Azokan 150 mq N2 kapsul
| Təsiredici maddə | FLUCONAZOLE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Sistem istifadə üçün göbələkəleyhinə preparatlar. Triazol törəmələri |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,10 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini daxilə qəbul etməzdən öncə istifadəsinə dair təlimatı diqqətlə oxuyun!
Dərman vasitəsinin istifadəsi üzrə təlimatı saxlayın. Onu yenidən oxumalı ola bilərsiniz.
Əlavə suallarınız yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. Bu dərman vasitəsi Sizin üçün təyin olunub, onu istifadə etmək üçün digər şəxslərə verməyin. Onlarda olan simptomların Sizin simptomlarla eyni olmasına baxmayaraq bu, onlar üçün ziyanlı ola bilər. Əgər hər hansı əlavə təsirlər ciddiləşərsə və ya təlimatda təsvir olunmayan əlavə təsirlər yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. AZOKAN 100 mq; 150 mq; 200 mq bərk kapsullar AZOCAN Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole
Tərkibi
Təsiredici maddə: 1 kapsulda müvafiq 100 mq, 150 mq və ya 200 mq flükonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, jelatinləşdirilmiş qarğıdalı nişastası, maqnezium stearat, susuz kolloidal silisium dioksid, natrium laurilsulfat. Kapsulun örtüyü: jelatin, titan dioksid (E 171); 100 mq-lıq kapsullarda – sarı dəmir oksidi (E 172)
Təsviri
AZOKAN 100 mq: sarı rəngli bərk kapsullardır. AZOKAN 150 mq: ağ rəngli bərk kapsullardır. AZOKAN 200 mq: ağ rəngli bərk kapsullardır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələkəleyhinə preparatlar. Triazol törəmələri. ATC kodu: J02AC01.
Farmakoloji xüsusiyyətləri
AZOKAN antifunqal dərmanlar qrupuna aiddir. Təsiredici maddəsi flukonazoldur. Flukonazol göbələklərin ferment aktivliyini inhibə edərək onların hüceyrələrində olan lanosterolun membran lipidinə-erqosterola çevrilməsinin qarşısını alır, hüceyrə membranının keçiriciliyini artırır və onun inkişafının və çoxalmasının qarşısını alır. AZOKAN göbələklər tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur və həmçinin göbələk infeksiyasına yoluxmanın qarşısını almaq üçün istifadə oluna bilər. Göbələk infeksiyasının ən geniş yayılmış törədicilərinə qarşı (Candidaspp., Cryptococcus neoformans, Coccidiodes immitis, Microspyorum spp.,Trichophyton spp., Blastomyces dermatdis, Histoplasma capsulatum) yüksək seçici təsir göstərir.
İstifadəsinə göstərişlər
Böyüklər – Kriptokokk meningiti (Cryptococcal meningitidis) – beynin göbələk infeksiyası; – koksidiomikoz (Coccidioidomycosis) – bronx-ağciyər sisteminin xəstəliyi; – qan dövranının, daxili orqanların (o cümlədən, ürək, ağciyərlər) və ya sidik yollarının Kandida (Candida) tərəfindən törədilən infeksiyaları; – selikli qişanın kandidozu- infeksiya ağız, udlaq və protezlə zədələnmiş ağızda selikli qişanı zədələyir; – genital kandidoz – uşaqlıq yolunun və ya penisin infeksiyası (yerli müalicə məqsədəuyğun olmadığı halda); – sistem müalicənin istifadəsi üçün göstəriş olduğu hallarda, pəncə mikozları, hamar dəri mikozu, qasıq nahiyəsinin dermatomikozu daxil olmaqla, dermatomikozlar, əlvan dəmrov və dərinin kandidoz infeksiyaları; – digər dərman preparatlarının istifadəsi məqsədəuyğun olmadığı halda, dermatofit onixomikoz. AZOKAN həmçinin aşağıdakı hallarda təyin oluna bilər – Kriptokokk meningitinin geriyə qayıtmasının (residivinin) qarşısını almaq üçün; – – İİV infeksiyası zamanı inkişaf etməsi üçün yüksək risk qeyd olunan pasiyentlərdə ağız-udlaq və ya qida borusu kandidozunun residivi; – vaginal kandidozun residivləşməsini azaltmaq üçün (ildə 4 və daha çox hal); – uzunmüddətli neytropeniya qeyd olunan pasiyentlərdə (məsələn, qanın bədxassəli xəstəlikləri zamanı kimyəvi terapiya qəbul edən pasiyentlər və ya hemopoetik gövdə hüceyrələrin transplantasiyası aparılan pasiyentlər) kandidoz infeksiyaların profilaktikası. Uşaqlar və yeniyetmələr (0-17 yaş həddi) – Selikli qişanın kandidozu – ağızın, boğazın selikli qişasını zədələyən infeksiya; – kandida (Candida) tərəfindən törədilən və qan dövranında, daxili orqanlarda (o cümlədən, ürək, ağciyərlər) və ya sidik yollarında rast gələn infeksiyalar; – kriptokokk meningiti-beynin göbələk infeksiyası. AZOKAN həmçinin aşağıdakı hallarda da təyin edilə bilər – Kandida (Candida) tərəfindən törədilən infeksiyaya yoluxmanın qarşısını almaq üçün (əgər Sizin immun sisteminiz zəifdirsə və ya kifayət qədər yaxşı fəaliyyət göstərmirsə); – kriptokokk meningitinin geriyə qayıtmasınn qarşısını almaq üçün.
Əks göstərişlər
Aşağıda göstərilən hallarda AZOKAN qəbul etməyin: – Əgər Sizdə flukonazola, göbələk infeksiyalarının müalicəsi üçün istifadə etdiyiniz digər dərman vasitələrinə və ya AZOKAN -ın digər komponentlərinə qarşı allergiya (hiperhəssaslıq) varsa; Simptomlara qaşınma, dəridə qızartı və tənəffüsün çətinləşməsi aiddir. – Əgər Siz astemizol, terfenadin (allergiya üçün antihistamin vasitələr) qəbul edirsinizsə; – sizaprid qəbul edirsinizsə (mədə pozulmaları üçün istifadə olunur); – pimozid qəbul edirsinizsə (psixi xəstəliklərin müaliəsi üçün istifadə olunan); – xinidin qəbul edirsinizsə (ürək aritmiyalarının müalicəsi üçün istifadə olunur); – eritromisin qəbul edirsinizsə (infeksiyaların müalicəsi üçün antibiotik).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Həkiminizə aşağıdakılar barədə məlumat verin: – Qaraciyər və ya böyrək probleminiz varsa; – Ürək aritmiyaları da daxil olmaqla ürək xəstəliklərindən əziyyət çəkirsinizsə; – Qanda kalium, kalsium və maqneziumun səviyyəsi normaya uyğun deyilsə; – Kəskin dəri reaksiyaları inkişaf edirsə (qaşınma, dəridə qızarma və ya tənəffüsün çətinləşməsi). Dermatoloji reaksiyalar Flukonazoldan istifadə etdikdə, nadir hallarda Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi, eksfoliativ dəri reaksiyalarının inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Bir çox dərman preparatlarından istifadə etdikdə, QİÇS-dən əziyyət çəkən pasiyentlər ağır dərəcəli dəri reaksiyalarının inkişaf etməsinə daha çox meyllidirlər. Səthi göbələk infeksiyaları qeyd olunan pasiyentlərdə, flukonazolun istifadəsi ilə əlaqələndirilə bilən səpgilər meydana çıxdığı halda, preparatın sonrakı istifadəsini dayandırmaq lazımdır. İnvaziv/sistem göbələk infeksiyaları qeyd olunan pasiyentlərdə dəri üzərində səpgilər əmələ gəldikdə, onların vəziyyətlərinə ciddi nəzarət etmək, bulloz səpgilər və ya multiform eritema inkişaf etdiyi halda, flukonazolun istifadəsini dayandırmaq lazımdır. Köməkçi maddələr Preparatın tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi, nadir irsi xəstəlikləri qeyd olunan pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz astemizol, terfenadin (allergiyanın müalicəsi üçün antihistamin vasitə) və ya sizaprid (mədə pozğunluqları zamanı istifadə olunan) və ya pimozid (psixi xəstəliklərin müalicəsi üçün istifadə olunan) və ya xinidin (ürək aritmiyaları üçün istifadə olunan) və ya eritromisin (infeksiyaların müalicəsi üçün antibiotik) qəbul edirsinizsə, bu barədə dərhal həkiminizə məlumat verin, belə ki, onlar AZOKAN ilə birlikdə istifadə oluna bilməz . Bəzi dərman vasitələri AZOKAN ilə qarşılıqlı təsirə girə bilər. Əmin olun ki,həkiminiz aşağıdakı preparatları qəbul etdiyiniz barədə xəbərdardır: – rifampisin və ya rifabutin (infeksiyalara qarşı antibiotiklər) – alfentanil, fentanil (ağrıkəsici kimi istifadə olunan) – amitriptilin, nortriptilin (antidepressant kimi istifadə olunan) – amfoterisin B, vorikonazol (göbələkəleyhinə) – amiodaron (aritmiya əleyhinə) – hidroxlorotiazid (sidikqovucu) – qan laxtalanmasının qarşısını almaq üçün qanı durulaşdıran dərmanlar (varfarin və ona bənzər dərmanlar) – benzodiazepinlər (midazolam, triazolam və ya oxşar dərmanlar) yuxugətiricilər və narahatlığı aradan qaldıran preparatlar – karbamazepin, fenitoin (qıcolmaların müalicəsi üçün) – nifedipin, isradipin, amlodipin, felodipin və lozartan (hipertenziya-yüksək qan təzyiqi üçün) – siklosporin, everolimus, sirolimus və ya takrolimus (transplantın qopma reaksiyasının qarşısını almaq üçün) – siklofosfamid, vinkaalkaloidləri (vinkristin, vinblastin və ya oxşar dərmanlar) xərçəngin müalicəsi üçün istifadə olunan – halofantrin (malyariyanın müalicəsi üçün istifadə olunan) – statinlər (atorvastatin, simvastatin və fluvastatin və oxşar dərmanlar) xolesterolun yüksək səviyyəsini aşağı salmaq üçün istifadə olunan preparatlar – metadon (ağrıkəsici kimi istifadə olunan) – seleksosib, flurbiprofen, naproksen, ibuprofen, lornoksikam, meloksikam, diklofenak (qeyri- steroid iltihabəleyhinə preparatlar QSİƏP) – oral kontraseptivlər – prednizon (steroidlər) – zidovudin, həm də AZT kimi məlum olan; sakvinavir (HİV-infeksiyalı xəstələrdə istifadə olunan) – xlorpropamid, qlibenklamid, qlipizid və ya tolbutamid kimi diabetəleyhinə vasitələr – teofillin (astmaya nəzarət üçün istifadə olunan) – A vitamini – İbrutinib – İvakaftor – Olaparib – Tofasitinib Hal hazırda və ya yaxın zamanlarda qəbul etdiyiniz, reseptsiz buraxılan dərman vasitələri də daxil olmaqla istənilən dərman vasitəsi barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Tədqiqatlar onu göstərir ki, hamiləliyin I trimestrində flukonazol qəbul edən qadınlarda spontan abort riski artır. 400-800 mq sutkalıq dozada 3 ay və daha çox müalicə almış hamilə qadınların dünyaya gətirdiyi yenidoğulmuşlarda müxtəlif anadangəlmə qüsurlar qeydə alınmışdır. Bu qüsurların yaranması ilə flukonazol qəbulu arasında əlaqə aydınlaşdırılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlar flukonazol molekulunun hamiləlik zamanı toksikliyini nümayiş etdirir. Hamiləlik zamanı flukonazol molekulunun təyinatı tövsiyyə olunmur. Flukonazol ana südünə nüfuz edir və qan plazması ilə müqayisədə, ana südündə təqribən eyni konsentrasiyada qeyd olunur. Birdəfəlik ≤ 150 mq flukonazolun istifadəsindən sonra laktasiya davam etdirilə bilər. Daha yüksək və uzunmüddətli flukonazol preparatı istifadə olunarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən zaman nəzərə almaq lazımdır ki, preparatdan istifadə zamanı bəzən başgicəllənmə və ya ürəkbulanma baş verə bilər.
İstifadə qaydası və dozası
Bu dərman preparatını hər zaman həkimin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadıqda həkiminizlə və ya əzaçı ilə məsləhətləşin. Kapsulu bir stəkan su ilə bütöv udun. Kapsulu hər gün eyni saatda qəbul etmək daha yaxşı olar. AZOKAN yeməklə birlikdə və ya yeməksiz gündə 1 dəfə qəbul edilə bilər. Müxtəlif infeksiyalar üçün adi doza aşağıdakı kimidir. Böyüklər Göstəriş Doza Kriptokokk meningitinin müalicəsi üçün Birinci gün 400 mq, sonra isə gündə bir dəfə 200 mq-dan 400 mq-a qədər; 6 həftədən 8 həftəyə qədər və ya ehtiyac olarsa daha uzun müddət. Bəzən doza 800 mq-a qədər artırıla bilər. Kriptokokk meningitinin geriyə qayıtmasının Gündə bir dəfə 200 mq, həkim təyinatına uyğun qarşısını almaq üçün müddət ərzində. Koksidioidomikozun müalicəsi üçün 200 mq-dan 400 mq-a qədər gündə 1 dəfə; 11 aydan 24 aya qədər. Bəzən doza 800 mq-a qədər artırıla bilər. Candida tərəfindən törədilən daxili göbələk Birinci gün 800 mq sonra 400 mq gündə bir infeksiyasının müalicəsi üçün dəfə. Kandidemiyanın adətən tövsiyə olunan müalicə müddəti, hemokulturanın ilk mənfi nəticələri əldə olunduqdan və kandidemiyanın əlamətləri aradan qalxdıqdan sonra 2 həftə təşkil edir. Ağız, udlaq və protezlə zədələnmiş selikli Birinci gün 200 mq-dan 400 mq-a qədər, sonra qişanın kandidozu 100 mq-dan 200 mq-a qədər; həkim təyinatına uyğun müddət ərzində. Kandidozun müalicəsi üçün doza infeksiyanın 50 mq-dan 400 mq-a qədər gündə 1 dəfə, 7-30 lokalizasiyasından asılıdır gün müddəti ərzində həkim təyinatına uyğun olaraq. Selikli qışaların kandidozunun inkişaf etmə 100 mq-dan 200 mq-a qədər gündə bir dəfə və riski yüksək olan İİV-infeksiyasından əziyyət ya 200 mq həftədə 3 dəfə infeksiyaya yoluxma çəkən pasiyentlərdə residivlərin qarşısının riski olduqda. alınması Genital kandidozun müalicəsi Birdəfəlik doza kimi 150 mq. Vaginal kandidozun residivini azaltmaq üçün Hər 3 gündən bir 150 mq, cəmi 3 doza (1-ci, 4- (ildə 4 və dah çox hal) cü və 7-ci günlər) və sonra yoluxma riski olduqda həftədə bir dəfə. Pəncə mikozları, hamar dəri mikozu, qasıq İnfeksiyanın yerləşdiyi nahiyədən asılı olaraq nahiyəsinin dermatomikozu, dərinin kandidoz 50 mq gündə 1 dəfə, 150 mq həftədə bir dəfə, infeksiyaları, əlvan dəmrov, dermatofit, 300 və 400 mq həftədə 1 dəfə 1-4 həftə ərzində onixomikoz (idmançı ayağında 6 həftəyə qədər ola bilər, dırnaq infeksiyasında isə zədəli dırnaq bərpa olunana qədər). Uzunmüddətli neytropeniya qeyd olunan 200 mq-dan 400 mq-a qədər gündə bir dəfə. pasiyentlərdə kandidoz infeksiyaların Müalicəni gözlənilən neytropeniya inkişaf profilaktikası etməzdən bir neçə gün əvvəl başlamaq və qanda neytrofillərin miqdarı 1000/mm -dən artıq olduqdan sonra, 7 gün müddətində davam etdirmək lazımdır. 12 yaşdan 17 yaşa qədər yeniyetmələr Həkiminiz tərəfindən təyin edilən dozaya riayət edin (həm uşaqlar, həm də böyüklər üçün olan dozalanma). 28 gün-11 yaşa qədər uşaqlar Uşaqlar üçün maksimal gündəlik doza 400 mq-dır. Doza uşaqların kiloqramlarla çəkisinə əsasən təyin olunmalıdır. Göstəriş Gündəlik doza Selikli qişanın kandidozu və udlaq Bədən çəkisinin hər kq-na 3 mq (6 mq) (birinci infeksiyaları zamanı müalicənin dozası və gün bədən çəkisinin hər kq-na 6 mq) davametmə müddəti infeksiyanın kəskinliyindən və nahiyəsindən asılıdır Kriptokok meningiti və ya Candida tərəfindən Hər kq üçün 6 mq-dan 12 mq-a qədər törədilən endemik göbələk infeksiyaları Uşaqların Candida tərəfindən törədilən Hər kq üçün 3 mq-dan 12 mq-a qədər infeksiyalara yoluxmasının qarşısını almaq üçün (əgər onların immun sistemi kifayət qədər fəaliyyət göstərmirsə) 0- 4 həftəlik uşaqlarda istifadəsi 3-4 həftəlik uşaqlar üçün istifadəsi: Dozalar yuxarıda göstərildiyi kimidir, lakin hər iki gündən bir təyin olunur. Maksimum doza hər 48 saatdan bir, hər kq üçün 12 mq-dır. 2 həftədən kiçik olan uşaqlarda Dozalar yuxarıdakı kimidir, lakin hər 3 gündən bir təyin olunur. Maksimal doza hər 72 saatdan bir, hər kq üçün 12 mq-dır. Həkimlər bəzən müxtəlif dozalar təyin edə bilərlər. Dərman vasitəsini hər zaman həkimin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadıqda həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Yaşlılar Əgər böyrəklərlə problem yoxdursa, böyüklər üçün olan adi doza təyin olunur. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər Birdəfəlik istifadə zamanı flukonazolun dozasını korreksiya etmək tələb olunmur. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə (o cümlədən, uşaqlara) preparatın dəfələrlə təkrar yeridilməsi tələb olunduğu halda, göstərişlərdən asılı olaraq, müalicənin birinci günü preparatın 50-400 mq başlanğıc dozasını istifadə etmək lazımdır. Bundan sonra sutkalıq dozanı (göstərişlərdən asılı olaraq) aşağıdakı cədvələ müvafiq hesablamaq lazımdır. Kreatinin klirensi (ml/dəq) Tövsiyə edilən dozanın faizi > 50 100 % ≤ 50 (dializ aparılmadan) 50 % Müntəzəm dializ Hər dializ prosedurasından sonra 100 % Müntəzəm dializ proseduraları qəbul edən pasiyentlər, hər bir dializ prosedurasından sonra, preparatın tövsiyə olunan dozasının 100 %-ni qəbul etməlidirlər. Dializ prosedurası aparılmayan gün, pasiyent kreatinin klirensinə əsasən korreksiya edilmiş dozanı istifadə etməlidir. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə flukonazolun istifadəsi barədə kifayət qədər məlumat olmadığını nəzərə alaraq, bu kateqoriyadan olan pasiyentlərə flukonazolu ehtiyatla təyin etmək lazımdır. AZOKAN qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Dozanı qəbul etməyi unutmusunuzsa, yadınıza düşən andan mümkün qədər tez qəbul edin. Əgər artıq növbəti dozanın qəbul zamanıdırsa, unutduğunuz dozanı qəbul etməyin. Dərmanın istifadəsi ilə əlaqədar olaraq əlavə suallarınız yaranarsa, həkiminizdən və ya əczaçıdan soruşun.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi AZOKAN da əlavə təsirlərə malikdir, lakin bu təsirlər hamıda meydana çıxmır. Baxmayaraq ki, ciddi allergik reaksiyalar nadirdir, bəzi insanlarda allergik reaksiyalar inkişaf edə bilər.Əgər Sizdə aşağıdakı simptomlardan hər hansı biri inkişaf edirsə, təcili olaraq həkiminizə müraciət edin. – Qəflətən tənəffüsün çətinləşməsi, nəfəsalmada çətinlik və ya döş qəfəsində sıxılma – Göz qapaqlarının, üzün və dodaqların ödemi – Bütün bədən səthinin qaşınması, dərinin qızarması və qaşınan qırmızı ləkələr – Dəri səpgiləri – Suluqların əmələ gəlməsinə səbəb olan səpgilər kimi kəskin dəri reaksiyaları (ağızı və dili zədələyə bilər) AZOKAN qaraciyəri də zədələyə bilər. Qaraciyərin zədələnməsinin əlamətlərinə aiddir: – Yorğunluq – İştahanın itməsi – Qusma – Dərinin və ya skleranın saralması (sarılıq). Bu əlamətlərdən hər hansı biri baş verərsə, AZOKAN -ın qəbulunu dayandırın və təcili olaraq həkiminizə müraciət edin. Digər əlavə təsirləri Əgər aşağıda göstərilən əlavə təsirlər ağırlaşırsa və bu təlimatda göstərilməyən təsirlər meydana çıxarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Tez-tez rast gələn əlavə təsirlər, 100 xəstədən 1-10 nəfərində rast gəlinir: – Başağrı – Mədədə narahatlıq, ishal, ürəkbulanma, qusma – Qaraciyər funksiyasının qan göstəricilərinin yüksəlməsi – Səpgi Az-az rast gələn əlavə təsirlər, 1000 xəstədən 1-10 nəfərində rast gəlinir: – Qırmızı qan hüceyrələrinin azalması və bunun nəticəsində dərinin avazıması və zəiflik və ya təngnəfəsliyin yaranması. – İştahanın azalması – Yuxusuzluq, yuxululuq hissi – Qıcolma, başgicəllənmə, sancma və keyləşmə hissiyyatı, dadbilmə hissinin dəyişməsi – Qəbzlik, həzmin çətinləşməsi, köpmə, ağızda quruluq. – Əzələ ağrısı – Qaraciyərin zədələnməsi, xolestaz və dərinin və skleraların saralması (sarılıq), bilirubinin səviyyəsinin artması – Suluqlar, köpmələr (övrə), qaşınma, tərləmənin artması – Yorulma, ümumi narahatlıq, asteniya, qızdırma Nadir əlavə təsirlər, 10000 pasiyentdən 1-10-da rast gəlinir: – İnfeksiyalardan qorunmağa kömək edən ağ qan hüceyrələrinin səviyyəsinin normadan aşağı düşməsi və qanaxmanın qarşısını alan qan hüceyrələrinin azalması – Trombositlərin sayının azalması nəticəsində dərinin qırmızı və ya bənövşəyi rəngdə olması, qan hüceyrələrinin digər dəyişiklikləri – Anafilaksiya – Qanın kimyəvi dəyişiklikləri (xolesterolun, yağların qanda səviyyəsinin artması) – Qanda kaliumun az olması – Titrətmə – Qeyri-normal elektrokardioqramma (EKQ), QT intervalının uzanması, torsades de pointes, ürək döyüntülərinin sayının və ritminin dəyişməsi – Qaraciyər çatışmazlığı, hepatosellülyar nekroz, hepatosellülyar zədələnmə, hepatit – Allergik reaksiyalar (bəzən kəskin), o cümlədən geniş yayılmış suluqlanan səpgilər və dərinin qabıqlanması, kəskin dəri reaksiyaları, toksik epidermal nekroliz, Stivens-Conson sindromu, kəskin yayılmış ekzantematoz pustulyoz, eksfoliativ dermatit, angioödem, dodaqların və ya üzün ödemi – Saçların tökülməsi Əgər hər hansı bir əlavə təsir ağırlaşarsa və ya təlimatda təsvir olunmayan təsirlər aşkar olunarsa həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Birdəfəlik olaraq həddindən artıq dozada AZOKAN qəbulu Sizə zərər törədə bilər. Dərhal həkiminizə və ya yaxınlıqdakı təcili yardım xəstəxanasına müraciət edin. Doza həddinin aşılmasının mümkün simptomlarına real olmayanların eşidilməsi, görülməsi, hiss olunması və reallıqda olmayan fikirlər aiddir (hallüsinasiya və paranoidal davranış). Müalicəsi: simptomatik müalicə (lazım olduqda dəstəkləyici tədbirlər və mədənin yuyulması) adekvat ola bilər. Flukonazol əhəmiyyətli dərəcədə sidiklə ekskresiya olunur; sürətləndirilmiş diurez preparatın xaricolmasını sürətləndirə bilər. 3 saat müddətində davam edən hemodializ seansı, qan plazmasında flukonazolun səviyyəsini təxminən 50% aşağı salır.
Buraxılış forması
AZOKAN 100 mq 10 kapsul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. AZOKAN 150 mq 2 kapsul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. AZOKAN 200 mq 7 kapsul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi ABC Farmaceutici S.p.A. Via Cantone Moretti, 29 – Localita San Bernardo – 10015 İvrea (Torino) – İtaliya.
Qeydiyyat vəsiqəsinin sahibi
ABC Farmaceutici S.p.A. Corso Vittorio Emanuele II, 72 – Torino.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.