KLINDASIN T 30 GR GEL
| Təsiredici maddə | CLINDAMYCIN PHOSPHATE |
|---|---|
| Dərman forması | Gel |
| Farmakoloji təsir | Adi civzələrin müalicəsi üçün dəri üzərində istifadə edilən antimikrob vasitələr |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
15,54 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KLİNDASİN T 10 mq/q (1%) gel Beynəlxalq patentləşdirilməmiş adı: Clindamycin
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində klindamisin fosfat şıklində 10 mq klindamisin vardır. Köməkçi maddələr:porpilenqlikol, izopropil spirti, təmizlənmiş su, hidroksipropilsellüloza, Natrium hidroksid.
Təsviri
Rəngsiz, şəffaf, əlavələrsiz və gözlə görünməyən çöküntülərdən azad geldir.
Farmakoterapevtik qrupu
Adi civzələrin müalicəsi üçün dəri üzərində istifadə edilən antimikrob vasitələr. ATC kodu: D10AF01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Klindamisin linkozamidlər qrupundan olan yarımsintetik antibiotikdir. Bakteriostatik təsirə malikdir, yüksək konsentrasiyalarda bakterisid təsir göstərə bilir. Antibakterial təsirin mexanizmi 50S-subvahid ribosomu ilə geridönən birləşməsi və polipeptid zəncirin yaranmasının pozulması ilə zülalın biosintezinin blokada edilməsilə əlaqədardır. Klindamisin dəri səthində sərbəst yağ turşularının miqdarını azladır. Klindamisin bir çox qrammənfi və qrammüsbət bakteriyalara təsir edir, o cümlədən, Propionibacterium acnes-in bir çox ştammlarına. Klindamisin gel formasında Sasən adi civzənin müalicəsi üçün istifadə edilir. Dəridə adi civzələrdə istifadə edilən klindamisin adi civzənin yaranmasının əsas etioloji faktorlarından biri olan Propionibacterium acnes bakteriyalarının əksər ştammlarının məhv edilməsi üçün kifayət qədər konsentrasiyada qara civzələrə nüfuz edir. Civzəli dəridə klindamisinin preparatlarının istifadəsi zamanı dərinin sakitləşməsinin təzahürü əksər pasiyentlərdə 6 həftə ərzində müşahidə edilir. Müalicənin optimal nəticəsi 8-12 həftədən sonra qeyd edilir. Farmakokinetikası Klindamisin T preparatının gel formasının tərkibində olan klindamisinin sistem sorulmasının dərəcəsi çox məhduddur. Civzəli pasiyentlərdə klindamisinin çoxsaylı (5 gün) yerli istifadəsi zamanı təhlükəsiz, lakin civzənin müalicəsi üçün əhəmiyyətli dərəcədə maksimal məsləhət görülən dozasının aşılması zamanı qan zərdabında müəyyən edilən klindamisinin miqdarı əhəmiyyətsiz dərəcədə olmuşdur (plazmada ölçülən konsentrasiya medianı 2 nq/ml-i aşmamışdır). Klinikayaqədərki təhlükəsizlik barədə məlumatlar Siçovullarda və siçanlarda aparılan tədqiqatlar klindamisinin sutkada bədən çəkisinə 100 mq/kq- dan bədən çəkisinə 600 mq/kq dozya qədər dərialtı və peroral yeridilməsi zamanı klindamisinin dölə arzuolunmayan təsirini aşkar etməmişdir.
İstifadəsinə göstərişlər
Adi civzələrin yerli müalicəsi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə və linkomisinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat, müstəsna olaraq, dəri üzərində istifadə üçün nəzərdə tutulub. Dərinin yerli qıcıqlanması və ya Klindamisin T-yə qarşı allergiyanın olduğundan xəbə verən simptomların (qaşınma, səpgi) təzahürü zaman onun istifadəsini dayandırmaq lazımdır. Preparatın gözlərlə, selikli qişalarla, eləcə də, zədəli dərilə kontaktından çəkinmək lazımdır. Gelin təsadüfən bu nahiyələrə düşməsi zamanı çox miqdarda ilıq su ilə yaxşıca yumaq lazımdır. Klindamisin peroral və ya parenteral istifadəsi zamanı bir çox digər antibiotiklər kimi psevdomembranoz kolitə səbəb ola bilər. Psevdomembranoz kolitin simptomları (əsasən davamlı ağır ishal) klindamisinin dəri üzərində istifadəsi zamanı çox nadir hallarda müşahidə edilib. Lakin pasiyentə Klindasin T preparatının istifadəsi zamanı ishalın yarandıqdadərhal onun istifadəsinin dayandırlması və səbəbi aşkar etmək və müvafiq müalicə təyin etmək üçün həkimə müraciət etməsi barədə məlumat vermək lazımdır. Bəzi hallarda vankomisinlə və ya metronidazolla müalicənin istifadəsi vacib ola bilər. Klindasin T yerli istifadəsi zamanı praktik olaraq qana sorulmur, lakin anamnezində koliti, Kron xəstəliyi, postantibiotik koliti olan pasiyentlərdə xüsusilə ehtiyatlı olmaq lazımdır. Dərman vasitəsinin 1 q-nın tərkibində 50 mq propilenqlikol vardır. Propilenqlikol dərinin qıcıqlanmasına səbəb ola bilər. Klindasin T preparatını açıq yarası və ya dərinin geniş səthinin zədələnməsi olan 4 həftəyə qədər olan uşaqlarda istifadə etmək olmaz (məsələn, yanıq).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klindamisin sinir-əzələ ötürücülüyünü zəiflədir, bu səbəbə görə əzələ tonusunu azaldan dərman vasitələrilə eyni vaxtda istifadəsi onların təsirini gücləndirə bilər. Əzələ tonusunu azaldan preparatlarla birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Eyni vatda digər yerli istifadə edilən preparatlarla istifadəsi qıcıqlandırıcı effektin cəmlənməsinin inkişafına səbəb ola bilər. Farmasevtik uyuşmazlığı İstifadə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlarda dərman vasitəsinin istifadəsinin effektivliyinə və təhlükəsizliyinə dair tədqiqatların olmaması ilə əlaqədar klindamisini hamilə qadınlara, yalnız son dərəcə zərurət olduğu halda təyin etmək olar. Laktasiya Daxilə qəbulundan və ya parenteral yeridilməsindən sonra klindamisin ana südünə nüfuz edir, bu səbəbə görə preparatın dəri səthindən sorulmasını nəzərə alaraq, klindamisini laktasiya dövründə olan qadınlarda istifadə etmək olmaz. Fertillik Hazırkı dövrə qədər heyvanlar üzərində aparılan tədqiqatlarda dölə mənfi təsiri aşkar edilməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın avtonəqliyyat idarə etmək və hərəkətli mexanizmlərlə işləmək qabiliyyətinə təsirinə dair məlumat yoxdur.
İstifadə qaydası və dozası
Klindasin T dəri üzərində yerli istifadə üçün nəzərdə tutulub. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Gel sutkada 2 dəfə səhər və axşam nazik qatla dərinin zədələnmiş nahiyəsinə sürtülür. Müalicənin orta müddəti təqribən 4-8 həftədir. Geli mütləq təmizlənmiş quru dəriyə çəkmək lazımdır. Gelin istifadəsindən sonra əlləri yaxşıca yumaq vacibdir. 12 yaşa qədər uşaqlar Klindasin T preparatının 12 yaşa qədər uşaqlarda istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə preparatın dozalanmasını dəyişməyə ehtiyac yoxdur. Böyrək çatışmazlığı zamanı dozalanma Böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın dozasının dəyişdirilməsi tələb edilmir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İnfeksion və parazitar xəstəliklər Məlum deyil: follikulit. Mədə-bağırsaq sistemində baş verən pozuntular Məlum deyil: qarın nahiyəsində ağrı, meteorizm, ishal. Dəridə və dərialtı toxumada baş verən pozuntular Məlum deyil: yanma, qaşınma, eritema, həddindən artıq quru və ya yağlı dəri, kontakt allergik dermatit.
Doza həddinin aşılması
Yerli istifadə edilən klindamisin fosfatın doza həddinin aşılması sistem əlavə təsirlərin inkişafına səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Buraxılış forması
30 q gel, lateks halqalı və polietilen buşonlu membranlı alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, kip bağlı tubda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Utilizasiyasına dair xüsusi ehtiyat tədbirləri Xüsusi tələb yoxdur. Dərman vasitəsinin hər hansı istifadə edilməyən qalığı və ya istifadə tullantısını yerli qaydalara əsasən utilizasiya etmək lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinini sahibi “Polfa” Tarxominskiy əczaçılıq zavodu SC. 03-176 Varşava, A. Fleminqa 2 k.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.