Supofen 125 mq N12 rektal şam
| Təsiredici maddə | PARACETAMOL |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Analgetik və antipiretik vasitə |
| İstehsal ölkəsi | Portuqaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,21 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İçlik vərəqəyə vacib məlumatlar daxil edildiyinə görə, onu diqqətlə oxuyun. Preparat aptekdən reseptsiz buraxılır. Buna baxmayaraq, lazımi effekti əldə etmək üçün Supofen düzgün qəbul olunmalıdır. • İçlik vərəqəni atmayın. Onu yenidən oxumağa ehtiyac yarana bilər. • Əlavə məlumat və ya məsləhət üçün əczaçıya müraciət edin. • Böyüklərdə 7 gün ərzində, uşaqlarda isə 5 gün ərzində simptomlar kəskinləşərsə və ya yaxşılaşma qeyd olunmazsa həkimə müraciət edin. • Qəbul zamanı qızdırma 3 gündən sonra azalmasa və ya yüksəlsə, həkimə müraciət edin. • Hər hansı ciddi əlavə təsir əmələ gəldikdə və ya burada qeyd olunmamış hər hansı əlavə təsir müşahidə olunduqda, həkimə və ya əczaçıya müraciət edin. SUPOFEN 125 mq, 250 mq rektal suppozitoriyalar Benəlxalq patentləşdirilməmiş adı: Paracetamol
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 125 mq və ya 250 mq parasetamol vardır. Köməkçi maddələr: bərk yağ.
Təsviri
Ağ və ya ağımtıl, torpedəbənzər, hamar suppozitoriyalardır.
Farmakoterapevtik qrupu
Analgetik və antipiretik vasitə. ATC kodu: N02BE01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Parasetamol para-aminofenol (anilin) törəməsi olub, analgetik və antipiretik təsirli dərmanlar qrupuna daxildir. Analgetik və antipiretik təsiri mərkəzi strukturlarda (hipotalamus, onurğa beyin) SOG-1 və SOG-2 ferment sistemini inhibə etməklə, prostaqlandinlərin (ağrı, iltihab və hipertermik reaksiyaların mediatoru) sintezini tormozlaması ilə bağlıdır. Farmakokinetikası Oral qəbulda, 0,5-2 saat sonra qan plazmasında yüksək konsentrasiya toplayır. Plazmada maksimal konsentrasiyası 5-20 mq/ml təşkil edir. Yarımparçalanma dövrü (T ) 1-4 saatdır. Analgetik (ağrıkəsici) təsiri½ 4-5 saat davam edir. Plazma zülalları ilə 15% birləşir. 90-95% qaraciyərdə metabolizmə uğrayır. Əsasən metabolitlər şəklində xaric olunur. Yalnız 3%-i dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə xaric olunur.
İstifadəsinə göstərişlər
• Qrip və soyuqdəymə simptomlarının aradan qaldırılması üçün (bədəndə ağrılar, qızdırma); • Yüngül və orta ağırlıqlı ağrılarıın müalicəsi üçün (baş ağrısı, diş ağrısı, qulaq ağrısı); • 3 gündən artıq davam etməyən qızdırmanın müalicəsində. Supofen 3 aylıqdan kiçik uşaqlarda istifadə olunmamalıdır.
Əks göstərişlər
• parasetamola və ya köməkçi maddəyə qarşı yüksək həssaslıq; • ağır qaraciyər xəstəliyi; • ağır böyrək xəstəliyi; • favizm (eritrositlərdə qlükoza-6 fosfat dehidrogenaza fermentinin çatışmamazlığı); • aşağıdakı preparatlar qəbul olunduqda: – xloramfenikol (antibiotik); – varfarin və asenokumarol (qanı durulaşdırmaq üçün antikoaqulyant vasitələr).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Supofeni təyinatsız aşağıdakı hallarda qəbul etmək olmaz: Böyüklərdə 7 gündən artıq, uşaqlarda isə, 5 gündən artıq ağrının kəsilməsi üçün; Yüksək qızdırmanın (> 39ºC) aradan götürülməsi üçün; 3 gündən çox davam edən qızdırmanın müalicəsi üçün. Bu hallarda həkimə və ya əczaçıya müraciət edin. Digər parasetamol tərkibli preparatlar qəbul olunursa (qrip əleyhinə vasitələr), qəbul etdiyiniz preparatın tərkibindən əmin deyilsinizsə, həkimdən soruşun; • Qaraciyər və böyrək xəstəlikləri; • Ürək-damar xəstəlikləri; • Anemiya; • Müntəzəm olaraq, yüksək miqdarda alkoqollu içkilərin qəbulu.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, hər hansı bir digər preparat qəbul edirsinizsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin.Yuxarıda qeyd olunduğu kimi, Supofen aşağıdakı preparatlarla birgə istifadə olunmamalıdır: • xloramfenikol; • varfarin və asenokumarol (qanı durulaşdırmaq üçünanti koaqulyant vasitələr). Supofeni qəbul etməzdən əvvəl aşağdakı preparatları qəbul edirsinizsə, həkimə və ya əczaçıya müraciə tedin: • Digər parasetamol tərkibli preparatlar qəbul olunursa (qrip əleyhinə vasitələr); • Zidovudin (QİÇS virusuna qarşı istifadə olunan dərman preparatı); • Fenobarbital, karbamazepin və fenitoin (epilepsiyada istifadə olunan dərmanlar); • Rifampisin (vərəmin müalicəsində istifadə olunan dərman); • Metoklopramid və domperidon • Oral kontraseptivlər. • Xolestiramin (qanda xolesterinin səviyyəsini azaldan preparat) qəbul olunduqda Supofen ondan 1 saat əvvəl və ya 4 saat sonra qəbul olunmalıdır. Supofenin qida və içkilərlə qəbulu: Supofen qida və içkilərlə (alkoqollu içkilər istisna olmaqla) qəbul oluna bilər. Supofenlə müalicə zamanı alkoqollu içkilər qəbul olunmamalıdır. Qida qəbulu preparatın effektinə təsir etmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
• Hamiləlik zamanı dozanı müəyyən etmək üçün həkimə müraciət edin. • Laktasiya dövründə preparatı qəbul etməzdən əvvəl həkimə müraciət edin. Parasetamol ana südü ilə ifraz olunur. Bu günə qədər parasetamol qəbul edən anaların südünü alan körpələrdə mənfi təsir qeyd olunmayıb, parasetamol qəbul edən ana uşağa süd verməsini dayandırmama- lıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
• Supofen şamlar rektal yolla istifadə olunur; • Qəbullararası interval, 4-6 saatdan az olmamalıdır. 3 ay-3 yaş: 125 mq suppozitoriya, gündə 1-3 dəfə 3-12 yaş: 250 mq suppozitoriya, gündə 1-3 dəfə Xəstədə böyrək və qaraciyər çatışmazlığı və ya Jilber xəstəliyi varsa, dozanın müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək lazımdır. Müalicə zamanı böyüklərdə 7 gündən sonra, uşaqlarda isə 5 gündən sonra ağrı simptomlarının ağırlaşması və ya dəyişilməməsi müşahidə olunarsa, həkimə müraciət edin. Müalicənin 3-cü günündən sonra qızdırma düşməzsə və ya əksinə yüksələrsə, həkimə müraciət edin.
Əlavə təsirləri
Digər dərmanlar kimi, Supofen də əlavə təsirlər törədə bilər. Parasetamola qarşı aşağıdakı allergik reaksiyalar (hiperhəssaslıq) yaranarsa, dərhal müalicəni dayandırıb, həkimə müraciət edin. • Kvinke ödemi (üz, boğaz və cinsiyyət orqanlarının şişkinliyi). • Dispnoe. • Tərləmə. • Ürəkbulanma. • Arterial təzyiqin enməsi. Terapevtik dozalarda Supofenə qarşı yaxşı tolerantlıq qeyd olunur, lakin aşağıdakı əlavə təsirlər əmələ gələ bilər: • Tez-tez rast gələn (preparatı qəbul edən 10 nəfərdən birindən azında, lakin 100 nəfərdən 1-dən çoxunda rast gələn) − Yüngül başgicəllənmə. − Ürəkbulanma. − Qusma. • Bəzən (preparatı qəbul edən 100 nəfərdən birindən azında, lakin 1000 nəfərdən 1-dən çoxunda rast gələn) − Başgicəllənmə. − Süstlük. − Əsəbilik. − Boğazda yanğı hissi. − Diareya. − Qarın nahiyəsində ağrı (spastik ağrı və qıcqırma daxil olmaqla). − Qəbizlik. − Baş ağrısı. − Tərləmə. − Hipotermiya (titrəmə). •Nadir hallarda (preparatı qəbul edən 1000 nəfərdən birindən azında, lakin 10 000 nəfərdən 1-dən çoxunda rast gələn) − Dərinin qızarması. •Çox nadir hallarda (10 000 nəfərdən 1 nəfərdən azında rast gələn) − Qan formalaşmasının pozğunluqları (trombositopeniya, leykopeniya, tək-tək aqranulositoz və pansitopeniya halları). − Bronxospazm (buna meyilli xəstələrdə). Hər hansı əlavə təsir ağırlaşırsa, və ya bu içlik vərəqədə sadalanmayan əlavə təsirlər əmələ gələrsə, həkimə və ya əczaçıya müraciət edin.
Doza həddinin aşılması
Böyüklərdə 6 q-dan artıq və uşaqlarda 100mq/kq dozada qəbul parasetamolun doza həddinin aşılması hesab olunur. Doza həddi aşıldıqda, hətta heç bir simptom aşkar olunmadıqda, həkimə müraciət edin, çünki ciddi simptomlar qəbuldan üç gün sonra əmələ gəlir. Supofenin qəbulu unudulduqda Müalicəni davam etdirin. Preparatın qəbulu unudulubsa, ikiqat doza qəbul etmək olmaz. Əlavə sualınız varsa, həkimə və ya əczaçıya müraciət edin.
Buraxılış forması
125, 250 mq-lıq suppozitoriyalar. 6 suppozitoriya blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, original qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman çirkab sularına və məişət tullantılarının içərisinə atılmamalıdır. Lazımsız preparatın atılma qaydalarını əczaçıdan öyrənin. Bu qaydalara riayət etməyiniz ətraf mühitin qorunmasına kömək edəcəkdir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra (“Exp”) istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. Ístehsalçı Laboratórios Basi – Indústria Farmacêutica, S.A. Parque Industrial Manuel Lourenço Ferreira, Lotes 8, 15 e 16, 3450-232 Mortágua, Portugal. Tel.: + 351 231 920 250. Faks: + 351 231 921 055. E-mail: [email protected]
Qeydiyyat vəsiqəsinin sahibi
Laboratórios Basi – Indústria Farmacêutica, S.A. Parque Industrial Manuel Lourenço Ferreira, Lote 15 3450-232 Mortágua, Portugal.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.