Klindabioks 100 mq N3 vaginal şam
| Təsiredici maddə | CLINDAMYCIN |
|---|---|
| Dərman forması | Vaginal şam |
| Farmakoloji təsir | Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və mikrobəleyhinə preparat. Antibiotik |
| İstehsal ölkəsi | Moldova |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
19,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KLİNDABİOKS vaginal suppozitoriyalar CLINDABIOX Beynəlxalq patentləşdirilməmiş adı: Clindamycin
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq klindamisin (klindamisin fosfat şəklində) vardır. Köməkçi maddələr:bərk yağ.
Təsviri
Silindirokonik formalı, ağ və ya sarıyaçalan ağımtıl rəngli şamlardır.
Farmakoterapevtik qrupu
Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və mikrobəleyhinə preparat. Antibiotik. ATC kodu: G01AA10.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Antibakterial preparatdır. Klindamisin linkozamid qrupuna daxil olan antibiotikdir. Ribosom membranının 50S subvahidi ilə birləşib, mikroorqanizmlərdə zülal sintezinə tormozlayıcı təsir göstərir. Müalicəvi dozalarda bakteriostatik, yüksək dozalarda isə həssas ştammlara qarşı bakterisid təsir göstərir. Aşağıda göstərilən çoxsaylı mikroorqanizmlərə qarşı aktivdir: aerob qrammüsbət bakteriyalar (Staphylococcus aureus, S. epidermidis, Streptococcus spp. (S. faecalis istisna olmaqla), Bacillus anthracis, Corynebacterium diphtheriae, Pneumococci); Anaerob qrammənfi bakteriyalar (B. fragilis və B. melaninogenicus qrupları daxil olmaqla Bacteroides spp., Fusobacterium spp. (F. Varium istisna olmaqla), Veillonella); Anaerob qrammüsbət spor əmələ gətirməyən bakteriyalar (Propionibacterium, Eubacterium); Anaerob və mikroaerofil qrammüsbət kokklar (Peptococcus spp., Peptostreptococcus spp.). Actinomyces spp., və Nokardia asteroides bəzi ştammları klindamisinə qarşı həssasdır. Klindamisin həmçinin, Chlamidia trachomatis, Clostridium perfinges və Clostridium tetani çoxsaylı ştammlarına qarşı aktivdir. Trichomonas vaginalis, Candida albicans preparatın təsirinə davamlıdır. Farmakokinetikası Preparatın intravaginal yeridilməsi zamanı sistem absorbsiyası təxminən 5% təşkil edir. Plasentar və histoloji baryerləri yaxşı keçir; bioloji mayelərə və toxumalara asan keçir, HEB-i çətin keçir (beyin qişalarının iltihabında HEB-ə keçməsi yüksəlir). Klindamisinin yüksək konsentrasiyası öddə qeyd olunur. Klindamisin leykositlərdə və makrofaqlarda toplanır; dölün orqanlarında aşkar edilir; ana südü ilə sekresiya olunur. Qaraciyərdə aktiv (N-dimetilklindamisin və klindamisinsulfoksid) və qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə intensiv metabolizə olunur. Yarımxaricolma dövrü 1,5- 3,5 saat təşkil edir, ağır böyrək xəstəlikləri olan xəstələrdə artır. Dozanın təxminən 10%-i sidiklə və təxminən 4%-i nəcislə xaric olur. Ekskresiya 7gün ərzində tədricən davam edir. Preparat qandan dializ yolu ilə xaric olmur.
İstifadəsinə göstərişlər
Preparata qarşı həssas olan mikroorqanizmlərin törətdiyi ginekoloji infeksiyalar (uşaqlıq yolunun infeksiyaları, endometrit, yumurtalıqların abssesi, salpingit, pelvioperitonit, bakterial vaginoz).
Əks göstərişlər
Hiperhəssaslıq, miasteniya, qaraciyər və böyrək funksiyasının nəzərəçarpan pozğunluqları, laktasiya (müalicə zamanı ana südü ilə qidalandırma dayandırılır).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Klindamisin plasentanı keçərək, dölün qan dövranına daxil olur. Ana südü ilə xaric olur. Əgər, klindamisinin hamiləlik dövründə istifadəsinin ana üçün faydası döl üçün potensial riskdən üstündürsə, o zaman preparatın istifadəsi mümkündür. Preparatdan istifadə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. – Bu suppozitoriyanın tərkibində yağ komponenti vardır və sonuncu hamiləlikdən qorunmaq üçün istifadə olunan qoruyucunu (prezervativi) və diafraqma rezini qoruyucusunu zəiflətməklə onların baryer kontraseptiv funksiyasını azaldaraq arzuolunmaz hamiləliyə və yaxud cinsi yolla yoluxan xəstəliyin yaranmasına səbəb ola bilər. Odur ki, bu suppozitoriya istifadə olunduğu zaman kontraseptiv vasitə kimi qoruyucu və diafraqmanın istifadəsinə etibar edilməməlidir. – Preparat təyin olunan kimi müvafiq laborator üsullarla Trichomonas vaginalis, Chlamydia trachomatis, N. Gonorrhoeae, Candida ablicans və Herpes simplex infeksiyaları istisna edilməlidir. – Xəstə qadına xəbərdarlıq edilməlidir ki, bu preparatla müalicə zamanı cinsi əlaqədə olmasın və yaxud digər intravaginal müalicələr qəbul etməsin. – Bu preparatdan istifadə müddətində preparata həssas olmayan digər mikroorqanizimlərin güclü inkişafı baş verə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat rifampisinin, aminoqlikozidlərin – streptomisinin, gentamisinin təsirini gücləndirir, n- xolinoblokatorların yaratdığı miorelaksasiyanı dərinləşdirir. Eritromisinlə, ampisillinlə, difenilhidantoinlə, barbituratlarla, aminofillinlə, kalsium qlükonatla və maqnezium sulfatla preparatın uyuşmazlığı vardır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər, klindamisinin hamiləlik dövründə istifadəsinin ana üçün faydası döl üçün potensial riskdən üstündürsə, o zaman preparatın istifadəsi mümkündür. Preparatdan istifadə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyətə, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparat intravaginal istifadə olunur. İstifadəsindən öncə 1 suppozitoriya kontur qablaşdırmadan azad olunaraq, uşaqlıq yolunun daxilinə arxası üstə üzanmış vəziyyətdə dərinə yeridilir. Böyüklər: 3-7gün ərzində gündə 1dəfə 1 suppozitoriya, yuxudan bilavasitə öncə,.
Əlavə təsirləri
Sidik-cinsiyyət sisteminə: servisit, vaginit, vulvovaginal qıcıqlanma. Qanyaradıcı orqanlara: nadir hallarda keçici leykopeniya, neytropeniya, eozinofiliya, aqranulositoz, trombositopeniya. Allergik reaksiyalar: makulo-papulyoz səpgilər, övrə, qaşınma. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, ishal, metiorizm, abdominal ağrı.
Doza həddinin aşılması
Preparatın zəif absorbsiya olunması ilə əlaqədər doza həddinin aşılması çox az mümkündür.
Buraxılış forması
3 suppozitoriya, PVX/PE konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, dondurulmamaq şərti ilə, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi FARMAPRİM MMC Krinilor küç.5, Porumben s., Kriulen r-nu., MD-4829, Moldova Respublikası. www.farmaprim.md
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.