Front 2 N7 vaginal şam

Təsiredici maddə: CLINDAMYCIN + KETOCONAZOLE
Təsiredici maddəCLINDAMYCIN + KETOCONAZOLE
Dərman formasıVaginal şam
Farmakoloji təsirİntravaginal istifadə üçün antibakterial və göbələkəleyhinə antibiotiklər
İstehsal ölkəsiArgentina

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

23,02 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FRONT 2 vaginal suppozitoriyalar (şamlar)

Tərkibi

Təsiredici maddələr: 1 vaginal şamın tərkibində 100 mq klindamisin (klindamisin fosfat), 400 mq ketokonazol vardır. Köməkçi maddələr: bərk yarımsintetik qliseridlər

Təsviri

Ağ və ya saımtil rəngə qədər olan yumşaq vaginal suppozitoriyalardır.

Farmakoterapevtik qrupu

İntravaginal istifadə üçün antibakterial və göbələkəleyhinə antibiotiklər. ATC kodu: G01AA10; G01AF11.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Klindamisin – linkozamidlər qrupuna aid olan mikrobəleyhinə geniş təsir spektrinə malik antibiotikdir. Təsir mexanizmi ribosom membranının 50S subvahidi ilə birləşməsi və mikrob hüceyrəsində zülal sintezini inhibə etməsinə əsaslanır. Bakteriostatik təsir göstərir. Klindamisin aşağıdakı mikroorqanizmlərin ştammlarının törətdiyi bakterial vaginozda aktiv mikrob əleyhinə (in vitro) təsirə malikdir: Bacteroids spp, Gardnerella vaginalis, Mobiluncus spp, Micoplasma hominis, Peptostrepcoccus. Bəzi qram-müsbət kokklara qarşı bakterisid təsirə malikdir. Staphylococcus spp. (o cümlədən Staphylococcus epidermidis, penisillinaza hasiledən və etməyən), Streptococcus spp. (Enterococcus faecalis istisna olmaqla), Streptococcus pneumoniae, Corynebacterium diphtheriae, Mycoplasma spp., Anaerob və mikroaerofil və qram-müsbət kokklar: (o cümlədər Peptococcus spp. və Peptostreptococcus spp.), Clostridium perfringens, Clostridium tetani, Bacteroides spp. (o cümlədən Bacteroides fragilis və Prevotella melaninogenica), Fusobacterium spp., Propionibacterium spp., Eubacterium spp. və Actinomyces israelii qarşı aktivliyə malikdir. Clostridium perfringens ştammlarının əksəriyyəti klindamisinə həssasdır, lakin Clostridium spp.- nin bəzi növləri (Clostridium sporogenes, Clostridium tertium) təsirə davamlı olduğuna görə Clostridium spp. mənşəli infeksiyalarda antibiotikoqramın təyini məsləhtdir. Ketokonazol – imidazoldioksolan törəməsidir. Dermatofitlərə qarşı funqisid və funqistatik təsirə malikdir: Trichophyton spp., Epidermophyton floccosum, Microsporum spp:, maya və mayayabənzər göbələklər: Candida spp., Pityrosporum spp., Torulopsis, Cryptococcus spp.; dimorf göbələklər və eumisetlər. Ketokonazol stafilokokklar və streptokokklar əleyhinə aktivliyə malikdir. Təsir mexanizmi erqosterol biosintezinin inhibə edilməsi və göbələklərin membranının lipid tərkibinin dəyişməsinə əsaslanır. Farmakokinetikası Klindamisin: lokal istifadə zamanı Klindamisinin sistem sorulma dərəcəsi çox aşağıdır. Vaginal yolla istifadə zamanı qanda konsentrasiyası təxminən 2-8%-ə qədər olur. Dəriyə istifadə zamanı qanda konsentrasiya dərəcəsi olduqca aşağıdır (0-dan 3 nq/ml-ə qədər). Vaginal üsulla yeridilmə zamanı klindamisin metobolizmə uğramır və vaginanın özünütəmizləmə mexanizmi ilə xaric olunur. Ketokonazol: intravaginal istifadə zamanı ketokonazol çox az miqdarda qan dövranına daxil olur. Ketokonazolun 400 mq dozada intravaginal istifadəsindən sonra qadınlarda qan plazmasında maksimal konsentrasiya 0-20,7 nq/ml-ə bərabər olur.

İstifadəsinə göstərişlər

Preparat Gardnerella vaginalis, Mobiluncus və digər anaerob bakteriyaların, o cümlədən qarışıq vaginitlərin və vaginal kandidozun yaratdığı bakterial vaginozun müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Preparatın tərkibində olan təsiredici maddələrə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. Preparatın eyni zamanda daha əvvəllər Kron xəstəliyi keçirmiş, xoralı kolit və ya antibiotiklərin yaratdığı kolitdən əziyyət çəkən xəstələrə təyini əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İntravaginal istifadə edilən digər vasitələrlə pararlel istifadəsi məsləhət deyil. Hamiləliyin ilk trimestrində və laktasiya zamanı preparatın istifadəsi döl və yenidoğulmuş üçün risk yarada bilər. Uzunmüddətli və nəzarətsiz istifadəsi bağırsağın selikli qişasında iltihaba və ishala səbəb ola bilər. Preparatın istifadəsindən əvvəl əllər yuyulmalıdır. Klindamisinin istifadəsi qeyri-həssas mikroorqanizmlərin (kandidoz) inkişafına səbəb ola bilər. Preparatın istifadəsi zamanı cinsi əlaqədə olmaq məsləhət görülmür. Dərman vasitəsinin istifadəsi zamanı vaginal nahiyədə qıcıqlanma, sancı və qaşınma kimi arzuolunmaz hallara təsadüf edilə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Klindamisin rifampisinin, aminoqlikozidlərin təsirini gücləndirir. N-xolinoblokatorların miorelaksasiyaedici təsirini artırır. Ketokonazol: intravaginal istifadəsi haqqında məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı ilk trimestrdə istifadəsi məsləhət deyil, digər trimestrlərdə preparatın təyini potensial fayda və mümkün risk nəzərə alınmaqla təyin edilməlidir. Laktasiya dövründə preparatın istifadəsinə heç bir məhdudiyyət yoxdur. Dərman vasitəsi əhəmiyyətli dərəcədə sorulmadığına görə Ketokonazol və Klindamisinin vaginal yolla toksikliyi qeyri-mümkündür. Ketokonazol və Klindamisinlə bağlı in virto tədqiqatlar zamanı preparatın mutagen təsiri aşkar edilməmişdir.

İstifadə qaydası və dozası

Sutkada bir dəfə gecə yatmazdan əvvəl 1 vaginal şam uşaqlıq yoluna dərinə yeridilir. Müalicə müddəti 7 gündür.

Əlavə təsirləri

Həssas orqanizmə malik xəstələrdə preparat vaginal seliyin quruluğuna, xarici cinsiyyət orqanlarında (vulvada) qıcıqlanmaya və qaşınmaya səbəb ola bilər. Əlavə təsirər dərman vasitəsinin istifadəsini dayandırdıqdan sonra aradan qalxır. Genital kanal: simptomatik servisit (16%), Candida albicans (11%), vaginal trixomonadlar (1%), vulvada qıcıqlanma (6%); Mərkəzi sinir sistemi: şüurun müvəqqəti itməsi, başağrıları, başgicəllənmə Dəri xəstəlikləri: səpgi; Mədə-bağırsaq xəstəlikləri: mədədə qıcqırma, ürəkbulanma, qusma, diareya, qəbizlik, abdominal nahiyədə ağrılar. Hiperhəssaslıq: allergik səpgilər. Klindamisinin lokal istifadəsindən sonra yarana bilən digər əlavə təsirlər: psevdomembranoz kolit də daxil olmaqla ağır (şiddətli) kolit, kontakt dermatit, eritima və dəridə qıcıqlanmalar, dərinin yağlılığının artması, qram-mənfi mikrobların yaratdığı follikulit, abdominal nahiyədə ağrılar və mədə-bağırsaq xəstəlikləri. Klindamsinin birbaşa oral və vaginal istifadəsini qarşılaşdıran tədqiqatlar aparılmadığına görə bu haqda məlumatlar mövcud deyil.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması ilə bağlı məlumat verilməmişdir. Doza həddinin aşılması və ya intoksikasiya hallarında ən yaxın xəstəxanaya və yaxud toksikoloji mərkəzə müraciət edilməlidir.

Buraxılış forması

7 vaginal şam, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25С-dən yüksək olmayan temperaturda, öz qutusunda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

INSTITUTO BIOLÓGICO ARGENTINO S.A.I.C., Argentina Respublikası. Ünvan Calle 606 Dr. Dessy 351 B1867DWE Florencio Varela, Buenos Aires, Argentina. Eksklüziv distribyutor Helmes Europe d.o.o, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Front 2 N7 vaginal şam” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar