Klotrimazol 100 mq N6 vaginal şam Farmaprim

Təsiredici maddə: CLOTRIMAZOLE
Təsiredici maddəCLOTRIMAZOLE
Dərman formasıVaginal şam
Farmakoloji təsirAntifunqal (göbələkəleyhinə) preparat
İstehsal ölkəsiMoldova

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KLOTRİMAZOL vaginal şamlar Beynəlxalq patentləşdirilməmiş adı: Clotrimazole

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq klotrimazol vardır. Köməkçi maddələr: bərk yağ.

Təsviri

Silindrik-konik formalı, ağ və ya sarıyaçalan ağımtıl rəngli şamlardır. En kəsiyində hava və qıfvari boşluğunun olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Antifunqal (göbələkəleyhinə) preparat. ATC kodu: G01AF02

Farmakoloji xüsusiyyətləri

Klotrimazol – geniş təsir spektrli göbələk əleyhinə preparatdır. Antibakterial, trixomonasid və göbələk əleyhinə təsir göstərir. Farmakodinamikası Preparat aşağıda göstərilən mikroorqanizmlərə qarşı aktivdir: Dermofitlər (Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), mayayabənzər və kif göbələkləri (Candida nəslindən, Torulopsis glabrata, Rhodotorula nəslindən); Malassezia furfur; qrammüsbət (Corynebacterium minutissimum, Staphylococcus spp., Streptococcus spp.) və qrammənfi bakteriyalar (Bacteroides, Gardnerella vaginalis); Trichomonas vaginalis. Klotrimazolun təsir mexanizmi onun göbələyin hüceyrə membranı- nın yaranması üçün zəruri olan erqosterolun sintezini tormozlamasından ibarətdir ki, bu da onun keçiri- ciliyinin pozulmasına və hüceyrənin məhvinə gətirib çıxarır. Farmakokinetikası İntravaginal yeritmə zamanı dozanın 3-10%-i absorbsiya olunur. Qaraciyərdə qeyri-aktiv metabolitlərə qədər sürətlə biotransformasiya olunur və nəcislə xaric olur. Vaginal ifrazatında yüksək, qanda cüzi konsetrasiyası 48-72 saat ərzində saxlanılır.

İstifadəsinə göstərişlər

Kandidoz vaginit.

Əks göstərişlər

Klotrimazola qarşı yüksək həssaslıq, hamiləliyin 1-ci trimestri. Laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yerli reaksiyalar əmələ gəldikdə müalicə dayandırılır. Əgər 4 həftə ərzində klinik yaxşılaşma qeyd olunmazsa, o zaman diaqnozu dəqiqləşdirmək üçün mikrobioloji müayinələr keçirilməlidir. Reinfeksiyaların qarşısını almaq üçün cinsi tərəfdaşların müalicəsi birgə aparılmalıdır. Trixomoniaz zamanı preparatla birgə sistem kimya-terapevtik vasitələrin (metronidazol daxilə) qəbulu tövsiyə edilir. Menstruasiya zamanı preparat istifadə olunmur. Aşağıdakı hallarda həkim məsləhəti tövsiyə olunur: – Kandidoz vaginitin son 6 ay ərzində 2 dəfədən çox infeksiyası – Anamnezdə və ya cinsi tərəfdaşda cinsi yolla yoluxan infeksiyanın olması – 16 yaşdan kiçik və ya 60 yaşdan yuxarı yaş dövrü – İmidazola və ya digər vaginal göbələk əleyhinə preparatlara qarşı yüksək həssaslıq Aşağıdakı hallarda dərman vasitəsi həkim məsləhəti olmadan istifadə olunmamalıdır: – Qeyri-müntəzəm vaginal qanaxmalar – Patoloji vaginal qanaxma və ya qanlı ifrazat – Vulva və ya uşaqlıq yolundan xoraların və ya yaraların olması – Qarnın aşağı nahiyəsində ağrı və ya dizuriya – Hər hansı əlavə təsir: qızartı, qıcıqlanma, şişkinlik – Qızdırma və ya titrəmə – Ürəkbulanma və ya qusma – Diareya – Pis qoxulu vaginal ifrazat 1 həftə ərzində əlamətlər keçib getmədiyi halda həkimə müraciət olunmalıdır. 7 gündən sonra əlamətlər qayıdarsa, müalicəni təkrarlamaq olar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Göbələk əleyhinə digər preparatlarla klotrimazolun birgə istifadəsi zamanı onların effektivliyi azalır. Deksametazon yüksək dozalarda klotrimazolun göbələk əleyhinə təsirini tormozlayır. Amfoterisin B, nistatin ilə birgə istifadə edildikdə klotrimazolun aktivliyi azalır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Eksperemental müayinələr zamanı müalicəvi dozalarda istifadə edildikdə embriotoksik təsir qeyd olunmayıb. Klotrimazolun hamiləliyin 1-ci trimestrində istifadəsi tövsiyə edilmir. Əgər laktasiya dövründə istifadəsi zəruri olarsa, o zaman müalicə müddətində ana südü ilə qidalandırma dayandırıl- malıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyətə, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə təsir göstərimir.

İstifadə qaydası və dozası

Preparat intravaginal istifadə edilir. Böyüklər: 6-7 gün ərzində gündə 1 dəfə (yatmazdan əvvəl) 100 mq (1 suppozitoriya). Müalicə kursunun xarici genital orqanlara klotrimazol kreminin istifadəsi ilə birgə aparılması tövsiyə olunur. Ehtiyac old- uqda müalicə kursunu təkrarlamaq olar. Doğuş yollarının sanasiyası üçün preparat birdəfəlik istifadə edilir.

Əlavə təsirləri

İntravaginal yeritmə zamanı – selikli qişaların hiperimiyası və ödemi, qaşınma, yandırma.

Doza həddinin aşılması

Preparatın cüzi absorbsiyası ilə əlaqədər doza həddinin aşılması intravaginal yeridilmə zamanı çox az mümkündür.

Buraxılış forması

Vaginal suppozitoriylar. 6 suppozitoriya, PVX blisterlərdə. 1 blister (6 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C –dən yuxarı olmayan temperaturda, dondurulmamaq şərti ilə, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Kişinyov şəh., Krinilor küç.5, Porumben s., Kriulen r-nu., MD-4829, Moldova Respublikası. www.farmaprim.md

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Klotrimazol 100 mq N6 vaginal şam Farmaprim” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar