Espa 10 mq N28 tablet
| Təsiredici maddə | ESCITALOPRAM |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Neyronal geriyə tutulmanın seçici blokatorları olan antidepressantlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,22 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Preparatı istifadə etməyə başlamazdan əvvəl içlik vərəqəsini diqqətlə və axıra qədər oxuyun, belə ki, orada sizin üçün vacib məlumatlar vardır. Bu içlik vərəqəsini saxlayın. Onu təkrar oxumalı ola bilərsiniz. Əgər hər hansı əlavə sualınız olarsa, həkiminizdən, əczaçıdan və ya tibb bacısından soruşun. Bu preparat sizin üçün təyin edilmışdir, onu digər şəxslərə verməyin. Həkimə və ya xəstəxanaya gedərkən həkiminizə bu preparatı qəbul etdiyiniz barədə məlumat verin. Bu içlik vərəqəsində qeyd edilən tövsiyələrə dəqiq əməl edin. Sizin üçün tövsiyə olunan dozadan artıq və ya əskik doza istifadə etməyin. ESPA 10 örtüklü tabletlər ESPA 10 Beynəlxalq patentləşdirilməmiş adı: Escitalopram
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq essitalopram oksalat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza PH 102, krospovidon, natrium kroskarmelloza, susuz kolloidal silisium dioksid, natrium laurilsulfat, povidon K30, maqnezium stearat (E572). Örtük: PVA GL-05FS, PEG 3350 tozu, titan dioksid, talk.
Təsviri
Ağ rəngli, oval, hər iki tərəfi qabarıq, bir tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Neyronal geriyə tutulmanın seçici blokatorları olan antidepressantlar. ATC kodu: N06AB10.
Farmakoloji xüsusiyyətləri
Essitalopram ilkin birləşmə yerinə yüksək affinitetə malik serotoninin intraneyronal tutulmasının (5-HT) selektiv inhibitorudur. O, həmçinin, 1000 dəfə daha aşağı affinitetlə serotonin daşıyıcısının allosterik sahəsinə birləşir. Essitalopramın 5-HT , 5-HT , DAD və D reseptorlarına, α -, α -,1A 2 1 2 1 2 β-adrenoreseptorlarına, H -histamin, m-xolinergik, benzodiazepin və opioid reseptorları daxil olmaqla,1 bir sıra reseptorlarla affinitetliyi yoxdur və ya çox aşağı səviyyədədir. 5-HT intraneyronal tutulması essitalopramın farmakoloji və klinik təsirini izah edən yeganə təsir mexanizmidir. Daxilə qəbuldan sonra essitalopramın biomənimsənilməsi demək olar ki, tamdır və qida qəbulundan asılı deyildir. Plazmada maksimal konsentrasiya (T ) bir neçə dozada qəbulundan 4 saat sonra əldəmax olunur. Rasemik sitalopramda olduğu kimi, essitalopram metabolitlərinin zülallarla birləşmə səviyyəsi 80%-dən aşağıdır. Essitalopram qaraciyərdə demetil və didemetil metabolitlərinə qədər metabolizə olunur. Bu metabolitlərin hər ikisi farmakoloji aktivdir. Dəyişilməmiş essitalopram plazmada dominant hissəni təşkil edir. Essitalopramın farmakokinetikası xətti xarakter daşıyır. Plazmada davamlı konsentrasiya 1 həftə ərzində əldə olunur. Essitalopramın yarımparçalanma vaxtı (T ) təxminən 30 saat və plazma1/2 klirensi təxminən 0.6 L/dəq təşkil edir. Xaricolma əsasən sidik və fekalilər vasitəsilə olur və təyin olunmuş dozanın əksər hissəsi sidiklə, metabolitlər şəklində xaric olur.
İstifadəsinə göstərişlər
ESPA 10 depressiyanın (böyük depressiv epizodlarda) və panik pozğunluqlar (məsələn, aqarafobiyalı (açıq yerlərdən qorxmaq) və ya onsuz)), sosial həyəcan pozğunluqlarının, generalizə olunmuş həyəcan pozğunluqlarının və obsessiv-kompulsiv pozğunluqların müalicəsi üçün istifadə olunur. Essitalopram serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SSRI–SGTSİ) adlanan antidepressantlar qrupuna aiddir. Bu dərmanlar beyində serotonin sisteminə təsir göstərərək onun səviyyəsini yüksəldir. Serotonin sisteminin pozğunluqlarında depressiyanın və onunla əlaqədar olan xəstəliklərin inkişafı mühüm faktor hesab edilir.
Əks göstərişlər
Aşağıdakı hallarda ESPA 10 istifadə etməyin. Əgər Essitaloprama və ya ESPA 10-un digər komponentlərindən hər hansı birinə (bax: “Köməkçi maddələr”) qarşı allergiyanız varsa. Əgər Siz, selegilin (Parkinson xəstəliyinin müalicəsində istifadə olunur), moklobemid (depressiyanın müalicəsi üçün istifadə olunur) və ya linezolid (antibiotik) daxil olmaqla, MAO-nun (monoaminooksidaza) inhibitorları adlanan qrupa daxil olan digər dərman preparatları qəbul edirsinizsə. Əgər Siz, pimozid (antipsixotik) istifadə edirsinizsə. Əgər Siz, qeyri-normal ürək ritmi ilə doğulmusunuzsa və ya Sizdə belə bir hal olmuşdursa (ürəyin necə işlədiyini öyrənmək üçün aparılan EEQ-də görünən), QT intervalını uzadan preparatlarla birgə istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər başqa bir xəstəliyiniz varsa, lütfən həkiminizə bildirin, çünki həkiminiz bunu nəzərə almalı ola bilər. Xüsusilə aşağıdakılar barədə həkiminizə məlumat verin: Əgər Sizdə epilepsiya varsa. Əgər Sizdə ilk dəfə tutma baş verərsə və ya tutmaların tezliyi yüksələrsə, ESPA 10 ilə müalicəni dayandırın. Əgər Siz qaraciyər və ya böyrək çatışmazlığından əziyyət çəkirsinizsə. Həkiminiz Sizə təyin edilmiş dozaya düzəliş edə bilər. Əgər Sizdə şəkərli diabet varsa. ESPA 10 İnsulin və ya oralilə müalicə qlikemik nəzarəti dəyişə bilər. hipoqlikemik preparatların dozalarına düzəliş edilməsi lazım gələ bilər. Əgər Sizin qanınızda natriumun səviyyəsi azalmışdırsa. Əgər Sizdə qanaxmanın və ya qansızmanın inkişafına meyillilik varsa. Əgər anamnezdə qlaukoma varsa. Əgər Siz elektroşok müalicəsi alırsınızsa. Əgər Sizdə koronar ürək xəstəliyi varsa. Əgər ürək xəstəliyindən əziyyət çəkirsinizsə və ya əziyyət çəkmisinizsə, və ya hazırda Sizdə ürək tutması olmuşdursa. Əgər Sizdə ürək yığılmaları tezliyi aşağıdırsa və ya Siz bilirsiniz ki, uzun müddət davam edən diareya və qusma və ya diuretik tabletlərin (sidikqovucu tabletlər) qəbulu nəticəsində Sizdə duzun tükənməsi baş verə bilər. Əgər Sizin ürək döyüntünüzün sürətli və ya qeyri-müntəzəm olduğunu, ayaq üstə duran zaman bayılmalar, kollaps və ya başgicəllənmə hiss edirsinizsə (bu, ürək ritminizin düzgün olmadığını göstərə bilər). Torsades de pointes-in (ürək aritmiyasının bir növü) inkişaf riski yüksək olan pasiyentlərdə, məsələn durğunluq ürək çatışmazlığı olan pasiyentlərdə, yaxın zamanlarda ürək tutması olmuş pasiyentlərdə, ürəyin yığılma tezliyi aşağı olan pasiyentlərdə və ya yanaşı xəstəliklərin baş verməsi və ya digər dərmanların istifadəsi nəticəsində hipokaliemiyaya (qanda kaliumun səviyyəsinin aşağı olması) və ya hipomaqneziemiyaya (qanda maqneziumun səviyyəsinin aşağı olması) meyilli pasiyentlərdə istifadə edərkən ehtiyatlı olmaq tövsiyə edilir. Maniakal-depressiv xəstəliyi olan bəzi pasiyentlər maniakal fazaya daxil ola bilərlər. Bu, qeyri-adi və tez dəyişən ideyaların yaranması ilə, qeyri-adekvat xoşbəxtliklə və güclü fiziki aktivliklə xarakterizə olunur. Siz belə bir hal hiss etsəniz, həkiminizə müraciət edin. Müalicənin ilk həftələrində oturarkən və ya ayaqüstə durarkən narahatlıq və ya çətinlik kimi simptomlar da baş verə bilər. Əgər bu simptomları hiss etsəniz, həkiminizə bu barədə məlumat verin. İntihar barədə fikirlər və Sizin depressiyanızın və ya həyəcan pozğunluqlarınızın ağırlaşması: Əgər Siz depressiya vəziyyətindəsinizsə və ya həyəcan pozğunluqlarınız varsa, bəzi hallarda Siz özünüzə zərər vurmaq və ya özünüzü öldürmək fikrinə düşə bilərsiniz. Bunlar antidepressantlarla ilk dəfə müalicəyə başlayan zaman arta bilər, belə ki, bu dərmanlar adətən iki həftə və ya bəzən daha artıq müddətdən sonra təsir göstərməyə başlayır. Siz ən çox aşağıdakılar barədə fikirləşə bilərsiniz: Əgər Siz əvvəllər özünüzü öldürmək və ya özünüzə zərər yetirmək barədə fikirləşmisinizsə. Əgər Siz yetkin cavansınızsa. Klinik sınaqlardan alınan nəticələr göstərir ki, suisidal (intihar) davranış psixiatrik vəziyyətdə olan və antidepressantlarla müalicə olunan 25 yaşdan aşağı yetkin cavanlarda daha güclü olur. Əgər Siz nə vaxtsa özünüzü öldürmək və ya özünüzə zərər yetirmək barədə fikirləşsəniz, həkiminizə müraciət edin və ya dərhal xəstəxanaya gedin. Antidepressantların xüsusilə 24 yaşa qədər uşaq və yeniyetmələrdə istifadəsi onlarda suisidal ideyaları və ya davranışları gücləndirmə potensialına malikdir. Bu səbəbdən, pasiyent onun valideyinləri və tibb mütəxəssisi tərəfindən xüsusilə, müalicənin əvvəlində və ilk bir neçə ay ərzində və dozanın artırılıb/azaldılması dövründə və ya müalicənin dayandırılması zamanı tez-tez yoxlanmalıdır, belə ki, pasiyentin davranışında əsəbilik, hiperaktivlik və ya intihar kimi dəyişikliklər baş verə bilər. 18 yaşa qədər uşaqlar və yeniyetmələr ESPA 10 Bundan başqa, Sizadətən 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə olunmamalıdır. bilməlisiniz ki, 18 yaşa qədər pasiyentlərdə bu qrup dərmanları qəbul edən zaman intihara cəhd, intihar barədə fikirlər və düşmənçilik (əsasən aqressiya, müxalif davranış və qəzəb) kimi əlavə təsirlərin inkişaf riski yüksək olur. Buna baxmayaraq, həkim 18 yaşdan aşağı pasiyent üçün onun maraqları naminə ESPA Əgər 18 yaşa qədər pasiyentin ESPA 10 qəbul etdiyi müddətdə yuxarıda10 təyin edə bilər. sadalanan simptomlardan hər hansı biri meydana çıxarsa və ya ciddi xarakter alarsa, Siz bunu həkimə bildirməlisiniz. Bundan başqa, bu yaş qrupunda ESPA 10-un inkişafa, yetkinliyə və koqnitiv və davranışın inkişafına dair uzunmüddətli təhlükəsizliyi bu vaxta qədər nümayiş etdirilməmişdir. Əgər bu xəbərdarlıqlar hətta keçmişdə olsa da Sizə aiddirsə, mütləq həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, bu barədə həkiminizə məlumat verin: “Monoaminooksidazanın (MAO) qeyri-selektiv inhibitorları (tərkibində təsiredici maddə kimi, fenelzine, iproniazid, izokarboksazid, nialamid və tranilsipromin olan). Əgər Siz bu dərmanlardan hər hansı birini qəbul edirsinizsə, o zaman onun qəbulunu dayandırdıqdan sonra ESPA 10-un qəbuluna başlamazdan əvvəl 14 gün gözləməlisiniz. ESPA 10-un qəbulunu dayandırdıqdan sonra Siz bu dərmanlardan hər hansı birinin qəbuluna başlamaq üçün 7 günə yaxın gözləməlisiniz. “MAO-A-nın dönər, selektiv inhibitorları” (tərkibində depressiyanın müalicəsi üçün istifadə edilən moklobemid olan). “MAO-B-nin dönməz inhibitorları” (tərkibində Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunan selegilin olan). Bunlar əlavə təsirlərin yaranması riskini yüksəldir. Linezolid antibiotiki. Litium maniakal-depressiv pozğunluğun müalicəsi üçün istifadə olunur və triptofan (bu, amin turşusudur və qidalanmaya dəstək kimi istifadə olunur). İmipramin və dezipramin (hər ikisi depressiyanın müalicəsi üçün istifadə olunur). Sumatriptan və oxşar dərmanlar (miqrenin müalicəsi üçün istifadə olunur) və tramadol (güclü ağrıları aradan qaldırmaq üçün istifadə olunur). Bunlar əlavə təsirlərin yaranması riskini yüksəldir. Simetidin və omeprazol (mədə xoralarının müalicəsi üçün dərmanlar), fluvoksamin (antidepressant) və tiklopidin (ürək tutmaları riskini azaltmaq üçün istifadə olunur). Bunlar qanda ESPA 10-un səviyyəsini yüksəldə bilər. St. John’s wort (hypericum perforatum – dəlikli dazıotu) – depressiyanın müalicəsi üçün istifadə olunan bitki mənşəli dərman. Asetilsalisil turşusu (aspirin və qeyri-steroid iltihabəleyhinə preparatlar ağrını aradan qaldırmaq və ya qanın laxtalanma qabiliyyətini aşağı salmaq üçün istifadə olunan antikoaqulyant adlanan dərmanlar). Bunlar qanaxmaya meyilliliyi artıra bilər. Varfarin, dipiridamol və fenprokoumon (qanın laxtalanma qabiliyyətini aşağı salmaq üçün istifadə olunan antikoaqulyant adlanan dərmanlar). Antikoaqulyantın dozasının adekvat olduğuna əmin olmaq üçün həkiminiz yəqin ki, ESPA 10-la müalicəyə başlayan və müalicə dayandırılan zaman qanın laxtalanma vaxtını yoxlayacaqdır. Mefloxin (Malyariyanın müalicəsi üçün istifadə olunan dərman), bupropion (depressiyanın müalicəsi üçün) və tramadol (güclü ağrıları aradan qaldırmaq üçün istifadə olunur). Bunlar qıcolma qapısını aşağı salır. Neyroleptiklər (şizofreniyanın, psixozların müalicəsi üçün) və antidepressantlar, qıcolma qapısını aşağı saldıqları üçün. Flekainidlə, propafenonla və metoprololla (ürək-damar xəstəliklərinin müalicəsi üçün) klomipraminlə və nortriptilinlə (antidepressantlar) və risperidonla, tioridazinlə və haloperidolla (antipsixotiklər) birlikdə istifadə zamanı ESPA 10-un dozasına düzəliş etmək lazım gələ bilər. Əgər ürək ritminin problemləri ilə bağlı və ya ürək ritminə təsir göstərən dərmanlar, məs., IA və III sinif antiritmik dərmanlar, antipsixotiklər (məs., fenotiazin törəmələri, pimozid, haloperidol), trisiklik antidepressantlar, müəyyən antimikrob dərmanlar (məs., sparfloksasin, moksifloksasin, eritromisin v/d, pentamidin, malyariya əleyhinə müalicə, xüsusilə halofantrinlə), müəyyən antihistamin dərmanlar (məs., astemizol, mizolastin) istifadə edirsinizsə, ESPA 10 istifadə etməyin. Əgər hazırda reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, hər hansı digər dərman qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, lütfən bu barədə həkiminizi məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər Siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, bunu həkiminizə bildirin. Siz və həkiminiz bu dərmanın fayda və risk nisbətini qiymətləndirməyənə və həkiminiz bu dərmanı Sizin üçün münasib bilməyənə qədər ESPA 10 qəbul etməyin. Əgər Siz hamiləliyin son üçaylığı ərzində ESPA 10 qəbul edirsinizsə, Siz bilməlisiniz ki, yenidoğulmuş uşaqda aşağıdakı hallar yarana bilər: tənəffüslə bağlı problemlər, dərinin göyümtül rəngə çalması, qıcolmalar, bədən temperaturunun dəyişməsi, çətin qidalanma, qusma, qanda şəkərin miqdarının azalması, hipertoniya, hipotoniya, əzələlərin bərk və ya elastik olması, güclü reflekslər, tremor, əsəbilik, qıcıqlanma, əzginlik, daim ağlama, yuxululuq və çətin yuxuyagetmə. Əgər sizin yenidoğulmuş uşağınız bu simptomlardan hər hansı birinə malikdirsə, lütfən dərhal həkimlə əlaqə yaradın. Həkiminiz sizin ESPA10 istifadə etdiyinizi bilməlidir. Hamiləlik zamanı, xüsusilə hamiləliyin son üçaylığında ESPA10 kimi dərmanların istifadəsi uşaqlarda yenidoğulmuşların davamlı ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəliyin başvermə riskini yüksəldə bilər. Bu zaman uşaq tez-tez nəfəs alır və göyümtül çalar alır. Bu simptomlar adətən uşaq doğulduqdan sonra ilk 24 saat ərzində meydana çıxır. Əgər sizin uşağınızda bu hal yaranarsa, Siz dərhal həkimə müraciət etməlisiniz. Əgər hamiləlik dövründə ESPA 10 istifadə olunarsa, onunla müalicəni qəflətən dayandırmaq olmaz. Əgər müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə məsləhətləşin. Əgər Siz uşaq əmizdirirsinizsə, Siz və həkiminiz bu dərmanın fayda və risk nisbətini qiymətləndirməyənə və həkiminiz bu dərmanı Sizin üçün münasib bilməyənə qədər ESPA 10 qəbul etməyin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
ESPA 10-un Sizə necə təsir etdiyini bilməyənə qədər Sizə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Həmişə ESPA 10-nu həkiminizin dediyinə dəqiq əməl etməklə qəbul edin. Böyüklər Böyük depressiv epizodlar ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. Antidepresiv təsir əldə etmək üçün, adətən, 2-4 həftə lazım olur. Simptomlar aradan qaldırıldıqdan sonra əldə olunan təsiri möhkəmləndirmək üçün müalicəni minimum 6 ay ərzində davam etdirmək lazımdır. Panik pozğunluqlar ESPA 10-un başlanğıc dozası dozanı gündə 10 mq-a qədər artırmazdan əvvəl ilk həftə üçün gündə 1 dəfə 5 mq-dır. Sonra doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. Maksimum müalicə təsiri müalicə başlandıqdan sonra 3 ay ərzində əldə olunur. Müallicə bir neçə ay davam edir. Sosial həyəcan pozğunluqları ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Xəstəliyin simptomlarını yüngülləşdirmək üçün, adətən, 2-4 həftə tələb olunur. Həkiminiz Sizin dərmana reaksiyanızdan asılı olaraq dozanı gündə 5 mq-a qədər azalda və ya gündə maksimum 20 mq-a qədər artıra bilər. Sosial narahatlıq pozğunluğu xroniki gedişatı olan xəstəlikdir, buna görə də, nəticəni möhkəmləndirmək üçün müalicəni 12 həftə ərzində davam etdirmək tövsiyə olunur. Respondentlərin uzunmüddətli müalicəsini 6 ay ərzində tədqiq ediblər, residivin qarşısını almaq üçün müalicə fərdi təyin oluna bilər. Generalizəolunmuş həyəcan pozğunluqları ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. Gündə 20 mq qəbul etmiş xəstələrdə respondentlərin uzun müddətli müalicəsini 6 ay ərzində tədqiq ediblər. Mütəmadi olaraq, müalicənin və dozalamanın faydasının yenidən qiymətləndirilməsini həyata keçirmək lazımdır. Obsessiv-kompulsiv pozğunluqlar ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. OKP xroniki xəstəlikdir, simptomların aradan qalxmasını zəmanət altına almaq üçün xəstələr kifayət qədər müddət ərzində müalicə almalıdırlar. ESPA 10-u qida ilə və ya onsuz qəbul etmək olar. Tabletləri müəyyən qədər su ilə udun. Tableti çeynəməyin, belə ki, o, acıdır. Lazım gələrsə, Siz tableti hamar səthi yuxarı vəziyyətdə tutmaqla bölə bilərsiniz. Siz tabletləri iki şəhadət barmağınızla onların hər bir ucundan şəkildə göstərildiyi kimi aşağı basmaqla bölə bilərsiniz. Müxtəlif yaş qrupları Uşaq və yeniyetmələr (18 yaşa qədər) ESPA 10 adətən uşaq və yeniyetmələrdə istifadə edilməməlidir. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) ESPA 10-un tövsiyə edilən başlanğıc dozası gündə 1 dəfə 5 mq-dır. Doza həkiminiz tərəfindən gündə 10 mq-a qədər artırıla bilər. Yaşlı xəstələrdə sosial narahatlıq pozğunluğunun müalicəsi üçün essitalopramın təsirliliyi tədqiq edilməyib. Böyrəklərin funksiyasının zəifləməsi Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə dozanın fərdi seçimi tələb olunmur. Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrə təyin edən zaman ehtiyatlı olmaq lazımdır (CL (kreatininCR klirensi) < 30 ml/dəq.). Qaraciyər funksiyasının zəifləməsi Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə tövsiyə olunan başlanğıc gündəlik doza 5 mq təşkil edir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, dozanı gündə 10 mq-a qədər artırmaq olar. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrə təyin edən zaman ehtiyatlı olmaq lazımdır. CYP2C19 sitoxromunun ləng metabolizatorları CYP2C19 sitoxromu ilə əlaqədar olaraq, metabolizmin aşağı sürəti ilə səciyyələnən xəstələrdə müalicənin ilk iki həftəsində tövsiyə olunan başlanğıc doza 5 mq təşkil edir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, dozanı gündə 10 mq-a qədər artırmaq olar. Müalicə müddəti Özünüzü yaxşı hiss etməniz üçün bir neçə həftə lazım gələ bilər. Özünüzü yaxşı hiss etmək üçün müəyyən vaxt lazım gəlsə də, ESPA 10 istifadə etməyi davam etdirin. Həkiminizlə məsləhətləşmədən dərmanınızın dozasını dəyişdirməyin. Həkiminizin tövsiyə etdiyi müddət ərzində ESPA 10-un qəbulunu davam etdirin. Əgər Siz müalicəni çox tez dayandırsanız, Sizin simptomlarınız yenidən meydana çıxa bilər. Tövsiyə olunur ki, Siz özünüzü yaxşı hiss etdikdən sonra ən azı daha 6 ay müddətində müalicəni davam etdirəsiniz. Müalicəni qəfil dayandırmaqdan yayınmaq lazımdır. Essitalopram preparatı ilə müalicəni dayandıran zaman, ləğvetmə simptomunun yaranması riskindən yayınmaq məqsədi ilə, dozanı bir-iki həftə ərzində tədricən azaltmaq lazımdır. Dozanı azaltdıqdan və ya müalicəni dayandırdıqdan sonra dözülməz simptomlar əmələ gəldiyi zaman preparatın təyin edilmiş dozaları ilə müalicəni yeniləmək mümkündür. Beləliklə, müalicə həkimi dozanı azaltmağa davam edə bilər, lakin bu, kəskin şəkildə olmamalıdır.
Əlavə təsirləri
Bütün dərmanlar kimi ESPA10 da preparatın komponentlərinə qarşı həssas olan insanlarda əlavə təsirlər törədə bilər. Əlavə təsirlər adətən müalicəyə başladıqdan bir neçə həftə sonra aradan qalxır. Nəzərə alın ki, bir çox effektlər sizin xəstəliyinizin simptomları ola bilər və deməli, müalicəyə yaxşı başlasanız, yaxşılaşma baş verəcək. Əgər müalicə müddətində aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa həkiminizə müraciət edin: Çox tez-tez: ürəkbulanma, başağrı. Tez-tez: burun tutulması və ya axması (sinusit). İştahanın azalması və ya artması, Həyəcan, narahatlıq, qeyri-normal yuxu, yuxuyagetmədə çətinlik hissi, özünü yuxulu hiss etmə, başgicəllənmə, əsnəmə, tremor, dəridə sancma hissi. Diareya, qəbizlik, qusma, ağızda quruluq. Tər ifrazının artması. Əzələlərdə və oynaqlarda ağrı (artralgiya və mialgiya). Seksual pozğunluqlar (eyakulyasiyanın gecikməsi, erektil problemlər, qadınlarda seksual həvəsin azalması və orqazmın pozulması). Yorğunluq, qızdırma. Bədən kütləsinin artması. Bəzən: Gicitkən səpgisi (övrə), səpgi, qaşınma. Dişləri qıcama, ajitasiya, əsəbilik, panik həmlə, sayıqlama, çaşqınlıq vəziyyəti. Yuxunun pozulması, dadbilmənin pozulması, bayılma (sinkope). Göz bəbəklərinin genişlənməsi (midriaz), görmə pozğunluqları, qulaqlarda cingilti (tinnit). Saçın tökülməsi. Vaginal qanaxma, mədə-bağırsaq qanaxmaları. Bədən kütləsinin azalması. Ürəkdöyüsnmənin sürətlənməsi. Əl və ayaqların ödemi. Burundan qanaxma. Nadir: təcavüzkarlıq (aqressiya-depersonalizasiya, hallüsinasiya). Ürəkdöyünmənin yavaşıması. Özünə zərər yetirmək və ya özünü öldürmək barədə fikirlər, serotonin sindromu. Qanda natriumun səviyyəsinin azalması (hiss olunan simptomları: özünü xəstə hiss etmək və ya əzələ zəifliyi ilə özünü pis hiss etmək; və ya çaşqınlıq). Ayağa durarkən qan təzyiqinin aşağı düşməsi nəticəsində yaranan başgicəllənmə (ortostatik hipotenziya). Qaraciyərin funksional analizinin qeyri-normal nəticələri (qanda qaraciyər fermentlərinin miqdarının artması). Hepatit. Hərəki pozğunluqlar (əzələlərdə qeyri-iradi hərəkətlər). Diskineziya, qıcolma, psixomotor narahatlıq. Ağrılı ereksiya (priapizm). Dəri və selikli qişa qanaxmaları daxil olmaqla, qanaxma pozğunluqları (ekximoz) və qanda trombositlərin səviyyəsinin azalması (trombositopeniya). Dərinin və ya selikli qişanın qəflətən şişməsi (angioödem), anafilaktik reaksiyalar. Orqanizmdən xaric olan sidiyin miqdarının artması (ADH ifrazının pozulması). Südəmər uşağı olmayan qadınlarda süd vəzilərindən süd gəlməsi. Maniya. Bu tip dərmanlar qəbul edən pasiyentlərdə sümüklərin qırılması riskinin yüksəlməsi müşahidə edilir. Ürək ritminin dəyişməsi (bu, başqa sözlə “QT intervalının uzanması” adlanır və ürəyin elektrik aktivliyini göstərən EKQ-də aşkar edilir). Bundan başqa, Essitalopram (ESPA 10-un təsiredici maddəsi) kimi təsir göstərən dərmanların bir sıra digər əlavə təsirləri məlumdur. Bunlara aiddir: Hərəki narahatlıq (akatiziya (bir yerdə durmaq halı olmamaq)), Anoreksiya (iştahanın itməsi). Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Əgər lazım olduğundan artıq ESPA 10 istifadə etmisinizsə, dərhal həkiminizə və ya əczaçıya və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Doza həddinin bəzi simptomları başgicəllənmə, tremor, ajitasiya, çaşqınlıq, qıcolma, koma, ürəkbulanma, qusma, ürək ritmində dəyişiklik (normadan yavaş və ya sürətli), qan təzyiqinin azalması və orqanizmdə maye/duz balansının dəyişməsi ola bilər. Həkimə və ya xəstəxanaya gedərkən ESPA 10-un qutusunu/blisterini özünüzlə götürün. Müalicəsi: xüsusi antidot yoxdur. Adekvat havalandırma və oksigenləşmə üçün tənəffüs yollarının keçiricilik qabiliyyətinin təmin olunması və dəstəklənməsi, mədənin yuyulması və aktivləşdirilmiş kömürün qəbul edilməsi. Mədənin yuyulmasını peroral daxilə qəbuldan sonra mümkün qədər tez bir zamanda həyata keçirmək lazımdır. Həyati əhəmiyyətli funksiyaların, eləcə də, ürəyin funksiyasın diqqətli müşahidəsi və monitorinqini, simptomatik və dəstəkləyici müalicə aparmaq tövsiyə olunur. Durğunluq təzahürləri / bradiaritmiyalı ürək çatışmazlığı olan xəstələrdə, QT intervalını uzadan dəstəkləyici dərman vasitələri qəbul edən xəstələrdə və ya, məsələn, qaraciyərin funksiyasının pozulması səbəbi ilə metabolizmi dəyişmiş xəstələrdə doza həddi aşıldığı zaman EKQ monitorinqini keçirmək tövsiyə olunur.
Buraxılış forması
14 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan otaq temperaturunda, quru yerdə və işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Biofarma İlaç San. ve Tic. A.Ş. Akpınar Mah. Osmangazi Cad. No:156 Sancaktepe / İstanbul / Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.