Ofran 200 mq / 500 mq N20 tablet
| Təsiredici maddə | OFLOXACIN + ORNIDAZOLE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Antibiotik |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,17 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OFRAN örtüklü tablet
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq ofloksasin və 500 mq ornidazol vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, nişasta, povidon, kolloidal susuz silisium dioksid, maqnezium stearat, natrium nişasta qlikolyatı, təmizlənmiş talk, PEQ 6000 (Makroqol 6000), HPMS – 15, xinolin sarısı , titan dioksid.
Təsviri
Sarı rəngli, uzunsov, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Antibiotik. ATC kodu: J01RA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Ofloksasin Bakterisid təsirə malikdir, mikrob hüceyrəsinin həyati əhəmiyyətli orqanoidi olan DNT-nin biosintezini pozmaqla, hüceyrənin məhvinə səbəb olur. Ofloksasin əsasən qrammüsbət və bəzi qrammənfi aerob bakteriyalara təsir göstərir. Bir çox antibiotiklərə və sulfanilamid preparatlarına qarşı davamlı mikroorqanizmlərə qarşı aktivdir. Ornidazol Ornidazol Trichomonas vaginalis, Entamoeba histolytica, Giardia lamblia (Giardia intestinalis), bəzi bakteroid və klostiridilərə, fuzobakteriyalara, həmçinin anaerob patogenlərə qarşı fəaldır. Farmakokinetikası Ofloksasin Daxilə qəbul olunduqdan sonra Ofloksasin MBT-dan tez və demək olar ki, tam (95%-ə qədər) sorulur. Qan plazmasında maksimal konsentrasiyası 1-2 saatdan sonra meydana gəlir və dozadan asılı olur. Qida preparatın sorulmasını ləngidə bilər, lakin bioloji metabolizmə əhəmiyyətli təsir göstərmir, bu isə 100%-ə çatır. 5% ofloksasin qaraciyərdə metabolizmə uğrayır. Ornidazol Ornidazol oral qəbulundan sonra sürətlə absorbsiya olunur. Absorbsiyası 90% təşkil edir və 3 saat ərzində qanda maksimal konsentrasiyaya çatır. Ornidazolun plazma zülalları ilə birləşməsi 13 % -dir.
İstifadəsinə göstərişlər
Qarışıq aerob-anaerob infeksiyaların empirik müalicəsi.
Əks göstərişlər
1) Preparatın tərkibindəki hər hansı bir maddəyə və ya 4-xinolon törəmələrinə qarşı yüksək həssaslıq. 2) Əgər keçmişdə tendinit xəstəliyi keçirmisinizsə. 3) Əgər keçmişdə epilepsiya keçirmisinizsə. 4) Qlükoza-6-fosfatdehidrogenazanın çatışmazlığı. 5) 18 yaşa qədər uşaqlar. 6) Hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı qəbul etməzdən öncə öz həkiminizlə məsləhətləşin 1) Ofloksasin qəbul etdikdə, özünüzü günəş və ultra bənövşəyi şualardan qorumalısınız. 2) Preparat psixi və ya ruhi xəstəlik keçirən pasiyentlər tərəfindən qəbul olunarsa, ehtiyatlı olmaq tövsiyə olunur. 3) Antibiotiklərin uzun müddət qəbulu mikroorqanizmlərin yayılmasına səbəb ola bilər. Buna görə pasiyentin vəziyyəti hər zaman nəzarət altında olmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ofloksasin – Ofloksasinin dəmir, sukralfat və ya tərkibində maqnezium, alüminium, kalsium olan antasid preparatlarla eyni vaxtda qəbulu ofloksasinin sorulmasını azaldır. – Qeyri-steroid quruluşlu iltihabəleyhinə preparatlarla, nitroimidazol və metilksantinol törəmələri ilə bir vaxtda qəbulu neyrotoksik effektin yaranma riskini artırır. – Qlükokortikosteroidlərlə birlikdə təyin edildikdə vətərlərin zədələnməsi təhlükəsi artır (xüsusən yaşlı xəstələrdə). – Sidiyi qələviləşdirən preparatlarla (məs., sitratlar, natrium hidrokarbonat və s.) eyni vaxtda təyin edildikdə kristalluriya və nefrotoksik effekt artır. – Simetidin, probenesid, furosemid və ya metotreksatla eyni vaxtda qəbul edildikdə qan plazmasında ofloksasinin qatılığı artır. – K vitamininin antaqonistləri ilə birlikdə verildikdə qanın laxtalanma funksiyasını nəzarətdə saxlamaq lazımdır. – Antidiabetik preparatlarla, insulinlə birlikdə istifadə edildikdə hipoqlikemiya və ya hiperqlikemiya baş verə bilər. Ornidazol Kumarin antikoaqulyantlarının təsirini gücləndirir, vekuronium bromidin miorelakssaiyaedici təsir müddətini uzadır. Digər imidazol törəmələrindən (metronidazol) fərqli olaraq, etanolla (asetaldehid dehidrogenazanı inhibə etmir) uyuşur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə olan qadınlara bu preparatın təsiri haqqında tədqiqat aparılmayib. Ornidazol yalnız o halda həkim tərəfindən yazılmalıdır ki, əgər anaya olan potensial faydası, potensial riskdən daha üstün olarsa. Laktasiya dövründə Ofloksasin + Ornidazolun ana südünə nüfuz edib və ya etməməsi məlum deyil. Bununla əlaqədər uşaqlı analar Ofloksasin + Ornidazol qəbulundan çəkinməlidirlər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Somnolensiya, başgicəllənmə və görmə pozuntuları barədə təsadüfən hesabat verildiyi üçün, xəstələr nəqliyyat vasitələrini idarəetməzdən əvvəl, necə ofloksasinə reaksiya verdiklərini bilməlidirlər. Bu təsirlər alkoqolla birlikdə istifadə zamanı güclənə bilər.
İstifadə qaydası və dozası
Tableti bütöv şəkildə, yarım stəkan su ilə qəbul edin. Yeməkdən əvvəl, yeməkdən sonra və ya yemək zamanı qəbul edə bilərsiniz. Gündəlik doza 1 tablet təşkil edir. Gündə 2 dəfə.
Əlavə təsirləri
Allergik reaksiya (məs., səpgi, udqunma və nəfəsalma çətinliyi, dodaq, üz və boğaz şişməsi) aşkar olunarsa, dərhal həkiminizə müraciət edin. Klinik tədqiqat məlumat bazasından mənfi reaksiyaların ümumi tezliyi təxminən 7% təşkil edir. Ən geniş yayılmış əlavə təsirlər, mədə-bağırsaq sisteminə (təxminən 5%) və sinir sisteminə (təxminən 2%) aid olmuşdur. Bəzi hallarda aşağıdakı əlavə təsirlər müşahidə olunur: ürəkbulanma və qusma, ishal, qarın ağrısı və mədə simptomları (ishal bəzən enterokolit əlaməti ola bilər və bəzi hallarda hemorragik ola bilər). Nadir hallarda: İştahanın itməsi, qaraciyər fermentlərinin və ya bilirubinin artması.
Doza həddinin aşılması
OFRAN preparatından çox qəbul etdikdə, dərhal həkiminizə məlumat verin. Dozanın aşılması, aşağıdakı simptomlarla müşayiət olunur: özünü itirmə və ya başgicəllənmə, şüurun itməsi, xəstələnmə hissi və ya nəcisdə qan. Əgər dozanı qəbul etməyə unutmusunuzsa, xatırladığınız zaman dərhal qəbul edin. Unutduğunuz bir tablet üçün ikiqat tablet qəbul etməyin.
Buraxılış forması
10 tablet, 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Brawn Laboratories Limited. Ünvan 13, N.I.T, Industrial area, Faridabad-121001 Haryana, India.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.