Ketonal 50 mq N25 kapsul
| Təsiredici maddə | KETOPROFEN |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə preparatlar, propion turşusunun törəmələri |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,88 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KETONAL 50 mq kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq ketoprofen vardır. Köməkçi maddələr:laktoza monohidrat, maqnezium stearat, susuz kolloidal silisium dioksid. Kapsulun örtüyü: jelatin, titan 4-oksid E 171, V E 131 göy boyası.
Təsviri
Göyümtül-ağ rəngli kapsullardır. Möhtəviyyatı: sarımtıl ağ rəngli toz və ya preslənmiş kütlədir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə preparatlar, propion turşusunun törəmələri. ATC kodu: M01AE03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Ketoprofen iltihab əleyhinə, qızdırmasalıcı və ağrıkəsici təsirə malik qeyri-steroid iltihab əleyhinə dərman vasitəsidir. Bu təsirlər, heyvanlar üzərində və in vitro sınaqlarda nümayiş olunmuşdurlar. Heyvanlarda iltihab zamanı, ketoprofen siklooksigenaza və qismən lipooksigenaza fermentini inhibə edərək, prostaqlandin və leykotrien sintezini inhibə etmişdir. Ketoprofen, həmçinin, bradikinin sintezini inhibə edir və lizosomal membranları stabilləşdirir. Farmakokinetikası Ketoprofen mədə-bağırsaq traktında yaxşı sorulur. 100 mq ketoprofenin daxilə qəbulundan sonra plazmada onun pik konsentrasiyası (10,4 mkq/ml) 1 saat 22 dəq-dən sonra yaranır. 50 mq dozada daxilə qəbul edildikdən sonra ketoprofenin biomənimsənilməsi 90% təşkil edir və dozanın yüksəldilməsi ilə xətti olaraq artır. Ketoprofen rasemik qarışıqdır, lakin, iki enantiomerin farmakokinetikası oxşardır. 90% ketoprofen plazma zülalları ilə, başlıca olaraq albumin fraksiyası ilə birləşir. Toxumalarda paylanma həcmi – 0,1-0,2 l/kq. Ketoprofen sinovial mayeyə nüfuz edir. 100 mq ketoprofenin təyinindən 3 saat sonra onun konsentrasiyası plazmada təqribən 3 mkq/ml, sinovial mayedə isə – 1,5 mkq/ml təşkil edir. 9 saatdan sonra onun plazmada konsentrasiyası 0,3 mkq/ml, sinovial mayedə konsentrasiyası isə – 0,8 mkq/ml təşkil edir. Bu, o deməkdir ki, ketoprofen sinovial mayeyə tədricən nüfuz edir və həmçinin ondan tədricən xaric olur, bu zaman onun plazma konsentrasiyası azalmaqda davam edir. Əgər ketoprofen qida ilə qəbul edilərsə, sorulması ləngiyir və plazma konsentrasiyası əhəmiyyətsiz dərəcədə azalır, lakin biomənimsənilməsi əvvəlki kimi qalır. Gündə 4 dəfə yemək zamanı 50 mq ketoprofenin daxilə qəbulundan sonra 3,9 mkq/ml-ə bərabər olan pik konsentrasiya (ketoprofenin acqarına qəbulundan sonra isə pik konsentrasiya 2,0 mkq/ml-ə bərabər olur) 1,5 saatdan sonra yaranır. Ketoprofenin tarazlıq konsentrasiyası onun qəbulundan 24 saat sonra yaranır. Yaşlı pasiyentlərdə tarazlıq konsentrasiyası 8,7 saatdan sonra yaranmış və 6,3 mkq/ml təşkil etmişdir. Ketoprofen qaraciyərin mikrosomal fermentləri tərəfindən intensiv şəkildə metabolizə olunur. О, qlükuron turşusu ilə birləşir və bu formada orqanizmdən xaric olur. Daxilə qəbul edildikdən sonra onun plazma klirensi 1,16 ml/dəq/kq təşkil edir. Sürətli metabolizminə görə onun bioloji yarımxaricolma dövrü 2 saat təşkil edir. 80%-ə yaxın ketoprofen sidiklə, başlıca olaraq, ketoprofen qlükuronid şəklində (90% artıq) və 10%-ə yaxın hissəsi isə nəcislə xaric olur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə, ketoprofen toxumalarda toplana bilər. Onun biotransformasiyası və eliminasiyası yaşlılarda daha aşağıdır. Lakin, bu klinik əhəmiyyətlidir zəifləmiş böyrək funksiyası olan xəstələrdə. Böyrək çatışmazlığı olan pasiyentlərdə ketoprofenin klirensi azalır və bioloji yarımxaricolma dövrü bir saata qədər uzanır.
İstifadəsinə göstərişlər
KETONAL iltihabi, degenerativ və metabolik revmatik xəstəliklərin simptomatik müalicəsi üçün və bəzi kəskin və xroniki ağrı sindromlarında ağrının aradan qaldırılması üçün göstərişdir. KETONAL aşağıdakı göstərişlər zamanı istifadə olunur: – revmatoid artrit – seroloji neqativ spondiloartrit (ankilozlaşdırıcı spondilit, psoriatik artrit, reaktiv artrit) – podaqra, psevdopodaqra – osteoartrit – oynaqdankənar revmatizm (tendinit, bursit, bazu oynağının kapsuliti) – əməliyyatsonrası ağrı – birincili dismenoreya – şişlər zamanı sümük metastazları nəticəsində baş verən ağrı – post-travmatik ağrı.
Əks göstərişlər
– Ketoprofenə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; – anamnezdə ketoprofenin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) və ya salisilatlar (məsələn asetilsalisil turşusu) kimi oxşar təsiredici maddələrin istifadəsindən sonra rinit, bronxospazm, astma tutmaları, övrə və ya allergik tipli reaksiya. Belə pasiyentlərdə ağır (nadir hallarda letal) anafilaktik reaksiyalar (bax: “Əlavə təsirləri”) təsvir edilmişdir; – ağır ürək çatışmazlığı; – kəskin fazada peptik xora, həmçinin anamnezdə mədə-bağırsaq qanaxması, xora və perforasiya; – hemorragik diatez; – böyrək funksiyasının ağır pozğunluğu; – qaraciyər funksiyasının ağır pozğunluğu; – hamiləliyin son (üçüncü) trimestri
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əlavə təsirlərin yaranma ehtimalını minimuma endirmək məqsədi ilə, simptomları nəzarətdə saxlamaq üçün dərman vasitəsini zəruri olan ən aşağı effektiv dozada və minimal qısa müddət ərzində qəbul etmək lazımdır. Yanaşı olan xəstəliklərin simptomlarının maskalanması Ketoprofen infeksiyaların simptomlarını maskalaya bilər və beləliklə müvafiq müalicənin başlanmasını ləngidə bilər və bununla da infeksiyanın nəticəsini pisləşdirə bilər. Belə hallar xəstəxanadan kənar bakterial pnevmoniyaların və suçicəyi xəstəliyin bakterial fəsadları zamanı müşahidə oluna bilər. Ketoprofen infeksiyaya aid qızdırma və ya ağrının azaldılması üçün təyin edildikdə, infeksiyaya monitorinq etmək tövsiyə olunur. Hospitalizasiya olunmayan hallarda, xəstə simptomlar davam etdikdə və ya pisləşdikdə həkimlə məsləhətləşməlidir Ketonal ilə yanaşı siklooksigenaza-2-nin selektiv inhibitorları daxil olmaqla, QSİƏP-ın istifadəsindən çəkinmək lazımdır. Mədə-bağırsaq traktında (MBT)baş verən reaksiyalar Peroral kortikosteroidlərin, antikoaqulyantların (məsələn, varfarin), serotoninin geri udulmasının selektiv inhibitorlarının (SGTSİ), asetilsalisil turşusunun (AST) və ya nikorandil kimi antiaqreqantların, xoraların və qanaxmaların yaranma riskini artıra bilən dərman vasitələrinin yanaşı istifadəsində ehtiyatlı olmaq lazımdır (bax bölmə “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Mədə-bağırsaq qanaxması, letal nəticəyə gətirib çıxaran xora və perforasiyaların yaranması, hər hansı bir QSİƏP-ın istifadəsi zamanı müşahidə olunmuşdur və müalicə dövrünün istənilən müddətində yanaşı simptomların və ya anamnezdə MBT-da pozulmaların olduğu və olmadığı halda yaranmışdır. Yaşlı xəstələrdə QSİƏP əlaqəli əlavə təsirlər daha tez-tez yaranır, xüsusən mədə-bağırsaq qanaxmaları və perforasiyalar, bunlar isə letal nəticəyə gətirib çıxara bilər. Əgər ketoprofen ilə müalicə fonunda mədə-bağırsaq qanaxması və ya xora yaranarsa, müalicə dayandırılmalıdır. Mədə-bağırsaq traktı qanaxması riski, xoraların və perforasiyaların yaranması riski QSİƏP-ın dozasının artırılması ilə və həmçinin anamnezdə xora olan, xüsusən qanaxma və perforasiya ilə fəsadlaşmış və yaşlı insanlarda, yüksəlir. (bax bölmə “Əks göstərişlər”). Belə xəstələrin müalicəsinə mövcud olan ən kiçik doza ilə başlamaq lazımdır. Belə xəstələrdə, eyni zamanda asetilsalisil turşusunun aşağı dozalarının və ya digər, mədə- bağırsaq traktının zədələnməsi riskini artıra bilən dərman vasitələrinin yanaşı qəbulu tələb olunan xəstələrdə, qoruyucu dərman vasitələri ilə (məsələn, mizoprostol və ya proton nasosunun inhibitorları) birgə müalicənin təyin olunmasını nəzərdən keçirmək lazımdır (bax aşağıda, həmçinin bölmə “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Anamnezində mədə-bağırsaq toksikliyi hadisələri qeyd olunan xəstələr, xüsusən yaşlılar, qarın nahiyəsində hər hansı bir qeyri-adi simptomlar haqqında məlumat verməlidirlər (xüsusən, mədə- bağırsaq qanaxması haqqında), xüsusən müalicənin əvvəlində. Bəzi epidemioloji məlumatlar ketoprofenin, digər bəzi QSİƏP-a məxsus olan, xüsusən yüksək dozalarda qəbulu zaman, MBT-də ciddi arzuolunmaz əlavə təsirlərin yaranma riski ilə əlaqəli olduğunu sübut etmişdir (bax bölmə “İstifadə qaydası və dozası” və “Əks göstərişlər”). Anamnezdə mədə-bağırsaq traktı xəstəliyi olan ( xoralı kolit, Kron xəstəliyi pasiyentlərdə QSİƏP-i ehtiyatla istifadə etmək lazımdır, çünki qeyd olunan xəstəliklərin kəskinləşmə riski mövcuddur (bax bölmə “Əlavə təsirlərı”). Ürək-damar və serebrovaskulyar reaksiyalar Klinik tədqiqatlar və epidemioloji məlumatlar, bəzi QSİƏP-ın istifadəsinin (xüsusən yüksək dozalarda və uzun müddət ərzində ) arterial trombotik əlamətlər riskinin (məsələn, miokard infarktı və ya insult) artması ilə əlaqəli ola bilməsini göstərmişdir. Ketoprofenə aid bu riski istisna etmək üçün məlumatlar kifayət qədər deyil. Mövcud olan nəzarət olunmayan arterial hipertenziya, durğunluq ürək çatışmazlığı, ürəyin təsdiq olunmuş işemik xəstəliyi ilə, periferik arteriyaların və/və ya baş beyin damarların xəstəlikləri ilə xəstələr ketoprofen (digər hər hansı bir QSİƏP-la olduğu kimi) ilə müalicəni yalnız onun zəruriliyi diqqətli şəkildə qiymətləndirildikdən sonra qəbul edə bilərlər. Ürək-damar xəstəliklərinin (məsələn, arterial hipertenziya, hiperlipidemiya, şəkərli diabet, siqaret çəkmə zamanı) risk amilləri olan xəstələrə uzunmüddətli müalicənin təyin olunmasından əvvəl eyni (yuxarıda göstərilən) üsuldan istifadə etmək lazımdır. Aorta-koronar şuntlama (AKŞ) əməliyyatından əvvəl əməliyyatdan öncə ağrının müalicəsi üçün qeyri-aspirin QSİƏP-ı qəbul edən xəstələrdə arterial trombozların yüksək yaranma riski haqqında qeydlər olmuşdur. Anamnezdə arterial hipertenziya və/və ya yüngül və mötədil dərəcəli durğunluq ürək çatışmazlığı ilə xəstələrin müalicəsində ehtiyatlı olmaq tövsiyə olunur, çünki QSİƏP-lə müalicə zamanı bədəndə mayenin ləngiməsi və ödemlərin yaranması haqqında məlumatlar verilmişdir. Dəri reaksiyaları Çox nadir hallarda, qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinin istifadəsi zamanı eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi ağır dəri reaksiyaları təsvir olunmuşdur (bax bölmə “Əlavə təsirlərı”). Bu reaksiyaların yaranmasının ən yüksək riski müalicə kursunun əvvəlində müşahidə olunur; ən çox hallarda reaksiyalar müalicənin ilk ayında yaranır. Dəri səpgilərinin, selikli qişaların və hiperhəssalıq reaksiyalarının digər əlamətləri yarandığı ilk gündən etibarən Ketoprofen istifadəsi dayandırılmalıdır. Respirator pozulmalar Xroniki rinitlə, xroniki sinusitlə və\və ya burunda poliplər ilə yanaşı olan astma ilə xəstələrin ümumi populyasiyası ilə müqayisəsində asetilsalisil turşusu və/və ya qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsindən sonra allergik reaksiyaların yüksək yaranma riski qeyd olunmuşdur. Bu dərman vasitəsinin istifadəsi astmaya və bronxospazma səbəb ola bilər, xüsusən asetilsalisil turşusuna və qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı allergiyası olan xəstələrdə (bax bölmə “Əks göstərişlər”). Hiperkaliemiya Hiperkaliemiya yarana bilər, xüsusən şəkərli diabet, böyrək çatışmazlığı və/və ya hiperkaliemiyanın yaranmasına səbəb olan yanaşı dərman vasitələri qəbul edən xəstələrdə (bax bölmə “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Belə vəziyyətlərdə kaliumun səviyyəsinə nəzarət etmək lazımdır. Böyrək funksiyası Ürək çatışmazlığı, qaraciyər sirrozu və nefrozu olan xəstələrdə, diuretiklər qəbul edən xəstələrdə, böyrəklərin xroniki çatışmazlığı ilə xəstələrdə, xüsusən yaşlılarda müalicənin əvvəlində böyrəklərin funksiyasına ciddi şəkildə nəzarət etmək lazımdır. Bu kateqoriya pasiyentlərdə ketoprofenin istifadəsi, prostaqlandinlərin inhibə olunması nəticəsində böyrəklərdə qan axınının azalmasına səbəb ola bilər və ağır dərəcəli böyrək çatışmazlığına gətirib çıxara bilər. Qaraciyər funksiyası Qaraciyərin funksional sınaqlar göstəricilərinin pozulması ilə xəstələrdə və ya anamnezdə qaraciyər xəstəliyi olan pasiyentlərdə qaraciyər transaminazaların səviyyələrini mütəmadi olaraq qiymətləndirmək lazımdır, xüsusən uzunmüddətli müalicə zamanı. Ketoprofenin istifadəsi zamanı nadir halda sarılıq və hepatit hadisələri müşahidə olunmuşdur. Sistem qırmızı qurdeşənəyi və qarışıq birləşdirici toxuma xəstəliyi Sistem qrımızı qurdeşənəyi və qarışıq birləşdirici toxuma xəstəlikləri olan pasiyentlərdə aseptik meningit riski artır. Digər təsirlər Bütün QSİƏP-ar olduğu kimi, infeksiyanın mövcudluğunda, ketoprofen öz iltihabəleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirinə görə, yüksək bədən hərarəti kimi infeksion xəstəliklərin adi əlamətlərini gizlədə (maskalaya) bilər. Qadınlarda fertillik QSİƏP-lər qadınlarda fertilliyə mənfi təsir göstərə bilər və bu səbəbdən hamilə olmağa hazırlaşan qadınlarda istifadəsi tövsiyə olunmur. Hamilə qalmağa çətinlik çəkən qadınlarda və ya sonsuzluq səbəbindən müayinədə olan qadınlarda, QSİƏP-lərin istifadəsinin dayandırılmasına baxılmalıdır. Görmə pozğunluqları Qeyri-aydın görmə kimi görmə pozulması əlamətləri yarandıqda, dərman vasitəsinin istifadəsini dayandırmaq lazımıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Dərman vasitələrinin tövsiyə olunmayan kombinasiyaları Digər QSİƏP-lər (siklooksigenaza 2-nin selektiv inhibitorları daxil olmaqla) və salisilatlar yüksək dozada Mədə-bağırsaq xoralarının və qanaxmalarının yüksək yaranma riski Antikoaqulyantlar Qanaxma riskinin yüksəlməsi: – heparin; – K vitaminin antaqonistləri (məsələn, varfarin); – trombositlərin aqreqasiyasının inhibitorları (məsələn, tiklopidin, klopidogrel); – trombinin inhibitorları (məsələn, dabiqatran); – faktor Ха-nın bilavasitə (düz) inhibitorları (məsələn, apiksaban, rivaroksaban, edoksaban). Əgər yanaşı istifadəsi zəruridirsə, bu halda diqqətli tibbi müşahidə tələb olunur. Litium Onun böyrək ekskresiyasının azalması səbəbindən, litiumun plazma səviyyələrinin toksik olan səviyyələrə qədər artma riski. Lazım olduqda litiumun plazma səviyyələrinə diqqətli nəzarət etmək lazımdır və müalicə vaxtı və QSİƏP-la müalicədən sonra onun dozasına düzəlişlər etmək lazımdır. Metotreksat 15 mq/həftə və ondan yüksək dozada Metotreksatın hematoloji toksikliyinin yüksəlmiş riski, xüsusən onun yüksək dozada (≥ 15 mq/həftə) istifadəsi zamanı, ehtimal olunur ki, metotreksatın zülallarla birləşməsindən çıxarılması və onun böyrək klirensinin azalması səbəbindən baş verir. Ehtiyatlılıq tələb edən dərman vasitələrinin kombinasiyaları Hiperkaliemiyaya səbəb ola bilən dərman vasitələri və dərman vasitələri sinifləri (məsələn, kalium duzları, kaliumqoruyucu diuretiklər, AÇF-in inhibitorları və angiotenzin II reseptorlarının antaqonistləri, QSİƏP-lər, heparinlər (aşağı molekullu və fraksiyalaşmamış), siklosporin, takrolimus və trimetoprim). Hiperkaliemiya riski sadalanan dərman vasitələrinin yanaşı istifadəsi zamanı arta bilər. Diuretiklər Diuretiklər qəbul edən xəstələr, xüsusən dehidratasiya ilə xəstələrdə, prostaqlandinlərin inhibə olunması ilə törədilmiş böyrək qan axınının azalması nəticəsində ağır dərəcəli böyrək çatışmazlığının yüksək yaranma riski mövcuddur. Belə xəsətələrə yanaşı dərman vasitələrinin istifadəsinə başlamazdan əvvəl maye həcmini bərpa etmək lazımdır, müalicənin başlamasından sonra isə böyrək funksiyasına nəzarət etmək lazımdır (bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). AÇF inhibitorlarının və angiotenzin II reseptorların antaqonistləri Böyrək funksiyasının pozulması ilə xəstələrdə (məsələn, dehidratasiya və ya yaşlı xəstələrdə) AÇF inhibitorlarının və angiotenzin reseptorlarının antaqonistlərinin yanaşı siklooksigenazanı inhibə edən dərman vasitələri ilə birgə istifadəsi, böyrəklərin funksiyasının sonrakı pisləşməsinə gətirib çıxara bilər, mümkün kəskin böyrək çatışmazlığı daxil olmaqla. Metotreksat 15 mq/həftə dozalardan aşağı dozada Kombinasiya olunmuş müalicənin ilk həftələri ərzində qanın ümumi analizinin göstəricilərinə hər həftə nəzarət etmək lazımdır. Böyrək funksiyasının hər hansı bir pozulması olduqda və yaşlı xəstələrdə belə nəzarəti daha sıx yerinə yetirmək lazımdır. Pentoksifillin Qanaxmaların yüksək riski. Xəstələrin vəziyyətinə daha sıx kliniki nəzarət etmək lazımdır, həmçinin qanaxma müddətinə daha tez-tez nəzarət etmək lazımdır. Tenofovir Tenofovir dizoproksil fumaratın və QSİƏP-lərin yanaşı istifadəsi ağır dərəcəli böyrək çatışmazlığının yaranma riskini artıra bilər. Nikorandil Nikorandil və QSİƏP-lərin yanaşı istifadəsi mədə-bağırsaq xorası, perforasiyası və qanaxması kimi ciddi fəsadlaşmaların yaranma riskini artıra bilər. (bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Ürək qlikozidləri Ketoprofen və diqoksin arasında farmakokinetik qarşılıqlı əlaqə təsiri nümayiş olunmamışdır. Lakin, ehtiyata riayət etmək lazımdır, xüsusən böyrək çatışmazlığı olan xəstələrdə, çünki QSİƏP-lər böyrək funksiyasını zəiflədə bilərlər və ürək qlikozidlərin böyrək klirensini azalda bilərlər. Kortikosteroidlər Mədə-bağırsaq xoraları və qanaxmalarının yaranma riskinin yüksəlməsi (bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Nəzərə alınması lazım olan kombinasiyalar Antihipertenziv dərman vasitələri (β-blokatorlar, angiotenzinçevrici fermentin inhibitorları, diuretiklər) Antihipertenziv təsirin azalması riski (QSİƏP-lər damargenişləndirici prostaqlandinlərin sintezini inhibə edirlər) . Trombolitik dərman vasitələri Qanaxma riskinin artması. Selektiv serotoninin geri udulmasının inhibitorları (SSGUİ) Mədə-bağırsaq qanaxması riskinin yüksəlməsi (bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Probenesid Probenesidi yanaşı istifadə etdikdə ketoprofenin plazma klirensi əhəmiyyətli dərəcədə azala bilər Nəzərə alınmalı olan kombinasiyalar Siklosporin, takrolimus Əlavə nefrotoksik təsirlərin olması riski, xüsusən yaşlı xəstələrdə.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Prostaqlandinlərin sintezinin inhibə olunması hamiləliyə və/və ya embrionun və dölün inkişafına mənfi təsir göstərə bilər. Epidemioloji məlumatlara əsasən hamiləliyin erkən dövründə prostaqlandin sintezinin inhibitorlarının istifadəsi hamiləliyin pozulmasının, ürək qüsurlarının və qastroşizisin yüksək yaranma riski ilə əlaqəlidir. Anadangəlmə ürək-damar sisteminin qüsurlarının mütləq yaranma riski 1%-dən az göstəricidən təqribən 1,5%-dək artmışdır. Hesab olunur ki, dozanın artması və müalicə müddətinin uzanması ilə risk də yüksəlir. Nümayiş olunmuşdur ki, heyvanlarda prostaqlandin sintezi inhibitorlarının istifadəsi dölün pre- və postimplantasiya dövründə ölümünə, eyni zamanda embriofetal ölümün yüksəlməsinə gətirib çıxarır. Bundan başqa, prostaqlandin sintezi inhibitorlarının heyvanlarda istifadəsi, orqanogenez dövründə ürək-damar sistemi daxil olmaqla, müxtəlif anadangəlmə qüsurların yüksək yaranma tezliyi müşahidə olunmuşdur. Hamiləliyin birinci və ikinci trimestrində ketoprofenin istifadəsinə yalnız ciddi göstəriş olduqda imkan verilir. Əgər ketoprofen tərkibli dərman vasitəsini hamilə olmağa çalışan və ya hamiləliyin birinci və ya ikinci trimestrində olan qadın istifadə edirsə, doza mümkün qədər aşağı və müalicə müddəti mümkün qədər qısa olmalıdır. Hamiləliyin üçüncü trimestrində bütün prostaqlandin sintezi inhibitorlarının istifadəsi dölə aşağıdakı təsir göstərə bilər: – ürək-ağciyər toksikliyi (arterial axacağın erkən bağlanması və ağciyər hipertenziyasının yaranması ilə); – oliqohidroamnion ilə ağır dərəcəli böyrək çatışmazlığına qədər irəliləyən böyrəklərin funksiyasının pozulması. Hamiləliyin sonunda prostaqlandin sintezi inhibitorları ana və yenidoğulmuş körpəyə aşağıdakı kimi təsir göstərə bilər: – antiaqreqant təsirinə görə, qanaxma müddətinin uzanması mümkündür, bu hətta dərman vasitəsinin çox aşağı dozalarda istifadəsi zamanı qeyd oluna bilər; – uşaqlığın yığılma funksiyasının inhibə olunması, bu isə, doğuşun və ya doğuş müddətinin uzanmasına gətirib çıxara bilər. Bununla əlaqədar, hamiləliyin üçüncü trimestrində ketoprofenin istifadəsi əks göstərişdir. Laktasiya dövrü Ketopofenin insanlarda ana südünə nüfuz etməsi haqqında məlumat yoxdur. Laktasiya dövründə olan qadınlara ketoprofeni istifadə etmək tövsiyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Pasiyentlər yuxululuq, qıcolmalar, başgicəllənmə kimi əlavə təsirlərin yaranma ehtimalı haqqında məlumatlı olmalıdırlar və onların yaranması zamanı nəqliyyat vasitələrinin idarə olunmasından və digər potensial təhlükəli mexanizmlərin istifadəsindən imtina etməlidirlər.
İstifadə qaydası və dozası
Tövsiyə olunan doza Вöyüklər və 15 yaşdan yuxarı yeniyetmələr Preparatı simptomları aradan qaldırmaq üçün lazım olan ən aşağı effektiv dozada və maksimal qısa müddətdə qəbul etməklə əlavə təsirləri minimuma endirmək olar. Adi doza səhər, nahar vaxtı 50 mq və axşam 50-100 mq təşkil edir. Əsas xəstəliyin xüsusiyyətindən və pasiyentin vəziyyətindən asılı olaraq gündəlik doza 100 mq-a qədər azaldıla bilər. Ketoprofenin maksimal gündəlik dozası – 200 mq. Gündə 200 mq doza ilə müalicəyə başlamazdan əvvəl mümkün riski və faydanı ciddi dəyərləndirmək lazımdır. Daha yüksək dozaların istifadəsi tövsiyə olunmur (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Kapsulları Ketonal suppozitoriyaları ilə kombinə etmək olar. Məsələn, 1 kapsul Ketonal (50 mq) səhər və günorta, 1 suppozitoriya Ketonal (100 mq) axşam. Qaraciyər və/və ya böyrək çatışmazlığı Qaraciyər və/və ya böyrək çatışmazlığı olan pasiyentlərdə başlanğıc dozanı azaltmaq və belə xəstələri minimal effektiv dozada saxlamaq məsləhət görülür. Ağır böyrək və/və ya qaraciyər çatışmazlığı olan pasiyentlərdə ketoprofenin istifadəsi əks göstərişdir (bax. «Əks göstərişlər») Yaşlı pasiyentlər Yaşlı insanlarda arzuolunmaz reaksiyalar tez-tez ağır nəticələrə səbəb ola bilər. Ən aşağı doza təyin edilir və belə xəstələr minimal effektiv dozada saxlanılır. Uşaqlar Uşaqlarda və 15 yaşdan aşağı yeniyetmələrdə ketoprofenin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Bu dərman vasitəsi uşaqlara və 15 yaşdan aşağı yeniyetmələrə əks göstərişdir (bax: «Əks göstərişlər»). İstifadə qaydası Daxilə qəbul olunur. Kapsulları yemək zamanı və ya yeməkdən sonra bütöv şəkildə, çeynəmədən su ilə qəbul etmək lazımdır.
Əlavə təsirləri
Ağır əlavə təsirlər meydana çıxan zaman müalicə dayandırılmalıdır. Arzuolunmaz təsirlərin yaranma tezliyinin təsnifatı:Çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 və < 1/10); bəzən (≥ 1/1 000 və < 1/100); nadir (≥ 1/10 000 və < 1/1 000); çox nadir (< 1/10 000); tezliyi məlum deyil (mövcud olan məlumatlara əsasən rast gəlmə tezliyini müəyyən etmək mümkün deyil). Ketoprofen istifadəsi zamanı aşağıdakı əlavə təsirlər yarana bilər. Qan və limfa sistemində baş verən pozğunluqlar Nadir: Hemorragik anemiya Tezliyi məlum deyil: Aqranulositoz, trombositopeniya, sümük iliyinin çatışmazlığı, hemolitik anemiya, leykopeniya İmmun sistemi baş verən pozğunluqlar Tezliyi məlum deyil: anafilaktik reaksiyalar ( şok daxil olmaqla) Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar Tezliyi məlum deyil: hiponatriemiya, hiperkaliemiya ( bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”) Psixi pozğunluqlar Tezliyi məlum deyil: əhval ruhiyyənin dəyişməsi, şüurun dumanlanması. Sinir sistemində baş verən pozğunluqlar Bəzən: başağrısı, başgicəllənmə, yuxululuq Nadir : paresteziya Tezliyi məlum deyil: aseptik meningit, qıcolmalar, disgevziya, başgicəllənmə Görmə orqanında baş verən pozğunluqlar Nadir: qeyri-aydın görmə ( bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”) Eşitmə və müvazinət orqanlarında baş verən pozğunluqlar Nadir: qulaqlarda küy Ürəkdə baş verən pozğunluqlar Tezliyi məlum deyil: ürək çatışmazlığı, ödem. Damarlarda baş verən pozğunluqlar Tezliyi məlum deyil: arterial hipertenziya, vazodilyatasiya, vaskulit ( leykositoklastik vaskulit daxil olmaqla) Tənəffüs sistemi, divararalığı və döş qəfəsi orqanlarında baş verən pozğunluqlar Nadir : astma, astmatik həmlələr. Tezliyi məlum deyil: bronxospazm ( xüsusən, asetilsalisil turşusuna və digər QSİƏP-lərə qarşı müəyyən olunmuş hiperhəssaslıq ilə xəstələrdə), rinit, qeyri-spesifik allergik reaksiyalar, dispnoe Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Tez -tez: dispepsiya, ürəkbulanma, qarın nahiyəsində ağrı, qusma Bəzən : qəbizlik, diareya, meteorizm, qastrit Nadir: stomatit, peptik xora Tezliyi məlum deyil: kolit və Kron xəstəliyinin kəskinləşməsi, mədə-bağırsaq qanaxması və perforasiyalar, pankreatit Qaraciyər və öd yollarında baş verən pozğunluqlar Nadir: hepatit, transaminazaların səviyyələrinin yüksəlməsi, hepatit yaranması səbəbindən zərdab bilirubinin səviyyəsinin yüksəlməsi Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Bəzən: səpgilər, qaşınma Tezliyi məlum deyil: fotohəssaslıq reaksiyaları, alopesiya, övrə, angioödem, Stivens-Conson sindromu və toksik epidermal nekroliz, kəskin yayılmış ekzantematoz pustulyoz daxil olmaqla, bullyoz səpgilər. Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar Tezliyi məlum deyil: kəskin böyrək çatışmazlığı, tubulointerstisial nefrit, nefritik sindrom, böyrək funksiyasının göstəricilərinin pozulması Ümumi pozulmalar və yeridilmə yerində vəziyyət Bəzən: ödem, tez yorulma Məlum deyil: başağrı, dad pozğunluğu Laborator və instrumental məlumatlar Nadir: bədən kütləsinin artması Klinik və epidemioloji tədqiqatlardan alınan məlumatlar sübut edir ki, bəzi QSİƏP-ın istifadəsi (xüsusən yüksək dozada və uzun müddət ərzində) arterial trombotik hadisələrin yüksək yaranma riski ilə əlaqəli ola bilər ( məsələn, miokard infarktı və insultun yaranması). ( bax bölmə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).
Doza həddinin aşılması
Ketoprofenin 2,5 q-a qədər dozada doza həddinin aşılması halı təsvir edilmişdir. Əksər hallarda müşahidə edilən simptomlar xoşxassəli xarakter daşımış və letargiya, yuxuyameyllik, ürəkbulanma, qusma və epiqastral nahiyədə ağrı ilə məhdudlaşmışdır. Ketoprofenin doza həddinin aşılması zamanı xüsusi antidot yoxdur. Doza həddinin kəskin aşılmasına şübhə olduqda mədənin yuyulması və dehidratasiyanı aradan qaldırmaq məqsədi ilə simptomatik və dəstəkləyici müalicənin aparılması tövsiyə olunur. Həmçinin diurezə nəzarət etmək və asidozu korreksiya etmək (əgər asidoz inkişaf edərsə) lazımdır. Böyrək çatışmazlığı olduğu halda, qanda dövr edən preparatı xaric etmək üçün hemodializ effektiv ola bilər.
Buraxılış forması
25 kapsul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Lek Pharmaceuticals d.d.”, Slovenia. Veroskova 57, 1526 Ljubljana , Slovenia. Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman aşağıdakı yazılan nömrələrə müraciət etməyiniz xahiş olunur. Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75. Winter Park Plaza business center, mərt. 5. Tel.: +994 12 599-83-89. +994 12 599-83-90.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.