Akriderm GK 15 q krem
| Təsiredici maddə | BETAMETHASONE DIPROPIONATE + GENTAMICIN SULFATE + CLOTRIMAZOLE |
|---|---|
| Dərman forması | Krem |
| Farmakoloji təsir | Yerli istifadə üçün qlükokortikosteroid + antibiotik-aminoqlikozid + göbələkəleyhinə vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AKRİDERM GK xaricə istifadə üçün krem
AKRIDERM GK
Tərkibi
Təsiredici maddələr: 100 q kremin tərkibində 100% maddəyə nəzərən 0,064 q mikronlaşdırılırmış
betametazon dipropionat (0,05 q betametazona ekvivalent), 0,1 q gentamisinə
nəzərən gentamisin sulfat, 100% maddəyə nəzərən 1 q klotrimazol vardır.
Köməkçi maddələr: vazelin, propilenqlikol, duru parafin, setostearil spirti [setil spirti 60 %, stearil
spirti 40 %], makroqol setostearat (makroqol-20 setostearil efiri), dinatrium
edetat, natrium dihidrofosfat dihidrat, təmizlənmiş su.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli kremdir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün qlükokortikosteroid + antibiotik-aminoqlikozid + göbələkəleyhinə vasitə.
ATC kodu: D07XC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Kombinəolunmuş preparat olub, iltihabəleyhinə, allergiyaəleyhinə, antibakterial və
göbələkəleyhinə (funqisid) təsir göstərir.
Gentamisin – geniş təsir spektrinə malik aminoqlikozid antibiotiki olub, bakterisid təsir göstərir.
Aşağıdakı qrammənfi mikroorqanizmlər preparata qarşı yüksək həssaslığa malikdir – Proteus spp.
(indol-müsbət və indol-mənfi), Escherichia coli, Klebsiella spp., Salmonella spp., Shigella spp.,
Campylobacter spp., Staphylococcus spp. (metisillin-rezistent).
Həssas mikroorqanizmlər: Enterococcus faecalis, Serratia spp., Pseudomonas spp., Acinetobacter
spp., Citrobacter spp.
Rezistent mikroorqanizmlər: Neisseria meningitidis, Treponema pallidum,
Anaerob mikroblar: Streptococcus spp. (Streptococcus pneumonia istisna olmaqla), Enterococcus
faecalis; Providencia rettgeri.
Betametazon – qlükokortikosteroiddir, yerli iltihabəleyhinə, ödeməleyhinə, allergiyaəleyhinə təsir
göstərir.
Klotrimazol – yerli istifadə üçün imidazol törəmələri qrupundan olan göbələkəleyhinə dərmandır.
Göbələklərin hüceyrə membranının tərkib hissəsi olan erqosterolun sintezini pozmaqla təsir
göstərir. Geniş təsir spektrinə malikdir. Patogen dermatofitlərə (Trichophytonrubrum,
Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), maya və kif
göbələklərinə (Candida spp., Torulopsis glabrata, Rhodotorula spp., Pityrosporum orbiculare)
münasibətdə aktivdir.
Farmakokinetikası
Preparatın müalicəvi dozalarda dəri üzərində istifadəsi zamanı təsiredici maddələrin qana
transdermal sorulması çox əhəmiyyətsiz dərəcədədir.
Dəriyə yaxılma zamanı betametazonun sorulması epidermal baryerin vəziyyətindən asılıdır
(iltihab və dəri xəstəlikləri sorulmanı artırır).
Okklüzion sarğılardan istifadə edilməsi betametazonun və gentamisinin transdermal sorulmasını
artırır ki, bu da sistem əlavə təsirlərin inkişaf riskinin yüksəlməsinə gətirib çıxara bilər.
İstifadəsinə göstərişlər
Sadə və allergik dermatitlər (xüsusilə, ikincili infeksiyalaşma ilə fəsadlaşmış), diffuz neyrodermit
(o cümlədən atopik dermatit), məhdud neyrodermit (o cümlədən sadə xronik dəmrov), ekzema,
dermatomikozlar (dermatofitlər, kandidoz, əlvan dəmrov), xüsusilə qasıq nahiyəsində, dərinin
böyük büküşlərində lokalizasiya zamanı.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilisin dəri
təzahürləri, suçiçəyi, sadə dəmrov (herpes), dərinin postvaksinal reaksiyaları, açıq yaralar, uşaq
yaş dövrü (2 yaşa qədər).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın gözə düşməsinə yol verilməməlidir.
Davamlı bakterial və ya göbələk mikroflorası meydana çıxarsa, preparatla müalicə dayandırılmalı
və müvafiq müalicə başlanmalıdır.
Uşaqlarda dəri örtüklərinin sahəsinin bədən kütləsinə nisbəti böyüklərə nisbətən daha böyük
olduğundan, həmçinin epidermis kifayət qədər inkişaf etmədiyindən, preparatın xaricə istifadəsi
zamanı təsiredici maddələrin nisbətən böyük miqdarının sorulması mümkündür və deməli, sistem
əlavə təsirlərin inkişafının böyük riski mövcuddur. Uşaqlarda preparat maksimum qısa müddət
ərzində və bütün ehtiyat tədbirlərinə əməl etməklə istifadə edilməlidir.
Ehtiyatla
Hamiləlik (xüsusilə, I trimestr). 2 yaşdan 18 yaşa qədər yaş dövrü.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı (xüsusilə hamiləliyin I trimestrində) kremin istifadəsinə o zaman yol verilir ki,
ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olsun. Вelə hallarda preparatın
istifadəsi qısamüddətli olmalı və dəri örtüklərinin kiçik sahələri ilə məhdudlaşdırılmalıdır.
Preparatın komponentlərinin ana südünə nüfuz edib-etməməsi məlum deyil. Ona görə də laktasiya
dövründə Akridem GK kremini təyin edərkən, ana südü ilə qidalandırmanın dayandırılması
tövsiyə edilir.
İstifadə qaydası və dozası
Xaricə istifadə olunur. Krem dərinin zədələnmiş sahələrinə gündə 2 dəfə yüngülcə sürtülərək,
yaxılır. Müalicə müddəti fərdi olaraq müəyyən edilir və xəstəliyin nozoloji formasından və
ağırlığından asılıdır. Pəncənin dermatomikozu zamanı müalicənin orta davametmə müddəti 2-4
həftədir.
Əgər yaxın zamanlarda klinik yaxşılaşma baş verməzsə, diaqnozu dəqiqləşdirmək və ya müalicə
sxemini dəyişdirmək lazımdır.
Əlavə təsirləri
Qaşınma, yanma, qıcıqlanma, dəridə quruluq, follikulit, hipertrixoz, steroid çivzələr,
hipopiqmentasiya, allergik reaksiyalar. Okklüzion sarğılardan istifadə zamanı – maserasiya,
infeksiyalaşma, dərinin atrofiyası, striyalar, bişməcə. Uzunmüddətli istifadə zamanı və ya böyük
sahəyə yaxılma zamanı – sistem əlavə təsirlərin inkişafı: bədən kütləsinin artması, osteoporoz,
arterial təzyiqin yüksəlməsi, ödemlər, mədə-bağırsaq traktının selikli qişasında xora, gizli
infeksiya ocaqlarının kəskinləşməsi, hiperqlikemiya, oyanıqlıq, yuxusuzluq, dismenoreya.
Doza həddinin aşılması
Simptomları: hiperkortisizm.
Müalicəsi: preparatın istifadəsinin tədricən dayandırılması. Simptomatik müalicə. Lazım gələrsə,
elektrolit pozğunluğunun korreksiyası.
Buraxılış forması
Xaricə istifadə üçün krem, 0,05% + 0,1% + 1 %.
15 q krem, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15 – 25 oС temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“AKRİXİN” “Kimya-əczaçılıq kombinatı Səhmdar cəmiyyəti (“AKRİXİN” SC), Rusiya.
142450, Moskva vilayəti, Boqorodski siti rayonu, Staraya Kupavna ş., Kirov küç., 29, bina 3.
Qeydiyyat vəsiqəsinin sahibi
“AKRİXİN” “Kimya-əczaçılıq kombinatı Səhmdar cəmiyyəti (“AKRİXİN” SC), Rusiya.
142450, Moskva vilayəti, Boqorodski siti rayonu, Staraya Kupavna ş., Kirov küç., 29.
İstifadəçilərin iradlarını qəbul edən təşkilat
“AKRİXİN” “Kimya-əczaçılıq kombinatı Səhmdar cəmiyyəti (“AKRİXİN” SC), Rusiya.
142450, Moskva vilayəti, Boqorodski siti rayonu, Staraya Kupavna ş., Kirov küç., 29.
Tel.:/Faks: +7(495) 702-95-03.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.