Remycin 100 mq N10 tablet

Təsiredici maddə: DOXYCYCLINE
Təsiredici maddəDOXYCYCLINE
Dərman formasıTablet
Farmakoloji təsirTetrasiklin qrupu antibiotiki
İstehsal ölkəsiKipr

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,14 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

REMİSİN 100 mq örtüklü tabletlər REMYSIN Beynəlxalq patentləşdirilməmiş adı: Doxycycline Hyclate

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 120 mq doksisiklin hiklat (100 mq doksisiklinə müvafiq) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, natrium nişasta qlikolyatı, maqnezium stearat, povidon, talk. Örtük: hipromelloza, makroqol 400, titan dioksid, talk.

Təsviri

Açıq, yumru, yastı tabletlərdir.

Farmakoterapevtik qrupu

Tetrasiklin qrupu antibiotiki. ATC kodu: J01AA02.

Farmakoloji xüsusiyyətləri

Remisinin təsiredici maddəsi doksisiklin geniş təsir spektrinə malik tetrasiklin qrupu antibiotikidir. O, müxtəlif infeksiyalar zamanı təyin olunur. Antibiotiklər bizim orqanizmimizi infeksiya törədiciləri olan bakteriyalardan qoruyur.

İstifadəsinə göstərişlər

Remisin qrammüsbət və qrammənfi bakteriyaların törətdiyi infeksiyaların müalicəsi üçün istifadə edilir, məsələn: Tənəffüz yollarının infeksiyaları: Streptococcus pneumoniae, Haemophilus influenzae, Klebsiella pneumoniae və başqa mikroorqanizmlər tərəfindən törədilən pnevmoniya və aşağı tənəffüs yollarının digər infeksiyaları. Mycoplasma pneumoniae tərəfindən törədilən pnevmoniya və xroniki bronxit, sinusit, tonzillit, otit Mədə bağırsaq yollarının Klebsiella növü, Enterobacter növü, Escherichia coli, Streptecoccus faecalis və başqa mikroorqanizmlər tərəfindən törədilən infeksiyaları. Cinsi əlaqə ilə yoluxan infeksiyalar: Chlamydia trachomatis infeksiyası daxil olmaqla ağırlaşmış uretral, uşaqlıq boynu kanalının selikli qişasının infeksiyaları və ya rektal infeksiyalar. Qeyri- Ureaplasma urealyticum (T-mycoplasma), Chancroid, Granuloma inguinale və Lymphogranuloma venerum tərəfindən törədilən qonokokk uretrit, sistit, pielonefrit, uretrit, süzənək və sifilir. Dəri infeksiyaları: çivzə zamanı antibiotik müalicə mütləq zəruri olduğu halda. Remisin tetrasiklin qrupuna aid olduğuna görə, o başqa tetrasiklinlərə cavab verən aşağıdakı infeksiyaların müalicəsində faydalı ola bilər: -Göz infeksiyaları: şübhəli qonokokk, stafilokokk, Hemophilus influenzae tərəfindən törədilən traxoma və konyunktivit. -Rikketsilərin törətdiyi infeksiyalar: səpgili yatalaq qrupu, Kvinsland qızdırması, Koksit endokarditi və gənə qızdırması. Başqa infeksiyalar: psittakoz, brusellyoz (streptomisinlə birgə), vəba, meloidoz, leptospiroz, tulyaremiya.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə və ya digər tetrasiklinlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Kəskin və xroniki qaraciyər və/və ya böyrək çatışmazlığı. 8 yaşa qədər uşaqlarda istifadə. Porfiriya. Hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləliyin ikinci yarısında və laktasiya dövründə qadınlar və ya 12 yaşına qədər uşaqlar tetrasiklindən istifadə etdiyi təqdirdə uşaqlarda dişlərin daimi qaralması müşahidə olunur. Qaraciyər çatışmazlığı olan xəstələr və hepatotoksik dərmanlar qəbul edən xəstələr Remisini ehtiyatla qəbul etməlidirlər. A qrupu beta-hemolotik streptokokk infeksiyalarında Remisin ən azı 10 gün qəbul edilməlidir. Doksisiklin sinir-əzələ keçiriliciyini potensial olaraq zəiflədə bildiyindən əzələ zəifliyi olan insanlarda ehtiyatla istifadə edilməlidir. Doksisiklin qırmızı qurdeşənəyinin kəskinləşməsinə səbəb ola bilər. Fotodermatit əmələ gəlməsi ehtimalı olduğu üçün xəstələr müalicə müdddətində və ondan 4-5 gün sonra insolyasiyadan uzaq olmalıdırlar. Uzunmüddətli istifadə zamanı disbakterioz və bunun nəticəsi kimi hipovitaminoz (xüsusən də B qrupu vitaminlərin) inkişaf edə bilər. Dispepsiya əlamətlərinin olmaması üçün preparatı yemək vaxtı qəbul etmək məsləhətdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antikoaqulyant müalicə alan xəstələrdə Remisin plazma protombin fəaliyyətini aktivləşdirdiyinə görə bu cür xəstələr Remisin qəbul edən zaman antikoaqulyantların dozasını azaltmalı olurlar. Bakteriostatik dərmanlar, penisillinlərin bakterisid fəaliyyətinə təsir edir, buna görə də Remisin penisillinlərlə birlikdə istifadə olunmamalıdır. Alüminium, kalsium, maqnezium və dəmir tərkibli preparatlar tetrasiklinlərin sorulmasını zəiflədir. Barbituratlar, karbamazepin və feniton Doksisiklinin yarımparçalanma dövrünü uzaldır. Tetrasiklin və metoksifluranın eyni zamanda qəbulu fatal renal zəhərlənmə ilə nəticələnir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

İstifadə qaydası və dozası

Böyüklər və bədən kütləsi 50 kq-dan artıq olan uşaqlar üçün adi doza, birinci gün 200 mq olmaqla, növbəti günlər gündəlik 100mq-dır. Kəskin infeksiyalar zamanı gündəlik doza 200 mq- a qədər (birdəfəlik doza şəklində və ya hər 12 saatdan bir) artırıla bilər. Remisinlə müalicə simptomlar aradan qalxdıqdan sonra daha iki gün müddətində davam etdirilməlidir. Remisin tabletləri bir qədər maye ilə qəbul edilməlidir.

Əlavə təsirləri

Əlavə təsirlərə çox az rast gəlinir və bura mədə-bağırsaq traktında narahatlıq, dəri səpgiləri, fotohəssaslıq reaksiyaları aiddir. Bundan başqa aşağıdakı əlavə təsirlər mümkündür. -Anoreksiya, ürəkbulanma, qusma, disfagiya, ishal, enterokolit, psevdomembranoz kolit. -Övrə, angionevrotik ödem, anafilaktik reaksiyalar, perikardit, qabıqlanan dermatit. -Qaraciyərin zədələnməsi, (qaraciyər və böyrək patalogiyalı xəstələrdə uzunmüddətli istifadə zamanı) ; -Preparatın antianabolik effekti səbəbindən qalıq azotun artması. -Hemolitik anemiya, trombositopeniya, neytropeniya, eozinofiliya. -Kəllədaxili təzyiqin xoşxassəli yüksəlməsi, vestibulyar pozğunluqlar (başgicəllənmə və s.) -Kandidoz (Superinfeksiyanın təzahürü kimi).

Doza həddinin aşılması

Remisinin doza həddinin aşılması ilə əlaqədar ağır vəziyyətlər çox nadir hallarda yaranır.

Buraxılış forması

10 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Remedica Ltd., Limassol-Kipr, Avropa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Remycin 100 mq N10 tablet” üçün ilk rəyi siz yazın.