Flovant 750 mq N7 tablet

Təsiredici maddə: LEVOFLOXACIN
Təsiredici maddəLEVOFLOXACIN
Dərman formasıTablet
Farmakoloji təsirXinolonlar qrupundan olan antibakterial vasitə
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun, çünki orada Sizə lazım olan vacib məlumatlar vardır. • Bu içlik vərəqəni saxlayın: ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin. • Əgər Sizdə əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. • Bu dərman vasitəsi yalnız Sizin üçün təyin edilib. Onu digər insanlara vermək olmaz. Bu onların sağlamlığına mənfi təsir göstərə bilər, hətta onların simptomları eyni olduğu hallarda. • Ciddi əlavə təsirlər meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir əmələ gələrsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. FLOVANT 750 mq örtüklü tabletlər FLOVANT Beynəlxalq patentləşdirilməmiş adı: Levofloxacin

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 750 mq levofloksasinə ekvivalent 768,69mq levofloksasin hemihidrat vardır. Köməkçi maddələr: krospovidon, hidroksipropilmetilsellüloza, mikrokristallik sellüloza, natrium stearilfumarat. Örtük: narıncı opadri II 85F230002: makroqpl/polietilenqlikol, titan dioksid, talk, polivinil spirit və sari FD&C#6/FCFR günəş qürubu sarısı alüminium lakı).

Təsviri

Oval formalı, ağ rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Xinolonlar qrupundan olan antibakterial vasitə ATC kodu: J01MA12.

Farmakoloji xüsusiyyətləri

FLOVANT bakteriyalara qarşı effektiv antibiotikdir. O, flüorxinolonlar qrupuna aiddir. O, bakteriyalarm artmasının, çoxalmasının qarşısını alır və bakteriyaların aradan qaldırılmasını təmin edir. FLOVANT levofloksasinə həssas olan bakteriyalar tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur.

İstifadəsinə göstərişlər

– Burunətrafı ciblərin bakteriyalar tərəfindən törədilən iltihabı (kəskin sinusitlər) – Xronik bronxitin kəskinləşməsi – Xəstəxanadankənar pnevmoniya – Böyrəklərin və sidik yollanrun iltihabı daxil olmaqla böyrək və sidik yollarmın ağırlaşmış infeksiyaları (pielonefritlər) – Bakterial prostatit – Dəri və dəri strukturlarının infeksiyaları: Abses (toxumalarda irinin toplanması), sellülitlər, furunkullar, impetiqo (dərinin səthi infeksion mikrob infeksiyası), piodermit (irinli dəri infeksiyası), yara infeksiyası kimi dərinin və dəri törəmələrinin ağırlaşmamış infeksiyaları – Qarayaranm ağciyər forması

Əks göstərişlər

– Levofloksasinə və ya digər köməkçi komponentlərə qarşı və ya digər flüorxinolonlara (moksifloksasin, siprofloksasin, ofloksasin) qarşı hiperhəssaslıq. Allergik reaksiyalara qaşınma, ödem, tənəffüs problemləri, dodaqların, üzün, udlaq və ya dilin şişməsi aiddir. – Epilepsiya – Əgər Sizdə flüorxinolonların qəbulu ilə əlaqədar vətər xəstəlikləri olubsa – Hamiləlik – Laktasiya dövrü – Uşaqlar və yeniyetmələrdə istifadə Böyüyən orqanizmdə qığırdaqların zədələnməsi riski olduğu üçün uşaqlarda, yeniyetmələrdə, hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

– Ciddi ağciyər infeksiyalan və ya nozokomial infeksiya olduqda (digər antibiotikbrin istifadəsi daha effektiv ola bilər) – Sinir sistemi ilə bağlı xəstəlik və ya xəstəliklə əlaqədar konvulsiv qıcolmalar olduqda – Antibiotiklərin uzun müddət istifadəsi nəticəsində özünü qanlı, sulu ishal ilə biruzə verən bağırsaq iltihabı xəstəliklərində. Əgər kəskin, daimi və/və ya qanlı ishal FLOVANT ilə müalicə ərzində və ya müalicədən sonra müşahidə olunarsa, FLOVANT-ın istifadəsi dərhal dayandırılmalıdır və vaxt itirmədən dəstəkləyici və/və ya spesifik müalicəyə başlanmalıdır. Dərhal bu barədə həkiminizə məlumat verin. Həkiminiz sizə uyğun müalicəni təyin edəcək. – Ağrı, qızartı, hərəkətin məhdudlaşması iltihabın və ya vətərlərin qırılmasının əlaməti ola bilər və yaşlı və ya kortikosteroidləri uzun müddət qəbul edən pasiyentlərdə vətərlərin qırılma riski artır. Həkiminiz bunu daha diqqətlə yoxlamağı tələb edə bilər. – Böyrək çatışmazlığı olduqda: Həkiminiz dozalarda xüsusi düzəlişlər edəcək. – Nadir hallarda FLOVANTqəbul edən pasiyentlərdə foto həssaslıq halları qeyd oluna bilər. FLOVANTqəbul etdiyiniz dövrdə və müalicə bitdikdən sonra 48 saat ərzində güclü günəş şüalarının və solyariy kimi süni ultrabənövşəyi şüaların təsirinə məruz qalmayın. – Superinfeksiya (infeksiya nəticəsində zəifləmiş strukturlarda ikincili infeksiyanın başlanması): Digər antibiotiklərin istifadəsi zamanı olduğu kimi, uzun müddət istifadəsi davamlı orqanizmlərin həddindən artıq artmasına səbəb ola bilər. Bunun qarşısnıı almaq üçün həkim daha diqqətli nəzarət apara bilər. Superinfeksiya baş verdikdə, həkim uyğun müalicə üsulları təyin edəcək. – QT intervalının uzanması (ciddi ürək aritmiyaları və qəfləti ölümə səbəb ola bilən vəziyyət) olduqda: levofloksasin də daxil olmaqla flüorxinolonlar qəbul edən pasiyentlərdə çox nadir hallarda QT intervalının uzanması müşahidə olunur. Aşağıdakı risk qrupları daha çox diqqət tələb edir: • Yaşlılar (65 yaşdan yuxarı) və ya qadınlar • Elektrolit balansınn bərpaolunmayan pozulması (qanda kalium və maqneziumun aşağı səviyyəsi), • Anadangəlmə QT sindromu (ciddi ürək aritmiyaları və qəfləti ölümə səbəb olan vəziyyət) • Ürək xəstəliyi (ürək çatışmazlığı, ürək dayanması epizodu, ürək vurğularının zəifləməsi) • QT intervalını uzadan dərman vasitələrinin yanaşı istifadəsi (IA və III sinfindən olan antiaritmik dərmanlar, bəzi depressiya əleyhinə preparatlar, makrolidlər qrupundan olan antibiotiklər). – Qlükoza-6-fosfatdehidrogenaza fermentinin anadangəlmə çatışmazlığı – Hipoqlikemiya (qanada qlükozanın səviyyəsinin azalmasi): Diabet olduqda və ya insulin və ya oral diabetəleyhinə preparatlar qəbul etdikdə qanda qlükozanın səviyyəsi aşağı düşə bilər və ya koma baş verə bilər (həkiminiz Sizdən mütəmadi olaraq qanda qlükozanın səviyyəsinin yoxlanmasını tələb edə bilər). – Periferik neyropatiya olduqda (hər hansı səbəbdən sinirlərin zədələnməsi-hissiyyatın pozulması) – Miasteniyanın kəskinləşməsi (əzələ zəifliyi xəstəliyinin növü): Flüorxinolonlar əzələ- sinir ötürücülüyünü zəiflətmə təsirinə malikdirlər və miasteniyalı xəstələrdə əzələ zəifliyini kəskinləşdirə bilərlər. Miasteniyalı xəstələrdə flüorxinolonların istifadəsi ilə əlaqədar post-marketinq dövrdə ciddi əlavə təsirlər və tənəffüsü dəstəkləmək üçün tələbatın yaranması qeydə alınmışdır. Miasteniyalı xəstələr flüorxinolonların istifadəsindən çəkinməlidirlər. – Hiperhəssaslıq reaksiyaları: İlk dozadan sonra nadir hallarda fatal potensialı olan ciddi hiperhəssaslıq reaksiyaları (üz və udlağın ödemi) müşahidə oluna bilər. Müalicə dayandırılmalıdır və təcili olaraq həkimi xəbərdar etmək lazımdır. – Ciddi xəstəliklər özünü suluqlarla birüzə verir: FLOVANT Stivens-Conson sindromu (iltihab dəridə və gözlərin ətrafında qanlı suluqlar, ödem və qızartı ilə özünü biruzə verə bilər) və toksik epidermal nekroliz (maye ilə dolu suluqlarla xarakterizə olunan ciddi dəri xəstəliyi) kimi ciddi dəri reaksiyalarına səbəb ola bilər. Belə hallarda müalicəni davam etdirməmişdən əvvəl dərhal həkiminizlə məsləhətləşin. – Çox nadir hallarda levofloksasinin bir dəfəlik dozasından sonra suisidal fikirlər və təhlükəli davranış halları yarana bilər. Belə hallarda həkiminiz müalicəni dayandıra bilər və sizə uyğun müalicə təyin edə bilər. – Psixoloji xəstəliklər olduqda və ya anamnezdə psixi xəstəliklər olduqda L-Floksini ehtiyatla istifadə edin. – İştahın itməsi, sarılıq, sidiyin tündləşməsi, qaşınma və ya abdominal həssaslıq olduqda, dərhal həkiminizə məsləhət üçün müraciət edin. Müalicə dayandırıla bilər və müvafiq müalicə təyin oluna bilər. – Əgər Sizdə nə vaxtsa qıcolma olubsa – Kortikosteroidlər istifadə edirsinizsə. Yuxarıda göstərilən hallardan hər hansı biri keçmişdə baş vermişsə, bu barədə həkiminizə məlumat verin. FLOVANT-ın tərkibindəki bəzi köməkçi maddələr barədə vacib məlumat Нəг bir dozanın tərkibində 1 mmol-dan (23 mq) az natrium var; natriumla əlaqədar əlavə təsirlər bu doza ilə əmələ gəlmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

• Tərkibində maqnezium, aluminium, dəmir və ya sink olan dərmanlar (məsələn, antasidlər); Onlar FLOVANT-ın absorbsiyasını azaldır və 2 saat əvvəl və ya sonra qəbul olunmalıdır. • Kortikosteroidlər istifadə etdikdə, Mədə xorası və reflüks xəstəliklərin müalicəsi üçün sukralfat istifadə etdikdə: Нəг iki dərman vasitəsi yanaşı istifadə edildikdə sukralfatı FLOVANT-ın qəbulundan ən azı iki saat əvvəl istifadə etmək tövsiyyə olunur. • Bronxları genişləndirən və tənəffüsü asanlaşdıran teofillin (FLOVANT ilə yanaşı təyin edildikdə beyində qıcolmanın qıcıq qapısını azaldır) • Teofillin, fenbufen və ya oxşar qeyri-steroid iltihabəleyhinə preparatlar (FLOVANT ilə yanaşı təyin edildikdə beyində qıcolmanın qıcıq qapısını azaldır) • Podaqra üçün istifadə olunan probenesid və ya mədə xorası üçün istifadə olıman simetidin (FLOVANT-ın orqanizmdən xaric olmasını azaldır) • Siklosporin orqanların transplantasiyası üçün istifadə olunur. Ofloksasinlə yanaşı istifadəsi Siklosporinin əlavə təsirlərini artırır. • К vitamininin antaqonistləri (varfarin) qanın laxtalanmasının qarşısını alır. Bu təsir arta bilər və qanaxma riski yarana bilər. Həkiminiz qanın laxtalanması testlərinin aparılma- sını tələb edə bilər. • QT intervalını uzadan dərman vasitələri (bu ciddi ürək aritmiyalarına səbəb ola bilər) o IA (xinidin) və III (amiodaron) sinif antiaritmik preparatlar o Depressiyaəleyhinə preparatlar (trisiklik antidepressantlar) o Makrolidlər (antibiotik qrupu) o Antipsixotik preparatlar (bəzi mental xəstəliklərin müalicəsi üçün istifadə olunur) Digər dərmanlar: Diqoksin, qlibenklamid və ranitidinin FLOVANT-ın təsirini dəyişmir. Hal- hazırda və ya yaxın zamanlarda istifadə etdiyiniz bütün reseptli və reseptsiz dərmanlar barədə həkiminizə və ya əczaçıya xəbər verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Levofloksasinin hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur. İnsan üçün potensial riski məlum deyil. İnsanlar üçün kifayət qədər məlumat olmadığı üçün və eksperimental tədqiqatlarda böyüyən orqanizmdə qığırdaqlarda flüorxinolonların nümayış etdirdiyi riski nəzərə alaraq FLOVANT hamiləlik zamanı istifadə olunmamalıdır. Müalicə ərzində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya Dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Levofloksasinin heyvanlarda və ya insanlarda süd ilə ekskresiyası barədə məlumatlar məhduddur. Levofloksasinin ana südü ilə ekskresiyası barədə olan fiziki-kimyəvi və farmakodinamik/toksikoloji məlumatlara əsasən körpə üçün risk qaçılmazdır. Eksperimental tədqiqatlarda böyüyən orqanizmdə qığırdaqlarda flüorxinolonların nümayış etdirdiyi riski nəzərə alaraq FLOVANT ana südü ilə qidalandırma zamanı istifadə olunmamalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri FLOVANT-ın istifadəsi pasiyentlərin diqqətinə və reaksiya qabiliyyətinə təsir edə biləcək yuxululuq, başgicəllənmə, görmə pozğunluqları kimi arzuolunmaz təsirlərə səbəb ola bilər. Avtomobilin idarə olunması və digər mexanizmlərin istifadəsi zamanı xüsusi diqqət tələb olunduqda bu qabiliyyətin aşağı düşməsi risklərin ehtimalını artırır. FLOVANT-ın istifadəsi zamanı bu əlavə təsirlər olduqda avtomobildən və digər mexanizm- lərdən istifadə etməyin.

İstifadə qaydası və dozası

FLOVANT örtüklü tabletləri peroral qəbul olunur. Tabletlər kifayət qədər su ilə, bütöv udulmalıdır. Lazım olan doza üçün tabletlər xətt üzrə bölünə bilər. Tabletlər yemək zamanı və yemək arasında fasilə zamanı qəbul oluna bilər. FLOVANTdəmir duzları, antasidlər və sukralfatlann istifadəsindən ən azı iki saat əvvəl və ya sonra istifadə olunmalıdır, belə ki, absorbsiyanın azalması baş verə bilər. Həkiminiz lazım olan dozanı təyin edəcək. FLOVANT böyüklərdə istifadə olunur. FLOVANT örtüklü tabletlər gündə bir və ya iki dəfə təyin olunur. Dozalanma infeksiyanın növündən və ağırlığından və həmçinin infeksiyanı törədən bakteriyanın həssaslığından asılıdır. FLOVANT aşağıdakı dozalarda tövsiyə olunur: Göstəriş Gündəlik doza (infeksiyanın Müalicə müddəti ağırlığmdan asılı olaraq) Kəskin sinusit (kəllə sümüklərində hava ilə gündə bir dəfə 500 mq 10-14 gün dolu ciblərin iltihabı) Xronik bronxitin kəskinləşməsi gündə bir dəfə 250-500 mq 7-10 gün Xəstəxanadan xaric pnevmoniya gündə bir və ya iki dəfə 500 mq 7-14 gün Pielonefrit daxil olmaqla sidik yollarının gündə bir dəfə 500 mq 7-10 gün ağırlaşmış infeksiyaları (sidik yolları və böyrəklərin iltihabı) Dəri və dəri törəmələrinin iltihabı gündə bir dəfə 250 mq və ya 7-14 gün gündə bir və ya iki dəfə 500 mq Xronik bakterial prostatit (Prostatın iltihabı) gündə bir dəfə 500 mq 28 gün Qarayaranın ağciyər forması gündə bir dəfə 500 mq 8 həftə Müalicə müddəti xəstəlikdən asılı olaraq dəyişir (yuxarıdakı cədvələ bax). Antibiotiklə müalicə zamanı olduğu kimi, FLOVANT-ın qəbulu xəstədə qızdırma düşdükdən sonra və bakteriyalar məhv olunduqdan ən azı 48-72 saat sonra davam olunmalıdır. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi FLOVANT uşaqlarda və yeniyetmələrdə istifadə olunmur. Yaşlılarda istifadəsi Əgər yaşlılarda böyrək funksiyaları pozulmayıbsa, FLOVANTdozasını dəyişməyə ehtiyac yoxdur. Xüsusi vəziyyətlərdə istifadəsi Böyrəklərin zəifliyi Əgər böyrəklərin funksiyası zəifləyibsə, həkiminiz FLOVANT-ın dozasını azaldaraq və daha diqqətli monitorinq aparacaq. Kreatinin klirensi < 50 ml/dəq olan xəstələrdə doza həkim tərəfindən təyin olunmalıdır (infeksiyanın ağırlığından asılı olaraq) Qaraciyərin zəifliyi Qaraciyər funksiyasınm zəifliyi zamanı FLOVANT-ın dozasını dəyişdirlməsinə ehtiyac yoxdur. Həkiminiz müalicənin müddətini təyin edəcək. Müalicəni həkimlə məsləhətləşmədən dayandırmayın. Əgər Siz FLOVANT-ın təsirinin çox zəif və ya güclü olduğunu fıkirləşirsinizsə, həkiminizə və ya əczaçıya məlumat verin. FLOVANT-ın qida və içkilərlə istifadəsi Qida qəbulu FLOVANT-ın qəbul olunmasına təsir etmir; Siz həkim tərəfindən təyin olunan miqdarda tabletləri yeməkdən əvvəl və ya sonra qəbul edə bilərsiniz. Əgər Siz, tərkibində maqnezium, aluminium, dəmir və ya sink olan preparatlar, antasid adlanan mədə turşusunu neytrallaşdıran preparatlar və reflyuks zamanı sukralfat istifadə edirsinizsə, L- floksini bu dərmanların qəbulundan ən azı iki saat əvvəl və ya sonra istifadə etmək lazımdır, belə ki, onlar FLOVANT-ın absorbsiyasına təsir edə bilər. Flovant-ın qəbul etməyi unutmusunuzsa Dozanı qəbul etməyi unutduqda onu yadınıza düşən kimi qəbul edin. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. FLOVANT qəbulunu dayandırdıqda Həkiminizlə məsləhətləşmədən FLOVANT qəbulunu dayandırmayın, simptomlar yenidən qayıda bilər və bakteriyalara qarşı davamlılıq yarana bilər.

Əlavə təsirləri

Bütün dərmanlar kimi FLOVANT onun koməkçi maddələrinə qarşı hiperhəssaslığı olan pasiyentlərdə əlavə təsirlərə səbəb ola bilər. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri yarandıqda müalicəni dayandırın, dərhal həkiminizə məlumat verin və ya yaxındakı təcili yardım məntəqəsinə müraciət edin: Nadir (10000 pasiyentdən <1-də rast gəlir) • Qaşınma və dərinin qızarması ilə müşaiyət olunan dodaqların, udlağın və dilin ödemi, udmanın və tənəffüsün çətinləşməsi (hiperhəssaslıq-anafilaksiya) Naməlum • Stivens-Conson sindromu, multiformalı eritema (dəridə və göz ətrafrnda qanlı suluqlar, ödem və qızartı ilə özünü biruzə verən iltihab) və toksik epidermal nekroliz (dəridə maye ilə dolu suluqlarla özünü biruzə verən ciddi dəri xəstəliyi). Bu əlavə təsirlər çox ciddi əlavə təsirlərdir. Bunlardan birinin olması L-floksinə qarşı ciddi allergiyanın olmasının göstəricisidir. Ciddi həkim müalicəsinə və ya hospitalizasiyaya ehtiyac ola bilər. Aşağıdakı hallardan hər hansı biri olduqda dərhal həkiminizə və ya yaxındakı xəstəxanaya müraciət edin. Nadir (1000 pasiyentdən <l-də və ya 10000 pasiyentdən >l-də rast gəlir) • Vətərlərdə ağrı və ya iltihab onların qrılmasına gətirib çıxara bilər. Əsasən Axill vətəri zədələnir. • Qeyri-iradi əzələ yığılmaları (konvulsiyalar) Naməlum • İştah itməsi, gözlərin skleralarının və dərinin saralması, sidiyin tündləşməsi, qaşınma, əsasən qarın nahiyəsində. Bu, qaraciyər problemlərinin simptomları ola bilər və bəzən fatal ola bilər. • Miasteniyanın kəskinləşməsi (əzələ zəifliyi xəstəliyinin növü) • Ürək aritmiyası, ürəkdöyünmə • Yandırma, göynətmə, ağrı və keyləşmə. Bunlar neyropatiyamn əlamətləri ola bilər. • Kəskin, daimi qanlı ishalla müşayiət olunan spazm şəkilli qarın ağrıları və yüksək hərarət. Bu, ciddi bağırsaq problemlərinin əlaməti ola bilər. Bunlar çox ciddi əlavə təsirlərdir. Ciddi həkim nəzarəti tələb oluna bilər. Ciddi əlavə təsirlər nadir hallarda baş verir. Aşağıdakı hallardan hər hansı biri olduqda həkiminizə müraciət edin: Tez-tez rast gəlinən (10 pasiyentdən < l-də rast gəlinir): • Ürəkbulanma, qusma, ishal • Qanda bəzi qaraciyər fermentlərinin artması • Baş ağnsı, başgicəllənmə • Yuxusuzluq Bəzən rast gəlinən (100 pasiyentdən < 1-də rast gəlir) • Göbələk infeksiyası, digər mikroorqanizmlərin davamlılığının artması • Qaşınma və dəri səpgiləri, övrə • Qarında ağrı, mədə pozulması, iştahın itməsi • Başgicəllənmə (vertiqo) • Narahatlıq, huşun pozulması • Yuxululuq, titrəmə, dadbilmənin zəifləməsi • Tənəffüsün qısalması (dispnoe) • Əzələ və oynaq ağrıları • Qaraciyər və böyrək problemləri ilə əlaqədar olaraq qan müayinələri gözlənilməz nəticələr görsədə bilər (bilirubin, kreatininin artması) • Ağ qan hüceyrələrinin sayının azalması (leykopeniya) • Zəiflik Nadir (1000 pasiyentdən <1-də rast gələ bilər) • Qanda qlükozanın azalması. Bu vəziyyət diabetik xəstələr üçün vacibdir və komaya səbəb ola bilər. • Vizual və eşitmə hallyusinasiyaları, narahatlıq, depressiya ilə müşaiyət olunan mental xəstəliklər • Kabus yuxu görmələr • Görmənin pozulması daxil olmaqla göz xəstəlikləri • Qulaqlarda küy • Əzəlı zəifliyi. Bu vəziyyət miasteniyalı (sinir sistemi ilə əlaqəli nadir xəstəlik) xəstələr üçün vacibdir. • Qan təzyiqinin aşağı olması • Ürəkdöyünmənin artması • Trombositlərin saynıın azalması ilə əlaqədar qanaxma və göyərmə baş verə bilər (trombositopeniya) • Ağ qan hüceyrələrinin azalması (neytropeniya) • Qızdırma • İnterstisial nefrit adlanan böyrəklərin allergik reaksiyaları nəticəsində yaranan böyrək çatışmazlığı və ya böyrəklərin funksiyasının dəyişməsi. Çox nadir (10000 pasiyentdən <1-də rast gəlir) • Porfriyalı xəstələrdə tutmalar (nadir metabolik xəstəlik) Naməlum • Qanda qlükozanın azalması nəticəsində koma • Suisidal davranış və özünə qəsd etmə cəhdləri • Dadbilmənin itməsi • İybilmənin itməsi də daxil olmaqla iybilmə pozulması • Eşitmə qabiliyyətinin zəifləməsi • Dərinin günəş və ultrabənövşəyi şüalara qarşı həssaslığının artması (fotohəssaslıq) • Bütün qan hüceyrələrinin sayının azalması (pansitopeniya) və ya qırmızı qan hüceyrələrinin azalması (anemiya). Qırmızı qan hüceyrələrinin zədələnməsi və bütün qan hüceyrələrinin azalması nəticəsində dəri avazımış və ya sarı rəngdə ola bilər. Qızdırma, boğaz ağrısı, ümumi zəiflik hissi əmələ gələ bilər. • Ekstremal immun reaksiyalar baş verə bilər (hierhəssaslıq) • Hərəkət və yerimədə problemlər (diskineziya, ekstrapiramidal pozğunluqlar) • Tənəffüsün çətinləşmısi və xrıltı (bronxospazm) • Allergik pnevmoniya • Allergik reaksiyalar nəticəsində qan damarlarınn iltihabı. Bunlar FLOVANT-ın yüngül əlavə təsirləridir. İçlik vərəqədə təsvir olunmayan hər hansı əlavə təsirlər yarandıqda həkimə və ya əczaçıya müraciət edin. Doza həddinin aşüması Lazım olduğundan artıq dozada FLOVANT qəbul etdikdə həkimə və ya əczaçıya məlumat verin. Doza həddinin aşılması əlamətlərinə huşun pozulması, başgicəllənmə və konvulsiv qıcolmalar kimi mərkəzi sinir sistemi simptomları, QT intervalımn uzanması və ürəkbulanma aiddir.

Buraxılış forması

7 tablet blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmada, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanm üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Məhsulda və ya qablaşdırmada hər hansı qüsur olduqda preparatı istifadə etməyin.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

İlko İlaç San. ve Tic. A.Ş. 3. Organizə Sənaye Bölgəsi Kuddusi Cad. 23. Sok. No: 1 Selçuklu/Konya Türkiyə.

Qeydiyyat vəsiqəsinin sahibi

İlko İlaç San. ve Tic. A.Ş. Veysel Karani Mah. Çolakoğlu Sok. No: 10 34885 Sancaktepe/İstanbul Türkiyə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Flovant 750 mq N7 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar