Flosteron 7 mq 1 ml N5 inyeksiya
| Təsiredici maddə | BETAMETHASONE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Qlükokortikosteroid (QKS) |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
26,32 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLOSTERON inyeksiya üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone
Tərkibi
Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində 6,43 mq betametazon dipropionat (5 mq betametazona ekvivalent) və 2,63 mq betametazon natrium fosfat (2 mq betametazona ekvivalent) vardır. Köməkçi maddələr: dinatrium fosfat dihidrat, natrium xlorid, dinatrium edetat, polisorbat 80, benzil spirti, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, natrium kroskarmelloza, makroqol (polietilenqlikol), qatı xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Rəngsiz, azacıq özlü, asanlıqla suspenziyalaşdırıla bilən, tərkibində ağ rəngli hissəciklər olan və yad maddələrdən azad mayedir.
Farmakoterapevtik qrupu
Qlükokortikosteroid (QKS). ATC kodu: Н02АВ01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Sintetik QKS olan betametazon limfosit və makrofaqlardan interleykin-1, interleykin-2 və qamma-interferonun azad olmasını ləngidir. İltihabəleyhinə, allergiyaəleyhinə, desensibilizəedici, şokəleyhinə, antitoksik və immunodepressiv təsir göstərir. Hipofizdən adrenokortikotrop hormon (AKTH) beta-lipotropinin azad olmasını tormozlayır, lakin qan plazmasında sirkulyasiya edən beta-endorfinin konsentrasiyasını azaltmır. Tireotrop hormon (TTH) və follikulstimuləedici hormonun (FSH) sekresiyasını tormozlayır. Mərkəzi sinir sisteminin oyanıqlığını artırır, limfositlərin və eozinofillərin miqdarını azaldır. Eritrositlərin sayını artırır (eritropoetinlərin sintezini artırması hesabına). Spesifik sitoplazmatik reseptorlarla qarşılıqlı təsirə girərək hüceyrə nüvəsinə nüfuz edən kompleks əmələ gətirir və matriks ribonuklein turşusunun (RNT) sintezini stimulə edir. Sonuncu, lipokortin də daxil olmaqla, hüceyrə effektlərinə vasitəçilik edən zülalların əmələ gəlməsini induksiya edir. Lipokortin fosfolipaza A2-nin fəaliyyətini ləngidir, araxidon turşusunun ifraz olunmasını azaldır və iltihab, allergiya və s. proseslərə təkan verən endoperoksidlər, prostaqlandinlər (Pg) və leykotrienlərin sintezini tormozlayır. Zülal mübadiləsi: qan plazmasında zülalların miqdarını azaldır (qlobulinlərin hesabına), albumin/qlobulin əmsalını yüksəldir, qaraciyər və böyrəklərdə albumin sintezini artırır, əzələ toxumasında zülal katabolizmini gücləndirir. Lipid mübadiləsi: yüksəkmolekullu yağ turşularının və triqliseridlərin sintezini artırır, yağların təkrar paylanmasına səbəb olur (yağların əsasən bazu, üz və qarın nahiyəsində toplanması), hiperxolesterinemiyanın inkişafına gətirib çıxarır. Karbohidrat mübadiləsi: karbohidratların mədə-bağırsaq traktından (MBT) sorulmasını artırır, qlükoza-6-fosfatazanın aktivliyini yüksəldərək sonuncunun qlükozanın qaraciyərdən qana daxil olmasını stimulə etməsinə səbəb olur, fosfoenolpiruvatkarboksilazanın aktivliyini və aminotransferazaların sintezini artırmaqla qlükoneogenezin aktivləşməsinə gətirib çıxarır. + + Su-elektrolit mübadiləsi: Na ionlarının və suyun orqanizmdə ləngiməsinə səbəb olur, K 2+ ionlarının xaric olmasını stimullaşdırır (mineralokortikosteroid aktivliyi), MBT-dən Ca 2+ 2+ ionlarının sorulmasını ləngidir, sümüklərdən Ca ionlarını yuyub çıxarır, bu Ca ionlarının böyrəklər vasitəsilə xaric olmasını asanlaşdırır. İltihabəleyhinə təsiri eozinofillərdən iltihab mediatorlarının xaric olması prosesinin süstləşdirilməsi, lipokortin sintezinin induksiyası, hialuron turşusu sintez edən tosqun hüceyrələrin sayının azaldılması, kapillyarların keçiriciliyinin azalması, hüceyrə membranlarının və membran orqanellalarının (xüsusilə lizosomal) stabilləşməsi ilə əlaqədardır. İltihabəleyhinə təsir allergiya mediatorlarının sintez və sekresiyasının ləngiməsi, sensibilizə olunmuş tosqun hüceyrələr və bazofillərdən histamin və digər bioloji fəal maddələrin xaric olmasının tormozlanması, T- və B-limfositlərin və tosqun hüceyrələrin sayının azalması, effektor hüceyrələrin allergiya mediatorlarına həssaslığının enməsi, anticisiməmələgəlmənin ləngiməsi və orqanizmin immun cavabının dəyişməsi nəticəsində inkişaf edir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) zamanı təsiri əsasən iltihabi proseslərin tormozlanması, selikli qişaların ödeminin ləngiməsi və ya inkişafının qarşısının alınması, bronx epitelisinin selikli qişaaltı qatında eozinofillərin infiltrasiyasının tormozlanması, bronxların selikli qişasında sirkulyasiya edən immun komplekslərin toplanması, eləcə də, selikli qişanın eroziyasının və deskvamasiyasının tormozlanmasına əsaslanır. Orta və kiçik kalibrli bronxlarda β- adrenoreseptorların endogen katexolaminlər və ekzogen simpatomimetiklərə qarşı həssaslığını yüksəldir, selik sintezinin ləngiməsi və ya sintez müddətinin qısalması sayəsində sonuncunun özlülüyünü azaldır. Şokəleyhinə və antitoksik təsir arterial təzyiqin (AT) yüksəlməsi (qan plazmasında sirkulyasiya edən katexolaminlərin konsentrasiyasının artması və adrenoreseptorların onlara qarşı həssaslığının bərpa olunması, eləcə də, vazokonstriksiya hesabına), damar divarının keçiriciliyinin azalması, membranoprotektor xüsusiyyətlər və endo- və ksenobiotiklərin metabolizmində iştirak edən qaraciyər fermentlərinin fəallaşması ilə əlaqədardır. İmmunodepressiv təsiri limfosit və makrofaqlardan sitokinlərin (interleykin-1 və 2, qamma- interferon) azad olmasının tormozlanması ilə izah olunur. AKTH-ın sintez və sekresiyasını, ikinci olaraq isə endogen QKS sintezini ləngidir. İltihabi prosesin gedişində birləşdirici toxuma reaksiyalarını tormozlayır və çapıq toxumasının əmələ gəlməsi imkanını azaldır. Betametazon natrium-fosfat asan həll olan birləşmə olub, parenteral yeridildikdən sonra toxumalara yaxşı sorulur və effektin tez meydana çıxmasını təmin edir. Betametazon-dipropionat daha ləng sorulur. Bu duzların kombinə olunması vasitəsilə həm qısamüddətli (lakin tez), həm də gec təsirli dərman preparatının hazırlanmasına imkan verir. Yeridilmə yolundan asılı olaraq (venadaxili (v/d), əzələdaxili (ə/d), oynaqdaxili, oynaqətrafı, dəridaxili (d/d)) ümumi və ya yerli təsirə nail olunur. Farmakokinetikası Betametazon natrium-fosfat suda yaxşı həll olur və ə/d yeridildikdən sonra sürətlə hidrolizə uğrayaraq yeridilmə yerindən praktik olaraq dərhal sorulur ki, bu da terapevtik təsirin tez başlanmasını təmin edir. Yeridildikdən sonra bir gün ərzində demək olar ki, tamamilə orqanizmdən xaric edilir. Betametazon dipropionat depodan ləng absorbsiya olunur və metabolizmi tədricən baş verir ki, bunlar da preparatın uzunmüddətli təsirini təmin edir və preparat orqanizmdən 10 gündən artıq müddətdə xaric olur. Betametazon qan plazmasının zülalları ilə yaxşı birləşir (62,5%). Qaraciyərdə əsasən qeyri-aktiv metabolitlərə çevrilməklə metabolizmə uğrayır. Əsasən böyrəklər vasitəsilə xaric edilir.
İstifadəsinə göstərişlər
Böyüklərdə QKS terapiyası vasitəsilə zəruri klinik effektin əldə edilməsinin mümkün olmadığı vəziyyət və xəstəliklərin müalicəsi (bir sıra xəstəliklər zamanı QKS terapiyasının dəstəkləyici xarakter daşıdığı və standart terapiyanı əvəz etmədiyi nəzərə alınmalıdır): − revmatoid artriti, osteoartroz, bursitlər, ankilozlaşdırıcı spondiloartrit, epikondilit, koksiqodiniya, − əyriboyunluq, qanqlioz kista və fassiit də daxil olmaqla, sümük-əzələ və yumşaq toxuma xəstəlikləri; − bronxial astma, mövsümi qızdırma (pollinoz), allergik bronxit, mövsümi və ya ilboyu rinit, dərman xəstəliyi və həşərat dişləmələrinə qarşı reaksiyalar da daxil olmaqla, allergik xəstəliklər; − atopik dermatit, qəpiyəbənzər ekzema, neyrodermitlər, kontakt dermatit, nəzərəçarpan fotodermatit, övrə, qırmızı yastı dəmrov, ocaqlı alopesiya, diskoid qırmızı qurdeşənəyi, psoriaz, keloid çapıqlar, pemfiqus və kistoz sızanaqlar da daxil olmaqla, dermatoloji xəstəliklər; − sistem qırmızı qurdeşənəyi, sklerodermiya, dermatomiozit, düyünlü periarteriit də daxil olmaqla, birləşdirici toxumanın sistem xəstəlikləri; − hemoblastozlar (böyüklərdə leykoz və limfomaların palliativ terapiyası, uşaqlarda kəskin leykoz); − böyrəküstü vəzinin qabıq maddəsinin birincili və ya ikincili çatışmazlığı (mütləq qaydada yanaşı olaraq mineralokortikosteroidlərin təyini); − sistem QKS terapiyası tələb edən digər xəstəlik və patoloji vəziyyətlər (adrenogenital sindrom, regionar ileit, KQS terapiyanın tətbiqinin zəruriliyi zamanı qanda patoloji dəyişikliklər).
Əks göstərişlər
Betametazona və ya preparatın digər komponentlərinə, eləcə də, digər QKS-lərə qarşı yüksək həssaslıq. Sistem mikozlar. Ağır miopatiyalar (miasteniya qravis istisna olmaqla) Venadaxili və ya dərialtı yeridilmə. Oynaqdaxili yeridilmə zamanı: qeyri-sabit oynaq, infeksion artrit, tətbiq sahəsində infeksiyalar. Yoluxmuş boşluqlar və fəqərəarası sahəyə yeridilmə. Epidural, intratekal yeridilmə və ya preparatın bilavasitə əzələ vətərinə yeridilməsi. Koaqulyasiyanın pozulması (eləcə də, antikoaqulyantlarla). Preparatın immunosupressiv dozalarının canlı və ya zəiflədilmiş vaksinlə yanaşı yeridilməsi. Kəllə-beyin travması nəticəsində baş beynin ödemi. Laktasiya dövrü. 3 yaşadək uşaqlar (tərkibində benzil spirti vardır). İdiopatik trombositopenik purpuralı xəstələrdə (dərmanın əzələdaxili yeridilməsi ilə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hər halda, gözlənilən terapevtik fayda ilə riskləri balanslaşdırmaq və əsas xəstəlik üzərində nəzarətə nail olmaq lazımdır. Parenteral kortikosteroid müalicəsi alan xəstələrdə potensial şoka səbəb ola bilən anafilaktoid/anafilaktik reaksiyaların nadir halları müşahidə edilmişdir. Kortikosteroidlərə qarşı allergik reaksiyaları olan xəstələrdə müvafiq ehtiyat tədbirləri görülməlidir. Qlükokortikoidlərlə müalicəyə başlamazdan əvvəl ətraflı müayinə tələb olunur, xüsusən də mədə və duodenal xoraları istisna etmək lazımdır. Qlükokortikoidlərlə müalicəyə başlamazdan əvvəl ətraflı müayinə tələb olunur, xüsusən də mədə və onikibarmaq bağırsağın xoraları istisna etmək lazımdır. Həzm sistemində xoraların qarşısının alınması üçün turşu maneə törədən dərmanların təyin edilməsi və diqqətli monitorinq göstərilir. Dozalama rejimi və yeridilmə yolu göstərişlər, xəstəliyin ağırlıq dərəcəsi və xəstənin reaksiyasından asılı olaraq fərdi əsasda seçilir. Doza mümkün qədər az, təyinat müddəti isə mümkün qədər qısa olmalıdır. Başlanğıc doza zəruri terapevtik effekt əldə olunanadək seçilir. Terapevtik effekt əldə olunduqdan sonra dəstəkləyici doza müvafiq zaman intervallarında yeridilən betametazonun dozasının tədricən azaldılması yolu ilə müəyyən edilir. Flosteron preparatının dozasının azaldılması minimal effektiv doza əldə edilənədək davam etdirilir. Stress vəziyyətin yaranması və ya yaranma təhlükəsi zamanı (xəstəliklə əlaqədar olmayan) Flosteron preparatının dozasının artırılmasına zərurət yarana bilər. Uzunmüddətli terapiyadan sonra preparatın təyininin dayandırılması dozanın tədricən azaldılması vasitəsilə aparılır. Kifayət qədər müddətdən sonra terapevtik effekt müşahidə olunmazsa, Flosteronun dozasını tədricən azaltmaqla dərman dayandırılır və başqa uyğun müalicə üsulu seçilir. Xəstənin vəziyyətinə nəzarət uzunmüddətli terapiya və ya yüksək dozalarda təyinat başa çatdırıldıqdan sonra maksimum bir il müddətində davam etdirilir. Preparatın yumşaq toxumalara, zədə ocağına və oynaq daxilinə yeridilməsi nəzərəçarpan yerli təsirlə yanaşı, sistem təsirə də səbəb ola bilər. Flosteron preparatının tərkibində iki fəal maddə – betametazon törəməsi vardır ki, bunlardan da biri – betametazon natrium-fosfat sistem qan dövranına sürətlə daxil olur. Flosteron preparatının istifadəsi zamanı preparatın tez həll olan fraksiyasının mümkün sistem təsiri nəzərə alınmalıdır. Sistem qlükokortikoid terapiyasının əlavə təsirləri və əks göstərişləri də yerli tətbiq edildikdə, xüsusilə yüksək dozalarda, təkrar istifadə edildikdə və daha böyük oynaqlara tətbiq edildikdə nəzərə alınmalıdır. Hər hansı uzunmüddətli qlükokortikoid terapiyası ilə qanda şəkərin və qanın laxtalanmasının müntəzəm yoxlanılması, həmçinin onurğanın rentgenoqrafiyası və oftalmoloji müayinələr aparılmalıdır. Xəstəliklə bağlı nəzarətdən asılı olmayaraq, uzun müddətli müalicə zamanı, dozadan və xəstənin fərdi başlanğıc mövqeyindən asılı olaraq, mümkün yan təsirlərin monitorinqi müvafiq fasilələrlə aparılmalıdır. Flosteron preparatının təyini fonunda psixikanın pozulması mümkündür (xüsusilə, emosional qeyri-stabilliyi və ya psixozlara meyilliliyi olan xəstələrdə). Qaraciyər sirrozu və ya hipotireozu olan xəstələrdə QKS-in təsiri güclənir. Oynaqdaxili inyeksiyalar periartikulyar kalsifikasiya və şarkot oynaqda istifadə edilməməlidir. Flosteron preparatının şəkərli diabet xəstələrinə təyini zamanı hipoqlikemik terapiyanın korreksiyası tələb oluna bilər. QKS təyin edilən xəstələrdə çiçək əleyhinə peyvənd aparılmamalıdır. Nevroloji fəsadlaşmalar və immun cavab reaksiyasının aşağı düşməsi (anticisimlərin əmələ gəlməməsi) ehtimalını nəzərə alaraq, QKS terapiyası (xüsusilə, yüksək dozalarda) qəbul edən xəstələrə hər hansı digər peyvəndin vurulması da uyğun deyil. Flosteron preparatı öldürülmüş və ya inaktivasiya edilmiş virus və antibakterial peyvəndlərin yeridilməsindən əvvəl 8, sonra isə 2 həftə müddətində təyin edilməməlidir. Lakin, əvəzedici terapiya zamanı (məsələn, böyrəküstü vəzinin birincili çatışmazlığı zamanı) immunizasiyanın aparılması mümkündür. Qlükokortikoidlərlə müalicə aktiv immunizasiyadan 8 həftə əvvəl və 2 həftə sonra aparılırsa, immunizasiya effektinin azalması və ya olmaması gözlənilməlidir. Qeyri-adekvat peyvənd mühafizəsi mümkündür. Ölü və ya anatoksid peyvəndlərlə peyvəndlərə immun cavab eyni vaxtda sistemli qlükokortikoid terapiyası ilə olmaya və ya azala bilər. Qlükokortikoidlərin farmakoloji dozalarda sistematik istifadəsi patogenlərlə təmasda olduqda immunitet reaksiyasını boğmağa imkan verir. Bu, kifayət qədər antitellərin (immunoqlobulinlərin) meydana gəlməsinin qarşısını ala bilər. Əsasən immun cavab təsirə məruz qalır, lakin ikincili immun cavab da təsirə məruz qala bilər. Flosteron preparatını immuniteti azaldan dozada qəbul edən xəstələrə suçiçəyi və qızılca xəstələri ilə təmasdan çəkinmək barədə xəbərdarlıq edilməlidir (preparatın uşaqlara təyini zamanı xüsusilə vacibdir). Flosteron preparatının təyini zamanı nəzərə almaq lazımdır ki, QKS-lər yoluxucu xəstəlik əlamətlərini maskalaya, eləcə də, orqanizmin infeksiyalara müqavimətini zəiflədə bilər. Yerli və ya sistemik infeksiyalar (bakterial, virus, göbələk) olduqda, Flosteron monoterapiyası göstəriş deyil, lakin mikrobəleyhinə terapiya ilə birlikdə kifayət qədər ehtiyatla istifadə edilə bilər. Şəkərli diabet, vərəm, kəskin və xroniki bakterial və amöb infeksiyaları, arterial hipertenziya, tromboembolik proseslər, ürək və böyrək çatışmazlığı, kəskin qlomerulonefrit və xroniki nefritin əsas xəstəliyinin birgə müalicəsi üçün ciddi göstərişlər. Qlükokortikoidlərlə terapiya yalnız ciddi ehtiyat tədbirləri ilə aparılmalıdır, əgər əsas xəstəliyə (diabetəleyhinə dərman vasitələri, vərəməqarşı dərmanlar, antibiotiklər, antikoaqulyantlar və s.) nəzarət edən müşayiət olunan terapiya mümkündürsə. Flosteron preparatının vərəmin aktiv forması zamanı təyini yalnız ildırımvari və ya disseminasiya olunmuş vərəmdə adekvat vərəməleyhinə terapiya ilə yanaşı mümkündür. Flosteron preparatının latent vərəm zamanı və ya tuberkulin sınağı müsbət olan xəstələrdə təyini zamanı profilaktik vərəməleyhinə terapiyanın aparılması məsələsi həll edilməlidir. Rifampisinin profilaktik təyini zamanı betametazonun qaraciyər klirensinin artması faktoru nəzərə alınmalıdır (dozanın korreksiyası tələb oluna bilər). Oynaq boşluğunda mayenin olması zamanı septiki proses istisna edilməlidir. Ağrı və ödemin nəzərəçarpan dərəcədə artması, ətraf toxumaların temperaturunun yüksəlməsi və oynağın hərəkətliliyinin daha da azalması infeksion artritin göstəriciləridir. Diaqnozun təsdiqlənməsi zamanı antibakterial terapiya təyin olunmalıdır. Osteoartroz zamanı oynaqda təkrar inyeksiyalar oynağın məhvolma riskini artıra bilər. QKS-in vətər toxumasına yeridilməsi vətərin tədricən cırılmasına gətirib-çıxarır. Müvəffəqiyyətli oynaqdaxili terapiyadan sonra xəstə oynağa həddən artıq yük düşməsindən çəkinməlidir. Kortikosteroidlərin sistem və yerli istifadəsi zamanı görmə pozğunluqları müşahidə edilə bilər. Əgər xəstə görmənin dumanlanması və ya digər görmə pozğunluqları kimi simptomlar barədə bildirirsə, katarakta, qlaukoma, eləcə də kortikosteroidlərin sistem və yerli istifadəsindən sonra müşahidə olunan mərkəzi seroz xorioretinopatiya (MSX) kimi nadir hallarda rast gəlinən xəstəliklərin mümkün səbəblərinin qiymətləndirilməsi üçün xəstənin oftalmoloq yanına göndərilməsi nəzərdən keçirilməlidir. QKS-in uzunmüddətli təyini arxa subkapsulyar katarakta (xüsusilə, uşaqlarda) və görmə sinirinin mümkün zədələnməsilə müşayiət olunan qlaukoma ilə nəticələnə, eləcə də, ikincili göz infeksiyasının (göbələk və ya virus) yaranmasına təkan verə bilər. Xüsusilə, 6 aydan artıq müddətdə Flosteron preparatını qəbul edən xəstələrdə müntəzəm oftalmoloji müayinə zəruridir. Arterial təzyiqin yüksəlməsi, mayenin ləngiməsi, hipernatriemiya və kalium ionlarının orqanizmdən çıxarılmasının sürətlənməsi (digər QKS-lərlə müqayisədə, daha az ehtimallıdır) zamanı xəstələrə qida rasionunda xörək duzunun miqdarının məhdudlaşdırılması tövsiyə edilir və əlavə olaraq, kalium tərkibli preparatlar təyin edilir. Bütün QKS-lər kalsium ionlarının orqanizmdən xaric olunmasını artırır. Flosteron preparatının ürək qlikozidləri və ya qan plazmasının elektrolit tərkibinə təsir göstərən digər preparatlarla yanaşı təyini zamanı su-elektrolit mübadiləsinə nəzarət edilməsi tələb olunur. Hipoprotrombinemiya zamanı asetilsalisil turşusunun Flosteron preparatı ilə yanaşı təyini ehtiyatla aparılmalıdır. QKS terapiyasının həddən artıq sürətlə dayandırılması zamanı böyrəküstü vəzinin qabıq maddəsinin ikincili çatışmazlığının inkişafı terapiya başa çatdırıldıqdan sonra bir neçə ay ərzində mümkündür. Bu dövrdə stress vəziyyətinin yaranması və ya yaranma təhlükəsinin meydana çıxması zamanı Flosteron preparatı ilə terapiyaya təkrar başlanmalı və yanaşı olaraq mineralokortikosteroid preparatı (mineralokortikosteroidlərin sekresiyasının pozulmasının mümkünlüyü ilə əlaqədar) təyin edilməlidir. QKS terapiyasının tədricən kəsilməsi böyrəküstü vəzinin ikincili çatışmazlığının inkişaf riskini azaltmağa imkan verir. Sistem kortikosteroidlərin qəbulundan sonra ölümlə nəticələnə bilən feoxromositoz böhran haqqında bildirilmişdir. Feoxromositoz şübhəsi və ya diaqnozu qoyulmuş xəstələrə kortikosteroidlər yalnız müvafiq risk-fayda qiymətləndirməsindən sonra təyin edilməlidir. QKS-in təyini fonunda dəri sınaqlarının qoyulması zamanı reaksiyanın zəifləməsi mümkündür. Hipotireoz və ya miasteniya gravis olan xəstələrə QKS ehtiyatla təyin edilməlidir. Gözün aktiv herpetik zədələnməsi (sadə herpes virusu tərəfindən törədilən keratit) zamanı QKS- in sistem təyininin mümkünlüyünü nəzərdən keçirərkən xüsusilə ehtiyatlılıq tələb olunur. QKS terapiyası qəbul edən xəstələrdə Kapoşi sarkoması hallarının qeydə alındığı haqda məlumat vardır və bu hallarda hazırki terapiyanın dayandırılması xəstəliyin remissiyasına imkan verə bilər. QKS qəbul edən xəstələrdə peritonun qıcıqlanma simptomları və ya mədə və ya bağırsaq divarının perforasiyası zamanı ağrı sindromunun azalması minimal ola və ya ümumiyyətlə olmaya bilər. QKS-in immunosuppressiv təsiri aşağıdakı mikroorqanizmlər tərəfindən törədilən infeksiyalar da daxil olmaqla, latent keçən infeksiyaların aktivləşməsinə və ya interkurrent infeksiyaların kəskinləşməsinə səbəb ola bilər: Candida, Mycobacterium, Toxoplasma, Strongyloides, Pneumocystis, Cryptococcus, Nocardia və ya Ameba. Təsdiqlənmiş və ya şübhəli Strongyloides (stronqiloidoz) infeksiyası olan xəstələrdə QKS-in təyini zamanı xüsusi ehtiyatlılıq tələb olunur. Belə xəstələrdə QKS-lə induksiya olunan immunosuppressiya stronqiloidoz hiperinfeksiyasına və sürfələrin miqrasiyası nəticəsində infeksiyanın yayılmasına səbəb ola bilər ki, sonuncu da, tez-tez qrammənfi mikroorqanizmlər tərəfindən törədilən ağır enterokolit və septisemiya ilə müşayiət olunur və letal nəticələnə bilər. QKS latent keçən amöbiazın gedişatını pisləşdirə bildiyinə görə, səbəbi izah oluna bilməyən ishal təsadüf edən bütün xəstələr, eləcə də, tropik iqlimə sahib ölkələrdən gəlmiş xəstələr QKS terapiyasına başlanmazdan əvvəl amöbiazın istisna edilməsi məqsədilə müayinə edilməlidirlər. Stress vəziyyətinin yaranması və ya yaranma təhlükəsinin olması (xəstəliklə əlaqədar olmayan) zamanı Flosteron preparatının dozasının artırılması zəruri ola bilər. Bu zaman yardımçı preparatlar olaraq hidrokortizon və kortizon seçilə bilər. QKS-lə uzunmüddətli terapiya zamanı “risk/fayda” nisbəti qiymətləndirilməklə, preparatın parenteral formasından peroral formasına keçid məqsədəuyğun ola bilər. Pediatriyada istifadəsi Flosteron preparatı ilə müalicə edilən uşaqlar (xüsusilə, uzunmüddətli) boy artımının geri qalması və böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığının inkişafı baxımından diqqətli müşahidə altında saxlanmalıdırlar. Reproduktivlik QKS-in təyini fonunda spermatozoidlərin hərəkətlilik və sayında dəyişiklik müşahidə edilə bilər. Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: virus, göbələk və bakteriya təbiətli parazitar və infeksion xəstəliklər (hazırda mövcud olan və ya yenicə keçirilmiş, eləcə də, xəstə ilə yenicə baş vermiş təmas) – sadə herpes, kəmərləyici dəmrov (viremik faza), suçiçəyi, qızılca, amöbiaz, stronqiloidoz (təsdiq olunmuş və ya şübhəli), aktiv və latent vərəm. Ağır yoluxucu xəstəliklər zamanı təyininə yalnız spesifik terapiya fonunda icazə verilir. Postvaksinal dövr (peyvəndləmədən əvvəl 8 və sonra 2 həftəni əhatə edən dövr), BCG vaksinindən sonra limfadenit. İmmun defisit vəziyyətlər (eləcə də, qazanılmış immun çatışmazlıq sindromu (QİÇS) və ya insanın immun çatışmazlığı virusu (İİV) ilə yoluxma). Mədə-bağırsaq traktı xəstəlikləri: mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ezofaqit, qastrit, kəskin və ya latent peptiki xora, yeni qoyulmuş bağırsaq anastomozu, perforasiya və ya absesləşmə təhlükəsi olan xoralı kolit, divertikulit, abses və digər irinli infeksiyalar. Ürək-damar sistemi xəstəlikləri, eləcə də, yenicə keçirilmiş miokard infarktı (kəskin və ya yarımkəskin miokard infarktı olan xəstələrdə nekroz ocağının yayılması, çapıq toxumasının formalaşmasının ləngiməsi və bunun nəticəsində ürək əzələsinin cırılması mümkündür), xroniki ürək çatışmazlığının (XÜÇ) dekompensasiya mərhələsi, arterial hipertenziya, hiperlipidemiya. Endokrin xəstəliklər – şəkərli diabet (qlükozaya tolerantlığın azalması da daxil olmaqla), tireotoksikoz, hipotireoz, Kuşinq xəstəliyi. Ağır xroniki böyrək və/və ya qaraciyər çatışmazlığı, nefrourolitiaz, qaraciyər sirrozu. Hipoalbuminemiya və ya onun yaranmasına təkan verən vəziyyətlər. Sistem osteoporoz, hamiləlik miasteniyası, kəskin psixoz, piylənmə (III-IV dərəcəli), poliomielit (bulbar ensefalit forması istisna olmaqla), açıq və bağlıbucaqlı qlaukoma, gözün Herpes simplex tərəfindən törədilən xəstəlikləri (buynuz qişanın deşilmə təhlükəsi olduğuna görə), hamiləlik. Oynaqdaxili yeridilmə üçün: xəstənin ümumi vəziyyətinin ağır olması, 2 dəfə yeridilmədən sonra effekt müşahidə edilməməsi (və ya təsirin qısamüddətli olması) (QKS terapiyası zamanı fərdi xüsusiyyətlər nəzərə alınmaqla). Ahıl yaşlı xəstədə QKS-ə qarşı həssaslığın təyini zamanı, eləcə də, postmenopauzal dövrdə qadınlarda təyini (yüksək osteoporoz riski). Qıcolma sindromu zamanı. Digər dərman preparatları ilə qarşılıqlı təsir Fenobarbital, rifampisin, fenitoin və ya efedrinlə yanaşı təyinat zamanı preparatın metabolizminin güclənməsi və terapevtik aktivliyinin azalması mümkündür. QKS və estrogenlərin yanaşı təyini zamanı Flosteron preparatının dozasının korreksiyası tələb oluna bilər (doza həddinin aşılması riski ucbatından). Flosteron preparatı və kaliumçıxarıcı diuretiklərin yanaşı təyini zamanı hipokaliemiyanın inkişaf ehtimalı yüksəlir. QKS və ürək qlikozidlərinin yanaşı təyini aritmiya və ya üskükotu intoksikasiyası (hipokaliemiya nəticəsində) riskini artırır. Flosteron preparatı kalium ionlarının amfoterisin B vasitəsilə törədilən xaric olmasını gücləndirə bilər. Flosteron preparatı ilə dolayı təsirli antikoaqulyantların yanaşı təyini zamanı qanın laxtalanma xüsusiyyətləri dəyişə bilər ki, bu da antikoaqulyantların dozasında korreksiya edilməsini tələb edir. QKS-in qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) və ya etanol və tərkibində etanol olan preparatlarla kombinəolunmuş təyini zamanı mədə-bağırsaq traktının eroziv-xoralı zədələrinin yaranma tezliyi və ya intensivliyinin artması müşahidə oluna bilər. Aspirinin mədə üçün zərərli olduğu bilinir, qlükokortikoidlər isə bu arzuolunmaz təsirləri maskalaya bilər. Mexanizm məlum deyil. Kortikosteroidlər salisilatların böyrək klirensini artırır, buna görə də qanın plazmasında salisilatların terapevtik səviyyələrinə nail olmaq bəzən çətindir. Kortikosteroidlərin dozası tədricən azaldılan xəstələrdə ehtiyatlı olmaq lazımdır, çünki qanın plazmasında salisilatların konsentrasiyasının artması və salisilatlarla intoksikasiya baş verə bilər. Mədə-bağırsaq qanaxmaları və xora riski, həmçinin aspirinin effektivliyinin azalması riski mövcuddur. QKS və somatotropinlə yanaşı təyinat sonuncunun absorbsiyasının ləngiməsinə səbəb ola bilər (betametazonun sutkalıq dozasının 0,3-0,45 mq/m bədən səthindən artıq olmasından çəkinmək lazımdır). QKS bakterial infeksiyalara görə qoyulan azot abısı tetrazol testinin nəticəsinə təsir edərək yanlış mənfi göstəriciyə səbəb ola bilər. Aminoqlutetimid kortikosteroidlərin yaratdığı böyrəküstü vəzinin qabıq maddəsinin funksiya boğulmasının artmasına və ya azalmasına səbəb ola bilər. Aminoqlutetimid böyrəküstü vəzinin sekresiyasının azalmasına səbəb olan adrenokortikotrop hormonun (ACTH) hipofiz ifrazının sonrakı artmasına səbəb olur ki, bu da böyrəküstü vəzinin sintezinin aminoqlutetimid tərəfindən blokadasını neytrallaşdıra bilər və böyrəküstü vəzi funksiyanın artmasına səbəb olur. Buna görə də, həkimlərə betametazonla eyni vaxtda istifadə edildikdə aminoqlutetimidin istifadəsi ilə bağlı məlumatları nəzərdən keçirmək tövsiyə edilməlidir. Flosteron preparatının şəkərli diabet xəstələrində təyini zamanı hipoqlikemik terapiyanın korreksiyası tələb oluna bilər. QKS xolinesteraza inhibitorlarının təsirini azalda bilər ki, bu da miasteniya gravisli xəstələrdə şiddətli əzələ zəifliyinin inkişafına səbəb ola bilər. Mümkün qədər, xolinesteraza inhibitorlarının qəbulu QKS terapiyasının başlamasından ən azı 24 saat əvvəl dayandırılmalıdır. Xloroxin, hidroxloroxin, mefloxin ilə eyni vaxtda istifadə edildikdə, miopatiya və kardiomiopatiyaların inkişaf riski artır. Prednozolonla yanaşı təyinat zamanı qan plazmasında izoniazidin konsentrasiyasının azalması müşahidə edilmişdir. İzoniazid qəbul edən xəstələrin vəziyyətinə diqqətlə nəzarət edilməlidir. Siklosporin və QKS-in eyni zamanda təyini hər iki dərman preparatının təsirinin güclənməsinə səbəb ola bilər. Epileptik tutmaların başvermə riski yüksəkdir. Sistem qlükokortikoidlərlə eyni vaxtda istifadə qıcolma riskini artıra bilər. Bəzi QKS-lərin CYP3A4 izofermentinin inhibitorları ilə birlikdə təyini (məsələn, makrolidlər qrupundan olan antibiotiklər, ketokonazol) QKS-in xaric olmasını ləngidə bilər. Makrolid antibiotiklərinin kortikosteroidlərin klirensini əhəmiyyətli dərəcədə azaltdığı bildirilmişdir. CYP3A inhibitorları, xüsusilə, tərkibində kobisistat olan preparatlar ilə eyni zamanda müalicə sistem əlavə təsirlərin yaranma riskini artıra bilər. Bu kombinasiya istifadəsindən gözlənilən fayda qlükokortikosteroidlərin sistem təsirlərinin mümkün yaranma riskindən yüksək olan hallar istisna olmaqla, istifadə edilməməlidir. İstifadə zəruri olan hallarda isə belə xəstələrə kortikosteroidlərin əlavə təsirləri səbəbindən ciddi monitorinq tələb olunur. Xolestiraminlə yanaşı təyinat zamanı QKS-in xaric olması arta bilər. Betametazonun yerli istifadəsində, əlavə edilmiş (yerli) anestetiklərin uyğunluğu həmişə yoxlanılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik zamanı betametazonun təyininin təhlükəsizliyinə dair nəzarət olunan tədqiqatların aparılmaması ilə əlaqədar olaraq, hamiləlik ərzində və ya reproduktiv potensialı saxlanılan qadınlarda Flosteronun təyini yalnız ana üçün gözlənilən terapevtik nəticənin döl üçün mümkün mənfi təsirdən artıq olduğu hallarda göstərişdir. Anasına hamiləlik zamanı QKS təyin edilmiş yenidoğulmuşlar tibbi nəzarət altında saxlanılmalıdır (böyrəküstü vəzi çatışmazlığının erkən aşkarlanması məqsədilə). QKS cift baryerindən keçir və dölün orqanizmində yüksək konsentrasiyaya çata bilər. Boğaz heyvanlarda QKS-in təyini dölün bətndaxili inkişaf qüsurlarına, eləcə də, damaq yarığına (qurdağızlılıq), dölün bətndaxili inkişaf ləngiməsinə səbəb ola bilər və baş beynin böyümə və inkişafına təsir göstərir. İnsanlarda QKS-in təyini zamanı anadangəlmə inkişaf qüsurlarının, eləcə də, damaq açıqlılığının yaranması ilə bağlı məlumatlar mövcud deyil. Lakin, hamiləlik dövründə uzunmüddətli və ya bir neçə dəfə təyinat zamanı QKS dölün bətndaxili inkişafının ləngimə riskini artıra bilər. Nəzəri olaraq, prenatal QKS təyinindən sonra yenidoğulmuşlarda böyrəküstü vəzinin hipofunksiyası mümkündür ki, bu da bir qayda olaraq, doğuşdan sonra spontan şəkildə keçib-gedir və nadir hallarda klinik əhəmiyyət kəsb edir. Hamiləlik zamanı betametazonun təyini ilə əlaqədar yenidoğulmuşlarda miokardın hipertrofiyası və qastroezofaqal reflüks halları qeydə alınmışdır. Bütün digər dərman preparatları kimi, QKS də hamiləlik zamanı ana üçün potensial faydanın döl üçün potensial riskdən xeyli artıq olduğu hallarda təyin edilməlidir. Lakin, QKS terapiyasına zərurət yaranarsa, hamiləliyin gedişatı normal olan qadınlarda hamilə deyilmiş kimi QKS terapiyası təyin edilə bilər. Hamiləliyin ikinci yarısının hestozları və ya maye ləngiməsi müşahidə edilən qadınlarda xəstənin vəziyyətinə diqqətlə nəzarət edilməlidir (xüsusilə, preeklampsiya hallarında). Hamilə qadınlarda sistem təyinat zamanı betametazon ürək yığılmalarının tezliyinin (ÜYT) tranzitor azalmasına və dölün biofiziki aktivliyinin tormozlanmasına səbəb ola bilər ki, bu da dölün vəziyyətinin qiymətləndirilməsi məqsədilə geniş tətbiq olunur. Hazırki xüsusiyyətlərə tənəffüs hərəkətlərinin sayının, dölün hərəki fəaliyyətinin və ÜYT-nin azalması da əlavə oluna bilər. Tədqiqatlar, son aylarda vaxtından əvvəl doğuş riski olan qadınlara qısa müddət ərzində betametazonun antenatal tətbiqindən sonra neonatal hipoqlikemiya riskinin artdığını göstərdi. Laktasiya dövrü Laktasiya dövründə Flosteronun təyininə zərurət yarandıqda, QKS terapiyasının ana üçün vacibliyi və uşaqda xoşagəlməz effektlərin meydana çıxmasının mümkünlüyü nəzərə alınaraq, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri Müalicə müddətində avtonəqliyyat vasitələrinin idarə edilməsindən və diqqət cəmləmə və cəld psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Əzələdaxili, oynaqdaxili, oynaqyanı, dəridaxili, toxumadaxili və ocaqdaxili inyeksiyalar. Betametazon dipropionatın kristallarının ölçüsünün kiçik olması dəridaxili və bilavasitə zədə ocağında yeridilmə zamanı kiçik kalibrli (26 kalibrədək) iynənin istifadəsinə imkan verir. VENADAXİLİ YERİTMƏK OLMAZ! DƏRİALTI YERİTMƏK OLMAZ! Flosteron preparatının təyini zamanı aseptika qaydalarına ciddi riayət edilməsi mütləqdir. Dozalama rejimi və yeridilmə qaydası göstərişlər, xəstəliyin ağırlıq dərəcəsi və xəstənin reaksiyasından asılı olaraq fərdi qaydada seçilir. Sistem terapiya zamanı Flosteron preparatının başlanğıc dozası 1-2 ml təşkil edir. Yeridilmə zərurətdən və xəstənin vəziyyətindən asılı olaraq təkrar edilir. QKS-in ə/d yeridilməsi zamanı preparat əzələyə dərinə yeridilməli, bu zaman iri əzələ seçilməli və digər toxumalara düşməkdən çəkinilməlidir (atrofik dəyişikliklərin qarşısının alınması məqsədilə). Preparat ə/d yeridilir: Təcili tədbir görülməsini tələb edən ağır vəziyyətlərdə. Başlanğıc doza 2 ml təşkil edir; Müxtəlif dermatoloji xəstəliklər zamanı Flosteron preparatının 1 ml suspenziyasının yeridilməsi, bir qayda olaraq, yetərlidir; Tənəffüs sisteminin xəstəlikləri zamanı Preparatın təsiri əzələdaxili yeridilmədən bir neçə saat sonra başlanır. Bronxial astma, mövsümi qızdırma, allergik bronxit və allergik rinit zamanı Flosteron preparatının 1-2 ml miqdarının yeridilməsindən sonra vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunur; Kəskin və xroniki bursitlər zamanı. Əzələdaxili yeridilmə üçün başlanğıc doza 1-2 ml suspenziya təşkil edir. Zərurət olarsa, bir neçə təkrar inyeksiya aparılır. Müəyyən müddətdən sonra qənaətbəxş klinik cavab müşahidə edilməzsə, Flosteron preparatının təyini dayandırılmalı və başqa terapiyaya keçilməlidir. Yerli təyinat zamanı nadir hallarda yerli anestetik preparatın yanaşı təyininə ehtiyac yaranır. Əgər arzu edilərsə, tərkibində metilparaben, propilparaben, fenol və digər bənzər maddələr olmayan 1 və ya 2%-li prokain hidroxlorid və ya lidokain məhlulları istifadə edilir. Bu zaman şprisə əvvəlcə Flosteron preparatının tələb olunan dozasını çəkməklə, qarışdırma şprisdə aparılır. Sonra eyni şprisə ampuldan yerli anestetikin tələb olunan miqdarı götürülür və qısa müddət ərzində çalxalanır. Kəskin bursitlər zamanı (deltayabənzər əzələ altı, kürəkaltı, dirsək və dizqapağıüstü) sinovial kisəyə 1-2 ml suspenziya yeridilməsi bir neçə saatlıq ağrını azaldır və oynağın hərəkətliliyini bərpa edir. Xroniki bursitlər zamanı kəskinləşmə aradan götürüldükdən sonra preparat daha kiçik dozalarda təyin edilir. Kəskin tendosinovitlər, tendinitlər və peritendinitlər zamanı Flosteron preparatının bir inyeksiyası xəstənin vəziyyətini yaxşılaşdırır; xroniki hallarda isə inyeksiya xəstənin reaksiyasından asılı olaraq təkrar edilir. Preparatın bilavasitə vətərə yeridilməsindən çəkinmək lazımdır. Revmatoid artriti və osteoartroz zamanı Flosteron preparatının 0,5-2 ml dozada oynaqdaxili yeridilməsi yeridilmədən sonra 2-4 saat ərzində ağrını və oynaqdakı hərəkət məhdudluğunu aradan qaldırır. Terapevtik təsirin davametmə müddəti xeyli dəyişkəndir və 4 həftə və ya daha uzun sürə bilər. İri oynaqlara yeridilmə zamanı Flosteron preparatının tövsiyə edilən dozası 1-2 ml, orta ölçülü oynaqlar üçün 0,5-1 ml, kiçik oynaqlarda isə 0,25-0,5 ml təşkil edir. Bir sıra dermatoloji xəstəliklər zamanı Flosteron preparatının bilavasitə zədə ocağında d/d yeridilməsi effektlidir. Bu zaman tövsiyə edilən doza 0,2 ml/sm təşkil edir. Zədə ocağında bərabər şəkildə inyeksiya aparılır və bunun üçün tuberkulin şprisi və diametri 0,9 mm-ə yaxın iynə istifadə edilir. Bütün nahiyələrdə yeridilmiş preparatın ümumi miqdarı 1 həftə ərzində 1 ml- dən artıq olmamalıdır. Zədə nahiyəsinə yeridilmə üçün 25 kalibrli iynəyə malik tuberkulin şprisi tövsiyə edilir. Flosteron preparatının bursitlər zamanı tövsiyə edilən birdəfəlik dozası (yeritmələr arasında interval 1 həftə): döyənək əmələ gəlmişsə 0,25-0,5 ml (bir qayda olaraq, 2 inyeksiya effektli olur), daban döyənəkləri zamanı 0,5 ml, pəncənin baş barmağının hərəkət məhdudluğu zamanı 0,5 ml, sinovial kista zamanı 0,25-0,5 ml, tendosinovit zamanı 0,5 ml, kəskin podaqra artriti zamanı 0,5-1,0 ml. Əksər inyeksiyalarda 25 kalibrli tuberkulin şprisinin istifadəsi məqsədəuyğundur. Terapevtik təsir əldə olunduqdan sonra dəstəkləyici doza müvafiq vaxt intervalları ilə yeridilən betametazonun dozasının tədricən azaldılması vasitəsilə seçilir. Flosteron preparatının dozasının azaldılması minimal effektiv doza əldə edilənədək aparılır. Stress vəziyyətinin yaranması və ya yaranma təhlükəsi zamanı (xəstəliklə əlaqədar olmayan) Flosteron preparatının dozasını artırmaq zəruri ola bilər. Uzunmüddətli terapiyadan sonra preparatın təyininin dayandırılması dozanın tədricən azaldılması vasitəsilə aparılır. Xəstənin vəziyyətinə nəzarət uzunmüddətli terapiya və ya yüksək dozalarda təyinat başa sonra maksimum bir il ərzində aparılır.
Əlavə təsirləri
Əlavə təsirlərin başvermə tezliyi və ağırlıq dərəcəsi digər QKS-lərin təyininə analoji olaraq doza və preparatın təyin edilmə müddətindən asılıdır. Bu təzahürlər adətən geridönən olur və dozanın azaldılması vasitəsilə aradan qaldırıla və ya azaldıla bilər. İnfeksiyalar və invaziyalar: klinik simptomların və əlamətlərin yatırılması ilə infeksiyaların artan həssaslığı və ağırlığı. İmmun sistem pozğunluqları: anafilaktik reaksiyalar, anafilaktik şok, angionevrotik ödem. Endokrin sistem pozğunluqları: böyrəküstü vəzi və hipofizin funksiyalarının tormozlanması, ikincili böyrəküstü vəzi çatışmazlığı (xüsusilə, xəstəliklər, travma, cərrahi müdaxilə zamanı stress dövründə), Kuşinq sindromu, qlükozaya tolerantlığın azalması, «steroid» şəkərli diabeti və ya latent şəkərli diabetin manifestasiyaları, insulin və ya peroral hipoqlikemik preparatlara tələbatın artması, uşaqlarda böyümə və inkişafın ləngiməsi, hirsutizm, hipertrixoz. Maddələr mübadiləsi və qidalanma pozğunluqları: mənfi azot balansı (zülal katabolizmi hesabına), lipomatoz (eləcə də, nevroloji ağırlaşmalara səbəb ola bilən mediastinal və epidural lipomatoz), bədən kütləsinin artması, iştahanın yüksəlməsi, hipernatriemiya, kalium ionlarının xaric olmasının artması, kalsium ionlarının xaric olmasının artması, hipokaliemik alkaloz, mayenin toxumalarda ləngiməsi. Psixikanın pozğunluqları: eyforiya, əhval-ruhiyyə dəyişiklikləri, depressiya (nəzərəçarpan psixotik reaksiyalarla), şəxsiyyət pozğunluqları, yüksək qıcıqlanma, yuxusuzluq. Sinir sistemi tərəfindən pozğunluqları: qıcolmalar, kəllədaxili təzyiqin görmə siniri diskinin ödemi ilə müşayiət olunan artması (daha çox terapiyanın sonunda), başgicəllənmə, baş ağrısı, nevrit, neyropatiya, paresteziya, intratekal yeridilmə zamanı araxnoidit, meningit, parez/iflic, sensor pozğunluqlar, başgicəllənmə. Görmə orqanı pozğunluqları: arxa subkapsulyar katarakta, gözdaxili təzyiqin artması, qlaukoma, ekzoftalm, nadir hallarda korluq (preparatın üz və baş nahiyəsinə yeridilməsi zamanı), görmə bulanıqlığı. Ürək pozğunluqları: XÜÇ (meyilli xəstələrdə), ürəyin ritm pozğunluqları, bradikardiya, taxikardiya, vaxtından qabaq doğulmuş uşaqlarda hipertrofik miopatiya, yenicə keçirilmiş miokard infarktından sonra miokardın cırılması, meyilli xəstələrdə durğun ürək çatışmazlığı. Damar pozğunluqları: arterial təzyiqin artması, tromboembolik ağırlaşmalar, vaskulit, arterial təzyiqin azalması. Mədə-bağırsaq pozğunluqları: mədə-bağırsaq traktının mümkün perforasiya və qanaxma ilə müşayiət olunan eroziv-xoralı zədələnmələri, pankreatit, meteorizm, hıçqırtı, ürəkbulanma. Qaraciyər və ödçıxarıcı yolların pozğunluqları: hepatomeqaliya, qanın plazmasında «qaraciyər» fermentlərinin aktivliyinin artması (adətən, geridönən olmaqla). Dəri və dərialtı toxuma pozğunluqları: yaraların sağalmasının pozulması, dərinin atrofiya və nazilməsi, petexiyalar, ekximozlar, purpura, tər ifrazının artması, dermatit, steroid sızanaqları, strialar, piodermiya və kandidozun inkişafına meyillilik, dəri testlərinin aparılması zamanı reaksiyanın azalması, övrə, dəri səpgiləri, saçların seyrəlməsi, allergik dermatit, eritema. Skelet-əzələ və birləşdirici toxuma pozğunluqları: əzələ zəifliyi, «steroid» miopatiyası, əzələ kütləsinin itirilməsi, ağır psevdoparalitik miasteniya zamanı miastenik simptomların güclənməsi, osteoporoz, onurğanın kompression sınıqları, bud və ya bazu sümüyü başının aseptik nekrozu, borulu sümüklərin patoloji sınıqları, vətər cırılmaları, oynaqların qeyri-stabilliyi (təkrar oynaqdaxili yeridilmə zamanı). Cinsiyyət orqanları və süd vəzilərinin pozğunluqları: menstrual tsiklin pozulması. Hamiləlik, doğuşdansonrakı və perinatal vəziyyətlər: bətndaxili inkişafın pozulması. Ümumi pozğunluqlar və yeridilmə yerində pozğunluqlar: (preparatın parenteral yeridilməsilə əlaqədar): nadir hallarda hiper və ya hipopiqmentasiya, dərialtı və dəri atrofiyası, aseptik abseslər, inyeksiyadan sonra üz dərisində qan axınının güclənməsi (və ya oynaqdaxili yeridilmə), neyrogen artropatiya.
Doza həddinin aşılması
Simptomları Betametazonun doza həddinin aşılması həyat üçün təhlükəli vəziyyətlərə gətirib-çıxarmır. QKS- in yüksək dozalarının bir neçə gün ərzində yeridilməsi arzuolunmaz nəticələrə səbəb olmur (həddən artıq yüksək dozanın təyini, preparatın şəkərli diabet, qlaukoma, mədə-bağırsaq traktının eroziv-xoralı zədələrinin kəskinləşməsi zamanı təyini, yaxud da ürək qlikozidləri, dolayı təsirli antikoaqulyantlar və ya kaliumçıxarıcı diuretiklərlə yanaşı təyinat istisna olmaqla). Müalicəsi Xəstənin vəziyyətinə diqqətli tibbi nəzarət zəruridir, optimal maye tələbatı təmin edilməli, qan plazması və sidikdə elektrolitlərin (xüsusilə, natrium və kalium ionlarının) miqdarına nəzarət edilməlidir. Ehtiyac olarsa, müvafiq terapiya təyin olunmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Saxlama şəraiti о 25 С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Buraxılış forması
7 mq/ml 1 ml suspenziya ampullarda. 5 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
KRKA, d.d., Novo mesto, Sloveniya. Azərbaycanda Nümayəndəlik Xocalı prospekti 55, AGA Biznes Mərkəzi. Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.