Demoton-D flakon

Təsiredici maddə: RETINOL PALMITATE (VITAMIN A) + THIAMINE HCL + RIBOFLAVIN + ASCORBIC ACID + NICOTINAMIDE + ...
Təsiredici maddəRETINOL PALMITATE (VITAMIN A) + THIAMINE HCL + RIBOFLAVIN + ASCORBIC ACID + NICOTINAMIDE + ...
Dərman formasıİnyeksiya məhlulu üçün toz
Farmakoloji təsirMultivitamin
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DEMOTON-D inyeksiya və infuziya məhlulu hazırlamaq üçün toz

Tərkibi

Təsiredici maddələr: 1 flakonda 3500 BV retinola ekvivalent miqdarda retinol palmitat, 220 BV xolekalsiferol, 10,2 mq DL-α-tokoferol (11,2 BV α-tokoferola ekvivalent), 125 mq askorbin turşusu, 5,8 mq kokarboksilaza tetrahidrat (3,51 mq tiaminə ekvivalent), 5,67 mq riboflavin natrium fosfat dihidrat (4,14 mq riboflavinə ekvivalent), 5,5 mq piridoksin-hidroxlorid (4,53 mq piridoksinə ekvivalent), 0,006 mq sianokobalamin, 0,414 mq fol turşusu, 16,15 mq dekspantenol (17,25 mq pantenol turşusuna ekvivalent), 0,069 mq D-biotin, 46 mq nikotinamid vardır. Köməkçi maddələr: qlisin, qlikoxol turşusu, soya lesitin, natrium hidroksid və/və ya xlorid turşusu.

Farmakoterapevtik qrupu

Multivitamin. ATC kodu: A11BA.

Farmakoloji xüsusiyyətləri

Demoton-D K vitamini istisna olunmaqla, böyüklərin və 11 yaşdan yuxarı olan uşaqların metabolizm proseslərində zəruri olan, suda və yağda həll olan bütün vitaminlərin balanslaşdırılmış kombinasiyasıdır. Demoton-D-nin farmakokinetikası onun tərkibindəki hər bir vitaminin farmakokinetik xüsusiyyətlərinin məcmusudur.

İstifadəsinə göstərişlər

Daxilə qəbulu əks göstəriş olduğu halda və ya daxilə qəbulu mümkün olmadığı, absorbsiyanın pozulduğu, parenteral qidalanmanın göstəriş olduğu halda gündəlik vitamin tələbatının ödənilməsi üçün böyüklərə və 11 yaşından yuxarı uşaqlara istifadə olunur.

Əks göstərişlər

Preparatın hər hansı bir komponentinə, xüsusilə, tiaminə (B vitamini) qarşı yüksək həssaslıq.1

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində Vitamin A (retinol) olduğundan, eyni zamanda tərkibində A vitamini olan digər dərman qəbul edildikdə, preparatın gündəlik dozası uyğunlaşdırılmalıdır. Demoton-D-nin tərkibində vitamin K yoxdur, lakin ehtiyac olarsa, vitamin K ayrılıqda təyin oluna bilər. Orta dərəcəli iltihablı enterokoliti olan xəstələrdə preparatın venadaxili təyin olunması qanda qlutamin piruvat transaminazalarının (QPT) artmasına səbəb ola bilər. Bu halda, müalicəni dayandırmaqla transaminazaların əvvəlki səviyyəsini bərpa etmək mümkündür. Bu səbəbdən, belə hallarda transaminazaların səviyyəsinə nəzarət etmək lazımdır. Demoton-D-nin tərkibinə qlikoxol turşusu daxil olduğuna görə, preparatla təkrar və uzunmüddətli müalicə aparıldığı zaman, sarılığı və ağır xolestazı olan xəstələrin qaraciyər funksiyasına nəzarət olunmalıdır. Demoton-D-nin yaşlılarda istifadə üçün xüsusi ehtiyat tədbirləri göstərilməmişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi haqqında xüsusi klinik tədqiqatlar aparılmadığından, bu dövrdə preparatın istifadəsi tövsiyə olunmur. Pediatriyada istifadəsi 11 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Böyüklərə və 11 yaşdan yuxarı uşaqlara: gündə 1 flakon. Yüksək tələbat olan hallarda (məsələn ağır yanıqlar) tələb olunan doza gündəlik tövsiyə olunan dozadan 2-3 dəfə artıq ola bilər. Venadaxili inyeksiya: Flakonun möhtəviyyatını 5 ml inyeksiya üçün mayedə həll edin. Toz tam həll olana qədər yüngülcə silkələyin. Tədricən venadaxili inyeksiya, yaxud fizioloji məhlulda və ya qlükoza məhlulunda həll edərək venadaxili infuziya şəklində istifadə edin. Demoton-D həmçinin, qlisid, lipid, amin turşularına və ya elektrolitlərə əlavə olaraq istifadə oluna bilər. Qarışdırmazdan əvvəl onların uyğunluğunu yoxlamaq tövsiyə olunur. Əzələdaxili inyeksiya: Yuxarıda təsvir olunduğu kimi, flakonun möhtəviyyatını 2.5 ml inyeksiya üçün mayedə həll edin Doza buraxıldığı halda nə etmək lazımdır: dozanı mümkün qədər tez istifadə etmək tövsiyə olunur. Əgər növbəti dozanın qəbul vaxtı yaxınlaşırsa, bu dozanı buraxıb, növbəti dozanı cədvələ uyğun qaydada yeritmək lazımdır. Dozanın miqdarını ikiqat artırmayın.

Əlavə təsirləri

Tərkibində B1 vitamini olduğu üçün allergik reaksiyalara səbəb ola bilər. Əzələdaxili inyeksiya yerində ağrılar mümkündür. Bu zaman venadaxili və ya dərin əzələdaxili inyeksiya tövsiyə olunur.

Doza həddinin aşılması

A və D vitaminlərinin yüksək dozada istifadəsi hipervitaminoz hallarına səbəb ola bilər (Simptomlar hiperkalsiemiya nəticəsində əmələ gəlir).

Buraxılış forması

İnyeksiya məhlulu hazırlamaq üçün toz, şüşə flakonlarda. 1 və ya 10 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

° 25 C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Pharmaceutical industry. 21st km National Road Athens-Lamia. 145 68 Athens-Greece. Tel.: +30210 8161802, Fax: +30 210 816 1587.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Demoton-D flakon” üçün ilk rəyi siz yazın.