TONZILGON H N50 DRJ

Təsiredici maddə: CHAMOMILLA RECUTITA (MATRICARIA) + WALNUT LEAVES+ MARSHMALLOW ROOT + …
Təsiredici maddəCHAMOMILLA RECUTITA (MATRICARIA) + WALNUT LEAVES+ MARSHMALLOW ROOT + …
Dərman formasıDraje
Farmakoloji təsirBitki tərkibli antiseptik vasitə
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TONZİLQON N daxilə qəbul üçün damcı; örtüklü tabletlər TONSILGON N

Tərkibi

Damcı Təsiredici maddələr:100 q daxilə qəbul üçün damcının tərkibində aşağıdakı dərman bitki xammalları qarışığının ekstraktı vardır: 0,4 q dandelion herb (Taraxaci herba) (dərman zəncirotu), 0,5 q horstail herb (Equiseti herba) (qatırquyruğu), 0,4 q marshmallow root (Althaeae radix) (gülxətmi), 0,3 q matricaria flower (Matricariae flos) (çobanyastığı çiməkləri), 0,2 q oak bark (Quercus Cortex) (palıd qabığı), 0,4 q walnut leaves (Juglandis folium) (yunan qozu), 0,4 q jarrow herb (Millefolii herba) (boymadərən), təmizlənmiş su. Ekstraksiya vasitəsi: etanol 59%-həcm/faiz. Dərman preparatının tərkibində 19 % (həcm /faiz) alkoqol vardır. Tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində toz halına salınmış aşağıdakı bitki xammalları vardır; Gülxətmi kökləri (Althaeae radix) 8 mq Çobanyastığı çiçəkləri (Matricariae flos) 6 mq Qatırquyruğu (Equiseti herba) 10 mq Yunan qozu (Juglandis folium) 12 mq Boymadərən bitkisi(Millefolii herba) 4 mq Palıd qabığı (Quercus Cortex) 4 mq Dərman zəncirotu (Taraxaci herba) 4 mq Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, kartof nişastası, stearin turşusu, qlükoza monohidrat, susuz kolloidal silisium, kalsium karbonat, qlükoza şərbəti, indiqotin, dekstrin, montan qlikol mumu, povidon K25, povidon K30, gənəgərçək yağı, sukroza, şellak, talk, titan dioksid.

Təsviri

Daxilə qəbul üçün damcı: çobanyastığı dadlı və ətirli şəffaf və ya açıq sarımtıl-qəhvəyi rəngli maye. Saxlama zamanı cüzi çöküntü yarana bilər. Örtüklü tabletlər: dairəvi, iki tərəfi qabarıq, hamar, açıq mavi rəngli örtüklü tabletlər. Farmakoloji qrupu Bitki tərkibli antiseptik vasitə. ATC kodu: R02AA20.

Farmakoloji xüsusiyyətləri

Farmakoloji xüsusiyyətləri dərman vasitəsinin tərkibində olan bioloji aktiv maddələrə əsasən müəyyən edilir. Tonzilqon ® N iltihabəleyhinə və antiseptik təsirə malikdir. Dərman vasitəsinin tərkibində olan çobanyastığı, gülxətmi, qatırquyruğu kimi aktiv inqrediyentlər orqanizmin müdafiə sistemində qeyri-spesifik faktorların fəaliyyətinin artmasına kömək edir. Polisaxaridlər, esensial yağlar, palıd qabığı tanninləri və çobanyastığı, gülxətmi və boymadərən flavonoidləri iltihabəleyhinə təsir göstərir və tənəffüs yollarının selikli qişasında olan ödemin azalmasına kömək edir.

İstifadəsinə göstərişlər

Yuxarı tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri (tonzillit, faringit, laringit). Virus infeksiyaları nəticəsində yaranan ağırlaşmaların qarşısının alınması və bakterioloji infeksiyalar zamanı antibiotik müalicəsinə əlavə kimi.

Əks göstərişlər

Dərman vasitəsinin aktiv maddələrinə və ya hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq. Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə qarşı məlum allergik reaksiyalar. 1 yaşa (damcı) qədər və 6 yaşa (tablet) qədər uşaqlar. Genetik laktoza, fruktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltoza defisiti olan pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tonzilqon N örtüklü tabletlərinin 6 yaşdan kiçik uşaqlarda və eləcə də, Tonzilqon N daxilə istifadə üçün damcının 1 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur. Tonzilqon N daxilə istifadə üçün damcının tərkibində 19 həcm% alkoqol ( spirt) var. Alkoqolizmdən əziyyət çəkən pasiyentlər spirtli içkilərə görə müvəffəqiyyətlə müalicə aldıqdan sonra belə Tonzilqon N qəbul etməməlidirlər. Preparatın alkoqol tərkibi qaraciyər xəstəlikləri, epilepsiya və beyin xəstəlikləri olan yüksək risk-qrupu pasiyentlərində nəzərə alınmalıdır.Tonzilqon N örtüklü tabletin tərkibində qlükoza, laktoza və saxaroza vardır. Əgər sizin hər hansı bir şəkərə qarşı dözümsüzlüyünüz varsa, preparatın qəbulundan öncə həkimlə məsləhətləşin. Qapağı açdıqdan sonra flakonu şaquli istiqamətdə saxlayın. Saxlanma zamanı Tonzilqon ®N damcısı cüzi bulanıq ola bilər və ya onda az miqdarda çöküntü yarana bilər, bu dəyişikliklər preparatın effektivliyinə heç bir təsir göstərmir. İstifadədən öncə Tonzilqon ®N damcısı olan flakonu yaxşıca çalxalayın. Şəkərli diabet xəstələri üçün məlumat: 1 örtüklü tabletin tərkibində təqribən 0,02 “çörək vahidi” vardır. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Bu vaxta kimi heç bir qarşılıqlı təsiri məlum deyil. Tərkibində palıd qabığı olan preparatlarla istifadə edildikdə alkaloidlər və digər qələvi təbiətli dərman maddələrinin rezorbsiyası (sorulması) azala və ya mümkün olmaya bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tonzilqon ®N hamiləlik və laktasiya dövründə yalnız həkim tərəfindən ciddi şəkildə risk-fayda nisbətinin qiymətləndirilməsindən sonra istifadə edilə bilər. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətinə təsiri: Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətini aşağı salmır

İstifadə qaydası və dozası

Simptomların inkişafı kəskinləşərsə: Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr gündə 5-6 dəfə 25 damcı və ya 2 örtüklü tablet qəbul etməlidirlər. 6-11 yaşlı uşaqlar gündə 5-6 dəfə 15 damcı və ya 1 örtüklü tablet qəbul etməlidirlər. 1-5 yaşlı uşaqlar 10 damcı gündə 5-6 dəfə qəbul etməlidirlər. Simptomların kəskinliyi azalandan sonra Tonzilqon ® N ilə müalicə daha 1 həftə davam etdirilməlidir. Xəstəliyin kəskin simptomları itdikdən sonra: Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr gündə 3 dəfə 25 damcı və ya 2 örtüklü tablet qəbul etməlidirlər. 6-11 yaşlı uşaqlar gündə 3 dəfə 15 damcı və ya 1 örtüklü tablet qəbul etməlidirlər. 1-5 yaşlı uşaqlar gündə 3 dəfə 10 damcı qəbul etməlidirlər. Örtüklü tabletlər bütöv şəkildə, çeynənmədən və az miqdarda su ilə udulmalıdır. Damcı isə durulaşdırılmamış halda qəbul edilməlidir. Udmazdan əvvəl qısa müddət ağızda saxlayın.

Əlavə təsirləri

Bütün dərman preparatları kimi Tonzilqon N üçün də əlavə təsirlərin yaranmasına səbəb ola bilər, lakin bu təsirlər hamıda müşahidə olunmur. Əlavə təsirlərin yaranma tezliyinin qiymətləndirilməsi üçün aşağıdakı kateqoriyalardan istifadə edilir: Çox tez-tez: müalicə olunan 10 nəfərin 1-dən çoxunda Tez-tez: müalicə olunan 100 nəfərin 1-dən 10-a qədər Bəzən: müalicə olunan 1000 nəfərin 1-dən 10-a qədər Nadir: müalicə olunan 10 000 nəfərin 1-dən 10-a qədər Çox nadir: müalicə olunan 10 000 nəfərin 1-dən azında Naməlum: əldə edilən məlumatlara əsasən yaranma tezliyinin qiymətləndirilməsi mümkün olmayan Bəzən baş verən əlavə təsirlərə mədə-bağırsaq pozğunluqları aiddir. Yaranma tezliyi naməlum olan: Tərkibində çobanyastığı çiçəkləri olan preparatlarla birgə istifadəsi zamanı və həmçinin, mürəkkəbçiçəklilər fəsiləsindən olan digər bitkilərə qarşı (məs.: yovşan, adi boymadərən, payızgülü, xrizantema) yüksək həssaslıq reaksiyaları olan pasiyentlərdə çarpaz-reaksiyalar səbəbindən allergik reaksiyalar baş verə bilər. Yüksək həssaslıq/allergik reaksiyaların ilk əlamətləri meydana çıxan zaman Tonzilqon N preparatı qəbul edilməməlidir.

Doza həddinin aşılması

Doza həddinin aşılması ilə bağlı hallar qeydə alınmayıb. Doza həddinin aşılmasının müalicəsi: Doza aşımı hallarında simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

Daxilə qəbul üçün damcı 50 və ya 100 ml, damcıladıcı flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Örtüklü tabletlər 25 tablet, blisterdə. 2 və ya 4 blister (50 və ya 100 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, quru və işıq şüalarından qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Damcı: 2 il. Flakon açıldıqdan sonra 6 ay müddətində istifadə edilə bilər. Örtüklü tabletlər: 4il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Bionorica SE. Kerschensteinerstrasse 11-15: D-92308 Neumarkt/ Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TONZILGON H N50 DRJ” üçün ilk rəyi siz yazın.