TRIOCEF 1 GR 1 FLK.
| Təsiredici maddə | CEFTRIAXONE |
|---|---|
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
| Farmakoloji təsir | Antibakterial dərman vasitəsi; üçüncü nəsil sefalosporin antibiotiki |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,51 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRİOSEF 0,5 q əzələdaxili inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici Beynəlxalq patentləşdirilməmiş adı: Ceftriaxone
Tərkibi
Təsiredici maddə: 1 flakonda 0,5 q seftriaksona ekvivalent 0,596 q seftriakson natrium vardır. Həlledici: 2 ml 1%-li lidokain hidroxlorid monohidrat. Köməkçi maddələr:(həlledici): natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Demək olar ki, ağ rəngli və ya sarımtıl narıncı rəngli kristallik tozdur.
Farmakoterapevtik qrupu
Antibakterial dərman vasitəsi; üçüncü nəsil sefalosporin antibiotiki. ATC kodu: J01DD04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Triosefin təsiredici maddəsi olan seftriakson sefalosporin qrupundan olan yarımsintetik geniş spektrli bakterisid antibiotikdir. Seftriaksonun antibakterial təsiri bakterial hüceyrə divarının sintezinə tormozlayıcı təsir göstərməsi ilə əlaqədardır. Seftriakson həm qrammənfi, həm də qrammüsbət bakteriyaların beta-laktamazaları- na (penisillinaza və sefalosporinaza) qarşı yüksək dərəcədə davamlıdır. O, həmçinin seflosporinlərə və penisillinlərə rezistent bakteriya tərəfindən törədilən infeksiyalara qarşı da təsirlidir. Adətən o, aşağıdakı bakteriyalara qarşı rezistentdir: Qram-mənfi aeroblar: Actinebacter calcoaceticus, Enterobacter aerogenes, Enterobacter cloaceae, Escherichia coli, Hemophilus influenza (ampisilinə qarşı rezistent ştammlar daxil olmaqla), Hemophilus parainfluenza, Klebsiella oxytoca, Klebsiella pneumoniae, Moraxella catarrhalis, Morganella morganii, Neisseria gonorrhea (penisillinaza ifraz edən ştammlar daxil olmaqla), Neisseria meningitidis, Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescence, Psevdomona aerugenosa Qrammüsbət aeroblar: Staphilococcus aureus (penisillinaza ifraz edən ştammlar daxil olmaqla), Streptococcus epidermidis, Streptocococcus pyogenes (beta-hemolitik streptokokun A qrupu), Streptococcus pneumoniae. Anaeroblar: Bacteroidis fragilis, Clostridium ştamları (C. Difficile ştamllarının əksəriyyəti rezistentdir), Peptostreptococcus ştammları. Seftriakson həmçinin aşağıdakı mikroorqanizmlərin əksər ştammlarına in vitro təsir göstərir: Qram-mənfi aeroblar: Citrobacter diversus, Citrobacter freundii, Providensia ştamları (Providencia rettgeri), Salmonella ştamları (S. typhi daxil olmaqla), Shigella ştamları Qram-müsbət aeroblar: Streptococcus agalactiae Anaeroblar: Prevotella bivius, Porphyromonas melaninogenicus. Farmakokinetikası Absorbsiyası seftriakson tamamilə absorbsiya olunur və onun plazma konsentrasiyalarının orta maksimal göstəricilərinin 2-3 saat ə/d inyeksiyadan sonra əldə olunur. O, plazma zülalları ilə geridönən şəkildə bağlanır (85-90%), və plazmada dərmanın konsentrasiyası artdıqca zülallarla bağlanma səviyyəsi azalır. Paylanması Paylanma səviyyəsi 5,1 -13,5 1 arasında dəyişir. O, öd kisəsi, öd, ağ ciyərlər, sümüklər, serebrospi- nal maye daxil olmaqla bütün orqanizmə paylanır; plasentaya, döl mayesinə və ana südünə nüfuz edir. Xaric olması Yarımxaricolma dövrü 5,8-8,7 saat təşkil edir. Seftriaksonun təxminən 33-67%-i sidiklə dəyişməmiş şəkildə xaric olunur. Qalan hissə isə ödlə və nəticə etibarilə mikrobioloji cəhətdən qeyri-fəal komponent kimi nəcislə xaric olunur. Seftriakson iltihablaşmış beyin qişalarına nüfuz edir. Yaşlı pasiyentlərdə və böyrək və qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə preparatın farmakokinetikası minimum dərəcədə dəyi- şir. Bu səbəbdən gün ərzində 2q-a qədər dozada təyin olunan pasiyentlərdə dozanın uyğunlaşdırıl- masına ehtiyac yoxdur.
İstifadəsinə göstərişlər
Seftriakson antibakterial dərmanlara həssas mikroorqanizmlər tərəfindən törədilən tənəffüs yollarının xəstəlikləri, dəri və yumşaq toxumaların infeksiyaları, sidik yollarının infeksiyaları, qonoreya, cinsi yolla yoluxan infeksiyalar, sümük və əzələlərin infeksiyaları, qarın boşluğu infeksiyaları, immun sisteminin zəifliyi olan pasiyentlərdə infeksiyaların müalicəsi, bakterial septisemiya, meningit və cərrahiyyə əməliyyatı zamanı infeksiyaların profilaktikası məqsədilə istifadə olunur.
Əks göstərişlər
Seftriaksona, digər sefalosporinlərdə və ya köməkçi maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı yüksək həssaslıq. Anamnezdə hər hansı digər beta-laktam tipli antibakterial maddələrə (penisillinlər, monobaktam-lar və karbapenemlər) qarşı ağır yüksək həssaslığın (məsələn, anafilakyik reaksiya) olması. Aşağıdakı hallarda Seftriaksonun istifadəsi əks göstərişdir: 41 həftəlik postmenstrual yaşa qədər olan erkən yenidoğulmuşlar (gestasion yaş + xronoloji yaş)* Vaxtında doğulmuş yenidoğulmuşlar (28 günlüyə qədər): – hiperbilirubinemiyalı, sarılığı və ya hipoalbuminemiyası və ya asidozu olanlar, çünki bunlar bilirubinin birləşməsini poza bilən hallardır * .- əgər onlarda kalsiumla venadaxili müalicə və ya kalsium tərkibli infuziyalar tələb olunursa (və ya tələb olunacağı gözlənilirsə) (seftriakson-kalsium duzunun çökməsi riskinə görə) * In vitro tədqiqatlar göstərdi ki, seftriakson bilirubini zərdab albumininə birləşdiyi yerlərdən sı- xışdırıb çıxara bilər ki, bu da belə xəstələrdə bilirubin ensefalopatiyası riskinə səbəb ola bilər. Lidokain məhlulu həlledici kimi istifadə edildikdə seftriaksonun əzələdaxili inyeksiyasından əv-vəl lidokainin istifadəsinə əks göstərişlər istisna edilməlidir. Lidokain preparatının xarakteristi-kalarının xülasəsindəki məlumatlara (içlik vərəqə), xüsusən əks göstərişlərə baxın. Lidokain tərkibli seftriakson məhlulları heç vaxt venadaxili istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yüksək həssaslıq reaksiyaları Bütün beta-laktam antibakterial vasitələr kimi, ciddi və bəzən ölümcül yüksək həssaslıq reaksi- yaları barədə məlumatlar verilmişdir (bax: “Əlavə təsirləri”). Ciddi yüksək həssaslıq reaksiyaları baş verərsə, seftriaksonla müalicə dərhal dayandırılmalı və lazımi təcili tədbirlər görülməlidir. Müalicəyə başlamazdan əvvəl pasiyentin anamnezdə seftriaksona, digər sefalosporinlərə və ya hər hansı bir beta-laktam preparatlarına qarşı yüksək həssaslıq reaksiyalarının olub-olmadığını müəy- yən etmək lazımdır. Seftriakson anamnezində digər beta-laktam preparatlara qarşı qeyri-ciddi yüksək həssaslığı olan pasiyentlərə təyin edilərkən ehtiyatlı olmaq lazımdır. Seftriaksonla müalicə zamanı dəridə əlavə təsirlərin meydana çıxması (Stivens- Conson sindro-mu və ya Layell sindromu / toksik epidermal nekroliz və eozinofiliya və sistem əlamətlərlə dər-man reaksiyaları (DRESS)) barədə məlumatlar verilmişdir. Bu əlavə təsirlər həyat üçün təhlükəli ola və ya ölümlə nəticələnə bilər, lakin bu əlavə təsirlərin başvermə tezliyi məlum deyil (bax: “Əlavə təsirləri”). Kalsium-tərkibli dərman preparatları ilə qarşılıqlı təsiri 1 aylığa qədər erkən doğulmuş və vaxtında doğulmuş yenidoğulmuşlarda ağciyərlərdə və böy- rəklərdə kalsium-seftriakson çöküntülərinin toplanması ilə ölümcül reaksiyaların baş verməsi təsvir edilmişdir. Onlardan ən azı biri müxtəlif vaxtlarda və fərqli venadaxili xətlərlə seftriakson və kalsium almışdır. Mövcud elmi məlumatlarda, seftriaksonla və kalsium tərkibli məhlullarla və ya hər hansı digər kalsium tərkibli preparatla müalicə olunan yenidoğulmuş körpələrdən başqa, digər pasiyentlərdə təsdiqlənmiş damardaxili çöküntülər barədə məlumat yoxdur. In vitro tədqi-qatlar göstərmişdir ki, yenidoğulmuş uşaqlarda seftriakson-kalsium çöküntüsünün yaranma riski digər yaş qruplarına nisbətən daha yüksəkdir. Hər yaşda olan pasiyentlərdə seftriaksonu hər hansı kalsium tərkibli venadaxili məhlullarla qarışdırmaq və ya eyni vaxtda, hətta müxtəlif infuziya xətləri vasitəsilə və ya fərqli infuziya yerlərinə yeritmək olmaz. Lakin, 28 günlükdən böyük pasiyentlərdə infuziya xətləri fərqli yerlərdə istifadə olunarsa və ya infuziya xətləri dəyişdirilərsə və ya çöküntünün yaranmasının qarşısını almaq üçün yeridilmələr arasında fizioloji duz məhlulu ilə yaxşıca yuyularsa, seftriakson və kalsium tərkibli məhlullar, ardıcıl olaraq istifadə edilə bilər. Kalsium tərkibli ümumi parenteral qidalanma (ÜPQ) məhlulları ilə davamlı infuziya tələb olunan pasiyentlərdə tibb işçiləri oxşar çöküntü riski daşımayan alternativ antibakterial müalicələrin isti- fadəsini nəzərdən keçirə bilərlər. Fasiləsiz qidalanma tələb olunan pasiyentlərdə seftriaksonun istifadəsi zəruri hesab olunarsa, ÜPQ məhlulları və seftriakson eyni anda müxtəlif yerlərdə fərqli infuziya xətləri ilə istifadə edilə bilər. Alternativ olaraq, ÜPQ məhlulunun infuziyası seftriakson infuziyası müddətində dayandırıla bilər və məhlullar arasında infuziya xətləri yuyulur. Uşaqlar Yenidoğulmuşlarda, körpələrdə və uşaqlarda Triosefin təhlükəsizliyi və effektivliyi “İstifadə qaydası və dozası” bölməsində təsvir olunan dozalar üçün müəyyən edilmişdir (bax: “İstifadə qaydası və dozası”). Tədqiqatlar göstərmişdir ki, seftriakson, bəzi digər sefalosporinlər kimi, bilirubini zərdab albuminindən sıxışdırıb çıxara bilər. Triosef, bilirubin ensefalopatiyasının inkişaf riski altında olan erkən və vaxtında doğulmuş yenidoğulmuşlarda əks göstərişdir (bax: “Əks göstərişlər). İmmun vasitəli hemolitik anemiya Triosef daxil olmaqla, sefalosporin qrupu antibakterial dərman alan pasiyentlərdə immun vasi-təli hemolitik anemiya müşahidə edilmişdir (bax: “əlavə təsirləri”). Trioseflə müalicə zamanı həm böyüklərdə, həm də uşaqlarda hemolitik anemiyanın ağır halları, o cümlədən ölüm halları qeyd edilmişdir. Əgər pasiyentdə seftriaksondan istifadə zamanı anemiya inkişaf edərsə, sefalosporinlə bağlı ane- miya diaqnozu nəzərə alınmalı və etiologiya təyin olunana qədər seftriaksonla müalicə dayandı- rılmalıdır. Uzunmüddətli müalicə Uzunmüddətli müalicə zamanı mütəmadi olaraq qanın tam analizini aparmaq lazımdır. Kolit/qeyri-həssas mikroorqanizmlərin həddindən artıq inkişafı Antibakterial vasitə ilə bağlı kolit və psevdomembranoz kolit, seftriakson da daxil olmaqla, demək olar ki, bütün antibakterial agentlərlə əlaqədqar olduğu bildirilir və ağırlıq dərəcəsinə görə yün- güldən həyat üçün təhlükəli dərəcəyə qədər ola bilər. Ona görə seftriaksonun istifadəsi zamanı və ya sonrasında ishal keçirən pasiyentlərdə bu diaqnozun nəzərə alınması vacibdir (bax: “Əlavə tə- sirləri”). Seftriakson ilə müalicənin dayandırılması və Clostridium difficile üçün xüsusi müalicə-nin təyin edilməsi nəzərə alınmalıdır. Bağırsağın peristaltic hərəkətini inhibə edən dərman prepa-ratları istifadə edilməməlidir. Digər antibakterial maddələrlə olduğu kimi, qeyri-həssas mikroorqanizmlər tərəfindən törədilən superinfeksiya baş verə bilər. Ağır böyrək və qaraciyər çatışmazlığı Ağır böyrək və qaraciyər çatışmazlığı zamanı təhlükəsizlik və effektivlik üçün ciddi klinik monitorinq tövsiyə olunur. Seroloji testə müdaxilə Kumbs testlərinə müdaxilə baş verə bilər, çünki Triosef testin yanlış-müsbət nəticələrinə səbəb ola bilər. Rocefin, həmçinin qalaktozemiya üçün testin yanlış-müsbət nəticələr verməsinə səbəb ola bilər (bax: “Əlavə təsirləri”). Sidikdə qlükozanın təyin edilməsi üçün qeyri-fermentativ metodlar yanlış müsbət nəticələr verə bilər. Triosef ilə müalicə zamanı sidikdə qlükozanın təyini fermentativ üsulla aparılmalıdır (bax: “Əlavə təsirləri”). Seftriaksonun mövcudluğu qanda qlükozanın təyin edilməsi üçün bəzi monitorinq sistemlərinin nəticələrini yanlış olaraq aşağı sala bilər. Lütfən, hər bir sistemin istifadəsi üçün təlimatlara baxın. Zəruri hallarda alternativ sınaq metodlarından istifadə edilməlidir. Natrium Triosefin hər qramında 3,6 mmol natrium vardır. Nəzarət olunan natrium pəhrizində olan pasiyentlərdə bu, nəzərə alınmalıdır. Antibakterial spektr Ceftriakson məhdud spektrli antibakterial aktivliyə malikdir və patogenin artıq təsdiqlənmədiyi təqdirdə bəzi infeksiyaların müalicəsində vahid bir vasitə kimi istifadə üçün yararlı olmaya bilər. Şübhəli patogenlərə seftriaksona qarşı davamlı mikroorqanizmlərin daxil olduğu polimikrob in- feksiyalarda əlavə bir antibiotikin istifadə edilməsinin mümkünlüyü nəzərdən keçirilməlidir. Lidokaindən istifadə Əgər həlledici kimi lidokain məhlulundan istifadə edilmişdirsə, seftriakson məhlulları yalnız əzələdaxili inyeksiya üçün istifadə edilməlidir. İstifadə edilməzdən əvvəl lidokainin məhsul xarakteristikalarının xülasəsində göstərilən lidokainin istifadəsinə dair əks göstərişlər, xəbər- darlıqlar və digər müvafiq məlumatlar nəzərə alınmalıdır (bax: “Əks göstərişlər”). Lidokain məhlulu heç vaxt venadaxili yeridilməməlidir. Biliar litiaz Sonogramlarda kölgələr müşahidə edildikdə, kalsium seftriaksonun çökmə ehtimalına diqqət edilməlidir. Öd kisəsində səhvən daş kimi qəbul edilən kölgələr, öd kisəsinin sonoqramlarında aşkar edilmiş və seftriaksonun gündə 1 q və daha yüksək dozada istifadəsi zamanı daha çox mü-şahidə edilmişdir. Xüsusilə uşaqlarda ehtiyatlı olmaq lazımdır. Bu cür çöküntülər seftriaksonla müalicə dayandırıldıqdan sonra yox olur. Nadir hallarda kalsium seftriakson çöküntüləri simp-tomlarla əlaqədar olmuşdur. Simptomatik hallarda, konservativ qeyri-cərrahi müalicə tövsiyə olunur və seftriaksonla müalicənin dayandırılması xüsusi fayda-risk nisbətinin qiymətləndirilmə-sinə əsaslanaraq həkim tərəfindən nəzərdən keçirilməlidir. (bax: “Əlavə təsirləri”). Öd durğunluğu (biliar staz) Triosef ilə müalicə olunan pasiyentlərdə bəlkə də ödün obstruksiyası etiologiyası ilə əlaqəli pankreatit barədə məlumat verilmişdir (bax: “Əlavə təsirləri”). Pasiyentlərin əksəriyyəti öd durğunluğu və öddə çöküntünün inkişafının risk faktorlarına malikdir, məsələn, öncəki əsas terapiya, ağır xəstəlik və ümumi parenteral qidalanma. Trioseflə bağlı öddə çöküntünün yaranması üçün trigger (tətikləyici) və ya kofaktoru istisna etmək olmaz. Böyrək litiazı Seftriakson dayandırıldıqdan sonra geri dönən böyrək litiazı halları barədə məlumat verilmişdir (bax: “Əlavə təsirləri”). Simptomatik hallarda sonoqrafiya aparılmalıdır. Anamnezində böyrək litiazı və ya hiperkalsiuriya olan pasiyentlərdə istifadəsi xüsusi fayda –risk nisbətinin qiymətlən-dirilməsi əsasında həkim tərəfindən nəzərə alınmalıdır. Yariş-Herksheymer reaksiyası (YHR) Spiroxet infeksiyası olan bəzi pasiyentlərdə seftriaksonla müalicəyə başladıqdan qısa müddət sonra Yariş-Herksheymer (Jarisch-Herxheimer) reaksiyası (YHR) baş verə bilər. YHR adətən özünü məhdudlaşdıran bir vəziyyətdir və ya simptomatik müalicə oluna bilər. Belə reaksiya baş verərsə, antibiotiklə müalicə dayandırılmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Seftriakson Hartman və Ringer məhlulu kimi kalsium tərkibli məhlullarla qarışdırılmamalıdır. Seftriakson amsakrin, vankomisin, flukonazol və aminoqlikozid antibiotikləri ilə uyuşmaz olduğundan, birgə istifadə olunmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası B. Hamilə qadınlarda adekvat tədqiqatlar aparılmadığından onun hamilə qadınlarda istifadəsi yalnız ciddi göstəriş olduqda mümkündür. Seftriakson südlə xaric olunduğundan laktasiya dövründə ehtiyatla istifadə edilməlidir. Pediatriyada istifadəsi Yenidoğulmuşlarda, körpələrdə və uşaqlarda sefalosporinin istifadəsinin təhlükəsizliyi və effektivliyi “İstifadə qaydası və dozası” bölməsində təsvir edilmişdir. Tədqiqatlar göstərmişdir ki, digər sefalosporinlər kimi, seftriakson bilirubini plazma albuminindən sıxışdırıb çıxarma qabiliyyətinə malikdir. Bu səbəbdən, sefalosporin hiperbilirubinemiyası olan yenidoğulmuşlarda, xüsusilə vaxtından əvvəl doğulanlarda, ehtiyatla istifadə olunmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Triosef bəzən başgicəllənməyə səbəb ola bildiyindən diqqət tələb edən fəaliyyətlər üçün bu, nəzərə alınmalıdır.
İstifadə qaydası və dozası
Pediatrik pasiyentlər qrupu Yenidoğulmuşlar, körpələr və 15 günlükdən 12 yaşadək uşaqlar (< 50 kq) Bədən çəkisi 50 kq və daha çox olan uşaqlarda böyüklər üçün adi dozalardan istifadə edilir. Yeridilmə Seftriaksonun dozası* Göstərişlər tezliyi** 50-80 mq/kq Gündə 1 dəfə İntraabdominal infeksiyalar Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən pielonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya 50-100 mq/kq (maksimum Gündə 1 dəfə Dəri və yumşaq toxumaların ağırlaşmış 4 q) infeksiyaları Sümük və oynaq infeksiyaları Neytropeniyalı xəstələrdə bakterial infeksiyaya şübhə olduğu hallarda qızdırmanın aradan qaldırılması 80-100 mq/kq (maksimum Gündə 1 dəfə Bakterial meningit 4 q) 100 mq/kq (maksimum 4 q) Gündə 1 dəfə Bakterial endokardit * Müəyyən olunmuş bakteriemiya zamanı tövsiyə olunan doza intervalının maksimal dozaları nəzərdən keçirilməlidir. ** Gündə 2 q-dan artıq dozaların istifadəsi zamanı preparatın gündə 2 dəfə (hər 12 saatdan bir) istifadəsinin mümkünlüyü nəzərdən keçirilməlidir. Yenidoğulmuşlar, körpələr və 15 günlükdən 12 yaşa qədər (<50 kq) uşaqlar üçün xüsusi müalicə sxeminin tələb olunduğu göstərişlər Kəskin orta otit Kəskin orta otitin başlanğıc müalicəsi üçün Triosef preparatının 50 mq/kq birdəfəlik əzələdaxili dozası istifadə oluna bilər. Məhdud məlumatlar göstərir ki, uşaq ağır xəstə olduqda və ya ilkin müalicə uğursuz olduğu halda Triosef preparatının gündə 50 mq/kq dozada 3 gün ərzində əzələdaxili istifadəsi effektiv ola bilər. Əməliyyat aparılacaq nahiyədə infeksiyanın əməliyyatönü profilaktikası Əməliyyatdan əvvəl birdəfəlik doza qismində 50-80 mq/kq Sifilis Adi tövsiyə edilən doza 10-14 gün ərzində gündə bir dəfə 75-100 mq/kq (maks. 4 qr) təşkil edir. Sifilis, o cümlədən neyrosifilis zamanı dozalar üzrə tövsiyələr məhdud məlumatlara əsaslanmışdır. Milli və ya yerli tövsiyələr nəzərə alınmalıdır. Disseminasiya olunmuş Laym borreliozu (erkən (II mərhələ) və gecikmiş (III mərhələ)) 50-80 mq/kq gündə 1 dəfə 14-21 gün ərzində. Tövsiyə olunan müalicə müddətləri dəyişkəndir və milli və ya yerli tövsiyələr nəzərə alınmalıdır. Yenidoğulmuşlar 0-14 gün Seftriakson 41 həftəsinə qədər yarımçıq doğulmuş yenidoğulmuşlara (hestasiya yaşı + xronoloji yaş) əks-göstərişdir. Seftriaksonun dozası* Yeridilmə tezliyi Göstərişlər 20-50 mq/kq Gündə 1 dəfə İntraabdominal infeksiyalar Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (o cümlədən pielonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya Sümük və oynaq infeksiyaları Neytropeniyalı xəstələrdə bakterial infeksiyaya şübhə olduğu hallarda qızdırmanın aradan qaldırılması 50 mq/kq Gündə 1 dəfə Bakterial meningit Bakterial endokardit * Müəyyən olunmuş bakteriemiya zamanı tövsiyə olunan doza intervalının maksimal dozaları nəzərdən keçirilməlidir. Maksimal gündəlik doza olan 50 mq/kq dozası aşılmamalıdır. 0-14 günlük yenidoğulmuşlar üçün xüsusi müalicə sxeminin tələb olunduğu göstərişlər Kəskin orta otit Kəskin orta otitin başlanğıc müalicəsi üçün Triosef preparatının 50 mq/kq birdəfəlik əzələdaxili dozası istifadə oluna bilər. Əməliyyat aparılacaq nahiyədə infeksiyanın əməliyyatönü profilaktikası Əməliyyatdan əvvəl birdəfəlik doza qismində 20-50 mq/kq. Sifilis Adi tövsiyə edilən doza 10-14 gün ərzində gündə bir dəfə 50 mq/kq təşkil edir. Sifilis, o cümlədən neyrosifilis zamanı dozalar üzrə tövsiyələr məhdud məlumatlara əsaslanmışdır. Milli və ya yerli tövsiyələr nəzərə alınmalıdır. Müalicə müddəti Müalicənin müddəti xəstəliyin gedişindən asılı olaraq dəyişir. Ümumiyyətlə antibiotiklərlə müalicədə olduğu kimi, seftriaksonun istifadəsini xəstənin bədən temperaturu normallaşdıqdan və ya törədicinin eradikasiyası təsdiq olunduqdan sonra 48-72 saat ərzində davam etdirmək lazımdır. İstifadə qaydası Həll olunmuş məhlul öz keyfiyyətini otaq temperaturunda 6 saat ərzində, 5 C-də 24 saat ərzində saxlayır. Məhlulun həll olunduqdan dərhal sonra istifadəsi tövsiyə olunur. Seftriaksonun konsentrasiyasından və saxlanma müddətindən asılı olaraq məhlulun rəngi sarımtıl- kəhrəba rəngdə ola bilər. Ə/D inyeksiya: 0,5 q seftriakson 2 ml, 1 q – 3,5 ml 1 % lidokain hidroxloriddə həll olunmalı, müvafiq iri əzələyə inyeksiya olunmalıdır. Bir sahəyə 1 q-dan artıq inyeksiya tövsiyə olunmur. Lidokain HCl məhlulu heç bir zaman vena daxilinə yeridilməməlidir. Vena daxili inyeksiya: vena daxili inyeksiya üçün 0,5 mq seftriakson 5 ml, 1q – 10 ml steril inyeksiya üçün suda həll edilməlidir. Vena daxili inyeksiya 2-4 dəqiqə ərzində aparılmalıdır. Vena daxili infuziya: venadaxili infuziya üçün 2 q seftriakson 40 ml aşağıdakı məhlullardan birində həll olunmalı və 30 dəqiqə ərzində infuziya edilməlidir: 0,9%-li natrium xlorid, 0,45%-li natrium xlorid + 2,5%-li dekstroza, 5% -li dekstroza, 10%-li dekstroza, 6%-li dekstran, 5%-li dekstran, hidroksietil nişasta 6-10%, inyeksiya üçün su. Seftriakson digər antibiotiklərlə qarışdırılmamalı və yuxarıda göstərilən məhlullardan başqa digər məhlullarla həll olunmamalıdır.
Əlavə təsirləri
Seftriaksonla bağlı ən çox məlumat verilən əlavə təsirlər eozinofiliya, leykopeniya, trombosito- peniya, ishal, səpgi və qaraciyər fermentlərinin artmasıdır. Seftriaksonun əlavə təsirlərinin tezliyini müəyyənləşdirmək üçün məlumatlar klinik sınaqlardan alınmışdır. Əlavə təsirlərin tezliyinin qiymətləndirilməsi üçün aşağıdakı razılaşmadan (konvensiyadan) istifadə olunur: Çox tez-tez (≥ 1/10) Tez-tez (≥ 1/100 – < 1/10) Bəzən (≥ 1/1000 – < 1/100) Nadir (≥ 1/10000 – < 1/1000) Məlum deyil (mövcud məlumatlar əsasında qiymətləndirmək mümkün deyil) a Postmarketinq məlumatlara əsasən. Bu reaksiyalar barədə qeyri-müəyyən sayda əhali tərəfindən könüllü olaraq məlumat verildiyi üçün onların tezliyini etibarlı şəkildə qiymətləndirmək mümkün deyil, ona görə də onların tezliyi “məlum deyil” kimi təsnif edilir. a Sistem Orqan Tez-tez Bəzən Nadir Məlum deyil Sinif b İnfeksiyalar və Cinsiyyət Psevdo-membra- Superinfeksiya b invaziyalar orqanlarının göbələk noz kolit infeksiyası b Qan və limfa sis- Eozinofiliya Qranulositopeniya Hemolitik anemiya temində baş verən Leykopeniya Anemiya Aqranulositoz pozğunluqlar Trombositopeniya Koaqulopatiya İmmun sistemdə Anafilaktik şok baş verən pozğun- Anafilaktik reaksiya luqlar Anafilaktoid reaksiya b Yüksək həssaslıq Yariş-Herksheymer b reaksiyası Sinir sistemində Baş ağrısı Qıcolma baş verən pozğun- Başgicəllənmə luqlar Qulaqda və labi- Vertiqo rintdə baş verən pozğunluqlar Tənəffüs yolla- Bronxospazm rında, döş qəfə- sində və ortadivar- da baş verən pozğunluqlar b b Mədə-bağırsaq Diareya Ürəkbulanma Pankreatit traktında baş ve- Duru nəcis Qusma Stomatit rən pozğunluqlar Qlossit Hepatobiliar Qaraciyər fermentləri- Öd kisəsində b pozğunluqlar nin səviyyəsinin yük- çöküntü səlməsi Kernikterus Skin and Rash Pruritus Urticaria Stivens-Conson b subcutaneous sindromu tissue disorders Toksik epidermal b nekroliz Multiformalı erite- ma Kəskin generalizə- olunmuş ekzante- matoz pustulyoz eritema Eozinofiliya ilə və sistem simptomlarla dərman reaksiyası b (DRESS) Böyrəklərdə və Hematuriya Oliquriya sidik yollarında Qlükozuriya Böyrəklərdə çökün- baş verən pozğun- tü (geridönən) luqlar Ümumi pozğun- Flebit Ödem luqlar və istifadə İnyeksiya yerində Titrətmə yerində vəziyyət ağrı Hipertermiya Müayinələr Qanda kreatininin Kumbs testinin yan- b səviyyəsinin lış müsbət nəticəsi yüksəlməsi Qalaktozaemiya tes- tinin yanlış müsbət b nəticəsi Qlükozanın təyini üçün qeyri- fermentativ metodların yanlış b müsbət nəticəsi
Doza həddinin aşılması
Doza həddinin aşılmasının müalicəsi simptomatik olmalıdır.
Buraxılış forması
0,5 q toz, flakonda. 1 flakon və 1 ampul həlledici, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda, orijinal qutusunda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Həll olunduqdan sonra dərhal istifadə olunmalıdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Halkalı Merkez Mah. Basin Ekspress Cad. N1. 34303 Küçükçekmece /İstanbul/Turkey. İstehsal sahəsi Organaze Sanayı bölgesiş Atatürk Mah, Atatürk Cad, N 32. Karaağac- Çerkezgöy/Tekirdağ/ Turkey. Dumlupinar Mah Ankara cad. N2, Kartepe, Kocaeli, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.