UROSIKLIN 100 MG N10 CAP
| Təsiredici maddə | DOXYCYCLINE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Sistem istifadə üçün antibakterial dərman vasitələri. Tetrasiklinlər |
| İstehsal ölkəsi | Kipr |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,40 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
UROSİKLİN kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Doxycycline
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 100 mq doksisiklinə ekvivalent miqdarda doksisiklin hiklat vardır. Köməkçi maddələr: laktoza monohidrat, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat. Kapsulun örtüyü: yaşıl-göy kapsullar: titan dioksid (E171), brilyant göyü (E133), xinolin sarısı (E104), sarı dəmir oksidi (E172), eritrozin (E127), jelatin; göy-ağ kapsullar: titan dioksid (E171), brilyant göyü (E133), eritrozin (E127), jelatin; tünd yaşıl kapsullar: titan dioksid (E171), patentli göy V (E131), tartrazin (E102), jelatin. Çap mürəkkəbləri:opakod qara-S-1-8152HV, opakod ağ-S-1-7305HV.
Təsviri
“2” ölçülü, yaşıl-göy bərk jelatin kapsullardır. Üzərində “medochemie” yazılan, “2” ölçülü, yaşıl-göy bərk jelatin kapsullardır. Üzərində “medochemie” yazılan, “2” ölçülü, göy-ağ bərk jelatin kapsullardır. “2” ölçülü, tünd yaşıl bərk jelatin kapsullardır. Üzərində “CS” yazılan, “2” ölçülü, tünd yaşıl bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial dərman vasitələri. Tetrasiklinlər. ATC kodu: J01AA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Doksisiklin əsasən bakteriostatik təsir göstərir və ehtimal edilir ki, mikrob hüceyrəsinin zülal sintezini inhibə edərək antimikrob təsir göstərir. Doksisiklin qrammüsbət və qrammənfi bakteriyaların və bəzi digər mikroorqanizmlərin genis spektrinə qarşı aktivdir: Staphylococcus spp. (Staphylococcus aureus), Streptococcus spp. (Streptococcus pneumoniae, Streptococcus faecalis), Diplococcus pneumoniae, Bacillus anthracis, Listeria spp. (Listeria monocytogenes), Clostridium spp., Neisseria gonorrhoeae, Еscherichia coli, Shigella spp., Salmonella spp., Enterobacter spp., Acinetobacter spp., Haemophilus influenzae, Haemophilus ducrei, Klebsiella spp. (Klebsiella pneumoniae), Moraxella catarrhalis, Bordetella pertussis, Yersinia pestis, Actinobacillus actinomyecelemcomilam, Calymmatobacterium granulomatis, Bacteroides spp., Rickettsia spp., Treponema spp., Mycoplasma spp.(Mycoplasma pneumoniae), Ureaplasma urealyticum, Chlamydia spp. (Chlamydia trachomatis). Doksisiklin yağlarda yüksək dərəcədə həll olur, kalsiuma münasibətdə isə aşağı affinliyə malikdir. Normal insan zərdabında yüksək sabitliyə malikdir. Farmakokinetikası Tetrasiklinlər asanlıqla absorbsiya olunur və müxtəlif dərəcədə plazma zülalları ilə birləşir. Qaraciyərdə, öddə toplanır, yüksək konsentrasiyada və bioloji aktiv formada nəcislə və sidiklə xaric olur. Doksisiklin daxilə qəbul edildikdən sonra faktiki olaraq tamamilə sorulur. Bu günə qədər aparılan tədqiqatlarda göstərilmişdir ki, bəzi digər tetrasiklinlərdən fərqli olaraq, qida və süd doksisiklinin sorulmasına çox da təsir göstərmir. Sağlam könüllülərdə 200 mq dozada tətbiq etdikdə doksisiklinin plazmada pik konsentrasiyası 2 saat ərzində orta hesabla 2,6 mkq/ml təşkil etmişdir və 24 saat ərzində 1,45 mkq/ml-ə qədər azalmışdır. Tədqiqatlar zamanı Urosiklinin plazmadan yarımxaricolma dövründə (18-22 saat diapazonunda) normal və ağır böyrək çatışmazlığı olan şəxslərdə əhəmiyyətli fərq qeyd edilməmişdir. Hemodializ Urosiklinin plazmadan yarımxaricolma dövrünə təsir etmir.
İstifadəsinə göstərişlər
Urosiklin qram-müsbət və qram-mənfi bakteriyaların və bəzi digər mikroorqanizmlərin həssas ştammları tərəfindən törədilən müxtəlif infeksiyaların müalicəsində klinik baxımdan effektivdir. Tənəffüs yollarının infeksiyaları: Streptococcus pneumoniae, Haemophilus influenza, Klebsiella pneumoniae, Moraxella catarrhalis və digər orqanizmlərin həssas ştammları tərəfindən törədilən pnevmoniya və aşağı tənəffüs yollarının digər infeksiyaları. Mycoplasma pneumoniae. Xroniki bronxitin, sinusitin müalicəsi. Sidik yollarının infeksiyaları: Klebsiella spp., Enterobacter spp., Escherichia coli, Streptococcus faecalis və digər orqanizmlərin həssas ştammları tərəfindən törədilən infeksiyalar. Cinsi yolla yoluxan infeksiyalar: Chlamydia trachomatis tərəfindən törədilən infeksiyalar, o cümlədən, ağırlaşmamış uretral, endoservikal və ya rektal infeksiyalar. Ureaplasma urealyticum (T-mikoplazma) tərəfindən törədilən qeyri-qonokokk uretrit. Calymmatobacterium granulomatis tərəfindən törədilən infeksiyalarda da istifadə edilir. Urosiklin süzənək və sifilisin müalicəsində alternativ dərman vasitəsidir. Urosiklin tetrasiklin qrupu antibiotiklərinə aid olduğuna görə, digər tetrasiklinlərə cavab verən infeksiyaların müalicəsində də effektiv ola bilər: Göz infeksiyaları: Hətta immunoflüoressens qiymətləndirməyə nəzərən, infeksiya amili hər dəfə aradan qaldırılmasa belə Urosiklin traxomanın müalicəsində istifadə edilir, İnklüzion konyunktivitin müalicəsində Urosiklin tək şəkildə və ya yerli vasitələrlə kombinasiyada istifadə edilə bilər. Rikketsioz infeksiya: “Qayalı dağlar” ləkəli qızdırma, Q qızdırması, bit və gənə ilə daşınan qayıdan qızdırma və səpgili yatalaq, Coxiella endokarditi. Digər infeksiyalar: Psittakoz (ornitoz), brusellyoz (streptomisinlə kombinasiyada), vəba, bubon vəba, bit və gənə ilə daşınan qayıdan qızdırma və səpgili yatalaq, o cümlədən, Laym xəstəliyi (birinci və ikinci mərhələ), leptospiroz, tulyaremiya, xloroxinə rezistent ildırımsürətli malyariya və kəskin bağırsaq amöbiazı (amöbisidlərə köməkçi bir vasitə kimi). Bacteroides spp., Listeria spp. və Bacillus anthracis həssas ştammları tərəfindən törədilən infeksiyalar. Urosiklin leptospiroz, qazlı qanqrena və tetanusun müalicəsində alternativ bir vasitə kimi istifadə edilə bilər. Urosiklin bəzi hallarda profilaktik məqsədlə istifadə edilir: yapon qızdırması (susuqamuşi), səyahətçilərin ishalı (enterotoksigen Escherichia coli)), leptospiroz, malyariya, vəba. Antibakterial vasitələrin müvafiq istifadəsinə dair rəsmi təlimatlara riayət etmək lazımdır.
Əks göstərişlər
Dərman vasitəsinin təsiredici və ya hər hansı bir köməkçi maddəsinə və ya tetrasiklinlər qrupundan hər hansı bir digər dərman vasitəsinə qarşı yüksək həssaslıq. Obstruktiv ezofageal xəstəliklər, məs., striktura və ya axalaziya. Hamiləlik dövrü: Urosiklin hamiləlik dövründə əks göstərişdir. Görünür ki, hamiləlik dövründə tetrasiklinlərin istifadəsi ilə bağlı risklər, əsasən, dişlərin və skeletin formalaşmasına təsiri ilə əlaqəlidir. (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində dişlərin inkişafına təsiri barəsində məlumata baxın). Laktasiya dövrü: Tetrasiklinlər ana südünə keçdiyinə görə süd verən analarda istifadəsi əks göstərişdir. (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində dişlərin inkişafına təsiri barəsində məlumata baxın).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyər çatışmazlığı olan xəstələrdə tətbiqi Qaraciyər çatışmazlığı olan xəstələrə və ya potensial hepatotoksik dərman vasitələrini qəbul edənlərə Urosiklin ehtiyatla tətbiq edilməlidir. Qaraciyərin funksional pozğunluqları nadir hallarda qeyd edilmişdir və tetrasiklinlərin, o cümlədən, doksisiklinin daxilə və parenteral tətbiqi ilə əlaqədar idi. Böyrək çatışmazlığı olan xəstələrdə tətbiqi Normal böyrək funksiyası olan şəxslərdə doksisiklinin təxminən 40%-i 72 saat ərzində böyrəklər vasitəsilə xaric edilir. Bu faiz göstəricisi ağır böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 10ml/dəq aşağı) 1-5%/72 saat aşağı diapazonuna qədər enə bilər. Tədqiqatlar zamanı doksisiklinin plazmadakı yarımxaricolma müddətində normal və ağır böyrək çatışmazlığı olan şəxslərdə əhəmiyyətli fərq qeyd edilməmişdir. Hemodializ doksisiklinin plazmadakı yarımxaricolma müddətinə təsir etmir. Tetrasiklinlərin anti-anabolik təsiri qanda sidik çövhərinin artmasına səbəb ola bilər. Bu günə qədər olan tədqiqatlarda göstərilmişdir ki, bu anti-anabolik təsir böyrək çatışmazlığı olan xəstələrdə Urosiklini istifadə etdikdə qeyd edilmir. Fotohəssaslıq Tetrasiklinləri, o cümlədən, doksisiklini qəbul edənlərin bəzilərində həddən artıq gündən yandıqda fotohəssaslıq reaksiyası qeyd edilmişdir. Birbaşa günəş şüalarının və ya ultrabənövşəyi işığın təsirinə məruz qalma ehtimalı olan xəstələrə xəbərdarlıq edilməlidir ki, tetrasiklinlər qrupu dərman vasitələri ilə müalicə zamanı bu kimi reaksiya ola bilər və dəridə eritemanın ilk əlaməti qeyd olunduqda müalicə dayandırılmalıdır. Mikrobioloji çoxalma Antibiotiklərin tətbiqi bəzən qeyri-həssas mikroorqanizmlərin həddən artıq çoxalmasına səbəb ola bilər. Xəstəni daimi nəzarət altında saxlamaq lazımdır. Əgər davamlı mikroorqanizm aşkar edilərsə, antibiotikin qəbulu dayandırılmalı və müvafiq müalicə tətbiq edilməlidir. Psevdomembranoz kolit Demək olar ki, bütün antibakterial vasitələrin, o cümlədən, doksisiklinin istifadəsi zamanı psevdomembranoz kolitin, yüngül formadan həyati təhlükəli formalara qədər inkişaf etmə ehtimalı qeyd edilir. Bu diaqnoz antibakterial vasitələrin qəbulundan sonra ishal ilə müraciət edən xəstələrdə nəzərə alınmalıdır. Demək olar ki, bütün antibakterial vasitələrin, o cümlədən, doksisiklinin istifadəsi zamanı Clostridium difficile əlaqəli ishalın (CDƏİ), yüngül ishaldan ölümlə nəticələnən kolitə qədər inkişaf etmə ehtimalı qeyd edilir. Antibakterial vasitələrlə müalicə bağırsağın normal florasını pozur və Clostridium difficile artmasına səbəb ola bilər. Clostridium difficile CDƏİ-ın inkişafına səbəb olan A və B toksinlərini ifraz edir. C.difficile-nin hipertoksin ifraz edən ştammları xəstəliyin və ölümün artmasına səbəb olur, çünki bu infeksiyalar antimikrob müalicəyə davamlı ola bilər və kolektomiyaya ehtiyac ola bilər. Antibiotik tətbiqindən sonra ishal ilə müraciət edən bütün xəstələrdə CDƏİ ehtimalı nəzərdən keçirilməlidir. CDƏİ antibakterial vasitələrin tətbiqindən iki ay sonra qeyd edildikdə anamnezin tam olması tələb olunur. Ezofagit Ezofageal zədələnmələr (ezofagit və xoralaşma), bəzən ağır formada qeyd edilmişdir. Xəstələr təlimatlandırılmalıdır ki, doksisiklin kapsulunu bol miqdarda (ən az 100 ml) su ilə, dik vəziyyətdə qəbul etsinlər və bilavasitə yatmazdan əvvəl qəbul etməsinlər (“İstifadə qaydası və dozası” bölməsinə baxın). Dispepsiya və ya retrosternal ağrı kimi simptomlar qeyd edilərsə, doksisiklinin qəbulu dayandırılmalı və ezofageal pozğunluğun səbəbi araşdırılmalıdır. Məlum olan ezofageal reflüks pozğunluqlarının müalicəsində ehtiyatlı olmaq lazımdır. Əmgəklərin qabarması Körpələrdə, xoşxassəli kəllədaxili hipertenziya ilə yeniyetmələrdə və tam terapevtik dozalar qəbul edən böyüklərdə qeyd edilmişdir. Dərman vasitəsinin qəbulu dayandırıldıqda isə bu tez keçmişdir. Zöhrəvi xəstəliklər Zöhrəvi xəstəliklərin müalicəsində və yanaşı sifilisin ehtimalı varsa, qara-sahəli müayinələr daxil olmaqla müvafiq diaqnostik tədbirlər aparılmalıdır. Belə hallarda hər ay, ən az dörd ay ərzində seroloji testlər edilməlidir. Beta-hemolitik streptokokk tərəfindən törədilən infeksiyalar A qrup beta-hemolitik streptokokk tərəfindən törədilən infeksiyalarda ən az 10 gün ərzində müalicə aparılmalıdır. Spiroxet infeksiyası olan bəzi xəstələrdə doksisiklinlə müalicəyə başladıqdan qısa müddət sonra Yariş- Herksheymer reaksiyası müşahidə oluna bilər. Xəstələri məlumatlandırmaq lazımdır ki, bu, spiroxet infeksiyasının antibiotiklərlə müalicəsinin, adətən, özünü məhdudlaşdıran nəticəsidir. Uşaqlar Dişlərin formalaşması zamanı (hamiləlik dövrünün son yarısı; körpələr və 8 yaşa qədər uşaqlar) tetrasiklinlər qrupu dərman vasitələri dişlərin bərpaolunmaz rəng dəyişikliyinə (sarı-boz-qəhvəyi) səbəb ola bilər. Bu xoşagəlməz təsirlər dərman vasitəsini uzun müddət istifadə etdikdə ən çox qeyd edilir, lakin təkrar qısamüddətli müalicə kursundan sonra da qeyd edilmişdir. Həmçinin, diş minasının hipoplaziyası da qeyd edilmişdir. 8 yaşdan kiçik uşaqlarda doksisiklini ağır və ya həyati təhlükəli hallarda (məsələn, “Qayalı dağlar” ləkəli qızdırma) yalnız potensial faydasının riskindən üstün olacağı gözlənildikdə, yalnız adekvat alternativ müalicə üsulları olmadıqda istifadə edin. 8 yaşdan 12 yaşa qədər uşaqlarda daimi dişlərin rənginin dəyişməsi riski nadir olsa da, digər dərmanların mövcud olmadığı, effektiv olması ehtimalı olmadığı və ya əks göstəriş olduğu hallarda doksisiklinin istifadəsi diqqətlə əsaslandırılmalıdır. Urosiklinin tərkibində laktoza vardır. Nadir irsi qalaktoza dözülməzliyi, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu olan xəstələr bu dərman vasitəsini qəbul etməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Varfarin və doksisiklin qəbul edən xəstələrdə protrombin vaxtının uzanması qeyd edilmişdir. Tetrasiklinlər plazma protrombininin aktivliyini azaltdığından, eyni zamanda istifadə olunan antikoaqulyantların dozasını azaltmaq tələb oluna bilər. Bakteriostatik dərman vasitələri penisillin kimi dərman vasitələrin bakterisid qabiliyyətinə təsir edə bilər, buna görə bu vasitələrlə birlikdə tətbiqi tövsiyə edilmir. Alüminium, kalsium, maqnezium tərkibli antasidlər və ya tərkibində bu kationlar olan digər dərman vasitələri, peroral sink, dəmir duzları və ya bismut vasitələri ilə eyni zamanda tətbiqi doksisiklinin sorulmasına təsir edə bilər. Alkoqol, barbituratlar, karbamazepin və ya fenitoin doksisiklinin qan zərdabında yarımxaricolma müddətini azaldır. Bir neçə hamiləlik halları və ya güclü qanaxmalar tetrasiklinlərin və peroral kontraseptivlərin birlikdə tətbiqi ilə əlaqələndirilmişdir. Tetrasiklinlərin və metoksifluranın birlikdə tətbiqi ölümlə nəticələnə bilən böyrək toksikliyinə səbəb ola bilər. Laborator testlər ilə qarşılıqlı təsiri Fluoressensiya testi sidikdə katexolamin səviyyələrinin artmasına səbəb ola bilər. Uyuşmazlığı Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Doksisiklin hamilələrdə tədqiq edilməyib. Hamiləlik dövründə istifadəsinə qəti zərurət və həkimin təyinatı olmadan istifadə edilməməlidir. (“Əks göstərişlər” bölməsində dişlərin inkişafına təsiri barəsində məlumata baxın). Heyvanlar üzərində aparılan tədqiqatların nəticələri göstərir ki, tetrasiklinlər plasentadan keçir, dölün toxumalarında aşkar olunur və inkişaf etməkdə olan dölə toksik təsir göstərə bilər (əsasən, skelet inkişafının ləngiməsi ilə əlaqəli). Hamiləliyin erkən dövründə müalicə olunan heyvanlarda da embriotoksikliyin dəlilləri qeyd edilmişdir. Laktasiya dövrü Bu qrup dərman vasitələri kimi, tetrasiklinlər də ana südündə aşkar olunduğuna görə, süd verən analarda istifadə edilməməlidir. (“Əks göstərişlər” bölməsində dişlərin inkişafına təsiri barəsində məlumata baxın). Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri tədqiq edilməyib. Doksisiklinin bu qabiliyyətlərə təsir etməsinə heç bir əsas yoxdur.
İstifadə qaydası və dozası
İstifadə qaydası Daxilə qəbul üçün. Urosiklin kapsulu kifayət miqdarda maye (ən az 100 ml su) ilə qəbul edilir. Yaxşı olardı ki, xəstə kapsulu oturmuş və ya ayaq üstə durmuş vəziyyətdə qəbul etsin və sonra ən az otuz dəqiqə dik vəziyyətdə dursun. Ezofageal qıcıqlanma və xoralaşma riskini azaltmaq üçün yatmazdan xeyli əvvəl qəbul edilməlidir. Mədə qıcıqlanması olarsa, kapsul qida və ya süd ilə qəbul edilməlidir. Tədqiqatlar göstərir ki, qida və ya süd Urosiklinin sorulmasına xüsusilə təsir etmir. Dozalanması Böyüklər və 12-18 yaş uşaqlar Böyüklərdə və 12-18 yaş uşaqlarda kəskin infeksiyaların müalicəsində Urosiklinin adi dozası ilk gün 200 mq-dır (birdəfəlik dozada və ya iki eyni dozalara bölərək 12 saatlıq intervalla tətbiq edilir), sonra isə hər gün 100 mq dəstəkləyici dozada tətbiq edilir. Daha ağır infeksiyaların (xüsusilə sidik yollarının xroniki infeksiyalarının) müalicəsində, müalicə müddəti ərzində hər gün 200 mq qəbul edilməlidir. Tövsiyə edilən dozanın aşılması xoşagəlməz təsirlərin baş vermə hallarının artmasına səbəb ola bilər. Müalicə simptomlar və qızdırma keçdikdən sonra ən az 24-48 saat davam etməlidir. Streptokokk mənşəli infeksiyalarda revmatik qızdırmanın və ya qlomerulonefritin qarşısını almaq üçün müalicə 10 gün davam etməlidir. 8-12 yaş uşaqlar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”bölməsi) 8 yaşdan 12 yaşa qədər olan uşaqlarda kəskin infeksiyaların müalicəsində digər dərmanların mövcud olmadığı, effektiv olması ehtimalı olmadığı və ya əks göstəriş olduğu hallarda doksisiklinin istifadəsi diqqətlə əsaslandırılmalıdır. Bu vəziyyətlərdə kəskin infeksiyaların müalicəsində dozalar aşağıdakı kimidir: • 45 kq və ya az çəkisi olan uşaqlarda – İlkin doza: 4,4 mq/kq (birdəfəlik dozada və ya iki eyni dozalara bölərək 2 dəfəyə (12 saatlıq intervalla) tətbiq edilir), dəstəkləyici doza: 2,2 mq/kq (birdəfəlik dozada və ya iki eyni dozalara bölərək 2 dəfəyə (12 saatlıq intervalla) tətbiq edilir). Daha ağır infeksiyaların müalicəsində, müalicə müddəti ərzində 4,4 mq/kq-a qədər dozada verilməlidir. • 45 kq-dan çox çəkisi olan uşaqlarda – Doza böyüklərdə olduğu kimidir. 0-dan 8 yaşa qədər uşaqlar Doksisiklin dişlərin rənginin dəyişməsi riski səbəbindən 8 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Əlavə təsirləri” bölmələrinə baxın). Spesifik infeksiyalarda dozalanma • Cinsi yolla yoluxan infeksiyalar, məsələn Chlamydia trachomatis tərəfindən törədilən ağırlaşmamış uretral, endoservikal və ya rektal infeksiyalar, Ureaplasma urealyticum tərəfindən törədilən qeyri- qonokokk uretrit: gündə 2 dəfə 100 mq, 7 gün ərzində qəbul edilir. • Ağırlaşmamış qonokokk infeksiyaları (kişilərdə anorektal infeksiyalar istisna olmaqla): gündə 2 dəfə 100 mq doksisiklin, 7 gün ərzində, əzələdaxili seftriakson ilə birlikdə tətbiq edilir. • Chlamydia trachomatis və ya Neisseria gonorrhea tərəfindən törədilən kəskin epididimo-orxit: gündə 2 dəfə 100 mq doksisiklin, 10 gün ərzində, əzələdaxili seftriakson ilə birlikdə tətbiq edilir. • Birincili və ikincili sifilis: hamilə olmayan penisillin-allergiyalı xəstələr üçün müalicə sxemi: gündə 2 dəfə 100 mq doksisiklin, 2 həftə ərzində, penisillin müalicəsinə alternativ olaraq. • Bit və gənə ilə daşınan qayıdan qızdırma və səpgili yatalaq: vəziyyətin ağırlığından asılı olaraq 100 mq və ya 200 mq birdəfəlik dozada qəbul edilir. • Erkən Laym xəstəliyi (birinci və ikinci mərhələ): klinik əlamətlərə, simptomlara və cavab reaksiyasına görə gündə 2 dəfə 100 mq, 10-30 gün ərzində qəbul edilir. • Xloroxinə rezistent ildırımsürətli malyariya: gündə 200 mq, ən az 7 gün ərzində qəbul edilməlidir. İnfeksiyanın potensial ağırlığına görə, Urosiklin ilə birlikdə xinin kimi sürətli təsirli şizontosid tətbiq edilməlidir; xininin tövsiyə edilən dozası müxtəlif bölgələrdə fərqlidir. • Malyariyanın profilaktikası: böyüklər üçün gündə 100 mq. Profilaktika malyariya bölgələrinə səyahətdən 1-2 gün əvvəl başlaya bilər. Bu, malyariya bölgələrinə səyahət müddətində hər gün və malyariya bölgəsini tərk etdikdən sonra 4 həftə ərzində davam etməlidir. • Vəbanın müalicəsi və seçici profilaktikası (böyüklər üçün): 300 mq birdəfəlik dozada qəbul edilir. • Yapon qızdırmasının (susuqamuşi) profilaktikası: 200 mq birdəfəlik dozada, həftədə bir dəfə qəbul edilir. • Səyahətçilərin ishalının profilaktikası (böyüklər üçün): böyüklərə səyahətin birinci günü 200 mq (birdəfəlik dozada və ya iki eyni dozalara bölərək 12 saatlıq intervalla tətbiq edilir), sonra isə səyahət bölgəsində olduğu müddət hər gün 100 mq qəbul edilir. Dərmanın profilaktik məqsədlə 21 gündən artıq istifadəsinə dair məlumat yoxdur. • Leptospirozun müalicəsi: gündə 2 dəfə 100 mq, 7 gün ərzində qəbul edilir. • Leptospirozun profilaktikası: səyahət bölgəsində olduğu müddət həftədə bir dəfə 200 mq və səyahətdən sonra 200 mq qəbul edilir. Dərmanın profilaktik məqsədlə 21 gündən artıq istifadəsinə dair məlumat yoxdur. • Bacillus anthracis həssas ştammları tərəfindən törədilən infeksiyalar: Böyüklər: gündə 2 dəfə 100 mq, 60 gün ərzində qəbul edilir. Yaşlılar Urosiklin hər hansı bir xüsusi ehtiyat tədbiri olmadan adi dozada təyin edilə bilər. Böyrək çatışmazlığında dozanın tənzimlənməsi tələb olunmur. Qaraciyərin funksional pozğunluğu olan xəstələr Qaraciyər çatışmazlığı olan xəstələrə və ya potensial hepatotoksik dərman vasitələrini qəbul edənlərə Urosiklin ehtiyatla tətbiq edilməlidir. Böyrək çatışmazlığı olan xəstələr Bu günə qədər aparılan tədqiqatlar göstərmişdir ki, böyrək çatışmazlığı olan xəstələrdə Urosiklin adi tövsiyə edilən dozalarda antibiotikin toplanmasına səbəb olmur.
Əlavə təsirləri
Tetrasiklinlərin, o cümlədən, doksisiklinin tətbiqi zamanı xəstələrdə aşağıdakı əlavə təsirlər qeyd edilmişdir: Əlavə təsirləri cədvəli Sistem Orqan Çox tez Tez-tez Az Nadir hallarda Məlum deyil Sinif ≥1/10 ≥1/100 – <1/10 ≥1/1000 – ≥1/10000 – <1/1000 (mövcud olan <1/100 məlumatlarla qiymətləndirilməsi mümkün deyil) Qan və limfa Trombositopeniya sisteminin Hemolitik anemiya patologiyaları Neytropeniya Eozinofiliya İmmun Anafilaktik Eozinofiliya və Yariş-Herksheymer sistemin reaksiya (o sistem simptomlar ilə reaksiyası (“Xüsusi patologiyaları cümlədən, yüksək müşayiət olunan göstərişlər və həssaslıq, Şönleyn dərman reaksiyaları ehtiyat tədbirləri” Genox- purpurası, (ESSDR) bölməsinə baxın) hipotenziya, perikardit, angioödem, sistem eritematoz qurdeşənəyi xəstəliyinin kəskinləşməsi, təngnəfəslik, zərdab xəstəliyi, ətrafların ödemləri, taxikardiya və övrə) Endokrin Qalxanvarı vəzin pozğunluqlar qəhvəyi-qara mikroskopik rəng dəyişikliyi Metabolizm və Anoreksiya qidalanma pozğunluqları Sinir Baş ağrısı Əmgəklərin sisteminin qabarması patologiyaları Xoşxassəli kəllədaxili hipertenziya Eşitmə orqanı Qulaqlarda küy və labirint patologiyaları Damar Hipotenziya “İsti basması” hissi patologiyaları Mədə- Ürəkbulanma/ Dispepsiya Psevdomembranoz Dişlərin rənginin a bağırsaq qusma (qıcqırma/ kolit dəyişməsi sisteminin qastrit) C.difficile əlaqəli patologiyaları ishal Ezofageal xoralaşmalar Ezofagit Enterokolit Anogenital nahiyənin iltihabi zədələnmələri (monilial böyümə ilə) Qarın ağrısı İshal Disfagiya Qlossit Qaraciyər və Hepatotoksiklik öd yollarının Hepatit patologiyaları Qaraciyərin funksional pozğunluğu Dəri və İşığa Səpgi, o cümlədən Toksik epidermal dərialtı həssaslıq makulopapulyar və nekroliz toxumaların reaksiyası eritematoz səpgilər Stivens-Conson patologiyaları sindromu Çoxformalı eritema Eksfoliativ dermatit Fotoonixoliz Sümük-əzələ Artralgiya sistemi və Mialgiya birləşdirici toxumaların patologiyaları Böyrək və Qanda sidik sidikçıxarıcı cövhərinin artması yollarının patologiyaları İnfeksiyalar və Vaginal Kandida infeksiyası yoluxmalar infeksiyalar Psevdomembranoz kolit Clostridium difficile tərəfindən törədilən kolit a Doksisiklinin istifadəsi zamanı daimi dişlərin rənginin səthi və geridönən dəyişməsi qeyd edilmişdir, lakin mövcud olan məlumatlarla tezliyinin qiymətləndirilməsi mümkün deyil. Ehtimal edilən əlavə təsirlər barəsində məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyata alınmasından sonra ehtimal edilən əlavə təsirlər barədə məlumatın yığılması vacibdir. Bu, dərman vasitəsinin fayda/risk nisbətinin daimi qiymətləndirilməsi üçün imkan yaradır. Tibb işçilərindən xahiş olunur ki, hər hansı bir şübhəli əlavə təsir barəsində milli hesabat sistemi vasitəsilə məlumat versinlər. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərman vasitəsinin təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz. Xahiş olunur ki, məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna verilsin (Ünvan: AZ1065, Azərbaycan Respublikası, Bakı şəhəri, C. Cabbarlı küç., 34; telefon: +99412 596 05 20; faks: +99412 596 07 16; e-mail: [email protected]. Qaynar xətt: +99412 596 07 12).
Doza həddinin aşılması
Müalicəsi Antibiotiklər ilə kəskin zəhərlənmələr nadirdir. Doza həddinin aşılmasında dərman vasitəsinin qəbulu dayandırılmalıdır. Mədə yuyulmalı və müvafiq dəstəkləyici müalicə aparılmalıdır. Dializ zərdabdan yarımxaricolma müddətinə təsir etmir, buna görə doza həddinin aşılmasında faydalı deyil.
Buraxılış forması
10 kapsul PVX-Al blisterdə. 1, 2 və ya 10 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, öz qablaşdırmasında, işıqdan və rütubətdən qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Utilizasiya zamanı və digər davranış prosedurlarında xüsusi ehtiyat tədbirləri Xüsusi tələblər yoxdur.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Medochemie Ltd. 1-10 Constantinoupoleos Street, 3011 Limassol, Kipr (Avropa).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.