Detrazol 150 mq kapsul

Təsiredici maddə: FLUCONAZOLE
Təsiredici maddəFLUCONAZOLE
Dərman formasıKapsul
Farmakoloji təsirGöbələkəleyhinə preparat
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,27 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DETRAZOL 50 mq , 150 mq kapsullar DETRAZOL Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik selüloza, qarğıdalı nişastası, kolloidal silisium dioksid, maqnezium stearat, natrium lauril fosfat. Örtük: titan dioksid, xinolin sarısı, jelatin, sarı dəmir oksidi (50 mq), patent blue V (50 mq), günəş qürubu sarısı boya maddəsi (150 mq).

Təsviri

Sarı və ağ-yaşıl kapsullardır.

Farmakoterapevtik qrupu

Göbələkəleyhinə preparat. ATC kodu: J02AC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Detrazol – triazol qrupundan göbələkəleyhinə vasitədir, göbələk hüceyrələrində sterolların sintezinin güclü və selektiv inhibitorudur, hüceyrə divarlarının keçiriciliyini azaldır. Candida spp., Microsporum spp., Cryptococcus neoformans, Trichophyton spp., Blastomyces dermatitidis, Coccidiodes immitis və Histoplasma capsulatum tərəfindən törədilən göbələk xəstəliklərində effektlidir. Göbələk fermentlərinə qarşı yüksək spesifik təsir göstərir. Farmakokinetikası Paylanması Detrazol toxumaya və bütün bioloji mayelərə yaxşı nüfuz edir. Ağız suyunda və bəlğəmdə analoji olaraq plazmadakı qədər konsentrasiya yaranır. Göbələk mənşəli meningit zamanı onurğa beynində konsentra- siyası 80%-ə çatır. Zülallarla birləşməsi Detrazol 11-12% plazma zülalları ilə birləşir. Metabolizmi Metabolizmə məruz qalmır, periferik qan dövranında metabolitlərinə rast gəlinmir. Xaric olunması Detrazolun 80%-i dəyişilməmiş halda sidiklə xaric olur. Flukonazolun yarımxaricolma dövrü (T ) 301/2 saat təşkil edir.

İstifadəsinə göstərişlər

• Genital kandidoz, vaginal kandidoz (kəskin və xroniki residiv verən), vaginal kandidozun residivləşmə tezliyinin azaldılmasinda profilaktik məqsədlə (ildə 3 və daha çox epizodlar). • Antibiotiklərlə müalicədən sonra göbələk infeksiyasına qarşı profilaktik məqsədlə. • Dəri mikozları, pəncənin mikozu, qasıq mikozu, onixomikoz, dəri kandidozu. • İmmuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının profilaktikası məqsədilə yayılmış kandidoz. • Kandidemiya, disseminəolunmuş kandidoz və digər invaziv formalı kandidoz infeksiyaları (qarın boşluğu infeksiyaları, endokard, göz, tənəffüs yolları və sidik yollarının kandidozu). • Selikli qişaların, eyni zamanda ağız boşluğunun, udlağın, qida borusunun kandidozu, qeyri- invaziv bronx-ağciyər kandidozu, kandiduriya, dəri kandidozu, ağız boşluğunun diş protezləri hesabına yaranan atrofik kandidozu. • Kriptokokkoz, kriptokokk meningiti və başqa kriptokokklar. • Sistem kandidozlar. • Dərin endemik mikozlar.

Əks göstərişlər

Preparata qarşı fərdi həssaslıq. Flukonazola qarşı yüksək həssaslığı olan xəstələrdə, preparat yalnız həkimin göstərişinə əsasən və ciddi həkim nəzarəti altında istifadə olunmalıdır. Terfenadinlə (terfenadinin dozası 400 mq-dan artıq olduqda), QT intervalını uzadan və sitoxrom CYP 3A4 P450 ilə metabolizə olunan dərman vasitələri (sizaprid, astemizol, pimozid, xinidin və eritromisin) ilə eyni vaxtda istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər funksiyasının pozğunluqları zamanı preparat yalnız həkimin göstərişinə əsasən və ciddi həkim nəzarəti altında istifadə olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər siz terfenadin (allergiyanın müalicəsi üçün antihistamin preparat) və ya sizaprid (mədə pozğunluğu üçün istifadə olunan) və ya pimozid (antipsixotik vasitə) və ya xinidin (aritmiya zamanı istifadə olunan) və ya eritromisin (antibiotik) istifadə edirsinizsə Detrazoldan istifadə etməməlisiniz. Detrazol ilə qarşılıqlı istifadə oluna bilən preparatlar. – Rifampisin və ya rifabutin (infeksiyalara qarşı antibiotiklər). – Alfentanil, fentanil (anesteziya zamanı istifadə olunur). – Amitriptilin, nortriptilin (anti-depressant kimi istifadə olunur). – Amfoterisin B, vorikonazol (anti-funqal). – Yuxugətirici və sakitləşdirici kimi istifadə olunan benzodiazepinlər (midazolam, triazolam və ya oxşar preparatlar). – Karbamazepin, fenitoin. – Nifedipin, isradipin, amlodipin felodipin və lozartan (hipertenziya üçün istifadə olunur) – Siklosporin, everolimus, sirolimus və ya takrolimus. – Xərçəngin müalicəsində istifadə olunan siklosfosfamid, cəzair bənövşəsinin alkaloidləri (vinkristin, vinblastin və ya oxşar preparatlar).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Detrazol hamiləlik və lakstasiya dövründə yalnız həkimin göstərişi əsasında təyin oluna bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən şəxslər bəzən başgicəllənmə hallarının olduğunu nəzərə almalıdır.

İstifadə qaydası və dozası

Detrazolun gündəlik dozası göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur. Vaginal kandidozda Detrazol 150 mq birdəfəlik dozada daxilə təyin olunur. Vaginal kandidozun resedivlərinin qarşısını almaq üçün Detrazol ayda 1 dəfə 150 mq dozada qəbul olunur. Müalicə müddəti fərdidir: 4-12 ay. Kandidozun profilaktikası üçün Detrazol 50-400 mq dozada gündə bir dəfə göbələk infeksiyası yaranma riskindən asılı olaraq təyin olunur. Pəncə, qasıq nahiyəsi və dəri mikozlarında Detrazol həftədə 1 dəfə 150 mq dozada təyin olunur. Müalicə müddəti 2-4 həftədir. Antibiotiklərlə müalicədən sonra profilaktik məqsədlə Detrazol həftədə bir dəfə 150 mq dozada təyin olunur. Onixomikozlarda Detrazol həftədə 1 dəfə 150 mq dozada, dırnaq sağalana qədər qəbul edilir. Yayılmış kandidoz və digər invaziv kandidozlarda Detrazol ilk günlərdə 450 mq, sonrakı günlərdə isə 150-450 mq təyin olunur. Müalicə klinik effektdən asılı olaraq davam etdirilir. Sistem kandidozlarda Həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir. Kriptokokk meningitində və digər lokalizasiyalı kriptokokklarda Birinci gün 400 mq, sonrakı günlər isə gündə 1 dəfə 200-400 mq təyin olunur. Müalicənin müddəti klinik effektdən asılıdır. Uşaqlarda qəbul dozaları Selikli qişaların kandidozlarında 3 mq/kq/sut, birdəfəlik zərbə dozası 6 mq/kq-dır. Yayılmış kandidozun və kriptokokk infeksiyasının müalicəsində 6-12 mq/kq/sut doza təyin olunur. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə İlkin zərbə dozası 50-400 mq; KK 50 ml/dəq olan xəstələrdə adi gündəlik doza qəbul olunur; KK 11-50 ml/dəq olduqda isə, gündəlik dozanın 50%-ı və ya iki gündə bir dəfə adi doza qəbul olunmalıdır; hemodializdə olan xəstələrdə isə, hər hemodializdən sonra 1 doza qəbul edilir.

Əlavə təsirləri

Nadir hallarda ürəkbulanma, qusma, diareya, baş ağrıları, səpgilər meydana çıxa bilər.

Doza həddinin aşılması

Əgər belə bir hal baş verərsə, həkimə müraciət edin.

Buraxılış forması

50 mq-lıq 7 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 150 mq-lıq 1 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25˚C-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

50 mq-resept əsasında buraxılır. 150 mq – reseptsiz buraxılır.

İstehsalçı

Pharmathen S.A., Yunanıstan. 6 Dervenakion str, 15351 Pallini, Attiki, Yunanıstan. Tel.: 0030 210 66 65 067. Faks: 0030 210 66 66 749. E-mail:[email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Detrazol 150 mq kapsul” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar