, hamilə qadınlarda preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Bu dövrdə preparatı, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən yüksək olsun. Laktasiya Laktasiya dövründə preparatı istifadə etmək olmaz. Belə ki, preparat ana südünə nüfuz edə bilər. Preparatın istifadəsinə ehtiyac olduqda, tibbi nöqteyi-nəzərdən ana südü ilə qidalandırmanın dayandırılmasını nəzərdən keçirmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri öyrənilməmişdir.

İstifadə qaydası və dozası

Ottofloks preparatını həkim təyinatı ilə istifadə etmək lazımdır. Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Məsləhət görülən doza: Xəstəliyin adı Yaş Doza Müalicə müddəti Daxili otit 6 aylıq – 13 yaş Zədələnmiş qulağa gündə 1 dəfə 5 7 gün damcı (0,25 ml) ≥ 13 yaş Zədələnmiş qulağa gündə 1 dəfə 10 damcı (0,5 ml) Xroniki irinli otit ≥ 12 yaş Zədələnmiş qulağa gündə 2 dəfə 10 14 gün damcı (0,5 ml) Kəskin orta otit 1-12 yaş Zədələnmiş qulağa gündə 2 dəfə 5 10 gün damcı (0,25 ml) İstifadə qaydası 1. Ottofloks preparatını istifadə etməzdən əvvəl əlləri sabunla yumaq lazımdır. 2. Ehtiyac olduqda, xarici qulaqda hər hansı çirk və ya mayeni səliqə ilə təmizləmək lazımdır. Qulaqda hər hansı cisim və ya tampon olmamalıdır. 3. İstifadədən əvvəl preparatın flakonu bir-iki dəqiqə ərzində iki əlin arasında diyirləndirərək isidilməlidir. Qulağa soyuq damcının düşməsi başgicəllənməyə səbəb ola bilər. 4. Preparatı damızdırmaq üçün başı bir tərəfə doğru əymək və ya zədələnmiş qulağa əks tərəf üzərində uzanmaq lazımdır. Məsləhət görülən doza zədələnmiş qulağa damızdırılmalıdır. 5. Məhlulun çirklənməsinin qarşısını almaq məqsədilə flakonun damcısalanının ucunu barmaqlara, qulağa və ya digər səthlərə toxundurmaq olmaz. 6. Əmin olmaq lazımdır ki, preparat konkret göstəriş olan qulaq infeksiyası üzrə istifadə edilir. Traqus Orta otit Yeridilmədən sonra astaca traqusun üzərinə (şəkildə göstərildiyi kimi qulaq girişinə kiçicik zərbə edilir) 4 dəfə basmaq lazımdır ki, damcı orta qulağa çata bilsin (qulağın ən daxili hissəsi). Bu prosedur damcının qulaq kanalı ilə orta qulağa axmasına imkan verir. Xarici otit Damcını qulağa damızdırdıqdan sonra xarici qulağı yuxarı və aşağı dartmaq lazımdır (şəkildə göstərildiyi kimi), bu, damcının qulaq kanalına axmasına kömək edəcək. 7. Dərman vasitəsinin yeridilməsindən sonra damcının qulaq kanalına keçməsini yüngülləşdirmək məqsədilə başı əyilmiş vəziyyətdə saxlamaq və ya 5 dəqiqə uzanıqlı vəziyyətdə olmaq lazımdır. Qulaqların hər ikisinin infeksiyası zamanı yuxarıda qeyd edilən qaydanı əks tərəfdə təkrar etmək lazımdır. Preparatın istifadəsi unudulduqda, ötürülən dozanı dərhal qəbul etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Müalicə müddəti bitənə qədər, hətta pasiyent özünü yaxşı hiss etsə belə, preparatın istifadəsini dayandırmaq olmaz. Preparatın istifadəsi ilə əlaqədar hər hansı sual meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi preparatın qəbulu zamanı əlavə təsirlər yarana bilər, lakin bu reaksiyalar bütün pasiyentlərdə təzahür etmir. Ottofloks qulaq damcı məhlulu yaxşı absorbsiya olunur. Nadir hallarda bəzi ciddi əlavə təsirləri ola bilər və əksər simptomları bərpa oluna bilər. Preparatın istifadəsindən sonra Ofloksasin sistematik olaraq absorbsiya olunur, əlavə təsirlər yarana bilər. Pasiyentdə dəri səpgisi (dəridə qırmızı ləkələr) və ya yüksək həssaslığa işarə edilən istənilən digər əlamət olduqda, həkimə müraciət etmək lazımdır. Ofloksasin istifadə edən şəxslərdə aşağıdakı əlavə təsirlər qeyd edilmişdir: Tezlik Əlavə təsir Yeridilmə nahiyəsində terli reaksiyalarÇox tez-tez (1/10) Tez-tez (≤1/10) Təbil pərdəsi zədəli olan şəxslərdə dad hissiyyatının dəyişməsi, qaşınma, başgicəllənmə, vertiqo, paresteziya (dəridə anormal hissiyyat), səpgi (dəridə qırmızı ləkələr). Bəzən (≤1/100) Oftalgiya (qulaqda ağrı), tinnitus, eşitmənin ötüb gedən itməsi, xarici otit, orta otit, otorrargiya (qulaq qanaxması), dermatit və ya ekzema (dərinin iltihabı), hipoesteziya (taktil həssaslığın pozulması), dispepsiya (həzmin pozulması), diareya, ürəkbulanma, qusma, kserostomiya (ağızda quruluq), hiperemiya, istilik hissiyyatı, qızartı, baş ağrısı, qızdırma, səpgi, abdominal ağrı, dizesteziya həssaslığın pozulması), tremor, halitoz (xoşagəlməyən qoxu), iltihab, ağrı, yuxusuzluq, göbələk infeksiyası, öskürək, faringit, rinit, sinusit, hipertoniya, taxikardiya (ürək ritminin artması). Nadir (≤1/1000) Hiperhəssalıq

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması barədə məlumat daxil olmamışdır. Məsləhət görülən dozadan artıq ottofloks preparatı qəbul edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Buraxılış forması

10 ml məhlul damcısalanı olan ağ rəngli polietilen flakonda. Flakon, ilkin açılmaya nəzarət edən halqalı ağ rəngli qapaqla hermetik bağlanmışdır. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullatılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarını atmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərndə göstərilmişdir. Flakon açıldıqdan sonra preparat 28 gün ərzində istifadə edilməlidir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Edol-Produtos Farmacêuticos, S.A. Av. 25 de Abril, 6-6A 2795-225 Linda-a-Velha, Portuqaliya.

Qeydiyyat vəsiqəsinin sahibi

Rich Pharma LP. Summit House, 4-5 Mitchel street, Edinburgh, EH67BD, Birləşmiş Krallıq.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ottofloks 0,3 % 10 ml qulaq damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar