TYLOL 100 ML SUSP

Təsiredici maddə: PARACETAMOL
Təsiredici maddəPARACETAMOL
Dərman formasıSuspenziya
Farmakoloji təsirDigər ağrıkəsici və qızdırmasalıcı preparatlar (anilidlər)
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,00 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TAYLOL 120 mq/5 ml daxilə qəbul edilən suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol

Tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 120 mq parasetamol vardır. Köməkçi maddələr: aluminium maqnezium silikat, mikrokristallik sellüloza və natrium karmelloza, natrium kroskarmelloza, saxaroza (rafinə edilmiş şəkər), qliserin, sorbitol (70 %-li), limon turşusu monohidrat, natrium metilparaben, natrium propilparaben, karmuazin (azorubin), moruq dadlı aromatizator, təmizlənmiş su.

Təsviri

Çəhrayı rəngli homogen suspenziyadır.

Farmakoterapevtik qrupu

Digər ağrıkəsici və qızdırmasalıcı preparatlar (anilidlər). ATC kodu: N02BE01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Parasetamol aspirinə bənzər ağrıkəsici və qızdırmasalıcı təsir göstərir, yüngül və orta dərəcəli ağrı zamanı təsirlidir. İltihab əleyhinə təsiri zəifdir. Parasetamolun qızdırmasalıcı effektinin hipotalamusda istilik tənzimləyici mərkəzə təsir göstərməsi və periferik qan damarlarının genişlənməsi (dəridə qan axınını artırır, tərləmə və istilik itkisinə səbəb olur) nəticəsində yarandığı ehtimal olunur. Mərkəzi təsirin hipotalamusda prostaqlandin sintezinin inhibə edilməsi ilə əlaqədar olduğu hesab edilir. Farmakokinetikası Sorulması Peroral absorbsiyası sürətli və demək olar ki, tamdır. Maksimal plazma konsentrasiyası 30-90 dəqiqədən sonra izlənilir və terapevtik dozalarda yarımxaricolma müddəti 1-3 saat təşkil edir. Paylanması Dərman geniş olaraq bədənin mayelərinə paylanır. Biotransformasiyası Metabolizmi qaraciyərdə qlükuron turşusu (60%), sulfat turşusu (35%) və sisteinlə (3%) konyuqasiya yolu ilə baş verir. Az miqdarda hidroksilləşmiş və deasetilləşmiş metabolitlər də aşkar edilmişdir. Uşaqlarda parasetamolun qlükuronlaşması böyüklərə nisbətən daha azdır. Doza həddinin aşılması zamanı N-hidroksilləşmə və qlutation konyuqasiyası artır. Qlutation tükəndikdə qaraciyər zülalları ilə reaksiya artır, bu da nekroza səbəb olur. Xaric olması Terapevtik dozaların qəbulundan sonra parasetamolun 90-100%-i 24 saat ərzində sidiklə ifraz olunur.

İstifadəsinə göstərişlər

Taylol suspenziya yüngül və orta dərəcəli ağrılar zamanı ağrıkəsici kimi və qızdırmasalıcı vasitə kimi istifadə edilir. Baş, diş, qulaq, boğaz ağrıları, diş çıxarma, peyvənddən sonrakı qızdırma, soyuqdəymə və qrip kimi bir çox hallarda istifadə edilə bilər.

Əks göstərişlər

Parasetamola və ya tərkibindəki hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağır böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr parasetamolu ehtiyatla istifadə etməlidirlər. Alkoqol qəbulu ilə bağlı qaraciyər xəstəliyi olanlarda doza həddinin aşılması təhlükəsi daha böyükdür. Taylol suspenziyasının tərkibində saxaroza və sorbitol vardır. Fruktozaya irsi dözümsüzlüyü olan xəstələr bu preparatı istifadə etməməlidir. Sorbitolun yüngül işlədici təsiri vardır və mədə-bağırsaqda narahatlığa səbəb ola bilər. Preparatın hər 5 ml-də 1,5 q sorbitol və 1 q saxaroza vardır. Taylol suspenziyasının tərkibindəki natrium metilparaben, natrium propilparaben, karmuazin (azorubin) allergik reaksiyalara səbəb ola bilər. Xəstələrə ciddi allergik reaksiyaların əlamətləri barədə məlumat verilməlidir. Dəridə səpgi, qızartı, suluqlar və ya hər hansı digər hiperhəssaslıq əlaməti müşahidə edildikdə, preparatın qəbulu dayandırılmalı və dərhal tibbi yardım üçün müraciət edilməlidir. Tövsiyə edilən dozadan artıq istifadə etməyin. Simptomlar davam edərsə, həkimlə məsləhətləşin. Doza həddinin aşılması qaraciyər zədələnməsinə səbəb ola bilər. Əgər yüksək doza qəbul olunubsa, övladınız sağlam görünürsə belə, dərhal həkimlə məsləhətləşin. Tərkibində parasetamol olan digər preparatlarla birlikdə istifadə etməyin. 2 aylıqdan kiçik uşaqlarda istifadə edilməməlidir. 2-3 aylıq uşaqlara 2 dozadan artıq verilməməlidir. 24 saat ərzində 4 dozadan artıq istifadə edilməməlidir. Dozalar arasında interval ən azı 4 saat olmalıdır. Dozalanma üçün qablaşdırmadakı plastik ölçü qaşığından istifadə edin. Həkim və ya əczaçı ilə məsləhətləşmədən 3 gündən artıq istifadə etməyin. Əgər övladınız hal-hazırda başqa dərman qəbul edirsə, bu preparatı istifadə etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Karbamazepin, fosfofenitoin, fenitoin, fenobarbital, primidon kimi qaraciyərin mikrosomal fermentlərini induksiya edən dərmanların qəbulu parasetamolun metabolizmini sürətləndirə bilər. Metoklopramid və ya domperidon parasetamolun sorulma sürətini artıra, xolestiramin isə azalda bilər. Varfarin və kumarinlərin antikoaqulyant effekti və bununla əlaqədar qanaxma riski parasetamoldan uzunmüddətli, müntəzəm istifadə zamanı yüksələ bilər; qısamüddətli istifadə zamanı əhəmiyyətli dərəcədə qarşılıqlı təsir qeydə alınmamışdır. Xronik alkoqol qəbulu yüksək dozada parasetamolun hepatotoksik təsirini artırır və belə xəstələrdə kəskin pankreatitə gətirə bilər. Kəskin alkoqol qəbulu parasetamolun yüksək dozasını metabolizm etmək qabiliyyətini aşağı salır, bu da parasetamolun yarımxaricolma dövrünün uzanmasına səbəb ola bilər.

İstifadə qaydası və dozası

Taylol suspenziya daxilə qəbul edilir. İstifadədən əvvəl flakonu ən azı 10 saniyə ərzində çalxalayın. Taylol suspenziyanın dozaları arasındakı interval ən azı 4 saat olmalıdır. 2, 3, 4 aylıq uşaqlarda peyvənddən sonra qızıdırma zamanı: ▪ Peyvənd olunan gündən 2,5 ml (1/2 ölçü qaşığı) gündə 4 dəfəyə qədər verilə bilər. ▪ Peyvənddən 2 gün sonra hələ də bu dərmana ehtiyac olduğu halda, həkimlə məsləhətləşin. 2-3 aylıq uşaqlar (vaxtında doğulmuş və çəkisi 4 kq-dan çox olan): ▪ 2,5 ml (1/2 ölçü qaşığı), ehtiyac olarsa 4-6 saatdan sonra ikinci 2,5 ml dozanı vermək olar. ▪ 2 aylıqdan kiçik uşaqlarda istifadə etməyin. ▪ 2 dozadan artıq istifadə etməyin. 2 dozadan sonra uşağın hələ də qızdırması varsa, həkim və ya əczaçı ilə məsləhətləşin. Qızdırma ciddi infeksiya səbəbindən ola bilər və diaqnoz vaxtında qoyulmalıdır. 3-6 aylıq uşaqlar: ▪ 2,5 ml (1/2 ölçü qaşığı) gündə 4 dəfəyə qədər 6-24 aylıq uşaqlar: ▪ 5 ml (1 ölçü qaşığı) gündə 4 dəfəyə qədər 2-4 yaşlı uşaqlar: ▪ 7,5 ml (1 + 1/2 ölçü qaşığı) gündə 4 dəfəyə qədər 4-6 yaşlı uşaqlar: ▪ 10 ml (2 ölçü qaşığı) gündə 4 dəfəyə qədər Taylol suspenziya dozaları arasındakı interval ən azı 4 saat olmaqla, ehtiyac olduqda gün ərzində (24 saat ərzində) maksimum 4 dəfə istifadə oluna bilər. Həkim və ya əczaçı ilə məsləhətləşmədən, 3 gündən artıq istifadə etməyin.

Əlavə təsirləri

Əlavə təsirlər orqan sistemlərinə və rastgəlmə tezliyinə görə təsnif edilmişdir. Rastgəlmə tezliyi göstərilən şəkildə müəyyən edilmişdir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1,000 – <1/100); nadir (≥1/10,000 – <1/1,000); çox nadir (<1/10,000), məlum deyil (əldə olan məlumatlara əsasən təyin oluna bilmir). Qan və limfa sistemində pozulmalar: Məlum deyil: trombositopeniya, aqranulositoz. İmmun sistemində pozulmalar: Çox nadir: anafilaktik reaksiya, hiperhəssaslıq. Qaraciyər və öd yollarında pozulmalar: Məlum deyil: qaraciyər zədələnməsi. Dəri və dərialtı toxumasında pozulmalar: Çox nadir: səpgi; Məlum deyil: fiksasiya olunmuş dərman səpgisi, səpgili qaşınma, övrə. Sidik-ifrazat sistemində pozulmalar: Bəzən: toksik nefropatiya; Məlum deyil: renal papilyar nekroz. Laborator müayinələrin nəticələrində pozulmalar: Məlum deyil: transaminazaların səviyyəsinin yüksəlməsi. Parasetamolun əlavə təsirləri nadir hallarda olur. Çox nadir hallarda ciddi dəri reaksiyaları qeydə alınmışdır. Trombositopeniya və aqranulositoz kimi qan problemləri qeydə alınmışdır, lakin bunun parasetamolla əlaqəli olması dəqiq deyil. Parasetamolun əksər əlavə təsirləri yüksək doza qəbulu ilə əlaqədardır. Parasetamolu 1 il müddətində gündəlik terapevtik dozada qəbul edən xəstədə xronik qaraciyər nekrozu, daha qısa müddətdə gündəlik yüksək dozada qəbul edənlərdə isə qaraciyər zədələnməsi qeydə alınmışdır. DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ REAKSİYALAR YARANDIQDA HƏKİMİNİZƏ

Doza həddinin aşılması

7,5 q və ya daha artıq miqdarda parasetamol qəbul edən böyüklərdə və 12 yaşdan böyük yeniyetmələrdə qaraciyər zədələnməsi mümkündür. 5 q və ya daha artıq miqdarda parasetamolun qəbulu risk amilləri olan xəstələrdə qaraciyərin zədələnməsinə səbəb ola bilər. Risk amillərinə aiddir: a) karbamazepin, fenobarbital, fenitoin, primidon, rifampisin, dazıotu və ya qaraciyər fermentlərini stimulə edən digər dərmanlarla uzunmüddətli müalicə; b) müntəzəm olaraq tövsiyə olunandan artıq miqdarda etanol (etil spirti) qəbulu; c) qlutationun tükədilməsi ehtimalı, məsələn, qidalanma problemləri, mukovissiodoz, İİV infeksiyası, aclıq, kaxeksiya halları. Simptomları Yüksək dozanın qəbulundan sonrakı ilk 24 saatda əlamətləri solğunluq, ürəkbulanma, hiperhidroz, halsızlıq, qusma, anoreksiya və qarın nahiyəsində ağrılardır. Qaraciyər zədələnməsi qəbuldan sonrakı 12-48 saat ərzində özünü göstərməyə başlaya bilər. Qlükoza metabolizmi pozula və metabolik asidoz baş verə bilər. Ağır zəhərlənmə zamanı qaraciyər zədələnməsi ensefalopatiya, qanaxma, hipoqlikemiya, serebral ödem və ölümə gətirib çıxara bilər. Kəskin tubulyar nekrozlu kəskin böyrək zədələnməsi, güclü bel ağrıları, hematuriya və proteinuriya ciddi qaraciyər zədələnməsi olmayan hallarda belə inkişaf edə bilər. Ürək aritmiyası və pankreatit halları da rast gəlinmişdir. Qlükoza-6-fosfatdehidrogenaza (Q6FD) fermentinin çatışmazlığı olan xəstələrdə parasetamolun doza həddinin aşılması zamanı hemolitik anemiya qeydə alınmışdır. Müalicəsi Parasetamolun yüksək dozada qəbulu zamanı təcili müalicə vacibdir. Nəzərəçarpan ilkin əlamətlər olmadıqda belə xəstə dərhal həkim nəzarəti üçün xəstəxanaya çatdırılmalıdır. Əlamətlər ürəkbulanma və qusma ilə məhdudlaşa bilər və zəhərlənmənin ağırlığını və orqan zədələnməsini əks etdirməyə bilər. Müalicə ənənəvi üsullarla aparılır. Əgər yüksək doza 1 saat ərzində qəbul edilibsə, aktivləşdirilmiş kömürlə müalicə təyin edilə bilər. Parasetamolun plazma konsentrasiyası qəbuldan 4 saat və ya daha sonra təyin edilməlidir (erkən təyinatlar etibarsızdır). N-asetilsisteinlə müalicə parasetamolun qəbulundan sonrakı 24 saat ərzində təyin edilə bilər, lakin maksimum qoruyucu effektini qəbuldan sonra 8 saatadək göstərir, bu zamandan sonra antidot təsiri kəskin aşağı düşür. Əgər tələb olunursa, N-asetilsistein müəyyən doza qrafiki üzrə venadaxili təyin edilə bilər. Qusmaq problem törətmirsə, xəstəxanadan kənarda oral metionin istifadəsi uyğun alternativ ola bilər. Qəbuldan 24 saat keçdikdən sonra ciddi qaraciyər disfunksiyası təzahür edən xəstələrin müalicəsi xəstəxanaların müvafiq ixtisaslaşmış şöbələrində xüsusi tibbi nəzarət altında həyata keçirilməlidir.

Buraxılış forması

100 ml daxilə qəbul edilən suspenziya, plastik qapaqlı şüşə flakonda. 1 flakon 5 ml həcmli ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, qaranlıq yerdə, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Flakon açıldıqdan sonra 6 ay müddətində istifadə edilə bilər. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Sancaklar 81100 Düzce/Türkiye.

Qeydiyyat vəsiqəsinin sahibi

Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TYLOL 100 ML SUSP” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar