Atropin 0,1 % 1 ml N10 inyeksiya Darnitsa

Təsiredici maddə: ATROPINE SULFATE
Təsiredici maddəATROPINE SULFATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirXanımotu (belladonna) alkaloidləri, üçlü aminlər. Atropin
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ATROPİN-DARNİTSA inyeksiya üçün məhlul ATROPINE-DARNITSA

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq atropin sulfat vardır. Köməkçi maddələr: xlorid turşusu, inyeksiya üçün su.

Təsviri

Şəffaf rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Xanımotu (belladonna) alkaloidləri, üçlü aminlər. Atropin. ATC kodu: А03ВА01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Atropin – quşüzümü fəsiləsindən olan bitkilərin tərkibində olan alkaloid olub, muskarin reseptorların M1-, M2- və M3-yarımnövləri ilə eyni dərəcədə birləşən M-xolinoreseptorların blokatorudur. Həm mərkəzi, həm də periferik M-xolinireseptorlara təsir göstərir. Həmçinin, Nxolinoreseptorlara (lakin, nisbətən zəif) təsir göstərir. Asetilxolinin stimullaşdırıcı təsirinin qarşısını alır; tüpürcək, mədə, bronxial, gözyaşı və tər vəzilərinin sekresiyasını zəiflədir. Daxili orqanların əzələlərinin (bronxların, mədə-bağırsağın, mədaltı vəzinın və öd axacaqlarının, sidik kanalının, sidik kisəsinin) tonusunu aşağı salır; taxikardiyanın baş verməsinə səbəb olur, AVkeçiriciliyi yaxşılaşdırır. Mədə-bağırsaq traktının hərəkətini aşağı salır; öd və mədəaltı vəzinin sekresiyasına demək olar ki, təsir göstərmir. Göz bəbəklərini genişləndirir, gözdaxili mayenin axınını çətinləşdirir, gözdaxili təzyiqi yüksəldir, akkomodasiyanın iflicinə səbəb olur. Orta terapevtik dozalarda mərkəzi sinir sisteminə təsir göstərir və gecikmiş, lakin uzunmüddətli sedativ effekt törədir, tənəffüsün oyanmasına səbəb olur.

Farmakokinetikası

Atropin sulfat yeridildiyi nahiyədən qan dövranına sürətlə sorulur. Orqanizmdə sürətlə paylanır, hematoensefalik və plasentar baryerlərdən keçir və ana südünə nüfuz edir. Vena daxilinə yeridildikdən sonra maksimal effekt 2-4 dəqiqədən sonra əldə edilir. Atropinin biomənimsənilməsi 25 %-dir. Preparatın 50 %-i qaraciyərdə fermentativ hidroliz yolu ilə tropinə və tropon turşusuna qədər metabolizmə məruz qalır. Qan plazmasının zülalları ilə birləşməsi 18 % təşkil edir. 0,5-1 saatdan sonra mərkəzi sinir sistemində preparatın əhəmiyyət kəsb edən konsentrasiyaları qeyd olunur. Yarımxaricolma dövrü 2 saat təşkil edir. Orqanizmdən böyrəklər vasitəsi ilə xaric olur: 50 %-i dəyişməz halda, qalan hissəsi isə hidroliz və konyuqasiya şəklində.

İstifadəsinə göstərişlər

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyində, pilorospazmda, kəskin pankreatit zamanı, öddaşı xəstəliyində, xolesistitdə, bağırsaq və sidik-ifrazat yollarının spazmlarında, bronxial astmada, bradikardiya zamanı, azan sinirin tonusunun yüksəlməsinin nəticəsi kimi, tüpürcək, mədə, bronxial, bəzən tər vəzilərinin sekresiyasını aşağı salmaq məqsədilə, həzm traktının rentgenoloji müayinəsini aparmaq üçün (orqanların tonusunu və hərəki fəallığını aşağı salmaq məqsədi ilə) simptomatik dərman vasitəsi kimi istifadə olunur. Narkoz verilməzdən və əməliyyatdan əvvəl və cərrahi əməliyyat zamanı, bronxo- və larinqospazmın qarşısını almaq üçün dərman vasitəsi kimi istifadə olunur; azan sinirin stimullaşdırılması nəticəsində vəzilərin sekresiyasını zəiflədir, reflektor reaksiyaları və əlavə effektləri azaldır. Xolinomimetik birləşmələrlə və antixolinesteraz (o cümlədən fosfor-üzvi birləşmələr) maddələrlə zəhərlənmələr zamanı spesifik antidot kimi işlədilir.

Əks göstərişlər

– preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq;
– ürək yığılmalarının tezliyinin artması arzuolunmayan ürək-damar sistemi xəstəlikləri: səyriyyən aritmiya, taxikardiya, xroniki ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, mitral stenoz, ağır dərəcəli arterial hipertenziya;
– kəskin qanaxma;
– tireotoksikoz;
– hipertermik sindrom;
– keçməməzliklə müşayiət olunan mədə-bağırsaq traktı xəstəlikləri (qida borusunun axalaziyası, pilorostenoz, bağırsağın atoniyası);
– qlaukoma;
– qaraciyər və böyrək çatışmazlığı;
– miastenia gravis;
– sidiyin orqanizmdə ləngiməsi və ya buna meyllilik;
– beyinin zədələnməsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Atropin sulfat aşağıdakı hallarda ehtiyatla istifadə olunmalıdır: sidikçıxarıcı yolların obstruksiyası olmadıqda prostat vəzinin hipertrofiyasından əziyyət çəkən pasiyentlərdə, Daun xəstəliyi zamanı, uşaq serebral iflicində, reflyuks-ezofagit zamanı, reflyuks-ezofagitlə müşayiət olunan diafraqmanın qida borusu dəliyinin yırtığında, qeyri-spesifik xoralı kolitdə, meqakolon zamanı, kserostomiya olan pasiyentlərdə, yaşlı və ya zəifləmiş pasiyentlərdə, dönən obstruksiya olmayan ağciyərlərin xroniki xəstəliklərində, az miqdarda və çətin xaricolan qatı bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan ağciyərlərin xroniki xəstəliklərində, xüsusilə kiçik yaşlı uşaqlarda və zəifləmiş pasiyentlərdə; vegetativ (avtonom) neyropatiya zamanı.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Atropin sulfatı monoaminooksidaza fermentinin inhibitorları ilə birlikdə istifadə etdikdə ürək aritmiyaları baş verir, xinidin və novokainamidlə istifadə etdikdə xolinolitik effektin cəmlənməsi müşahidə olunur. İnciçiçəyi preparatları ilə, tanninlə birlikdə daxilə qəbul edildikdə, effektlərin qarşılıqlı zəifləməsinə gətirib çıxaran, fiziki-kimyəvi qarşılıqlı təsir müşahidə edilir. Atropin sulfat narkotik preparatların təsirinin davametmə müddətini və dərinliyini azaldır, opiatların analgetik təsirini zəiflədir. Eyni zamanda istifadə edildikdə Atropin sulfatın digər dərman preparatları ilə qarşılıqlı təsiri: Dimedrol və ya diprazin – Atropinin təsiri güclənir. Nitratlar, haloperidol, sistem istifadə üçün kortikosteroidlər– gözdaxili təzyiqin yüksəlmə ehtimalı artır. Setralin – preparatların depressiv effekti güclənir. Spironolakton və minoksidil preparatları – spironolaktonun və minoksidalın effektləri zəifləyir. Penisillinlər – hər iki preparatın effekti güclənir. Nizatidin – nizatidinin təsiri güclənir. Ketokonazol – ketokonazolun sorulması zəifləyir. Askorbin turşusu və attapulgit – Atropinin təsiri zəifləyir. Pilokarpin – qlaukomanın müalicəsi zamanı pilokarpinin effekti zəifləyir Oksprenolol – preparatın antihipertenziv effekti aşağı düşür. Oktadinin təsiri altında Atropinin hiposekretor təsiri zəifləyir ki, bu da M-xolinomimetiklərin və antixoliesteraz maddələrin təsirinin zəifləməsinə səbəb olur. Sulfanilamid preparatlarla eyni zamanda istifadə edildikdə böyrəklərin zədələnmə riski yüksəlir. Kalium tərkibli preparatlar – bağırsaqda xoraların əmələ gəlməsi mümkündür. Qeyri-steroid iltihabəleyhinə preparatlar – mədə xoralarının əmələ gəlmə və qanaxmaların baş vermə riski yüksəlir. Aşağıda göstərilən antimuskarin effektli digər preparatlarla eyni zamanda istifadə edildikdə Atropin sulfatın təsiri güclənə bilər: M-xolinoblokatorlar, parkinsonizməleyhinə preparatlar (amantadin), spazmolitiklər, bəzi antihistamin preparatlar, butirofenon qrupu preparatları, fenotiazinlər, dispiramidlər, xinidin və trisiklik antidepressantlar, monoaminlərin geri neyronal tutulmasının qeyri-selektiv inhibitorları. Atropinin təsiri altında peristaltikanın tormozlanması, digər dərman preparatlarının sorulmasının dəyişməsinə səbəb ola bilər.

Uyuşmazlıq

Digər dərman preparatları ilə qarışdırmaq olmaz. Yalnız tövsiyə edilən həlledicidən istifadə etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Körpəyə toksik təsir göstərə bilməsini nəzərə alaraq, laktasiya dövründə Atropin sulfatın istifadə olinması əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatla müalicə zamanı başgicəllənmə, hallyusinasiyalar, akkomodasiyanın pozulması kimi, əlavə reaksiyalar müşahidə edilən pasiyentlərə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.

İstifadə qaydası və dozası

Atropin sulfat preparatı dəri altına, əzələ daxilinə, vena daxilinə yeridilir. Giriş narkozu zamanı nervus vagus (azan sinir) tərəfindən ürək yığılmalarının tezliyinin tormozlanmasının riskini azaltmaq və tüpürcək və bronxial vəzilərin sekresiyasını zəiflətmək məqsədi ilə anesteziyadan 30-60 dəqiqə əvvəl dəri altına və ya əzələ daxilinə 0,3-0,6 mq Atropin yeridilir; morfin ilə kombinasiyada (10 mq morfin sulfat) – anesteziyadan 1 saat əvvəl. Antixolinesteraz preparatlarla zəhərlənmə zamanı dəridə qızarma və quruluq, göz bəbəklərinin genişlənməsi, taxikardiya və tənəffüs normalaşması baş verənə qədər hər 20-30 dəqiqədən bir əzələ daxilinə 2 mq Atropin sulfat yeridilməlidir. Orta və ağır dərəcəli zəhərlənmə zamanı Atropini 2 gün müddətində yeritmək olar (həddən artıq “atropinləşmə” əlamətləri meydana çıxana qədər). Aşağıda yaşdan asılı olaraq uşaqlar üçün birdəfəlik yüksək dozalar göstərilib: – 6 aylığa qədər – 0,02 mq; – 6 aylıqdan 1 yaşa qədər – 0,05 mq; – 1 yaşdan 2 yaşa qədər – 0,2 mq; – 3 yaşdan 4 yaşa qədər – 0,25 mq; – 5 yaşdan 6 yaşa qədər – 0,3 mq; – 7 yaşdan 9 yaşa qədər – 0,4 mq; – 10 yaşdan 14 yaşa qədər – 0,5 mq. Böyüklər üçün dəri altına yeridilən yüksək dozalar: birdəfəlik – 1 mq, sutkalıq – 3 mq. Yaşlı insanlara Atropin sulfat ehtiyatla təyin olunur.

Uşaqlar

İlk 3 aylığa qədər uşaqlar Atropinə qarşı xüsusilə həssasdırlar. Uşaqlar üçün preparatı “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi kimi istifadə etmək lazımdır.

Əlavə təsirləri

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ağızda quruluq, susuzluq hissi, dadbilmə hissiyatının pozulması, disfagiya, bağırsağın hərəki fəallığının atoniyaya qədər aşağı düşməsi, ödçıxarıcı yolların və öd kisəsinin tonusunun zəifləməsi. Böyrəklərdə və sidik-ifrazat sistemində baş verən pozğunluqlar: sidik ifrazının çətinləşməsi və ləngiməsi. Ürək-damar sistemində baş verən pozğunluqlar: taxikardiya, aritmiya, ekstrasistoliya daxil olmaqla, miokardın işemiyası, üz nahiyəsinin qızarması, qan axını hissi. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, əsəbilik, yuxusuzluq. Görmə orqanında baş verən pozğunluqlar: göz bəbəklərinin genişlənməsi, fotofobiya, akkomodasiyanın iflici, gözdaxili təzyiqin yüksəlməsi, görmə qabiliyyətinin pozulması. Tənəffüs sistemi və divararası orqanlarda baş verən pozğunluqlar: bronxların sekretor fəaliyyətinin və tonusunun aşağı düşməsi, çətinliklə öskürülən qatı bəlğəmin əmələ gəlməsinə gətirib çlxara bilər. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: dəridə səpgilər, övrə, eksfoliativ dermatit. İmmun sistemdə baş verən pozğunluqlar: hiperhəssaslıq reaksiyaları, anafilaktik reaksiyalar, anafilaktik şok. Digər əlavə təsirlər: tər ifrazının azalması, dəridə quruluq, dizartriya, yeridilmə nahiyəsində dəyişikliklər.

Doza həddinin aşılması

Simptomları: əlavə reaksiyaların güclənməsi, ürəkbulanma, qusma, arterial təzyiqin aşağı düşməsi, oyanıqlıq, tremor, qıcolmalar, yuxusuzluq, yuxuya meyllilik, hallyusinasiyalar, qıcıqlanma, hipertermiya, mərkəzi sinir sistemi fəaliyyətinin tormozlanması, tənəffüs və damarhərəkət mərkəzlərinin fəaliyyətinin tormozlanması. Müalicəsi: mədənin yuyulması, xolinomimetiklərin və antixolinesteraz vasitələrin parenteral yolla yeridilməsi. Hipertermiya zamanı bədəni yaş dəsmalla silmək və qızdırmasalıcı preparatlardan istifadə etmək lazımdır, oyanıqlıq zamanı – vena daxilinə tiopental natrium və ya oksibutirat yeridilməlidir; midriazda – göz damcısı şəklində yerli fosfakol, fizostiqmin, pilokarpin istifadə edilir. Qlaukoma tutması baş verdiyi halda gözün konyuktival kisəsinə hər saatdan 1 dəfə 2 damcı 1 %-li pilokarpin məhlulu damızdırmaqvə sutkada 3-4 dəfə dəri altına 1 ml 0,05 %-li prozerin məhlulu yeritmək lazımdır.

Buraxılış forması

1 ml məhlul, ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

250 C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Darnitsa” Əczaçılıq şirkəti” ÖSC.

Ünvan

Ukrayna, 02093, Kiyev şəh., Borisopolskaya küç., 13.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Atropin 0,1 % 1 ml N10 inyeksiya Darnitsa” üçün ilk rəyi siz yazın.