Teraflu maks N12 tablet

Təsiredici maddə: PARACETAMOL + CAFFEINE + PHENYLEPHRINE + TERPIN HYDRATE + ASCORBIC ACID
Təsiredici maddəPARACETAMOL + CAFFEINE + PHENYLEPHRINE + TERPIN HYDRATE + ASCORBIC ACID
Dərman formasıTablet
Farmakoloji təsirDigər analgetiklər və antipiretiklər. Parasetamol digər preparatlarla (psixoleptiklər istisna olmaqla) kombinasiyada
İstehsal ölkəsiİrlandiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,20 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TERAFLYU MAKStab tabletlər THERAFLU MAXtab Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol, Coffeine, Phenylephrine, Terpin hydrate, Ascorbic acid

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq parasetamol, 25 mq kofein, 5 mq fenilefrin hidroxlorid, 20 mq terpinhidrat, 30 mq askorbin turşusu (etilselüloza örtüklü) vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, prejelatinləşdirilmiş nişasta, talk, stearin turşusu, povidon, kalium sorbat, natrium lauril sulfat, sarı günəş qürubu boya maddəsi (E110).

Təsviri

Bir tərəfində “PSp” həkk olunmuş, narıncı-ağ rəngli, kapsul formalı ikiqatlı tabletlərdir.

Farmakoterapevtik qrupu

Digər analgetiklər və antipiretiklər. Parasetamol digər preparatlarla (psixoleptiklər istisna olmaqla) kombinasiyada. ATC kodu: N02BE51.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Parasetamol – ağrıkəsici və qızdırmasalıcı preparatdır. Onun təsir mexanizmi ilk növbədə, mərkəzi sinir sistemində prostaqlandinlərin sintezinin inhibə olunmasına əsaslanır. Prostaqlandinlərin periferik toxumalarda inhibə olunmaması səbəbindən, preparat anamnezində mədə-bağırsaq qanaxmaları olan pasiyentlərdə və ya yaşlı pasiyentlərdə istifadə etmək üçün yararlıdır. Kofein parasetamolun analgetik təsirini bir neçə mexanizm vasitəsilə gücləndirir: (i) adenozinin periferik pronosiseptiv təsirinin blokadası; (ii) endogen analgetik sistemini təşkil edən mərkəzi noradrenergik keçiriciliyinin aktivləşdirilməsi; və (iii) ağrının affektiv komponentinin sonrakı modulyasiyası ilə MSS-in stimullaşdırılması. Fenilefrin hidroxlorid – əsasən α-adrenoreseptorlara təsir göstərən simpatomimetik preparatdır. Fenilefrin hidroxlorid burunun selikli qişasının ödemini azaldır. Terpinhidrat bronxial sekresiyanı gücləndirir və produktiv öskürəkdə bəlğəmgətirici kimi istifadə olunur. Askorbin turşusu (C vitamini) soyuqdəymə daxil olmaqla, virus xəstəliklərinin başlanğıc mərhələlərində baş verən C vitamin itkisini kompensasiya etmək üçün adətən, soyuqdəyməəleyhinə komponentlərin kombinasiyasına daxil edilir. Farmakokinetikası Parasetamol mədə-bağırsaq traktından sürətlə və demək olar ki tamamilə sorulur. Terapevtik konsentrasiyalarda parasetamolun qan plazmasının zülalları ilə birləşməsi minimaldır. Qaraciyərdə metabolizmə məruz qalır və əsasən, qlükuronid və sulfat şəklində sidiklə xaric olunur, 5 %-dən aşağı miqdarı orqanizmdən dəyişilməmiş halda xaric olunur. Kofein peroral qəbul edildikdən sonra sürətlə və tamamilə sorulur, 5 ilə 120 dəqiqə arasında maksimal konsentrasiyaya çatır (dozadan, sağlamlıq vəziyyətindən və eyni zaman qəbul olunan digər preparatlardan asılı olaraq), orqanizmdə geniş paylanır, təxminən 35% plazma zülalları ilə bağlanır, sidikdə ifraz olunan müxtəlif ksantinlərə qədər oksidləşmə və demetilləşmə yolu ilə qaraciyərdə demək olar ki, tamamilə metabolizə olunur. Peroral qəbulundan sonra orta yarımxaricolma dövrü 1,9-12,2 saat diapazonunda təxminən 4,9 saat təşkil edir. Fenilefrin hidroxlorid mədə-bağırsaq traktından qeyri-bərabər sorulur və monoaminooksidaza fermenti vasitəsi ilə bağırsaqda və qaraciyərdə ilkin metabolizmə məruz qalır. Beləliklə, peroral yolla qəbul edildikdə, fenilefrin hidroxloridin biomənimsənilməsi aşağıdır. Sidiklə sulfat şəklində xaric olunur. Terpinhidrat – məlumat yoxdur. Askorbin turşusu mədə-bağırsaq traktından sürətlə sorulur və orqanizmin bütün toxumalarında paylanır, 25%-i qan plazmasının zülalları ilə birləşir. Askorbin turşusunun artıq miqdarı metabolitlər şəklində sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər

Bədən temperaturunun yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, zökəm, burunun tutulması, əzələ ağrıları və burunətrafı ciblər nahiyəsində ağrısı kimi “soyuqdəymə” və qrip simptomlarının yüngülləşdirilməsi.

Əks göstərişlər

Aşağıda göstərilən pasiyentlərə preparatın istifadəsi əks göstərişdir: – anamnezində parasetamola, kofeinə, fenilefrinə, terpinhidrata, askorbin turşusuna və ya preparatın tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslığı olan; – hal-hazırda və ya son 2 həftə müddətində monoaminooksidaza (MAO) fermentinin inhibitorlarından istifadə edən (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində parasetamol vardır. Digər parasetamol tərkibli preparatlarla eyni zamanda istifadə etmək olmaz. Parasetamol tərkibli digər preparatlarla eyni zamanda istifadəsi, doza həddinin aşılmasına gətirə bilər. Tövsiyə olunan dozalar aşılmamalıdır. Parasetamolun istifadəsi nəticəsində meydana çıxan doza həddinin aşılması, qaraciyər transplantasiyasını tələb edən və ya ölüm nəticəsinə gətirib çıxara bilən, qaraciyər çatışmazlığına səbəb ola bilər. Qlutation səviyyəsi aşağı olan pasiyentlərdə (həddindən artıq arıqlama müşahidə olunduqda, anoreksiyadan əziyyət çəkən pasiyentlərdə, bədən kütləsinin indeksi aşağı olan pasiyentlərdə, ağır dərəcəli xroniki alkoqolizmdən əziyyət çəkən pasiyentlərdə və ya sepsis zamanı) qaraciyər disfunksiyası/çatışmazlığı halları barədə məlumatlar mövcuddur. Preparatın parasetamol tərkibli preparatlarla eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Aşağıdakı vəziyyətlərdə, preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır: ˗ qaraciyər və ya böyrək çatışmazlığı olduqda (mövcud qaraciyər xəstəliyi, parasetamolun qəbulu ilə əlaqəli qaraciyər zədələnməsi riskini yüksəldir); ˗ aşağı bədən kütləsinin indeksi və ya həddindən artıq arıqlama; ˗ müntəzəm olaraq alkoqollu içkilərin qəbulu. Bu preparatın istifadəsindən çəkinmək və ya qəbul etdiyiniz parasetamol miqdarını məhdudlaşdırmaq lazımdır. ˗ pasiyentdə, ağır infeksiya, həddindən artıq arıqlama, bədən kütləsinin aşağı olması, xroniki alkoqolizm zamanı çünki bu, metabolik asidoz riskini yüksəldə bilər. Metabolik asidozun aşağıda göstərilən simptomlarının kombinasiyası müşahidə olunduqda, pasiyent dərhal həkimə müraciət etməlidir: dərin, sürətli, çətin tənəffüs; əhvalın pisləşməsi (ürəkbulanma), qusma; iştahanın itməsi; ˗ arterial hipertenziya (qan təzyiqinin yüksəlməsi), ürək-damar xəstəlikləri, şəkərli diabet (qanda qlükoza səviyyəsinin yüksəlməsi), hipertireoidizm (qalxanabənzər vəzinin hiperfunksiyası), bağlıbucaqlı qlaukoma (gözdaxili təzyiqin yüksəlməsi), feoxromositoma (böyrəküstü vəzilərin nadir şiş xəstəliyi), prostat vəzinin hipertrofiyası ilə əlaqəli sidik ifrazının çətinləşməsi, okklyuziv damar xəstəlikləri (məsələn, soyuğun təsiri altında əl və ayaq barmaqlarında keyləşmə, sancma və rəngin dəyişməsi (ağ, göy və daha sonra qırmızı) şəklində meydana çıxan Reyno xəstəliyi kimi). ˗ β-adrenoblokatorlarlar kimi təzyiqin nəzarəti üçün istifadə olunan preparatların və digər antihipertenziv preparatların qəbulu, ˗ trisiklik antidepressantlar (məsələn, amitriptilin) kimi depressiyanın müalicəsində istifadə olunan preparatların qəbulu, ˗ ürək xəstəliklərin müalicəsində istifadə olunan preparatların qəbulu (məsələn, diqoksin və diqər ürək qlikozidləri), ˗ kəskin miqrenin müalicəsində istifadə olunan çovdar mahmızı alkaloidlərinin (məsələn, erqotamin və metisergid) qəbulu, ˗ qanın durulaşdırılması üçün istifadə olunan varfarin və ya digər oxşar preparatların (antikoaqulyantlar) qəbulu, ˗ litium preparatlarının qəbulu, ˗ diqər simpatomimetiklərdən (məsələn, dekongensantlar, iştahanın tormozlanması üçün istifadə olunan preparatlar və amfetaminəbənzər preparatların (bəzən diqqət çatışmazlığı sindromunun müalicəsində istifadə olunan psixostimulyatorlar)) qəbulu, ˗ laktasiya dövrü. Qəbul etdiyiniz hər hansı digər preparatlar barədə həkimə və ya əczaçıya məlumat verin. Bu preparatın tərkibində kofein vardır. Preparatın istifadəsi zamanı tərkibində kofein olan çoxlu içki (məsələn, qəhvə, çay və tərkibində kofein olan konservləşdirilmiş içkilər) içmək tövsiyə olunmur. Yüksək dozada kofein yuxusuzluğa, titrəməyə və güclü ürək döyüntüsü ilə əlaqəli sinədə narahatlığa səbəb ola bilər. Preparatın tərkibində, allergik reaksiyalara səbəb ola bilən Günəş qürubu sarısı (E 110) qida rəngləyicisi vardır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hər zaman, preparatı istifadə etməzdən əvvəl dərman preparatının istifadəsi üzrə təlimatı oxumaq vacibdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Monoaminooksidaza fermentin Fenilefrin kimi simpatomimetik aminlər və MAOi inhibitorları (moklobemid daxil arasında təsirlərin qarşılıqlı güclənməsi baş verə bilər olmaqla) (“Əks göstərişlər” bölməsinə baxın). Simpatomimetik aminlər Fenilefrinin digər simpatomimetik aminlərlə eyni zamanda istifadəsi, ürək-damar sistemində baş verən əlavə təsirlər riskini yüksəldə bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). β-Adrenoblokatorlar və digər Fenilefrin β-blokatorların və antihipertenziv antihipertenziv preparatlar preparatların effektivliyini aşağı sala bilər. (debrizoxin, quanetidin, rezerpin, Hipertoniyanın və digər ürək-damar effektlərinin metildofa daxil olmaqla) meydana çıxma riski yüksələ bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Trisiklik antidepressantlar (məsələn, Fenilefrin xidroxlorid ürək-damar əlavə təsirlərinin amitriptilin) meydana çıxma riski yüksəlir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın) . Diqoksin və ürək qlikozidləri Fenilefrinlə eyni zamanda istifadəsi, ürək aritmiyası və ya miokard infarktı riskinin yüksəlməsinə səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Çovdar mahmızı alkaloidləri (məsələn, Fenilefrinlə eyni zamanda istifadəsi, erqotizmin erqotamin və metisergid) meydana çıxmasına səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Varfarin və digər kumarinlər Parasetamolun uzunmüddətli gündəlik istifadəsi, varfarinin və digər kumarinlərin antikoaqulyant effektini gücləndirə bilər ki, bu da qanaxmaların baş vermə riskini yüksəldir. Preparatın birdəfəlik dozaları əhəmiyyətli təsir göstərmirlər. Litium Kofein litiumun orqanizmdən xaric olmasını sürətləndirə bilər, bu səbəbdən də litium preparatları ilə eyni vaxtda istifadəsi tövsiyə edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik dövründə və ya hamiləlik planlaşdırıldıqda, bu preparatın qəbulu tövsiyə olunmur. Parasetamol Hamiləlik dövründə parasetamolu (digər dərman preparatları kimi) istifadə etməzdən əvvəl, hamilə qadınlar həkimlə məsləhətləşməlidirlər. Kofein Hamiləlik dövründə kofein qəbulu ilə əlaqəli düşüklərin riskinin artması səbəbindən bu preparatın qəbulu tövsiyə edilmir. Askorbin turşusu Askorbin turşusu üçün tövsiyə olunan, istifadənin yolverilən yuxarı səviyyəsi (UL) 1800 mq/sutkada (hamiləlik <18 yaş) və 2000 mq/sutkada (hamiləlik >18 yaş) təşkil edir. İstifadənin yolverilən yuxarı səviyyəsi (UL) – sağlamlığa mənfi təsir riskinin meydana çıxmasına səbəb olmayan, qida maddələrinin sutkalıq istifadəsinin maksimal səviyyəsidir. Terpinhidrat Müvafiq məlumat yoxdur. Fenilefrin Hamilə qadınlar tərəfindən fenilefrinin istifadəsi barədə məhdud məlumatlar mövcuddur. Laktasiya Laktasiya zamanı, ana üçün fayda ana südü ilə qidalanan körpə üçün gözlənilən risklərdən artıq olmadıqda, bu preparatı həkim məsləhəti olmadan istifadə etmək olmaz. Preparatın ən aşağı dozalarda və minimal qısa müddət ərzində istifadəsi nəzərdən keçirilə bilər. Tövsiyə olunan dozalarda daxilə qəbul edildikdə, parasetamol və askorbin turşusu ana südünə nüfuz edirlər, parasetamol klinik əhəmiyyətə malik olmayan miqdarda nüfuz edir. Ana südündəki kofein ana südü ilə qidalanan uşaqlara potensial olaraq stimullaşdırıcı təsir göstərə bilər, lakin heç bir əhəmiyyətli toksiklik müşahidə edilməmişdir. Fenilefrin ana südünə nüfuz edə bilər. Terpinhidrat – müvafiq məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Başgicəllənmə halında nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat yalnız daxilə qəbul edilməlidir. Böyüklər (yaşlı pasiyentlər daxil olmaqla) və yaşı 12 və daha yuxarı olan uşaqlar: zərurət yarandıqda, hər 4-6 saatdan 1-2 tablet qəbul edilməlidir. Preparat 4 saatdan artıq tezliklə qəbul edilməməlidir. 24 saat müddətində 8 tabletdən artıq istifadə etmək tövsiyə olunmur. Həkim məsləhəti olmadan, 7 gündən artıq istifadə etmək tövsiyə olunmur. Qeyd olunan dozanı aşmaq olmaz. Effektin əldə olunması üçün preparatı, ən aşağı dozalarda və minimal qısa müddət ərzində istifadə etmək lazımdır. 12 yaşdan kiçik uşaqlar: 12 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Simptomlar saxlanıldığı halda həkimə müraciət etmək lazımdır.

Əlavə təsirləri

Aşağıda klinik tədqiqatlarda və preparatın terapevtik/tövsiyə olunan dozada, siniflərə və orqan sistemlərinə uyğun olaraq qeydiyyatdan sonrakı istifadəsi zamanı müşahidə edilmiş əlavə təsirləri göstərilmişdir. Qeydiyyatdan sonrakı istifadə zamanı aşkar edilmiş əlavə təsirlər barədə məlumat qeyri-müəyyən ölçüdə olan populyasiyadan könüllü olaraq bildirilir, bu reaksiyaların tezliyi məlum deyil, lakin nadir (≥1/10000, <1/1000) və ya çox nadir (<1/10000) olduğu ehtimal olunur: Parasetamol (qeydiyyatdan sonrakı məlumatlar): ˗ trombositopeniya; ˗ anafilaksiya, dəri hiperhəssaslığı reaksiyaları, o cümlədən, toksik epidermal nekroliz, Stivens-Conson sindromu, Kvinke ödemi və dəri səpgiləri; ˗ asetilsalisil turşusuna və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslığı olan pasiyentlərdə bronxospazm; ˗ qaraciyər funksiyasının pozğunluğu. Kofein (qeydiyyatdan sonrakı məlumatlar): ˗ yuxu pozğunluğu, narahatlıq, həyəcan, qıcıqlanma, əsəbilik; ˗ başgicəllənmə, baş ağrısı; ˗ ürək döyüntülərinin tezləşməsi; ˗ mədə-bağırsaq pozğunluqları. Müalicə zamanı kofeinli içkilərin qəbulu orqanizmdə kofeinin miqdarının artmasına səbəb ola bilər ki, bu da öz növbəsində onun qəbulu ilə bağlı əlavə təsirlərin riskini artıra bilər. Fenilefrin klinik tədqiqatların məlumatlarına əsasən əsəbilik, baş ağrısı, başgicəllənmə, yuxusuzluq, qan təzyiqinin yüksəlməsi, ürəkbulanma, qusmaya səbəb ola bilər. Post-marketinq müşahidələrinin məlumatlarına əsasən, fenilefrinin qəbulu zamanı aşağıdakı əlavə təsirlər baş verə bilər: ˗ hiperhəssaslıq, allergik dermatit, övrə, ˗ bağlıbucaqlı qlaukomanın kəskinləşməsi (bağlıbucaqlı qlaukoma olan pasiyentlərdə daha çox ehtimal olunur) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), midriaz; ˗ taxikardiya, ürək çırpınması; ˗ səpgi; ˗ sidik ifrazının ləngiməsi, dizuriya (prostat hipertrofiyası kimi sidik yollarının obstruksiyası olan pasiyentlərdə daha çox ehtimal olunur). Aşağıdakı vəziyyətlər baş verdikdə preparatın istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır: ˗ səpgi və ya dəri qaşınması (övrə), tənəffüsün çətinləşməsi və ya ağızın, dodaqların, dilin, boğazın, üz nahiyəsinin və/ və ya gözlərin şişkinliyi kimi allergik reaksiyalar meydana çıxdıqda; ˗ dəri səpğısi, dəri üzərində qabıqlanma və ya ağız boşluğunda xoralar meydana çıxdıqda; ˗ atsetsilsalisil turşusu və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə etdikdə, pasiyentdə əvvəllər tənəffüs ilə problemlər müşahidə olunduqda və həmçinin, bu dərman preparatından istifadə etdikdə, oxşar reaksiya meydana çıxdığı halda; ˗ səbəbi müəyyən olunmamış qançırlar və ya qanaxmalar meydana çıxdıqda; ˗ həddindən artıq sürətli nəbz və ya həddindən artıq sürətli qeyri-müntəzəm nəbz qeyd olunduqda; ˗ görmə qabiliyyətinin pisləşməsi meydana çıxdıqda; bu, gözdaxili təzyiqin yüksəlməsi ilə əlaqəli ola bilər. Göstərilən reaksiyanın meydana çıxması çox nadir hallarda baş verir və qlaukomadan əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir; ˗ sidik ifrazı ilə problemlər müşahidə olunduqda. Göstərilən reaksiyanın meydana çıxması, prostat vəzinin hiperplaziyasından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir. Yuxarıda qeyd olunan reaksiyalar nadir hallarda müşahidə olunur.

Doza həddinin aşılması

Preparatı, tövsiyə olunandan artıq miqdarda qəbul etdikdə, hətta pasiyentdə heç bir simptom müşahidə olunmadıqda belə, qaraciyər çatışmazlığı riskini nəzərə alaraq, dərhal həkimə müraciət etmək lazımdır. Müalicə standart dəstəkləyici terapiyadan ibarətdir ki, bu da kliniki göstərişlərə və ya əgər varsa, milli toksikoloji mərkəzin tövsiyələrinə uyğun tətbiq edilməlidir. Parasetamol Simptomları Parasetamolun istifadəsi nəticəsində doza həddinin aşılması baş verdikdən sonra aparılan tədqiqatlar onu təsdiq edir ki, qaraciyər zədələnməsinin klinik əlamətləri, bir qayda olaraq, 24-48 saatdan sonra inkişaf edirlər və 4-6 gündən sonra maksimal həddə çatırlar. Doza həddinin aşılması qaraciyər çatışmazlığına səbəb ola bilər ki, bu da qaraciyər transplantasiyasının tələb olunmasına və ya ölümlə nəticələnə bilər. Bir qayda olaraq, qaraciyər disfunksiyası və hepatotoksikliklə müşayiət olunan kəskin pankreatit halları qeydə alınmışdır. Müalicəsi Doza həddinin aşılması baş verdikdə, hətta bu vəziyyətin simptomları müşahidə olunmadıqda belə, tibbi yardımın göstərilməsi tələb olunur. Parasetamolun istifadəsi nəticəsində doza həddinin aşılması ehtimal edildikdə və doza həddinin aşılması təsdiq olunduqda, qaraciyərin gecikmiş toksik zədələnməsinin qarşısını almaq məqsədi ilə, hətta doza həddinin aşılmasının simptomları və ya əlamətləri olmadıqda belə, dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır. N-asetilsisteinin və ya metioninin yeridilməsi tələb oluna bilər. Kofein Simptomları Kofeinin istifadəsi nəticəsində doza həddinin aşılması epiqastral ağrı, qusma, sürətlənmiş diurez, taxikardiya və ya aritmiya, MSS-in stimullaşdırılmasına (yuxusuzluq, narahatlıq, emosional oyanıqlıq, narahatlıq, qorxu, tremor və konvulsiyalar) səbəb ola bilər. Preparatın doza həddinin aşılması ilə əlaqəli kofeinin doza həddinin aşılmasının klinik əhəmiyyətli simptomları parasetamolun toksik təsirinin mövcudluğunu göstərə bilər. Müalicəsi Xüsusi antidot yoxdur və pasiyentlərə kardiotoksik təsirlərin qarşısını almaq üçün beta- adrenoreseptorların antaqonistlərı kimi prepartlarla ümumi dəstəkləyici terapiya aparılmalıdır. Fenilefrin hidroxlorid Simptomları Fenilefrinin istifadəsi nəticəsində baş verən doza həddinin aşılmasının simptomları, “Əlavə təsirləri” bölməsində təsvir olunmuş simptomlarla oxşardır. Həmin simptomlardan əlavə, fenilefrinin istifadəsi nəticəsində doza həddinin aşılması, qıcıqlanmanın, narahatlığın, arterial təzyiqin yüksəlməsinin və ehtimal edilən nəticə kimi, reflektor bradikardiyanın meydana çıxmasına səbəb ola bilər. Ağır hallarda şüurun dumanlanması, hallyusinasiyalar, qıcolmalar və aritmiyalar meydana çıxa bilərlər. Müalicəsi Ağır dərəcəli hipertenziya müşahidə olunduqda, fentolamin kimi, α-adrenoblokatorların istifadəsi tələb oluna bilər. Terpinhidrat Terpinhidrat istifadəsi nəticəsində baş verən doza həddinin aşılması ürəkbulanma, qusma və qarın ağrısı kimi mədə-bağırsaq simptomlarına səbəb ola bilər. Askorbin turşusu Simptomları Askorbin turşusunun yüksək dozaları (>3000 mq) müvəqqəti osmotik diareyanın və mədə-bağırsaq traktında ürəkbulanma və qarın nahiyəsində diskomfort kimi, pozğunluqların meydana çıxmasına səbəb ola bilər. Askorbin turşusunun istifadəsi zamanı doza həddinin aşılmasının nəticələri və parasetamolun istifadəsi zamanı doza həddinin aşılması nəticəsində baş verən qaraciyər intoksikasiyası ilə əlaqələndirilir.

Buraxılış forması

Tabletlər. 12 tablet blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

+25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

GlaxoSmithKline Dungarvan Limited, Knockbrack, Dungarvan, Co. Waterford, Ireland.

Qeydiyyat vəsiqəsinin sahibi

GlaxoSmithKline Consumer Healthcare (UK) Trading Limited, 980 Great West Road, Brentford, Middlesex, TW8 9GS, UK. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07- 12). Preparatın istifadəsi zamanı arzuolunmayan hallar meydana çıxdıqda, aşağıda göstərilən elektron ünvanlara müraciət etmək lazımdır: [email protected] (Azərbaycan, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan üçün) və [email protected] (Ermənistan, Belarus, Qırğızıstan üçün). Preparatın keyfiyyəti barədə şikayətlər aşağıda göstərilən elektron ünvan vasitəsi ilə qəbul edilir: [email protected]. Ticarət nişanları GSK şirkətlər qrupuna məxsusdur və ya onların lisenziyası əsasında istifadə olunurlar.©2020 GSK şirkətlər qrupu və ya onların lisenziyarı.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Teraflu maks N12 tablet” üçün ilk rəyi siz yazın.