Panadol 500 mq N12 tablet
| Təsiredici maddə | PARACETAMOL |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Digər analgetiklər və antipiretiklər. Anilidlər. Parasetamol |
| İstehsal ölkəsi | İrlandiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,26 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PANADOL örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq parasetamol vardır. Köməkçi maddələr:prejelatinləşdirilmiş nişasta, qarğıdalı nişastası, povidon (K25), talk, kalium sorbat, stearin turşusu. hipromelloza, triasetin, karnaub mumu.
Təsviri
Kapsul formalı, kənarı yastı, bir tərəfində üçbucaq şəklində loqotip nişanı və digər tərəfində xətti olan ağ rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Digər analgetiklər və antipiretiklər. Anilidlər. Parasetamol. ATC kodu: N02BE01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Dərman vasitəsinin tərkibində analgetik və antipiretik vasitə olan parasetamol (ağrıkəsici və qızdırmasalıcı vasitə) vardır. Parasetamolun təsir mexanizmi əsasən mərkəzi sinir sistemində prostaqlandinlərin sintezinin inhibə olunması təşkil edir. Farmakokinetikası Absorbsiyası Parasetamol mədə-bağırsaq sistemindən tez və praktik olaraq tamamilə sorulur. Terapevtik dozanın qəbulundan sonra plazmada maksimal konsentrasiyaya 30-60 dəqiqə ərzində çatır, yarımxaricolma dövrü isə 1-4 saat təşkil edir. Paylanması Terapevtik konsentrasiyada plazma zülalları ilə birləşməsi minimaldır. Parasetamol əsasən orqanizmin bir çox mayesində nisbətən bərabər paylanır. Plazma zülalları ilə birləşmə səviyyəsi kiçikdir və variasiya edə bilər. Metabolizmi Parasetamol qaraciyərdə metabolizmə uğrayır və əsasən qlükuronidlər və sulfat konyuqatlar şəklində sidiklə xaric olur. Xaric olması Parasetamolun 5%-dən az hissəsi dəyişilməmiş şəkildə xaric olur.
İstifadəsinə göstərişlər
Ağrıkəsici və qızdırmasalıcı qismində qısamüddətli istifadə üçün: – başağrı; – skelet-əzələ ağrısı; – menstrual ağrı; – diş ağrısı; – soyuqdəymə və qrip simptomları. Eləcə də həkim tərəfindən diaqnostika edilən osteoartrit zamanı yüngül və mülayim intensivliyə malik ağrılıarın simptomatik yüngülləşməsi üçün istifadə edilə bilər.
Əks göstərişlər
Anamnezdə preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Tərkibində parasetamol vardır. Tərkibində parasetamol olan digər vasitələrlə eyni vaxtda istifadə etmək olmaz. Parasetamol tərkibli preparatlarla eyni vaxtda istifadəsi doza həddinin aşılmasına səbəb ola bilər. Parasetamolla doza həddinin aşılması qaraciyərin geridönməyən zədələnməsinə səbəb ola bilər ki, bu da qaraciyərin transplantasiyasına və ya letal sonluğa gətirib çıxara bilər. Yanaşı qaraciyər xəstəlikləri parasetamolun qəbulu zamanı qaraciyərin zədələnməsi riskini artırır. Preparatın qəbulundan əvvəl böyrək və ya qaraciyər çatışmazlığı diaqnostika olunan pasiyentlərin preparatın istifadəsinin mümkünlüyünə dair həkimlə məsləhətləşməsi vacibdir. Qlutationun səviyyəsi aşağı olan olan pasiyentlərdə (məsələn, üzüləmə, anoreksiya, bədən çəkisi indeksinin azlaması, alkoqoldan sui istifadə zamanı) qaraciyər funksiyasının pozulması/qaraciyər çatışmazlığı halları barədə məlumat verilmişdir. Qlutationun səviyyəsi aşağı olması ilə müşayiət olunan bu vəziyyət olan pasiyentlərdə (məsələn, sepsis kimi) metabolik asidozun yaranma riskinin artması mümkündür. Qeyd edilən dozanı aşmaq olmaz. Simptomlar aradan qalxmadıqda həkimə müraciət etmək lazımdır. Tibbi müşahidə altında olan hallar istisna olmaqla, dərman vasitəsinin uzun müddət qəbulu ciddi nəticələrə səbəb ola bilər. Bu dərman vasitəsini, yalnız aşkar zərurət olduğu halda istifadə etmək olar. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın uzun müddət müntəzəm gündəlik qəbulu zamanı antikoaqulyantların (varfarin və digər kumarinlər) effekti güclənir ki, bu da, qanaxma riskini yüksəldir; birdəfəlik doza əhəmiyyətli təsir göstərmir. Parasetamolun absorbsiya sürəti metoklopramidlə və domperidonla eyni vaxtda istifadəsi zamanı arta bilər. Parasetamolun absorbsiyası xolestiraminlə eyni vaxtda istifadəsi zamanı azala bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlar barədə böyük həcmli məlumatlar yenidoğulmuşa malformativ, fetotoksik/toksik effektin olmadığını göstərir. Bətndə parasetamolun təsirinə məruz qalmış uşaqların nevroloji inkişafının epidemioloji tədqiqatları birmənalı olmayan nəticələr göstərir. Klinik zərurət yarandıqda, hamiləlik dövründə parasetamol istifadə etmək olar, lakin ən kiçik effektiv dozanı ən qısa vaxt ərzində istifadə etmək və dərman vasitəsini mümkün qədər nadir hallarda qəbul etmək lazımdır. Lakin istənilən istənilən preparatın istifadəsi zamanı olduğu kimi həkim göstərişinə əməl etmək və ilk trimestr ərzində qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Laktasiya Parasetamol ana südü ilə xaric olur. Lakin parasetamolun səviyyəsi təhlükəli kimi qiymətləndirilmir. Nəşr edilən mənbələrdən əldə olan məlumatlar laktasiya dövründə preparatın əks göstəriş olmasını göstərmir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.
İstifadə qaydası və dozası
Preparat, yalnız peroral istifadə üçün nəzərdə tutulmuşdur. Böyüklər, ahıl yaşlı pasiyentlər, 16 yaş və yuxarı yaşlı uşaqlar: ehtiyac olduqda sutkada 4 dəfəyə qədər 1-2 tablet qəbul edilir. Uşaqlar (10-15 yaş): ehtiyac olduqda sutkada 4 dəfə qədər 1 tablet təyin edilir. Həkim tövsiyəsi olmadan istifadəsinin maksimal müddəti 3 gündür. Qəbul arasındakı interval 4 saatdan az olmamaqla təşkil etməlidir. 24 saat ərzində 4 dozadan artıq olmamalıdır. Uşaqlar 10 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. Böyrək/qaraciyər çatışmazlığı olan pasiyentlər Ağır qaraciyər və ya ağır böyrək çatışmazlığı olan pasiyentlərdə preparatı istifadə etmək məsləhət görülmür. Böyrək/qaraciyər çatışmazlığı diaqnostikası edilən pasiyentlərin bu preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməsi vacibdir. Məsləhət görülən dozanı aşmaq olmaz. Terapevtik effekt əldə etmək üçün tələb olunan ən kiçik dozanı istifadə etmək lazımdır.
Əlavə təsirləri
Trombositopeniya və aqranulositoz daxil olmaqla, qanın patoloji dəyişməsi barədə nadir məlumatlar daxil olmuşdur, lakin bunun ehtimal olunan səbəbinin parasetamolun qəbulu ilə əlaqədar olması müəyyən edilməmişdir. Parasetamolun qəbulu ilə yaranan əlavə təsirlərin inkişafının tezliyi açağıda göstərilmişdir. Çox nadir hallarda (<1/10 000) Qan və limfatik sistemdə baş verən pozuntular: trombositopeniya. İmmun sistemdə baş verən pozuntular: anafilaksiya, dəri səpgisi, angionevrotik ödem, Stivens- Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla, dərinin hiperhəssaslıq reaksiyaları. Çox nadir hallarda ciddi dəri reaksiyaları barədə məlumat verilmişdir. Tənəffüs sistemində baş verən pozuntular: aspirinə və digər QSİƏP-ə qarşı həssas pasiyentlərdə bronxospazm. Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozuntular: qaraciyər funksiyasının pozulması. Əlavə təsirlər barədə məlumatın verilməsi Pasiyentdə hər hansı əlavə təsir baş verdikdə, həkimlə məsləhətləşmək lazımdır. Bu tövsiyə istənilən, o cümlədən içlik vərəqədə qeyd edilməyən arzuolunmaz təsirlərə də şamil edilir. Dərman vasitəsinin effektsizliyi barədə məlumat daxil olmaqla, pasiyent dərman vasitəsinin arzuolunmayan reaksiyaları (təsirləri) barədə informasiya məlumat bazasına xəbər verə bilər. Əlavə təsirlər barədə məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox məlumat əldə etməyə kömək edir.
Doza həddinin aşılması
Parasetamolun doza həddinin aşılması qaraciyər çatışmazlığına səbəb ola bilər ki, bu da öz növbəsində qaraciyər transplantasiyasına və ya letal sonluğa gətirib çıxara bilər. Ən çox qaraciyər funksiyası pozulması və hepatotoksikliklə kəskin pankreatit müşahidə edilmişdir. Parasetamolla intoksikasiya riski yaşlı pasiyentlərdə, kiçik yaşlı uşaqlarda, qaraciyər xəstəlikləri olan pasiyentlərdə, xroniki doyunca yeməyən, xroniki alkoqolizmi olan şəxslərdə yüksəkdir. Belə hallarda doza həddinin aşılması fatal ola bilər. Parasetamolun yüksək dozasının birdəfəlik qəbulundan sonra böyüklərdə və uşaqlarda hepatosellyulyar çatışmazlığa, metabolik asidoza, ensefalopatiyaya, komaya və letal sonluğa səbəb olan qaraciyərin tam və geridönməyən nekrozu inkişaf edə bilər. Böyüklərdə qaraciyərin zədələnməsi 10 q və daha artıq parasetamol qəbul etdikdə mümkündür. 5 q və daha artıq parasetamolun qəbulu aşağıdakı faktorları özündə birləşdirən pasiyentlərdə qaraciyərin zədələnməsinə səbəb ola bilər: – karbamazepinin, fenobarbitalın, fenitoinin, primidonun, rifampisinin, dazıotunun və ya qaraciyər fermentlərini induksiya edən digər preparatların uzun müddət istifadəsi; – müntəzəm olaraq alkoqoldan sui istifadə; – qlutationun ehtimal edilən defisiti (məsələn, qidalanmanın pozulması, mukovissidoz, İİV- infeksiya, acqalma, kaxeksiya zamanı). Doza həddinin aşılması simptomları adətən ilk 24 saat ərzində təzahür edir və özündə aşağıdakı əlamətləri birləşdirir: ürəkbulanma, qusma, anoreksiya, dərinin avazıması, qarın nahiyəsində ağrı, bəzi hallarda simptomlar təzahür etməyə bilər. Doza həddinin aşılmasından sonra 12-48 saat ərzində protrombinin səviyyəsinin artması ilə yanaşı qaraciyər transaminazalarının (AST, ALT), laktatdehidrogenazanın və bilirubinin səviyyəsinin yüksəlməsi mümkündür. Ehtimal edilir ki, toksik metabolitlərin artıq miqdarı (parasetamolun məsləhət görülən dozada istifadəsi zamanı adətən etibarlı obrazda qlutationla konyuqasiya olunan) qaraciyər toxuması ilə geridönməyən şəkildə birləşir. Bəzi pasiyentlərdə parasetamolun toksikliyi nəticəsində qaraciyərin zədələnməsinin inkişafı riski yüksəlir. Müalicəsi Pasiyenti dərhal xəstəxanaya çatdırmaq vacibdir. Doza həddinin kəskin aşılması zamanı qan plazmasında parasetamolun konsentrasiyasını daxilə qəbul edildikdən sonra 4 saatdan tez olmamaqla ölçmək lazımdır. Doza həddinin aşılmasından (150 mq/kq-dan artıq) sonra 1 saat ərzində aktivləşdirilmiş kömürün qəbulu məqsədəuyğundur. Milli tövsiyələrə uyğun mümkün qədər qısa zaman ərzində N-asetilsistein və ya metionin antidotunu yeritmək lazımdır. Ehtiyac olduqda, simptomatik müalicə aparılır. Məsləhət görülən dozanın aşılması zamanı hətta doza həddinin aşılmasının simptomları olmadıqda belə dərhal tibbi yardım üçün müraciət etmək lazımdır.
Buraxılış forması
12 tablet uşaqlar tərəfindən açılmasına təin edən qoruyucu funksiyaya malik PVX/Al/PET blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Qablaşdırmanın üzərində göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
GlaxoSmithKline Dungarvan Limited, Knockbrack, Dungarvan, Co. Waterford, Ireland.
Qeydiyyat vəsiqəsinin sahibi
GlaxoSmithKline Consumer Healthcare (UK) Trading Limited, 980 Great West Road, Brentford, Middlesex, TW8 9GS, UK. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07- 12). Preparatın istifadəsi zamanı arzuolunmayan hallar meydana çıxdıqda, aşağıda göstərilən elektron ünvanlara müraciət etmək lazımdır: [email protected] (Azərbaycan, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan üçün) və [email protected] (Ermənistan, Belarus, Qırğızıstan üçün). Preparatın keyfiyyəti barədə şikayətlər aşağıda göstərilən elektron ünvan vasitəsi ilə qəbul edilir: [email protected]. Ticarət nişanı GSK şirkətinə məxsusdur və ya onun lisenziyası ilə istifadə edilir. ©2020 GSK şirkəti qrupu və ya onun lisenziyasına icazəli şəxs.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.