Olasef 1 q flakon

Təsiredici maddə: CEFTRIAXONE
Təsiredici maddəCEFTRIAXONE
Dərman formasıİnyeksiya məhlulu üçün toz
Farmakoloji təsirBeta-laktamlar, III nəsil sefalosporin qrupu antibiotiki
İstehsal ölkəsiMisir

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,14 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

OLASEF inyeksiya məhlulu hazırlamaq üçün toz

Tərkibi

Təsiredici maddə: 1 flakonda 0,5 q və ya 1q seftriaksona ekvivalent miqdarda seftriakson- natrium vardır. Həlledici: 1%-li lidokain-hidroxlorid məhlulu. Köməkçi maddələr:metilparaben, natrium xlorid, natrium hidroksid, inyeksiya üçün su.

Təsviri

Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər hiqroskopik tozdur.

Farmakoterapevtik qrupu

Beta-laktamlar, III nəsil sefalosporin qrupu antibiotiki. ATC kodu: J01DD04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Seftriakson bakteriyaların hüceyrə divarının sintezini pozmaqla bakterisid təsir göstərir ki, bu da hüceyrələrin məhvinə aparır. Seftriakson bakteriyaların hasil etdiyi beta-laktamazaların geniş spektrinə qarşı davamlıdır, qrammüsbət və qrammənfi növlər daxil olmaqla bakterial patogenlərin geniş spektrinə qarşı aktivdir. Rezistentlik mexanizmi: Seftriakson qrammüsbət və qrammənfi beta-laktamazaların geniş spektrinə qarşı, o cümlədən penisillinləri və digər sefalosporinləri parçalayan fermentlərə qarşı davamlıdır. Seftriaksona qarşı rezistentlik başlıca olaraq bəzi beta-laktamları hidroliz edən fermentlərin (karbapenamazlar və bəzi ESBL-lər daxil olmaqla), xüsusilə qrammənfi mikroorqanizmlər tərəfindən hasil edilməsi nəticəsində baş verir. S. aureus və S. pneumoniae kimi qrammüsbət mikroorqanizmlər üçün qazanılmış rezistentlik başlıca olaraq hüceyrə divarının hədəf tərəfinin dəyişməsi ilə bağrlıdır. Qrammüsbət aerob bakteriyalar Staphylococcus aureus (metisillinə həssas), koaqulyasiya-mənfi Staphylococcus, Streptococcus pyogenes (beta-hemolitik, qrup A), Streptococcus agalactiae (beta-hemolitik, qrup B), beta- hemolitik Streptococcus (A və B qruplarına daxil olmayan), Streptococcus viridans, Streptococcus pneumoniae. Metisillinə-rezistent Staphylococcus növləri, həmçinin seftriakson daxil olmaqla sefalosporinlərə qarşı da rezistentdir. Ümumiyyətlə, Enterococcus faecalis, Enterococcus faecium və Listeria monocytogenes rezistentdir. Qrammənfi aerob bakteriyalar Acinetobacter lwoffi, Acinetobacter anitratus (xüsusilə A. baumanii)*, Aeromonas hydrophila, Alcaligenes faecalis, Alcaligenes odorans, Alcaligenes tipli bakteriya, Borrelia burgdorferi, Capnocytophaga spp., Citrobacter diversus, (C. Amalonaticus daxil olmaqla), Citrobacter freundii*, Escherichia coli, Enterobacter aerogenes*, Enterobacter cloacae*, Enterobacter spp. (digər)*, Haemophilus ducreyi, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Hafnia alvei, Klebsiella oxytoca, Klebsiella pneumoniae**, Moraxella catarrhalis (ex Branhamella catarrhalis), Moraxella osloensis, Moraxella spp. (others), Morganella morganii, Neisseria gonorrhoea, Neisseria meningitidis, Pasteurella multocida, Plesiomonas shigelloides, Proteus mirabilis, Proteus penneri*, Proteus vulgaris*, Pseudomonas fluorescens*, Pseudomonas* spp. (digər), Providentia rettgeri*, Providentia spp. (digər), Salmonella typhi, Salmonella spp. (qeyri- tif), Serratia marcescens, Serratia spp. (digər), Shigella spp., Vibrio spp., Yersinia enterocolitica, Yersinia spp. (digər). *) Bəzi növlər başlıca olaraq xromosomal beta-laktamaza hasil edən ştammların hesabına Seftriaksona rezistentdir. **) Bəzi növlər geniş spektrli beta-laktam plazmidləri tərəfindən hasil edilən məhsulların hesabına rezistentdir. Aminopenisillin və uroidopenisillin kimi antibiotiklərə, birinci və ikinci nəsil sefalosporinlərə və aminoqlikozidlərə qarşı çoxsaylı rezistentliyə malik olan yuxarıda sadalanan növlərin çoxu seftriaksona qarşı həssasdır. Treponema pallidum in vitro və qeyri-klinik tədqiqatlarda həssaslıq göstərmişdir. Klinik tədqiqatlar göstərir ki, birincili və ikincili sifilis seftriakson müalicəsinə yaxşı cavab verir. Kiçik istisnalarla P. aeruginosa növləri klinik təcrübədə seftriaksona qarşı çarpaz rezistentlik göstərir. Anaerob bakteriyalar Bacteroides növləri (öd turşularına həssas)*, Clostridium növləri (C. Difficile istisna olmaqla), Fusobacterium nucleatum, Fusobacterium spp. (digər), Gaffkia anaerobica (Peptococcus istisna olmaqla), Peptostreptococcus spp. *) Bəzi növlər əsasən beta-laktamaza hasil etmələri nəticəsində seftriaksona rezistentdir. Bacteroides spp.-nin beta-laktamaza hasil edən bir çox növləri (xüsusilə B. fragilis), seftriaksona rezistentdir. Clostridium difficile seftriaksona rezistentdir. Seftriaksona qarşı həssaslıq antibioqram vasitəsilə və ya aqarda və ya bulyonda standartlaşdırılmış texnikadan istifadə etməklə durulaşdırma testi vasitəsilə təyin oluna bilər. Seftriaksona qarşı həssaslıq üçün interpretasiya meyarı aşağıdakılardır: Həssaslıq Aralıq vəziyyət Rezistentlik Durulaşdırma testi Inhibəedici konsentrasiyalar (mq/l) ≤8 16-32 ≥64 Antibioqram (30 μq Seftriakson ilə disklər), inhibə olunan sahənin diametri, mm ≥21 20-14 ≤13 Mikroorqanizmlər Seftriakson disklərdən istifadə etməklə sınaqdan keçirilmişdir, çünki bu in vitro sefalosporinlərin disklərinin istifadə zamanı özünü təsdiqləmişdir. Farmakokinetikası Seftriaksonun farmakokinetikası onun zərdab albumini ilə dozadanasılı birləşməsi ilə əhəmiyyətli dərəcədə müəyyən edilmişdir. İnsanda dərmanın plazmadan azad (birləşməmiş) fraksiyası 300 mq/L konsentrasiyada müalicəvi konsentrasiya həddinin 5%-dən yuxarı olub 15%-ə kimi artır. Albuminin aşağı miqdarı hesabına interstisial mayedə sərbəst Seftriaksonun nisbəti müvafiq olaraq plazmadakına nisbətən daha yüksəkdir. Plazma konsentrasiyaları: 500 mq Seftriaksonun 1,06% lidokaində əzələdaxili inyeksiyası zamanı pik plazma konsentrasiyası 1 saat ərzində 40-70 mq/L olmuşdur. Əzələdaxili inyeksiyadan sonra biomənimsənilməsi 100%-dir. Xaric olması: Seftriakson əsasən dəyişilməmiş şəkildə, dozanın təqribən 60%-ı sidiklə (demək olar ki, müstəsna olaraq yumaqcıq filtrasiyası vasitəsilə), qalan hissəsi isə öd və bağırsaq traktı vasitəsilə xaric olur Ümumi plazma klirensi 10 – 22 ml/dəq. Böyrək klirensi 5 – 12 ml/dəq. Böyüklərdə yarımxaricolma dövrü 8 saatdır. Doza, yeridilmə yolu və ya təkrar istifadə yarımxaricolma dövrünə əhəmiyyətli təsir göstərmir. Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası: Həyatın birinci həftəsində dozanın 80%-i sidiklə xaric olur; bir aylıqdan yuxarı bu, böyüklərdə olduğuna oxşar səviyyəyə qədər aşağı düşür. 75 yaşdan yuxarı şəxslərdə orta yarımxaricolma dövrü adətən cavan böyüklərdə olduğundan 2-3 dəfə uzun olur. Bütün sefalosporinlərdə olduğu kimi, yaşlılarda böyrək funksiyasının aşağı düşməsi yarımxaricolmanın uzanmasına səbəb ola bilər. Seftriaksona aid toplanmış məlumatlar göstərir ki, yaşlı pasiyentlərdə doza rejiminin modifikasiyasına ehtiyyac yoxdur. Böyrəklərin və qaraciyərin disfunksiyası olan pasiyentlərdə Seftriaksonun farmakokinetikası yalnız minimal dəyişir və yarımxaricolma dövrü azca artır. Əgər böyrək funksiyası təklikdə pozulmuşdursa, Seftriaksonun ödlə yarımxaricolma dövrü artır; əgər qaraciyər funksiyası təklikdə pozulmuşdursa, böyrəklər vasitəsilə yarımxaricolma artır. Onurğa beyni mayesi: seftriakson iltihablaşmış və iltihablaşmamış beyin qişasına keçir, yaranan konsentrasiya plazma konsentrasiyasının 4-17%-ni təşkil edir.

İstifadəsinə göstərişlər

OLASEF parenteral müalicə tələb olunan hallarda, bir və ya daha çox həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyaların müalicəsi üçün təyin edilir: – Pnevmoniya. – Septisemiya. – Meningit. – Sümük, dəri və yumşaq toxumaların infeksiyaları. – Neytropenik pasiyentlərdə infeksiyalar. – Qonoreya (süzənək). – Əməliyyatla bağlı infeksiyaların əməliyyatqabağı profilaktikası üçün. Müalicə həssaslıq testlərinin nəticəsi məlum olana qədər də başlanıla bilər. Antibakterial agentlərin rəsmi qaydalara uyğun şəkildə istifadə olunmasına diqqət etmək lazımdır.

Əks göstərişlər

– Seftriaksona və ya sefalosporinlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. – Əvvəllər penisillinlərə və ya beta-laktam dərmanlara qarşı sürətli və/və ya ləng yüksək həssaslıq reaksiyası. – Seftriakson sarılığı olan yenidoğulmuşlara və ya hipoalbuminemiyalı və ya asidozlu və ya bilirubin əlaqəsinin pozulmasını fikirləşməyə əsas verən digər hallarda istifadə olunmamalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Seftriaksonla müalicə qərarı verməzdən əvvəl diqqətlə aydınlaşdırmaq lazımdır ki, pasiyentdə əvvəllər seftriaksona, hər hansı digər sefalosporinə və ya digər beta-laktam dərmana qarşı yüksək həssaslıq reaksiyası olub, yoxsa yox. Seftriakson əvvəllər hər hansı sefalosporinə qarşı yüksək həssaslığı olmuş pasiyentlərə əks göstərişdir. O, həmçinin əvvəllər hər hansı penisillinə və ya beta- laktam dərmana qarşı sürətli və/və ya ləng gedişli yüksək həssaslıq reaksiyası olmuş pasiyentlərə əks göstərişdir. Seftriakson hər hansı penisillinə və ya beta-laktam dərmana qarşı başqa tip yüksək həssaslıq reaksiyası olmuş pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Seftriakson digər allergik diatezi olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Seftriaksondan istifadə zamanı antibiotiklə bağlı diareya, kolit və psevdomembranoz kolit barədə məlumatlar olmuşdur. Bu diaqnozlar müalicə vaxtı və ya müalicədən az sonra diareya inkişaf etmiş hər hansı pasiyentdə nəzərə alınmalıdır. Əgər müalicə vaxtı ağır və/və ya qanlı ishal aşkar edilərsə, o zaman Seftriaksonla müalicə dayandırılmalı və müvafiq müalicə təyin edilməlidir. Əvvəllər mədə-bağırsaq xəstəlikləri, xüsusilə koliti olmuş şəxslərdə Seftriakson ehtiyatla istifadə olunmalıdır. Digər sefalosporinlər kimi, Seftriaksonun uzunmüddətli istifadəsi Enterococci və Candida spp. kimi, qeyri-həssas mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qaraciyər çatışmazlığı ilə müşayiət olunan ağır böyrək pozğunluğu zamanı dozaya düzəliş edilməlidir. In vivo və in vitro tədqiqatlar göstərmişdir ki, Seftriakson, digər sefalosporinlər kimi, bilirubini zərdab albuminindən sıxışdırıb çıxara bilər. Yenidoğulmuşları da əhatə edən klinik məlumatlar bu faktı təsdiq edir. Ona görə də seftriakson sarılığı olan yenidoğulmuşlara və ya hipoalbuminemiyalı və ya asidozlu və ya biluribin əlaqəsinin pozulmasını fikirləşməyə əsas verən digər hallarda istifadə olunmamalıdır. Vaxtındanəvvəl doğulmuşlarda istifadə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Seftriakson öd kisəsində çökə və sonra ultrasəs müayinəsi zamanı izi təyin oluna bilər. Bu, istənilən yaşda olan pasiyentdə baş verə bilər, lakin ən çox yenidoğulmuşlarda və kiçik yaşlı uşaqlarda seftriaksonun bədən kütləsinə əsaslanan dozasının artıq olduğu hallarda baş verir. Uşaqlarda 80 mq/kq bədən kütləsinə dozadan artıq dozanın istifadəsindən çəkinmək lazımdır, çünki bu, preparatın öd kisəsində çökməsinə səbəb ola bilər. Seftriaksonla müalicə olunan uşaqlarda və yenidoğulmuşlarda öddaşlarının və ya kəskin xolesistitin inkişafını göstərən aşkar əlamətlər müşahidə olunmur. Sefalosporinlər qırmızı qan cisimçiklərinin membranlarının səthində absorbsiyaya meylli və birbaşa dərmana qarşı yönəlmiş anticisimlərlə reaksiyaya meylli qrup kimi müsbət Kumbs reaksiyasına və nadir hallarda mötədil hemolitik anemiyaya səbəb ola bilər. Buna görə onlar penisillinlərlə müəyyən çarpaz reaktivliyə malik ola bilər. Seftriaksonla müalicə olunan pasiyentlərdə öd yollarının obstruksiyası nəticəsində yaranan pankreatit barədə nadir hallarda məlumatlar olmuşdur. Xüsusi müalicəyə, ağır xəstəliyə və ümumi parenteral qidalanmaya məruz qalmış pasiyentlərin əksəriyyətində öd durğunluğu və ödün qatılaşması risk faktorları mövcud olur. Öddə seftriaksondan-asılı çöküntünün yaranması üçün təkan və kofaktor rolunu istisna etmək olmaz. Müəyyən olunmuş doza yüksəldilməməlidir. 1 q seftriaksonun tərkibində təqribən 83 mq natrium vardır (3,6 mEq). Natriuma nəzarət olunan pəhriz saxlayan pasiyentlər bunu nəzərə almalıdırlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Seftriaksonu diuretiklərlə birlikdə istifadə edərkən böyrək funksiyalarının pisləşməsi baş verməmişdir. Seftriaksonla birlikdə istifadə zamanı aminoqlikozidlərin nefrotoksiki təsirinin güclənməsi və ya dəyişməsi müşahidə edilməmişdir. Seftriakson molekulunda müəyyən sefalosporinlərlərdən fərgli olaraq müalicə vaxtı alkoqol qəbulu zamanı disulfiramabənzər reaksiyaya səbəb olan N-metiltio-tetrazol əvəzedicisi yoxdur In vitro, xloramfenikol Seftriaksona və digər Sefalosporinlərə antaqonizm nümayiş etdirmişdir. Bunun klinik əlaqəsi məlum olmasa da, Seftriaksonla xloramfenikolun eyni zamanda istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə edilir. Seftriaksonla müalicə olunan pasiyentlərdə nadir hallarda Kumbs sınağında yanlış müsbət nəticə alına bilər. Seftriakson, digər antibiotiklər kimi qalaktozemiya testlərində yalnış müsbət nəticə verə bilər. Oxşar olaraq, sidikdə qlükozanın təyini zamanı qeyri-fermentativ metodlar yanlış müsbət nəticə verə bilər. Bu səbəbdən Seftriaksonla müalicə müddətində sidikdə qlükozanın təyini üçün fermentative metodlardan istifadə edilməlidir. Seftriakson oral hormonal kontraseptivlərin effektivliyinə mənfi təsir göstərə bilər. Bu səbəbdən müalicə müddətində və müalicə qurtardıqdan sonra 1 ay müddətində əlavə kontraseptiv (qeyri- hormonal) tədbirlərdən istifadə edilməsi məsləhət görülür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Seftriaksonun hamiləlik dövründə istifadəsinə dair klinik məlumatlar məhduddur. Seftriakson plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatlarda embriotoksik, fetotoksik, teratogen təsir, dişi və ya erkəklərdə fertilliyə, doğuşa, perinatal və postnatal inkişafa əlavə təsirləri aşkar edilməmişdir. Primatlarda (ali məməlilərdə) heç bir embriotoksik və ya teratogen təsir aşkar edilməmişdir. İnsanlarda hamiləlik dövründə təhlükəsizliyi öyrənilmədiyindən Seftriakson mütləq göstəriş olmadıqda istifadə olunmamalıdır. Laktasiya: Seftriakson az miqdarda ana südünə nüfuz edir. Seftriakson südəmər uşağı olan analara ehtiyatla təyin olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumat yoxdur.

İstifadə qaydası və dozası

OLASEF böyük əzələyə dərinə yeridilir. Yaşlı pasiyentlərdə və ya yüngül böyrək disfunksiyası, və ya böyrək dializində olan pasiyentlərdə dozaya heç bir düzəliş edilmir. Yenidoğulmuşlar (1 həftəliyə qədər): gündə 1 dəfə 20–50 mq/kq (və ya həkimin göstərişinə uyğun olaraq). Körpələr və uşaqlar (2 həftəlikdən 12 yaşa qədər): Meningit istisna olmaqla bütün infeksiyalar: gündə 1 dəfə 50–75 mq/kq (və ya həkimin göstərişinə uyğun olaraq), gündəlik maksimal doza 2 q-dır. Meningit: 100 mq/kq/gün, gündəlik maksimal doza 4 q-dır. Böyüklər və uşaqlar (12 yaşdan yuxarı): gündə 1 dəfə 1–2 q, gündəlik maksimal doza 4 q-dır. Fəsadlaşmamış gonoreya: 250 mq birdəfəlik inyeksiya. Cərrahi profilaktika: əməliyyata yarım saatdan 2 saata qədər qalmış 1 q birdəfəlik doza. Hazırlanması və istifadəsi OLASEF flakonunun möhtəviyyatı əlavə olunmuş həlledicidə (1%-li lidokain) həll edilir. Hazırlanmış məhlul böyük əzələyə dərin əzələdaxili inyeksiya vasitəsilə yeridilir. Əgər 1 q-dan artıq inyeksiya edilməlidirsə, o zaman doza bölünərək 1-dən çox yerə yeridilməlidir. İnyeksiya olunan dərman məhlulu bilavasitə inyeksiya zamanı hazırlanmalıdır. Hazırlanmış məhlul soyuducuda 12-24 saat müddətində saxlana bilər.

Əlavə təsirləri

Seftriaksonun haqqında ən çox məlumat verilən əlavə təsirlərinə diareya, ürəkbulanma və qusma aiddir. Məlumat verilmiş digər əlavə təsirlərə allergik dəri reaksiyaları və anafilaktik reaksiyalar kimi yüksək həssaslıq reaksiyaları, ikincili göbələk infeksiyaları və ya rezistent mikroorqanizmlərin törətdiyi ikincili infeksiyalar, və ya qan hüceyrələrinin miqdarını dəyişiklər daxildir. İnfeksiyalar və invaziyalar: nadir (≥0.01% – <0.1%): cinsiyyət yolarının mikozu. Müxtəlif nahiyələrin maya göbələkləri, göbələklər və digər rezistent mikroorqanizmlər tərəfindən törədilən superinfeksiyaları mümkündür. Qan və limfa sisteminin pozğunluqları: nadir (≥0,01% – <0,1%): neytropeniya, levkopeniya, eozinofiliya, trombositopeniya, anemiya (hemoltik anemiya daxil olmaqla), protrombin vaxtının zəif uzanması. Çox nadir (<0,01%) tək-tək məlumatlar daxil olmaqla: müsbət Kumbs sınağı, qanın laxtalanma prosesinin pozulması, aqranulositoz (<500/m ), ən çox müalicədən 10 gün sonra və Seftriaksonun ümumi dozasının 20 q və daha çox olduğu zaman. İmmun sistemdə baş verən pozğunluqlar: nadir (≥0,01% – <0,1%): anafilaktik (o.c. bronxospazm) və anafilaktoid reaksiyalar (bax: bölmə 4.4) Sinir sistemində baş verən pozğunluqlar: nadir ( ≥0,01% – <0,1%): başağrısı, başgicəllənmə. Mədə-bağırsaq pozğunluqları: ümumi (≥1% – <10%): diareya, ürəkbulanma, qusma. Nadir (≥0,01% – <0,1%): stomatiti, qlossit. Bu əlavə təsirlər adətən müalicə dövründə və ya müalicə dayandırıldıqdan sonra meydana çıxan yüngül və ümumi əlavə təsirlərdir. Çox nadir (<0,01%), tək- tək məlumatlar daxil olmaqla: psevdomembranoz kolit (başlıca olaraq Clostridium difficile tərəfindən törədilir), pankreatit (öd axacaqlarının obstruksiyası nəticəsində baş verməsi mümkündür). Hepato-biliar pozğunluqlar: nadir (≥0,01% – <0,1%): zərdabda qaraciyər fermentlərinin (AST, ALT, qələvi fosfataza) səviyyəsinin yüksəlməsi. Öd kisəsində Seftriaksonun kalsium duzunun çökməsi müşahidə edilmişdir, başlıca olaraq tövsiyə olunan standard dozadan yüksək dozalarla müalicə olunan pasiyentlərdə. Uşaqlar üzərində aparılan prospektiv tədqiqatlar göstərmişdir ki, vanadaxili yeridilmə zamanı çökmə halları dəyişkən olur, bəzi tədqiqatlar zamanı 30%-dən yuxarı. İnfuziya tədricən həyata keçirildikdə (20-30 dəqiqə) çökmə ilə bağlı halları aşağı olur. Bu effect adətən simptomsuz keçir, lakin nadir hallarda ağrı, ürəkbulanma və qusma kimi klinik simptomlarla müşayiət oluna bilər. Belə hallarda simptomatik müalicə tövsiyə olunur. Çökmə adətən Seftriaksonla müalicənin dayandırılmasından sonra aradan qalxır. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: qeyri-ümumi (≥0.1% – <1%): makulopapulyar səpgi və ya ekzantema, övrə, qaşınma, dermatit, ödem kimi allergik dəri reaksiyaları. Çox nadir (<0.01%), tək-tək məlumatlar daxil olmaqla: multiformalı eritema, Stivens- Conson sindromu, Layel sindromu/toksik epidermal nekroliz. Böyrəklərdə və sidik yollarında baş verən pozğunluqlar: nadir (≥0.01% – <0.1%): zərdab kreatininin artması, oliquriya, qlükozuriya, hematuriya. Çox nadir (<0.01%), tək-tək məlumatlar daxil olmaqla: renal çöküntü, başlıca olaraq, ya yüksək gündəlik doza ilə (80 mq/kq/gün və daha çox) müalicə olunan və ya 10 q-dan yüksək ümumi doza ilə müalicə olunan, və ya dehidratasiya, və ya hərəkətsizlik kimi digər risk faktorları olan 3 yaşdan yuxarı uşaqlarda. Renal çökmə dönər xarakterlidir və Seftriaksonla müalicə dayandırıldıqdan sonra aradan qalxır. Anuriya və böyrək çatışmazlığı barədə də məlumat verilmişdir. Ümumi pozğunluqlar və istifadə yerinin vəziyyəti: nadir (≥0.01% – <0.1%): venadaxili yeridilmədən sonra flebit və inyeksiya yerində ağrı. Bunu inyeksiyanı yavaş-yavaş, ən azı 2-4 dəqiqə ərzində həyata keçirməklə minimuma endirmək olar. Titrətmə, temperaturun yüksəlməsi. Lidokainsiz əzələdaxili inyeksiyası ağrılıdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı dərmanın konsentrasiyasını hemodializ və ya peritoneal dializ vasitəsilə azaltmaq olmur. Xüsusi antidotu yoxdur. Müalicəsi simptomatikdir

Buraxılış forması

OLASEF 0,5 q İnyeksiya məhlulu hazırlamaq üçün 0,5 q toz, flakonda. 1 flakon və içərisində 2 ml həlledici (1%-li lidokain-hidroxlorid məhlulu) olan 1 ampul içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır. OLASEF 1 q İnyeksiya məhlulu hazırlamaq üçün 1 q toz, flakonda. 1 flakon və içərisində 3,5 ml həlledici (1%-li lidokain-hidroxlorid məhlulu) olan 1 ampul içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yuxarı olmayan temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

PHARCO B PHARMACEUTICALS, New Borg El Arab City – 3-cü Sənaye Zonası, İsgəndəriyyə, Misir. Tel: (+203) 4598840/ 4598830/ 4598820.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Olasef 1 q flakon” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar