Detrazol 100 mq 50 ml infuziya

Təsiredici maddə: FLUCONAZOLE
Təsiredici maddəFLUCONAZOLE
Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirGöbələk əleyhinə dərman vasitəsi
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,21 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DETRAZOL infuziya üçün məhlul Beynəlxalq patentləşdirilmiş adı: Flukonazol

Tərkibi

Təsiredici maddə: 1ml infuziya üçün məhlulun tərkibində 2mq (2mq/ml) flukonazol vardır. 25 ml flakonda 50 mq; 50 ml flakonda 100 mq; 100 ml flakonda 200 mq; 200 ml flakonda 400 mq flukonazol vardır. Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su, pH tənzimlənməsi üçün xlorid turşusu və natrium hidroksid.

Təsviri

Rəngiz, şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Göbələk əleyhinə dərman vasitəsi. ATC kodu: J02AC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Detrazol triazol qrupuna aid göbələkəleyhinə vasitədir. Detrazol göbələk hüceyrələrində sitoxrom P450 sistemini blokada edərək göbələk erqosterolunun yaranmasını tormozlayır. Bu da öz növbəsində göbələk hüceyrə divarının əmələ gəlməsi prosesində erqosterolun yaranmasını tormozlayaraq, göbələkəleyhinə təsirə səbəb olur. Sübut olunmuşdur ki, flukonazol molekulu məməlilərlə müqayisədə göbələk hüceyrə- lərinin sitoxrom P450 sisteminə qarşı daha selektivdir. In vitro flukonazol molekulu C.albicans, C.parapsilosis, C.tropicalis daxil olmaqla Candida cinsindən olan göbələklərin əksəriyyətinə qarşı həssaslıq göstərir. Həmçinin in vitro Cryptococcus neoformans və Cryptococcus gattii, Blastomyces dermatiditis, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioides brasiliensis növlərinə qarşı da həssalıq nümayiş etdirir. Farmakokinetikası 0,5-1,5 saat sonra əldə edilir.Vena daxilinə yeridilmiş flukonazolun biomənimsənilməsi 90 % -dir. C max Plazma konsentrasiyası dozadan asılıdır. Əldə olunması arzu olunan doza gündəlik dozanın 4-5 gün ardıcıl istifadəsindən sonra tam əldə edilir. Birinci gün sutkalıq dozanın 2 dəfə artıq qəbul olunması artıq ikinci gün istənilən dozanı əldə etməyə imkan verir. Plazma zülalları ilə birləşməsi 11-12%-dir. Flukonazol orqanizmin bütün bioloji mayelərinə nüfuz edir. Qəbul olunmuş flukonazolun tüpürcəkdəki və bəlğəmdəki konsentrasiyası plazama konsentrasiyasına uyğundur. Flukonazol qəbul edən göbələk mənşəli meningiti olan xəstələrin onurğa mayesində flukonazolun səviyyəsi plazma səviyyəsinin 80%-ni təşkil edir. Dəri toxumasında flukonazol plazmaya nisbətən daha yüksək konsentrasiyalar toplayır ki, bu da daha çox epidermisin keratin qatında, dermada həmçinin ekskresiya olunan tərdə qeydə alınır. Birdəfəlik 50 mq flukonazol qəbulundan 12 gün sonra flukonazolun dəridə konsentrasiyası 73 mkq/q, müalicə dayandırıldıqdan 7 gün sonra isə 5,8 mkq/q olur. Dırnaq göbələyi zamanı həftədə 1 dəfə 150 mq flukonazol qəbulu zamanı flukonazolun sağlam dırnaqlarda səviyyəsi 4,05 mkq/q, göbələklə zədələnmiş dırnaqlardakı səviyyəsi isə 1,8 mkq/q olmuşdur. Bu göstəricilər müalicə dayandırıldıqdan 6 ay sonra da müşahidə olunmuşdur. Flukonazol çox cüzi miqdarda metabolizmə uğrayır. Qəbul edilmiş flukonazolun yalnız 11%-i dəyişilmiş şəkildə sidiklə xaric olunur. Flukonazol göbələk hüceyrələrində CYP2C9, CYP3A4 və CYP2C19 izofermentlərinin selektiv inhibitorudur. Flukonazol üçün yarımatılma dövrü (T ) 30 saatdır.1/2 Yarımparçalanma dövrünün uzunmüddətli olması flukonazolun vaginal kandidozlar zamanı gündə 1 dəfə, digər kandidozlarda isə həftədə 1 dəfə istifadəsinə imkan verir. Eliminasiyası 80% böyrəklər vasitəsilədir. Xaric olması kreatinin klirensi ilə düz mütənasibdir. Böyrək çatışmazlığı olan insanlarda farmakokinetika: kreatinin klirensi 20 mq/ml olan insanlarda T 301/2 saatdan 98 saata qədər uzanır və bu səbəbdən dozanın azaldılmasına ehtiyac var. Flukonazol hemodializ və qismən də peritoneal dializlə xaric olur. 3 saat ərzində aparılan hemodializ zamanı orqanizmdəki flukonazolun 50%-i xaric olunur. Uşaqlarda farmakokinetika: 9 ay 15 yaş arası uşaqlarda flukonazolun bir neçə gün ərzində 2-8 mq/kq 15-18 saat, orqanizmdə konsentrasiyası 880 mq/ml təşkil edir. Birdəfəlikdozada istifadəsi zamanı T1/2 dozanın istifadəsindən sonra T 24 saat olmuşdur. Bu 11 gün 11 ay arası uşaqlarda 3 mq/kq dozada1/2 flukonazolun qəbulu zamanı qeydə alınmış yarımparçalanma dövrünə uyğundur. Bu yaş qrupunda olan uşaqlarda flukonazolun orqanizmdə paylanması 950 ml/kq təşkil edir. Yaşlı insanlarda farmakokinetika: böyrək funksiyalarından, kreatinin klirensindən asılı olaraq və paralel diuretiklərin qəbulu ilə bağlı yarımatılma dövrünün uzanması müşahidə oluna bilər.

İstifadəsinə göstərişlər

– İnvaziv kandidoz – Kandidomikoz – Yetkin insanlarda kriptokokk meningiti – Selikli qişaların kandidozu (orofarinqeal kandidoz, qida borusu kandidozu, kandiduriya və xronik mukokutan kandidoz) – İmmun sistemin zəifləməsi nəticəsində (vərəm, onkoloji xəstəliklərin kompleks müalicəsi, şəkərli diabet və s.) selikli qişaların kandidozu – Yerli müalicə gözlənilən nəticəni verməzsə, xronik oral atrofik kandidoz.

Əks göstərişlər

– Flukonazola və ya preparatın tərkibindəki köməkçi komponentlərin hər hansı birinə qarşı yüksək həssaslıq – Əgər flukonazolun sutkalıq dozası ≥400 mq olarsa, bu zaman onun terfenadinlə birgə istifadəsi – QT intervalının uzanmasına səbəb ola biləcək, sitoxrom P450 (CYP) 3A4 fermet sistemi vasitəsilə metabolizmə uğrayan preparatlarla (məsələn: sizaprid, astemizol, pimozid, xinidin, eritromisin) birgə istifadə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda sadalanan halların hər hansı biri müşahidə olunarsa, dərhal müalicə həkiminizə müraciət edin: Böyrək və/və ya qaraciyər çatışmazlığı, Ürək çatışmazlığı və ya ritm pozuntuları, Qanda kalium, kalsium və maqneziumun miqdarı norma göstəriciləri daxilində olmayan hallar, Dəridə allergik reaksiyalar müşahidə olunan zaman. Yalnız şəffaf və çöküntüsü olmayan məhlul istifadə olunmalıdır. İstifadədən sonra qalan qalığı və ya istifadə edilməmiş flakonu məişət tullantıları və axar sulara atmaq olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıda sadalanan preparatlarla birgə istifadəsi qadağandır: sizapridlə (CYP3A4-substrat) birgə istifadəsi qəfil ürək dayanmalarına səbəb olan ritm pozuntularına səbəb olur. Aparılmış tədqiqatlarda gündəlik 200 mq flukonazol və gündə 4 dəfə 20 mq sizaprid təyinatı plazmada sizapridin səviyyəsinin artmasına və QT intervalının nəzəçarpaçaq dərəcədə uzanmasına səbəb olmuşdur. Gündəlik ≥400 mq flukonazolun terfenadinlə birgə təyinatı zamanı terfenadinin xaricolması ləngiyir və orqanizmdə terfenadin kumulyasiyasına gətirir ki, bu da QT intervalının nəzərəçarpacaq dərəcədə uzanmasına səbəb olur. Bunları nəzərə alaraq onların birgə təyinatı qadağandır. Astemizol, pimozid, xinidin, halofantrin, eritromisin kimi preparatlarının flukonazolla birgə təyinatı zamanı bu preparatların orqanizmdən xaricolması ləngiyir və bu da öz növbəsində QT intervalının uzanmasına, həyati təhlükəli ritm pozuntularının yaranmasına səbəb olur. Flukonazolun astemizol, pimozid, halofantrin və ya xinidinlə birgə təyinatı qadağandır. Rifampisinlə birgə təyinatı zamanı flukonazolun AUC göstəricilərinin 25 % , T isə 20 % enməsini1/2 nəzərə alaraq, onların birgə təyinatı zamanı flukonazolun dozası artırılmalıdır. Alfentanillə flukonazolun birgə təyinatı zamanı alfentanilin AUC göstəricisinin artması müşahidə olunur. Bunu nəzərə alaraq flukonazolla birgə təyinatı zamanı alfentanilin dozası azaldılmalıdır. Flukonazol amitriptilin, nortriptilinin təsirini gücləndirir. Bu səbəbdən birgə təyinatı zamanı amitriptilin, nortriptillinin dozasını korreksiya etmək lazımdır. Antikoaqulyantlar: varfarinlə flukonazolun birgə istifadəsi zamanı varfarinin CYP2C9 tərəfindən metabolizminin zəifləməsi hesabına varfarinin təsiri güclənir, protrombin zamanı 2 dəfə uzanır, bu da burun, mədə bağırsaq qanaxmalarına səbəb ola bilər. Flukonazolla birgə təyinatı zamanı varfarin, kumarin tipli preparatların dozasının korreksiyasına ehtiyac var. Benzodiazepinlə flukonazolun birgə təyinatı zamanı psixomotor effektlərin güclənməsi müşahidə olunur. Aparılmış müşahidələrdə flukonazol (200 mq gündəlik) midazolamın (7,5 mq gündəlik) AUC 2,2 dəfə artırır, bu səbəbdən flukonazolla müalicə alan xəstələrdə benzodiazepingöstəricisini 3,7 dəfə T1/2 müalicəsi də əlavə olunmalıdırsa, o zaman benzodiazepinin doza korreksiyasına ehtiyac var. Kalsium kanallarının blokatorları CYP3A4 vasitəsi ilə metabolizmə uğrayır. Flukonazol bu preparatların sistem təsirini artırdığına görə bu kombinasiyanı alan xəstələr daimi nəzarətdə olmalıdırlar. Flukonazol birgə istifadəsi zamanı karbomazepinin metabolizmini ləngidir və bu da karbomazepinin qanda səviyyəsinin 30% artmasına səbəb olur.Bu səbəbdən birgə təyinatı zamanı karbomazepinin dozası korreksiya olunmalıdır. və AUCGündəlik 200 mq selekoksib və 200 mq flukonazol təyinatı zamanı selekoksibin C max göstəriciləri müvafiq olaraq 68% və 138% artmışdır. Bunu nəzərə alaraq flukonazolla birgə təyinatı zamanı selekoksibin gündəlik dozasının yarısı təyin oluna bilər. Siklofosfamidlə flukonazolun birgə təyinatı zamanı qanda bilirubinin və kreatininin səviyyəsinin artması müşahidə olunur. Siklofosfamid və flukonazol preparatlarının birgə təyinatı zamanı bu fakt nəzərə alınmalıdır. Fentanil və flukonazolun birgə təyinatı zamanı flukonazol fentalinin orqanizmdən xaric olmasını ləngidir. Fentanil səviyyəsinin kəskin artması tənəffüsün mərkəzi mənşəli dayanmasına səbəb ola bilər. Flukonazolun CYP3A4 ferment sistemi vasitəsilə metabolizmə uğrayan statinlərlə və ya CYP2C9 ferment sistemi vasitəsilə metabolizmə uğrayan fluvastatinlə birgə təyinatı zamanı statinlərin miopatiya və rabdomioliz kimi yan təsirlərinin artması ehtimalı var. Əgər bu preparatların kombinasiyada təyinatı qaçılmazdırsa bu zaman miopiya və rabdomioliz yaranması nəzarət altında olmalı və qanda kreatininkinaza təqib olunmalıdır. İmmunosupressorlar (məsələn siklosporin, everolimus, sirolimus və takrolimus): Gündəlik 200 mq flukonazol və 2,7 mq/kq siklosporin təyinatı zamanı siklosporinin AUC göstəricisi 2,8 dəfə artır. Bu preparatların kombinasiyası tətbiq edilən zaman siklosporin gündəlik dozası azaldımalıdır. Everolimus və flukonazolun birgə təyinatına dair təqiqatlar aparılmasa da CYP3A4 ferment sisteminə təsirini nəzərə alıb demək olar ki, flukonazol qanda everolimusun səviyyəsini artırır. Flukonazol CYP3A4 ferment sistemini və P-qlikoproteini inhibə etməklə sirolimusun metabolizmini ləngidir və beləliklə də sirolimusun plazmada konsentrasiyasını artırır. Bu kombinasiyani istifadə edərkən sirolimusun dozası azaldılmalıdır. Flukonazol CYP3A4 ferment sistemini inhibə etməklə qanda peroral qəbul edilmiş takrolimusun səviyyəsini 5 dəfə artırır. Takrolimusun venadaxili yeridilməsi zamanı heç bir farmakokinetik dəyişiklik müşahidə edilməmişdir. Takrolimus səviyyəsinin bu cür artması nefrotoksikliyə səbəb olur. Bu preparatların kombinasiyasını təyin edərkən takrolimusun dozası azaldılmalıdır. Flukonazol lozartanın aktiv metabolitinə çevrilməsi prosesini inhibə edir və bu zaman lozartanın effekti azala bilər. Bunu nəzərə alaraq xəstələr arterial təzyiqlərini daimi nəzarətdə saxlamalıdırlar. Metadon: flukonazolla birgə təyini zamanı flukonazol qanda metadonun səviyyəsini artırır. Bu zaman metadonun dozası korreksiya olunmalıdır. Qeyri Steroid İltihab Əleyhinə preparatlar: Flukonazolla birgə təyinatı zamanı flurbiprofenin C və AUC göstəriciləri müvafiq olaraq 23% və 81%max artmışdır. İbuprofenin flukonazolla birgə təyinatı zamanı isə ibuprofenin C və AUC göstəricilərimax müvafiq olaraq 15% və 82% yüksəlmışdır. Xüsusi tədqiqatlar aparılmasa da CYP2C9 ferment sisteminə inhibəedici təsirinə görə flukonazol digər QSİƏP – in (məsələn: naproksen, lornoksikam, meloksikam, diklofenak) sistem təsirini artırır. Bunu nəzərə alaraq müvafiq kombinasiyaları təyin edərkən QSİƏP – in yan təsirlərinin yarana bilməsini nəzarətdə saxlamaq və lazım gələrsə QSİƏP – in dozasını azaltmaq lazımdır. Flukonazol fenitoinin qaraciyər metabolizmini inhibə edir. Eyni zamanda 200 mq flukonazol və 250 mq müvafiq olaraq 24% vəfenitoinin vena daxilinə yeridilməsi zamanı fenitoinin AUC göstəricisi və Cmax 128% artmış olur. Bu preparatların birgə təyinatı zamanı fenitoin dozası korreksiya olunmalıdır, əks halda fenitoinin səviyyəsinin artması hesabına toksikliyin artması müşahidə oluna bilər. Prednizon:qaraciyər transplantasiyası əməliyyatı keçirmiş xəstələrdə prednizonla yanaşı flukonazolun qəbulu 3 ay sonra dayandırıldıqda böyrəküstü vəzin qabıq maddəsinin kəskin çatışmazlığı simptomları meydana çıxmışdır. Bu onunla izah olunur ki, flukonazol CYP3A4 ferment sisteminin işini sürətləndirir ki, bu da prednizonun metabolizminin artmasına səbəb olur. Flukonazolla birgə təyinatı zamanı böyrəküstü vəzin qabıq maddəsinin funksiyasını nəzarətdə saxlamaq lazımdır. Flukonazol rifabutinin plazma konsentrasiyasını artırdığından rifabutinin AUC göstəricisi 80% artmış olur. Birgə təyinatı zamanı rifabutinin toksik təsirinin artacağını yaddan çıxartmamalı. gəstəricilərini müvafiq olaraq 50% və 55% artırmış olur. EyniFlukonazol sakvinavirin AUC və Cmax vaxtda təyinatları zamanı sakvinavirin doza korreksiyasına ehtiyac yarana bilər. Sübut olunmuşdur ki, sağlam könüllülərdə flukonazol sulfanilamin turşularının (xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamid və s.) yarımatılma dörünü uzadır. Flukonazolla birgə təyinatı zamanı qanda şəkərin ölçülməsi və sulfanilamid turşusu preparatlarının dozaları nəzarətdə saxlanmalıdır. Aparılmış tədqiqatların nəticələrinə əsasən 14 gün müddətində gündəlik 200 mq flukonazolun təyinatı teofillinin plazma konsentrasiyasının 18% azalmasına səbəb olur. Hər iki preparatı kombinasiyada alan xəstələr nəzarətdə olmalıdırlar və teofillinin toksik təsirləri öz klinik təzahürünü taparsa doza korreksiyası aparılmalıdır. Alkaloidlər: xüsusi tədqiqatlar aparılmasa da flukonazolun qanda alkaloidlərin (vinkristin, vinblastin) səviyyəsini artırması məlumdur ki, bu da neyrotoksikliyin artmasına səbəb ola bilər. Vorikonazol: CYP2C9 və CYP3A4 inhibitoru. Flukonazolla birgə təyinatı zamanı vorikonazolun AUC göstəriciləri nəzərəçarpacaq dərəcədə artmış olur. Onların birgə təyinatı o zaman tövsiyyə olunur ki, vorikonazolla müalicə flukonazolla müalicə bitdikdən sonra başlansın. və AUC göstəricilərini müvafiq olaraq 84% və 74% artırır. Bu zamanFlukonazol zidovudinin C max zidovudinin yarımatılma dövrü 128% uzanmış olur. Bu kombinasiyanı alan xəstələr zidovudinin yan təsirlərinin yarana biləcəyini nəzərə alaraq daha diqqətli nəzarətdə olmalıdırlar. Həmçinin zidovudinin doza korreksiyası da aparıla bilər. Detrazol infuziya aşağıda sadalanan məhlullarla birgə təyin edilə bilər: 20%-li qlükoza məhlulu Ringer məhlulu Hartman məhlulu Kalium xlorid qlükozada Natrium karbonat 4,2% 0,9%-li natrium xlorid məhlulu Detrazol infuziya yalnız vena daxili istifadə üçün nəzərdə tutulmuşdur. Detrazol infuziyanı heç bir digər məhlulla durulaşdırmaq olmaz!

Hamiləlik və laktasiya dövründə istifadəsi

Yüzlərlə hamilə qadının müşahidəsinə görə ilk trimestrdə sutkalıq ≤ 200 mq dozda flukonazolla müalicə alan qadınların dünyaya gətirdiyi yenidoğulmuşlarda heç bir anomaliyalar qeydə alınmamışdır. 400-800 mq sutkalıq dozada 3 ay və daha çox müalicə almış hamilə qadınların dünyaya gətirdiyi yenidoğulmuşlarda müxtəlif anadangəlmə qüsurlar qeydə alınmışdır. Bu qüsurların yaranması ilə flukonazol qəbulu arasında əlaqə aydınlaşdırılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlar flukonazol molekulunun hamiləlik zamanı toksikliyini nümayiş etdirir. Hamiləlik zamanı flukonazol molekulunun təyinatı tövsiyyə olunmur. Flukonazol ana südünə plazmadan daha az konsentrasiyalarda nüfuz edir. Birdəfəlik ≤ 200 mq flukonazol infuziyasından sonra laktasiya davam etdirilə bilər. Daha yüksək və uzunmüddətli flukonazol infuziyaları istifadə olunarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı başgicəllənmə kimi yan təsiri müşahidə oluna bilər. Xəstələr bu barədə məlumatlandırılmalı və bu zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetməyə fasilə verilməlidir.

İstifadə qaydası və dozası

Yetkin şəxslər Xəstəlik Doza Cryptococc mənşəli meningitin müalicəsi Müalicənin ilk günü 400 mq, növbəti günlər 200 – 400 mq gündə 1 dəfə 6 – 8 həftə (ehtiyac olarsa müalicə kursu daha uzun müddət ola bilər) ərzində. Lazım olarsa gündəlik doza 800 mq-a çatdırıla bilər. Cryptococc mənşəli meningitin residivlə- 200 mq gündə 1 dəfə rinin profilaktikası Coccidioidomycos-un müalicəsi 11 aydan 24 ayadək gündəlik 200 – 400 mq dozada. Ehtiyac yaranarsa müalicə kursu uzana və gündəlik doza 800 mq-dək artırıla bilər Daxili orqanların Candida mənşəli Müalicənin ilk günü 800 mq, növbəti zədələnmərinin müalicəsi günlər gündə 400 mq olmaqla Ağız boşluğu, udlaq və boğazın selikli Müalicənin ilk günü 200 – 400 mq, növbəti qişalarının göbələk mənşəli zədələnmələri günlərdə 100 – 200 mq Müxtəlif selikli qişaların göbələk mənşəli Gündəlik 50 – 400 mq olmaqla 7-30 gün zədələnmələrinin müalicəsi zədələnmənin lokalizasiyasından asılıdır Ağız boşluğu, boğazın selikli qişalarının Yoluxma ehtimalı olan müddət ərzində göbələk mənşəli zədələnmələrinin reside- gündəlik 100 mq və ya 200 mq həftədə 3 vlərinin profilaktikası dəfə olmaqla İmmun sistemi çatışmazlığı zamanı pro- Yoluxma ehtimalı olan müddət ərzində filaktik olaraq Candida mənşəli zədələn- gündəlik 200 – 400 mq mələrin qarşısını almaq üçün 12-17 yaşlı yeniyetmələr Təyin edilmiş standart dozalarda. 11 yaşadək uşaqlar Maksimal sutkalıq doza 400 mq-dır. Doza seçimi uşağın bədən kütləsindən asılı olmalıdır. Xəstəlik Sutkalıq doza Selikli qişaların Candida – mənşəli 3 mq/kq ( müalicənin 1-ci günü 6 mq/kq (boğaz, udlaq və s.) zədələnməsi zamanı. da ola bilər) Müalicə kursu zədələnmənin lokalizasiyasından və infeksiyanın ağırlıq dərəcəsindən asılıdır. Cryptococc mənşəli meningit və ya daxili 6-12 mq/kq orqanların Candida mənşəli zədələnmələri İmmun sistemi çatışmazlığı zamanı 3-12 mq/kq profilaktik olaraq Candida mənşəli zədələnmələrin qarşısını almaq üçün 0-4 həftə arası uşaqlarda istifadəsi standart dozalarda 2 gündən bir təyin edilməlidir. Bu yaş kateqoriyasında maksimal sutkalıq doza 12 mq/kq 48 saatdan birdir. 2 yaşdan aşağı uşaqlarda istifadəsi standart dozalarda 3 gündən bir istifadə edilməli. Bu yaş kateqoriyası üçün maksimal doza 12mq/kq 72 saatdan birdir. Ahıl yaşlı xəstələrdə: böyrək çatışmazlığı olmazsa, adi qaydada dozalanma aparılmalıdır. Böyrək çatmazlığı olan xəstələrdə: doza azaldılmasın ehtiyac var. Kreatinin klirensi (ml/dəq.) Tövsiyyə olunan doza >50 100% ≤50 (dializə ehtiyacı olmayan xəstələr) 50% Mütəmade olaraq dializ olunan xəstələr Hər növbəti dializdən sonra 100%

Əlavə təsirləri

Orqan və sistemlər Tez-tez Bəzən Nadir hallarda (10 000 nəfərdən birində)(100 nəfərdən (1000 nəfərdən birində ) birində) Qan və limfatik Anemiya Aqranulositoz, sistem pozuntuları leykopeniya, trombositopeniya, neytropeniya İmmun sistem Anafilaktik şok pozuntuları Metabolizm və İştahanın azalması Hiperxolesterolemiya, qidalanma hipertriqliseridemiya, pozuntuları hipokaliemiya Psixi pozuntular Yuxululuq, yuxususzluq Sinir sistemi Başğrısı Paresteziya, Tremor pozuntuları başgicəllənmə, dad dəyişikliyi Eşitmə və labirint Başgicəllənmə dəyişikliyi Ürək damar sistemi QT intervalının tərəfindən uzanması pozuntular Mədə bağırsaq traktı Epiqastral nahiyədə Qəbizlik, ağrılar, meteorizm, ağızda ürəkbulanma, quruluq qusma, ishal Hepatobiliar AST, ALT və qələvi Xolestaz, sarılıq, pozuntular fosfatazanın bilirubin səviyyəsinin səviyyəsinin artması artması Dəri və yumşaq Qızartı Toksikodermiya, Toksik epidermal toxumalar məxmərək, qaşınma, nekroliz, Stivens- tər ifrazının artması Conson sindromu, kəskin generalizə olunmuş eksentematoz- pastulyoz, eksfoliativ dermatit, angiodistrofiya, üzdə ödem, alopesiya Dayaq hərəkət Mialgiya apparatı Sistem və lokal Yorğunluq, təsirləri halsızlıq, asteniya, bədən hərarətinin artması *Aparılmış klinik tədqiqatlara görə yan təsirlərin xarakteri və rastgəlmə tezliyi pediatrik populyasiyada da yaşlı populyasiyadakına uyğundur.

Doza həddinin aşılması

Flukonazol doza həddinin aşılması hallusinasiyalar və paranoidal davranışla müşayiət olunur. Bu zaman simptomatik müalicə aparıla bilər. Flukonazolun böyrəklər vastəsi ilə xaric olunduğunu nəzərə alsaq hemodializin aparılması daha məqsədəuyğun ola bilər, belə ki, 3 saat ərzində aparılmış hemodializ orqanizmdəki flukonazolun 50% azalmasına gətirir.

Buraxılış forması

4 buraxılış forması vardır – 25 ml, 50 ml, 100 ml, 200 ml infuziya üçün məhlullar. Hər qutuda 1 flakon olmaqla içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. Hər bir flakon rezin tıxac və açıla bilən alüminium qapaqla örtülmüşdür. 25, 50, 100 və 200 ml-lik flakonlar mövcuddur. Bütün buraxılış formaları satışda olmaya bilər.

Saxlanma şəraiti

25°С –dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Detrazol infuziyanı dondurmaq olmaz.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istfidə etmək olmaz. Aptekdə buraxılma şərti Resept əsasında buraxılır.

İstehsalçı

Ünva 6, DERVENAKION KÜÇ. 153 51 PALLINI, ATTICİ, YUNANISTAN.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Detrazol 100 mq 50 ml infuziya” üçün ilk rəyi siz yazın.