Aldegin 50 mq 2 ml N6 inyeksiya
| Təsiredici maddə | DEXKETOPROFEN |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. İltihab əleyhinə və antirevmatik preparatlar. Qeyri-steroid iltihab əleyhinə preparatlar. Propion turşusunun törəmələri. Deksketoprofen |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,68 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
™ ALDEGİN əzələdaxili və venadaxili inyeksiya üçün məhlul ™ Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen
Tərkibi
Təsiredici maddə: 2 ml məhlulun (1 ampul) tərkibində 50 mq deksketoprofen (73,8 mq deksketoprofen trometamol şəklində) vardır. Köməkçi maddələr:96%-li etanol, natrium xlorid, natrium hidroksid (pH-ın tənzimlənməsi üçün), inyeksiya üçün su.
Təsviri
İnyeksiya üçün şəffaf və rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. İltihab əleyhinə və antirevmatik preparatlar. Qeyri-steroid iltihab əleyhinə preparatlar. Propion turşusunun törəmələri. Deksketoprofen. ATC kodu: M01AE17.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Deksketoprofen qeyri-steroid iltihab əleyhinə preparatdır. Ağrıkəsici və qızdırmasalıcı təsir göstərir. Təsir mexanizmi siklooksigenazanı inhibə etməsi nəticəsində prostaqlandin sintezinin tormozlaması ilə əlaqədardır. Deksketoprofenin SOG-1 və SOG-2 aktivliyinə inhibəedici təsiri göstərilmişdir. Farmakokinetikası Sorulması Əzələdaxili yeridilməsindən sonra deksketoprofen trometamolun plazmada maksimal konsentrasiyası 20 dəqiqədən (10-45 dəq) sonra yaranmışdır. Paylanması Plazma zülalları ilə yüksək birləşmə dərəcəsi (99%) olan deksketoprofenin orta paylanma həcmi 0,25 l/kq-dan aşağıdır. Deksketoprofen trometamolun yarımpaylanma dövrü 0,35 saatdır. Biotransformasiya Deksketoprofen trometamolun yeridilməsindən sonra sidikdə yalnız S-(+) enantiomer təyin olunur. Xaric olunması Yarımxaricolma dövrü 1-2,7 saat təşkil edir. Deksketoprofen əsasən böyrək vasitəsilə qlükuronlaşma yolu ilə əmələ gələn metabolitlər şəklində xaric olunur.
İstifadəsinə göstərişlər
Osteoartritin, revmatoid artritin və ankilozlaşdırıcı spondilitin əlamət və simptomlarının simptomatik müalicəsi, sümük-əzələ sistemi xəstəlikləri zamanı kəskin ağrıların (bel nahiyəsində ağrılar kimi), postoperativ ağrıların, dismenoreyanın və böyrək sancısının müalicəsi.
Əks göstərişlər
Deksketoprofenə, digər QSİƏP-lərə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Anamnezdə ibuprofen, aspirin və ya digər qeyri-steroid iltihab əleyhinə preparatların istifadəsindən sonra müşahidə olunan hiperhəssaslıq reaksiyaları (məs., bronxospazm, kəskin rinit və ya nazal polip, angioödem və ya övrə). Ketoprofen və ya fibratlarla müalicə zamanı müşahidə edilən fotoallergik və ya fototoksik reaksiyalar. Aktiv və ya şübhələnilən onikibarmaq bağırsağın xorası/qanaxması və ya anamnezdə onikibarmaq bağırsağın residivləşən xorası/qanaxması (xoralanmanın və ya qanaxmanın 2 və ya çox sübut olunmuş fərqli epizod) və ya xroniki dispepsiya. Mədə-bağırsaq qanaxması, digər aktiv qanaxmalar və ya qanaxmanın yaranması ilə əlaqəli digər pozulmalar. Anamnezdə QSİƏP-lərin qəbulu ilə bağlı mədə-bağırsaq qanaxması və ya perforaiyası. Kron xəstəliyi və ya xoralı kolit. Anamnezdə bronxial astma. Ağır ürək çatışmazlığı. Orta və ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirens 59 ml/dəq və daha az). Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalası üzrə 10-15 bal). Hemorragik diatez və qanın laxtalanmasının digər pozulmaları. Ağır dərəcəli dehidratasiya (qusma, diareya və ya kifayət qədər maye qəbulunun edilməməsi səbəbindən). Hamiləliyin üçüncü trimestri və laktasiya dövru. Koronar arteriyanın şuntlama əməliyyatı (CABG) zamanı perioperativ ağrısının müalicəsi üçün əks göstərişdir. Tərkibində etanol olduğuna görə onurğa beyninə (intratekal və ya epidural) yeridilmə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-damar sisteminə təsir riski QSİƏP-lər ölümlə nəticələnə bilən ciddi kardiovaskulyar trombotik hadisələrin, miokard infarktının və insultun yaranma riskinin artmasına səbəb ola bilər. Bu risk istifadə müddətindən asılı olaraq arta bilər. Ürək-damar xəstəlikləri və ya onların yaranması üçün risk amilləri olan xəstələrdə bu risk arta bilər. ™ üçün əks göstərişdir. Mədə-bağırsaq sisteminə təsir riski QSİƏP-lər, fatal ola bilən qanaxma, xoralanma və perforasiya daxil olmaqla, mədə-bağırsaq traktı tərəfindən ciddi əlavə təsirlərinə səbəb olur. Bu cür əlavə təsirlər preparatdan istifadə zamanı istənilən vaxt və hər hansı bir xəbərdarlıq simptomlarla və ya simptomsuz baş verə bilər. Yaşlı xəstələrdə ciddi mədə-bağırsaq hadisələrinin yaranma riski artır. Uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Anamnezdə ™ allergik reaksiyalar olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Aldegin preparatının SOG-2-nin selektiv inhibitorları daxil olmaqla, digər QSİƏP-lərlə birgə istifadəsindən çəkinmək lazımdır. Simptomlara nəzarət edilməsi üçün zəruri olan ən aşağı effektiv doza ən qısa müddətdə istifadə etdikdə arzuolunmaz təsirləri minimuma endirmək olar. Mədə-bağırsaq qanaxması, xoralanması və perforasiyası Bütün QSİƏP-lərdən istifadə zamanı müalicənin istənilən vaxt, hər hansı bir xəbərdarlıq simptomlarla və ya simptomsuz yaxud anamnezdə mədə-bağırsaq traktının ciddi pozulmaları olduqda, fatal ola bilən mədə-bağırsaq qanaxmaları, xoralanmalar və ya perforasiyalar haqqında bildirilmişdir. Mədə-bağırsaq ™ qanaxması və ya peptik xoralanma müşahidə olunduqda Aldegin preparatının istifadəsi dərhal dayandırılmalıdır. QSİƏP-lərin dozaları yüksəldikdə və ya anamnezində olan, xüsusilə qanaxma və perforasiya ilə ağırlaşan xoralar olan xəstələrdə və yaşlılarda mədə-bağırsaq qanaxmalar, xoralanmalar və ya perforasiyaların yaranma ehtimalı artır. QSİƏP-lər anamnezdə xora xəstəliyi və ya mədə- bağırsaq qanaxması olan xəstələrə son dərəcə ehtiyatla təyin edilməlidir. QSİƏP-lərlə müalicə alan xəstələrdə mədə-bağırsaq qanaxmaların yaranma riskini artıran digər amillər aşağıdakılardır: peroral kortikosteroidlərlə və ya antikoaqulyantlarla birgə istifadəsi, QSİƏP-lərlə uzunmüddətli müalicəsi, siqaret çəkmə, alkoqol qəbulu, ahıl yaş və zəif ümumi sağlamlıq vəziyyəti. QSİƏP-lərlə müalicə alan xəstələrdə mədə-bağırsaq traktı tərəfindən arzuolunmaz təsirlərin potensial riskini minimuma endirmək üçün, ən aşağı effektiv dozadan mümkün qədər qısa müddətdə istifadə edilməlidir. QSİƏP-lərlə müalicə zamanı xəstələr və həkimlər MBT xoralanma və qanaxma əlamətləri və simptomları ilə bağlı ayıq olmalıdırlar və MBT tərəfindən ciddi arzuolunmaz reaksiya şübhəli bilinirsə, xəstənin vəziyyətinin qiymətləndirilməsi və müvafiq müalicəsi sürətlə həyata keçirilməlidir. MBT tərəfindən ciddi arzuolunmaz reaksiya istisna edilənə qədər QSİƏP-lərlə müalicəsi dayandırılmalıdır. Yüksək risk altında olan xəstələr üçün, QSİƏP-ləri daxil olmayan alternativ müalicə düşünülməlidir. Yaşlı xəstələr Yaşlı xəstələrdə QSİƏP-lərlə bağlı arzuolunmaz reaksiyaların, xüsusilə də fatal ola bilən mədə- bağırsaq qanaxmalarının və perforasiyaların yaranma tezliyi artır. Bu qrup xəstələrdə müalicə ən aşağı effektiv dozalarda başlanılmalıdır. Bütün QSİƏP-lərdən istifadə zamanı olduğu kimi, deksketoprofenin istifadəsinə başlamazdan əvvəl anamnezdə ezofagit, qastrit və/və ya peptik xorası olan xəstələr müalicə edilməlidir. Mədə-bağırsaq traktı pozulmasının simptomları və ya anamnezdə mədə-bağırsaq xəstəlikləri olan pasiyentlər mədə-bağırsaq qanaxmasının yaranma ehtimalından nəzarət altında saxlanmalıdır. Belə xəstələrdə, həmçinin eyni zamanda salisilatları aşağı dozalarda alan və ya MBT pozulmaların riskini artıran digər dərmanları alan xəstələrdə, müalicənin qoruyucu təsirə malik dərman vasitələri ilə (məsələn, mizoprostol və ya proton pompasının inhibitorları ilə) kombinasiyada aparılması düşünülməlidir. Anamnezdə mədə-bağırsaq traktına toksik effektləri olan xəstələr (o cümlədən, yaşlı), qeyri-adi abdominal simptomlar (mədə-bağırsaq qanaxmaları daxil olmaqla) haqqında, xüsusilə müalicənin əvvəlində olduqda, həkimə bildirilməlidir. Xoralanma və qanaxmaların yaranma riskini artıra bilən peroral kortikosteroidlər, varfarin kimi antikoaqulyantlar, serotoninin geri udulmasının selektiv inhibitorlar və ya asetilsalisil turşusu kimi antitrombositar vasitələri ilə birlikdə ehtiyatla istifadə olunmalıdır. Varfarin, digər kumarinlər və ya heparin kimi hemostaza təsir göstərən dərman vasitələri ilə müalicə ™ alan xəstələrdə Aldegin ehtiyatla istifadə olunmalıdır. QSİƏP-lərlə müalicə ilə bağlı mayenin ləngiməsi və ödem haqqında bildirilmişdir. Bu səbəbdən anamnezdə hipertenziya və/və ya yüngül və orta dərəcədə durğun ürək çatışmazlığı olan xəstələr müvafiq nəzarət altında saxlanmalıdır. Böyrəklərə təsiri QSİƏP-lərdən uzunmüddətli istifadəsi böyrəklərdə papilyar nekroza və digər böyrək zədələnmələrinə səbəb olmuşdur. Müalicənin dayandırılması, adətən, müalicədən əvvəlki vəziyyətə qədər bərpa edilməsi ilə müşayiət olunur. Bütün QSİƏP-lərdə olduğu kimi, plazmada sidik cövhəri azotunun və kreatinin səviyyəsi arta bilər. Prostaqlandin sintezinin digər inhibitorlarında olduğu kimi, böyrək sisteminə əlavə təsirlərin yaranması qlomerulyar nefrit, boyrək papilyar nekrozu, nefrotik sindrom və kəskin böyrək çatışmazlığı ilə nəticələnə bilər. Proqressivləşən böyrək xəstəlikləri ™ (keratinin klirensi ≤59 ml/dəq). Kardiovaskulyar trombotik hadisələr Nəzarət edilməyən arterial hipertenziya, durğun ürək çatışmazlığı, müəyyən olunmuş ürəyin işemik ™ xəstəliyi, periferik arteriyaların aterosklerozu və/və ya serebrovaskulyar xəstəliyi zamanı Aldegin preparatının istifadəsi yalnız diqqətli müayinədən sonra başlanmalıdır. Ürək-damar xəstəliklərinin (hipertenziya, hiperlipidemiya, şəkərli diabet, siqaret çəkmə) risk amilləri olduqda uzunmüddətli müalicədən əvvəl diqqətli müayinə keçirilməlidir. Hipertenizya QSİƏP-lər, deksetoprofen də daxil olmaqla, hipertenziyanın yaranmasına və ya əvvəllər mövcud olan hipertenziyanın ağırlaşmasına səbəb ola bilər. Tiazid və ya ilgək diuretikləri qəbul edən xəstələrdə QSİƏP-lərin qəbulu göstərilən diuretiklərin effektivliyinin azalmasına səbəb ola bilər. QSİƏP-lər, deksketoprofen də daxil olmaqla, hipertenziya olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Arterial təzyiq (AT) müalicəyə başlandığı zaman və müalicə müddətində diqqətlə nəzarət edilməlidir. Durğun ürək çatışmazlığı və ödem QSİƏP-lər qəbul edən bəzi xəstələrdə mayenin ləngiməsi və ödem müşahidə olunmuşdur. Mayenin ləngiməsi və ürək çatışmazlığı olan xəstələrdə deksketoprofen ehtiyatla istifadə olunmalıdır. Dəri reaksiyalar Çox nadir hallarda, deksketoprofen daxil olmaqla, QSİƏP-lərlə bağlı eksfoliativ dermatit, Stivens- Conson sindromu, toksik epidermal nekroliz kimi ciddi dəri reaksiyaları (bəzən fatal nəticələnən) haqqında bildirilmişdir. Həmin reaksiyaların ən yüksək yaranma riski müalicənin erkən mərhələsində, əksər hallarda – müalicənin ilk ayında, qeyd olunur. Dəridə, selikli qişada səpgilərin ilk əlamətləri və ya yüksək həssaslığın digər simptomları müşahidə olunduqda preparatın tətbiqi dayandırılmalıdır. Suçiçəyi zamanı preparatın istifadəsindən çəkinmək tövsiyə olunur. Anafilaktoid reaksiyalar Digər QSİƏP-lərdə olduğu kimi, əvvəllər preparata qarşı reaksiyaların olduğu məlum olmayan xəstələrdə anafilaktik/anafilaktoid reaksiyalar daxil olmaqla, allergik reaksiyalar müşahidə oluna bilər. “Aspirin” triada olan xəstələrdə preparat isifadə edilməməlidir. Bu simptomokompleks, adətən, burun polipləri ilə və ya onlarsız rinit keçirən astma xəstələrində, həmçinin aspirin və ya digər QSİƏP-lər qəbul edildikdən sonra ağır bronxospazm olan xəstələrdə müşahidə edilir. Anafilaktik reaksiyanın baş verdiyi hallarda təxirəsalınmaz tədbirlər aparılmalıdır. Qanyaranma pozulmaları, sistem qurdeşənəyi və ya qarışıq birləşdirici toxuma xəstəlikləri olan ™ pasiyentlərdə Aldegin preparatı ehtiyatla istifadə edilməlidir. Digər QSİƏP-lər kimi, deksketoprofen də infeksiya əlamətlərini maskalaya bilər. Bakterial infeksiya əlamətləri müşahidə olunduqda dərhal həkimə müraciət etmək lazımdır. ™ ekvivalent), bu da alkoqolizm xəstəliyindən əziyyət çəkən şəxslər üçün zərərlidir. ™ olduqda natriumla bağlı əlavə reaksiya gözlənilmir. Qaraciyərə təsiri Bütün QSİƏP-lərdə olduğu kimi, qaraciyərin bəzi parametrlərinin cüzi keçici artması, ALT və AST fermentlərin aktivliyinin əhəmiyyətli artması qeyd oluna bilər. Həmin göstəricilərdə əhəmiyyətli artma müşahidə olunduqda müalicə dayandırılmalıdır. Qaraciyərin disfunksiyasını göstərən simptomlar və/və ya əlamətlər və ya qaraciyərin anormal göstəriciləri olan xəstə deksketoprofenlə müalicə zamanı qaraciyərin daha ağır reaksiyasının yaranma ehtimalına görə qiymətləndirilməlidir. Qaraciyər xəstəliyinin klinik əlamətləri və simptomları və ya sistem təzahürləri müşahidə edildikdə (məs., eozinofiliya, səpgi və s.), preparatın istifadəsi dayandırılmalıdır və müvafiq müayinələr aparılmalıdır. Hematoloji təsir Deksketoprofen də daxil olmaqla, müalicə alan xəstələrdə bəzən anemiya müşahidə olunur. Deksketoprofen də daxil olmaqla, QSİƏP-lərlə uzunmüddətli müalicə alan xəstələrdə hemoqlobin və ya hematokrit göstəriciləri yoxlanılmalıdır. Bəzi xəstələrdə QSİƏP-lər trombositlərin aqreqasiyasını inhibə edə bilər və qanaxma müddətini uzada bilər. Koaqulopatiya olan və antikoaqulyantlar qəbul edən xəstələr ciddi nəzarət altında saxlanılmalıdır. Anamnezdə mövcud olan astma Əvvəllər mövcud olan astma xəstələrində aspirinə həssas astma ola bilər. Aspirinə həssas xəstələrdə aspirin və digər qeyri-steroid iltihab əleyhinə preparatların arasında, bronxospazm daxil olmaqla, çarpaz reaktivlik olduğu üçün preparat istifadə edilməməlidir və anamnezində astma olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Laborator müayinələri Mədə-bağırsaq traktının ciddi pozulması və qanaxma simptomların xəbərdar simptomları olmadan baş verə biləcəyi üçün həkimlər MBT qanaxmanın əlamətlərini və simptomlarını izləməlidirlər. QSİƏP- lərlə uzunmüddətli müalicə alan xəstələrdə vaxtaşırı qanın ümumi və biokimyəvi analizi aparılmalıdır. Qaraciyər və ya böyrək xəstəliklərinin klinik əlamətlər və simptomlar müşahidə edildikdə, sistem təzahürlər (məs., eozinofiliya, səpgi və s.) və ya qaraciyərin patoloji göstəriciləri saxlanılırsa və ya pisləşirsə, preparatın istifadəsi dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tövsiyə edilməyən kombinasiyalar Digər QSİƏP-lər, o cümlədən salisilatların yüksək dozaları (≥3 q/gün): bir neçə QSİƏP-lərdən eyni zamanda istifadəsi sinergetik effektinə görə mədə-bağırsaq xoralaranma və qanaxmanın yaranma riskini artıra bilər. Antikoaqulyantlar Deksketoprofen, plazma zülalları ilə yüksək dərəcədə bağlanmasına, trombositlərin aqreqasiyasını inhibə etməsinə və mədə-bağırsaq selikli qişasının pozulmasına görə varfarin kimi QSİƏP-lərin antikoaqulyant təsirini gücləndirə bilər. Həmin kombinasiyanın istifadəsinə ehtiyac olduqda xəstənin klinik vəziyyəti və laborator göstəriciləri ciddi nəzarət altında saxlanmalıdır. Heparinlər Qanaxmaların yaranma ehtimalı artır. Həmin kombinasiyanın istifadəsinə ehtiyac olduqda xəstənin klinik vəziyyəti və laborator göstəriciləri ciddi nəzarət altında saxlanmalıdır. Kortikosteroidlər Mədə-bağırsaq xoralanması və ya qanaxmaların yaranma ehtimalı artır. Litium QSİƏP-lər qanda litium səviyyəsini artırır ki, bu da toksik təsiri artıra bilər (litiumun böyrək klirensi azalır). Bu səbəbdən deksketoprofenin tətbiqinin başlanması, dozanın tənzimlənməsi və müalicənin dayandırılması zamanı litiumun səviyyəsi nəzarət altında saxlanmalıdır. Metotreksat Metotreksat həftədə 15 mq və daha çox dozalarda QSİƏP-lərlə birgə istifadə edildikdə onun böyrək klirensi azalır və beləliklə metotreksatın hematoloji toksikliyi artır. Hidantoin və sulfonamidlər Toksik effektləri arta bilər. Ehtiyatla təyin olunan kombinasiyalar Diuretiklər, AÇF inhibitorları, aminoqlikozidlər və angiotenzin II reseptorun antaqonistləri Deksketoprofen diuretiklərin və digər antihipertenziv vasitələrin təsirini zəiflədə bilər. Deksketoprofenlə diuretiklərin birgə istifadəsinə ehtiyac olduqda müalicənin əvvəlində xəstənin adekvat hidratasiya olmasından əmin olmaq və böyrək funksiyasını nəzarət altında saxlamaq lazımdır. Metotreksat Həftədə 15 mq-dan az dozalarda istifadə etdikdə iltihab əleyhinə preparatların böyrək klirensi azaldığından metotreksatın toksik effekti artır. Kombinəolunmuş müalicənin birinci həftələrində hər həftə qanın analizi aparılmalıdır. Pentoksifillin Qanaxmaların yaranma ehtimalı artır. Klinik nəzarət gücləndirilməlidir və qanaxma müddəti daha sıx yoxlanılmalıdır. Zidovudin QSİƏP-lərlə birgə istifadəsinə başlanmasından bir həftə sonra ağır anemiya ilə müşayiət olunan, retikulositlərə təsiri ilə bağlı eritrositar toksikliyin yaranma ehtimalı yüksəlir. QSİƏP-lərlə müalicəsinin başlanmasından 1-2 həftə sonra qan göstəricilərinə nəzarət edilməlidir. Sulfonil-sidik cövhəri törəmələri QSİƏP-lər sulfonil-sidik cövhəri törəmələrinin hipoqlikemik təsirini gücləndirə bilər. Diqqət tələb edən kombinasiyalar β-Blokatorlar QSİƏP-lər β-blokatorların hipotenziv təsirini zəiflədə bilər. Siklosporin və takrolimus QSİƏP-lər nefrotoksikliyinin yaranma ehtimalını artıra bilər. Kombinəolunmuş müalicə zamanı böyrək funksiyası nəzarət altında saxlanmalıdır. Trombolitiklər Qanaxmaların yaranma ehtimalı artır. Antitrombotik vasitələr və serotonin geri udulmasının selektiv inhibitorları Mədə-bağırsaq qanaxmaların yaranma ehtimalı artır. Probenesid Probenesidlə birgə istifadə zamanı deksketoprofenin plazma konsentrasiyası arta bilər, bu da deksketoprofenin doza tənzimlənməsini tələb edir. Ürək qlikozidləri QSİƏP-lər ürək çatışmazlığının əlamətlərini kəskinləşdirə bilər, yumaqcıq filtrasiyasını azalda bilər və qlikozidlərin plazma konsentrasiyasını artıra bilər. Mifepriston Nəzəri cəhətdən prostaqlandin sintezinin inhibitorlarının mifepristonun təsirini azaltma ehtimalı olduğundan, QSİƏP-lər mifepristonun yeridilməsindən sonra 8-12 gün ərzində istifadə olunmamalıdır. Xinolonlar Heyvanlarda aparılan tədqiqatlar yüksək dozalarda xinolonların QSİƏP-lərlə birgə istifadəsinin qıcolmaların yaranma ehtimalının artmasını göstərmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin III trimestrində preparatın istifadəsi əks göstərişdir. I və II trimestrlərdə mütləq göstəriş olmadıqda istifadə olunmamalıdır. Deksketoprofenin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Laktasiya dövründə ™
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
QSİƏP-lərlə müalicə zamanı başgicəllənmə, yuxululuq və görmə qabiliyyətinin pozulması kimi arzuolunmaz reaksiyaların yaranması mümkündür.
İstifadə qaydası və dozası
Tövsiyə olunan doza hər 8-12 saatdan bir 50 mq təşkil edir. Ehtiyac olduqda preparatı 6 saat intervalla ™ yeritmək olar. Ümumi gündəlik doza 150 mq-dan çox olmamalıdır. Aldegin preparatı qısamüddətli istifadə üçün nəzərdə tutulur və simptomatik müəlicə kəskinləşmə müddətində aparılmalıdır (maksimum 2 gün). Mümkün olduqda xəstələr ağrıkəsici dərman vasitələrinin peroral qəbuluna keçməlidir. Orta və ağır dərəcəli postoperativ ağrılarda göstəriş olduqda, opioid analgetiklərlə ™ kombinasiyada Aldegin böyüklərdə tövsiyə olunan dozalarda təyin oluna bilər. ™ Əzələdaxili yeridilmə Bir ampulun tərkibində olan 2 ml yavaş inyeksiya şəklində, dərin əzələdaxili yeridilməlidir. Venadaxili yeridilmə: Venadaxili infuziya: Həll olunan məhlul yavaş venadaxili infuziya şəklində, 10-30 dəqiqə ərzində yeridilməlidir. Məhlul həmişə işıqdan qorunmalıdır. Venadaxili bolyus: Bir ampulun tərkibində olan 2 ml yavaş, v/d bolyus şəklində ən azı 15 saniyə ərzində yeridilməlidir. ™ 5%-li dekstroza və Ringer laktat məhlullarında həll edildikdən sonra 2-8C temperaturda, qaranlıq yerdə saxlandıqda 2 saat ərzində stabildir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək çatışmazlığı olan xəstələr Yüngül dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 60-89 ml/dəq) ümumi gündəlik doza 50 mq-a qədər azaldılmalıdır. Orta və ağır dərəcəli böyrək çatışmazlığı zamanı (kreatinin klirensi ™ ≤50 ml/dəq) Aldegin istifadə olunmamalıdır. Qaraciyər çatışmazlığı Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalasına görə 5-9 bal) olan xəstələr ciddi nəzarət altında saxlanmalıdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə (Çayld-Pyu ™ şkalasına görə 10-15 bal) Aldegin istifadə olunmamalıdır. Pediatrik xəstələr Uşaqlarda və yeniyetmələrdə deksketoprofenin istifadəsi öyrənilməmişdir. Təhlükəsizliyə və effektivliyə dair məlumatın olmadığından 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə preparat istifadə olunmamalıdır. Yaşlı xəstələr Yaşlılarda, adətən, dozanın tənzimlənməs itələb olunmur. Yaşlı xəstələrdə böyrək funksiyasının fizioloji azalmasına görə yüngül dərəcəli böyrək çatışmazlığı zamanı ən aşağı doza (ümumi gündəlik doza 50 mq) tövsiyə olunur.
Əlavə təsirləri
Orqan sistemləri Tez-tez Bəzən Nadir (≥1/10000- Çox nadir (≥1/100-dən (≥1/1000-dən dən <1/1000-dək) (<1/10000) <1/10-dək) <1/100-dək) Qanyaradıcı və limfa anemiya neytropeniya, sisteminə trombositopeniya İmmun sisteminə qırtlaq ödemi anafilaktik reaksiya, anafilaktik şok Maddələr mübadiləsinə hiperqlikemiya, və qidalanmaya hipoqlikemiya, hipertriqliseridemiya, anoreksiya Psixi pozulmalar yuxusuzluq Sinir sisteminə baş ağrısı, paresteziya, bayılma başgicəllənmə, yuxululuq Görmə orqanına bulanıq görmə Eşitmə orqanına və qulaqlarda küy labirint sisteminə Ürək-damar sisteminə istilik hissi ekstrasistoliya, taxikardiya, hipotenziya, səthi damarlarının tromboflebiti Tənəffüs sisteminə, döş bradipnoe bronxospazm, dispnoe qəfəsi və divararası orqanlarına Həzm sisteminə ürəkbulanma, abdominal peptik xora, pankreatit qusma ağrı, peptik xoradan dispepsiya, qanaxma və ya peptik diareya, xoranın perforasiyası qəbizlik, qanlı qusma, ağızda quruluq Hepatobiliar sistemə hepatit, sarılıq hepatosellülyar pozulma Dəri və dərialtı piy dermatit, övrə, akne Stivens Conson toxumasına qaşınma, sindromu, toksik səpgi, epidermal nekroliz tərləmənin (Layell sindromu), yüksəlməsi angioödem, üzdə ödem, fotohəssaslıq reaksiyaları Sümük-əzələ sisteminə əzələ rigidliyi, və birləşdirici toxumaya oynaqların rigidliyi, əzələ qıcolmaları, bel ağrısı Böyrək və sidikçıxarıcı kəskin böyrək nefrit və ya nefrotik yollara çatışmazlığı, sindrom poliuriya, böyrək ağrısı, ketonuriya, proteinuiriya Reproduktiv sistemə və menstrual siklin süd vəzilərinə pozulmaları, prostat vəzinin funksiyasının pozulmaları Ümumi pozulmalar və yeridilmə qızdırma, yeridilmə yerində yerli reaksiyalar yerində ağrı, yorğunluq, bərkimə, periferik iltihab daxil ağrı, titrəmə ödem olmaqla, yeridilmə yerində reaksiya, hematoma və ya qanaxma Müayinə qaraciyər fermentlərin (laborator göstəricilər) səviyyəsinin dəyişməsi Həzm sisteminə: Ən tez-tez MBT tərəfindən əlavə reaksiyalar müşahidə olunur. Peptik xora, perforasiya və ya mədə-bağırsaq qanaxması (bəzən fatal), xüsusilə yaşlı xəstələrdə, qeyd oluna bilər. Yeridilmədən sonra ürəkbulanma, qusma, diareya, meteorizm, qəbizlik, dispepsiya, abdominal ağrı, melena, qanlı qusma, xoralı stomatit, kolitin və Kron xəstəliyinin kəskinləşməsi qeyd oluna bilər. Daha az hallarda qastrit müşahidə oluna bilər. Hiperhəssaslıq: QSİƏP-lərlə müalicə zamanı hiperhəssaslıq reaksiyaları haqqında bildirilmişdir. QSİƏP-lərlə müalicə zamanı ödem, hipertenziya və ürək çatışmazlığı haqqında bildirilmişdir. Digər QSİƏP-lərdə olduğu kimi, əksər hallarda sistem eritematoz qurdeşənəyi və ya qarışıq birləşdirici toxuma xəstəlikləri zamanı müşahidə olunan aseptik meningit və hematoloji reaksiyalar (purpura, aplastik və hemolitik anemiya, nadir hallarda aqranulositoz və medullyar hipoplaziya) əmələ gələ bilər. Şübhəli əlavə reaksiyalar haqqında məlumat Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam etdirilməsinə imkan verir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Doza həddinin aşılma zamanı müşahidə olunan simptomlar məlum deyil. Adətən QSİƏP-lərdən istifadə zamanı müşahidə olunan simptomlar: baş ağrısı, ürəkbulanma, qusma, abdominal ağrı, mədə-bağırsaq qanaxması, nadir hallarda – diareya, dezoriyentasiya, oyanıqlıq, koma, yuxululuq, başgicəllənmə, qulaqlarda küy, bayılma, tək-tək hallarda – qıcolmalar. Güclü intoksikasiya zamanı kəskin böyrək çatışmazlığı və qaraciyərin zədələnməsi mümkündür. Müalicəsi: Təsadüfən daxilə qəbul olunduqda xəstənin vəziyyətindən asılı olaraq simptomatik müalicə aparılmalıdır. Deksketoprofen trometamol dializ vasitəsilə orqanizmdən xaric oluna bilər.
Buraxılış forması
™ 2 ml məhlul, ampulda. 6 ampul plastik blisterdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25C-dən yüksək olmayan otaq temperaturunda, qaranlıq və uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Deva Holding A.Ş., Turkey. Dumlupınar Mah., Ankara Cad. №2, Kartepe/Kocaeli/Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Deva Holding A.Ş., Turkey. Halkalı Merkez Mah., Basın Ekspres Cad. № 1, 34303 Küçükçekmece, İstanbul, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.