Akriderm SK 15 q məlhəm
| Təsiredici maddə | BETAMETHASONE DIPROPIONATE + SALICYLIC ACID |
|---|---|
| Dərman forması | Məlhəm |
| Farmakoloji təsir | Qlükokortikosteroid + keratolitik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AKRİDERM SK xaricə istifadə üçün məlhəm
AKRIDERM SK
Tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 100% maddəyə nəzərən 0,064q betametazon di-
propionat (0,05 q betametazona ekvivalent) və 100% maddəyə nəzərən 3q
salisil turşusu vardır.
Köməkçi maddələr:duru parafin, vazelin.
Təsviri
Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər yarımşəffaf məlhəmdir. Zəif xüsusi iyə malik olması
yolveriləndir.
Farmakoterapevtik qrupu
Qlükokortikosteroid + keratolitik vasitə.
ATC kodu: D07XC01.
Farmakoloji xüsusiyyətləri
Xaricə istifadə üçün kombinəolunmuş preparatdır. İltihabəleyhinə, allergiyaəleyhinə, antiseptik,
keratolitik təsir göstərir.
Betametazondipropionat qlükokortikosteroid olub, iltihabəleyhinə, allergiyaəleyhinə, antiekssudativ, ödeməleyhinə və qaşınmaəleyhinə təsir göstərir. Leykositlərin toplanmasını, iltihab
ocağında lizosomal fermentlərin və proiltihab mediatorlarının azad olmasını tormozlayır,
faqositozu inhibə edir, damar-toxuma keçiriciliyini azaldır, iltihabi ödemin yaranmasına mane
olur.
Salisilturşusukeratolitik, mikrobəleyhinə təsirləri təmin edir, buynuz qişanın təbəqələşməsini
aradan qaldırır və qlükokortikosteroidin daha dərinə nüfuz etməsinə səbəb olur.
İstifadəsinə göstərişlər
Hiperkeratozla müşayiət olunan dermatozların yerli müalicəsi: psoriaz, məhdudlaşmış və diffuz
neyrodermit, qırmızı yastı dəmrov, ekzema, dishidrotik dermatit, ixtioz və ixtioz formalı
dəyişikliklər.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, dəri vərəmi, perioral
dermatit, çivzələr (rozasea), xroniki venoz çatışmazlığı fonunda trofik xoralar, dəri şişləri (dəri
xərçəngi, nevus, ateroma, epitelioma, melanoma, hemangioma, ksantoma, sarkoma); sifilisin dəri
təzahürləri, suçiçəyi, sadə herpes (dəmrov), dərinin postvaksinal reaksiyaları, açıq yaralar,
laktasiya dövrü, 1 yaşa qədər uşaq yaş dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər preparatın istifadəsi ilə bağlı yüksək həssaslıq əlamətləri və ya dərinin qıcıqlanması qeyd
edilərsə, müalicəni dayandırmaq və pasiyentə adekvat müalicə seçmək lazımdır.
Uzunmüddətli müalicə zamanı, preparatı dərinin geniş sahələrinə sürtdükdə, okklüzion sarğıdan
istifadə zamanı, həmçinin uşaqlarda istifadə zamanı qlükokortikosteroidlərin sistem absorbsiyası
mümkündür.
Uşaqlarda 1 yaşından etibarən preparat yalnız ciddi göstərişlər üzrə və həkim nəzarəti altında
istifadə olunur, belə ki, betametazonla bağlı sistem əlavə təsirlərin inkişafı mümkündür.
Preparatın geniş sahələrdə və/və ya qkklüzion sarğı altında istifadəsi zamanı hipotalamushipofiz-böyrəküstü vəzi sisteminin funksiyasının tormozlanması və hiperkortisizm
simptomlarının inkişafı mümkündür, boy hormonunun ekskresiyasının azalması, kəllədaxili
təzyiqin yüksəlməsi müşahidə edilə bilər.
Yerli təsirli qlükokortikosteroidlərlə uzunmüddətli müalicədən sonra bədənin digər sahələrinə
nisbətən üz dərisində daha tez-tez atrofik dəyişikliklər meydana çıxa bilər; bu halda müalicə
kursu 5 gündən artıq olmamalıdır.
Akriderm məlhəmi oftalmologiyada istifadə üçün nəzərdə tutulmamışdır. Preparatın gözə düşməsinə yol verilməməlidir.
Uzunmüddətli istifadədən sonra preparatla müalicənin dayandırılması tədricən həyata keçirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Qlükokortikosteroidlərin hamilə qadınlarda yerli istifadəsinin təhlükəsizliyi müəyyən
edilməmişdir. Bu qrup dərman preparatlarının hamiləlik dövründə təyini özünü yalnız o halda
doğruldur ki, potensial fayda mümkün riskdən üstün olsun. Bu qrup preparatlar hamiləlik
dövründə yüksək dozalarda və ya uzun müddət ərzində istifadə edilməməlidir.
Qqlükokortikosteroidlərin yerli istifadəsi zamanı onların ana südünə nüfuz edib-etməməsi
müəyyən edilməmişdir, ona görə də laktasiya dövründə preparatdan istifadə zamanı ana südü ilə
qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır.
İstifadə qaydası və dozası
Xaricə istifadə olunur.
Akriderm SK gündə 2 dəfə – səhər və axşam dərinin zədələnmiş sahəsinə nazik təbəqə şəklində
yaxılır. Başqa istifadə tezliyi xəstəliyin ağırlığından asılı olaraq, həkim tərəfindən müəyyən edilə
bilər.
Yüngül hallarda məlhəmi, adətən gündə 1 dəfə istifadə etmək kifayətdir; daha ağır zədələnmə
hallarında məlhəmdən daha tez-tez istifadə etmək lazım gələ bilər.
Əlavə təsirləri
Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı yanma hissi, qıcıqlanma, dəridə quruluq,
follikulit, hipertrixoz, civzəyəbənzər səpgilər, hipopiqmentasiya, perioral dermatit, allergik
kontakt dermatiti müşahidə edilə bilər. Uzunmüddətli istifadə zamanı, həmçinin oklüziv sarğı
altında istifadə zamanı dərinin maserasiyası, ikincili infeksiya, bişməcə, purpura meydana çıxa
bilər. Bədənin geniş sahələrinə yaxıldıqda, xüsusən uşaqlarda qlükokortikosteroidlərin və
salisilatların sistem əlavə təsirlərinin meydana çıxması mümkündür.
Bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, həkimə müraciət etmək
lazımdır.
Doza həddinin aşılması
Doza həddinin kəskin aşılması az ehtimal olunur, lakin, preparatın həddindən artıq uzun müddət
ərzində istifadəsi zamanı doza həddinin hipokortisizm əlamətləri (hiperqlikemiya, qlükozuriya,
böyrəküstü vəzinin qabıq maddəsinin dönər xarakterli tormozlanması, Kuşinq sindromunun
meydana çıxması) ilə müşayiət olunan xroniki aşılması mümkündür.
Müalicəsi
Simptomatik müalicə aparmaq lazımdır. Xroniki toksik təsir zamanı preparatın istifadəsinin
tədricən dayandırılması tövsiyə olunur.
Buraxılış forması
Xaricə istifadə üçün məlhəm 0,05 % + 3 %.
15 q və ya 30 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
15-25 oС temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/ istifadəçilərin iradlarını qəbul edən təşkilat
“AKRİXİN” “Kimya-əczaçılıq kombinatı Səhmdar cəmiyyəti (“AKRİXİN” SC), Rusiya
142450, Moskva vilayəti, Noqinsk rayonu, Staraya Kupavna ş., Kirov küç., ev 29.
Telefon/Faks: +7 (495) 702-95-03.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.