Flamadeks 25 mq 2 ml N5 inyeksiya

Təsiredici maddə: DEXKETOPROFEN
Təsiredici maddəDEXKETOPROFEN
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP)
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,98 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FLAMADEKS venadaxili və əzələdaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen

Tərkibi

Təsiredici maddə: 1 ampulda 50,0 mq deksketoprofen trometamol (deksketoprofen hesabı ilə) vardır. Köməkçi maddələr:etanol (100% maddə heabı ilə 95%etil spirti, natrium xlorid, natrium metabisulfit, natrium hidroksid (pH 6,5-8,5), inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: М01АЕ17.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Flamadeks propion turşusunun törəmələri qrupundan olan qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP). Preparat analgeziyaedici, iltihabəleyhinə və qızdırmasalıcı təsirə malikdir. Təsir mexanizmi siklooksigenaza-I və siklooksigenaza-II fermentləri səviyyəsində prostaqlandinlərin sintezini inhibə etməsinə əsaslanır. Parenteral yolla yeridildikdən 30 dəqiqə sonra ağrıkəsici təsiri başlayır. 50 mq dozada yeridildikdən sonra ağrıkəsici təsir təxminən 4-8 saat davam edir. Opioid analgetiklərlə kombinəedilmiş müalicə zamanı istifadə edildikdə deksketoprofen opioidlərə olan tələbatı əhəmiyyətli dərəcədə (30-45%-ə qədər) aşağı salır. Farmakokinetikası Sorulması Əzələdaxili (ə/d) yeridildikdən sonra qan zərdabında deksketoprofenin maksimal konsen- trasiyası (C ) orta hesabla 20 dəqiqədən sonra (10-45 dəqiqə) əldə edilir. Preparat 25-50 mqmax dozada ə/d birdəfəlik yeridildikdən sonra “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC göstəricisi) venadaxili (v/d) yeridildikdə olan doza ilə mütənasibdir. Müvafiq farmakokinetik parametrlərin birdəfəlik və təkrarlanan ə/d və ya v/d inyeksiyalardan sonra eyni olması preparatın orqanizmdə kumulyasiya etməməsini nümayiş etdirir. Paylanması Deksketoprofen üçün plazma zülalları ilə yüksək səviyyədə birləşmə (99%) xarakterikdir. Vd göstəricisinin orta qiyməti 0,25 l/kq-dan azdır, yarımpaylanma dövrü təqribən 0,35 saatdır. Xaric olması Deksketoprofenin metabolizmi əsasən qlükuron turşusu ilə konyuqasiya yolu ilə reallaşır və sonra böyrəklər vasitəsilə xaric olur. Deksketoprofen trometamolun yarımxaricolma dövrü (T )1/2 təqribən 1-2,7 saat təşkil edir. Xüsusi klinik hallarda farmakokinetikası Yaşlı pasiyentlərdə T davametmə müddətinin (həm birdəfəlik ə/d və ya v/d yeridildikdə, həm1/2 də təkrarlanan yeridilmədən sonra) orta hesabla 48% uzanması və preparatın ümumi klirensinin aşağı düşməsi müşahidə edilir.

İstifadəsinə göstərişlər

– Müxtəlif genezli ağrı sindromunun aradan qaldırılması (o cümlədən, cərrahi əməliyyatlardan sonrakı ağrılar, sümük metastazlarında olan ağrı, posttravmatik ağrı, böyrək sancılarında baş verən ağrı, alqodismenoreya, işialgiya, radikulit, nevralgiyalar, diş ağrısı); – dayaq-hərəkət aparatının kəskin və xroniki iltihabı, iltihabi-degenerativ və metabolik xəstəliklərin (o cümlədən, revmatoid artrit, osteoartroz, spondiloartritlər: ankilozlaşdırıcı spondilit, reaktiv artrit, psoriatik artrit) simptomatik müalicəsi. Preparat, istifadə zamanı simptomatik müalicə, ağrıların və iltihabın azaldılması üçün nəzərdə tutulub və xəstəliyin proqressivləşməsinə təsir etmir.

Əks göstərişlər

– Deksketoprofenə və/və ya digər QSİƏP-ə və/və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı (o cümlədən, sulfitlərə qarşı) yüksək həssaslıq; – bronxial astmanın, burun və burunətrafı sinusların residivləşən polipozu, asetilsalisil turşusu və ya digər QSİƏP-ə qarşı dözümsüzlüyün tam və ya qismən birgə mövcudluğu (anamnezdə); – mədə-bağırsaq traktının və onikibarmaq bağırsağın eroziv-xoralı zədələnmələri; – anamnezdə mədə-bağırsaq qanaxmalarının və digər aktiv qanaxmaların (o cümlədən, kəllədaxili qanaxmaya şübhə) olması, antikoaqulyantlarla terapiya; – kəskinləşmə dövründə olan bağırsağın iltihabi xəstəlikləri (xoralı kolit, Kron xəstəliyi); – qaraciyər funksiyasının ağır pozuntusu (Çayld-Pyu şkalası üzrə 10-15 bal); – böyrəklərin proqressivləşən xəstəlikləri, böyrəklərin ağır funksional pozğunluqları (kreatinin klirensi30 ml/dəqiqədən az); – təsdiqlənmiş hipeqrkaliemiya; – dekompensasiyalı ürək çatışmazlığı; – aortokoronar şuntlama əməliyyatından sonrakı dövr; – hemofiliya və qanın laxtalanmasının digər pozğunluqları; – hamiləlik və laktasiya dövrü; – uşaqlar və 18 yaşa qədər yeniyetmələr. Flamadeks preparatının tərkibində etanol olduğu üçün preparatı neyroaksial (epidural və ya intratekal) yolla yeritmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xoralı kolit, Kron xəstəliyi, anamnezdə qaraciyər xəstəlikləri, qaraciyər porfiriyası, xroniki qaraciyər çatışmazlığı (kreatinin klirensi 30-60 ml/dəqiqə), xroniki ürək çatışmazlığı, arterial hipertenziya, orqanizmdə dövr edən qanın həcminin azalması (o cümlədən, cərrahi müdaxilədən sonra), yaşlı pasiyentlər (o cümlədən, diuretik preparatlar qəbul edən, zəifləmiş və bədən çəkisi az olan pasiyentlər), bronxial astma, qlukokortikosteroidlərlə (o cümlədən, prednizolon), antikoaqulyantlarla (o cümlədən, varfarin), antiaqreqantlarla (o cümlədən, asetilsalisil turşusu və klopidoqrel), serotoninin geri tutulmasının selektiv inhibitorları ilə (o cümlədən, sitalopram, flüoksetin, paroksetin, setralin) eyni vaxtda istifadəsi, ürəyin işemik xəstəliyi, serebrovaskulyar xəstəliklər, dislipidemiya/hiperlipidemiya, şəkərli diabet, periferik arteriyaların xəstəlikləri, siqaret çəkmə, Нelicobacter pylori infeksiyasının olması, birləşdirici toxumanın sistem xəstəlikləri, qeyri- steroid iltihabəleyhinə preparatların uzun müddətl istifadəsi, vərəm, təzahürlü osteoporoz, alkoqolizm, ağır somatik xəstəliklər. Anamnezində allergiya olan pasiyentlərə Flamadeks preparatını ehtiyatla təyin etmək lazımdır. Mədə-bağırsaq simptomları olan və ya anamnezində MBS xəstəlikləri olan pasiyentlərə həkim nəzarəti tələb olunur, xüsusilə mədə-bağırsaq qanaxmaları olduqda. Deksketoprofen qəbul edən pasiyentlərdə mədə-bağırsaq qanaxmaları baş verdikdə, preparatın qəbulunu dərhal dayandırmaq lazımdır. Xora və ya qanaxma riskini yüksəldən dərman vasitələrini eyni vaxtda qəbul edən pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır: kortikosteroidlər, antikoaqulyantlar (məsələn, varfarin), serotoninin geriyə tutulmasının selektiv inhibitorları və ya antiaqreqantlar (o cümlədən, asetilsalisil turşusu). Deksketoprofen trombositlərin aqreqasiyasını geridönən zəifləməsinə və qanaxmanın müddətinin artmasına səbəb ola bilər. NYHA üzrə I-II funksuional sinifdən olan xroniki ürək çatışmazlığı olan pasiyentlərə Flamadeks preparatını ehtiyatla təyin etmək lazımdır. Digər QSİƏP kimi Flamadeks qanın plazmasında kreatinin və azotun səviyyəsini yüksəldə, sidikçıxarıcı sitemə mənfi təsir göstərə, qlomerulonefritin, interstisial nefritin, papillyar nekroozun, nefrotik sindromun və kəskin böyrək çatışmazlığının inkişaf etməsinə səbəb ola bilər. Digər QSİƏP istifadəsində olduğu kimi qan zərdabında qaraciyər sınaqlarının bəzi göstəricilərinin müvəqqəti artması, ALT və AST fermentlərinin aktivliyinin əhəmiyyətli dərəcədə yüksəlməsi baş verə bilər. Bu zaman yaşlı pasiyentlərdə qaraciyər və böyrək funksiyalarına nəzarət etmək vacibdir. Müvafiq göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldikdə, preparatın istifadəsini ləğv etmək lazımdır. Qanyaranmanınpozuntusu, sistem qırmızı qurd eşənəyi və ya birləşdirici toxumanın digər xəstəlikləri olan pasiyentlərdə preparatı ehtiyatla təyin etmək lazımdır. Digər QSİƏP kimi Flamadeks infeksion xəstəliklərin simptomlarını gizlədə bilər. QSİƏP istifadəsi zamanı yumşaq toxumalarda lokallaşan infeksion proseslərin kəskinləşməsi barədə tək- tək məlumatlar var. Bu səbəbə görə deksketoprofen ilə müalicə zamanı bakterial infeksiya əlamətləri meydana çıxdıqda və ya pasiyentin vəziyyətində ağırlaşma müşahidə olunduqda, həkim müayinəsi tələb edilir. Qaraciyər, böyrək, ürək funksiyasının pozuntusu olan pasiyentlərdə və ya orqanizmdən mayenin ifrazının pozulmasına səbəb olan vəziyyətlərdə Flamadeks ehtiyatla təyin olunmalıdır. Belə pasiyentlərdə QSİƏP-ın istifadəsi xəstənin vəziyyətinin pisləşməsinə və orqanizmdə mayenin ləngiməsinə səbəb ola bilər. Deksketoprofen diuretik preparatlar qəbul edən və ya hipovolemiyaya meylli olan pasiyentlərə, ehtiyatla təyin olunmalıdır, belə ki, onlarda nefrotoksikliyin inkişafı riski artır. Yaşlı pasiyentlərə preparatı ehtiyatla təyin etmək vacibdir, belə ki, bu pasiyentlərdə böyrək, qaraciyər və ya ürək-damar sisteminin funksional pozuntusu və eləcə də, mədə-bağırsaq qanaxmaları və ya bağırsağın perforasiyası kimi əlavə təsirlər tez-tez aşkar edilir. Flamadeks preparatının hər ampulunda 200 mq etanol vardır. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Deksketoprofen daxil olmaqla, bütün QSİƏP üçün xarakterik olan ümumi qarşılıqlı təsir növləri Arzuolunmayan kombinasiyalar – Yüksək dozalarda salisilatlar daxil olmaqla (3 q/sutkadan artıq) digər QSİƏP: eyni zamanda bir neçə QSİƏP istifadə olunması mədə-bağırsaq qanaxmalarının və xoraların yaranması riskini yüksəldir; – profilaktik dozaları aşan dozalarda heparin, peroral antikoaqulyantlarla; – tiklopidinlə (trombositlərin aqreqasiyasının inhibə olunması və mədə-bağırsaq traktının selikli qişasının zədələnməsi ilə əlaqədar qanaxmaların riski yüksəlir). – litium preparatları ilə – QSİƏP qanın plazmasında, toksik səviyyəyə çata biləcək qədər, litiumun konsentrasiyasını yüksəldirlər (litiumun böyrək ekskresiyasının azalması hesabına), bu səbəbə görə deksketoprofen təyin etdikdə, dozasını dəyişdikdə və ya preparatın istifadəsini ləğv etdikdə, qanda litiumun səviyyəsinə nəzarət etmək lazımdır; – yüksək dozalarda metotreksatla (15 mq/həftədan az olmamaqla) – QSİƏP-dən istifadə zamanı metotreksatın böyrək klirensi azalması ilə əlaqədar onun toksikliyi yüksəlir; – qlükokortikosteroidlərlə: mədə-bağırsaq qanaxmalarının və xoraların yaranması riskini artırır; – gidantoin törəmələri və sulfanilamidlər: onların toksiklik əlamətlərinin təzahürü arta bilər. Ehtiyat tələb edən kombinasiyalar: – diuretik preparatlarla, AÇF inhibitorları ilə, aminoqlikozid qrupundan olan antibakterial preparatlarla və angiotenzin II reseptorlarının antaqonistlərilə. Deksketoprofen diuretiklərin və digər antihipertenziv preparatların təsirini zəiflədir. QSİƏP-la müalicə dehidratasiyalı pasiyentlərdə kəskin böyrək çatışmazlığı riskilə əlaqədardır (prostoqlandinlərin sintezinin aşağı düşməsinə görə yumaqcıq filtrasiyası zəifləyir). Deksketoprofen və diuretiklərin kombinəedilmiş istifadəsi zamanı pasiyentin adekvat hidratasiyasında əmin olmaq və preparatı təyin etməzdən əvvəl böyrək funksiyalarına nəzarət etmək lazımdır; – aşağı dozalarda metotreksatla (15 mq/həftədən az)-QSİƏP-dan istifadə etdikdə metotreksatın böyrək klirensi aşağı düşdüyünə görə preparatın hematoloji toksikliyi yüksəlir. Kombinəedilmiş müalicənin ilk həftələrində qanın tərkibinə hər həftə nəzarət etmək lazımdır. Böyrək funksiyalarında hətta cüzi dəyişikliklər olduqda, eləcə də, yaşlı pasiyentlərə ciddi nəzarət etmək vacibdir. – pentoksifillinlə-qanaxmanın inkişafı riski artır. Qanaxma müddətinə və ya qanın laxtalanma müddətinə aktiv klinik monitorinq və müntəzəm nəzarət vacibdir; – Zidovudinlə-zidovudinin retikulositlərə toksik təsir göstərməsi ehtimal edilir, QSİƏP-la birlikdə istifadəsinin ilk həftəsindən sonra ağır anemiyanın inkişafına səbəb ola bilər. Kombinəedilmiş müalicə başladıqdan 1-2 həftə sonra qan hüceyrələrinin və retikulositlərin miqdarına nəzarət etmək lazımdır; – peroral hoipoqlikemik preparatlarla-QSİƏP qanın plazma zülalları ilə bağlayıcı nahiyələrdən sıxışdırıb çıxarması ilə əlaqədar hipoqlikemik təsirini güclənməsi mümkündür. Nəzərə alınması vacib olan kombinasiyalar – Beta-blokatorlarla-QSİƏP prostaqlandinlərin sintezini zəiflətdiyinə görə beta-blokatorların antihipertenziv təsirinin zəifləməsi mümkündür; – siklosporin və takrolimusla: QSİƏP böyrək prostaqlandinlərinə təsir edərək, bu preparatların nefrotoksikliyini gücləndirir. Kombinəedilmiş terapiya zamanı böyrək funksiyalarına nəzarət etmək vacibdir; – trombolitik preparatlarla-qanaxmaların inkişaf etmə riski yüksəlir; – probenesidlə-qanın plazmasında deksketoprofenin konsentrasiyasının artması mümkündür ki, bu da, da preparatın borucuq sekresiyasına və/və ya qlükuron turşusu ilə konyuqasiyasına inhibəedici təsiri ilə əlaqədardır və deksketoprofenin dozasının korreksiyasını tələb edir. – ürək qlikozidləri ilə-QSİƏP qanın plazmasında ürək qlikozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. – mifepristonla-prostaqlandin sintezinin inhibitorlarının təsirindən mifepristonun effektivliyinin dəyişməsinin nəzəri riskilə əlaqədar, QSİƏP mifepristonun istifadəsi sona çatdıqdan 8-12 gün sonra tətbiq oluna bilər. – xinolon sırasından olan antibiotiklərlə-QSİƏP-i yüksək dozalarda xinolonlarla kombinasiyada istifadə etdikdə, qıcolmanın inkişaf ıriski artır. Farmasevtik qarşılıqlı təsir Flamadeks preparatını dopamin, prometazin, pentazosin, petidin və ya hidroksizin məhlulları ilə eyni şprisdə qarışdırmaq olmaz (çöküntü əmələ gəlir). Flamadeks preparatını heparin, lidokain, morfin və teofillin məhlulları ilə eyni şprisdə qarışdırmaq olar. V/d damcı üsulla yeritmək üçün hazırlanmış Flamadeks preparatının məhlulunu prometazinlə və ya pentazosinlə qarışdırmaq olmaz. Hazırlanmış Flamadeks preparatının məhlulu aşağıdakı preparatların məhlullarla uyuşur: dopamin, heparin, hidroksizin, lidokain, morfin, petidin və teofillin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Flamadeks preparatının istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Flamadeks preparatı ilə müalicə fonunda mümkün başgicəllənmə və yuxululuqla əlaqədar diqqətin toplanması qabiliyyətinin və psixomotor reaksiyaların sürətinin azalması mümkündür.

İstifadə qaydası və dozası

Əzələdaxili (dərin, asta-asta), venadaxili şırnaq üsulu (asta-asta 15 saniyədən az olmamaqla) və ya damçı üsulu ilə (10-30 dəqiqə) yeridilir. Böyüklər üçün məsləhət görülən doza: hər 8-12 saatdan bir 50 mq. Ehtiyac olduqda, preparatı təkrar 6 saatlıq intervalla yeritmək mümkündür. Sutkalıq doza 150 mq-ı aşmamalıdır. Flamadeks preparatı qısamüddətli istifadə üçün göstərişdir və müalicə kəskin simptomlar dövrü ilə (2 gündən artıq olmamaqla) məhdudlaşdırılmalıdır. Qaraciyər funksiyalarının pozulması Yüngül və mülayim dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə (Çayld-Pyu şkalasına görə 5-9 bal) ümumi sutkalıq dozanı 50 mq qədər azaltmaq və tez-tez qaraciyərin funksional göstəricilərinə nəzarət etmək lazımdır. Qaraciyər funksiyasının ağır pozuntusu olan pasiyentlərə Flamadeks preparatını təyin etmək olmaz. Böyrək funksiyalarının pozulması Böyrək funksiyasının yüngül pozuntusu olan pasiyentlərdə (kreatininin klirensi 30-60 ml/dəqiqə) sutkalıq dozanı 50 mq qədər azaltmaq lazımdır. Mülayim və aöır böyrək çatışmazlığı (kreatininin klirensi 30 l/dəqiqə) olan pasiyentlərə Flamadeks preparatını təyin etmək olmaz. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə adətən dozanın korreksiyası tələb edilmir, lakin böyrək funksiyalarının fizioloji zəifləməsi ilə əlaqədar preparatın dozasını azaltmaq məsləhət görülür: yaşlı pasiyentlərdə böyrək funksiyasının yüngül dərəcəli pozuntusu zamanı ümumi sutkalıq doza 50 mq. Məhlulların hazırlanma qaydaları V/d infuziya üçün Flamadeks məhlulunu hazırlamaq üçün 1 ampulun möhtəviyyatını (2 ml) 30- 100 ml 0,9% natrium xlorid məhlulunda, qlükoza məhlulunda və ya Ringer məhlulunda həll etmək lazımdır. Məhlul aseptik şəraitdə, günəş şüalarının təsirindən qorunmaqla hazırlanır. Hazırlanmış məhlul şəffaf və rəngsiz olmalıdır.

Əlavə təsirləri

Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: tez-tez (1% – 10%); bəzən (0,1% – l%); nadir hallarda (0,01% – 0,1%), çox nadir hallarda (0,01%-dən az, ayrı-ayrı hallar daxil olmaqla). Qanyaradıcı sistemdə baş verən pozğunluqlar: nadir hallarda – anemiya; çox nadir hallarda – neytropeniya, trombositopeniya. MSS-də baş verən pozğunluqlar: bəzən – başağrı, başgicəllənmə, yuxusuzluq, yuxululuq; nadir hallarda – paresteziya. Hissiyat orqanlarında baş verən pozğunluqlar: bəzən – bulanıq görmə; nadir hallarda – qulaqlarda küy. Ürək-damar sistemində baş verən pozğunluqlar: bəzən – arterial hipotenziya, istilik hissi, dəri örtüyünün hiperemiyası, nadir hallarda – ekstrasistoliya, taxikardiya, arterial hipertenziya, periferik ödem, səthi tromboflebit. Tənəffüs sistemində baş verən pozğunluqlar: nadir hallarda – bradipnoe; çox nadir hallarda – bronxospazm, dispnoe. Həzm sistemində baş verən pozğunluqlar: tez-tez – ürəkbulanma, qusma; bəzən – abdominal ağrı, dispepsiya, diareya, qəbizlik, hematemezis, ağızda quruluq; nadir hallarda – qanaxma və perforasiya, anoreksiya, qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi, sarılıq daxil olmaqla, mədə-bağırsaq traktının (MBT) eroziv-xoralı zədələnməsi; çox nadir hallarda – mədəaltı vəzinin zədələnməsi, qaraciyərin zədələnməsi. Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: nadir hallarda – poliuriya, böyrək sancısı; çox nadir hallarda – nefrit və ya nefrotik sindrom. Reproduktiv sistemdə baş verən pozğunluqlar: nadir hallarda – qadınlarda – menstrual siklin pozulması, kişilərdə – prostat vəzinin funksiyasının pozulması. Sümük-əzələ sistemində baş verən pozğunluqlar: nadir hallarda – əzələ spazmı, oynaqlarda hərəkətin çətinləşməsi. Dermatoloji reaksiyalar: bəzən – dermatit, səpgi, yüksək tərləmə; nadir hallarda – civzəli səpgi; çox nadir hallarda – fotosensibilizasiya. Allergik reaksiyalar: nadir hallarda – övrə; çox nadir hallarda – ağır dəri reaksiyaları (Stivens- Conson sindromu, Layell sindromu), angionevrotik ödem, allergik dermatit. Maddələr mübadiləsində baş verən pozğunluqlar: nadir hallarda – hiperqlikemiya, hipoqliikemiya, hipertriqliseridemiya. Laborator göstəricilərdə baş verən pozuntular: nadir hallarda – ketonuriya, proteinuriya. Yerli və ümumi reaksiyalar: tez-tez – inyeksiya nahiyəsində ağrı; bəzən – iltihabi reaksiya, hematoma, inheksiya nahiyəsində hemorragiya, istilik hissi, titrətmə, yorğunluq; nadir hallarda – bel ağrısı, bayılma, qızdırma; çox nadir hallarda – anafilaktik şok, üzün ödemi. Digər:əsasən sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəlikləri olan pasiyentlərdə yaranan aseptik meningit, hematoloji pozğunluqlar (purpura, aplastik və hemolitik anemiya, nadir hallarda – aqranulositoz və sümük iliyinin hipoplaziyası).

Doza həddinin aşılması

Doza həddinin aşılması qeydə alınmayib. Qusma, anoreksiya, abdominal ağrı, başgicəllənmə, dezoriyentasiya, başağrı, yuxululuq kimi təzahürlər mümkündür. Müalicəs: simptomatik terapiya; ehtiyac olduqda, hemodializ.

Buraxılış forması

25 mq/ml venadaxili və əzələdaxili yeridimə üçün məhlul. 2 ml məhlul, rəngli sınma halqası olan və ya rəngli nöqtəsi və çərtməli, işıqdan qoruyucu ampulda. Hər ampulun üzərinə əlavə olaraq bir, iki və ya üç rəngli halqa çəkilir və/və ya ikiölçülü ştrix-kod və/və ya hərf-rəqəm kodu və ya rəngli halqa olmadan ikiölçülü ştrix-kod, hərf-rəqəm kodu vurulur. 5 ampul, polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“FarmFirma “Soteks” QSC. 141345, Rusiya, Moskva vilayəti, Sergiyevo-Posadskiy bələdiyyə rayonu, kənd məntəqəsi Bereznyakovsoye, Belikovo qəsəbəsi, ev 10, ev 11, ev 12. Qeydiyyat vəsiqəsi verilən hüquqi şəxs/İstehlakçıların iddialarını qəbul edən şirkətin ünvanı “FarmFirma “Soteks” QSC. 141345, Rusiya, Moskva vilayəti, Sergiyevo-Posadskiy bələdiyyə rayonu, kənd məntəqəsi Bereznyakovsoye, Belikovo qəsəbəsi, ev 11. Tel.:/Faks: (495) 956-29-30.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Flamadeks 25 mq 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar