Piridoksin hidroxlorid (B6 vitamini) 50 mq 1 ml N10 inyeksiya Borisov

Təsiredici maddə: PYRIDOXINE HCL
Təsiredici maddəPYRIDOXINE HCL
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirVitaminlər
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,02 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun, belə ki, burada Sizə vacib məlumat vardır. İçlik vərəqəsini atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. Sizdə əlavə suallar yarandıqda, həkimə müraciət edin. Bu dərman vasitəsi məhz Sizə təyin edilib. Onu başqalarına verməyin. Hətta onların xəstəliyinin simptomları Sizin simptomlarla eyni olsa belə, bu onlara zərər verə bilər. Hər hansı əlavə təsirlər yarandıqda, həkimə müraciət edin. Bu tövsiyə istənilən mümkün əlavə təsirə şamil edilir, o cümlədən, bu içlik vərəqədə qeyd edilməyən. PİRİDOKSİN HİDROXLORİD 50 mq/ml inyeksiya üçün məhlul PYRIDOXINE HYDROCHLORIDЕ Beynəlxalq patentləşdirilməmiş adı: Pyridoxine

Tərkibi

Təsiredici maddə: 1 ampulda 50 mq piridoksin hidroxlorid vardır. Köməkçi maddələr:inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz və ya azacıq sarımtıl mayedir.

Farmakoterapevtik qrupu

Vitaminlər. ATC kodu: A11HA02.

Farmakoloji xüsusiyyətləri

Mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün lazımdır, maddələr mübadiləsində vacib rol oynayır, neyromediatorların sintezində iştirak edir. B6 vitamini bitkilərdə və heyvan orqalarında, xüsusilə təmizlənməmiş dənli bitkilərin tərkibində, tərəvəzlərdə, ətdə, balıqda, süddə, treska balığının və iribuynuzlu heyvanların qaraciyərində, yumurta sarısında vardır. Mayanın tərkibində B6 vitamini nisbətən artıqdir. B6 vitamininə olan tələbat qida məhsulları ilə təmin edilir: o, eləcə də, qismən bağırsaq mikroflorası tərəfindən sintez edilir.

İstifadəsinə göstərişlər

B6 vitamininin hipo- və avitaminozu (müalicəsi və profilaktikası)-natamam qidalanma, uzun müddət davam edən infeksiya, diareya, enterit, spru, uzun müddət davam edən stress vəziyyəti, malabsorbsiya sindromu, mədənin və bağırsağın böyük hissəsinin çıxarılmasından sonrakı vəziyyət, hemodializ. Kompleks terapiyanın tərkibində: hipoxrom və mikrositar anemiya, parkinsonizm, radikulit, Littl xəstəliyi, Menyer xəstəliyi və sindromu, nevritlər (o cümlədən, şəkərli diabet fonunda), nevralgiya, yenidoğulmuşlarda anadangəlmə piridoksindən asılı qıcolma sindromu, ftivazidin qəbul edən pasiyentlərdə qıcolmanın yaranmasının profilaktikası; hestoz, alkoqolizm, etanol və vərəməleyhinə dərman vasitələrinin qəbulu fonunda qaraciyərin zədələnməsi, kəskin və xroniki hepatitlər, diurezin artması və diuretiklərin təsirinin güclənməsi üçün. Dermatitlər (o cümlədən, atopik və seboreyalı), herpetik infeksiyalar (Varicella zoster, Herpes simplex), psoriaz, ekssudativ diatez.

Əks göstərişlər

Hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, ürəyin işemik xəstəliyi. Böyüklərdə piridoksinə olan sutkalıq tələbat 2-2,5 mq; 6 ay-1 yaşlı uşaqlar üçün 0,5 mq; 1-1,5 yaşlı uşaqlara 0,9 mq; 1,5-2 yaşlı uşaqlara 1 mq; 3-4 yaşlı uşaqlar üçün 1,3 mq; 5-6 yaşlı uşaqlara 1,4 mq; 7-10 uşaqlar üçün 1,7 mq; 11-13 yaşlı uşaqlara2 mq; 14-17 yaşlı yeniyetmə oğlanlar üçün 2,2 mq; 14-17 yaşlı yeniyetmə qızlar üçün 1,9 mq-dır. Qadınlar üçün 2 mq və hamiləlik zamanı əlavə olaraq 0,3 mq, laktasiya dövründə 0,5 mq-dır. Qaraciyərin ağır zədələnməsi zamanı piridoksin yüksək dozalarda onun funksiyasının pisləşməsinə səbəb ola bilər. Erlix reagentinin köməyilə urobilinogenin müəyyən edilməsi zamanı nəticə təhrif oluna bilər. İzonikotin turşusunun hidrazidilə və onun törəmələrilə vərəmin müalicəsi zamanı 1q yeridilən izonikotin turşusunun hidrazidinə 0,1 q piridoksin (mərkəzi sinir sisteminin funksiyasının pozulmasının aradan qaldırılması üçün) təyin etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Diuretiklərin təsirini gücləndirir; levodopanın aktivliyini zəiflədir. İzonikotin hidrazid, penisillamin, sikloserin və estrogen tərkibli peroral kontraseptivlər piridoksinin effektini zəiflədir. Ürək qlikozidləri (piridoksin miokardda yığıcı zülalların sintezinin artmasına səbəb olur), qlutamin turşusu və asparkamla (hipoksiyaya qarşı dayanıqlıq artır) yaxşı uyuşur. Uyuşmazlığı Piridoksinin məhlulunu tiamin məhlulu (vitamin B1), sianokobalamin məhlulu (B12 vitamini) ilə, qələvi məhlullarla, dəmir duzları və oksidləşdirici məhlullarla eyni şprisdə qarışdırmaq olmaz. Aşağıdakı dərman vasitələrilə eyni infuzion sistemdə və ya eyni şprisdə qarışdırmaq məsləhət görülmür: adrenomimetiklər, ampisillinin natrium duzu, amfoterisin B, askorbin turşusu, fitomenadion, dipiridamol, oksiferriskarbon natrium, fenotiazin törəmələri (xlorpromazin), furosemid, etamzilat, eufillin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsinin hamilə qadınlarda istifadəsi üzrə nəzarət edilən tədqiqatların olmaması ilə əlaqədar hamiləlik dövründə piridoksin hidroxloridin istifadəsi, yalnız qadın üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu halda məsləhət görülür. Piridoksin ana südü ilə ekskresiya olunur. Piridoksinin yüksək dozalarda laktasiyanı zəiflətdiyi barədə məlumat vardır. Laktasiya dövründə piridoksinin istifadəsinə ehtiyac olduqda, süd verən analar üçün məsləhət görülən sutkalıq tələbatı aşmayan dozanın istifadəsini təyin etmək tövsiyə edilir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsi adətən nəqliyyat idarə etməkdən və ya mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir, lakin əlavə təsirlərin inkişafının mümkünlüyünü nəzərə almaq lazımdır.

İstifadə qaydası və dozası

Daxilə qəbulu mümkün olmadıqda (qusma zamanı) və bağırsaqda sorulmanın pozulması zamanı dərialtı (d/a), venadaxili (v/d), əzələdaxili (ə/d) yeridilir. Böyüklərə 50-100 mq/sutka 1-2 dəfə, uşaqlara 20 mq təyin edilir. Müalicə kursu böyüklər üçün 1 ay, uşaqlar üçün 2 həftədir. İzoniazidlə, ftivazidlə yanaşı terapiya zamanı 5-10 mq/sutka təyin edilir. Sideroblastik anemiyanın müalicə üçün daxilə gündəlik 100 mq və ya həftədə 2 dəfə 100 mq ə/d təyin edilir. Eyni vaxtda fol turşusu, sianokobalamin, riboflavin istifadə etmək məqsədəuyğundur. Parkinsonizm zamanı ə/d 100 mq/sutka təyin edilir; kurs müalicə 20-25 inyeksiyadır, kursu 2-3 aydan sonra təkrar edilir və ya 50-100 mq/sutka dozadan başlayaraq, doza hər gün 50 mq artırmaqla, 12-15 gün ərzində birdəfəlik inyeksiya şəklində 300-400 mq/sutka dozaya çatdırılır. İnvolyusion yaş depressiyası zamanı ə/d 200 mq/sutka təyin edilir. Piridoksindən asılı qıcolma sindromunun müalicəsi üçün böyüklərə v/d və ya ə/d gündəlik 30-600 mq; uşaqlara 10-100 mq yeridilir.

Əlavə təsirləri

İmmun sistemdə baş verən pozuntular: bədən temperaturunun yüksəlməsi. Metabolizmdə və qidalanmada baş verən pozuntular: fol turşusunun səviyyəsinin azalması. Sinir sistemində baş verən pozuntular: başağrı, başgicəllənmə, zəiflik, yuxululuq, oyanıqlıq, koordinasiyanın pozulması, paresteziya, ətraflarda keyimə, “corab və əlcək” simptomu (ətraflarda xoşagəlməyən hissiyyatın inkişafı), huşun itməsi və sürətli yeridilmə zamanı qıcolmanın inkişafı. Ürəkdə baş verən pozuntular: taxikardiya, ürək nahiyəsində ağrı. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozuntular: nəfəsalmanın çətinləşməsi. Mədə-bağırsaq sistemində baş verən pozuntular: ürəkbulanma, epiqastral nahiyədə ağrı, qıcqırma, mədə sekresiyasının artması. Dəridə və dərialtı toxumada baş verən pozuntular: anafilaktik şok, övrə, səpgi, qaşınma, dəri hiperemiyası, dermatit, angionevrotik ödem, fotosensibilizasiya. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: hiperemiya, qaşınma, yanma hissi. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Pasiyentdə içlik vərəqədə qeyd edilən və ya edilməyən hər hansı simptom təzahür etdikdə, bu barədə həkimə mütləq məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Simptomları Əlavə təsirlərin güclənməsi, zülal, karbohidrat və lipid mübadiləsinin pozulması, MSS-də (periferik neyropatiya) və parenximatoz orqanlarda (NAD və NADF nikotinamid kofermentlərinin aktivliyinin azalması və nikotin turşusunun defisitilə əlaqədar mübadilə proseslərinin pozulması) degenerativ dəyişikliklər. Periferik neyropatiya simptomlarına hiperesteziya, paresteziya, əzələ zəifliyi aiddir. Yerişin güclənən pozulması ilə sensor neyropatiya, keyləşmə və ayaqlarda və əllərdə sancma hissi, qismən dazlaşma, infeksiyaya qarşı müqavimətin azalması, qan sisteminin laxtalanmaəleyhinə aktivliyinin azalması mümkündür. Yüksək dozaların uzun müddət yeridilməsi zamanı B6 vitamininin hipervitaminozu inkişaf edir ki, bu da, əzələ toxumasında və daxili orqanlarda zülalın miqdarının əhəmiyyətli dərəcədə azalması ilə xarakterizə olunur. B6 vitamininin hipervitaminozunun erkən mərhələsində dəridə səpgi, başgicəllənmə, qıcolma yarana bilər. Dərman vasitəsinin ləğv edilməsi zamanı bu əlamətlər geridönəndir. Müalicəsi Dərman vasitəsinin ləğv edilməsi, simptomatik terapiya.

Buraxılış forması

1 ml məhlul, şüşə ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul, ampul bıçağı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Borisov dərman preparatları zavodu” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: + 375 (177) 735612; 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Piridoksin hidroxlorid (B6 vitamini) 50 mq 1 ml N10 inyeksiya Borisov” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar