Askorutin N50 tablet

Təsiredici maddə: ASCORBIC ACID + RUTIN
Təsiredici maddəASCORBIC ACID + RUTIN
Dərman formasıTablet
Farmakoloji təsirVitamin

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,43 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ASKORUTİN-MBF tabletlər ASCORUTIN-MBF Beynəlxalq patentləşdirilməmiş adı: Ascorbic acid+Rutoside

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq askorbin turşusu, 50 mq rutozid (rutin) vardır. Köməkçi maddələr:saxaroza (şəkər), kartof nişastası, kalsium stearat monohidrat (kalsium stearat), talk.

Təsviri

Dairəvi yastısilindrik formalı, üzərində xətti olan, iti kənarlı, açıq yaşılımtıl-sarı rəngli, yaşıl, qəhvəyi və ağ rəngli xırda çilləri olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Vitamin. ATC kodu: C05CA51.

Farmakoloji xüsusiyyətləri

Farmakoloji təsiri

Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarının tənzimlənməsində, karbohidrat mübadiləsində, kollagen sintezində iştirak edir. Rutozid kapilyarların yüksəlmiş keçiriciliyini aradan qaldırır, damar divarını möhkəmləndirir.

İstifadəsinə göstərişlər

C və P hipo- və avitaminozunun profilaktikası və müalicəsi. Venaların varikoz genişlənməsində, dərinin trofik pozulmaları və xoraları zamanı, xroniki venoz çatışmazlıq, hemorragik diatez zamanı kompleks terapiyanın tərkibində.

Əks göstərişlər

Hiperhəssaslıq, uşaq yaşı, saxaraza/izomaltaza defisiti, fruktozaya qarşı dözümsüzlük, qlükozaqalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla

Qanın hiperkoaqulyasiyası və trombozlara meylliklə müşayiət edilən vəziyyətlər, tromboflebit.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Askorbin turşusu penisillinlər qrupundan olan dərman vasitələrinin, dəmirin sorulmasını yüksəldir; heparinin və dolayı antikoaqulyantların klinik effektini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın tərkibində rutin olduğu üçün onu hamiləliyin I trimestrində istifdə etmək olmaz. Hamiləliyin II-III trimestrlərində askorbin turşusuna minimal gündəlik tələbat 60 mq-a yaxındır. Nəzərə almaq lazımdır ki, döl hamilə qadının qəbul etdiyi askorbin turşusunun yüksək dozalarına adaptasiya oluna bilər və sonra yenidoğulmuşda “ləğvetmə” sindromunun inkişaf etməsi mümkündür. Laktasiya dövründə minimal gündəlik tələbat 80 mq-dır. Ananın pəhrizinin tərkibində askorbin turşusunun adekvat miqdarda olması, südəmər körpədə onun çatışmazlığının profilaktikası üçün kifayət edir. Ananın yüksək dozada askorbin turşusu qəbul etməsi zamanı körpə üçün nəzəri olaraq təhlükə yaradır (südverən ananın askorbin turşusuna olan gündəlik tələbatı aşmaması məsləhət görülür). Preparatın istifadəsi zamanı hamiləlik və laktasiya dövründə həkim tərəfindən təyin olunan dozalanmaya və qəbul kursunun müddətinə riayət etmək vacibdir.

İstifadə qaydası və dozası

Daxilə, 1 tablet gündə 2-3 dəfə qida qəbulu zamanı və ya qida qəbulundan sonra qəbul edilir. Müalicə kursu- 2-3 həftədir. Profilaktika üçün sutkada 1-2 tablet istifadə edilir. Kurs fərdi müəyyən edilir.

Əlavə təsirləri

Allergik reaksiyalar, dispeptik pozulmalar, başağrı.

Buraxılış forması

Tabletlər 50 mq+50 mq. 10 tablet, polivinilxlorid pərdədən və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 5 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 50 tablet, polimer materialdan hazırlanmış flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı/Qeydıyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat

“Marbiofarm” ASC. 424006, Rusiya, Mariy El Respublikası, Yoşkar-Ola ş., K.Marks küç., 121. Tel.: (8362) 42-03-12. Faks: (8362) 45-00-00.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Askorutin N50 tablet” üçün ilk rəyi siz yazın.