Levofar 500 mq N10 tablet
| Təsiredici maddə | LEVOFLOXACIN |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Mikrobəleyhinə dərman vasitəsi, flüorxinolon |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,17 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LEVOFAR tabletlər LEVOFAR Beynəlxalq patentləşdirilməmiş adı: Levofloxacin Tərkibi: Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasin hemihidrat vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat, talk, kolloidal silisium hidrat, qarğıdalı nişastası, natrium nişastaqlikolyatı.
Təsviri
Girdə, üstündə kəsiyi olan ağ tabletlərdir.
Farmakoterapevtik qrupu
Mikrobəleyhinə dərman vasitəsi, flüorxinolon. ATC kodu: J01MA12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Levofar-flüorxinolonlar qrupundan olan, geniş təsir spektrli sintetik antibakterial dərman vasitəsi olub, tərkibində təsiredici maddə kimi ofloksasinin sol izomeri olan levofloksasin vardır. Levofloksasin DNT-girazanı (topoizomeraza II) və topoizomeraza IV-ü inhibə edərək, superspirallaşma və DNT qırılmasının bitişməsini pozaraq DNT sintezini inhibə edir, sitoplazma, hüceyrə divarı və membranında dərin morfoloji dəyişiklik törədir. Levofloksasin bir çox mikroorqanizm ştammlarına qarşı həm in vitro, həm də in vivo fəaldır. İn vitro: Həssas mikroorqanizmlər (MPK ≤2mq/ml) Aerob qrammüsbət mikroorqanizmlər: Corynebacterium diphteriae, Enterococcus faecalis, Enterococcus spp., Listeria monocytogenes, Staphylococcus coagulase-negative methi-S (I)(metisillinəhəssas- metisillinə-nisbi həssas), Staphylococcus epidermidis methi-S, Staphylococcus spp (CNS), C və G qrup Streptococci, Streptococcus agalactiae, Streptococcus pneumoniae peni I/S/R (penisillinəhəssas –nisbi həssas/- rezistent), Staphylococcus pyogenes, Viridans streptococci peni-S/R. Aerob qrammənfi mikroorqanizmlər: Acinetobacter baumannil, Acinetobacter spp., Actinobacillus actinomycetemcomitans, Citrobacter freundii, Eikenella corrodens, Enterobacter aerogenes, Enterobacter agglomerans, Enterobacter cloacae, Enterobacter spp., Escherichia coli, Gardnerella vaginalis, Haemophilus ducreyi, Haemophilus influenzae ampi-S/R (ampisillin-həssas-rezistent), Haemophilus parainfluanzae, Helicobacter pylori, Klebsiella spp, Moraxella catarrhalis β+β-, Morganella morganii, Neisseria gonorrhoeae non PPNG/PPNG, Neiseria meningitidis, Pausterella multocida, Pasteurella spp, Pasteurella conis, Pasteurella dagmatis, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp, Pseudomonas aeruginosa, Pseudomonas spp, Salmonella spp, Serratia marcescens, Serratia spp. Anaerob mikroorqanizmlər: Bacteroides fragilis, Bifidobacterium spp, Clostridium perfringes, Fusobacterium spp, Peptostreptococcus, Propionibacterium spp, Veilonella spp. Digər mikroorqanizmlər: Bartonella spp, Chlamydia pneumoniae, Chlamydia psittaci, Chlamydia trachomatis, Legionella spp, Mycobacterium spp, Mycobacterium leprae, Mycobacterium tuberculosis, Mycoplasma hominis, Mycoplasma pneumoniae, Ricketsia spp, Ureaplasma urealyticum. Levofloksasinə nisbi həssasdır (MPK ≥4mq/l) Aerob qrammüsbət mikroorqanizmlər: Corynebacterium urealiticum, Corynobacterium xerosis, Enterococcus faecium, Staphylococcus epidermidis methi-R (metisillin-rezistent), Staphylococcus haemolyticus methi-R. Aerob qrammənfi mikroorqanizmlər: Burkholderia cepacia, Campilobacter jejuni/coli. Anaerob mikroorqanizmlər: Bacteroides thetaiotaomicron, Bacteroides vulgatus, Bacteroides ovaius, Prevotella spp, Porphyromonas spp. Levofloksasinə davamlı (MPK≥8mq/l) Aerob qrammüsbət mikroorqanizmlər: Corynebacterium jeikeium, Staphylococcus ayreus methi-R, Staphylococcus coagulase-negative methi-R. Aerob qrammənfi mikroorqanizmlər: Alcaligenes xylosoxidans. Digər mikroorqanizmlər: Mycobacterium avium. Farmakokinetikası Levofloksasin tez və praktik olaraq peroral qəbuldan sonra tamamilə sorulur. Qida qəbulu absorbsiyanın sorulmasına və tamlığına az təsir edir. Peroral 500 mq Levofloksasi qəbulundan sonra biomənimsənilmə demək olar ki, 100%-dir. Birdəfəlik 500mq dozada levofloksasin qəbulundan sonra, maksimal konsentrasiya 5,2-6,9 mkq/ml, maksimal konsentrasiyanın yaranma vaxtı-1,3saat, yarımxaricolma dövrü-6-8 saat təşkil edir. Plazma zülalları ilə birləşmə-30-40%. Orqan və toxumalara yaxşı keçir: ağciyər, bronxların selikli qişası, bəlğəm, sidik cinsiyyət sistemi orqanlarına, sümük toxumasına, onurğa beyni mayesinə, prostat vəziyə, polimorfhüceyrəli leykositlərə, alveolyar makrofaqlara. Qaraciyərdə bir hissəsi oksidləşir və/və ya dezasetilləşir. Orqanizmdən əsasən böyrəklərdən yumaqcıq filtrasiyası və kanalcıq sekresiyası ilə xaric olunur. Peroral qəbuldan sonra, təxminən 87% -i sidiklə dəyişilməmiş şəkildə 48 saat ərzində xaric olur. 4%-dən az hissəsi 72 saat müddətində nəcisdə rast gəlinir.
İstifadəsinə göstərişlər
Böyüklərdə levofloksasinə həssas, yüngül və orta ağır gedişli bakterial infeksiyaların müalicəsi.- kəskin bakterial sinusit; xroniki bronxitin kəskinləşməsi; xəstəxanadankənar pnevmoniya; sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (kəskin pielonefrit daxil olmaqla); sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları.
Əks göstərişlər
-Levofloksasinə və ya digər xinolonlara qarşı hiperhəssaslıq; -epilepsiya; -xinolonlarla erkən aparılmış müalicə zamanı vətərlərin zədələnməsi; -uşaqlıq və yeniyetmə dövrü (18 yaşa qədər); -hamiləlik; -laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xüsusi göstərişlər Oynaq qığırdaqlarının zədələnmə ehtimalı yüksək olduğunu nəzərə alaraq Levofar uşaqların və yeniyetmələrin müalicəsində istifadə edilmir. Yaşlı pasiyentlərdə böyrək funksiyasının pozulması ehtimalı yüksək olduğundan, müalicə zamanı bunu nəzərə almaq lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax.) Pnevmokokkların törətdiyi pnevmoniyanın çox ağır iltihabı zamanı, Levofar optimal müalicəvi effekt verməyə bilər. Müəyyən törədicilərin yaratdığı (P. Aeruginosa) hospital infeksiyaların müalicəsi üçün kombinəolunmuş terapiyadan istifadə edilməsinə ehtiyac yarana bilər. Əvvəlcədən insult və ya ağır travma nəticəsində baş beyin zədələnməsi olan xəstələrdə Levofar dərman vasitəsi ilə müalicə zamanı qıcolma tutması inkişaf edə bilər. Fenbufen, ona oxşar qeyri-steroid iltihabəleyhinə vasitələr və ya teofillinlə eyni vaxtda istifadə zamanı qıcolmaya hazırlıq arta bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Preparatın qəbulu zamanı psixotik reaksiyalar barədə məlumatlar vardır. Levofloksasindən istifadə zamanı fotosensibilizasiyanın çox nadir hallarda rast gəlməsinə baxmayaraq, müalicə dövründə və müalicədən sonra 48 saat ərzində güclü günəş şüalarından və solyari qəbulundan və ya süni ultrabənövşəyi şualanmadan (məsələn, yüksək dağlıq ərazilərdə olmaq və ya solyari qəbulu) qorunmaq lazımdır. Psevdomembranoz kolitin yaranmasına şübhə olduqda, təcili olaraq Levofarın qəbulunu dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. Belə hallarda, bağırsağın hərəki fəaliyyətini ləngidən dərman vasitələrindən istifadə etmək olmaz. Levofar dərman vasitəsinin istifadəsi zamanı nadir hallarda müşahidə olunan tendinit (əsasən, axill vətərinin iltihabı) vətərlərin qırılmasına gətirib çıxara bilər. Yaşlı xəstələr daha çox tendinitə məruz qalır. Kortikosteroidlərlə müalicə (“kortizon preparatları”) çox guman ki, vətərlərin qırılması riskini artırır. Tendinitin yaranmasına şübhə olduqda, Levofar dərman vasitəsinin istifadəsi təcili olaraq dayandırılmalı və zədələnmiş vətərin müvafiq müalicəsi , məsələn, ona sakitlik vəziyyətinin verilməsi, aparılmalıdır (“Əks göstərişlər” və “Əlavə təsirlər” bölməsi). Qlükoza-6- fosfatdehidrogenaza çatışmazlığı (maddələr mübadiləsinin irsi pozğunluğu) olan xəstələrdə flüorxinolonların təsirindən eritrositlərin parçalanması baş verə bilər (hemoliz). Bununla əlaqədar olaraq, belə xəstələrə levofloksasini xüsusi ehtiyatla təyin etmək lazımdır. Disqlikemiya Digər xinolonların istifadəsində olduğu kimi, levofloksasinin istifadəsi zamanı həm hiperqlikemiya, həm də hipoqlikemiya halları da daxil olmaqla, qanda qlükoza səviyyəsinin pozulması halları adətən, terapiyası peroral hipoqlikemik vasitələrlə (məsələn, qlibenklamid) və ya insulin ilə müşayiət olunan şəkərli diabet xəstələrində də müşahidə edilmişdir. Bu xəstələrdə qanda qlükoza konsentrasiyasının hərtərəfli yoxlanılması tələb edilir. Vitamin K antaqonistləri ilə müalicə alan xəstələr Levofloksasinlə birlikdə vitamin K antaqonistləri (məs: varfarin) ilə müalicə alan xəstələrdə koaqulyasiya testlərinin (PV/BNS) yüksəlməsi və/və ya qanaxmanın artması mümkün olduğu üçün belə xəstələrdə koaqulyasiya testləri yoxlanmalıdır. QT-intervalının uzanması QT-intervalının uzanması üçün aşağıda göstərilən, bilinən risk faktorları olan xəstələrdə levofloksasin də daxil olmaqla flüorxinolonlar ehtiyatla qəbul edilməlidir: QT-intervalının anadangəlmə uzanması sindromu QT-intervalını uzatdığı bilinən dərman vasitələri ilə birgə istifadəsi (məs: IA və III sinif antiaritmik vasitələr, trisiklik antidepressantlar, makrolidlər, antipsixotiklər) Korreksiya olunmayan elektrolit disbalansı (məs: hipokaliemiya, hipomaqnezemiya) Ürək xəstəlikləri (məs: ürək qüsuru, miokard infarktı, bradikardiya). Yaşlı xəstələr və qadınlar QT-intervalını uzadan dərman preparatlarına qarşı daha həssas ola bilər. Bu səbəbdən bu qrup əhalidə levofloksasin daxil olmaqla bütün flüorxinolonlar ehtiyatla təyin edilməlidir. Aorta anevrizmi və aortanın laylanması Epidemioloji tədqiqatlarda, xüsusilə yaşlı xəstələrdə, flüorxinolonların tətbiqindən sonra anevrizmin inkişaf etməsi və aortanın laylanmasının artması riski barədə məlumatlar mövcuddur. Periferik neyropatiya Levofloksasin da daxil olmaqla flüorxinolonlar qəbul edən xəstələrdə periferik sensor neyropatiya və periferik sensor motor neyropatiyası qeydə alınmışdır ki, bu, müalicənin başlanğıcında daha şiddətli ola bilər. Qaraciyər-öd pozuntuları Əsasən sepsis kimi ağır patologiyaları olan xəstələrdə levofloksasinlə müalicə zamanı qaraciyər nekrozundan qaraciyər çatışmazlığına qədər ölümcül pozuntular qeydə alınmışdır. Xəstələrə, anoreksiya, sarılıq, sidik rənginin tündləşməsi, prurit (qaşınma) və ya yumşaq qarın kimi qaraciyər pozuntusu əlamətləri müşahidə edildiyi halda, müalicəni dayandırmaları məsləhət görülməlidir. Miasteniyanın kəskinləşməsi Levofloksasin daxil olmaqla, bütün flüorxinolonlar sinir-əzələ blokadası aktivliyinə malikdir və miasteniyası olan xəstələrdə əzələ zəifliyini kəskinləşdirə bilər. Anamnezində miasteniya olan xəstələrə levofloksasinin təyini məsləhət görülmür. Görmə pozuntuları Görmədə hər hansı pozuntu və ya gözə hər hansı təsiri müşahidə edilərsə, dərhal oftalmoloqla məsləhətləşmək lazımdır. Laborator testlərə təsiri Levofloksasinlə müalicə alan xəstələrdə sidikdə tiryək alkoloidlərinin təyini testi saxta-müsbət nəticələnə bilər. Müsbət nəticənin daha spesifik metodlarla təsdiqlənməsi vacibdir. Levofloksasin Mucobacterium tuberculosis-in inkişafını blokada edə bilər, nəticədə vərəmin bakterioloji diaqnozu saxta-mənfi nəticə verə bilər. Ehtiyat tədbirləri Yaşlı xəstələrdə, yanaşı olaraq böyrək funksiyasının pozulması ehtimalı yüksək olduğundan dərman vasitəsi ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xinolonlar və öz növbəsində serebral qıcıq qapısıını aşağı salan dərman vasitələri ilə birgə istifadə zamanı qıcolmaya hazırlıq qapısının kəskin azalması haqqında məlumatlar vardır. Bu, müəyyən qədər xinolonların teofillin, fenbufen və ya oxşar qeyri-steroid iltihabəleyhinə preparatlarla (revmatik xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələri) istifadəsi zamanı yaranır. Sukralfatla (mədənin selikli qişasını müdafiə edən dərman vasitəsi) birlikdə istifadə zamanı Levofarın təsiri kəskin zəifləyə bilər. Eyni təsir maqnezium və ya alüminium tərkibli antasidlərlə (qastralgiya və qıcqırmanın müalicəsində istifadə edilən vasitələr), həmçinin dəmir duzları ilə (qanazlığının müalicəsi üçün dərman vasitələri) birlikdə istifadə zamanı da yaranır. Levofar bu vasitələrin qəbulundan 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. Kalsium- karbonatla qarşılıqlı təsiri barədə məlumat yoxdur. Qlükokortikoidlərin istifadəsi vətər qırılması riskini artırır. Vitamin K antaqonistləri ilə birgə istifadə zamanı qanın laxtalanma sisteminə nəzarət olunmalıdır. Simetidin və probenesidin təsirindən levofloksasinin xaric olması (böyrək klirensi) azca ləngiyir. Onu da qeyd etmək lazımdır ki, bu qarşılıqlı təsir praktiki olaraq heç bir kliniki əhəmiyyət daşımır. Buna baxmayaraq, müəyyən xaricolma yolunu blokadaya (kanalcıq sekresiyasını) alan probenesid və simetidin kimi dərman vasitələri ilə birlikdə istifadə zamanı levofloksasinlə müalicə zamanı ehtiyatlı olmaq lazımdır. Bu, xüsusilə böyrək funksiyası məhdudlaşmış xəstələrə aiddir. Levofloksasin siklosporinin xaric olmasını bir qədər ləngidir. QT-intervalını uzadan dərmanlar Levofloksasin digər flüorxinolonlar kimi QT intervalını uzadan dərmanlar (məs: IA və III sinif antiaritmiklər, trisiklik antidepressantlar, makrolidlər, antipsixotiklər) qəbul edən xəstələrdə ehtiyatla təyin edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Levofar dərman vasitəsinin başgicəllənmə və ya keyimə, yuxululuq və ya görmənin pozulması kimi əlavə təsirləri reksiya qabiliyyətinin və diqqətin toplanmasının pisləşməsinə səbəb ola bilər (“Əlavə təsirlər” bölməsi). Bu qabiliyyətlərin vacib olduğu vəziyyətlərdə (nəqliyyat vasitəsinin və digər potensial təhlükəli mexanizmlərin idarə edilməsi) müəyyən risk yaranır. Müəyyən qədər risk bu dərman vasitəsinin alkoqolla qarşılıqlı təsiri zamanı yaranır.
İstifadə qaydası və dozası
Levofar 500mq tabletləri daxilə gündə 1 dəfə və ya 2 dəfə qəbul edilir. Doza infeksiyanın xarakteri və ağırlığından, həmçinin, ehtimal edilən törədicinin həssaslığından asılı olaraq təyin edilir. İçlik vərəqədə olan göstərişlərə ciddi riayət olunmalıdır, əks təqdirdə Levofar qeyri-adekvat təsir göstərə bilər. Normal böyrək funksiyası (kreatinin klirensi >50 ml/dəq) xəstələrə aşağıdakı dozalanma rejimini tövsiyə etmək olar: Kəskin bakterial sinusit (burun ciblərinin iltihabı): 500 mq Levofar 1 tablet gündə 1 dəfə – 10-14gün; xronik bronxitin kəskinləşməsi: 500 mq Levofar 1 tablet gündə 1 dəfə – 7-10gün; xəstəxanadankənar pnevmoniya: 500 mq Levofar tabletindən gündə 1-2 dəfə – 7-14 gün; sidikçıxarıcı yolların ağırlaşmayan infeksiyaları: 250 mq Levofar tablet gündə 1 dəfə -3gün; xroniki bakterial prostatit: 500 mq Levofar 1 tablet- gündə 1 dəfə – 28 gün; sidikçıxarıcı yolların pielonefrit də daxil olmaqla ağırlaşmış infeksiyaları: 250 mq Levofar 1 tabletdən gündə 1 dəfə -7-10gün; dərinin və yumşaq toxumaların infeksiyaları: 500 mq Levofar 1 tablet- gündə 1-2 dəfə -7-14 gün. Levofloksasin əsasən böyrəklər vasitəsilə xaric olunduğundan, böyrək funksiyası pozulmuş xəstələrdə dərman vasitəsinin dozasını azaltmaq lazımdır. Bu barədə müvafiq məlumat aşağıdakı cədvəldə göstərilmişdir: Dozalanma rejimi Tabletləri çeynəmədən və müəyyən miqdarda su ilə (0,5 və ya 1 stakan) qəbul etmək lazımdır. Doza seçimi zamanı tableti bölmə xəttindən bölmək olar. Dərman vasitəsini yeməkdən əvvəl və ya qida qəbulu arası istənilən vaxtda qəbul etmək olar (“Qarşılıqlı təsir” bölməsinə bax). Kreatinin klirensi 250mq/ 500mq/ 500mq/ 24saat 24saat 12saat birinci doza: birinci doza: birinci doza: 250mq 500mq 500mq 50-20ml/dəq sonra: sonra: sonra: 125mq/24 250mq/24saat 250mq/12saat saatdan 19-10ml/dəq sonra: sonra: sonra: 125mq/48 125mq/24saat 125mq/12saat saatdan <10ml/dəq sonra: sonra: sonra: (hemodializ və 125mq/48 125mq/24saat 125mq/24saat DAPD daxil saatdan olmaqla) hemodializdən və ya davamlı ambulator peritoneal dializdən (DAPD) sonra əlavə dozanın yeridilməsi tələb olunmur. Qaraciyər funksiyasının pozulması zamanı xüsusi doza seçimi tələb olunmur, belə ki, levofloksasin qaraciyərdə çox cüzi miqdarda metabolizə olunur. Azalmış kreatinin klirensi istisna olunmaqla, yaşlı xəstələrdə dozalanma rejiminin dəyişilməsi tələb olunmur. Dərman vasitəsini antasid preparatlarla, dəmir duzları və ya sukralfatın qəbulundan ən azı 2 saat əvvəl və ya 2 saat sonra qəbul etmək lazımdır (“Digər dərman vasitələri ilə qarşıılıqlı təsiri” bölməsinə bax).
Əlavə təsirləri
Levofar dərman vasitəsinin məlum olan əlavə təsirləri aşağıda sadalanır.Bu və ya digər əlavə təsirin rast gəlmə tezliyi aşağıdakı cədvəlin köməyi ilə təyin edilir: Tezliyi Əlavə təsirlərin yaranması Tez-tez: 100 xəstədən 1-10 -da Bəzən <100 xəstədən 1-də Nadir <1000 xəstədən 1-də Çox nadir <10 000 xəstədən 1-də Məlum deyil Daha da az Dəri reaksiyaları və ümumi hiperhəssaslıq reaksiyaları Bəzən: səpgi, övrə, hiperhidroz, qaşınma və dərinin qızarması. Nadir: övrə, bronxların daralması və mümkün ola biləcək ağır boğulma simptomları ilə təzahür edən ümumi hiperhəssaslıq reaksiyaları (anafilaktik və anafilaktoid reaksiyalar). Çox nadir hallarda – DRESS sindromu, dərinin və selikli qişaların ödemi (məsələn, üz və udlaqda), arterial təzyiqin qəflətən düşməsi və şok; günəş şüalarına və ultrabənövşəyi şüalanmaya qarşı yüksək həssaslıq (bax “Xüsusi göstərişlər”); allergik pnevmonit; vaskulit, stomatit. Məlum deyil: dəridə qabarcıqların yaranması ilə ağır səpmə, Stivens- Conson sindromu, toksik epidermal nekroliz (Layell sindromu) ekssudativ multiformalı eritema. Ümumi hiperhəssaslıq reaksiyalarından öncə yüngül dəri reaksiyaları yarana bilər. Yuxarıda adı çəkilən reaksiyalar dərman vasitəsinin birinci dozasının yeridilməsindən bir neçə dəqiqə və ya saat sonra inkişaf edə bilər. Endokrin sistemə təsiri Çox nadir hallarda-antidiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu. Mədə-bağırsaq traktına və maddələr mübadiləsinə təsiri Tez-tez: ürəkbulanma, qusma, diareya. Bəzən: iştahanın itməsi, qarında ağrı, köp, qəbizlik, həzmin pozulması. Nadir hallarda: anoreksiya, pankreatit, qanlı ishal, çox nadir hallarda bağırsağın iltihabı və ya psevdomembranoz kolit əlaməti ola bilər (bax “ Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Çox nadir hallarda: şəkərli diabetli xəstələr üçün xüsusi vacib olan – qanda şəkərin səviyyəsinin aşağı düşməsi (hipoqlikemiya); mümkün olan hipoqlikemiya əlamətləri: “qurd” iştahası, əsəbilik, tərləmə, titrəmə. Digər xinolonların istifadəsi təcrübəsi onu göstərir ki, bu dərman vasitələri artıq bu xəstəlikdən əziyyət çəkən xəstələrdə porfiriyanı (çox nadir maddələr mübadiləsi xəstəliyi) kəskinləşdirə bilər. Buna oxşar təsir Levofar dərman vasitəsinə də aid edilə bilər. Məlum deyil- hiperqlikemiya, hipoqlikemik koma. Psixiatrik pozğunluqlar Tez-tez: yuxusuzluq. Bəzən: həyəcan, konfuziya halı, əsəbilik. Nadir hallarda: psixiatrik reaksiyalar (məs: hallüsinasiya, paranoya), depressiya, təşviş (ajitasiya), qeyri-adi yuxular, qarabasmalar. Məlum deyil – intihar düşüncələri və intihar cəhdləri də daxil olmaqla, özünə ziyan vurmaqla psixi və davranış pozğunluqları. Sinir sisteminə Tez-tez: baş ağrısı, başgicəllənmə. Bəzən: yuxululuq, tremor, disgevziya (dad hissinin dəyişməsi). Nadir hallarda: konvulsiya (qıcolma), paresteziya. Məlum deyil – periferik sensor neyropatiya, periferik sensomotor neyropatiya, diskineziya, ekstrapiramidal pozuntular, parosmiya (iybilmə qabiliyyətinin pozulması, xüsusilə obyektiv olmayan subyektiv qoxu hissiyyatının pozuntusu), o cümlədən iybilmənin itirilməsi, sinkope, idiopatik kəllə daxili hipertenziya. Görməyə Nadir hallarda: dumanlı görmə kimi görmə pozğunluqları. Məlum deyil – görmə qabiliyyətinin müvəqqəti itirilməsi. Qulağa və labirintə Bəzən: başgicəllənmə (Vertiqo). Nadir hallarda: tinnitus. Məlum deyil – eşitmə qabiliyyətinin aşağı düşməsi, eşitmənin pozulması. Ürək-damar sisteminə təsiri Nadir hallarda: ürək döyünmələrinin tezləşməsi, palpitasiya, arterial təzyiqin enməsi. Çox nadir hallarda: (şokabənzər) damar kollapsı. Məlum deyil – mədəcik taxikardiyası, ürəyin dayanmasına, mədəcik aritmiyasına və “torsade de pointes”-ə (QT intervalının uzanmasına risk faktoru olan xəstələrdə əsasən rast gəlinmişdir), QT intervalının uzanmasına səbəb olur. Əzələ, vətər və sümüklərə təsiri Bəzən: oynaq və əzələ ağrıları. Nadir hallarda: vətərlərin zədələnməsi (tendinit daxil olmaqla). Çox nadir hallarda: vətərlərin qırılması (məs., axill vətərinin); bu əlavə təsir müalicənin başlanmasından sonra 48 saat ərzində yarana bilər və ikitərəfli xarakter daşıya bilər (bax “Xüsusi göstərişlər”); astenik bulbar iflicdən əziyyət çəkən xəstələrdə vacib xarakter daşıyan əzələ zəifliyi. Ayrı-ayrı hallarda: əzələ zədələnməsi (rabdomioliz). Qaraciyərə və böyrəklərə təsiri Tez-tez: qaraciyər fermentlərinin (məs., alaninaminotransferaza və aspartataminotransferaza) səviyyəsinin artması. Bəzən: qan zərdabında bilirubin və kreatininin səviyyəsinin artması (qaraciyər və böyrəklərin funksiyasının məhdudlaşması əlaməti). Çox nadir hallarda: qaraciyər reaksiyaları (məs., qaraciyərin iltihabı); böyrək funksiyasının kəskin böyrək çatışmazlığına qədər pozulması, məs., allergik reaksiyalar nəticəsində (interstisial nefrit). Məlum deyil – sarılıq və ağır qaraciyər çatışmazlığı, o cümlədən kəskin qaraciyər çatışmazlığı, xüsusilə ağır əsas xəstəliyi (məsələn, sepsis ilə) olan xəstələrdə, hepatit. Qan sisteminə təsiri Bəzən: eozinofillərin sayının artması, leykositlərin sayının azalması. Nadir hallarda: neytropeniya, qanaxmanın güclənməsi ilə müşaiyət oluna bilən trombositopeniya. Çox nadir hallarda: aqranulositoz və ağır infeksiyaların inkişafı (bədən temperaturunun davamlı və ya residivləşən artması, boğazın iltihabı və ümumi vəziyyətin davamlı pisləşməsi). Ayrı-ayrı hallarda: hemolitik anemiya; pansitopeniya. Digər əlavə təsirlər Bəzən: ümumi zəiflik (asteniya). Nadir hallarda: hərarət, allergik pnevmonit. Hər hansı antibiotikoterapiya normada insan orqanizmində olan mikrofloranın dəyişməsinə (bakteriya və göbələklər) səbəb ola bilər. Bu səbəbdən istifadə edilən antibiotikə davamlı bakteriya və göbələklərin sürətli artması baş verə bilər (ikincili infeksiya və superinfeksiya) ki, bu da nadir hallarda əlavə müalicəyə tələbat yarada bilər.. Məlum deyil- ağrılar (kürəkdə, sinədə və ətrafdakı ağrılar da daxil olmaqla).
Doza həddinin aşılması
Levofar dərman vasitəsinin səhvən doza həddinin aşılması zamanı vacib ehtimal edilən simptomlar (əlamətlər) mərkəzi sinir sistemi səviyyəsində rast gəlir (huşun dolaşıqlığı, başgicəllənmə, huşun pozulması və epileptik tutmalar tipində qıcolma tutması). Bundan əlavə, mədə-bağırsaq pozğunluqları (məs., ürəkbulanma) və selikli qişaların eroziv zədələnməsi qeyd edilir.
Buraxılış forması
500 mq tabletlər. 10 tablet, PVX/alüminium folqa blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Fulton medicinali S.p.A. Via Marconi 28/9, 20044 Arese (İtaliya).
Qeydiyyat vəsiqəsinin sahibi
Fulton medicinali S.p.A. Via Marconi 28/9, 20044 Arese (İtaliya).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.