Fluzamed 150 mq kapsul
| Təsiredici maddə | FLUCONAZOLE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Sistem istifadə üçün göbələk əleyhinə vasitələr. Triazol törəmələri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,27 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLUZAMED kapsullar FLUZAMED Beynəlxalq patentləşdirilməmiş adı: Flukonazole
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 150 mq flukonazol vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, laktoza monohidrat, maqnezium stearat, natrium laurilsulfat. Kapsul: qara dəmir oksidi, titan dioksid, sarı dəmir oksidi, jelatin.
Təsviri
№ 1 ölçülü, qapağı və gövdəsi mat açıq yaşıl rəngli, möhtəviyyatı ağ və ya demək olar ki, ağ rəngli tozdan ibarət olan bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələk əleyhinə vasitələr. Triazol törəmələri. ATC kodu: J02AC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Preparatın triazol qrupunun göbələk əleyhinə vasitəsidir. Onun əsas təsir mexanizmi göbələklərdə erqosterolun biosintezində əsas maddə olan göbələk sitoxromu P-450 vasitəsilə dolayısı yolla 14 alfa-lanosterolun demetilasiya reaksiyasını inhibə etməkdir. Göbələyin hüceyrə membranının tərkibinə daxil olan erqosterolun səviyyəsinin sonradan azalmasına səbəb olan 14 alfa- metilsterolların yığılması flukonazolun göbələk əleyhinə təsirinin əsasını təşkil edir. Flukonazolun, məməlilərin P-450 sitoxromu sisteminin izofermentlərinə nisbətən göbələklərin P-450 sitoxromu sisteminin müxtəlif izofermentlərinə qarşı daha selektiv olduğu müəyyən edilmişdir. 28 gün ərzində 50 mq dozada istifadə olunan flukonazol kişilərdə qan plazmasında testosteronun tərkibinə və ya reproduktiv yaşda olan qadınlarda steroidlərin tərkibinə təsir göstərməmişdir. Flukonazolun hər gün 200-400 mq dozada qəbulu sağlam kişi-könüllülərdə endogen steroidlərin səviyyələrinə və onların AKTH stimullaşdıran reaksiyaya klinik əhəmiyyətli təsir göstərməmişdir. Antipirinlə eyni vaxtda istifadəsi ilə bağlı tədqiqatda flukonazolun 50 mq dozada birdəfəlik və ya çoxdəfəli qəbulu onun metabolizminə təsir göstərməmişdir. In vitro həssaslığı Flukonazol in vitro tədqiqatlarda klinik təcrübədə ən çox yayılmış Candida göbələyi növlərinə (C.albicans, C.parapsilosis, C.tropicalis daxil olmaqla) qarşı göbələk əleyhinə aktivlik nümayiş etdirmişdir. C.glabrata göbələyi flukonazola qarşı aşağı həssaslıq nümayiş etdirir, C.krusei isə flukonazolun təsirinə qarşı davamlıdır. Həmçinin, flukonazolun Cryptococcus neoformans və Cryptococcus gattii, o cümlədən Blastomyces dermatitides, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioides brasiliensis kimi endemik kif göbələklərinə qarşı in vitro aktivliyi müəyyən edilmişdir. Farmakokinetika-farmakodinamika əlaqəsi Heyvanlar üzərində aparılan tədqiqatlarda minimal inhibəedici konsentrasiya (MİK) göstəriciləri və Candida cinsli göbələyin yaratdığı eksperimental mikozlara qarşı effektivlik arasında asılılıq müəyyən edilmişdir. Klinik tədqiqatlarda “konsentrasiya-zaman” əyrisi altında sahənin (AUC) və flukonazolun dozası arasında praktiki olaraq xətti 1:1 nisbəti var idi. Müalicə zamanı AUC göstəricisi və ya dozası ilə ağız boşluğu kandidozunun uğurlu klinik cavabı və daha az dərəcədə kandidemiya arasında birbaşa, lakin natamam bir əlaqə var. Analoji müalicə üsulu flukonazolun yüksək MİK ştamlarının yaratdığı infeksiyaların müalicəsi üçün daha az effektivdir. Rezistentliyin mexanizmi Candida cinsinin mikroorqanizmləri azol qrupu antimikotiklərinin təsirlərinə qarşı bir sıra rezistentlik mexanizmləri inkişaf etdirmişdir. Bu rezistentlik mexanizmlərindən birini və ya bir neçəsini yaratmış göbələk ştamlarında flukonazolun minimal inhibəedici konsentrasiyası (MİK) yüksəkdir, bu da in vivo tədqiqatlarda və klinik şəraitdə prepartın effektivliyinə mənfi təsir göstərir. Yalnız C.albicans ştammının deyil, həm də flukonazola həssas olmayan (məsələn, Candida krusei) Candida növündən olan digər ştamların səbəb olduğu superinfeksiya halları haqqında məlumatlar var. Belə hallarda alternativ göbələk əleyhinə müalicənin tətbiqi tələb oluna bilər. Həssaslığın həddi göstəriciləri (EUCAST-a uyğun olaraq) Farmakokinetika/farmakodinamika (FK/FD) məlumatların təhlilinə, in vitro həssaslıq və klinik cavaba əsasən, EUCAST-AFST (Mikrob əleyhinə preparatlara qarşı mikroorqanizmlərin həssaslığının sınaqdan keçirilməsi üzrə Avropa Komitəsi – göbələk əleyhinə preparatlara qarşı həssaslığın müəyyənləşdirilməsi üzrə alt komitə) Candida cinsinin növləri üçün (EUCAST flukonazolun istifadəsini əsaslandıran sənəd (2007)-versiya 2) flukonazolun həssaslıq hədlərini müəyyən etmişdir. Hədd göstəriciləri əsasən FK/FD məlumatları əsasında müəyyən edilmiş növlərə aid olmayan və MİK-lərin müəyyən növlər üçün paylanmasından asılı olmayan və insanlarda ən çox infeksiyaya səbəb olan növlərlə əlaqəli növlərə bölünür. Bu hədd göstəriciləri aşağıdakı cədvəldə təqdim olunub: А Növdən asılı olmayanGöbələk А həssaslıqəleyhinə Növdən asılı olmayan həssaslıq hədləri (S</R>) hədləripreparatlar (S</R>) Candida Candida Candida Candida Candida albicans glabrata krusei parapsilosis tropicalis Flukonazol 2/4 IE — 2/4 2/4 2/4 S = həssas, R = rezistent A = törədici mikrob növündən asılı olmayan həssaslıq hədləri əsasən FK/FD məlumatları əsasında müəyyən edilmişdir və konkret növlərdə MİK-in yayılmasından asılı deyil. Bunlar yalnız müəyyən hədd qiyməti olmayan orqanizmlərdə istifadə üçün nəzərdə tutulub. — = həssaslıq testi keçirmək tövsiyə edilmir, çünki bu növ qeyd olunan dərman preparatı ilə müalicəyə müsbət cavab vermir. IE = Bu növün bu dərman preparatına yaxşı cavab verdiyinə dair kifayət qədər sübut yoxdur. Farmakokinetikası Flukonazolun farmakokinetikası venadaxili və peroral qəbulu zamanı oxşardır. Absorbsiyası Daxilə qəbul edildikdən sonra, flukonazol yaxşı sorulur və qan plazmasındakı səviyyəsi (və sistem biomənimsənilməsi) vena daxilinə qəbul edildikdən sonra əldə edilən səviyyənin 90%-dən çoxuna çatır. Eyni vaxtda qida qəbulu, daxilə qəbul edildikdə preparatın absorbsiyasına təsir göstərmir. Qan plazmasında pik konsentrasiya doza tətbiq edildikdən 0,5 və 1,5 saat sonra əldə olunur. Plazmada konsentrasiya doza ilə birbaşa mütənasibdir. 90% tarazlıq konsentrasiyasının səviyyəsi preparat sutkada bir dəfə olmaqla dəfələrlə qəbul edildikdə müalicənin başlanmasından sonra 4-5-ci gündə əldə edilir. Orta sutkalıq dozadan 2 dəfə yüksək olan zərbə dozasının 1-ci gündə yeridilməsi 2-ci gündə 90% tarazlıq konsentrasiyasının əldə edilməsinə imkan yaradır. Paylanması Ehtimal edilən paylanma həcmi orqanizmdə suyun ümumi miqdarına demək olar ki, uyğundur. Plazma zülalları ilə birləşməsi zəifdir (11-12%). Flukonazol orqanizmin bütün mayelərinə yaxşı nüfuz edir. Flukonazolun tüpürcək və bəlğəmdəki konsentrasiyaları onun qan plazmasındakı konsentrasiyaları ilə oxşardır. Göbələk mənşəli meningitli pasiyentlərdə onurğa beyni mayesində flukonazolun konsentrasiyası onun qan plazmasında olan konsentrasiyasının təxminən 80%-ni təşkil edir. Flukonazolun dəridə yüksək konsentrasiyası (qan zərdabındakı konsentrasiyasından artıq olan) onun buynuz qatında, epidermisdə, epidermis/dermada və ekzokrin vəzilərindən ifraz olunan tər mayesindəki kumulyasiyası sayəsində əldə olunur. Flukonazol buynuz qatında toplanır. Sutkada 1 dəfə 50 mq dozada qəbul edildikdə flukonazolun konsentrasiyası 12 gündən sonra 73 mkq/q, müalicə başa çatdıqdan 7 gün sonra isə yalnız 5,8 mkq/q təşkil edir. Həftədə 1 dəfə 150 mq dozada qəbul edildikdə buynuz qatında flukonazolun konsentrasiyası 7-ci gündə 23,4 mkq/q, ikinci doza qəbul edildikdən 7 gün sonra isə 7,1 mkq/q təşkil edir. Həftədə bir dəfə 150 mq dozada 4 aylıq müalicədən sonra dırnaqlarda flukonazolun qatılığı sağlam dırnaqlarda 4,05 mkq/q və xəstə dırnaqlarda 1,8 mkq/q təşkil edir; flukonazol müalicənin bitməsindən 6 ay sonra da dırnaq nümunələrində aşkar edilmişdir. Biotransformasiyası Flukonazol yalnız əhəmiyyətsiz dərəcədə metabolizə olunur. Radioaktiv dozanın yalnız 11%-i sidiklə birlikdə dəyişdirilmiş formada xaric olunur. Flukonazol CYP2C9 və CYP3A4 izofermentlərinin orta dərəcəli inhibitorudur. Həmçinin CYP2C19 izofermentinin güclü inhibitorudur. Xaric olması Qan plazmasından flukonazolun yarımxaricolma dövrü təqribən 30 saat təşkil edir. Əsasən böyrəklərlə ekskresiya olunur: alınan dozanın təxminən 80%-i dəyişməmiş şəkildə sidiklə xaric olunur. Flukonazolun klirensi kreatininin klirensinə mütənasibdir. Sirkulyasiya edən metabolitlər aşkar edilməyib. Plazmadan uzunmüddətli yarımxaricolma dövrü vaginal kandidozun müalicəsi üçün preparatın sutkada bir dəfə və ya digər göstərişlər üçün həftədə bir dəfə istifadəsinin əsasını təşkil edir. Böyrək funksiyasının pozğunluğu zamanı farmakokinetikası Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (yumaqcıq filtrasiyasının sürəti <20 ml/dəq) yarımxaricolma dövrü 30 saatdan 98 saata qədər artmışdır. Bu səbəbdən dozanı azaltmaq lazımdır. Flukonazol hemodializ və daha az dərəcədə peritoneal dializlə xaric olur. Üç saatlıq hemodializ seansından sonra flukonazolun təqribən 50%-i qandan xaric olunur. Laktasiya zamanı farmakokinetikası Ana südü ilə qidalandırmanı müvəqqəti olaraq, yaxud tamamilə dayandırmış 10 qadının flukonazolun 150 mq birdəfəlik qəbul edilməsindən sonra keçən 48 saat ərzində flukonazolun qanın plazmasında və ana südündə olan konsentrasiyası dəyərləndirilmişdir. Ana südündə olan flukonazolun orta konsentrasiyası, onun qan plazmasındakı flukonazol konsentrasiyasının təxminən 98%-ni təşkil etdiyi müşahidə edilmişdir. Ana südündə orta pik konsentrasiyası preparatın qəbulundan 5,2 saat keçdikdən sonra 2,61 mq/l təşkil etmişdir. Süddəki orta pik konsentrasiyasından asılı olaraq, ana südündən alınan flukonazolun gündəlik dozası (orta hesabla südün istifadəsinin orta həcmi sutkada 150 ml/kq olmaq şərtilə) yeni doğulmuşlar (<2 həftə) üçün sutkada 0,39 mq/kq təşkil edir ki, bu da öz növbəsində tövsiyə olunan dozanın təxminən 40%-ni və ya selikli qişanın kandidozu zamanı körpələr üçün tövsiyə olunan dozanın 13%-ini təşkil edir. Uşaqlarda farmakokinetikası Aparılan 5 tədqiqatda iştirak edən 113 uşağın farmakokinetik göstəriciləri təhlil edilmişdir: birdəfəlik doza ilə 2 tədqiqat, çoxdəfəli dozanın istifadəsi ilə 2 tədqiqat və vaxtından əvvəl doğulmuş körpələrlə aparılan bir tədqiqat. Tədqiqat prosesində tətbiq üsulunun dəyişməsi səbəbindən bir tədqiqat məlumatları şərh oluna bilməmişdir. 9 aydan 15 yaşa qədər uşaqlarda 2-8 mq/kq flukonazol qəbul etdikdən sonra AUC göstəricisi 1 mq/kq dozada 38 mkq·saat/ml təşkil etmişdir. Çoxdəfəli dozaların istifadəsindən sonra flukonazolun plazmadan orta yarımxaricolma dövrü 15 ilə 18 saat arasında dəyişmişdir, paylanma həcmi isə təxminən 880 ml/kq olmuşdur. Dərman vasitəsinin birdəfəlik dozasını qəbul etdikdən sonra plazmadan təxminən 24 saat çəkən daha uzun yarımxaricolma dövrü müşahidə edilmişdir. Bu məlumatlar 11 gündən 11 aya qədər olan uşaqlarda venadaxili 3 mq/kq miqdarında yeridildikdən sonra flukonazolun plazmadan yarımxaricolma dövrü ilə müqayisə oluna bilər. Bu yaş qrupunda paylanma həcmi təxminən 950 ml/kq təşkil etmişdir. Yenidoğulmuşlarda flukonazolun istifadəsi təcrübəsi orta hamiləlik vaxtı 28 həftə olan 12 vaxtından əvvəl doğulmuş körpədə farmakokinetik tədqiqatlarla məhdudlaşır. İlk dozanı qəbul edən pasiyentin orta yaşı 24 saat (9 ilə 36 saat arasında) və doğulan zaman orta çəkisi 0,9 kq (0,75-1,10 kq) idi. Yeddi pasiyent protokola uyğun olaraq tam müalicə kursunu tamamlamışdır; hər 72 saatdan bir onlara beş dozadan çox olmamaq şərti ilə 6 mq/kq dozada venadaxili flukonazol yeridilmişdir. Orta yarımxaricolma dövrü 1-ci gün 74 saat (44-185 saat diapazonda) təşkil etmiş, 7-ci gün orta hesabla 53 saata qədər (30-131 saat hüdudlarında) və 13-cü gün orta hesabla 47 saata qədər (27-68 saat diapazonda) azalmışdır. Paylanma həcmi 1-ci gün 1183 ml/kq (1070-1470 diapazonda) təşkil etmiş, sonra 7-ci gün orta hesabla 1184 ml/kq-a qədər (510-2130 diapazonda) və 13-cü gün orta hesabla 1328 ml/kq-a qədər (1040-1680 diapazonda) artmışdır. Yaşlı pasiyentlərdə farmakokinetikası Yaşı 65 və ya daha çox olan 22 pasiyentin iştirakı ilə aparılan farmakokinetik tədqiqatda flukonazol birdəfəlik 50 mq dozada verilmişdir. Onlardan on nəfəri eyni zamanda diuretik qəbul etmişdir. Dozanı qəbul etdikdən 1,3 saat sonra maksimal konsentrasiya (C ) dəyəri 1,54 mkq/ml təşkilmax edirdi. AUC-un orta göstəriciləri – 76,4±20,3 mkq·saat/ml, orta terminal yarımxaricolma dövrü isə – 46,2 saat təşkil etmişdir. Bu farmakokinetik parametrlər sağlam gənc kişi könüllülərə nisbətən daha yüksəkdir. Eyni vaxtda diuretiklərin qəbul edilməsi AUC və C göstəricilərində aşkarmax dəyişikliyə səbəb olmamışdır. Yaşlı xəstələrdə kreatininin klirensi (74 ml/dəq), böyrəklərlə dəyişilməmiş şəkildə xaric edilən flukonazolun faizi (0-24 saat, 22%) və flukonazolun böyrək klirensi (0,124 ml/dəq/kq) daha cavan pasiyentlərlə müqayisədə aşağı idi. Beləliklə, yaşlı pasiyentlərdə flukonazolun farmakokinetikasının dəyişməsi bu qrup üçün böyrək funksiyasının xüsusiyyətlərinin zəifləməsi ilə əlaqədardır.
İstifadəsinə göstərişlər
Fluzamed böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsində göstərişdir: – yerli müalicə mümkün olmadıqda, kəskin vaginal kandidoz; – yerli müalicə mümkün olmadıqda, kandidozlu balanit. Kultura metodunun və digər laboratoriya tədqiqat metodlarının nəticələri məlum olana qədər müalicəyə başlamaq olar. Nəticələr məlum olduqdan sonra antiinfeksiya terapiyasına müvafiq düzəlişlər edilməlidir. Göbələk əleyhinə preparatların müvafiq tətbiqi üzrə rəsmi təlimatlar nəzərə alınmalıdır.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə və digər azol birləşmələrinə qarşı hiperhəssaslıq; – flukonazolun gündə 400 mq və daha artıq dozada çoxsaylı istifadəsi zamanı terfenadinlə eyni vaxtda qəbulu; – QT intervalını uzadan və sizaprid, astemizol, pimozid, xinidin və eritromisin kimi P450 (CYP) 3A4 sitoxrom fermenti ilə metabolizmə uğrayan dərman vasitələri ilə eyni vaxtda istifadəsi flukonazol istifadə edən pasiyentlərdə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sidik-ifrazat sistemi Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə Fluzamed preparatı ehtiyatla istifadə edilməlidir. Böyrəküstü vəzinin çatışmazlığı Məlumdur ki, ketokonazol böyrəküstü vəzi çatışmazlığa səbəb olur, nadir hallarda bu flukonazolun istifadəsi zamanı da müşahidə olunmuşdur. Prednizonla eyni vaxtda terapiya zamanı böyrəküstü vəzi çatışmazlığı haqqında məlumat üçün “Flukonazolun digər dərman vasitələrinə təsiri” bölməsinə baxın. Hepatobiliar sistem Fluzamed qaraciyər çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Nadir hallarda, flukonazolun istifadəsi əsasən ciddi xəstəlikləri olan pasiyenrlərdə ölüm də daxil olmaqla ağır hepatotoksiklik ilə müşayiət olunur. Flukonazol ilə əlaqəli hepatotoksiklik hallarında, ümumi sutkalıq dozası, terapiya müddəti, pasiyentlərin cinsi və yaşı ilə hər hansı aydın qarşılıqlı əlaqə müşahidə edilməmişdir. Flukonazolun hepatotoksikliyi, adətən geridönən olmuşdur və müalicə dayandırıldıqdan sonra aradan qalxmışdır. Flukonazolla müalicə zamanı qaraciyər funksiyasının laborator göstəriciləri normadan kənara çıxan pasiyentlər qaraciyərin daha ciddi zədələnməsinin inkişafının qarşısını almaq məqsədilə daimi müşahidə altında olmalıdırlar. Flukonazolun istifadəsilə əlaqədar olan qaraciyərin zədələnməsinin klinik simptomları (ifadəolunmuş zəiflik, anoreksiya, müntəzəm ürəkbulanma, qusma və sarılıq) zamanı preparatın istifadəsini ləğv etmək lazımdır. Ürək-damar sistemi Bəzi azollar, o cümlədən flukonazolun istifadəsi elektrokardioqramda QT intervalının uzanmasına səbəb olmuşdur. Flukonazol düzəldici kalium kanalları (I ) vasitəsilə ionların axınını inhibəkr etməklə QT intervalını uzadır. Digər dərman vasitələrinin (məsələn, amiodaron) səbəb olduğu QT intervalının uzanması, P450 CYP3A4 sitoxromunun inhibə olunması ilə gücləndirilə bilər. Flukonazol qəbul edən pasiyentlərdə qeydiyyatdan sonrakı müşahidə zamanı çox nadir hallarda QT intervalının uzanması və “piruet” tipli mədəcik taxikardiyası qeydə alınmışdır. Bu hallar arasında vəziyyətə təsir edə biləcək ürəyin struktur xəstəliyi, elektrolit pozulmalar və eyni yanaşı qəbul edilən preparatlar kimi bir çox əlaqəli risk faktorları və ağır xəstəlikləri olan pasiyentlər haqqında məlumatlar vardır. Hipokaliemiya və güclənən ürək çatışmazlığı olan pasiyentlərdə həyat üçün təhlükə yaradan mədəcik aritmiyaları və “piruet” tipli taxikardiyanın yaranma riski yüksəkdir. Fluzamedi aritmiyanın yaranma riski olan pasiyentlərdə ehtiyatla təyin etmək lazımdır. QT intervalını uzatdığı bilinən və P450 (CYP3) A4 sitoxromu vasitəsi ilə metabolizə olunan digər dərman preparatlarının eyni vaxtda istifadəsi əks göstərişdir. Halofantrin Halofantrin tövsiyə olunan terapevtik dozada QT intervalını artırır və CYP3A4 substratdır. Buс səbəbə görə flukonazol və halofantrinin eyni vaxtda istifadəsi məsləhət görülmür. Dermatoloji reaksiyalar Flukonazolla müalicə zamanı pasiyentlərdə nadir hallarda Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi eksfoliativ dəri reaksiyaları inkişaf etmişdir. Eozinofiloya ilə dərman reaksiyasının və sistem simptomların (DRESS) yaranması barədə məlumat verilmişdir. QİÇS xəstəliyi olan pasiyentlər ağır dəri reaksiyalarının inkişafına daha meyllidirlər. Səthi göbələk infeksiyasının müalicəsi zamanı pasiyentdə flukonazolun istifadəsilə əlaqələndirilə biləcək səpgilər meydana çıxdıqda preparatın istifadəsini dayandırmaq lazımdır. İnvaziv/sistemli göbələk infeksiyaları olan pasiyentlərə səpgilər əmələ gəldiyi zaman onlara ciddi nəzarət vacibdir və bullyoz zədələnmələr və ya multiformalı eritema əmələ gəldikdə preparatın qəbulu dayandırılmalıdır. Hiperhəssaslıq Nadir hallarda anafilaktik reaksiyalar qeydə alınmışdır. Sitoxrom P450 Flukonazol CYP2C9 izofermentinin və CYP3A4 izofermentinin mülayim inhibitoru. Flukonazol, eləcə də CYP2C19 izofermentinin güclü inhibitorudur. Fluzamed preparatını CYP2C9, CYP2C19 və CYP3A4 izofermentlərilə metabolizə olunan dar terapevtik diapazonlu dərman vasitələrilə eyni vaxtda qəbul edən pasiyentlər müşahidə olunmalıdır. Terfenadin Sutkada 400 mq-dən az dozada flukonazolun terfenadinlə eyni vaxtda qəbulu zamanı pasiyentin vəziyyətinə ciddi nəzarət edilməlidir. Kandidoz Tədqiqatların nəticəsi C. albicans növündən fərqli olaraq, Candida növü ilə törədilən infeksiyanın yayılmasının artmasını göstərir. Onlar adətən təbii davamlılığa (məsələn, C. krusei və C. auris) və ya flukonazola qarşı daha az həssaslığı malikdir (C. glabrata). Belə infeksiyaların qeyri-effektiv müalicə zamanı alternativ göbələk əleyhinə terapiyanın aparılmasına ehtiyac ola bilər. Bu səbəbə görə həkim Candida-nın müxtəlif növlərinin flukonazola qarşı rezistentliyinin yayılması barədə məlumatı nəzərə almalıdır. Köməkçi maddələr Preparatın tərkibində laktoza monohidrat vardır. Qalaktozaya qarşı dözümsüzlük, laktazaya qarşı tam dözümsüzlük və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliyi olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər. Preparatın hər kapsulunda 1mmol natrium (23 mq) vardır, daha doğrusu demək olar ki, “tərkibindıə natrium yoxdur”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadəsi əks göstərişdir. Sizaprid Ürəkdə baş verən arzuolunmaz reaksiyalar, o cümlədən “piruet” tipli mədəcik taxikardiyası halları mümkündür. Nəzarət olunan tədqiqatlarda flukonazolun sutkada 1 dəfə 200 mq dozada və sizapridin sutkada 4 dəfə 20 mq dozada istifadəsi sizapridin qan plazmasında səviyyəsinin kəskin şəkildə artmasına və QT intervalının uzanmasına səbəb olur. Flukonazol və sizapridlə eyni vaxtda müalicə əks göstərişdir. Terfenadin Azol göbələk əleyhinə preparatları və terfenadini eyni vaxtda qəbul edən pasiyentlərdə QT intervalının uzanması nəticəsində ciddi ürək ritminin pozulması müşahidə edildikdən sonra bu preparatların qarşılıqlı təsirinin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılmışdır. Bir tədqiqatda gündə 200 mq dozada flukonazol istifadə olunarkən QT intervalının uzanması müşahidə edilməmişdir. Gündə 400 və 800 mq dozada flukonazolun istifadə olunduğu başqa bir tədqiqatda flukonazolun gündə 400 mq və daha çox dozalarda terfenadinlə eyni vaxtda qəbul edilməsi plazmada terfenadinin səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olduğu göstərmişdir. Flukonazolun 400 mq və daha çox dozada terfenadinlə eyni vaxtda istifadəsi əks göstərişdir. Gündə 400 mq-dən az dozalarda flukonazol və terfenadinin eyni vaxtda istifadəsi həkimin ciddi nəzarəti altında aparılmalıdır. Astemizol Flukonazolun astemizolla eyni vaxtda qəbul edilməsi astemizolun klirensinin azalmasına səbəb ola bilər. Qan plazmasında astemizolun yüksək konsentrasiyaları QT intervalının uzanmasına və nadir hallarda “piruet” tipli mədəcik taxikardiyanın yaranmasına gətirib çıxara bilər. Flukonazolla astemizolun eyni vaxtda istifadəsi əks göstərişdir. Pimozid İn vitro və ya in vivo müvafiq tədqiqatların aparılmamasına baxmayaraq, flukonazolla pimozidin eyni vaxtda istifadəsi pimozidin metabolizminin inhibə edilməsinə gətirib çıxara bilər. Pimozidin plazmadakı artmış konsentrasiyaları QT intervalının uzanmasına və nadir hallarda “piruet” tipli mədəcik taxikardiyanın yaranmasına səbəb ola bilər. Flukonazolla pimozidin eyni vaxtda istifadəsi əks göstərişdir. Xinidin İn vitro və ya in vivo müvafiq tədqiqatların aparılmamasına baxmayaraq, flukonazolun xinidin ilə eyni vaxtda istifadəsi də həmçinin xinidinin metabolizminin inhibə edilməsinə səbəb ola bilər. Xinidinin istifadəsi zamanı QT intervalının uzanması və nadir hallarda “piruet” tipli mədəcik taxikardiyanın yaranması müşahidə olunub. Flukonazolla xinidinin eyni vaxtda istifadəsi əks göstərişdir. Eritromisin Flukonazolla eritromisinin eyni vaxtda istifadəsi kardiotoksikliyin (QT intervalının uzanması, “piruet” tipli mədəcik taxikardiyası) və bunun nəticəsində də qəfil ürək ölümünün potensial riskini artırır. Flukozalolla eritromisinin birlikdə istifadəsi əks göstərişdir. Aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadəsi tövsiyə olunmur. Halofantrin Flukonazol, CYP3A4 izofermentinə inhibə edici təsiri ilə əlaqədar olaraq qanın plazmasında halofantrinin konsentrasiyasını artıra bilər. Halofantrin və flukonazolun eyni vaxtda istifadəsi kardiotoksikliyin (QT intervalının uzanması, “piruet” tipli mədəcik taxikardiyası) və bunun nəticəsində də letal sonluğun potensial riskini artırır. Bu kombinasiyadan çəkinmək lazımdır. Aşağıdakı dərman vasitələri ilə birgə qəbul edilən zaman ehtiyatlı olmaq lazımdır. Amiodaron Flukonazol və amiodaronun birgə istifadəsi QT intervalının uzanmasına gətirib çıxara bilər. Flukonazolun amiodaronla eyni zamanda istifadəsi zərurətində, xüsusilə də flukonazolu yüksək dozada (800 mq) qəbul edərkən ehtiyatlı olmaq lazımdır. Aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq və lazım gəldikdə dozaları tənzimləmək lazımdır. Digər dərman vasitələrin flukonazola təsiri Rifampisin Flukonazolun və rifampisinin eyni vaxtda istifadəsi AUC-un 25% azalmasına və flukonazolun yarımxaricolma dövrünün müddətinin 20% azalmasına səbəb olmuşdur. Eyni zamanda rifampisin qəbul edən pasiyentlərdə flukonazolun dozasının artırılmasının məqsədəuyğunluğunu nəzərə almaq lazımdır. Qarşılıqlı təsirlə bağlı tədqiqatlar göstərmişdir ki, flukonazol yemək, simetidin, antasidlərlə və ya sümük iliyinin transplantasiyası zamanı bədənin ümumi şüalanmasından sonra peroral qəbul edildikdə flukonazolun absorbsiyasının klinik cəhətdən əhəmiyyətli dərəcədə pozulması müşahidə olunmur. Hidroxlorotiazid Farmakokinetik qarşılıqlı təsir tədqiqatında bir neçə doza hidroxlorotiazid və flukonazolun eyni vaxtda istifadəsi flukonazolun qan plazmasında konsentrasiyalarını 40% artırmışdır. Eyni zamanda, diuretiklərin eyni vaxtda istifadəsi ilə flukonazolun qəbul rejimində dəyişiklik tələb olunmur. Flukonazolun digər dərman vasitələrinə təsiri Flukonazol sitoxrom P450(CYP)-nin – 2C9 və 3A4 izofermentlərinin mülayim inhibitorudur. Flukonazol həmçinin, CYP2C19 izofermentinin güclü inhibitorudur. Bundan əlavə, aşağıda sadalanmış/sənədləşdirilmiş effektlərdən başqa, qan plazmasında flukonazolla eyni vaxtda istifadə olunan CYP2C9, CYP2C19 və CYP3A4 izofermentləri ilə metabolizə edilən digər dərman vasitələrinin konsentrasiyalarının artması riski də mövcuddur. Bununla əlaqədar olaraq, sadalanmış preparatların eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır və pasiyentlər ciddi həkim nəzarəti altında saxlanılmalıdırlar. Flukonazolun inhibə edici effekti uzunmüddətli yarımxaricolma dövrü ilə əlaqədar olaraq preparatın istifadəsinin dayandırılmasından sonra 4-5 gün ərzində saxlanılır. Alfentanil Sağlam könüllülərdə flukonazol (400 mq) və venadaxili alfentanilin (20 mkq/kq) eyni vaxtda istifadəsi zamanı ehtimal ki, CYP3A4 izofermentinin inhibə olunması səbəbindən alfentanilin AUC dəyəri 2 dəfə artmışdır. Alfentanilin dozasında düzəliş edilməsi tələb oluna bilər.10 Amitriptilin, nortriptilin Flukonazol preparatı amitriptilin və nortriptilinin təsirini gücləndirir. 5-nortriptilinin və/və ya S- amitriptilinin konsentrasiyasını müalicənin əvvəlində və başladıqdan bir həftə sonra ölçmək olar. Lazım gəldikdə, amitriptilinin/nortriptilinin dozası korreksiya edilməlidir. Amfoterisin B Yoluxmuş normal siçanlarda və yoluxmuş immun çatışmazlığı olan siçanlarda flukonazol və amfoterisin B-nin eyni vaxtda istifadəsi aşağıdakı nəticələri göstərir: C.albicans tərəfindən törədilən sistemli infeksiya zamanı kiçik additiv göbələk əleyhinə effekt, Cryptococcus neoformans tərəfindən törədilən kəllədaxili infeksiya zamanı qarşılıqlı təsirin olmaması və Aspergillus fumigatus tərəfindən törədilən sistemli infeksiya zamanı antaqonizm. Bu nəticələrin klinik əhəmiyyəti məlum deyil. Antikoaqulyantlar Qeydiyyatdan sonrakı istifadəsi zamanı digər azol göbələk əleyhinə preparatlar halındakı kimi, flukonazolu varfarin ilə birlikdə istifadə edən pasiyentlərdə protrombin vaxtının artması ilə müşayiət olunan qanaxmalar (qançır, burun qanaxması, mədə-bağırsaq qanaxması, hematuriya və melena) qeydə alınmışdır. Flukonazol və varfarinlə yanaşı müalicə zamanı ehtimal ki, varfarinin CYP2C9 izofermenti vasitəsilə metabolizmi inhibə etməsi səbəbindən protrombin müddəti iki qat artır. Kumarin və ya indandin tipli antikoaqulyantların flukonazol ilə birlikdə qəbulunda protrombin vaxtını nəzarətdə saxlamaq lazımdır. Antikoaqulyantların dozasında düzəliş edilməsi ehtiyacı yarana bilər. Qısamüddətli təsirli benzodiazepinlər (məsələn, midazolam, triazolam) Midazolam daxilə qəbul edildikdən sonra flukonazol midazolamın konsentrasiyasını və psixomotor təsirləri əhəmiyyəti dərəcədə artmasına səbəb olur. 0,25 mq triazolam ilə birlikdə 200 mq flukonazolun gündəlik daxilə qəbulu, AUC dəyərinin və midazolamın yarımxaricolma dövrünün uyğun olaraq 4,4 və 2,3 dəfə artmasına səbəb olur. Triazolam flukonazolla birgə istifadə edildikdə birincinin təsirinin artması və uzanması müşahidə edilmişdir. Flukonazol qəbul edən pasiyentlərdə benzodiazepinlə yanaşı müalicə tələb olunarsa, benzodiazepinin dozası azaldılmalı və pasiyentlərə müvafiq şəkildə nəzarət edilməlidir. Karbamazepin Flukonazol karbamazepinin metabolizmini inhibə edir və onun qan zərdabında konsentrasiyasını 30% artırır. Karbamazepinin toksikliyinin inkişaf riski mövcuddur. Konsentrasiya göstəriciləri və ya effektdən asılı olaraq, karbamazepinin dozasında düzəliş edilməsi tələb oluna bilər. Kalsium kanallarının blokatorları Kalsium kanallarının bəzi antaqonistləri (nifedipin, isradipin, amlodipin, verapamil və felodipin) CYP3A4 izofermenti ilə metabolizə olunur. Flukonazol kalsium kanallarının antaqonistlərinin sistemli təsirini nəzərəçarpacaq dərəcədə artıra bilər. Əlavə təsirlərin tez-tez monitorinqinin aparılması tövsiyə edilir. Selekoksib Flukonazol (sutkada 200 mq) və selekoksib (200 mq) ilə yanaşı terapiaya zamanı, selekoksibin Cmax və AUC göstəriciləri, müvafiq olaraq, 68% və 134% artır. Flukonazol ilə birlikdə selekoksibin dozasının iki dəfə azaldılması tələb oluna bilər. Siklofosfamid Siklofosfamidin və flukonazolun kombinəolunmuş terapiyası bilirubinin və kreatininin səviyyəsinin qan zərdabında artmasına səbəb olur. Bu cür kombinasiyanın istifadəsi zamanı zərdabda bilirubinin və kreatininin konsentrasiyalarının artması riskini nəzərə almaq lazımdır. Fentanil Fentanil və flukonazolun qarşılıqlı təsiri ilə əlaqədar ola bilən letal nəticəli bir məlumat qeydə alınmışdır. Bundan başqa, sağlam könüllülər üzərində aparılan tədqiqat göstərmişdir ki, flukonazol fentanilin xaricolma müddətini əhəmiyyətli dərəcədə ləngidir. Fentanilin konsentasiyasının artması tənəffüs çatışmazlığına gətirə bilər, bu səbəbdən pasiyentlər hərtərəfli müşahidə olunmalıdır. Fentanil dozasına düzəliş edilməsi tələb oluna bilər. HMQ-KoA-reduktazanın inhibitorları Flukonazol CYP3A4 vasitəsilə metabolizə olunan (atorvastatin və simvastatin kimi) və ya CYP2C9 vasitəsilə metabolizə olunan (fluvastatin kimi) (qaraciyərdə statinlərin metabolizminin azalması) HMQ-KoA reduktazanın inhibitorları ilə eyni vaxtda təyin edildikdə miopatiya və rabdomioliz (dozadan asılılıq xarakterikdir) inkişafı riski artır. Yanaşı terapiya ehtiyacı olduqda pasiyent miopatiya və rabdomioliz əlamətlərinin ortaya çıxması səbəbilə həkim tərəfindən nəzarət olunmalı və həmçinin orqanizmdəki kreatinkinazanın səviyyəsinə də nəzarət edilməlidir. Kreatinkinazanın səviyyəsində nəzərəçarpacaq artım müşahidə olunduqda, yaxud miopatiya və ya rabdomioliz diaqnozu qoyulubsa və ya şübhə yaranıbsa, HMQ-KoA- reduktazanın inhibitorlarının qəbulu dayandırılmalıdır. HMQ-KoA-reduktazanın inhibitorlarının istifadəsində statinlərin istifadəsinə dair təlimatdakı məlumata uyğun daha kiçik dozanın təyin edilməsinə ehtiyac yarana bilər. İbrutinib Flukonazol kimi CYP3A4 izofermentinin mülayim inhibitorları ibrutinibin plazmada konsentrasiyalarını artırır və toksiklik riskini artıra bilər. Bu kombinasiyanın istifadəsindən çəkinmək mümkün deyilsə, inhibitorun qəbul edildiyi müddət ərzində ibrutinib dozasını sutkada bir dəfə 280 mq-yə (2 kapsul) qədər azaltmaq və hərtərəfli klinik müşahidəni təmin etmək lazımdır. İvakaftor (bu terapevtik sinifdən olan olan dərman vasitələrilə ayrılıqda və ya kombinasiyada istifadəsi zamanı) Mukovissidoz zamanı transmembran keçiriciliyinin gen tənzimləyicisinin (CFTR) stimulyatoru olan ivakaftor ilə eyni vaxtda istifadəsi ivakaftorun təsirinin 3 dəfə, hidroksimetil-ivakaftorun (M1) təsirinin isə 1,9 dəfə artırmıışdır. İvafaktorun dozasını (digər dərman vasitələrilə ayrılıqda və ya kombinasiyada istifadəsi zamanı) ivafaktorun içlik vərəqəsindəki məlumata uyğun (digər dərman vasitələrilə ayrılıqda və ya kombinasiyada istifadəsi zamanı) azaltmaq lazımdır. Olaparib Flukonazol kimi CYP3A4 izofermentinin mülayim inhibitorları olaparibin qan plazmasındakı konsentrasiyasını artırır; onların eyni vaxtda istifadəsi məsləhət görülmür. Bu preparatların birlikdə istifadəsi qaçılmaz olduqda, olaparibin dozasını sutkada iki dəfə 200 mq-yə qədər məhdudlaşdırmaq lazımdır. İmmunodepressantlar (siklosporin, everolimus, sirolimus və takrolimus kimi) Siklosporin Flukonazol siklosporinin konsentrasiyasını və AUC göstəricisini əhəmiyyətli dərəcədə artırır. Flukonazol (sutkada 200 mq dozada) və siklosporinin (gündə 2,7 mq/kq/sut) eyni vaxtda istifadəsi zamanı siklosporinin AUC dəyərində 1,8 dəfə artım müşahidə edilmişdir. Bu preparat kombinasiyası, konsentrasiyasından asılı olaraq siklosporinin dozasını azaltmaqla istifadə etmək olar. Everolimus İn vivo və ya in vitro tədqiqatlarının aparılmamasına baxmayaraq, flukonazol everolimusun qan zərdabında konsentrasiyalarını CYP3A4 fermentinin inhibə olunması səbəbindən artıra bilər. Sirolimus Ehtimal edilir ki, CYP3A4 və P-qlikoproteinin vasitəsilə sirolimusun metabolizminin inhibə edilməsi ilə əlaqədar olaraq, flukonazol qan plazmasında sirolimusun konsentrasiyasını artıra bilər. Bu kombinasiya, effekt və konsentrasiya göstəricilərindən asılı olaraq, sirolimusun dozasında düzəlişlər zamanı istifadə edilə bilər. Takrolimus Flukonazol daxilə istifadəsi zamanı CYP3A4 fermentinin bağırsaqda inhibə edilməsi nəticəsində takrolimusun metabolizminin inhibə edilməsi səbəbindən takrolimusun qan zərdabında konsentrasiyalarının 5 dəfəyə qədər artıra bilər. Takrolimusun venadaxili istifadəsi zamanı preparatların farmakokinetikasında əhəmiyyətli dəyişikliklər müşahidə edilməmişdir. Takrolimusun səviyyəsinin artması nefrotoksiklə əlaqədar olmuşdur. Takrolimusun dozası daxilə istifadəsi zamanı onun konsentrasiyasından asılı olaraq azaldılmalıdır. Lozartan Flukonazol lozartanla müalicə zamanı baş verən angiotenzin-II reseptorlarının antaqonizminin böyük hissəsinə cavabdeh olan, onun aktiv metabolitinə (Е-3174) qədər metabolizmini inhibə edir. Pasiyentlərin arterial təzyiqin müntəzəm monitorinqi məsləhət görülür. Lurazidon CYP3A4-ün flukonazol kimi mülayim inhibitorları qan plazmasında lurazidonun konsentrasiyasını artıra bilər. Flukonazolla eyni vaxtda istifadəsinə ehtiyac olduqda, lurazidonun dozasını lurazidonun içlik vərəqəsindəki məlumata əsasən azaltmaq lazımdır. Metadon Flukonazol metadonun qan zərdabında konsentrasiyasını artıra bilər. Metadonun dozasına düzəliş edilməsi tələb oluna bilər. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) Flurbiprofen və flukonazolun eyni vaxtda qəbul edilməsi flurbiprofen monoterapiyası ilə müqayisədə flurbiprofenin C və AUC göstəricilərinin müvafiq olaraq 23% və 81% artmasınamax səbəb olur. Analoji olaraq flukonazol rasemik ibuprofenlə (400 mq) eyni vaxtda istifadə edildikdə, rasemik ibuprofen monoterapiyası ilə müqayisədə farmakoloji aktiv izomerin [S(+)-ibuprofen] Cmax və AUC göstəriciləri, müvafiq olaraq, 15% və 82% artmışdır. Spesifik tədqiqatların aparılmamasına baxmayaraq, flukonazol CYP2C9 izofermenti ilə metabolizə olunan digər QSİƏP-lərin (məsələn, naproksen, lornoksikam, meloksikam, diklofenak) sistemli təsirini artıra bilər. QSİƏP-lə əlaqəli olan əlavə təsirlər və toksiklik üçün tez-tez monitorinqlərin aparılması məsləhət görülür. QSİƏP-lərın dozasının korreksiyası tələb oluna bilər. Fenitoin Flukonazol fenitoinin qaraciyər metabolizmini inhibə edir. Daxilə 200 mq flukonazol və 250 mq venadaxili fenitoinin ilə birgə təkrar istifadəsi fenitoinin AUC göstəricilərinin 75% və C -in24 min 128% artmasına gətirmişdir. Eyni vaxtda istifadə edildikdə, fenitoin toksikliyinin qarşısını almaq üçün fenitoinin qan zərdabında konsentrasiyası yoxlanılmalıdır. Prednizon Qaraciyər köçürülməsindən sonra prednizon ilə müalicə fonunda pasiyentdə, üç aylıq flukonazol terapiyasının dayandırılmasından sonra Addison xəstəliyi inkişaf etməsi barədə məlumat qeydə alınmışdır. Ehtimal edilir ki, flukonazol qəbulunun dayandırılması CYP3A4 fermentinin aktivliyinin artmasına gətirib çıxarıb ki, bu da öz növbəsində prednizonun metabolizminin güclənməsinə səbəb olub. Prednizon və flukonazol ilə uzun müddət müalicə alan pasiyentlər, flukonazolun qəbulu dayandırıldıqda böyrəküstü vəzinin qabığının çatışmazlığının yaranma səbəbilə hərtərəfli müşahidə olunmalıdır. Rifabutin Flukonazol ilə eyni vaxtda istifadəsi rifabutinin AUC göstəricisini qan zərdabında 80%-ə qədər artmasına səbəb olur. Flukonazol və rifabutin eyni vaxtda təyin olunan pasiyentlərdə uveit hallarının inkişafı barədə məlumat verilmişdir. Bu preparatlarla kombinəolunmuş terapiya halında rifabutinin toksiklik simptomlarının təzahür olunmasına diqqət yetirilməlidir. Sakvinavir CYP3A4 izofermentinin qaraciyər metabolizminin və P-qlikoproteinin inhibə olunması ilə əlaqədar olaraq, flukonazol fermentlərin iştirakı ilə sakvinavirin AUC və C dəyərlərini təxminən 50% vəmax 55% artırır. Sakvinavir/ritonavir ilə qarşılıqlı təsiri öyrənilməmişdir və daha güclü ifadə oluna bilər. Sakvinavirin dozasının korreksiyası tələb oluna bilər. Hipoqlikemik sulfonamidlər Sağlam könüllülərdə flukonazol peroral hipoqlikemik sulfonamidlərlə (xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamid) eyni vaxtda istifadə olunan zaman onların qan zərdabından yarımxaricolma dövrünün uzanmasına səbəb olmuşdur. Eyni vaxtda istifadəsi zamanı qanda qlükozanın səviyyəsinə nəzarət etmək və ehtiyac olduqda, sulfonil sidik cövhəri preparatlarının dozasını vaxtında azaltmaq lazımdır. Teofillin Qarşılıqlı təsirin plasebo nəzarət olunan tədqiqatında 14 gün ərzində 200 mq dozada flukonazolun qəbul olunası teofillinin klirensinin orta sürətinin 18% azalmasına səbəb olmuşdur. Yüksək dozada teofillin və flukonazol qəbul edən pasiyentləri və ya teofillinin toksik təsirinin yüksək inkişaf riski olan pasiyentləri teofillinin, doza həddinin aşılması simptomlarının vaxtında aşkar edilməsi məqsədilə nəzarət altında olmalıdırlar. Toksiklik əlamətlərinin təzahürü zamanı müalicəni dəyişmək vacibdir. Tofasitinib CYP3A4-ün mülayim dərəcədə inhibə edilməsinə və CYP2C19-un güclü inhibə edilməsinə səbəb olan dərman vasitələri (məsələn, flukonazol) ilə eyni vaxtda təyin edildikdə tofasitinibin təsiri artır. Bu səbəbə görə bu dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı tofasitinibin dozasını sutkada 1 dəfə 5 mq-yə qədər azaltmaq məsləhət görülür. Tolvaptan Flukonazolla (CYP3A4-ün mülayim inhibitoru) eyni vaxtda istifadəsi zamanı tolvaptanın (CYP3A4-ün substratı) sistem təsiri əhəmiyyətli dərəcədə artır (AUC 200% artır; C 80%max yüksəlir), bu zaman əlavə təsirlərin yaranma riski əhəmiyyətli dərəcədə artır, xüsusilə diurez, susuzlaşma və kəskin böyrək çatışmazlığı əhəmiyyətli dərəcədə artır. Kombinəolunmuş şəkildə istifadə edildikdə, tolvaptanın dozasını onun içlik vərəqəsində olan məlumata uyğun azaltmaq lazımdır, eləcə də tolvaptanın istifadəsilə əlaqədar istənilən əlavə təsirin aşkar olunmaı məqsədilə pasiyentlərin müntəzəm monitorinqini təmin etmək vacibdir. Cəzair bənövşəsi alkaloidi Tədqiqatların aparılmamasına baxmayaraq, flukonazolun cəzair bənövşəsi alkaloidlərinin (məsələn, vinkristin və vinblastin) plazma səviyyəsini artıra bilər və bununla da neyrotoksik effektə səbəb olur ki, bu da CYP3A4 izofermentinə inhibəedici təsirlə əlaqəli ola bilər. Vitamin A Tam olaraq trans-retin turşusu (A vitamininin turşu forması) və flukonazolla kombinəolunmuş terapiyanı qəbul edən bir pasiyentdə, kəllədaxili idiopatik hipertenziya şəklində yaranan və flukonazolun istifadəsi dayandırıldıqdan sonra aradan qalxan, mərkəzi sinir sistemində (MSS) baş verən əlavə təsirlərlə bağlı məlumat qeydə alınmışdır. Bu dərman vasitələrini eyni vaxtda istifadə etmək olar, MSS-də baş verən əlavə təsirlərin monitorinqi məsləhət görülür. Vorikonazol (CYP2C9, CYP2C19 və CYP3A4 inhibitoru) Vorikonazolun (birinci gün 12 saatdan bir 400 mq, sonra isə 2,5 gün ərzində 12 saatdan bir 200 mq olmaqla) və flukonazolun (birinci gün 400 mq, sonra isə 4 gün ərzində sutkada 200 mq olmaqla) eyni vaxtda sağlam könüllü kişilərdə istifadəsi vorikonazolun konsentrasiyasının C və AUC -unmax τ müvafiq olaraq 57% (90%-li Eİ: 20 %, 107 %) və 79% (90%-li Eİ: 40 %, 128 %) artmasına səbəb olmuşdur. Vorikonazol və flukonazolun hansı dozada və/və ya tezlikdə azalmasının bu təsirin yox olmasına səbəb olacağı müəyyən edilməmişdir. Vorikonazolun flukonazoldan sonra istifadəsi zamanı vorikonazolun əlavə təsirlərinin monitorinqi məsləhət görülür. Zidovudin Flukonazol daxilə qəbul olunan zidovudinin klirensinin təxminən 45% azalması səbəbindən zidovudinin C və AUC göstəricilərini müvafiq olaraq 84% və 74% artırır. Flukonazollamax kombinəolunmuş terapiya zamanı zidovudinin yarımxaricolma dövrü təxminən 128% uzanır. Zidovudinlə əlaqədar əlavə təsirlərin müəyyən edilməsi üçün bu kombinasiyanı qəbul edən pasiyentlərin monitorinqi aparılmalıdır. Zidovudinin dozasının azaldılması nəzərdən keçirilməlidir. Azitromisin 1200 mq azitromisinin daxilə qəbul olunan dozasının 800 mq flukonazolun birdəfəlik daxilə qəbul olunan dozasının farmakokinetikasına təsirini və eləcə də flukonazolun azitromisinin farmakokinetikasına təsirini qiymətləndirmək üçün 18 sağlam pasiyentdə açıq, randomizəolunmuş, üçtərəfli çarpaz tədqiqat aparılmışdır. Flukonazol və azitromisin arasında əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir aşkar edilməmişdir. Peroral kontraseptivlər Flukonazolun çoxsaylı qəbulu fonunda peroral kombinəolunmuş kontraseptivlərlə eyni vaxtda istifadəsilə bağlı iki farmakokinetik tədqiqat aparılmışdır. 50 mq flukonazol hormon səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etməmişdir, lakin gündəlik 200 mq dozada qəbulu isə etinilestradiol və levonorgestrel səviyyələrini müvafiq olaraq 40% və 24% artırmışdır. Beləliklə qeyd edilən dozada flukonazolun çıxsaylı istifadəsinin kombinəolunmuş oral kontraseptivlərin effektivliyinə təsir etməsi gözlənilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Müşahidə tədqiqatının nəticələrində hamiləlik dövrünün birinci trimestri müddətində flukonazoldan istifadə edən qadınlarda spontan (özbaşına) abortların baş vermə riskinin yüksəlməsi göstərilmişdir. Hamiləlik dövrünün birinci trimestrində flukonazolu ≤ 150 mq kumulyativ dozada istifadə edən bir neçə min hamilə qadından əldə edilmiş məlumatlara əsasən, döldə inkişaf qüsurlarının meydana çıxmasında ümumi riskin yüksəlməsi qeydə alınmamışdır. Bir böyük müşahidə koqort tədqiqatda müəyyən edilmişdir ki, flukonazolun hamiləlik dövrünün birinci trimestrində peroral istifadəsi dayaq-hərəkət aparatında inkişaf qüsurlarının meydana çıxma riskinin əhəmiyyətsiz dərəcədə yüksəlməsi ilə əlaqəli olmuşdur ki, bu da azollar qrupunun yerli istifadə üçün nəzərdə tutulmuş preparatlarından istifadə edən qadınlar qrupu ilə müqayisədə, dərman preparatını ≤ 450 mq kumulyativ dozada istifadə edən hər 1000 qadına təxminən 1 əlavə hadisəyə və dərman preparatını 450 mq-dan yüksək kumulyativ dozada istifadə edən hər 1000 qadına təxminən 4 əlavə hadisəyə müvafiqdir. Korreksiya olunmuş nisbi risk flukonazolun 150 mq dozada peroral istifadəsi üçün 1,29 (95% etibarlılıq intervalı (Eİ): 1,05-1,58) və flukonazolun 450 mq-dan yüksək dozalarda peroral istifadəsi üçün 1,98 (95% Eİ: 1,23-3,17) təşkil edir. Koksidioidomikozun müalicəsi məqsədi ilə 3 ay və daha çox müddət ərzində yüksək dozalarda (gündə 400-800 mq) flukonazoldan istifadə edən anaların yenidoğulmuş uşaqlarında çoxsaylı inkişaf qüsurlarının (braxisefaliya, xarici qulaq seyvanlarının displaziyası, ön əmgəyin həddindən artıq böyüməsi, bud sümüyünün əyilməsi, dirsək oynağının sinostozu da daxil olmaqla) meydana çıxma halları təsvir edilmişdir. Göstərilən halların flukonazolun istifadəsi ilə səbəb-nəticə əlaqələri aydın deyildir. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın reproduktiv toksikliyi aşkar edilmişdir. Flukonazolun birdəfəlik istifadəsindən sonra və ya flukonazol ilə müalicə kursu tamamlandıqdan sonra hamiləlik planlaşdırılan pasiyentlərə təxminən 1 həftəlik “yuyulma” dövrü tövsiyə edilməlidir (bu, dərman preparatının 5-6 yarımxaricolma dövrlərinə müvafiqdir). Hamiləlik dövründə gözlənilən fayda riskdən əhəmiyyətli dərəcədə üstün olduğu hallar istisna olmaqla, flukonazolu standart dozalarda və qısamüddətli müalicə məqsədi ilə istifadə etmək olmaz. Hamiləlik dövründə, həyat üçün potensial təhlükəli ola bilən infeksiyaların müalicəsi istisna olmaqla, flukonazol yüksək dozalarda və/və ya uzunmüddətli müalicə məqsədi ilə istifadə edilməməlidir. Laktasiya Flukonazol ana südünə nüfuz edir və burada qan plazmasında qeyd olunan konsentrasiyaları ilə eyni konsentrasiyalar əldə olunur. Buna görə də süd verən qadınlarda istifadəsi tövsiyə olunmur. Ana südü ilə qidalanmanın uşağın inkişafına və sağlamlığına faydası, ana üçün preparatın istifadəsinin klinik zərurəti ilə və preparatın və ya anada mövcud olan əsas xəstəliyin südəmər körpəyə bütün potensial mənfi effektləri ilə birlikdə nəzərə alınmalıdır. Fertillik Flukonazolun istifadəsi erkək və ya dişi siçovulların fertilliyinə təsir göstərməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Fluzamed preparatının avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Pasiyentlərə Fluzamedin istifadəsi zamanı başgicəllənmənin və ya qıcolmanın yaranmasının mümkünlüyü barədə və belə simptomların yaranması zamanı avtonəqliyyat və mexanizmləri idarə etməkdən çəkinməyin vacibliyi barədə xəbardarlıq etmək vacibdir.
İstifadə qaydası və dozası
Dozalanma Böyüklər 150 mq birdəfəlik qəbul edilir. Xüsusi qrup pasiyentlər Yaşlı pasiyentlər Qaraciyər çatışmazlığı olmadıqda, adi məsləhət görülən dozalar istifadə edilir. Böyrək funksiyasının pozuntusu Flukonazol dəyişilməmiş şəkildə əsasən sidiklə xaric olur. Birdəfəlik istifadəsi zamanı dozanın korreksiyası tələb edilmir. Qaraciyər funksiyasının pozuntusu Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə istifadəsi barədə məlumat məhduddur, bu səbəbə görə qaraciyər funksiyası pozulmuş pasiyentlərdə flukonazolu ehtiyatla istifadə etmək lazımdır. Uşaqlar Uşaqlarda genital kandidozun müalicəsi üçün flukonazolun istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Hazırda əldə “Əlavə təsirləri” bölməsində qeyd edilən digər pediatrik göstərişlər üçün məlumat vardır. Yeniyetmələrdə (12-17 yaş) genital kandidozun müalicəsi üçün preparatın istifadəsinə ehtiyac olduqda, böyüklərdə istifadə edilən doza təyin edilir. İstifadə qaydası Kapsullar bütöv udularaq, qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Həkim pasiyentin yaşına, bədən çəkisinə və dozaya müvafiq daha uyğun dərman formasını və dozalanmanı seçməlidir. Kapsullar körpələrdə və kiçik yaşlı uşaqlarda istifadə üçün nəzərdə tutulmamışdır. Bu qrup pasiyentlərdə istifadə üçün flukonazolun daha uyğun maye dərman forması vardır.
Əlavə təsirləri
Təhlükəsizliyinin qısa profili Flukonazolun istifadəsilə əlaqədar eozinofiliya və sistem simptomlarla (DRESS-sindrom) dərman reaksiyasının yaranması barədə məlumat verilmişdir. Daha tez-tez (≥ 1/100 – < 1/10) aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir: başağrı, qarın nahiyəsində ağrı, diareya, ürəkbulanma, qusma, qanda alaninaminotransferazanın (ALT) səviyyəsinin yüksəlməsi, aspartataminotransferazanın (AST) səviyyəsinin artması, qələvi fosfotazanın (QF) səviyyəsinin artması və səpgi. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozuntular: bəzən-anemiya; nadir hallarda-aqranulositoz, leykopeniya, trombositopeniya, neytropeniya. İmmun sistemdə baş verən pozuntular: nadir hallarda-anafilaksiya. Maddələr mübadiləsində və qidalanmada baş verən pozuntular: bəzən-iştahanın azalması; nadir hallarda- hiperxolesterinemiya , hipertriqliseridemiya, hipokaliemiya. Psixikanın pozulması: bəzən-yuxululuq, yuxusuzluq. Sinir sistemində baş verən pozuntular: tez-tez-başağrı; bəzən-qıcolma, paresteziya, başgicəllənmə, dadbilmənin təhrif olunması; nadir hallarda-tremor. Eşitmə orqanında və tarazlıqda baş verən pozuntular: bəzən-vertiqo . Ürəkdə baş verən pozuntular: nadir hallarda-“piruet ” tipli mədəcik taxikardiyası, QT intervalının uzanması. Mədə-bağırsaq sistemində baş verən pozuntular: tez-tez-qarın nahiyəsində ağrı, qusma, diareya, ürəkbulanma; bəzən – qəbizlik, dispepsiya, meteorizm, ağızda quruluq. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozuntular: tez-tez-qanda ALT-nin səviyyəsinin yüksəlməsi, AST-nin səviyyəsinin artması, QF-in səviyyəsinin artması; bəzən-xolestaz, sarılıq, bilirubinin səviyyəsinin artması; nadir hallarda-qaraciyər çatışmazlığı, hepatosellülyar nekroz, hepatit, hepatosellülyar zədələnmə. Dəridə və dərialtı toxumada baş verən pozuntular: tez-tez – səpgi; bəzən-toksidermiya (davamlı dərman eriteması daxil olmaqla), övrə, qaşınma, güclü tərləmə; nadir hallarda-toksik epidermal nekroliz (Layell sindromu), Stivens-Conson sindromu, kəskin yayılmış ekzantematoz-pustulyoz səpgi, eksfoliativ dermatit, angionevrotik ödem, üzün ödemi, alopesiya; məlum deyil-eozinofiliya və sistem simptomlarla (DRESS) dərman reaksiyası. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: bəzən-mialgiya. Ümumi və yeridilmə üsulu ilə əlaqədar olan pozuntular: bəzən – yorğunluq, süstlük, asteniya, qızdırma. Uşaqlar Klinik tədqiqatlarda “genital kandidoz” göstərişi üzrə istiadəsindən başqa uşaqlarda qeyd edilmiş əlavə təsirlərin xarakteri və yaranma tezliyi və laborator göstəricilərdə kənara çıxmalar, böyüklərdə müşahidə edilən parametrlərlə oxşardır. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir yarandıqda və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir yarandıqda, müvafiq Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Flukonazolun doza həddinin aşılmasının hallüsinasiya və paranoidal davranışla müşayiət edilən halları barədə məlumat verilmişdir. Doza həddinin aşılması zamanı simptomatik terapiya (o cümlədən dəstəkləyici tədbirlər və mədənin yuyulması) aparılır. Flukonazol sidiklə əhəmiyyətli dərəcədə xaric olur; sürətləndirilmiş diurezin flukonazolun xaric olunmasının sürətini artırması ehtimal edilir. 3 saatlıq hemodializ seansı maddənin qan plazmasında səviyyəsini təqribən 50% azaldır.
Buraxılış forması
1 və 2 kapsul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.