Feravit-C MR 320 mq / 60 mq N30 tablet

Təsiredici maddə: IRON (FERROUS SULFATE) + ASCORBIC ACID
Təsiredici maddəIRON (FERROUS SULFATE) + ASCORBIC ACID
Dərman formasıTablet
Farmakoloji təsirAnemiya əleyhinə, dəmir preparatları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,05 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FERAVİT-C MR təsiredici maddəsi modifikasiya olunmuş şəkildə azad olan örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ferrous (II) sulphate, ascorbic acid.

Tərkibi

2+ Təsiredici maddə: 1 tabletin tərkibində 320 mq dəmir (II) sulfat (100 mq Fe -a ekvivalent), 60 mq askorbin turşusu vardır. Köməkçi maddələr: karbomer 974P, makroqol 3350, povidon K25, maqnezium stearat, sarı opadri 03G220005.

Təsviri

Sarı, dairəvi, hər iki tərəfi qabarıq olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Anemiya əleyhinə, dəmir preparatları. ATC kodu: B03AE10.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dəmirin orqanizm üçün əhəmiyyəti: 2+ İkivalentli dəmir (Fe ) hemoqlobində protoporfirinin bir hissəsi olduğu üçün oksigen və karbon qazının bağlanmasında və daşınmasında mühüm rol oynayır. Sitoxrom fermentlərinin protoporfirin qrupunda olan dəmir elektron nəqli proseslərində əsas rol oynayır. 2+ 3+ Bu proseslərdə elektron qəbulu və sərbəst buraxılması, ehtimal ki, Fe <—> Fe -in geri çevrilə bilən reaksiyası ilə baş verir. Həmçinin, əzələlərdəki mioqlobulin molekullarında yüksək miqdarda dəmir də vardır. Farmakokinetikası Ümumi xüsusiyyətlər 2+ Modifikasiya olunmuş buraxılışlı tabletlər Fe ionlarının davamlı şəkildə sərbəst buraxılmasını təmin 2+ edir. Fe ionları mədə-bağırsaq traktından keçərkən təxminən 6 saat ərzində tabletin məsaməli gövdəsindən idarə olunan şəkildə xaric edilir. Aktiv tərkib hissəsinin, idarə olunan və sərbəst buraxılması, yerli olmaqla zərərli yüksək dəmir konsentrasiyalarının əmələ gəlməməsini təmin edir. Beləliklə, FERAVIT-C MR-dən istifadə etməklə bağırsaq epitelinin qıcıqlanmasının qarşısını almaq olar. Absorbsiyası Dəmir onikibarmaq və nazik bağırsağın yuxarı seqmentində sorulur. Hemoqlobinə bağlanmış dəmirin udulma dərəcəsi təxminən 20%, bağlanmamış dəmirin isə təxminən 10%-ni təşkil edir. Yaxşı absorbsiya 2+ 3+ 2+ olunması üçün dəmir Fe şəklində olmalıdır. Mədədə xlorid turşusu və C vitamini Fe i Fe -ə çevirərək dəmirin udulmasını təmin edir. Paylanması 2+ 3+ Bağırsaq epitel hüceyrələrinə daxil olan dəmir (Fe – ikivalentli dəmir) hüceyrədaxili olaraq Fe -ə kimi oksidləşir və apoferritinə bağlanır. Apoferritinin bir hissəsi qan dövranına daxil olur, bir hissəsi isə ferritin şəklində bağırsağın epitel hüceyrələrində müvəqqəti olaraq qalır. Daha sonra ferritin 1-2 gün ərzində nəcislə xaric olur. Qanda dövr edən dəmirin təxminən üçdə biri apotransferrinə bağlanır və molekulu transferrinə çevirir. Dəmir transferrin şəklində hədəf orqanlara daşınır və hüceyrədən xaric reseptorlara bağlandığı zaman endositoz yolu ilə sitoplazmaya daxil olur. Burada dəmir transferrindən ayrılır və apoferritinə yenidən bağlanır. Dəmir apoferritin tərəfindən oksidləşir və oksidləşmiş forması 3+ 2+ (Fe ) flavoproteinlər tərəfindən Fe çevrilir. Biotransformasiyası Məlumat yoxdur. Xaric olması Məlumat yoxdur.

İstifadəsinə göstərişlər

FERAVIT-C MR aşağıdakı hallarda təyin olunur: – Dəmir çatışmazlığından yaranan anemiyanın profilaktikası və müalicəsi.

Əks göstərişlər

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Qida borusu stenozu (esophageal stenosis) və/və ya mədə-bağırsaq traktının digər obstruktiv xəstəlikləri. • Dəmir miqdarının artması ilə əlaqəli xəstəliklər (məsələn, hemoxromatoz, hemosideroz). • Təkrarlanan qanköçürmələr. • Dəmir çatışmazlığının mövcud olduğu hallar istisna olmaqla, dəmir çatışmazlığından qaynaqlanmayan digər anemiya növləri. 12 yaşdan kiçik uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək/qaraciyər çatışmazlığı Böyrək/qaraciyər çatışmazlığı olan xəstələrdə FERAVIT-C MR-nin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. FERAVIT-C MR yalnız dəmir çatışmazlığında effektivdir. FERAVIT-C MR qəbuluna başlamazdan əvvəl dəmir çatışmazlığı diaqnozu (aşağı dəmir səviyyəsi və ümumi qan zərdabının dəmirlə birləşə bilmək qabiliyyəti) təsdiqlənməlidir. FERAVIT-C MR dəmir çatışmazlığından qaynaqlanmayan digər anemiya növlərində (xroniki xəstəliklə əlaqəli anemiya, talassemiya) effektiv deyil. Ağızda xora əmələ gəlməsi və dişlərin rənginin dəyişməsi riski səbəbindən tabletlər bütövlükdə su ilə udulmalıdır. Tabletləri sormaq, çeynəmək və ağızda saxlamaq olmaz. İltihabi bağırsaq xəstəlikləri, mədə-bağırsaq xoraları zamanı, qaraciyər pozğunluqları və alkoqol qəbulu zamanı ehtiyatla istifadə olunmalıdır. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Uşaqlarda zəhərlənməyə səbəb ola bilər. Dəmir tərkibli tabletlərlə tənəffüs bronxial selikli qişanın nekrozu ilə nəticələnə bilər ki, bu da öskürək, hemoptiz, bronxostenoz və/və ya ağciyər infeksiyasına səbəb ola bilər (tənəffüs bu simptomların yaranmasından bir neçə gün əvvəl baş vermiş olsa belə). Yaşlı xəstələr və udma çətinliyi olan xəstələr yalnız tənəffüs riskinin diqqətlə fərdi qiymətləndirilməsindən sonra dəmir tərkibli tabletlərlə müalicə edilməlidir. Bu xəstələr üçün alternativ doza formaları nəzərdən keçirilməlidir. Tənəffüslə təmasdan şübhələnirsinizsə, müalicə edən həkimə müraciət edilməlidir. Ağız vasitəsi ilə dəmir preparatlarının qəbulu zamanı mədə-bağırsaq traktının iltihabi və xoralı xəstəlikləri pisləşə bilər. FERAVIT-C MR qəbulu qara nəcisə səbəb ola bilər. FERAVIT-C MR körpələrdə və 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

FERAVIT-C MR preparatının aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadəsindən çəkinin: • Siprofloksasin: siprofloksasinin udulmasını təxminən 50% azaldır və siprofloksasinin plazma konsentrasiyasının terapevtik plazma səviyyəsindən aşağı olma riski yarada bilər. • Levofloksasin: levofloksasinin udulmasını azaldır. • Moksifloksasin: moksifloksasinin biomənimsənilməsini təxminən 40% azaldır və əgər eyni vaxtda qəbul etmək lazımdırsa, moksifloksasin və FERAVIT-C MR qəbulu arasında mümkün olan ən uzun interval ilə (ən azı 6 saat) təyin edilməlidir. • Norfloksasin: norfloksasinin udulmasını təxminən 75% azaldır. • Ofloksasin: ofloksasinin udulmasını təxminən 30% azaldır. FERAVIT-C MR-in aşağıda sadalanan dərman vasitələri ilə birgə qəbulu bu dərmanların dozasının korreksiya edilməsini tələb edə bilər. Birgə istifadə edildikdə, qəbullar arasında mümkün olan ən azı iki saat intervalına riayət edilməlidir. • Tərkibində alüminium və ya kalsium və ya maqnezium karbonat olan qida əlavələri və tərkibində hidroksid olan antasidlər dəmir və dəmir duzları ilə komplekslər əmələ gətirir və bununla da hər birinin udulmasını azaldır. • Kaptopril: plazma konsentrasiyası-doza əyrisi altındakı sahəni azaldır. Bu isə mədə-bağırsaq traktında qarşılıqlı kimyəvi reaksiya ilə əlaqədardır. • Sink: Sink duzlarının udulmasını azaldır. • Klodronat: in vitro tədqiqatları göstərmişdir ki, dəmir tərkibli dərman preparatlar klodronat ilə komplekslər əmələ gətirir. Baxmayaraq ki, qarşılıqlı təsir üzrə in vivo tədqiqatlar aparılmayıb, eyni zamanda qəbul, klodronatın udulmasının azalmasına səbəb ola bilər. • Deferoksamin: birgə qəbulu kompleks əmələ gəlməsi səbəbindən həm deferoksamin, həm də dəmirin udulmasını azaldır. • Levodopa və ya karbidopa: birdəfəlik levodopanın biomənimsənilməsi təxminən 50% və birdəfəlik karbidopa dozasının biomənimsənilməsi isə 75% təşkil edir. Bu xelat komplekslərinin əmələ gəlməsi ilə əlaqədardır. • Metildopa: antihipertenziv təsirlərin azalması ilə nəticələnə bilən xelatlaşdırılmış komplekslərin əmələ gəlməsi səbəbindən metildopanın biomənimsənilməsi azalır. • Penisilamin: xelatlı komplekslərin əmələ gəlməsi səbəbindən həm penisilamin, həm də dəmir duzlarının udulması azalır. • Risedronat: in vitro tədqiqatlar göstərmişdir ki, dəmir tərkibli dərman preparatları risedronat ilə komplekslər əmələ gətirir. Baxmayaraq ki, qarşılıqlı təsir üzrə in vivo tədqiqatlar aparılmasa da, birgə qəbulu risedronatın udulmasının azalmasına səbəb ola bilər. • Tetrasiklinlər: bu zaman həm tetrasiklinlərin, həm də dəmirin udulması azalır və buna görə də, əgər birgə istifadə tələb olunarsa, tetrasiklin və FERAVIT-C MR-in istifadəsi arasında mümkün olan ən uzun vaxt intervalı olaraq ən azı üç saat təyin edilməlidir. Ağızdan qəbul edilən dəmir oksitetrasiklinin (doksisiklin) enterohepatik dövranına maneə törədir. • Tiroid hormonları: tiroksin və dərman preparatlarının birgə qəbulu tiroksinin udulmasını azaldır, bu da müalicənin effektivliyini poza bilər. • Simetidin: simetidinin qəbulu zamanı mədə turşuluğunun azalması dəmirin udulmasını azaldır. Buna görə də, bu preparatların qəbulu arasında ən azı iki saat keçməlidir. • Çay, qəhvə, yumurta, süd məhsulları, buğda unu çörəyi, dənli bitkilər və bitki lifi ilə zəngin qidalar dəmirin udulmasını azaldır. • Xloramfenikol: dəmir ilə müalicənin klinik təsirinin başlamasını gecikdirə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Aparılmış tədqiqatlar hamiləliyə və ya dölün/yeni doğulmuş uşağın sağlamlığına mənfi təsir göstərmədiyini təsdiqləmişdir. FERAVIT-C MR hamiləlik dövründə istifadə edilə bilər. Laktasiya FERAVIT-C MR südvermə zamanı uşaqlara mənfi təsiri yoxdur və südvermə zamanı təyin edilə bilər. Fertillik FERAVIT-C MR fertilliyə təsirini göstərməmişdir. Uşaq doğurma qabiliyyəti olan qadınlar / Doğuşa nəzarət (kontrasepsiya) FERAVIT-C MR-nin istifadəsi zamanı əlavə kontrasepsiyadan istifadə zərurəti barədə məlumat yoxdur. FERAVIT-C MR-nin kontraseptiv üsullara təsir etdiyinə dair heç bir məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri FERAVIT-C MR nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Müalicə müddəti xəstənin orqanizmində dəmir mübadiləsinin sürətinə uyğun olaraq təyin edilməlidir. Normal hemoqlobin səviyyəsinə çatdıqda preparatın qəbulu dayandırılmamalı, orqanizmin dəmir ehtiyatı tam təmin olunana qədər (təxminən 2 ay) davam etdirilməlidir. Simptomatik dəmir çatışmazlığı üçün müalicənin orta müddəti 3 aydan 6 aya qədərdir. Böyüklər və yeniyetmələr (12 yaşdan yuxarı) üçün tövsiyə olunan doza gündə iki tabletdir. Lazım gələrsə, yan təsirlərə görə doza yarıya endirilə bilər (gündə 1 tablet). Həkim təyinatına əsasən, dəmir çatışmazlığı anemiyası zamanı doza 3 tabletə qədər artırıla bilər. Hamiləlik dövründə tövsiyə olunan doza ilk 6 ay ərzində gündə bir tablet, üçüncü trimestrdə və süd vermə zamanı gündə iki tabletdir. Qəbuletmə üsulu: Tabletlər bütövlükdə su ilə udulmalı, çeynəməməli və ağızda saxlanmamalıdır. Tabletlər mədə-bağırsaq traktının dözümlülüyündən asılı olaraq yeməkdən əvvəl və ya yeməklə birlikdə qəbul edilməlidir. Tabletlər heç vaxt uzanmış vəziyyətdə qəbul edilməməlidir. Pediatrik populyasiya FERAVIT-C MR 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. Yaşlı populyasiya Yaşlılarda FERAVIT-C MR-nin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmunitet sisteminin pozğunluqları Nadir hallarda: yüksək həssaslıq reaksiyaları (məsələn, səpgi, anafilaktik reaksiya, angioödem) Mədə-bağırsaq pozğunluqları Tez-tez: ürəkbulanma, qarın ağrısı, ishal, qusma, mədədə yanma, qəbizlik. Nadir hallarda: qidaborusu xorası və strikturu, diş rənginin dəyişməsi. Marketinqdən sonrakı müşahidələr Tənəffüs, torakal və mediastinal pozğunluqlar Məlum deyil: bronxial stenoz. Mədə-bağırsaq pozğunluqları Məlum deyil: ağız xorası*, qusma, qarın ağrısı, mədə-bağırsaq qanaxması. * Düzgün qəbul edilməməsi ilə əlaqədar tabletlər çeynədikdə, sorulduqda və ya ağızda saxlanılırsa. Yaşlı xəstələr və udma pozğunluğu olan xəstələr düzgün müalicə olunmadıqda qidaborusu xorası və ya bronxial nekroz riski altında ola bilərlər. Rast gəlinən əlavə təsirlər haqda məlumatların ötürülməsi Dərman vasitələrinin fayda/risk nisbətinin davamlı monitorinqini təmin etmək üçün dərman vasitəsinin dövlət qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Tibb işçilərinə tövsiyə olunur ki, dərman vasitəsi ilə bağlı hər hansı şübhəli əlavə təsirlər barədə məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin www.pharma.az saytında dərc olunan milli hesabat sisteminə və ya [email protected]. e-mail: ünvanına göndərsinlər.

Doza həddinin aşılması

Nisbətən az miqdarda dəmir toksiklik əlamətlərinə səbəb ola bilər. Tədqiqatlar zamanı bədən çəkisi üçün 20 mq/kq dəmir ekvivalentindən yüksək dozanın bəzi toksiklik əlamətlərinə səbəb ola biləcəyi və bədən çəkisinin hər kiloqramına təxminən 60 mq dəmir ekvivalentindən çox olan dozalarda daha çox ehtimal edildiyi aşkar edilmişdir. Hər kiloqram bədən çəkisi üçün 200 mq-dan 250 mq-a qədər olan dəmirin ekvivalenti potensial ölümcül doza hesab olunur. Simptomları Zəhərlənmə dərəcəsi adətən qəbuldan təxminən 4 saat sonra qanda aşağıdakı konsentrasiyalarla müəyyən edilir: • 3 mkqr/ml-dən az: yüngül zəhərlənmə • 3-5 mkqr/ml: orta dərəcədə zəhərlənmə • 5 mkqr/ml-dən çox: ağır zəhərlənmə Dəmir qəbul edildikdən təxminən 4-6 saat sonra maksimal konsentrasiyaya çatır. Kliniki inkişafa (bütün hallarda olmaya bilər) daxildir: I FAZA (0,5-2 saat): qusma, qarın ağrısı, ishal, hematoxeziya, yuxululuq, şok, asidoz və koaqulopatiyanı əhatə edir. Dəmirin mədə-bağırsaq traktının selikli qişasına birbaşa təsiri səbəbindən mədə-bağırsaq traktında nekroz ola bilər. Kütləvi maye itkisi və qan itkisi ilə müşayiət olunan ağır mədə-bağırsaq hemorragik nekrozu şoka səbəb olur. II FAZA: xəstə yaxından izlənilməlidir. III FAZA (I fazadan 2-12 saat sonra): ağır şok, ağır asidoz, sianoz və qızdırma daxildir. Ümumi periferik müqavimətin artması, plazma həcminin azalması, hemokonsentrasiya, ümumi qan həcminin azalması, hipotenziya, MSS depressiyası və metabolik asidoz müşahidə edilmişdir. IV FAZA (2-4 gün): hepatotoksikliyə səbəb olur. Dəmirin mitoxondriyaya birbaşa təsir etdiyi qeyd olunur. Qaraciyər funksiyası testləri aparılmalı və bilirubinə nəzarət edilməlidir. Kəskin ağciyər çatışmazlığı yarana bilər. V FAZA (bir neçə gündən həftələrə qədər): mədə-bağırsaq traktında stenoz və yaralar qeyd olunur. Dəmirin aşındırıcı təsiri ilə mədədə və pilorda çapıqlar əmələ gəlməsi səbəbindən ikincili mədə-bağırsaq tıxanması baş verə bilər. Modifikasiya olunmuş buraxılışlı örtüklü tabletlər sonradan çapıq və stenozla birlikdə nazik bağırsaq nekrozuna səbəb ola bilər. Dəmir duzunun həddindən artıq dozası xüsusilə gənc uşaqlar üçün təhlükəlidir. C vitamininin (askorbin turşusu) həddindən artıq dozası həssas şəxslərdə ağır asidoza və hemolitik anemiyaya (qlükoza-6-fosfat dehidrogenaz çatışmazlığı) səbəb ola bilər. Müalicəsi 1.a. Ümumi ehtiyat tədbirləri • xəstənin diqqətlə monitorinqi • normal qan dövranının təmin edilməsi (zəruri hallarda qan həcminin və elektrolitlərin, müsbət inotrop maddələrin verilməsi) • mədə-bağırsaq traktında qan itkisi olarsa qanköçürmənin aparılması • tənəffüsün saxlanması (inhalyasiya olunmuş oksigen, qeyri-kafi tənəffüs zamanı orotraxeal intubasiya) • böyrək funksiyasının saxlanması (qan dövranını saxlamaq üçün ehtiyat tədbirləri, zəruri hallarda hemodializ) • qaraciyər funksiyasının saxlanması (hepatoprotektiv terapiya, zəruri hallarda hemofiltrasiya) • qıcolmalar zamanı lazım gələrsə benzodiazepinlər və barbituratlar verilməlidir. 1.b. Fiziki müayinə • Qarın boşluğunun rentgenoqrafiyası udulmuş tabletlərin miqdarını və yerini qiymətləndirməkdə faydalı ola bilər. Bədəndə qalan tabletlərin miqdarını qiymətləndirmək və zərərsizləşdirmə prosedurlarından sonra onların yerini müəyyən etmək faydalı ola bilər. • Transfüzyon zamanı çarpaz qan qrupları testləri (elektrolitlər, qlikemiya, qaraciyər funksiyası, böyrək funksiyası, qan qazları, serum dəmiri, ümumi dəmir bağlama qabiliyyəti, tam qan testi, laxtalanma qan testləri (protrombin, qismən tromboplastin vaxtı)) tələb olunur. 2. Absorbsiyanın məhdudlaşdırılması 2.a. İçməli və ya duzlu su ilə böyük daxili diametrli oroqastrik boru ilə mədə yuyulması faydalı ola bilər. Tabletlər mədədədirsə, qəbul etdikdən maksimum 1-2 saat sonra mədə yuyulmalı və rentgen müayinəsi aparılmalıdır. 2.b. Nazoqastrik boru vasitəsilə polietilenqlikol lavaj məhlulu (30-40 ml/kq/saat 4-8 saat müddətində) və ya duzlu məhlul (2-3 saat ərzində 30-40 ml/saat olmaqla) ilə bağırsaqların tam yuyulması faydalı ola bilər. Əgər tabletlər pilorun aşağasındadırsa, mümkünsə mədə yuyulduqdan sonra bağırsaq yuyulmalıdır. Digər detoksifikasiya prosedurlarına baxmayaraq, qanda dəmir səviyyəsi yoxlanılmalıdır. 2.c. Mədə və ümumi bağırsaq yuyulmasına baxmayaraq, mədə-bağırsaq traktında həyat üçün təhlükə yaradan toksinlər və ya dəmir olarsa, endoskopik və ya cərrahi yolla çıxarılması göstərişdir. 3. Artıq miqdarda qəbul edilmiş dəmirin terapevtik olaraq aradan qaldırılması 3.a. Deferoksamin (DFO). DFO elementar dəmiri bağlayır və böyrəklər tərəfindən atılan ferrioksamin kompleksi əmələ gətirir. İstifadəyə dair ətraflı məlumat üçün deferoksaminin qəbul qaydasına baxın. 3.b. Hemodializ dəmirin xaric edilməsində effektiv deyil, lakin böyrək çatışmazlığı olan xəstələrdə DFO-dəmir komplekslərinin xaric edilməsi üçün lazım ola bilər. 3.c. Həyat üçün təhlükəli olan zəhərlənmələrdə son seçim kimi davamlı olaraq venoz-venoz hemofiltrasiya və qan mübadiləsidir.

Buraxılış forması

10 tablet qeyri-şəffaf PVC/Pvdc və alüminium folqalı blisterdə. 3 bliater içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadə olunmuş preparat qalıqlarının utilizasiyası üçün xüsusi ehtiyat tədbirləri İstifadə olunmuş preparat qalıqlarının utilizasiyası üçün xüsusi ehtiyat tədbirləri yoxdur. İstifadə olunmamış preparat qalıqları yerli qaydalara uyğun olaraq tullanılır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Vefa İlaç San. ve Tic. A.Ş., Turkey. Beylikdüzü OSB Mah. 2. Cadde No:3/2 Beylikduzu/Istanbul/Turkey. Tel.: (0212) 438 70 85. Faks: (0212) 438 70 87.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Feravit-C MR 320 mq / 60 mq N30 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar