Azola 5 ml damcı

Təsiredici maddə: FLUCONAZOLE
Təsiredici maddəFLUCONAZOLE
Dərman formasıDamcı
Farmakoloji təsirGöbələkəleyhinə vasitə
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

AZOLA RF göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole

Tərkibi

Təsiredici maddə: 1 ml preparatın tərkibində 3 mq flukonazol vardır. Köməkçi maddələr: dinatrium hidrofosfat dodekahidrat, natrium dihidrofosfat monohidrat, propilenqlikol, benzalkonium xlorid, təmizlənmiş su.

Təsviri

Rəngsiz şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Göbələkəleyhinə vasitə. ATC kodu: S01A.

Farmakoloji xüsusiyyətləri

Preparat göbələkəleyhinə təsirə malikdir. Bir sıra sitoxrom P -dən fermentləri inhibə edir və450 yüksək selektivliklə göbələyin hüceyrə membranlarında sterolların sintezini inhibə edir. Flukonazol Candida spp., Cryptococcus neoformans, Microsporum spp., Trichophyton spp. növlü göbələklər tərəfindən, həmçinin Blastomyces dermatitidis, Coccidioides immitis və Histoplasma capsulatum törədiciləri tərəfindən törədilən infeksiyalar zamanı effektivdir. Flukonazol gözün toxumalarına yaxşı yayılır. Birdəfəlik istifadə zamanı artıq 15 dəqiqədən sonra flukonazol C. albicans və C. parapsilosis kimi mikroorqanizmlərin eliminasiyası üçün lazım olan konsentrasiyadan yüksək konsentrasiyaya çatır, çoxsaylı istifadədən sonra isə flukonazolun konsentrasiyası C. tropicalis-in eliminasiyası üçün lazım olan konsentrasiyanı keçir, bununla əlaqədar olaraq flukonazol Candida növlü göbələklərin törətdiyi keratitlərin müalicəsində amfoterisin B-yə yaxşı alternativdir.

İstifadəsinə göstərişlər

Oftalmoloji göbələk infeksiyaları • Skleritlər. • Endogen endoftalmitlər. • Əməliyyatsonrası endoftalmitlər. • Keratomikozlar. • Göbələk keratitləri. • Kanikulitlər.

Əks göstərişlər

• Hiperhəssaslıq (o cümlədən anamnezdə azol qrupundan olan digər göbələkəleyhinə vasitələrə qarşı) və ya köməkçi maddələrdən hər hansı birinə. • Terfenadin, astemizol və ya sizapridinin eyni vaxtda istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Digər oftalmoloji məhlullar kimi, bu dərman preparatı da qana sorula bilər. Böyrək funksiyası pozulmuş pasiyentlərdə, immun sistemin zəifləməsi hallarında (yenidoğulmuş dövr, QİÇS və s.) preparat ehtiyatla istifadə edilməlidir. Hepatotoksiklik əlamətlərinin, səpgilərin, bullyoz dəyişikliklərin, multiformalı eritemanın yaranması hallarında terapiya dayandırılmalıdır. Sitoxrom P sistemi ilə metabolizə olunan digər dərman vasitələrini eyni vaxtda qəbul edən450 pasiyentlərdə flukonazoldan istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Dərman preparatı ilə müalicə zamanı 7-10 gün ərzində heç bir yaxşılaşma müşahidə olunmazsa, o zaman xəstəliyin dərman vasitəsinə həssas olmayan mikroorqanizmlər tərəfindən törədildiyini düşünmək lazımdır. Bu dərman preparatının tərkibində gözün qıcıqlanmasına səbəb ola biləcək benzalkonium xlorid var; o, yumşaq kontakt linzalar tərəfindən absorbsiya oluna bilər və linzaların rənginin dəyişməsinə səbəb ola bilər, ona görə də bu kontakt linzaları taxarkən dərman vasitəsindən istifadə etmək olmaz. Müstəsna hallarda oftalmoloq kontakt linzaların taxılmasına icazə verərsə, preparatın damızdırılmasından qabaq onlar çıxarılmalı və 15 dəqiqədən sonra geri taxılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hipoqlikemik vasitələr: sulfonilsidikcövhərinin törəmələri ilə birgə istifadəsi zamanı hipoqlikemiyanın inkişafı mümkündür. Kumarin antikoaqulyantları ilə birgə istifadəsi zamanı: protrombin vaxtının uzanması qeyd olunur. Rifampisinlə birgə istifadəsi zamanı: flukonazolun yarımxaricolma müddətinin qısalması qeyd olunur. Fenitoinlə birgə istifadəsi: fenitoinin konsentrasiyasının klinik əhəmiyyətli dərəcədə yüksəlməsi ilə müşayiət oluna bilər ki, bu da onun dozasının azaldılmasını tələb edir. Rifabutinlə birgə istifadəsi: rifabutinin zərdab konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər, uveitin inkişafı mümkündür. Siklosporinlə birgə istifadəsi: qanda siklosporinin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparat yalnız o halda istifadə oluna bilər ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olmuş olsun. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Dozalanma rejimi Damcıların instillasiya tezliyi və müalicə müddəti xəstəliyin şiddətindən (ağırlığından) və müalicənin nəticəsindən asılıdır. Təsirə məruz qalan (zədələnmiş) gözün konyunktiva kisəsinə gündə 4 dəfə 1-2 damcı təyin edilir. Müalicə müddəti 3 həftədən artıq olmamalıdır. Müalicə həkim nəzarəti altında aparılmalıdır. İstifadə qaydası Dərman preparatı yalnız yerli (oftalmoloji) istifadə üçün göstərişdir. Qapağı çıxardıqdan sonra, qoruyucu halqa boyuna bitişik deyilsə, dərmanı istifadə etməzdən əvvəl onu çıxarmaq lazımdır. Birdən artıq yerli oftalmoloji dərman preparatları istifadə edilərsə, dərmanların istifadəsi arasında ən azı 15 dəqiqəlik fasilə gözlənilməlidir. İstifadəyə dair göstərişlər Şəkil 1 Şəkil2 Şəkil 3 1. Əllərinizi yuyun. 2. Oturaraq və ya ayaq üstə rahat bir mövqe tutun. 3. Flakonun qapağını açın, onu təmiz səthə qoyun. Qapağı atmayın. 4. Şəkil 1-də göstərildiyi kimi “cib” yaratmaq üçün təsirlənmiş gözün aşağı göz qapağını barmağınızla yumşaq bir şəkildə aşağı çəkin. 5. Damcıladıcı tıxacın ucluğunu gözünüzə yaxınlaşdırın, flakonun-damcıladıcının və flakonun möhtəviyyatının çirklənməsinin qarşısını almaq məqsədilə onun gözlərə və ya göz ətrafı toxumalara təmas edilməsindən çəkinin. 6. Flakonu yumşaq bir şəkildə sıxın və şəkil 2-də göstərildiyi kimi bir damla damızdırın. 7. Aşağı göz qapağını buraxın və gözü yavaşca bağlayın. 8. Gözün daxili küncü sahəsinə şəkil 3-də göstərildiyi kimi yüngülcə basın və 2 dəqiqə saxlayın (nazolakrimal tıxanma). Bu, dərman preparatının sistem dövriyyəsinə daxil olmasını azaltmağa kömək edəcək və beləliklə, sistem mənfi reaksiyaların yaranma ehtimalını azaldacaqdır. 9. Həkiminiz tövsiyə edibsə, proseduru ikinci göz üçün də təkrarlayın. 10. İstifadədən dərhal sonra flakonu bağlayın. 11. Preparatın damlası gözə düşməyibsə, yenidən cəhd edin.

Əlavə təsirləri

Görmə orqanlarında baş verən pozğunluqlar: nadir hallarda gözlərin qıcıqlanması və gözlərdə qızartı müşahidə oluna bilər. Dərman preparatı instillyasiya edildikdən sonra görmə aydınlığının müvəqqəti itirilməsi mümkündür. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, diareya, abdominal nahiyədə ağrı, meteorizm. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: qaraciyər funksiyalarının pozulması, hepatit, hepatоsitlərin nekrozu, qan zərdabında ALT və AST-nin səviyyələrinin artması. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: böyrək funksiyalarının pozulması. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, qıcolmalar, dadbilmənin dəyişməsi. İmmun sistemdə baş verən pozğunluqlar: səpgilər, anafilaktik reaksiyalar, angionevrotik ödem, üzün şişkinliyi, qaşınma. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar: Stivens-Conson sindromu, toksiki epidermal nekroliz. Qanda və limfatik sistemdə baş verən pozğunluqlar: leykopeniya, trоmbоsitоpeniya. Laborator və instrumental məlumatlar: hipokaliemiya, qan plazmasında xolesterinin və triqliseridlərin səviyyəsinin artması. Preparatın tərkibində fosfatların olması səbəbindən buynuz qişanın əvvəlki əhəmiyyətli zədələnməsi ilə çox nadir hallarda buynuz qişanın kalsifikasiyası halları barədə məlumatlar bildirilmişdir. Şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi Dərman vasitəsinin fayda-risk balansının davamlı monitorinqini təmin etmək üçün dərman preparatı dövlət qeydiyyatına alındıqdan sonra şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi vacibdir. Əlavə dərman reaksiyaları baş verərsə, tibb işçisi, əczaçı və ya dərman preparatlarının qeyri effektivliyi haqqında məlumatlar da daxil olmaqla, dərmanlara qarşı mənfi reaksiyalar (təsirlər) haqqında məlumat bazası ilə birbaşa əlaqə saxlayın.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları müşahidə olunmamışdır.

Buraxılış forması

5 ml məhlul damcıladıcı ilə təchiz edilmiş və sızmanın qarşısını almaq üçün qoruyucu halqası olan qapaqla bağlanmış ağ rəngli polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

 15-25 C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Açılandan sonra 4 həftə. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi S.C. Rompharm Company S.R.L., Romania. 1A Eroilor street, Otopeni, 075100, county Ilfov, Romania.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Azola 5 ml damcı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar