Ksemin 100 mq N14 kapsul
| Təsiredici maddə | DOXYCYCLINE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Tetrasiklin qrupu antibiotiki |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,67 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KSEMİN kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Doxycycline
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 115,4 mq doksisiklin hiklat (100 mq doksisiklinə ekvivalent) vardır. Köməkçi maddələr: natrium laurilsulfat, qarğıdalı nişastası, laktoza monohidrat, maqnezium stearat. Kapsulun örtüyü: eritrozin, indiqokarmin, tartrazin, titan dioksid, jelatin.
Təsviri
Bir tərəfi qırmızı-qəhvəyi, digər tərəfi sarı rəngdə jelatin kapsul daxilində yerləşmiş sarı tozşəkilli maddədir.
Farmakoterapevtik qrupu
Tetrasiklin qrupu antibiotiki. ATC kodu: J01AA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Oksitetrasiklinin yarımsintetik törəməsi olub, geniş təsir spektrinə malik antibiotikdir. Doksisiklinin bakteriostatik təsir mexinizmi RNT sintezini inhibə etməsindən ibarətdir. Qram (+) və Qram (-) mikroorqanizmlərə, həmçinin Streptococcus sрр. (həmçinin Streptococcus pneumoniae), Staphylococcus spp. (həmçinin Staphylococcus aureus, Staphylococcus epidermidis), Propionibacterium acnes, Listeria spp., Bacillus anthracis,Neisseria gonorrhoeae, Neisseria meningitidis, Haemophilus influenzae, Brucella spp., Mycoplasma spp., Clostridium spp., Escherichia coli, Shigella spp., Salmonella spp., Listeria, Spirocheta, E.hystolica, Yersinia pestis , Vibrio spp., Francisella tularensis , Enterobacter, Klebsiella spp., Bacteroides spp., Chlamydia spp., Rickettsia, Ureaplasma kimi törədicilərə qarşı aktivdir. Proteus , Pseudomonas spp., Serratia, Providencia, Enterococci kimi törədicilərə qarşı daha zəif təsirə malikdir. İbtidailərə qarşı (malyariya, amöb) aktivliyə malikdir. Haemophilus influenzae və hüceyrədaxili törədicilərə qarşı yüksək həssaslıq göstərir. Mikoplazma etiologiyalı pnevmoniya və kəskin bronxitlərdə yüksək effektivliyə malikdir. Yaşlı xəstələrdə Escherichia bakteriyasının törətdiyi kəskin prostatit və sidik yollarının infeksiyalarının empirik müalicəsində effekt göstərir. Farmakokinetikası Preparat peroral qəbul zamanı yüksək biomənimsənilmə ilə (90-100%) səciyyələnir. Qida və ya süd məhsullarının qəbulu dərman vasitəsinin sorulmasını 20%-ə qədər azalda bilər ki, bu da klinik əhəmiyyət kəsb etmir. Toxuma baryerlərindən yaxşı keçir, parenximatoz orqanlarda, sümükdə, bağırsaqların selikli qişasında, plevra və sinovial mayedə kifayət miqdarda toplanır. Eyni zamanda, serebrospinal mayedə, göz yaşında, ağız suyunda və dəridə aşağı konsentrasiyada aşkar edilir. Preparat hüceyrələrin daxilinə keçməklə, hüceyrədaxili mikroorqanizmlərə təsir göstərmək qabiliyyətinə malikdir. Dərman vasitəsinin orqanizmdən xaric olması böyrəklərin ekskretor funksiyasından asılı deyil.
İstifadəsinə göstərişlər
Pnevmoniya və xronik bronxit daxil olmaqla, tənəffüs yollarının infeksiyaları; Sidik yollarının infeksiyaları: xlamidiya, mikoplazma və rikketsiya; prostatit; genital limfoqranulematoz; Çanaq orqanlarının iltihabı; Laym xəstəliyi; Brüselyoz (rifampisinlə birlikdə); Leptospiroz; Tsusuqamuşi (rikketsioz) və səyahətçilərin ishalı; Ornitoz; Vəba; Melioidoz; Taun; Sibir xorası; Kü-qızdırması Malyariya. Əks göstərişləri Doksisiklinə və ya Ksemin preparatının hər hansı bir komponentinə qarşı allergiya 8 yaşa qədər uşaqlar Ağır qaraciyər çatışmazlığı Hamiləlik Laktasiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kseminin istifadəsi zamanı və istifadəsindən sonra uzun sürən və qanlı diareya müşahidə olunarsa, bu həyat üçün təhlükəli psevdomembranoz kolitin əlaməti ola bilər. Ksemin qəbulu zamanı günəş şüalarına qarşı həssaslıq qeydə alınmışdır (məsələn, dərinin qızarması, günəş şüası yanıqları). Doksisiklinə qarşı davamlı mikroorqanizmlərə yoluxma halları ola bilər (bunlardan bakteriyalar və göbələklər). Əgər sizdə A qrup streptokokk infeksiyası varsa ən azı 10 günlük müalicə kursu tələb olunacaq. Sifilis və ya digər cinsi yolla yayılan infeksiyanın olma şübhəsi varsa həkiminizə məlumat verin. Malyariyanın müalicəsi zamanı nəzərdə saxlamaq lazımdır ki, malyariya ağcaqanadların vasitəsilə digər regionlara da yayıla bilər. Preparatın qəbulu zamanı disfagiya əlaməti meydana gələ bilər, bu yerli qıcıqlandırıcı təsirin sayəsində qida borusunun zədələnməsi nəticəsində baş verir. Hər hansı qan xəstəliyiniz varsa (məs., porfiriya), miasteniya (əzələ zəifliyi) və birləşdirici toxumanın sistem xəstəlikləri (məs., qırmızı qurdeşənəyi) kimi xəstəliklərdən əziyyət çəkirsinizsə bu haqda həkimə məlumat verin. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Ksemin preparatını adları aşağıda qeyd olunmuş preparatlarla birlikdə qəbul etmək olmaz: Penisillin antibiotikləri. Alüminium, kalsium və magnezium tərkibli antasidlər (mədə xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar). Mədənin qorunması üçün istifadə olunan bismut, sukralfat. Tərkibində dəmir və sink olan preparatlar. Antikoaqulyantlar, məsələn varfarin. Fenobarbital, karbamazepin, fenitoin və primidon (epilepsiyanın müalicəsində istifadə olunan preparatlar). Diazepin (yuxugətirici preparatlar). Takrolimus və siklosporin (orqan transplantasiyası zamanı istifadə olunan preparatlar). Kalsium kanalı blokatorları. Sildenafil (cinsi zəifliyin müalicəsində istifadə olunan preparat). Peroral kontraseptivlər (hamiləliyə qarşı istifadə olunan preparatlar). Metoksifluran (anesteziya üçün istifadə olunan preparat). Alkoqol. Adları yuxarıda qeyd olunan preparatlardan hər hansı birini qəbul edirsinizsə bu haqda həkiminizə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ksemin dişlərin və sümüklərin inkişafını ləngidir, buna görə hamiləlik zamanı preparatı istifadə etmək məsləhət görülmür. Həmçinin, laktasiya dövründə preparatı qəbul etmək olmaz. Əgər Siz Ksemin qəbul edirsinizsə, südverməni dayandırmalısınız. Pediatriyada istifadəsi 8 yaşa qədər uşaqlarda istifadə olunmur. Dişlərin və sümüklərin inkişafını ləngidə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Kseminin nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri məlum deyil.
İstifadə qaydası və dozası
İnfeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq doza həkim tərəfindən təyin olunur. Böyüklərə və 8 yaşdan yuxarı uşaqlara: birinci gün 200 mq dozada, sonra isə 100 mq gündəlik dozada, ağır infeksiyalar zamanı 200 mq gündəlik dozada daxilə təyin edilir. Müalicə müddəti adətən 10 gün təşkil edir. Müxtəlif infeksion xəstəliklərdə dozalanması aşağıda qeyd olunmuşdur: Akne və sızanaqların müalicəsində 50 mq gündə 1 dəfə, müalicə müddəti 6-12 həftə. Zöhrəvi xəstəliklərin müalicəsində 100 mq gündə 2 dəfə, müalicə müddəti 7-10 gün. Sifilisin müalicəsində bir neçə qəbula bölünməklə sutkalıq 300 mq. Bitlər və birələr vasitəsilə yayılan residiv verən qızdırma zamanı 100 və ya 200 mq birdəfəlik dozada daxilə təyin edilir. Malyariyanın müalicəsində gündəlik 200 mq, müalicə müddəti 7 gün. Vəbanın müalicəsində 200 mq həftədə 1 dəfə. Səyahətçi diareyasının profilaktikası : 200 mq səyahətin birinci günü, sonrakı 3 həftə ərzində gündəli 100 mq. Leptospirozun profilaktikası: yoluxma zonasında həftədə 1 dəfə 200 mq; səyahət bitdikdən sonra 200 mq. 3 həftədən artıq istifadə etmək olmaz.
Əlavə təsirləri
İstənilən digər preparatlar kimi Ksemin ona qarşı yüksək həssaslığa malik pasiyentlərdə əlavə təsirlər yarada bilər. Aşağıda qeyd olunan əlavə təsirlərdən hər hansı birinə rast gəlsəniz, Kseminin qəbulunu dayandırın və təcili olaraq yaxınlıqdakı xəstəxanaya və ya həkimə təcili yardım üçün müraciət edin: Qəfləti boğulma hissi, tənəffüsün çətinləşməsi, üzün, dodaqların və boğazın şişməsi; bu ağır allergik reaksiyanın əlamətləri ola bilər. Dəridə qanlı suluqların və qabıqlanan qabarcıqların olması. Ciddi dəri yanıqlarının olması; Qeyd olunan bu əlavə təsirlərə çox nadir hallarda rast gəlinir. Çox nadir hallarda rast gəlinən əlavə təsirlər: Qanaxma, bədən temperaturunun qalxması, infeksion xəstəliyin baş qaldırması (qan hüceyrələri olan leykositlərin və trombositlərin bölünərək çoxalmasının pozulması nəticəsində baş verir). Porfiriya (anemiya, qarında ağrı, dərinin işığa həssaslığının artması). Qan analizində anomaliyalar və ya sarılıq qaraciyərin funksiyalarının ağır dərəcəli pozulmasının göstəricisi ola bilər. Psevdomembranoz kolit (ağır, uzun sürən və qanlı ishal, mədə ağrıları və qıcolmalar). Disfagiya, döş sümüyü arxasında ağrı və yanğı hissi (qida borusunun zədələnməsi). Uşaqlıq yolunda qaşınma, ifrazat və kandidoz və ya digər infeksiyalar, məsələn ağızın və dilin infeksiyalaşması. Qırmızı qurdeşənəyi xəstəliyinin kəskinləşməsi. Nadir rast gəlinən əlavə təsirlər: Baş ağrısı Görmənin dumanlanması və pozulması Qulaqlarda küy Qarında ağrılar İştahanın itməsi Ürəkbulanma Mədə qıcqırması Diareya Dişlərin rənginin dəyişilməsi Əzələlərdə və oynaqlarda ağrılar Qanda sidik cövhərinin miqdarının müvəqqəti dəyişilməsi
Doza həddinin aşılması
Əgər doza həddini aşmısınızsa, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Doza həddinin aşılması zamanı ürəkbulanma, iştahanın itməsi və diareya ola bilər. Bu zaman mədənin yuyulması və digər zəruri tədbirlər aparılmalıdır. Əgər siz Ksemin preparatını qəbul etməyi unutmusunuzsa, bunu xatırlayanda növbəti dozanı qəbul edin. İkiqat doza qəbul etmək olmaz. Ksemin preparatının qəbulunu dayandırmısınızsa, bu haqda həkiminizə məlumat verin, çünki antibiotiklərdən qeyri-düzgün istifadə daha davamlı infeksiyaların yaranmasına və infeksion prosesin əlamətlərinin saxlanmasına səbəb ola bilər.
Buraxılış forması
14 kapsul, blisterdə. 1 blister, içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.
Saxlanma şəraiti
o 25 C-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır
İstehsalçı
DEVA Holding A.Ş. Kapaklı – Tekirdağ/TURKEY. Ünvan DEVA Holding A.Ş. Küçükçekmece – Istanbul/TURKEY. Tel.: +90 212 692 92 92. Faks: +90 212 697 00 24.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.