Floxedol 10 ml göz damcısı

Təsiredici maddə: OFLOXACIN
Təsiredici maddəOFLOXACIN
Dərman formasıDamcı
Farmakoloji təsirGöz xəstəliklərinin müalicə üçün preparatlar
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

• İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər; • əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin; • bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. • əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. FLOKSEDOL 3 mq/ml göz damcısı, steril məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Ofloxacin

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq ofloksasin vardır. Köməkçi maddələr: natrium dihidrofosfat monohidrat, dinatrium hidrofosfat dodekahidrat, natrium xlorid, benzalkonium xlorid, inyeksiya üçün su, xlorid turşusu və ya natrium hidroksid (pH tənzimləmək üçün).

Təsviri

Şəffaf, rəngsiz və ya açıq sarı rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Göz xəstəliklərinin müalicə üçün preparatlar. ATC kodu: S01AE01.

Farmakoloji xüsusiyyətləri

Floksedol preparatı göz xəstəliklərində istifadə edilən dərman vasitəsidir. Təsiredici maddə olan ofloksasin flüorxinolon antibiotiklərinə aiddir. Preparat, ofloksasinə qarşı həssas olan bəzi törədicilərə bakterisid təsir göstərir.

İstifadəsinə göstərişlər

Floksedol, ofloksasinə qarşı həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarında istifadə edilir: – konyunktivit (konyunktivanın iltihabı); – blefarit (göz qapağının iltihabı); – blefarokonyunktivit (konyunktivanın və göz qapaqlarının iltihabı); – dakriosistit (göz yaşı kanalının iltihabı); – keratit (buynuz qişanın xorası).

Əks göstərişlər

– Preparatın istənilən komponentinə və xinolonlara (siprofloksasin, levofloksasin və norfloksasin) qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində benzalkonium xlorid vardır. Bu səbəbə görə yumşaq kontakt linzalardan istifadə etməkdən çəkinmək lazımdır. Gözlənilən faydanın potensial riskdən üstün olması halı müstəsna olmaqla, preparatı 1 yaşdan aşağı uşaqlarda istifadə etmək olmaz. 1 yaşdan aşağı uşaqlarda ofloksasinin istifadəsinin təhlükəsizliyi və effektivliyi kifayət qədər öyrənilməmişdir. Preparatın qəbulundan sonra 1 həftə müddətində yaxşılaşma baş vermədikdə və ya simptomlar daha da ağırlaşdıqda, klinik vəziyyətin qiymətləndirilməsi üçün həkimlə məsləhətləşmək lazımdır. Göz infeksiyasının simptomları aşkar edildikdə, kontakt linzalardan istifadəni dayandırmaq lazımdır. Pasiyent bunun əvəzində eynəkdən istifadə edə bilər. İnfeksiyanın simptomları aradan qalxmayınca və ya müalicə bitənə qədər kontakt linzalardan istifadə etmək olmaz. Kontakt linzaları yenidən istifadə etməzdən əvvəl oftalmoloqa müraciət etmək lazımdır. Digər antibiotiklərdə olduğu kimi ofloksasinin uzunmüddətli istifadəsi, göbələklərlə törədilən infeksiyaların inkişafına nadir hallarda səbəb olmasına baxmayaraq, bu, mümkündür. Belə halda preparatın istifadəsini dayandırmaq və müvafiq mülicəyə başlamaq lazımdır. Vətərlərin şişməsi və qırılması, xüsusilə oral və venadaxili flüoroxinolon qəbul edən yaşlı xəstələrdə və kortikosteroidlərlə eyni vaxtda müalicə alan xəstələrdə. Əgər ağrı və vətərlərin şişməsi yaranırsa, dərhal Floksedol preparatın istifadəsini dayandırmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xəstə preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Preparatın tərkibində benzalkonium xlorid 0,1 mq vardır. Konservant qismində iştirak edən benzalkonium xlorid, gözlərdə qıcıqlanmaya səbəb ola bilər. Preparatdan istifadə zamanı yumşaq kontakt linzalardan istifadə etməkdən çəkinmək lazımdır. Preparatı istifadə etməzdən əvvəl kontakt linzalar çıxarılmalı və instilyasiyadan 15 dəqiqə sonra yenidən taxılmalıdır. Belə ki, benzalkonium xlorid yumşaq kontakt linzaların rəngini dəyişə bilər. Benzalkonium xlorid gözlərinizin qıcıqlanmasına səbəb ola bilər, xüsusən quru göz sindromu və ya kornea pozğunluqları varsa (gözün ön tərəfindəki şəffaf təbəqə). Əgər gözdə qıcıqlandırıcı hissi və ya ağrı hiss edirsinizsə, dərhal həkimə müraciət etmək lazımdır. Floksedol preparatının tərkibində fosfat 4,0 mq vardır. Çox nadir hallarda müalicə zamanı gözün ön hissəsindəki şəffaf təbəqəyə (kornea) kalsium yığılması səbəbindən kornea üzərində buludlu ləkələr yarana bilər. QT intervalının uzanmasına səbəb olan preparatlarla (trisiklik antidepressantlar, makrolidlər, bəzi aritmik və antipsixotik dərman preparatları) birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Hamiləlik Hamiləlik dövründə preparatın istifadəsi barədə kifayət qədər məlumat olmadığı üçün bu dövrdə istifadəsi məsləhət görülmür. Preparatın istifadəsi, yalnız ana üçün gözlənilən terapevtik fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür. Laktasiya Preparatın istifadəsi bu dövrdə məsləhət görülmür. Ofloksasin ana südünə nüfuz edir. Preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir. Lakin preparatın istifadəsindən sonra qısa müddət ərzində dumanlı görmə mümkündür. Bu hal aradan qalxmayınca nəqliyyat və digər mexanizmləri idarə etmək olmaz.

İstifadə qaydası və dozası

Preparat böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda istifadə üçün nəzərdə tutulmuşdur. Preparatı, yalnız həkimin təlimatına uyğun istifadə etmək lazımdır. Floksedolun qəbulu ilə bağlı hər hansı bir sual meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Müalicə müddəti və dozalanma həkim tərəfindən hər bir pasiyent üçün fərdi müəyyən edilir. Böyüklər və 1 yaşdan yuxarı uşaqlarda məsləhət görülən doza 1-ci və 2-ci gün 2 və ya 4 saatdan bir 1-2 damcı 3-cü gündən başlayraq Gündə 4 dəfə (hər 6 saatdan bir) Daha ağır hallarda (keratit) Tətyinat, 1-2 damcı hər 1 və ya 2 saatdan bir artırılır. Preparat konyunktival kisəciyə damızdırılır (gözlə göz qapağı arasına). Preparatı istifadə edən zaman, flakonun içərisində olan məhlulun mikrobla çirklənməsinin qarşısını almaq məqsədilə damcısalanın ucunun, gözə, barmaqlara və ya hər hansı səthə toxunmasından çəkinmək lazımdır. İstifadədən sonra flakonun qapağını dərhal bağlamaq lazımdır. Xəstəliyin simptomları aradan qalxdıqdan sonra 48 saat ərzində istifadəni davam etdirmək lazımdır. Minimal müalicə müddəti 5 gündür. Yaşlı pasiyentlərdə, böyrək və qaraciyər çatışmazlığı zamanı dozanın korreksiyası tələb edilmir. Preparatın qəbulu unudularsa, dərhal ötürülən dozanı həmin gün qəbul etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Preparatın istifadəsini, hətta pasiyent özünü yaxşı hiss etsə belə yarımçıq dayandırmaq olmaz. Preparatla bağlı hər hansı bir sual meydan çıxdıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi preparat pasiyentlərdə əlavə təsirlər yarada bilər. Lakin əlavə təsirlər bütün pasiyentlərdə müşahidə edilmir. Adətən, yerli istifadə zamanı ofloksasinin göz məhlulu orqanizm tərəfindən yaxşı qəbul edilir. Tezlik Əlavə təsirlər Nadir Gözlərin müvəqqəti qıcıqlanması: – sancma və gözdə diskomfort. – Yanma hissi. – Gözün qızarması. – Qaşınma (dərinin qıcıqlanması). – Fotofobiya (işığa həssaslıq). Çox nadir – Başgicəllənmə. – Ürərbulanma. – Çox nadir hallarda, gözün ön hissəsindəki şəffaf təbəqəyə (kornea) ciddi ziyan vuran bəzi xəstələrdə müalicə zamanı kalsium yığılması səbəbindən kornea üzərində buludlu ləkələr əmələ gəlir. Məlum deyil Ciddi əlavə təsirlər: (əldə olan məlumatlara – Ofloksasinin istifadəsindən sonra dəridə hədəfəbənzər, qırmızı və ya görə tezliyi mərkəzində suluqlar olan dairəvi ləkələr kimi həyat üçün təhlükəli qiymətləndirmək mümkün olan dəri səpgiləri (Stivens-Conson sindromu, toksik epidermal deyil) nekroliz). Qeyri-ciddi əlavə təsirlər: – Gözlərin ətrafında şişkinlik (göz qapaqlarının şişkinliyi daxil olmaqla). İçlik vərəqəsində qeyd edilən və ya qeyd edilməyən hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.

Doza həddinin aşılması

Doza həddinin aşılması barədə məlumat yoxdur. Preparat səhvən daxilə qəbul edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Buraxılış forması

5 ml və ya 10 ml məhlul, damcıladıcı-dozatorla birlikdə ağ rəngli, qeyri-şəffaf aşağısıxlıqlı polietilen flakonda. Hər bir flakon aşağısıxlıqlı-polietilen, fırlanan və açılmaya nəzarət halqası ilə təchiz edilmişdir. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullantılarının və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarından azad olmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Qutunun üzərində göstərilən ayın son günü yararlılıq müddətinin bitməsini göstərir. Flakon açıldıqdan sonra 28 gün ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Edol-Produtos Farmacêuticos, S.A. Av. 25 de Abril, 6-6A, 2795-225 Linda-a-Velha, Portugal.

Qeydiyyat vəsiqəsinin sahibi

Rich Pharma LP. Summit House, 4-5 Mitchel street, Edinburgh, EH67BD, Birləşmiş Krallıq.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Floxedol 10 ml göz damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar