No-şpa 20 mq 2 ml N25 inyeksiya
| Təsiredici maddə | DROTAVERINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Mədə-bağırsaq traktının funksional pozulmalarının müalicəsi üçün vasitələr. Papaverin və onun törəmələri. ATK kodu: A03AD02 |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
15,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NO-ŞPA inyeksiyalar üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Drotaverin
Tərkibi
Təsiredici maddə: 1 ampulda (2 ml) 40,0 mq drotaverin hidroxlorid vardır. Köməkçi maddələr:natrium metabisulfit (E223), etanol (E1510), inyeksiya üçün su.
Təsviri
Sarımtıl-yaşıl rəngli şəffaf mayedir. Farmakoterapevtik qrup Mədə-bağırsaq traktının funksional pozulmalarının müalicəsi üçün vasitələr. Papaverin və onun törəmələri. ATK kodu: A03AD02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Drotaverin, fosfodiesteraza (FDE IV) fermentini inhibə edərək saya əzələlərə spazmolitik təsir göstərən izoxinolin törəməsidir. FDE IV fermentinin inhibəsı sAMF konsentrasiyasının yüksəlməsi ilə nəticələnir ki, bu da miozin kinazasının yüngül zəncirini inaktivləşdirir və saya əzələlərin boşalmasına səbəb olur. Drotaverin in vitro, izoferment FDE III və FDE V inhibə etmədən FDE IV inhibə edir. Saya əzələlərin yığılma qabiliyyətinin zəifləməsi üçün FDE IV funksional olaraq çox vacibdir və onun selektiv inhibitorları hiperkinetik xəstəliklərin və mədə-bağırsaq traktının spastik vəziyyətləri ilə bağlı müxtəlif simptomların müalicəsi zamanı faydalı ola bilər. Miokard və damarların hüceyrələrinin tərkibində, əsasən, FDE III izoferment olduğu üçün drotaverin, ürək-damar sisteminə əlavə təsir göstərmir. İzoferment FDE III miokardda və damarların saya əzələlərində sAMF-i hidroliz edir ki, bu da drotaverinin, ciddi ürək-damar əlavə təsirləri və güclü ürək-damar terapevtik aktivliyi olmayan, effektiv spazmolitik agent olduğunu izah edir. Preparat, saya əzələlərin sinir və əzələ mənşəli spazmı zamanı effektivdir. Drotaverin, vegetativ innervasiya növündən asılı olmayaraq mədə-bağırsaq, öd, urogenital və damar sistemlərində yerləşən saya əzələlərə təsir göstərir. Damargenişləndirici təsiri sayəsində drotaverin toxumalarda qan dövranını gücləndirir. Drotaverin, papaverin ilə müqayisədə daha güclü təsirə malikdir, sorulması isə, plazma zülalları ilə daha az birləşdiyi üçün, daha sürətli və tamdır. Drotaverin, parenteral yeridilən papaverindən fərqli olaraq tənəffüs sisteminə stimuləedici təsir göstərmir. Farmakokinetika Absorbsiyası Drotaverin, peroral qəbuldan və əzələdaxili yeridilmədən sonra sürətlə və tam sorulur. Paylanması Drotaverin, insan plazmasının zülalları, xüsusilə də albumin ,qamma- və beta-qlobulin ilə yüksək dərəcədə (95-98%) birləşir. Plazmada yüksək konsentrasiyası daxilə qəbul edildikdən 45-60 dəqiqə sonra əldə edilir. Biotransformasiyası və xaric olunması Drotaverin qaraciyərdə metabolizmə uğrayır, onun yarımxaricolma dövrü 8-10 saat təşkil edir. İlkin qaraciyərdən keçərək dozanın 65%-i qan dövranında dəyişilməz olaraq qalır. 72 saat müddətində drotaverin orqanizmdən tam xaric olur, 50%-dən çox sidiklə və 30%-ə qədəri nəcislə xaric olur. Drotaverin, əsasən, metabolitlər şəkilində xaric olur.
İstifadəsinə göstərişlər
• biliar traktın xəstəlikləri (xolesistolitiaz, xolangiolitiaz, xolesistit, perixolesistit, xolangit, papillit) ilə bağlı saya əzələlərin spazmı. • sidik traktı saya əzələlərinin spazmı: nefrolitiaz, uretrolitiaz, pielit, sistit, sidik kisəsinin tenezmaları. Köməkçi müalicə kimi (xəstə tabletləri qəbul edə bilmədiyi halda): • mədə-bağırsaq mənşəli saya əzələlərin spazmı zamanı: mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qastrit, kardial və mədə çıxacağının spazmları, enterit, kolit • ginekologiyada: dismenoreya.
Əks göstərişlər
• preparatın təsiredici maddəsinə və ya istənilən köməkçi maddəsinə (xüsusilə də metabisulfit natriuma) qarşı yüksək həssaslıq. • ağır böyrək, qaraciyər və ya ürək çatışmazlığı (aşağı ürək atımı sindromu).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın uşaqlarda istifadə olunmasına dair klinik tədqiqatlar aparılmamışdır. Aşağı arterial təzyiq zamanı preparat ehtiyatla istifadə edilməlidir. Drotaverinin venadaxili yeridilməsi zamanı huşun itməsi təhlükəsi olduğu üçün xəstə uzanıqlı vəziyyətdə olmalıdır! Natrium metabisulfit anafilaktik simptomlar və bronxospazm daxil olmaqla, allergik reaksiyaların inkişafına səbəb ola bilər, xüsusilə də astmadan və ya allergiyadan əziyyət çəkən pasiyentlərdə. Natrium bisulfitə qarşı yüksək həssaslıq olduğu halda preparatın parenteral yeridilməsindən qaçmaq lazımdır. Hamilə qadınlarda preparatın parenteral istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Digər dərman vasitələri ilə qarşlıqlı təsiri Levodopa ilə yanaşı istifadəsi zamanı drotaverin levodopanın Parkinsonizm xəstəliyi simptomlarına olan təsirini azaldır, əzələlərin hərəki məhdudluğu və tremoru güclənir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Retrospektiv klinik tədqiqatların və heyvanlar üzərində aparılan tədqiqatların nəticələrinə əsasən hamiləlik zamanı drotaverinin istifadəsi hamiləliyin gedişinə, embrional inkişafa, doğuşa və postnatal inkişafa birbaşa və dolayı təsir göstərmir. Lakin, hamiləlik zamanı preparat ehtiyatla istifadə olunmalıdır. Drotaverin doğuş zamanı istifadə olunmamalıdır. Kifayət qədər klinik məlumat olmadığı üçün laktasiya dövründə preparatın təyini tövsiyə edilmir. Fertilliyə təsiri Preparatın fertilliyə təsirinə dair məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın parenteral, xüsusilə də venadaxili, yeridilməsindən sonra xəstələrə nəqliyyat vasitələrini idarə etmək və ya dəzgahlarda işləmək tövsiyə edilmir.
İstifadə qaydası və dozası
Həkim xüsusi göstəriş vermədiyi halda böyüklər üçün orta doza 40-240 mq/gün (gündə 1-3 dəfəyə bölünür) təşkil edir, əzələdaxili yeridilir. Kəskin sancı zamanı (öd və sidik daşı xəstəliyi) venadaxili 40-80 mq.
Əlavə təsirləri
Klinik tədqiqatlar nəticəsində drotaverin ilə bağlı aşkar edilən əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez ( >1/10), tez-tez (>1/100, <1/10); bəzən (>1/1000, <1/100); nadir (>1/10000, <1/1000); çox nadir (<1/10000) . • mədə bağırsaq pozulmaları: nadir: ürəkbulanma, qəbizlik • sinir sisteminin pozulmaları: nadir: başağrısı, başgicəllənmə, yuxusuzluq • ürək-damar pozulmaları: nadir: taxikardiya, hipotenziya • immun sistemin pozulmaları: nadir: allergik reaksiyalar (angionevrotik ödem, övrə, səpgi, qaşınma) (“Əks göstərişlər” bölməsinə bax). tezliyi məlum olmayan (mövcud məlumatlar başvermə tezliyini təyin etməyə imkan vermir): inyeksion formanı istifadə etmiş pasiyentlərdə ölümlə nəticələnən və ölümlə nəticələnməyən anafilaktik şok haqqında məlumat verilmişdir. • ümumi xəstəliklər və yerli reaksiyalar: yeridilmə yerində reaksiyalar. Əlavə təsirlər meydana çıxdığı halda preparatın qəbulu dayandırılmalıdır. Sadalanan əlavə təsirlərin və ya içlik vərəqədə qeyd olunmayan reaksiyaların meydana çıxdığı halda həkimə müraciət etməyiniz mütləqdir.
Doza həddinin aşılması
Drotaverinin doza həddinin aşılması ürək ritminin və keçiriciliyinin pozulmasına (His dəstəsinin ayaqcıqlarının ölümlə nəticələnə bilən tam blokadası və ürək fəaliyyətinin dayanması daxil olmaqla) səbəb ola bilər. Doza həddinin aşılması zamanı xəstə nəzarət altında olmalı və simptomatik və dəstəkləyici müalicə almalıdır. Buraxılma forması 2 ml məhlul, qəhvəyi rəngli şüşə ampulda. 5 ampul, PVX blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C otaq temperaturunda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır İstehsalçı şirkət XİNOİN Əczaçılıq və Kimyəvi Məhsullar Zavodu, Co. Ltd, Macarıstan. Ünvan 3510 Miscolc, Csanyikvölgy. Hungary (Macarıstan).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.