Pascorbin 7,5 q 50 ml infuziya

Təsiredici maddə: ASCORBIC ACID
Təsiredici maddəASCORBIC ACID
Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirVitamin preparatları. Askorbin turşusu ( Vitamin C), kombinasiyaları daxil olmaqla
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

27,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxuyun, orada Sizin üçün vacib məlumat ola bilər. Bu preparat uşaqların və böyüklərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Lakin Paskorbinlə müalicə zamanı uğur əldə etmək üçün onu təlimata uyğun qəbul etmək lazımdır. Digər məlumat və ya məsləhətə ehtiyac olduqda öz əczaçınızla məsləhətləşə bilərsiniz. Simptomlarınız kəskinləşərsə və ya düzəlməzsə mütləq həkiminizlə məsləhətləşin. Əgər preparatın əlavə təsirlərindən hansısa ciddi xarakter alarsa və ya içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir müşahidə olunarsa, o zaman həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın. PASKORBİN 7,5 q infuziya üçün məhlul PASCORBIN 7,5 g Beynəlxalq patentləşdirilməmiş adı: Ascorbic acid

Tərkibi

Təsiredici maddə: 1 ml infuziya üçün məhlulun tərkibində 150 mq askorbin turşusu vardır. Köməkçi maddələr: natrium hidrokarbonat, inyeksiya üçün su.

Təsviri

Şəffaf sarımtıl mayedir.

Farmakoterapevtik qrupu

Vitamin preparatları. Askorbin turşusu ( Vitamin C), kombinasiyaları daxil olmaqla. ATC kodu: A11GA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Paskorbin-in tərkibi insan orqanizmi üçün vacib aktiv maddə olan askorbin turşusundan (= C vitamini) ibarətdir. Vitamin C reduksiya potensialı sayəsində çoxsaylı fermentativ reaksiyalarda ko-faktor rolunu oynayaraq immun sistemi, sinir sistemi, sümüklər, dəri və birləşdirici toxumaya təsir edir; məsələn, C vitamini kollagen yaranmasında və ya neyrotransmitterlərin biosintezində iştirak edir. Bundan başqa, C vitamini antioksidant xüsusiyyətləri sayəsində sərbəst radikalları effektiv şəkildə aradan qaldırır. Farmakokinetikası Askorbin turşusunun farmakokinetik profili dozadan və qəbul üsulundan asılıdır. Parenteral istifadə askorbin turşusunun plazmada ağızdan qəbulla müqayisədə daha yüksək səviyyədə olmasına gətirib çıxarır (> 2,3 mmol/l 7,5q askorbin turşusu/50 ml infuziyadan sonra 40 mq/dl-lə ekvivalentdir). Yüksək dozada infuziyadan sonra plazmada yarımparçalanma dövrü sağlam şəxslərdə böyrək klirensinə görə 1,5 ilə 2,5 saat arasındadır.

İstifadəsinə göstərişlər

Askorbin turşusu (vitamin C) suda həll olan vitamindir. Paskorbin qida ilə əvəz olunmayan vitamin C çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur, məsələn, skorbut və Meller-Barlou xəstəliklərində. Analizlər nəticəsində plazmada askorbin turşusunun səviyyəsinin aşağı düşməsi qeyri-düzgün və kifayət etməyən qida, infeksion xəstəliklər (qrip infeksiyası və iltihabi proseslər), ağır travma, xərçəng nəticəsində yaranan kaxeksiyalarda, uşaqlarda olan methemoqlobinemiyada (zəhərlənmə nəticəsində qanda oksigen nəqlinin zəifləməsi). Uşaqlarda istifadəsi: 12 yaşa qədər uşaqlarda askorbin turşusunun parenteral istifadəsinin gündəlik norması 5-7 mq/kq təşkil edir. Uşaqlarda methemoqlobinemiyanın müalicəsi zamanı askorbin turşusunun gündəlik dozası 100 mq/kq təşkil edir. Yaşlı insanlarda istifadəsi: Kifayət qədər maye qəbulunu təmin etmək lazımdır (sutkada təqribən 1,5-2 l). Şəkərli diabet xəstələri üçün məlumat Parenteral yeridilmiş askorbin turşusu qan şəkərini ölçmə testinə təsir edə bilər. Şəkərli diabet xəstələri Paskorbin preparatını həkim nəzarəti altında qəbul etməlidirlər.

Əks göstərişlər

Aşağıda Pascorbin-in yalnız müəyyən şərtlər əsasında və yalnız xüsusi nəzarət altında istifadə olunması göstərilmişdir. Lütfən, həkiminizlə məsləhətləşin. Böyrəkdə oksalat daşlarının, orqanizmdə dəmirin toplanmasında (talassemiya, sideroblast anemiya, hemoxromatoz) və yaxud müxtəlif xəstəliklər zamanı preparat yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qramlıq dozalarda preparatın yeridilməsi askorbin turşusunun sidikdə konsentrasiyasını bəzi kimyəvi birləşmələrin (qlükoza, sidik turşusu, kreatinin, qeyri-üzvi fosfatlar) laborator müayinə nəticələrinə təsir edəcək səviyyəyə çatdırır. Bundan başqa, nəcisin gizli qana görə analizi zamanı yanlış mənfi nəticə alına bilər. Ehtiyatla Paskorbin preparatının yüksək dozada venadaxili yeridilməsi böyrəkdə kalsium-oksalat kristallarının yığılması böyrək daşlarının kəskin böyrək çatışmazlığına gətirib çıxara bilər. Bu hal 1,5-2,5q doza nəticəsində müşahidə olunub. Kəskin böyrək çatışmazlığı olan xəstələr bu halda böyük risk altında ola bilərlər. Bu halda kifayət qədər maye qəbulunu təmin etmək lazımdır. Böyrəkdaşı xəstəliyi residivlərindən əziyyət çəkən pasiyentlərdə vitamin C-nin sutkalıq dozası 100-200 mq-dan artıq olmamalıdır. Ağır və ya terminal böyrək çatışmazlığı olan pasiyentlər (dializ xəstələri) sutkada 50-100 mq-dan çox vitamin C qəbul etməməlidir. Eritrositlərində qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı (eritrositlərdə irsi maddələr mübadiləsi pozulması) olan xəstələrə yüksək dozada (sutkada 4 q-dan çox) Vitamin C yeridildikdə bəzi hallarda ağır hemoliz (qırmızı qan cisimciklərinin tamlığının pozulması) meydana çıxmışdır. Ona görə askorbin turşusunun sutkalıq dozası 100-500 mq-dan çox olmamalıdır. Tənəffüs pozulması olan xəstələrdə (astma, xroniki bronxit və ya siqaret çəkmə nəticəsində öskürək) Paskorbin preparatının qəbulu zamanı (7,5q-dan yüksək) kəskin təngnəfəslik müşahidə oluna bilər. Kimyəvi reduksiya prosesini ləngidən preparatlarla birgə Paskorbini istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Paskorbin məhlulu yüksək oksidləşmə-reduksiya potensialına malik olduğuna görə digər preparatların kimyəvi tərkibini dəyişə bilər. Ona görə preparatın birgə istifadəsinə baxarkən onun digər preparatlarla uyğunluğu yoxlanılmalıdır. Askorbin turşusunun flufenazinlə birgə istifadəsi zamanı flufenazinin plazmada konsentrasiyası azalır. Qarşılıqlı təsir haqqında məlumat olmasa da, kimyəvi-terapiya kursunu keçmiş pasiyentlərə yüksək dozada Paskorbin məhlulunu kimyəvi terapiyadan 1-3 gün (şişəleyhinə preparatın yarımparçalanma dövründən asılı olaraq) sonra təyin etmək olar. Asetilsalisil turşusu, peroral kontraseptivlər, təzə çəkilmiş meyvə şirəsi və qələvi içkilər askorbin turşusunun mənimsənilməsini və sorulmasını azaldır. Askorbin turşusu salisilatlarla və qısa təsirli sulfanilamidlərlə müalicə zamanı kristalluriyanın meydana çıxma riskini artırır, turşuların böyrəklərlə xaric olmasını ləngidir, qələvi reaksiyaya malik olan preparatların (həmçinin alkaloidlərin) xaric olunmasını artırır, peroral kontraseptivlərin qanda konsentrasiyasını azaldır. Neyroleptiklərin (fenotiazin törəmələrinin) terapevtik effektini, amfetamin və tritsiklik antidepressantların kanalcıq reabsorbsiyasını azaldır. Vitamin C-nin yüksək dozaları antikoaqulyantların effektivliyini azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik zamanı askorbin turşusunun sutkalıq dozası 100-500 mq-dan çox olmamalıdır. Laktasiya dövrü Laktasiya zamanı askorbin turşusunun sutkalıq dozası 100-500 mq-dan çox olmamalıdır. Askorbin turşusu ana südünə ifraz olunur və plasentar baryeri keçir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Heç bir xüsusi ehtiyat tədbirinə ehtiyac yoxdur.

İstifadə qaydası və dozası

Adətən Paskorbin venadaxili yavaş-yavaş yeridilir. Paskorbini həmişə təlimata əsasən istifadə edin. Əgər dərmanın necə istifadə olunmasına əmin deyilsinizsə, o zaman həkiminizə ya da əczaçınıza müraciət edin. Adətən preparat həkim tərəfindən təyin və tətbiq edilir. Əgər preparatı həkim təyinatı olmadan qəbul edirsinizsə, o zaman dozalanma aşağıda qeyd olunmuşdur. Periferik venadaxili infuziya üçün 50 ml Paskorbin məhlulunu 100 ml izotonik natrium xlorid məhluluna əlavə edib, vena daxilinə yavaş yeritmək məsləhət görülür. Uzunmüddətli parenteral qidalanma zamanı Vitamin C çatışmazlığının profilaktikası məqsədilə: Böyüklər üçün askorbin turşusunun sutkada 100-500 mq dozada (0,7-3,3 ml Vitamin C – Paskorbin məhluluna uyğun gəlir) vena daxilinə təyini məsləhət görülür Uşaqlara askorbin turşusu vena daxilinə sutkada 5-7 mq/kq təyin edilir. Uşaqlarda methemoqlobinemiya: Xəstələrdə askorbin turşusu birdəfəlik 500-1000 mq (3,3-6,6 ml Paskorbin məhluluna uyğun gəlir) dozada vena daxilinə yeridilir. Lazım gəldikdə təkrar inyeksiyaya yol verilir. Maksimal sutkalıq doza 100 mq/kq-ı keçməməlidir. Paskorbin preparatının qida və içkilərlə birlikdə istifadəsi Heç bir xüsusi ehtiyat tədbirinə ehtiyac yoxdur.

Əlavə təsirləri

Bütün dərmanlar kimi Paskorbin də bəzi şəxslərdə əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Əlavə təsirlər rastgəlmə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: Çox tez-tez 10 pasiyentdən 1-də rast gəlinən Tez-tez 100 pasiyentdən 1-10 pasiyentdə Bəzən 1000 pasiyentdən 1-10 pasiyentdə Nadir hallarda 10000 pasiyentdən 1-10 pasiyentdə Çox nadir hallarda 10000 pasiyentdən 1 pasiyentdə Məlum deyil rast gəlmə tezliyini müəyyən etmək mümkün deyil Çox nadir hallarda, hiperhəssaslıq reaksiyaları (məsələn, tənəffüsün pozulması, allergik dəri reaksiyaları) ola bilər. Çox nadir hallarda, yüksək dozalar mədə-bağırsaq pozulmalarına (məs., ürəkbulanma, qusma, ishal) səbəb ola bilər. Bəzi hallarda, simptomatik olaraq qan dövranının pozulması (məsələn, başgicəllənmə, ürəkbulanma və görmənin pozulması) ola bilər. Kəskin infeksiyalar zamanı çox nadir hallarda titrətmə və temperaturun yüksəlməsi müşahidə oluna bilər. Əlavə təsirlərin yarandığı zaman tələb olunan göstərişlər İnyeksiya və yaxud infuziyanın dərhal dayandırılmalıdır. Əgər əlavə təsirlərdən hansısa daha güclüdürsə və ya sizdə digər əlavə təsirlər müşahidə olunursa, o zaman öz həkiminizə müraciət edin və ya əczaçınızla əlaqə saxlayın.

Doza həddinin aşılması

Böyrək daşları yaranması riski və ya hemoliz üçün “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” hissəsinə nəzər yetirin.

Buraxılış forması

50 ml infuziya üçün məhlul, qəhvəyi şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun və flakonun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. İnyeksiya üçün məhlulun tərkibində heç bir konservant yoxdur və dərman vasitəsi birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. İnyeksiya məhlulu flakon açıldıqdan dərhal sonra istifadə olunmalıdır. İstifadə edilməmiş dərman qalığı atılmalıdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Əczaçı sahibkar Pascoe pharmazeutische Präparate GmbH Schiffenberger Weg 55, D-35394 Giessen, Germany. Faks: +49(0)641/7960-109. Elektron ünvan : [email protected] Azərbaycanda rəsmi distribyuter Planeta PCC. Əlavə məlumat Təzə meyvə və tərəvəzlərdə insanların vitamin C-yə olan tələbatlaının ödənilməsi üçün kifayət qədər askorbin turşusu vardır. Lakin kartofun və müxtəlif tərəvəzlərin düzgün saxlanılmaması nəticəsində onlarda vitamin itkisi baş verir. Ümumiyyətlə, Mərkəzi Avropa ölkələri sakinlərində bu vitamin qida ilə orqanizmə kifayət qədər daxil olur. Əsasən, yaşlı insanlarda yemək vərdişlərinin dəyişməsi nəticəsində vitamin C avitaminozu müşahidə olunur. Südəmər körpə uşaqlarda isə vitamin C-nin kənardan qəbulu vacibdir. Vitamin C çatışmazlığı, yalnız düzgün və qeyri-kafi qidalanma nəticəsində yox, ağır xəstəliklər nəticəsində də əmələ gələ bilər. Vitamin C-nin nadir, həm də çox ciddi olan çatışmazlığı skorbut (sinqa) xəstəliyi, bədən zəifliyi və qanaxma ilə müşahidə olunur.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pascorbin 7,5 q 50 ml infuziya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar