Metaspan 4 mq 1 ml N3 inyeksiya

Təsiredici maddə: BETAMETHASONE
Təsiredici maddəBETAMETHASONE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirQlükokortikoidlər
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

METASPAN 4 mq/1 ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone

Tərkibi

Təsiredici maddə: 1 ampulda 5,263 mq betametazon natrium fosfat (4 mq betametazona ekvivalent) vardır. Köməkçi maddələr:fenol, natrium sitrat dihidrat, susuz limon turşusu, inyeksiya üçün su.

Təsviri

Rəngsiz, şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Qlükokortikoidlər. ATC kodu: H02AB01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Betametazon iltihabəleyhinə və antireaktiv təsirinə görə prednizolondan təxminən 8-10 dəfə (çəkiyə görə hesablanılır) daha fəal sintetik kortikosteroiddir. İfadəolunmuş mineralokortikosteroid fəallığına malik deyil, bununla əlaqədar böyrəküstü vəzilərin çatışmazlığının monoterapiyası üçün istifadə oluna bilməz. Betametazon kortikosteroidlərə xarakterik yan təsirləri göstərmir. Farmakokinetikası Metaspan 4 mq/ml inyeksiya üçün məhlulun əsas təsiredici maddəsi betametazon natrium fosfatdır. Sürətli və güclü təsiri əldə etmək məqsədilə əzələdaxili və venadaxili istifadə oluna bilər. Xüsusi ehtiyac olduqda Metaspan inyeksiya məhlulunu zədələnmiş nahiyəyə oynaqdaxili, endoplevral, subkonyunktival və aerozol şəklində istifadə etmək olar. Metaspan kortikosteroid əsasında olan yaxşı mənimsənilən, yüksək fəallığa malik steril məhluldur. Betametazon natrium fosfat orqanizmdə hidrolizə uğrayaraq betametazonun daha bioloji fəal formasına çevrilir. Zərdabda maksimal qatılığa istifadədən 60 dəqiqədən sonra çatır, orqanizmdən tam xaric olması 24 saat ərzində baş verir. Peroral və parenteral istifadədən sonra yarımparçalanma dövrü ≥ 300 dəqiqə təşkil edir. Betametazon qaraciyərdə metabolizmə uğrayır: qaraciyər xəstəlikləri olan şəxslərdə sağlam insanlarla müqayisədə klirensi daha ləngdir. Zülallarla birləşir, əsasən də albuminlə.

İstifadəsinə göstərişlər

İstifadə olunduğu təhlükəli hallar: şok (cərrahi və travmatik, yanıq nəticəsində); kəskin anafilaktik və allergik reaksiyalar (boğazın ödemi, dərmanlara qarşı və qan köçürülməsindən sonrakı allergiya); astma halları; böyrəküstü vəzinin kəskin çatışmazlığı, Addison xəstəliyi, Simmonds xəstəliyi, böyrəküstü vəzinin götürülməsi və ya kortikosteroidlərin uzunmüddətli qəbuluna görə böyrəküstü vəzilərin supressiyası; “tennis dirsəyi” kimi tanınan yumşaq toxumaların zədələnmələri və çiyin oynağının periartriti zamanı (yerli inyeksiya formasında). Betametazon şok və astmanın müalicəsində istifadə olunan digər preparatları əvəz etmir, amma onların effektivliyini artırır. Daxilə qəbulun əvəz edilməsi: kortikosteroid preparatları daxilə qəbul etmək mümkün olmadığı hallarda (qusma, davamlı ishal hallarında, üz-çənə cərrahi əməliyyatlardan sonra).

Əks göstərişlər

Preparatın tərkibində olan maddələrə qarşı yüksək həssaslıq reaksiyaları. Spesifik infeksiyaəleyhinə müalicə aparılmadığı hallarda sistem infeksiyalar. Yüksək dozalarda kortikoidlər qəbul edən xəstələrdə nevroloji əlavə təsirlərin və qeyri-kafi anticisim reaksiyalarının yaranma ehtimalı olduğu üçün zəifləmiş viruslarla immunizasiya və digər immunizasiya tədbirləri aparılmamalıdır. Betametazon birbaşa vətərlərə yeridilməməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qlükokortikoid müalicəsi alan xəstələr stress keçirdikdə, preparatın dozasının tənzimlənməsi vacibdir. Uzunmüddətli istifadə zamanı və yüksək dozalarda istifadə etdikdə pasiyentin vəziyyətinə nəzarət ən azı müalicə bitdikdən sonra bir il ərzində həyata keçirilir. Müalicə zamanı psixoloji dəyişikliklər yarana bilər: eyforiya, yuxusuzluq, əhvalın və şəxsiyyətin pozulması, kəskin depressiya və ya psixoz əlamətləri. Qlükokortikoidlərin qəbulu psixozlara meyilliliyi və emosional qeyri-stabil insanlarda bu əlamətləri artıra bilər. Qlükokortikoidlər infeksiyanın bəzi əlamətlərini gizlədə bilər və onların qəbulu zamanı zəifləmiş immunitet sayəsində bəzi interkurrent infeksiyalar da yarana bilər. Belə hallarda xüsusi antibiotik müalicəsinin vacibliyi nəzərə alınmalıdır. Aktiv vərəmdə betametazonun istifadəsi tez inkişaf edən və yayılmış xəstəlik halları ilə məhdudlaşdırılmalıdır. Latent vərəm və ya tuberkulin sınağı müsbət olan xəstələrə qlükokortikoidlər təyin olunubsa, xəstəliyin fəallaşması ehtimalını nəzərə alaraq, bu şəxsləri ciddi nəzarət altında saxlamaq lazımdır. Belə hallarda uzunmüddətli müalicə tələb olunduqda isə, əlavə olaraq kimya-terapiya təyin olunmalıdır. Rifampisinin profilaktik istifadəsi zamanı betametazonun böyrək klirensinin artması (bu zaman betametazonun dozasının korreksiyasına ehtiyac ola bilər) nəzərə alınmalıdır. Böyrəküstü vəzilərin ikincili çatışmazlığı hallarının sayı qlükokortikoidlərin dozasını tədricən endirilməklə azaldıla bilər. Bununla əlaqədar, bu müddət ərzində olan stress hallarında hormonal müalicə yenidən başlanılmalıdır. Eyni zamanda mineralokortikosteroid təyin olunmalıdır (mineralokortikosteroidlərin sekresiyasının pozulma ehtimalı olduğu üçün). QKS-lərin tədricən dayandırılması böyrəküstü vəzilərin ikincili çatışmazlığı riskini aşağı salır. Mineralokortikoidlərin ifrazına olan təsirinə görə, preparatla birgə natrium-xlorid və/və ya mineralokortikoidlərin qəbulu tövsiyə olunur. Maye toplanması ehtimalı olduğu üçün, kortikoidlər ürək çatışmazlığı olan xəstələrdə nəzarət altında istifadə olunmalıdır. Uzun müddət yüksək dozalarda müalicə zamanı elektrolit balansı pozulduqda natrium və kaliumun lazım olan miqdarlarının istifadəsi məsləhət görülür. Bütün qlükokortikoidlər kalsiumun ifrazını artırır. Kortikoidlərlə müalicə şəkərli diabet, osteoporoz, hipertenziya, qlaukoma və epilepsiyanın gedişini gərginləşdirə bilər. Həmin diqqət steroid miopatiya və ya peptik xoralar olan xəstələrə də yeridilməlidir. Qaraciyər çatışmazlığı olan xəstələrdə kortikosteroidlərin qanda səviyyəsi arta bilər. Hipotireoz və qaraciyər sirrozu olan xəstələrdə qlükokortikoidlərə reaksiya arta bilər. Korneal herpes simplex olan xəstələrə buynuz təbəqəsinin perforasiya ehtimalına görə xüsusi diqqət yetirilməlidir. Hipotalamo-hipofizar-böyrəküstü sistemi yatırmamaq və boy atma prosesini dayandırmamaq üçün bir neçə gündə birdəfəlik dozanın qəbul olunması nəzərə alına bilər. Böyüklərdə də, xüsusən uzunmüddətli müalicə zamanı osteoporoz, diabetin kəskinləşməsi və hipertenziya, infeksiyalara qarşı yüksək həssaslıq, dərinin nazikləşməsi ehtimalına görə həmin rejim nəzərə alına bilər. Simptomların tənzimlənməsi üçün köməkçi dozalar mümkün qədər minimal olmalıdır, dozalar bir neçə həftə və ya ay ərzində, dozadan və müalicə müddətindən asılı olaraq tədricən azaldılmalıdır. Qlükokortikoidlər aşağıdakı hallarda ehtiyyatla təyin olunmalıdır: perforasiya riski ilə qeyri-spesifik xoralı kolit, abses və ümumi sidik infeksiyaları, divertikulit, bağırsaq anastomozları, aktiv və latent peptik xora, böyrək çatışmazlığı, hipertenziya, osteoporoz, ağır miasteniya, feoxromositoma (böyrəküstü vəzilərin şişi). Sistem təsirli kortikosteroidlərin istifadəsi zamanı fatal nəticələnə bilən feoxromositoma krizi haqqında məlumatlar verilir. Bunula əlaqədar feoxromositoma diaqnozuna şübhə olduqda və ya diaqnoz təsdiq olunduqda kortikosteroidlər belə pasiyentlərə yalnız risk/xeyir nisbətinin qiymətləndirilməsi əsasında təyin oluna bilərlər. Preparat həkim nəzarəti altında istifadə edilməlidir. QKS-lərin epidural və intratekal (rentgenoloji nəzarətlə və ya nəzarətsiz) yeridilməsi zamanı, sinir sistemi tərəfindən qeydə alınmış, onurğa beynin infarktı, paraplegiya, kvadriplegiya, qabıq korluğu və insult, və bəzi digər ağırlaşmalar (hətta letal sonluğa gətirən) haqqında məlumatlar verilir. Qlükokortikosteroidlərin epidural yeridilməsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmadığı üçün, bu yeridilmə yolu bu qrup dərman preparatları üçün göstəriş deyildir. Metaspan preparatının tövsiyə edilən yeridilmə yolları “İstifadə qaydası və dozası” bölməsində verilmişdir. İstifadəsi zamanı kalsifikasiya riski haqqında məlumatlar olmadığı üçün preparatın onurğa arası istifadəsi əks-göstərişdir. QKS-lərin parenteral istifadəsi zamanı pasiyentlərdə nadir hallarda anafilaktoid/anafilaktik reaksiyalar qeydə alınıb. Anamnezində QKS-lərə qarşı allergik reaksiyalar olan pasiyentlərdə istifadədən əvvəl müvafiq təhlükəsizlik tədbirləri görülməlidir. Dozalanma rejimi və istifadə qaydası göstərişdən, xəstəliyin ağırlıq dərəcəsi və pasiyentin reaksiyasından asılı olaraq fərdi müəyyən olunur. Doza maksimum dərəcədə kiçik, istifadə müddəti isə maksimal olaraq qısa olmalıdır. Başlanğıc dozanı lazımı terapevtik effekt əldə olunanadək seçirlər. Sonra preparatın dozasını minimal effektiv dəstəkləyici dozaya qədər azaldırlar. Aparılan terapiyadan effekt almadıqda və ya onun uzun müddət ərzində istifadəsi zamanı, preparatı dozanı tədricən azaldaraq dayandırırlar. QKS-lər qəbul edən xəstələrə təbii çiçək xəstəliyinə qarşı vaksinasiya aparmaq olmaz. QKS qəbul edən xəstələrə (əsasən də yüksək dozalarda) digər növ immunlaşma da aparıla bilməz. Bu xəstələrdə nevroloji ağırlaşmaların yaranması və immun cavabın aşağı olması ilə bağlıdır (anticismlərin əmələgəlməsi dayanır). Ancaq əvəzedici terapiyanın həyata keçirilməsi zamanı (məsələn, böyrəküstü vəzilərin birincili çatışmazlığında) immunizasiyanın aparılması mümkündür. İmmuniteti dəf edən dozalarda preparatı qəbul edən şəxslər su çiçəyi və qızılca keçirən xəstələrlə kontaktdan uzaq olmaları haqqında xəbərdar olunmalıdırlar (bu əsasən uşaqlarda istifadə olunduqda vacibdir). QKS-lərin istifadə fonunda dəri sınaqlarının keçirilməsi zamanı reaksiyaların dəf olunma ehtimalı vardır. Preparatın istifadəsi zamanı aseptika və antiseptika qaydalarına tam əməl olunmalıdır. Yüksək infeksiyalaşma riski olan şəxslərdə (hemodializ xəstələri, dişlərin protezləri olan şəxslər) preparatın istifadəsi zamanı təhlükəsizlik qaydalarına tam əməl olunmalıdır. QKS-lərin uzunmüddətli istifadəsi arxa subkapsulyar kataraktaya (əsasən də uşaqlarda), görmə sinirin zədələnmə ehtimalı olan qlaukomaya və ikincili göz infeksiyasının (göbələk və ya virus mənşəli) yaranmasına səbəb ola bilər. Bununla əlaqədar dövrü olaraq oftalmoloji müayinələr aparılmalıdır, əsasən də preparatı 6 aydan artıq qəbul edən şəxslərə. QKS-lərin orta və yüksək dozalarda istifadəsi arterial təzyiqin artmasına, natriumun və mayenin orqanizmdə toplanmasına, kaliumun orqanizmdən sürətlə çıxarılmasına (bu hallar sintetik QKS- lərin istifadəsi zamanı daha az ehtimal oluna bilər, əgər onlar yüksək dozalarda istifadə olunmurlar) səbəb ola bilər. Bu zaman kalium preparatlarının və ya duzun məhdudlaşması ilə müşayidə olunan pəhrizin təyininə ehtiyyac ola bilər. Preparatın ürək qlikozidləri və ya plazmanın elektrolit balansına təsir edən dərman vasitələri ilə birgə istifadəsi zamanı, su-elektrolit balansına nəzarət olunmalıdır. Hipoprotrombinemiya zamanı ehtiyatla asetilsalisil turşusu ilə kombinasiyada təyin olunur. QKS-lərin istifadəsi zamanı spermatozoidlərin sayının və hərəkətliliyinin dəyişməsi mümkündür. QKS-lərin sistem və yerli (həmçinin, intranazal, inhalyasion və gözdaxili) istifadəsi zamanı görmə pozulmalari yarana bilər. Əgər pasiyentdə qeyri-dəqiq görmə və ya görmənin digər pozğunluqları müşahidə olunursa, bu zaman bunun səbəbini aydınlaşdırmaq üçün oftalmoloqa müraciət olunmalıdır. QKS-lərin sistem və yerli istifadəsi zamanı katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya kimi göz xəstəlikləri qeydə alınıblar. Uşaqlarda istifadə. Uzunmüddətli müalicə alan uşaq və yeniyetmələr boy atma və inkişaf cəhətdən ciddi nəzarətdə olmalıdırlar. Müalicə minimal dozalar və müddətlə məhdudlaşdırılmalıdır. Son dövrlərdə miokard infarktı keçirmiş, hipotiroid, miasteniya qravis xəstələrində ehtiyatla istifadə olunmalıdır. İdmançılarda istifadə. Terapevtik səbəblər olmadan preparatın istifadəsi dopinq kimi qəbul edilir və anti-dopinq testlər zamanı müsbət nəticə verir. Bunula əlaqədar Ümumdünya Antidopinq Agentliyinin (WADA) nəzarəti altında keçirilən yarışlarda istirak edəcək idmançılar istifadədən əvvəl WADA qaydaları ilə tanış olmalıdırlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Steroidlər ağır miasteniya zamanı parasimpatik preparatların, xolesistoqrafiya zamanı radioqrafik kontrast mayelərin, salisilatların və qeyri-steroid iltihabəleyhinə preparatların təsirini azalda bilər. Hipoprotrombinemiya olan xəstələrdə asetilsalisil turşusunun qlükokortikoidlərlə birgə təyinatına ehtiyatla yanaşmaq lazımdır. Steroidlərin effekti fenitoinin, karbamazepin, fenobarbitalın, efedrinin və rifampisinin təsirindən zəifləyə bilər. Metaspan ilə birgə qəbul olunan antikoaqulyant vasitənin dozasının azaldılması vacibdir. Betametazonun hiperqlikemik təsirini nəzərə alaraq, peroral dibetik vasitələrin təyini zamanı ikincinin doza korreksiyası tələb edilir. Estrogenlər kortikosteroidlərin effektini artırır. Qlükokortikosteroidləri kalium tutmayan diuretiklərlə eyni vaxtda istifadə etdikdə, hipokaliemiya yaranır. QSİƏP-larla birgə istifadə zamanı mədə bağırsaq qanaxmalarında artma ola bilər. Ritonavir və oral kontraseptivlər qlükokortikosteroidlərin plazma konsentrasiyalarını artıra bilər. Qlükokortikosteroidlərin ftorxinolonlar ilə birgə istifadəsi vətər cırılmalarını artıra bilər. Qlükokortikosteroidlərin CYP3A inhibitorları ilə birgə istifadəsi əlavə təsirlərin əmələ gəlmə riskini artıra bilər. Qlükokortikosteroidlərin ürək qlikozidləri ilə eyni vaxtda istifadəsi aritmiyaya, hipokaliemiyaya və qlikozidlərin toksikliyinin artmasına səbəb olur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlara yalnız ciddi zərurət olduqda, həkim nəzarəti altında istifadə olunur. Hamiləlik dövründə istifadə zamanı hormonların səviyyəsinin azalması aşkar olunub. Amma bu dəyişikliklərin əhəmiyyəti öyrənilməyib. Tədqiqatlar, vaxtından əvvəl doğuş riski olan qadınlarda, betametazonun qısamüddətli antenatal istifadəsi nəticəsində neonatal hipoqlikemiya riskinin yüksək olmasını göstəriblər. Hamiləlik dövrünün sonunda betametazon qəbul edən qadınların yenidoğulmuş körpələrində qanda şəkərin səviyyəsi aşağı ola bilər. Ana südü ilə xaric olduğu üçün kortikoidlərin laktasiya dövründə yüksək dozalarda istifadəsinə yalnız ciddi zərurət olduqda yol verilə bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır. Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

İnyeksiya üçün kortikosteroidlərlə müalicə zamanı dozalanma xəstəliyin gedişatı və pasiyentin müalicəyə fərdi reaksiyasından asılıdır. Adətən birdəfəlik doza 4 mq təşkil edir və arzuolunan terapevtik nəticə əldə olunana qədər təkrarlanır. Bəzi hallarda birdəfəlik inyeksiya üçün doza 10- 15 mq və ya artıq ola bilər; bu doza gün ərzində hər 3-4 saatdan bir təyin oluna bilər. Lazım olduqda preparat standart infuziya üçün məhlullara əlavə oluna bilər. Metaspan ampullarda təcili və güclü təsir tələb edən hallarda əzələdaxili və venadaxili istifadə üçün lazım olan miqdarda natrium vardır. Metaspan ampulları, xüsusi terapevtik tələblərə görə də xərçəng ocağı daxilinə, oynaqdaxili, endoplevral, göz damcısı və aerozol şəklində istifadə oluna bilər. Belə hallarda Metaspan ampulları yüksək təsirli, orqanizm tərəfindən yaxşı mənimsənilən kortizonun steril məhlulunun bütün müsbət keyfiyyətlərini özündə əks etdirir.

Əlavə təsirləri

Əlavə təsirlərin olma tezliyi istifadə olunmuş dozadan və dərmanın istifadə müddətindən asılıdır. Bu hallar adətən dönən xarakterlidir, preparatın dozasının azaldılması zamanı aradan qaldırıla və ya azala bilərlər. Betametazonla müalicə zamanı, xüsusən də güclü və uzunmüddətli terapiyada, bəzən aşağıdakı arzuolunmaz təsirlər müşayidə oluna bilər: Maddələr mübadiləsinə və qidalanmaya: hipernatriemiya, kaliumun xaric olmasının artması, kalsiumun xaric olmasının artması, lipomatoz (həmçinin, nevroloji ağırlaşmalar verə bilən mediastinal və epidural lipomatoz), bədən kütləsinin artması, iştahanın artması, su-elektrolit balansın pozulması, əsasən də bəzən hipertenziyaya və durğun ürək çatışmazlığına səbəb olan hipokaliemiyanın yaranması. Mənfi azot balansı. Bununla əlaqədar preparatın uzunmüddətli qəbulu zamanı zülalların qəbulu artırılmalıdır. Ürəyə: хronik ürək çatmamazlığı (buna meyilli pasiyentlərdə), ürək ritminin pozulması, bradikardiya, taxikardiya, vaxtındanəvvəl doğulmuş uşaqlarda hipertrofik miopatiya, keçirilmiş miokard infarktından sonra miokardın çırılması. Damarlara: arterial təzyiqin artması, tromboembolik ağırlaşmalar, vaskulit. Skelet-əzələ sisteminə və birləşdirici toxumaya: əzələ zəifliyi, “steroid” miopatiya, əzələ kütləsinin itirilməsi, ağır psevdoiflic, miasteniya zamanı miastenik simptomların güclənməsi qeydə alına bilər. Osteoporoz, aseptik osteonekroz (həmçinin bud sümüyünün başını və bud nahiyəsi əzələlərini əhatə edən), sümüklərin kövrəkliyi kimi əzələ və sümük dəyişiklikləri, onurğanın kompression sınığı, borulu sümüklərin patoloji sınıqları, vətərlərin çırılmaları, oynaqların qeyri-stabilliyi qeydə alına bilər. Mədə-bağırsaq traktına: peptik xoraları fəallaşdıra və ya yarada bilən qastrointestinal fəsadlar, mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələri (sonradan perforasiya və qanaxmalara səbəb ola bilən), pankreatit, kandidoz, meteorizm, hıçqırma, ürəkbulanma. Dəriyə və dərialtı toxumalara: çapıqların gec sağalması, dəri tamlığının pozulması, atrofiyası və nazikləşməsi, petexiyalar, ekximozlar, tərləmənin artması, dermatit, “steroid” sızanaqlar, striyalar, piodermiya və kandidoza meyillik, dəri testlərinin keçirilməsi zamanı reaksiyaların zəifləməsi, övrə, dəri səpkiləri, başda olan saçların nazikləşməsi, Stivens-Conson sindromu, allergik dermatit, eritema. Sinir sisteminə: başgicəllənmə, baş ağrıları və endokranial təzyiqin artması, psixoloji qeyri-stabillik kimi nevroloji dəyişikliklər, qıcolmalar, görmə siniri diskinin ödemi ilə müşayidə olunan kəlləbeyindaxili təzyiqin artması (daha çox terapiya bitdikdən sonra), nevrit, neyropatiya, paresteziyalar. Psixikaya: eyforiya, əhval-ruhiyyənin dəyişməsi, depressiya (ifadəolunmuş psixotik reaksiyalarla), şəxsiyyətin pozulması, qıcıqlanmanın artması, yuxusuzluq. Endokrin sistemə: Hipofiz və böyrəküstü vəzilərin funksiyalarının pozulması, xüsusilə güclü stress hallarında, zədələnmələrdə, cərrahi müdaxilə zamanı, karbohidratlara qarşı tolerantlığın azalması, latent şəkərli diabetin aşkar olunması və diabeti olan xəstələrdə hipoqlikemik dərmanlara ehtiyacın artması, qeyri-müntəzəm menstruasiya, hiper və ya hipohormonal dəyişikliklər simptomları, kuşinqoid sindrom, hirsutizm, hipertrixoz, hipofiz və böyrəküstü vəzilərin dəf edilməsi, uşaqlarda boy atma problemləri kimi endokrin dəyişikliklər; Görmə orqanına: Qlaukoma, arxa subkapsulyar katarakta və yüksək gözdaxili təzyiqi kimi oftalmoloji fəsadlar, ekzoftalm, görmənin pozulması, nadir hallarda – korluq (preparatın üz və baş hissəsinə yeridilməsi zamanı). İmmun sistemə: аnafilaktik və ya allergik reaksiyalar, həmçinin anafilaktik şok, angionevrotik şok, arterial təzyiqin aşağı düşməsi. Cinsiyyət orqanlarına və süd vəzilərinə: dismenoreya, spermatozoidlərin sayı və hərəkətliliyində dəyişiklər. Ümumi və yeridilmə nahiyəsində pozulmalar: nadir hallarda – hiper- və ya hipopiqmentasiya, dərialtı və dəri artofiyası, aseptik absesslər, neyrogen atropatiya. Yuxarıda qeyd olunmamış gözlənilməz əlavə təsirlər yarandıqda həkimə müraciət edin.

Doza həddinin aşılması

Simptomları: kortikosteroidlərin, həmçinin betametazonun kəskin doza həddinin aşılması zamanı həyat üçün qorxulu vəziyyətlər yaranmamalıdır. Çox yüksək dozalarda istifadə, müəyyən əks göstərişlər olmadığı halda, əlavə təsirlərin yaranmasına gətirib çıxarmır, aşağıdakı vəziyyətlərin olması istisna olunmaqla, məsələn, diabet, qlaukoma, aktiv peptik xora, pasiyentlər tərəfindən üskükotu preparatları, kumarin antikoaqulyantları və kalium xaricedən diuretiklərin qəbulu. Müalicəsi: kortikosteroidlərin metabolik effektləri nəticəsində və ya əsas və yanaşı xəstəliklərin zərərli təsiri və ya dərmanların qarşılıqlı təsirindən yaranmış ağırlaşmalar zamanı simptomatik terapiya tövsiyə olunur. Orqanizm kifayət qədər maye ilə təmin olunmalıdır, qanda və sidikdə elektrolitlərin səviyyəsinə nəzarət olunmalıdır, əsasən də natrium və kalium balansına diqqət edilməlidir. Ehtiyac olduqda elektrolit balansı bərpa olunmalıdır.

Buraxılış forması

1 ml məhlul ampulda. 3 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

via Monterosso 273 – 21042 Caronno Pertusella (Va) – Italy.

Qeydiyyat vəsiqəsinin sahibi

Laboratorio Farmacologico Milanese s.r.l., Via Monterosso 273, 21042 Caronno Pertusella (Varese) Italy.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Metaspan 4 mq 1 ml N3 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar